Məhkəmə qərarları › İş №1(076)-138/2024

Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-138/2024

27.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-138/2024 27.05.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi– Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Məhəmmədləli oğlunun, zərərçəkmiş şəxs– Zərərçəkmiş şəxs, onun qanuni nümayəndəsi Qanuni nümayəndə və təqsirləndirilən şəxs– Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxxx 1960–cı il tarixdə Şəmkir rayonu, Düyərli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Şəmkir rayonu, Düyərli kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 153.2–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə qapalı məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs on dörd yaşına çatmayan şəxsə qarşı zor tətbiq etmədən əxlaqsız hərəkətlər törətmə cinayət əməlini törətmişdir. Belə ki, xx.xx.1960-cı il təvəllüdlü Təqsirləndirilən şəxs 30 noyabr 2023-cü il tarixdə, saat 14 radələrində Şəmkir rayonu,Düyərli kənd 2 saylı tam orta məktəbdə, öz cinsi ehtirasını pozğun formada təmin etmək niyyəti ilə aralarında yaş fərqi iki ildən çox olan, həmin məktəbin 4-cü sinif şagirdi, 14 yaşına çatmayan xx.xx.2014-cü il təvəllüdlü Zərərçəkmiş şəxs dodaqlarından öpməklə və sağ döş nahiyəsini çimdikləyərək ona sağ döş vəzi nahiyəsinin qançırı ilə müşayiət olunan, yetirildiyi vaxt sağlamlığa zərər vuramadığından dərəcəsi təyin edilməyən xəsarət yetirməklə on dörd yaşına çatmayan şəxsə qarşı zor tətbiq etmədən əxlaqsız hərəkətlər törətmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 153.2–ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, azyaşlı Zərərçəkmiş şəxs tanıyır, onun valideyinləri ilə onların münasibətləri yaxşı olmuş, aralarında heç bir narazılıqları və ədavətləri olmamışdır. Qanuni nümayəndə evində pəncərlərinin şüşələrini dəyişmişdir. xx.xx.2023-cü il tarixdə saat 10 radələrində Şəmkir rayonu, Düyərli kəndində yerləşən həmkəndlisi Qəribə məxsus çay evində Eldar müəllimlə görüşən zaman Eldar müəllim ona Düyərli kənd orta tam məktəbin idman zalının pəncərəsinin şüşəsi sındığını və gəlib pəncərəni təmir etməsini ondan xahiş etmişdir. O, onunla razılaşmış və Eldar müəllim çıxıb getmişdir. Həmin günün səhəri, yəni xx.xx.2023-cü il tarixdə saat 13 radələrində evdən şüşələri götürüb Düyərli kənd tam orta məktəbinə getmək üçün evdən yola çıxmış, o, yoluna davam edib Düyərli kəndindən keçən dəmiryoluna çatıb yoluna davam edən zaman Leylanın azyaşlı qızı Aysunu görmüşdür. O, Aysuna məktəbə getməsini soruşanda Aysun ona məktəbə getdiyini bildirmiş, o da məktəbə getdiyini bildirib onunla birlikdə Düyərli kənd tam orta məktəbinə birlikdə getmişlər. Aysunla birlikdə məktəbə daxil olub o, sinif otağına tərəf getmiş və o, isə bir qədər məktəbin foyesində dayanıb gözləmiş, həmin vaxt orada heç kim olmamış, o, idman zalına gedib qapının bağlı olduğunu görüb yenidən foyeyə geri qayıtmış, həmin vaxt Aysunu sinif otaqlarının qarşısında görmüşdür. Onu idman zalına gedilən yolu göstərməsi yanına çağırmış və həmin vaxt orada heç kim olmamışdır. O, məktəbin idman zalına gedilən kolidorda Zərərçəkmiş şəxs nəvəsi kimi zənn edib öpmüşdür. Zərərçəkmiş şəxs öpdükdən sonra birlikdə kolidordan çıxıb məktəbin foyesinə gəlmişlər. O sinif otağına getmiş və qoltuğunda gətirdiyi pəncərə şüşələrini pilləkənin alt hissəsinə qoyub məktəbdən çıxmışdır. O, məktəbdən çıxıb İsrailə məxsus çay evinə getmişdir. İsrailə məxsus çay evində bir neçə dəqiqə gözləyib oradan çıxaraq Düyərli kəndində yaşayan qızı Nurangilə getmiş, Nurangildə olan zaman tanımadığı nömrədən ona zəng gəlmiş və şüşə salınması üçün ona kömək lazm olduğunu bildirmişdir. Həmin şəxs ona harada olduğunu deyən zaman ona dəmiryolun yaxınlığına gəlməsini və görüşməyi demiş, qızı Nuranəgildən çıxıb onun dediyi yerə getmiş və dayanıb gözləyən zaman həmin vaxt göy rəngli avtomobil gələrək onun yanında saxlamışdır. O, həmkəndlisi Vüqarın olduğunu görmüş, Vüqar və bacısı Leyla avtomobildən düşərək onu avtomobilə əyləşdirmiş və onlar birlikdə Düyərli kənd mərkəzində yerləşən İsrailə məxsus çay evinə getmişlər. Vüqar onu özü ilə çay evinin içərisinə aparmış və onun qolundan tutub çay evində əyləşmiş şəxslərdən onu tanımaqlarını soruşmuş, orda olan şəxslər onu tanıdıqlarını demişlər, bu vaxt Vüqar çiyin nahiyəsindən vurub əlləri ilə yaxasaından tutub onu təhqir edərək azyaşlı uşağa tamah saldığını bildirib onu vurub yerə yıxmışdır. Orada əyləşmiş şəxslər onlara aralaşdırmışlar. O, Aysunu nəvəsi kimi opmüşdür. Uşaq onu səhv başa düşmüşdür. Onun Aysunu öpməkdə hər hansı bir əxlaqsız niyəti olmamış, həmçinin Aysunun sinə nahiyəsindən çimdikləməmişdir. Bununla belə Aysunu öpdüyünə görə əməlindən peşmandır. Zərərçəkmiş şəxs qanuni nümayəndəsi ilə barışıq əldə etmişdir. Özü sol ağ ciyərin yuxarı payının fibroz-kaveroz vərəmi iltihabı mərhələsində, ağ ciyər qanaxması, tənəffus çatmamazlığı İİ dərəcə xroniki diffuz bironxit xəstəliyindən əziyyət çəkir. Odur ki, nəzərə alıb ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs-qanuni nümayəndəsi Qanuni nümayəndə və pedeqoq X2 iştirakları ilə məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, Düyərli kəndində yerləşən tam orta məktəbin 4 A sinif şagirdidir. xx.xx.2023-cü il taixdə saat 13 radələrində evdən çıxıb məktəbə gedən zaman “Dovşan” kimi tanıdığı həmkəndlisi Təqsirləndirilən şəxs onu görüb onu gözləməsini görmüşdür. O, Dovaş kimi tanıdığı yaşlı Təqsirləndirilən şəxs yanından keçən zaman Zakir kimi tanıdığı yaşlı şəxs ona yaxınlaşaraq ona dayanmasını demiş, daha sonra Zakir onunla birlikdə məktəbə getməyi söyləmişdir. Daha sonra Təqsirləndirilən şəxs onun çiynindən tutub onunla birlikdə məktəbə getmişdir. Sonra məktəbin içərisinə daxil olmuş, məktəbin içərisinə daxil olub o, sinifə keçib məktəb çantasını sinifə yerləşdirmiş, daha sonra Təqsirləndirilən şəxs ona sinifdən çölə çıxmağı bildirmişdir. O, sinifdən çölə məktəbin dəhlizinə çıxmış, Təqsirləndirilən şəxs onunla birlikdə akt zalına getməsini bildirmişdir. Onlar akt zalına getmişlər. Daha sonra heçkimin olmadığı yerə gedib Təqsirləndirilən şəxs onun dodağından öpmüş və sinəsindən çimdik qoparmış, o, Zakir İmayılova belə hərəkət etməməsini söyləmiş, daha sonra ona idman zalının açarınn yerini söyləməsini soruşduqda o, açarın yerini bilmədiyini bildirərək məktəbin arxa tərəfindən qaçmışdır. Sonra Təqsirləndirilən şəxs onun arxasınca bir az gələrək dayanıb onun arxasınca baxmış, o, Şəmkir rayonu, Düyərli kəndində yaşayan nənəsi Şəhlanın evinə getmiş, nənəsi evində olan zaman dayısı arvadı Tamaraya hadisə barədə məlumat vermişdir. Daha sonra anası Leylaya ağlayaraq hadisə barədə məlumat vermişdir. Bundan sonra anası Leyla ilə birlikdə mərkəzi küçə ilə məktəbə tərəf gedən zaman dayısı Vüqarı çayxanada görüb anası Leyla dayısını yanına çağırmış və hadisə barəsində ona məlumat vermişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə ifadəsində göstərdi ki, rəsmi olaraq heç bir yerdə işləmir, evdar qadındır. Zərərçəkmiş şəxs onun qızıdır. Qızı Aysun 2014cü il təvəllüdlüdür və 4-cü sinif şagirdidir. Barəsində şikayət etdiyi şəxs Təqsirləndirilən şəxs tanıyır. Zakir onların evinə dəfələrlə gələrək pənəcərlərin şüşələrini dəyişmişdir. xx.xx.2023-cü il tarixdə o, günorta radələrində qızı Aysunu evdən məktəbə yola salmış, təxminən yarım saat keçdikdən sonra evdə olan zaman qardaşı arvadı Tamara ona zəng edərək şüşə kəsən kişinin qızı Aysuya qarşı əxlaqsız hərəkət etməsini təcili onlara getməsini bildirmişdir. O, dərhal qardaşı Vüqarın evinə getmiş, Vüqarın evində olan zaman qızı Aysun ağlayaraq ona “Dovşan” kimi tanıdığı yaşlı kişinin onun dağından öpməsini, çimdik qoparmasını bildirdi. O, qızı qucaqlayıb ağlamamasını bildirmiş və birlikdə məktəbə tərəf gedən zaman yolda qardaşı Vüqara zəng etmiş, daha sonra qardaşı Vüqarı çayxanada görüb zəngi dayandırıb qardaşı Vüqarı çayxanadan yanına çağırmış və Vüqar onun yanına gəlmiş ondan nə olmasını soruşduqda o, qardaşı Vüqara “Dovşan” kimi tanıdığı yaşlı kişinin qızı Aysuna əxlaqsız hərəkət etməsini bildirmişdir. Onlar birlikdə məktəbə getmiş, məktəbdə olan zaman onlar əsl adı Zakir olan Dovşan ləqəbli şəxsi məktəbdə axtarmağa başlamış, lakin tapa bilməmişlər. Sonra kəndin mərkəzinə qayıtmışlar. Kəndin mərkəzində olan zaman qardaşı çayxanada olan adamlardan Zakiri kiminsə görməsini soruşduqda heç kim Zakiri görməməsini bildirmişlər. Qardaşı ona məktəbin yanında gözləməyi bildirib gedib avtomobili evdən gətirərək, onları məktəbin yanından götürüb birlikdə Zakirin evinə getmişlər. Onlar Zakiri evdən soruşduqda Zakirin arvadı Zakirin evdə olmamasını bildirmişdir. X5 arvadından Zakirin mobil telefon nömrəsini alaraq Zakirə zəng edib harada olmasını soruşmuşdur. Zakir telefonda işinin olmasını 1 saata gələcəyini bildirmiş, Zakir telefonda qardaşı Vüqara kim olmasını soruşduqda X6 kəndindən Akifin oğlunun olmasını bildirmiş, Vüqar telefonda Zakirə evə peç qoyulmasını bildirib şüşənin kəsilməsini söylədikdə Zakir telefonda Vüqara dəmir yolunun yaxınlığına gəlməsini oradan götürməsini bildirmişdir. Vüqar deyilən yerə gedib Zakiri orada gözləyən zaman Zakir təxminən 5 dəqiqə keçdikdən sonra deyilən yerə gəlmiş, Zakir avtomobilin qabaq qapısını açan zaman Zakir onlara uşağa heçnə etmədiyini uşağın onu şərləməsini bildirmiş, sonra Vüqar Zakirə avtomobilə əyləşməsini bildirmişdir. Təqsirləndirilən şəxs avtomobilə əyləşmiş, sonra onlar birlikdə kəndin mərkəzinə çayxananın qarşısına getmişlər. Vüqar Zakirə avtomobildən düşməsini və çayxanaya getməyi bildirmişdir. Onlar birlikdə çayxanaya getmişlər. Hazırda Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Düyərli kənd tam orta məktəbdə xadiməçi işləyir. Təqsirləndirilən şəxs tanıyır. Onunla aralarında heç bir narazılıqları və ədavətləri olmamışdır. 01 dekabr 2023-cü il tarixdə saat 08 radələrində o, məktəbin siniflərində təmizlik işləri aparmaq üçün məktəbə gəlmiş, həmin gün saat 14 radələrinədək məktəbdə təmizlik işləri aparmış, həmin saatda həmkəndlisi Təqsirləndirilən şəxs əlində şüşə görmüş, Zakir ondan idman zalının harada olduğunu soruşmuşdur. O, ona nə üçün idman zalını soruşduğunu soruşduqda, əlindəki şüşəni idman zalında olan pəncərəyə asacağını demişdir. Ona bu gün beşinci gün olduğunu və idman zalının bağlı olduğunu ona bildirmişdir. Sonra o, məktəbədən çıxıb evə getmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Şəmkir rayonu, Düyərli kənd tam orta məktəbinin direktoru vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə saat 19 radələrində həmkəndlisi Sevinc Məhrrəmova onun istifadəsində olan mobil nömrəsinə zəng edib rəhbərlik etdiyi məktəbdə hadisə baş verdiyini bildirmişdir. Ondan nə hadisə baş verdiyini öyrənən zaman ona həmkəndlisi Təqsirləndirilən şəxs məktəbin 4-cü sinif şagirdi Aysu Mayılovaya qarşı əxlaqsız hərəkətlər etməsi barədə ona məlumat vermişdir. Həmin gün gec saatları olduğu üçün o, məktəbin qayıda bilməmiş, həmin günü səhəri məktəbin təlim tərbiyə işləri üzrə müavini Məhərrəm Quliyevi və təsərüffat işləri üzrə müavini yanına dəvət edərək hadisənin necə baş verdiyini öyrənmək üçün məktəbin kamera görüntülərinə baxmış, həmin vaxt Təqsirləndirilən şəxs məktəbin foyesində azyaşlı Aysun İsmayılovanı yanına çağırdığını və idman zalına tərəf getməsi görünmüşdür, bu barədə Təhsil şöbəsinə məlumat verib psixoloqun iştirakı ilə Aysun İsmayılova danışdırmışdır. Məhkəmə, ibtidai araşdırma mərhələsində iş üzrə şahid qismində dindirilmiş, lakin məhkəmə istintaqında iştirak etməmiş Şahid2 da məhkəmə istintaqında elan edilərək tədqiq olunmuş ifadəsini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. Belə ki, ibtidai araşdırma zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir. Barəsində şikayət edən şəxsi ləqəbi “Dovşan”olan Zakiri tanıyır. xx.xx.2023-cü il tarixdə o, kəndin mərkəzində yerləşən çayxanada dostları ilə domino oynayan zaman bacısı Leyla ona zəng etmiş, o telefona cavab vermək istədikdə Leyla onu küçədə çayxanada görüb onu yanına çağırmış, daha sonra o, Leylanın yanına gedib Leyladan nə olmasını soruşduqda Leyla onu kənara çəkərək həmkəndlisi “Dovşan” ləqəbli şəxsin qızı Aysuya məktəbdə sinəsindən sıxmasını, dodağından öpməsini bildirdikdə o, əsəbləşib bacısı Leyla ilə birlikdə məktəbə getmiş, kəndin mərkəzində olan zaman çayxanada olan adamlardan Zakiri kiminsə görməsini soruşduqda heç kim Zakiri görməməsini bildirmiş, sonra o, bacısı Leylaya məktəbin yanında gözləməsini və gedib avtomobili evdən gətirməyi soruşduqda Zakirin arvadı Zakirin evdə olmamasını bildirmiş, Zakirin mobil nömrəsini arvadından istədikdə Zakirin arvadı Zakirin mobil telefonu ona vermiş, o, Zakirə zəng edib harada olmasını soruşduqda Zakir ona işinin olmasını 1 saata gələcəyini bildirmiş, Zakir ondan telefonda kim olmasını soruşduqda o, telefonda Təzəkənd kəndindən Akifin oğlunun olmasını bildirmiş, sonra o, telefonda Zakirə evə peç qoyulmasını bildirib şüşənin kəsilməsini söylədikdə Zakir telefonda ona dəmir yolunun yaxınlığına gəlməsini oradan götürməsini bildirmiş, o, deyilən yerə gedib Zakiri orada gözləyən zaman Zakir təxminən 5 dəqiqə keçdikdən sonra deyilən yerə gəlmiş, sonra Zakir avtomobilin qabaq qapısını açan zaman Zakir ona uşağa heçnə etmədiyini uşağın onu şərləməsini bildirmiş, daha sonra o, Zakirə avtomobilə əyləşməsini bildirdikdə Zakir əvvəl avtomobilə əyləşməməsini demiş, bu zaman bacısı Leyla arxa qapıdan yerə düşüb Zakirə avtomobilə əyləşməsini bildirmiş, bu zaman Zakir avtomobilə əyləşmiş, sonra onlar birlikdə kəndin mərkəzinə çayxananın qarşısına gəlmiş, Zakirə avtomobildən düşməsini birlikdə çayxanaya getməyi bildirmiş, sonra onlar birlikdə çayxanaya getmiş, çayxananın içərisinə daxil olub o, Zakirin qolundan tutub üzünü çayxanada oturan adamlara tutub əllərini saxlamasını daha sonra isə Zakiri kənd camaatına göstərib bu adamı nətəri tanımasını soruşub Zakirin az yaşlı qızı uşağı ilə əxlaqsız hərəkət etməsini bildirmiş, sonra o, Zakiri əli ilə geri itələmiş, bu zaman Zakir müvazinətini itirib yerə yıxılmış, sonra o, Zakirinin sinəsindən tutub çəkişdirən zaman orada olan camaat onları aralamışlar. daha sonra Zakir ayağa qalxıb arxa qapıdan uzaqlaşıb getmişdir. O, bacısı Leyla və qızı Aysu ilə birlikdə evə qayıtmışlar. Bununla yanaşı, məhkəmə cinayət–prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə–Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin Şəmkir Rayon şöbəsinin xx.xx.2023–cü il tarixli 1432 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə–tibbi ekspertizasına əsasən nəticəyə gəlir ik, onun bədən səthində aşkar edilmiş xəsarət-sağ döş vəzi nahiyəsinin qançırı KÜT əşyanın təsirindən törənmişdir, törənmə müddəti 01 dekabr 2023-cü il tarixə uyğun gəlir. Sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün ağırlıq dərəcəsi təyin edilmir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN–nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olmamışdır. Cinayət işinin materiallarında olan Şəmkir RİHB–nin Düyərli kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Cinayət işinin materiallarında olan və Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə tərəfindən notarial qaydada yazılmış ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ondan şikayət və tələbi yoxdur. Cinayət işinin materiallarında olan AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Zərərçəkmiş şəxs Yolçu qızı xx xxxxx 2014-cü ildə anadan olmuşdur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik Hüquqi şəxsi tərəfindən verilmiş Ambulator Məhkəmə Psixiatkik Ekspertizasının xx.xx.2024-cü il tarixli 178 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs hal-hazırda hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlikdən əziyyət çəkmir. Zərərçəkmiş şəxs görmüş olduğu hadisələri qavramaq və həmin hadisələr barədə düzgün ifadə vermək qabiliyyətindədir. Zərərçəkmiş şəxs təbii cinsi əlaqənin mənasını anlayır, təbii cinsi əlaqə zamanı hamilə qalmaq ehtimalını düşünür. İşdə olan Ambulator, Stasionar xəstənin tibbi kartasindan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs sol ağ ciyərin yuxarı payının fibroz-kavernon vərəmi9iltihab mərhələsində). Ağ ciyər qanaxması, tənəffüs çatışmamazlığı iki (İİ) dərəcə, xroniki diffuz bronxit xəstəliyindən əzab çəkir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəyini, istintaq hərəkətlərinin protokollarını və sənədləri Azərbaycan Respublikasının Cinayət– Prosessual Məcəlləsinin 124–136–cı maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 143–145–ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir–biri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs on on altı yaşına çatmayan şəxsə qarşı zor tətbiq etmədən əxlaqsız hərəkətlər etmə cinayət əməlini törətmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 153.2–ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası CM–in 153.2–ci maddəsində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 153.2–ci maddəsində nəzərdə tutulmuş cinayət əməli “az ağır” cinayət olmaqla, şəxsiyyətin cinsi toxunulmazlığı və cinsi azadlığı əleyhinə olan, yəni on altı yaşına çatmayan şəxsə qarşı əxlaqsız hərəkətlər etməni ifadə edən qəsdən törədilən cinayətdir. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin ondan heç bir şikayət və tələbinin olmamasını, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1–ci maddəsinə, hazırda vərəm xəstəliyindən əzab çəkməsini, habelə yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini isə həmin Məcəllənin 59.2–ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə cəzanı ağırlaşdırılan halların olmaması və yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 153.2–ci maddəsinin sanksiyası çərçivəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003–cü il tarixli 4 №li Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8–ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32–ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29–cu maddəsinin 4–cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999–cu il tarixli Qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003– cü il tarixli 4 №li Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8–ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, azadlıqdan məhrum etmə növündə cəzanın hansı cəzaçəkmə müəssisəsində çəkilməli olduğunu müəyyən edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2–ci maddəsinin tələblərini rəhbər tutmuşdur. Belə ki, həmin maddəyə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinin tələblərinə əsasən, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 07 yanvar 2024-cü il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 07 yanvar 2024–cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Eləcə də, cinayət işinin materiallarında olan Şəmkir Rayon Məhkəməsinin 08 yanvar 2024–cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 02 (iki) ay 14 (on dörd) gün müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsə alınmanın əvvəli 07 yanvar 2024–cü il tarixdən hesablanmışdır. Belə ki, Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158.2–ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99–1.1.1 və 99–1.1.2–ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 132.1.1–ci və 131.1.2–ci maddələrinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki–hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir. (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir). Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. İş üzrə maddi sübut hesab olunan 01 (bir) ədəd DVD-R disk iş üzrə əhəmiyyət kəsb etdiyinə görə cinayət işində saxlanmalıdır. İttiham hökmü qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət– Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə məhkəmə xərci və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358 və 384–385–ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 153.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 07 yanvar 2024–cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut hesab olunan 01 (bir) ədəd DVD-R disk iş üzrə əhəmiyyət kəsb etdiyinə görə cinayət işində saxlanılsın. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar