Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-139/2025 29.07.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Qusar rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Qusar rayonu, Qusar kəndində qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 296.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, Şahid1 maddi ehtiyacları olması səbəbindən tanışı onunla birlikdə həmin hərbi hissədə işləmiş Təqsirləndirilən şəxs borc pul istəmiş, Təqsirləndirilən şəxs 14 noyabr 2018-ci il tarixdə Tovuz rayonunda yerləşən “Kapital bank”dan 8.500 manat kredit götürərək həmin pulun 4.500 manatını Şahid1 vermiş, qeyd olunan tarixdən etibarən Şahid1 borc qismində götürdüyü 4.500 manat pulu müxtəlif vaxtlarda hissə-hissə olmaqla, ümumilikdə 2.850 manatını Təqsirləndirilən şəxs, onun qardaşı Şahid2 və qardaşı arvadı Gülanə Mərdəliyevanın kart hesabına göndərmiş, Təqsirləndirilən şəxs Şahid1 yerdə qalan 1.650 manat borc pulu ödəməkdə çətinlik çəkməsi səbəbindən vaxtında ödəyə bilməməsindən hiddətlənərək borc verdiyi pulu geri almaq məqsədilə Şəmkir hərbi prokurorluğuna müraciət etməklə, guya Şahid1 ona qarşı dələduzluq cinayəti törətməsi barədə bilə-bilə yalan xəbərçilik edərək Şəmkir hərbi prokurorluğunun normal iş fəaliyyətini pozmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 296.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, 2013-cü ildən 2019-cu il tarixədək Tovuz şəhərində yerləşən N nömrəli hərbi hissədə Tank bölüyünün 1-ci taqım 3-cü tank komandiri vəzifəsində, gizir rütbəsində, 2019-cu il tarixdən həmin ilin sonunadək Ağstafa şəhərində yerləşən N nömrəli hərbi hissədə xidmət etmişdir. Sonuncu tarixdən 2023-cü ilin iyul ayının 4-dək Beyləqan rayonunda yerləşən N nömrəli hərbi hissədə xidmət etmiş, N iyul 2023-cü il tarixdə isə ordu sıralarından ehtiyata buraxılmışdır. O, Şahid1 tanıyır. Belə ki, o, Şahid1 ilə Tovuz şəhərində yerləşən N nömrəli hərbi hissədə xidmət etmişdir. O, orada tank bölüyündə, Qalib isə mühəndis bölüyündə xidmət etmişdir. 14 noyabr 2018-ci il tarixdə Şahid1 N nömrəli hərbi hissədə ona yaxınlaşaraq uşağının xəstə olduğunu və əməliyyat olunması üçün təcili 4.000 manat pul lazım olduğunu demişdir. O, Qalibə köməklik etməyə razı olduğunu bildirmişdir. Həmin vaxt pulu olmadığı üçün, yalnız kredit götürərək pul verəcəyini Qalibə demişdir. Daha sonra o, kredit götürmək məqsədilə Qaliblə birgə Tovuz şəhərində yerləşən “Kapital bank”ın filialına getmişdir. O, orada bankdan 48 aylıq (4 illik) müddətə 8.500 manat pul götürmüşdür. Həmin pulun 4.000 manatını Qalibə vermiş, yerdə qalan 4.500 manatını isə şəxsi ehtiyaclarına xərcləmək üçün özünə götürmüşdür. Götürdüyü 8.500 manat pulun aylıq ödənişi 290 manat təşkil etmişdir. Həmin aylıq ödənilməli olan 290 manat pulun 140 manatını Şahid1, 150 manatını isə onun ödəyəcəyi ilə bağlı onlar öz aralarında razılaşmışlar. Şahid1 ilkin olaraq verilən pulun aylıq ödənişlərini ödəməyə başlamışdır. O, 2019-cu ilin dekabr ayında xidməti yerini dəyişərək Beyləqan rayonunda yerləşən N nömrəli hərbi hissəyə təyinat almışdır. Xidmət yerini dəyişdiyi müddətdən sonra Şahid1 verilən pulun aylıq ödənişlərini ödəməmişdir. O, Qalibə zəng edib bunun səbəbini soruşduqda Qalib imkanı zəif olduğunu, tez bir zamanda pulu ödəcəyini demişdir. Lakin, Şahid1 bundan sonra yenə də aylıq ödənişi ödəməmişdir. O, Qalibin nə səbəbdən pulu ödəmədiyini öyrənmək məqsədilə 2021-ci ilin əvvəllərində qardaşı Şahid2 ilə birlikdə Tovuz rayonuna N nömrəli hərbi hissəyə getmişdir. Orada Qalibi hərbi hissədən çölə çağırmış və söhbət etmək üçün Qalibin yaşadığı evə getmişlər. Onlar orada bu barədə danışdıqdan sonra Qalib aylıq ödənişləri ödəyəcəyini ona demişdir. Onlar da razılaşaraq oradan çıxıb Beyləqan rayonuna qayıtmışlar. Bundan sonra Şahid1 2021-ci ilin mart ayından 2023-cü ilin yanvar ayınadək ödənişi hər ay ödəməli olduğu halda, müxtəlif aylarda müxtəlif məbləğlərdə aylıq ödənişləri etmişdir. Şahid1 aylıq ödənişləri qardaşı Şahid2 və qardaşı arvadı Gülanə Mərdəliyevanın kart hesablarına göndərmişdir. Qalib qeyd etdiyi müddətədək ona ödəməli olduğu ümumilikdə 4.000 manat pulun 2.850 manatını ödəmiş, yerdə qalan 1.650 manatını isə ödəməmişdir. Sonuncu dəfə Qalib ona 2023-cü ilin yanvar ayında 200 manat pul ödəmişdir. Həmin vaxtdan sonra Şahid1 ona daha ödəniş etməmiş və ona 1.650 manat borcu qalmışdır. O, hər dəfə Qalibə zəng etdikdə Qalib çox vaxt telefonlarına cavab verməmiş, telefona cavab verən zaman isə imkanı olmadığını, qısa müddətdə pulu ödəyəcəyini demişdir. Şahid1 onun yerdə qalan 1.650 manat pulunu ödəmədiyi üçün o, həmin pulu Qalibdən geri almaq məqsədilə yalan məlumat vermək qərarına gəlmişdir. Bunun üçün o, 05 fevral 2024-cü il tarixdə Şəmkir hərbi prokurorluğuna gedib orada ərizə və izahat yazaraq Şahid1 xidmət yerini dəyişdirmək məqsədilə ümumilikdə 3.000 manat veriləcək pulun, ilkin olaraq 1.650 manatını 2019-cu ilin oktyabr ayında Qalibə verdiyini, yerdə qalan 1.350 manat pulun isə sonradan veriləcəyi barədə razılaşdıqlarını bildirmişdir. Lakin, sonradan Şəmkir hərbi prokurorluğunda ondan təkrar izahat alınan zaman Şahid1 ona qarşı dələduzluq etmədiyini, Qalibə 4.000 manat borc pul verdiyini, verdiyi pulun 1.650 manatını ödənilmədiyini qeyd etmişdir. Onun bilə-bilə yalan xəbərçilik etməkdə məqsədi Şahid1 qalan 1.650 manat borc pulu geri qaytarmaq olmuşdur. O, Qalibin qorxaraq pulunu ödəyəcəyini düşünərək Şəmkir hərbi prokrorluğuna yalan məlumat vermişdir. Bilə-bilə yalan xəbərçilik etdiyi barədə o, cinayət məsuliyyəti daşıyacağı barədə xəbərdar olunmuş, törətdiyi əməldən peşman olmuşdur. o, konkret olaraq Şahid1 borc məqsədilə 14 noyabr 2018-ci il tarixdə 4.000 manat pul vermişdir. Həmin tarixdə o, “Kapital Bank”ın Tovuz rayon filialından 8.500 manat pul kredit götürmüşdür. Kredit götürdüyü pulun 4.000 manatını Qalibə vermiş, yerdə qalan 4.500 manatını özünə götürmüşdür. O, Şahid1 borc qismində verdiyi 4.000 manat pulun, ödənilməmiş 1.650 manatını Qalibdən geri ala bilmədiyi üçün Şəmkir hərbi prokurorluğuna yalan məlumat verərək bilə-bilə yalan xəbərçilik etmişdir. Yalan məlumat verməkdə məqsədi Şahid1 dövlət orqanlarından ehtiyat edərək ona olan borcunu geri qaytaracağından ibarət olmuşdur. O, 4.000 manat məbləğində pulu Şahid1 verərkən yanlarında heç kim olmamışdır. O, Şahid1 verdiyi ümumilikdə 4.000 manat borc pulun 2.850 manatını Qalib müxtəlif tarixlərdə, müxtəlif məbləğlərdə ona ödəmişdir. Həmin pulları Qalib onun qardaşı Şahid2 və qardaşı arvadı Gülanə Mərdəliyevanın adına olan kart hesablarına köçürmüşdür. Şahid1 ona 1.650 manat borcu qalmışdır. O, qeyd etdiklərindən başqa Şahid1 nə vaxtsa borc pul verməmişdir. Onun Şahid1 4.000 manat borc pul verməsindən kiminsə məlumatı olmamışdır. Oda qeyd olunanı nəzərə alaraq, onun barəsində yüngül cəzə teyin edilməsini xahiş etmişdir. İbtidai istintaq zamanı İş üzrə şahid qismində dindirilmiş Şahid1 məhkəmə iclasında iştirakının təmin edilməsi mümkün olmamış və iş üzrə tərəflərin etirazı olmadan ifadəsi elan edilmiş ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs tanıyır. Belə ki, o, Təqsirləndirilən şəxs ilə Tovuz şəhərində yerləşən N nömrəli hərbi hissədə xidmət etmişdir. O, orada mühəndis bölüyündə, Qalib isə tank bölüyündə xidmət etmişdir. 14 noyabr 2018ci il tarixdə o, N nömrəli hərbi hissədə Təqsirləndirilən şəxs yaxınlaşaraq şəxsi problemləri olduğu üçün təcili 4.000 manat pul lazım olduğunu demişdir. Təqsirləndirilən şəxs ona köməklik etməyə razı olduğunu bildirmişdir. Alyoşa həmin vaxt pulu olmadığı üçün, yalnız kredit götürərək pul verəcəyini ona demişdir. Daha sonra kredit götürmək məqsədilə Alyoşa ilə birgə Tovuz şəhərində yerləşən “Kapital bank”ın filialına getmişdir. Alyoşa orada bankdan 48 aylıq (4 illik) müddətə 8.500 manat pul götürmüşdür. Alyoşa həmin pulun 4.000 manatını ona vermiş, yerdə qalan 4.500 manatını isə şəxsi ehtiyaclarına xərcləmək üçün özünə götürmüşdür. Alyoşanın götürdüyü 8.500 manat pulun aylıq ödənişi 290 manat təşkil etmişdir. Həmin aylıq ödənilməli olan 290 manat pulun 140 manatını o, 150 manatını isə Alyoşanın ödəyəcəyi ilə bağlı onlar öz aralarında razılaşmışlar. O, Alyoşadan aldığı pulların aylıq ödənişlərini ödəməyə başlamışdır. Daha sonra şəxsi problemləri olduğu üçün, eləcə də imkanı çox zəif olduğuna görə o, pulu ödəməkdə çətinlik çəkmişdir. Alyoşa 2021-ci ilin əvvəllərində qardaşı Şahid2 ilə birlikdə Tovuz rayonuna N nömrəli hərbi hissəyə gəlmişdir. Orada onu hərbi hissədən çölə çağırmış və söhbət etmək üçün onların evə getmişlər. Onlar bu barədə danışdıqdan sonra o, tez bir zamanda aylıq ödənişləri ödəyəcəyini Alyoşaya demişdir. Alyoşa da razılaşaraq onların evindən çıxıb getmişdir. Bundan sonra o, 2021-ci ilin mart ayından 2023-cü ilin yanvar ayınadək ödənişi hər ay ödəməli olduğu halda, müxtəlif aylarda müxtəlif məbləğlərdə aylıq ödənişləri etmişdir. O, aylıq ödənişləri Alyoşanın qardaşı Şahid2 və qardaşı arvadı Gülanə Mərdəliyevanın kart hesablarına göndərmişdir. O, qeyd etdiyi müddətədək Alyoşaya ödəməli olduğu ümumilikdə 4.000 manat pulun 2.850 manatını ödəmiş, yerdə qalan 1.650 manatını isə imkanı zəif olduğu üçün ödəməmişdir. Sonuncu dəfə o, Alyoşaya 2023-cü ilin yanvar ayında 200 manat pul ödəmişdir. Bundan sonra Təqsirləndirilən şəxs 2024-cü ilin fevral ayında Şəmkir hərbi prokurorluğuna gedib orada ərizə və izahat yazaraq guya xidmət yerini dəyişdirmək məqsədilə ümumilikdə 3.000 manat veriləcək pulun, ilkin olaraq 1.650 manatını 2019-cu ilin oktyabr ayında ona verdiyini, yerdə qalan 1.350 manat pulun isə sonradan veriləcəyi barədə razılaşdıqlarını bildirdiyi məlum olmuşdur. Lakin, sonradan Şəmkir hərbi prokurorluğunda Təqsirləndirilən şəxs təkrar izahat alınan zaman onun Alyoşaya qarşı dələduzluq etmədiyi təsdiqini tapmışdır. O, heç vaxt Təqsirləndirilən şəxs qarşı qanunsuz hərəkət etməmişdir. Onun şəxsi problemləri olduğu üçün Təqsirləndirilən şəxs 4.000 manat borc pul almışdır. Qeyd olunan pulun 2.850 manatını müxtəlif aylarda, müxtəlif məbləğlərdə Alyoşaya ödəmişdir. Onun Alyoşaya 1.650 manat borcu qalmışdır. Təqsirləndirilən şəxs konkret olaraq ona borc məqsədilə 14 noyabr 2018-ci il tarixdə 4.000 manat pul vermişdir. Həmin tarixdə Alyoşa “Kapital Bank”ın Tovuz rayon filialından 8.500 manat pul kredit götürmüşdür. Kredit götürdüyü pulun 4.000 manatını ona vermiş, yerdə qalan 4.500 manatını özünə götürmüşdür. Təqsirləndirilən şəxs 4.000 manat məbləğində pulu ona verərkən yanlarında heç kim olmamışdır. O, Alyoşa Mərəliyevdən ümumilikdə 4.000 manat borc pulun 2.850 manatını müxtəlif tarixlərdə, müxtəlif məbləğlərdə Alyoşaya ödəmişdir. Həmin pulları o, Alyoşanın qardaşı Şahid2 və qardaşı arvadı Gülanə Mərdəliyevanın adına olan kart hesablarına köçürmüşdür. Onun Alyoşaya 1.650 manat borcu qalmışdır. O, qeyd etdiklərindən başqa Təqsirləndirilən şəxs nə vaxtsa borc pul almamışdır. Onun Təqsirləndirilən şəxs 4.000 manat borc pul almağından kiminsə məlumatı olmamışdır. İbtidai istintaq zamanı İş üzrə şahid qismində dindirilmiş Şahid2 məhkəmə iclasında iştirakının təmin edilməsi mümkün olmamış və iş üzrə tərəflərin etirazı olmadan ifadəsi elan edilmiş ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs onun doğma qardaşıdır. O, həmçinin Şahid1 tanıyır. Belə ki, qardaşı Təqsirləndirilən şəxs Şahid1 ilə Tovuz şəhərində yerləşən N nömrəli hərbi hissədə xidmət etmişdir. Alyoşa orada tank bölüyündə, Qalib isə mühəndis bölüyündə xidmət etmişdir. 14 noyabr 2018-ci il tarixdə Şahid1 N nömrəli hərbi hissədə Alyoşaya yaxınlaşaraq uşağının xəstə olduğunu və əməliyyat olunması üçün təcili 4.000 manat pul lazım olduğunu demişdir. Alyoşa qalibə köməklik etməyə razı olduğunu bildirmişdir. Həmin vaxt pulu olmadığı üçün, Alyoşa yalnız kredit götürərək pul verəcəyini Qalibə demişdir. Daha sonra Alyoşa kredit götürmək məqsədilə Qaliblə birgə Tovuz şəhərində yerləşən “Kapital bank”ın filialına getmişlər. Alyoşa orada bankdan 48 aylıq (4 illik) müddətə 8.500 manat pul götürmüşdür. Alyoşa həmin pulun 4.000 manatını Qalibə vermiş, yerdə qalan 4.500 manatını isə şəxsi ehtiyaclarına xərcləmək üçün özünə götürmüşdür. Alyoşanın götürdüyü 8.500 manat pulun aylıq ödənişi 290 manat təşkil etmişdir. Həmin aylıq ödənilməli olan 290 manat pulun 140 manatını Şahid1, 150 manatını isə Alyoşanın ödəyəcəyi ilə bağlı onlar öz aralarında razılaşmışlar. Şahid1 ilkin olaraq Alyoşaya verdiyi pulun aylıq ödənişlərini ödəməyə başlamışdır. Alyoşa 2019-cu ilin dekabr ayında xidməti yerini dəyişərək Beyləqan rayonunda yerləşən N nömrəli hərbi hissəyə təyinat almışdır. Xidmət yerini dəyişdiyi müddətdən sonra Şahid1 Alyoşaya verdiyi pulun aylıq ödənişlərini ödəməmişdir. Alyoşa Qalibə zəng edib bunun səbəbini soruşduqda Qalib imkanı zəif olduğunu, tez bir zamanda pulu ödəcəyini demişdir. Lakin, Şahid1 bundan sonra yenə də aylıq ödənişi ödəməmişdir. Alyoşa Qalibin nə səbəbdən pulu ödəmədiyini öyrənmək məqsədilə 2021-ci ilin əvvəllərində onunla birlikdə Tovuz rayonuna N nömrəli hərbi hissəyə getmişdir. Onlar orada Qalibi hərbi hissədən çölə çağırmış və söhbət etmək üçün Qalibin yaşadığı evə getmişlər. Onlar orada bu barədə danışdıqdan sonra Qalib aylıq ödənişləri ödəyəcəyini demişdir. Onlar da razılaşaraq oradan çıxıb Beyləqan rayonuna qayıtmışlar. Bundan sonra Şahid1 2021-ci ilin mart ayından 2023-cü ilin yanvar ayınadək ödənişi hər ay ödəməli olduğu halda, müxtəlif aylarda müxtəlif məbləğlərdə aylıq ödənişləri etmişdir. Şahid1 aylıq ödənişləri onun və arvadı Gülanə Mərdəliyevanın kart hesablarına göndərmişdir. Şahid1 qeyd etdiyi müddətədək Alyoşaya ödəməli olduğu ümumilikdə 4.000 manat pulun 2.850 manatını ödəmiş, yerdə qalan 1.650 manatını isə ödəməmişdir. Sonuncu dəfə Qalib onlara 2023-cü ilin yanvar ayında 200 manat pul ödəmişdir. Həmin vaxtdan sonra Şahid1 onlara daha ödəniş etməmiş və Alyoşaya 1.650 manat borcu qalmışdır. Onlar hər dəfə Qalibə zəng etdikdə Qalib çox vaxt telefonlarına cavab verməmiş, telefona cavab verən zaman isə imkanı olmadığını, qısa müddətdə pulu ödəyəcəyini demişdir. Sonradan ona məlum olmuşdur ki, Şahid1 Alyoşanın yerdə qalan 1.650 manat pulunu ödəmədiyi üçün Alyoşa həmin pulu ondan geri almaq məqsədilə yalan məlumat vermək qərarına gəlmişdir. Bunun üçün Alyoşa 05 fevral 2024-cü il tarixdə Şəmkir hərbi prokurorluğuna gedib orada ərizə və izahat yazaraq Şahid1 xidmət yerini dəyişdirmək məqsədilə ümumilikdə 3.000 manat veriləcək pulun, ilkin olaraq 1.650 manatını 2019-cu ilin oktyabr ayında Qalibə verdiyini, yerdə qalan 1.350 manat pulun isə sonradan veriləcəyi barədə razılaşdıqlarını bildirmişdir. Lakin, sonradan Şəmkir hərbi prokurorluğunda Alyoşadan təkrar izahat alınan zaman Şahid1 Alyoşaya qarşı dələduzluq etmədiyini, Qalibə 4.000 manat borc pul verdiyini, verdiyi pulun 1.650 manatını ödəmədiyini qeyd etmişdir. Alyoşanın bilə-bilə yalan xəbərçilik etməkdə məqsədi Şahid1 qalan 1.650 manat borc pulu geri qaytarmaq olmuşdur. Alyoşa Qalibin qorxaraq pulunu ödəyəcəyini düşünərək Şəmkir hərbi prokrorluğuna yalan məlumat vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 29 aprel 2024-cü il tarixli cinayət işinin başlanması və ibtidai istintaq aparılmasının tapşırılması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 296.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. 29 aprel 2024-cü il tarixli cinayət işinin icraata qəbul edilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi icraata qəbul edilərək ibtidai istintaq davam etdirilmişdir. 26 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə ketməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. ünvan 2rə nümayəndəliyinin 10 may 2024-cü il tarixli, 253 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Qusar rayonu, Piral kəndində qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə həmin ünvanda yaşayır. ünvan 2rə nümayəndəliyinin xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə şifahi və ya yazılı şikayət daxil olmamışdır. Şəmkir rayon polis şöbəsinin xx.xx.2024-cü il tarixli, 3-13-110/2-13381/2024 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli, tələbnaməyə əsasən, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. Təqsirləndirilən şəxs elektron portal məlumatından görünür ki, Təqsirləndirilən şəxs evli olmaqla himayəsində xx.xx.2015-ci il təvəllüdlü Arzu adı və xx.xx.2016-ci il təvəllüdlü Ariz adlı uşaları var. 126320 nömrəli vəsiqədən görünür ki, Təqsirləndirilən şəxs veteran statusuna malikdir. xx.xx.2019-cu il tarixli vəsiqəsinə əsasən, Təqsirləndirilən şəxs “Qüsursuz Xidmətə görə” 3-cü dərəcəli medalı ilə təltif edilmişdir. İ-770 nömrəli vəsiqəsinə əsasən, Təqsirləndirilən şəxs “Cəsur döyüşçü” medalı ilə təltif edilmişdir. İ-5483 nömrəli vəsiqəsinə əsasən, Təqsirləndirilən şəxs “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edilmişdir. İ-49429 nömrəli vəsiqəsinə əsasən, Təqsirləndirilən şəxs “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. İ-2513 nömrəli vəsiqəsinə əsasən, Təqsirləndirilən şəxs “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Beləliklə, məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-296.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxsin ona isnad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə ona istinad olunmuş maddənin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. Təqsirləndirilən şəxsin hazırkı cinayəti törətməsi özünün etirafedici ifadəsi, şahid ifadələri, istintaq hərkətləri protokolları və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 296.1-ci maddəsinə əsasən Cinayət edilməsi haqqında bilə-bilə yalan xəbərçilik etmə əməlinə görə cərimə, ictimai işlər, islah işləri və azadlıqdan məhrum etmə ilə cəzaları nzərədə tutulmuşdur. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 296.1-ci maddəsi ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-ci maddələrinə müvafiq olaraq, ədalət prinsipini və sosial ədalətin bərpasını, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşmançılıq çəkməsini, himayəssində bir azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması, ilk dəfə cinayət törətməsi, himayəsində azyaşlı uşağının olmasını, ailəsinin yeganə qazanc gətirən şəxs olmasını onun şəxsiyyətini səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Göründüyü kimi, qeyd olunan normanın tələbinə əsasən Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 296.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəzalardan biri təyin olunmalıdır. Məhkəmə hesab edir ki, hazırkı halda cəzanı yüngülləşdirən halların dairəsi, cəzanı ağırlaşdıran halların olmaması, bütövlükdə Cinayət Məcəlləsində cəza təyin etmənin ümumi əsaslarının təsbit olunduğu 58-ci maddə, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan yüngül cəza növünün təyin olunmasına imkan verir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin cəzanın məqsədlərinin təsbit olunduğu 41-ci maddəsinə əsasən cəza sosial ədaləti bərqərar etmək, məhkumu islah etmək, məhkum tərəfindən və başqa şəxslər tərəfindən uyğun qəbildən olan cinayətlərin törədilməsinin qarşısını almaq məqsədlərini güdür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Odur ki, məhkəmə ədalətli cəza verilməsi məsələsini müzakirə edərkən, cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 296.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, cərimə cəzasına məhkum edilməsi qanuni, əsaslı və ədalətlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Bundan başqa, məhkəmə hesab edir ki, Şəmkir rayon Vəkil Bürosuna vəkili X1 Təqsirləndirilən şəxs göstərdiyi 17 saat hüquqi yardıma görə 132 manat pul dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə ekspertiza və digər məhkəmə xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 296.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 2000 (iki min) manat cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxsə göstərdiyi 17 saat hüquqi yardıma görə 132 (bir yüz otuz iki) manat pul Müdafiəçi ödənilməsi üçün Şəmkir Rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Həmin müddət ərzində apelyasiya protesti və ya apelyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №1(076)-139/2025
Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-139/2025
29.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver