Məhkəmə qərarları › İş №1(076)-139/2023

Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-139/2023

31.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-139/2023 31.05.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi, İbrahimova Türkan Qulu qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 31 may 2023-cü ildə Şəmkir şəhərində 04 avqust 1987-ci ildə Balakən rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkum olunmuş və məhkuluğu ödənilməmiş, işləməyən, Balakən rayonu Biləcəri qəsəbəsində Atamalıoğlu küçəsi, ev-5 ünvnında qeydiyyatda olmaqla, Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsində yerləşən fərdi yaşayış evində yaşamış, Gəncə Şəhər Məhkəməsinin 23 fevral 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə 01 il 08 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq, 01 ədəd nömrəsi silinmiş keçmiş SSRİ dövlətində Tula silah zavodunda 1963-cü ildə istehsal olunmuş, texniki cəhətdən saz və atəş üçün yaralı, 5.6 mm kalibrli yivli odlu silah hesab edilən TOZ-8 modelli ov tüfəngini əldə etməklə üzərində saxlamaqla daşımış, barəsində qanunsuz olaraq odlu silah saxlaması barədə Gəncə st. XPŞ-nə daxil olmuş məlumat əsasında 10 fevral 2023-cü il tarixdə saat 11 radələrində Gəncə st. XPŞ-nin CAB-ın və Şəmkir st. XPM-in əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Şəmkir rayonu, Dəllər qəsəbəsində yerləşən Azərbaycan Dəmir Yolları QSC-in Dəllər stansiyası yaxınlığında saxlanılaraq Şəmkir rayon, Dəllər qəsəbəsində yerləşən Gəncə st. XPŞ-in Şəmkir XPM-nə gətirilmiş və üzərində şəxsi axtarış keçirilən zaman əlində olan bir ədəd ağ rəng polimer bükümdə 01 ədəd nömrəsi silinmiş keçmiş SSRİ dövlətində Tula silah zavodunda 1963-cü ildə istehsal olunmuş, texniki cəhətdən saz və atəş üçün yararlı, 5.6 mm kalibrli yivli odlu silah hesab edilən TOZ-8 modelli ov tüfəngi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, rəsmi olaraq heç bir yerdə işləmir. Təxminən 5-6 il bundan əvvəl yəni 2015-2016-cı illərdə o, Gəncə şəhərində dayısıgildə qalan zaman Şəmkir rayonunda yerləşən əkin sahələrində günəmuzd fəhlə işləmişdir. Həmin vaxtlar babasından yadigar qalan silahı heç kəsə məlumat vermədən günəmüzd işlədiyi əkin sahəsnin yaxınlığında bir sıra yararsız uçuq binalarda və ya onların ətrafənda gizlətmək üçün özü ilə götürmüşdür. O, həmin ərazidə olan binaların, dəmir yolu relslərinin yaxınlığnda üstüstə yığılmış dəmirlərin altında həmin silahı gizlətmişdir. Bundan bir müddət sonra Bakı şəhərinə getmiş və törətdiyi cinayət əməlinə görə məhkum olunmuşdur. O, həbsdən çıxdıqdan sonra bir müddət keçməsini gözlədikdən sonra silahı götürmək qərarına gəlmişdir. Belə ki, o, həmin silahı yaşadığı evə aparmaq üçün Gəncə şəhərinə gəlmişdir. Heç kim şübhələnməməsi üçün təxminən 2-3 gün Gəncə şəhərində qalmışdır. xx.xx.2023-cü il tarixdə səhər saat 9 radələrində silahı götürmək üçün Şəmkir rayonuna silahı gizlətdiyi əraziyə getmiş və silahı götürərək piyada dəmir yolunun kənarı ilə Gəncə şəhəri istiqamətində hərəkət etməyə başlamışdır. O, dəmir yolunun kənarı ilə gələn zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşı olduqlarını və xidməti vəsiqələrini göstərərək onu polis bölməsinə dəvət etmişdirlər. Polis bölməsində olan zaman ona hüquq və vəzifələri həmçinin müdafiəçi dəvət etmək hüququnu izah edilmiş və ona müdafiəçilərin siyahısı təqdim edilmişdir. O, siyahıdan hüquqlarının müdafiə edilməsi üçün dövlət hesabına vəkilin dəvət edilməsini xahiş etmişdir. Daha sonra müdafiəçinin iştirakı ilə yenidən hüquq və vəzifələri izah edilmiş və üzərində qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet varsa təqdim etməsi təklif edilmişdir. Bundan sonra o, əlində saxladığı sintetik torbada olan silahı təqdim etmişdir. Daha sonra həmin silaha onun, müdafiəçinin və digər şəxslərin iştikaı ilə baxış keçirilmişdir. Daha sonra həmin silah qablaşdırılaraq üzəri möhürlənərək, onun və digər iştirakçılar tərəfindən imzalanmışdır. Həmin silah babasına məxsus olmuş, babası öldükdən sonra o, silahı yadigar olaraq götürmüş və silahdan heç vaxt istifadə etməmişdir. O, silahı əldə etdikdən sonra həmin silahdan hər hansısa bir formada atəş açmamış, həmin silahın nömrəsinin kim tərəfindən və hansı məqsədlə silinməsi barədə məlumatı olmamışdır. O, silah üzərində hər hansı bir əlavə dəyişiklik etməmiş, onun qanunsuz olaraq 1 ədəd silah əldə edərək üzərində saxlayıb daşıyaraq gəzdirməyindən heç kəsin, o cümlədən ailə üzvlərinin də, məlumatı olmamışdır. Törətdiyi əməldən səmimi peşmandır. Odur ki, qeyd edilənləri nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə Mahir adlı şəxsin qanunsuz olaraq odlu silah əldə edib üzərində gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat əsasında onun və Gəncə st. XPŞ-in əməliyyat müvəkkili Şahid1 tərəfindən həmin şəxsin xx.xx.1987-ci ildə Balakən rayonun anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxs oğlması müəyyən edilmiş və həmin tarixdə Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsi barədə qərar çıxarılmışdır. Daha sonra həmin məlumat əsasında Gəncə st. XPŞ-in, CABın əməliyyat müvəkkili Şahid1 ilə birlikdə saat 12 radələrində Təqsirləndirilən şəxs Şəmkir rayon, Dəllər stansiyasının yaxınlığında olması müəyyən edərək həmin əraziyə getmişlər və Təqsirləndirilən şəxs görüb sonuncuya yaxınlaşaraq özlərini təqdim edib xidməti vəsiqələrini göstərdikdən sonra Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah əldə edib üzərində saxlamaqda şübhəli olduğunu bildirərək Gəncə st. XPŞ-nin Şəmkir st. XPM-nə dəvət etmişlər və Təqsirləndirilən şəxs etiraz etməyərək onlarla birlikdə Gəncə st. XPŞ-nin Şəmkir st. XPM-nə gəlmişdir. Gəncə st. XPŞ-nin Şəmkir st. XPM-də Təqsirləndirilən şəxs hüquqları izah edildikdən sonra müdafiəçi dəvət etmək hüququ da izah edilmiş və vəkil Müdafiəçi Təqsirləndirilən şəxs müdafiəçisi kimi iştirakı təmin edilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl ilkin olaraq Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmiş, bu barədə bildiriş təqdim olmuş və üzərində hər hansı psixotrop maddə və qanunsuz əşyanın olub-olmadığı soruşulmuş, bundan sonra Təqsirləndirilən şəxs əlində olan bir ədəd polietilen torbada olan silahi təqdim etmişdir. Həmin polietilen torbaya baxış keçirən zaman içərisiəndə bir ədəd TOZ-8 markalı ov tüfəngi olması müəyyən edilmişdir. Daha sonra həmin ov tüfəngi qablaşdırılmış və ağzı Azərbaycan Respublikası DİN-nin möhürü ilə möhürlənərək üzəri iştirkçılar tərəfindən imzalanmışdır. Qablaşdırılmış predmetin odlu silah olub olmaması, istifadəyə yaralı olub-olmamasına rəy alınması üçün Azərbaycan Respublikası DİN-nin Kriminalistik Tədqiqatlar İdarəsinə göndərilmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid1 oxşar məzmunlu ifadə verərək Şahid2 ifadəsinə uyğun ifadə vermişdir. Cinayət işinin 38-39-cu səhifələrində olan məhkəmə iclasında araşdırılmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Təhqiqatlar İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli 23/117 nömrəli rəyindən görünür ki, - tədqiqata təqdim edilmiş 01 ədəd nömrəsi silinmiş silah, keçmiş SSRİ dövlətində Tula silah zavodunda 1963-cü ildə istehsal olunmuş 5,6 mm kalibrli, TOZ-8 modelli ov tüfəngidir, odlu yivli silahdır. Həmin silah quş və xırda heyvan ovlamaq üçün nəzərdə tutulmuşdur, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın hissə və mexanizimlərinin üzərində sonradan təyinatını dəyişdirən heç bir əlavə dəyişiklik edilməmişdir. Cinayət işinin 78-80-ci səhifəsində olan DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən dörünür ki, Təqsirləndirilən şəxs əvvəllər CM 177.2.1, 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirli bilinərək Binəqədi rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə 02 il 05 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, sonra CM 234.1- ci maddəsi ilə təqsirli bilinərək Gəncə şəhər Kəpəz rayon məhkəməsinin xx.xx.2018-ci tarixli hökmü ilə CM 66.5-ci maddəsinə əsasən ona əvvəlki hökmlə (xx.xx.2018-ci il tarixli hökm) təyin edilmiş azadlıqdan məhrumetmə cəzası xx.xx.2018-ci tarixli hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanaraq üzərində qəti olaraq 03 il müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. xx.xx.2021-ci ildə Suraxanı rayon məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş qalan 1 ay 1 günündən şərti olaraq vaxtından əvvəl azad edilmiş və xx.xx.2021-ci ildə cəza müddəti başa çatdığı üçün şöbənin qeydiyyatından çıxarılmışdır. Daha sonra yenə də Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək Gəncə şəhər məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə 1 il 8 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Cinayət işinin 10-11-ci səhifələrində olan şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 10 fevral 2023-cü il tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 67-68-ci səhifələrində olan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi barədə 11 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 101-112-ci səhifələrində olan Gəncə şəhər Məhkəməsinin xx.xx.2023cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Beləliklə, araşdırılmış sübutların cəminə obyektiv qiymət verərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs elan olunmuş ittihamda təqsirli olması tam sübuta yetirilir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də, o, həmin maddə ilə təqsirli bilinib həmin maddənin sanksiyası daxilində cəzalandırılmalıdır. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs əvvəllər qəsdən törətmiş olduğu az ağır cinayətə görə məhkumluğu ödənilmədən yenidən qəsdən az ağır cinayət törətməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən cinayətin residivini yaradır. Belə ki, Gəncə şəhər məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad edildiyindən cinayət qanunvericiliyinə əsasən cəzadan azad edildiyi vaxtdan 2 il müddət keçmədiyindən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş hesab olunur. Belə olan halda isə təqsirləndirilən şəxsin məhkumluğu ödənilmədən, yəni xx.xx.2023-cü ildə yenidən qəsdən cinayət törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-ci maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusilə təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən peşman olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cinayətin residivini Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əsasən cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Cəza məsələsini müzakirə edərək məhkəmə Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şəxsiyyətini, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzanı ağırlaşdıran və yüngülləşdirən halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-ci il tarixli, 4 saylı Qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatlar nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin olunmasını qanuni, əsaslı və cəzanın məqsədlərinə uyğun olmaqla ədalətli hesab edir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 10 fevral 2023-cü il tarixdən 11 fevral 2023-cü il tarixədək şübhəli şəxs qismində saxlandığı 01 gün müddət ona təyin edilməli olan azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in CM-in 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejmli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs 23 fevral 2023-cü il tarixdən hal-hazıradək azadlıqdan məhrum etmə növündə cəza çəkməsi nəzərə alınmalıdır. Cinayət işi üzrə maddi sübut kimi götürülüb Gəncə st. XPŞ-nin saxlanılan bir ədəd nömrəsi silinmiş, keçmiş SSRİ-də Tula silah zavodunda 1963-cü ildə istehsal olunmuş, texniki cəhətdən saz və atəş üçün yararlı, 5.6 mm kalibrli yivli odlu silah hesab edilən TOZ- 8 modelli ov tüfəngi Dövlət nəfinə müsadirə edilməli və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin silah-sursat anbarına təhvil verilməlidir. İş üzrə mülki iddia, ekspertiza xərci və digər məhkəmə xərcləri yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 346, 347- 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 01 (bir) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası ilə hazırkı hökmlə təyin edilmiş 2 (iki) il azadlıqdan məhrumetmə cəzası qismən toplanmaqla Təqsirləndirilən şəxs 3 (üç) il 2 (iki) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 10 fevral 2023-cü il tarixdən 11 fevral 2023-cü il tarixədək tutulduğu bir gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmənin bir gününə bir gün hesabı ilə hesablanmaqla, bir gün müddət ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 3 (üç) il 01 (bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasını çəkmə müddətinin əvvəli həbsə alındığı vaxtdan, yəni 23 fevral 2023-cü il tarixdən hesablansın. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(125)-70/2023 saylı hökmü ilə Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrumetmə cəzasını çəkməsi nəzərə alınsın. Cinayət işi üzrə maddi sübut kimi götürülüb Gəncə st. XPŞ-nin saxlanılan bir ədəd nömrəsi silinmiş, keçmiş SSRİ-də Tula silah zavodunda 1963-cü ildə istehsal olunmuş, texniki cəhətdən saz və atəş üçün yararlı, 5.6 mm kalibrli yivli odlu silah hesab edilən TOZ- 8 modelli ov tüfəngi Dövlət nəfinə müsadirə edilsin və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin silah-sursat anbarına təhvil verilsin. Şəmkir rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən təqsirləndirilən şəxsin hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 06 (altı) manat hesab edilməklə, 9 (doqquz) saat üçün cəmi 54 (əlli dörd) manat dövlət büdcəsindən tutularaq Şəmkir rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu andan, həbsdə saxlanılan şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Şəfəq Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar