Məhkəmə qərarları › İş №1(076)-14/2024

Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-14/2024

15.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-14/2024 15.01.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi ilə, Nəcəfli Rizvan Ramazan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi – Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1994-cü ildə Şəmkir rayonu, Düyərli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Şəmkir rayonu, Düyərli kəndində qeydiyyatda olan və həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci maddələri ilə ittiham verilmişdir. Belə ki, ittiham aktına əsasən Təqsirləndirilən şəxs 2022-ci ilin payız aylarında istintaqa dəqiq məlum olmayan tarixdə və vaxtda Şəmkir rayonu, Bayramlı kəndi ərazisində Kür çayının kənarında yabanı halda bitmiş tərkibində narkotik vasitələr olan çətənə bitkisinin qurumuş yarpaqlarını toplayıb “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş eyni adlı İ siyahısı, həmçinin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələrin” İ siyahısının 1-ci bəndi ilə müəyyən edilən, narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi olmadan qanunsuz olaraq əldə edib bir ədəd kibrit qutusuna yığaraq üzərində saxlayaraq yaşadığı evə daşımış, 05 may 2023-cü il tarixdə Şəmkir Rayon Polis X15 bölməsinə daxil olmuş əməliyyat məlumat əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs həmin tarixdə saat 17:30 radələrində Şəmkir rayonu, Düyərli kəndində polis əməkdaşları tərəfindən saxlanılaraq Şəmkir Rayon Polis Şöbəsinin X10 İnzibati binasına gətirilib, üzərində şəxsi axtarış aparılan zaman əynindəki qara rəngli gödəkcənin sağ yan cibindən 01 (bir) ədəd kibrit qutusunda, tərkibində narkotik vasitələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış təmiz çəkisi 6,70 qram miqdarda qurudulmuş marixuana aşkar edilərək götürülmüş, həmin gün davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən olmuşdur ki, Təqsirləndirilən şəxs 2020-ci ildə istintaqa dəqiq məlum olmayan tarixdə və vaxtda Şəmkir rayonu, Bayramlı kəndi ərazisindən keçən Kür çayının kənarından tapdığı 01 (bir) ədəd nömrəsi silinmiş, zavod üsulu ilə keçmiş SSRİ-də istehsal olunmuş, 5,45 mm kalibrli, odlu yivli Kalaşnikov kontruksiyalı AK-74 modelli avtomat silahı, zavod üsulu ilə istehsal olunmuş, 5,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, Kalaşnikov kontruksiyalı silahların komplekt hissəsi olan 02 (iki) ədəd daraqlar və zavod üsulu ilə keçmiş SSRİ-də istehsal olunmuş, 5,45x39 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov kontruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş, döyüş sursatı hesab olunan 10 (on) ədəd patronları qanunsuz əldə edərək üzərində daşımaqla Şəmkir rayonu, Düyərli kəndi ərazisində meşə sahəsində torpağa basdıraraq saxlamış, qeyd olunan qanuna zidd hərəkətləri ilə bağlı keçirmiş əməliyyat-axtarış tədbirləri nəticəsində onun iştirakı ilə Şəmkir rayonu, Düyərli kəndi ərazisində meşə sahəsində odlu silah, onun komplekt hissələrini və döyüş sursatlarını gizlətdiyi yerə keçirilən baxış zamanı oradan polietilen torbada texniki cəhətdən saz və atəşə yararli, 01 ədəd nömrəsi silinmiş, zavod üsulu ilə keçmiş “SSRİ” dövlətində istehsal olunmuş 5,45 mm kalibrli, odlu yivli Kalaşnikov kontruksiyalı AK-74 modelli avtomat silahı, zavod üsulu ilə istehsal olunmuş, texniki cəhətdən saz və istifadəyə yararlı 02 (iki) ədəd, 5,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş Kalaşnikov kontruksiyalı silahların komplekt hissəsi olan daraqlar və zavod üsulu ilə keçmiş SSRİ-də istehsal olunmuş, 5,45x39 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov kontruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş, döyüş sursatı hesab olunan 10 (on) ədəd patronlar aşkar edilərək götürülmüşdür. Şəmkir Rayon Məhkəməsinin 15 yanvar 2024-cü il tarixli 1(076)-14/2024 nömrəli qərarına əsasən Аzərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 228.1-ci mаddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmiş Təqsirləndirilən şəxs həmin Məcəllənin 228-ci maddəsinin qeydinə əsasən cinayət məsuliyyətindən azad edilməsi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməsi qərara alınmışdır. Məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi irəli sürülmüş ittiham və ibtidai araşdırma zamanı ittiham tərəfinin əldə etdiyi sübutların qanunsuz olması təsdiq edildiyindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi elan olunmuş ittiham üzrə cinayət əməlinin onun tərəfindən törədilməsi qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilməmiş, habelə onun təqsirliliyini təsdiq edən sübutlar irəli sürülmüş ittihamın qanuni və əsaslı sayılmasına kifayət etməmişdir. Məhkəmə bu nəticəyə gələrkən aşağıdakı sübutlara əsaslanmışdır. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1. və 234.1-ci maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, Şəmkir rayonu, Düyərli kəndində ailəsi ilə birlikdə yaşayır. 05 may 2023-cü il tarixdə saat təxminən 16:00-da Şəmkir rayonu, Düyərli kəndində yaşadığı küçənin baş tərəfində yeni kənd adlanan ərazidə Hüseyn marketin qarşısında həmkəndlisi Xəyyamla dayanan zaman, əvvəldən tanıdığı Şahid1 Chevrolet markalı xidməti avtomobillə marketin qarşısında dayanaraq avtomobildən enmədən əl işarəsi ilə onu yanına çağıraraq ona avtomobilə əyləşməsini bildirmişdir. O, avtomobilə əyləşərək Şahid1la birlikdə X17 keçmişlər. Xaliq müəllim onu öz xidməti otağına apararaq ona rəisin təzə gəldiyini, onun adam tutmalı olduğunu və bu səbəbdən ona köməklik etməsini bildirərək, ondan ya narkotik vasitə, ya da ki, silah qəbul edərək etiraf etməsini, bildirərək birinci məhkumluğu olduğu üçün onu həbs etməyəcəklərini bildirmişdir. Eyni zamanda razılaşmadığından ona fiziki təzyiq də göstərmişlər. Məcbur olub o, Xaliq müəllimlə razılaşmışdır. Xaliq müəllim polis əməkdaşına zəng edərək, “Sənə verdiyim şeyi gətir” deyərək otaqdan çıxmış və bir dəqiqə çəkməmiş geri qayıtmışdır. Şahid1 özü narkotik vasitəni onun üzərinə qoymuşdur. Belə ki, X. İsgəndərov əvvəlcə narkotik vasitələri satan şəxs kimi sənədləşdirmə aparılması üçün onun qarşısına üç qutu qoymuş, sonra ona “İstəyirsən silah qoyum o bundan yüngüldür” demişdir. O, razılaşmış, bundan sonra 2 qutunu götürərək 1 qutunu onun üzərinə qoymuşdur. Onu əvvəlcə yaşadığı, kəndin ərazisində yolun kənarında olan istilikxanaların yanına aparmışlar. O, həmin yerin yaşayış sahəsinə yaxın olduğundan, silahın oraya qoyulmasına razılaşmamış və onu yenidən polis şöbəsinə qaytarmışlar. Yenidən Xaliq, Cümşüd və bir nəfər də sürücü ilə meşəliyə getmiş, meşəlikdə silahın olduğu yeri göstərmişlər. Ona silahın yerini yadında saxlaması üçün orada olan televizor qırığını işarə olaraq yadında saxlamasını bildirmişlər. X8yıdaraq üzərinə baxış keçirilmiş, baxış keçirilən zaman çəkilişi aparan şəxsin arxasından Qədim müəllim və digər polis əməkdaşları da onun gözünün içinə baxaraq təzyiq altında çəkiliş vaxtı da məcbur üzərinə qoyulmuş narkotiki özününkü kimi təqdim etmişdir. Çəkiliş vaxtı onda silah olmasını bildirmiş, sonra onu Şəmkir rayonu Düyərli kəndi ərazisində yol kənarındakı meşə sahəsinə polis əməkdaşları ilə birlikdə ikinci dəfə həmin yerə gətirərək meşə sahəsində avtomat silahı torpağa basdırıldığı yeri göstərmişdir, həmin yer qazılaraq oradan bir ədəd ağ rəngli sintetik kisə aşkar edilmişdir. Kisə açıldıqda içərisində bir ədəd avtomat silah, iki ədəd avtomat silahın sandıqçası və 10 (on) ədəd avtomat güllələri aşkar edilmişdir. Həmin kisə təzə olmuşdur. Ona kisəni oraya 3-4 gün olar basırdıqlarını bildirmişlər. Sonra Xaliq, Cümşüd, X10 rəisi Qərib müəllim və Aqşin onu geri şöbəyə gətirmişlər. İbtidai istintaq dövründə özünü təqsirli bilib, cinayət əməlini etiraf etməsinin səbəbi onların onu döymələri olmuşdur. Üzərindən aşkar olunan narkotik vasitə ona məxsus olmamış, həmin narkotik vasitəni Şahid1 özü cibinə qoymuşdür. Ümumiyyətlə o, saxlanılan zaman üzərində heç bir narkotik vasitə olmamışdır. Şahid1 bu hadisədən təxminən yarım ay əvvəl onu şöbəyə apararaq, adam tuta bilmədiyini bildirərək, ondan narkotik vasitəni kimdən almasını, soruşaraq o adamın adını verməsini bildirmişdir. O, heç kimdən narkotik vasitə almadığını bildirərək, ad verməmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, Şahid1 Niva markalı avtomobillə özü tək gəlmiş, onu marketin qarşısında Xəyyamla oturan zaman yanına çağırmışdır. Əgər üzərində narkotik vasitə olsaydı onunla avtomobilin arasında olan məsafədə narkotik vasitəni yerə atmaq imkanı vardı, atardı. Belə ki, Şahid1 da əvvəlcədən tanımış, polis əməkdaşı olmasını bilirdi. X. İsgəndərov onu çağıraraq onunla işi olmasını bildirdikdə onun xidməti avtomobilinə əyləşərək onunla getmişdir. X11 İsgəndərov onun qarşısına əvvəlcə 3 büküm qoymuş, satış kimi sənədləşdirmək istəmiş, lakin sonradan “silah bundan yüngüldür, birinci məhkumluğundur, həbs olunmayacaqsan” dediyindən, eyni zamanda onu yenidən döyməklərindən narahat olub razılaşmışdır. Belə ki, onu Cümşüd Novruzov döymüş, Kənan arada təpiklə vurmuşdur. Bir aydan bir, ay yarımdan bir narkotik vasitələrdən istifadə etdiyindən eyni zamanda fiziki təzyiqlərdən sonra narkotik vasitənin onun cibinə qoyulması ilə razılaşmışdır. Onun istintaqda olan vəkili onu müdafiə etməmiş, yalnız şəxsi axtarış götürmə zamanı yanında olmuşdur. Bu səbəbdən də istintaq dövründə fiziki təzyiqlərlə bağlı heç bir yerə məlumat verə bilməmişdir. 02 avqust 2023-cü il tarixində keçirilmiş məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, istintaqda verdiyi ifadəsini təsdiq edir. Belə ki, Şəmkir rayon polis şöbəsinin X10 baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 05 may 2023cü il tarixdə əməliyyat məlumatı daxil olmuş, Şəmkir RPŞ-nin X10 CA üzrə əməliyyat müvəkkili Şahid2, polis sahə rəisi Şahid3 və polis nəfəri Şahid4 ibarət əməliyyat qrupu yaradılmış, keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Şəmkir rayonu Düyərli kəndində yaşadığı evin yaxınlığında saxlanılaraq Şəmkir rayon polis X15 bölməsinə gətirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması Şəmkir RPŞ-nin təhqiqat bölməsinin təhqiqatçısı Ceyhun Ələkbərova həvalə edilmiş, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq onun üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən bir ədəd kibrit qutusunda narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilmiş, o həmin narkotik vasitəni Şəmkir rayonu Bayramlı kəndi ərazisində, Kür çayının kənarından yabani halda bitmiş çətənə bitkilərindən topladığını bildirmişdir. Həmçinin, Təqsirləndirilən şəxs yaşadığı Düyərli kəndi ərazisində meşə sahəsində bir ədəd avtomat silah və 10 ədəd silah patronlarını torpağa basdıraraq gizlətdiyini bildirmişdir. Həmin günü Təqsirləndirilən şəxs Şəmkir rayonu Düyərli kəndi ərazisindəki meşə sahəsində göstərdiyi yerə baxış keçirilmiş, baxış zamanı orada torpağa basdırılmış sintetik kisənin içərisində bir ədəd avtomat silah, iki ədəd avtomat silahın sandıqçası və 10 ədəd avtomat güllələri aşkar edilərək götürülmüşdür. Şahid1 məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, ona Təqsirləndirilən şəxs narkotik vasitə saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat məlumatının kimin tərəfindən verilməsini xatırlamır. O, əməliyyat qrupu yaradılması barədə raportla müraciət etmiş və əməliyyat qrupu Şahid2 tərəfindən yaradılmışdır. Onun tərəfindən əməliyyat işi açılmamışdır. Əməliyyat qrupunda “Niva” markalı, metalik rəngli xidməti avtomobillə o özü, Şahid2, Ziyəddin Yahyayev və Şahid4 birlikdə mülki geyimdə Təqsirləndirilən şəxs arxasınca getmişlər. Avtomobildə qabaq oturacaqda Şahid2 oturmuşdur. Təqsirləndirilən şəxs Şəmkir rayonu Düyərli kəndi ərazisində saxlamışlar. O, mağazanın qarşısında oturmuş vəziyyətdə olmuşdur. Təqsirləndirilən şəxs yanında sayını xatırlamadığı başqa yoldaşlar da olmuşdur. Onlar avtomobili Təqsirləndirilən şəxs 1-2 metr aralıda saxlamışlar. Onu avtomobildən kənardan çağırmış, o da gəlmişdir. Avtomobildən heç kim düşməmişdir. Təqsirləndirilən şəxs X17 gətirmişlər və orada üzərinə müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçirmişlər. Təqsirləndirilən şəxs saat 17:30-da tutmuşlar. Mağazanın yanından X6 məsafəni 15-20 dəqiqəyə gəlmişlər. O, Təqsirləndirilən şəxs üzərinə narkotik vasitəni qoymamışdır. Əməliyyat məlumatı yalnız narkotik vasitə saxlaması ilə bağlı daxil olmuşdur, silahla bağlı daxil olmamışdır. Təqsirləndirilən şəxs onda silah olmasını özü müdafiəçinin iştirakı ilə etiraf etmişdir. O, oraya sonradan getmişdir. X9 silah olan yerə məsafə təxmini 15-20 dəqiqəlik olmuşdur. Ora çatanda artıq silahı çıxartmışlar və Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı ilə hadisə yerini göstərmişdir. Silahın nəyin içində olmasını xatırlamır. Silahla bağlı hadisə yerinə bir dəfə getmişlər. Təqsirləndirilən şəxs evinə onlar tərəfindən baxış keçirilməmişdir. 01 dekabr 2023-cü il tarixdə keçirilən məhkəmə iclasında təkrar şahid qismində dindirilən X. İsgəndərov təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən təqdim edilmiş diskdə olan avtomobilin əməliyyat axtarış tədbirinin həyata keçirilməsi üçün C. Aslanovun arxasınca getdikləri avtomobil olduğunu bildirmiş, 2 avtomobil getdiklərini, Ziyəddin Yəhyayayevin arxada başqa maşınla gəlmiş, onlar, yəni 3 polis əməkdaşı bir maşında getdiklərini qeyd etmişdir. Lakin video görüntüdə görünən avtomobildə başqa şəxslərin olmaması halına izah verə bilməmişdir. 02 avqust 2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Şəmkir rayon polis şöbəsinin X10 CA üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 05 may 2023-cü il tarixdə Şəmkir rayonu Düyərli kəndində yaşayan Təqsirləndirilən şəxs barəsində əməliyyat məlumatı daxil olmuşdur. Keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs saxlanılaraq Şəmkir Rayon Polis X15 Bölməsinə gətirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində müdafiəçinin iştirakı ilə şəxsi axtarış aparılmış və onun üzərindən narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı Düyərli kəndi ərazisində meşə sahəsində bir ədəd avtomat silah basdıraraq gizlətdiyini bildirmişdir. Şahid2 məhkəmə iclasında verilmiş suallara cavab olaraq göstərmişdir ki, daxil olmuş əməliyyat məlumatı ilə bağlı Təqsirləndirilən şəxs Şəmkir rayonu Düyərli kəndinin ərazisində saxlamışlar. Əməliyyatla bağlı o özü, Şahid1, Şahid4 və Şahid3 mülki geyimdə “Chevrolet” markalı, metalik rəngli xidməti avtomobillə getmişlər. Avtomobili o idarə etmişdir. Avtomobildə arxa oturacaqda Şahid3 və Şahid4 oturmuşlar. Şahid1 avtomobildə sağda oturmuşdur. O özü avtomobildən düşüb özünü təqdim etmiş, Təqsirləndirilən şəxs ayaq üstə getdiyi yerdə saxlamış və gəlib avtomobilə oturmasını demişdir. Təqsirləndirilən şəxs tək olmuş və o sakitcə gəlib avtomobilə oturmuşdur. Təqsirləndirilən şəxs X17 aparmışlar. Orada onun üzərinə müdafiəçinin, təhqiatçının, adını xatırlamadığı hal şahidinin iştirakı ilə baxış keçirmişlər. Təqsirləndirilən şəxs üzərindən 1 kibrit qutusunda marixuana aşkar olunmuşdur. Həmin vaxt özü otaqda olmamış, sonradan qeyd etdiklərini eşitmişdir. Bundan sonra Təqsirləndirilən şəxs özü silahı olduğunu etiraf etmişdir. Silahla bağlı hadisə yerinə o özü, müdafiəçi, təhqiqatçı, kriminalist, hal şahidi və Təqsirləndirilən şəxs getmişlər. Hadisə yerinə bir dəfə getmişlər. Təqsirləndirilən şəxs Şəmkir RPŞ-nin X12 saxlanılarkən ona hər hansı zor tətbiq olunmamışdır. Avtomobili gedərkən o idarə etmiş, qayıdarkən isə Təqsirləndirilən şəxs avtomobilə əyləşən vaxt o da avtomobildən düşün sağda oturmuş, avtomobili Şahid1 idarə etmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs arxasınca bir maşınla, yəni Niva markalı avtomobillə getdiklərini və avtomobildə 2 nəfər qabaq oturacaqda, 2 nəfər arxa oturacaqda oturmaqla 4 nəfər getdiklərini bildirmişdir. Həmçinin, sonrakı ifadəsində avtomobildən onunla yanaşı Şahid1 və Şahid4 da düşdüyünü qeyd etmişdir. Təqsirləndirilən şəxs evinə onlar tərəfindən baxış keçirilməmişdir. 01 dekabr 2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında təkrar şahid qismində dindirilmiş Şahid2 məhkəmə iclasında verilmiş suallara cavab olaraq göstərmişdir ki, avtomobili gedərkən o idarə etmiş, qabaq oturacaqda heç kim oturmamış, arxa oturacaqda 3 nəfər yəni Şahid1, Şahid3 və Şahid4 oturmuşdur. Eyni zamanda Təqsirləndirilən şəxs arxasında bir maşınla, yəni Niva markalı avtomobillə getdiklərini və Təqsirləndirilən şəxs da arxa oturacaqda 3 nəfər polis əməkdaşının yanında oturmaqla arxa oturacaqda 4 nəfər əyləşmələrini bildirmişdir. Həmçinin, sonrakı ifadəsində avtomobildən onunla yanaşı Şahid1 və Şahid4 da düşdüyünü qeyd etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Şəmkir rayon polis şöbəsinin X10 polis sahə rəisi vəzifəsində xidmət edir. 05 may 2023-cü il tarixdə Şəmkir rayonu Düyərli kəndində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr, eləcə də odlu silah və döyüş sursatı əldə edərək saxlaması barədə əməliyyat məlumatı daxil olmuş, Təqsirləndirilən şəxs cinayət törədərkən, yaxud törətdikdən dərhal sonra yaxalanması, narkotik vasitələrin, silah-sursatın və cinayətin izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədilə 05 may 2023-cü il tarixdə Şahid1 tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilmişdir. Bundan sonra onun, eləcə də Şəmkir RPŞ-nin X10 baş əməliyyat müvəkkili Şahid1, Şəmkir rayon polis şöbəsinin X10 CA üzrə əməliyyat müvəkkili Cümşüd Novruzovun və polis nəfəri Şahid4 ibarət əməliyyat qrupu yaradılmış, keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 05 may 2023-cü il tarixdə saat 17:30 radələrində Şəmkir rayonu, Düyərli kəndində yaşadığı evin yaxınlığında saxlanılaraq Şəmkir Rayon Polis X15 Bölməsinə gətirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması Şəmkir RPŞ-nin təhqiqat bölməsinin təhqiqatçısı Ceyhun Ələkbərova həvalə edilmiş, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq onun üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən bir ədəd kibrit qutusunda narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilmiş, o həmin narkotik vasitəni Şəmkir rayonu, Bayramlı kəndi ərazisində, Kür çayının kənarından yabanı halda bitmiş çətənə bitkilərindən topladığını bildirmişdir. Həmçinin, Təqsirləndirilən şəxs yaşadığı Düyərli kəndi ərazisində meşə sahəsində bir ədəd avtomat silah və 10 ədəd silah patronlarını torpağa basdıraraq gizlətdiyini bildirmişdir. Həmin günü Təqsirləndirilən şəxs Şəmkir rayonu Düyərli kəndi ərazisindəki meşə sahəsində göstərdiyi yerə baxış keçirilmiş, baxış zamanı orada torpağa basdırılmış sintetik kisənin içərisində bir ədəd avtomat silah, iki ədəd avtomat silahın sandıqçası və 10 ədəd avtomat güllələri aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs silah-sursatı təxminən 03 (üç) il əvvəl Şəmkir rayonu, Bayramlı kəndi ərzsisində Kür çayının kənarından tapdığını bildirmişdir. Şahid3 məhkəmə iclasında verilmiş suallara cavab olaraq göstərmişdir ki, Şahid1 Təqsirləndirilən şəxs narkotik saxlaması barədə əməliyyat məlumatı daxil olmuş, ona görə də əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun üzvləri Şahid1, Cümşüd Novruzov, Şahid4 və onun özündən ibarət olmaqla əməliyyat qrupu yaradılmış və 05 may 2023-cü il tarixdə “Chevrolet Niva” markalı avtomobillə mülki geyimdə Təqsirləndirilən şəxs arxasınca getmişlər. Təqsirləndirilən şəxs evlərinin yaxınlığında mağazasının yanında tək oturduğunu görmüşlər. Mağazanın üzərində kamera olmuşdur. O avtomobildən düşməmişdir. Avtomobilin sol tərəfində oturan Şahid4 avtomobildən düşmüşdür. Onu Şahid1 çağırmış, o da onlara yaxınlaşmışdır. Təqsirləndirilən şəxs heç kim tutub gətirməmiş, onu çağırmışlar özü gəlmişdir. Onunla aralarında 10-15 metr məsafə olmuşdur. Həmin məsafədə Təqsirləndirilən şəxs onlardan qaçmaq imkanı olmuşdur. Təqsirləndirilən şəxs avtomobildə arxa oturacaqda ortada oturmuşdur. Onu getdikləri avtomobillə X17 gətirmişlər. X12 Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman narkotik vasitə onun ya şalvaranın, ya da gödəkçəsinin cibindən aşkar olunmuşdur. Narkotik vasitəni Coşqunun cibindən Cümşüd Novruzov çıxartmışdır. Həmin narkotik kibrit qutusunda olmuşdur. Təxmini xatırlamasına görə Təqsirləndirilən şəxs həmin narkotik vasitəni Kür çayının qırağında yabanı halda bitək koldan əldə etdiyini demişdir. Təqsirləndirilən şəxs ona heç bir zor tətbiq edilmədən özü narkotik vasitəni və silahın yerini etiraf etmişdir. Silahın olduğu yerə gedərkən o, çəkilişdə iştirak etməmiş, həmin vaxt avtomobildə olmuşdur. Təqsirləndirilən şəxsla silahın çoxdan qaldığını və onu saxladığını bildirmişdir. Aşkar olunmuş silah odlu silah olmaqla patronları da olmuşdur. Təqsirləndirilən şəxs evinə onlar tərəfindən baxış keçirilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Şəmkir rayon polis şöbəsinin X10 polis nəfəri vəzifəsində xidmət edir. 05 may 2023-cü il tarixdə Şəmkir rayonu Düyərli kəndində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr, eləcə də odlu silah və döyüş sursatı əldə edərək saxlaması barədə Şəmkir RPŞ-nin X10 baş əməliyyat müvəkkili Şahid1 əməliyyat məlumatı daxil olmuş, Təqsirləndirilən şəxs cinayət törədərkən, yaxud törətdikdən dərhal sonra yaxalanması, narkotik vasitələrin, silah-sursatın və cinayətin izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədilə 05 may 2023-cü il tarixdə Xaliq İgəndərov tərəfindən əməliyyataxtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilmişdir. Bundan sonra onun, eləcə də Şəmkir RPŞ-nin X10 baş əməliyyat müvəkkili Şahid1, polis sahə rəisi Şahid3 və əməliyyat müvəkkili Cümşüd Novruzovdan ibarət əməliyyat qrupu yaradılmış, keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 05 may 2023-cü il tarixdə saat 17:30 radələrində Şəmkir rayonu, Düyərli kəndində yaşadığı evin yaxınlığında saxlanılaraq Şəmkir Rayon Polis X15 Bölməsinə gətirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması Şəmkir RPŞ-nin təhqiqat bölməsinin təhqiqatçısı Ceyhun Ələkbərova həvalə edilmişdir. Ceyhun Ələkbərovun və Təqsirləndirilən şəxs dəqiq adını xatırlamadığı müdafiəçisinin iştirakı ilə üzərinə baxış keçirilmişdir. Təhqiqatçı ondan üzərində nə olduğunu soruşmuşdur. O da üzərində olan narkotik vasitəni kibrit qutusunda özü çıxartmışdır. Kibrit qutusunu açıb baxan zaman narkotik vasitə olduğunu görmüşlər. Həmçinin, Təqsirləndirilən şəxs çəkiliş aparılarkən özü könüllü şəkildə yaşadığı Şəmkir Düyərli kəndi ərazisində meşə sahəsində bir ədəd avtomat silah gizlətdiyini bildirmişdir. Onlar meşəyə getmişlər. Orada videoçəkiliş zamanı silahı haraya basırdığını soruşmuşlar. O da yerini göstərmişdir. Onun göstərdiyi yer qazılarkən oradan silah çıxmışdır. Şəxsi axtarış və baxış keçirilməsi video çəkilişlə aparılmışdır. Şahid4 məhkəmə iclasında verilmiş suallara cavab olaraq göstərmişdir ki, Şəmkir rayonu Düyərli kəndində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr, eləcə də odlu silah və döyüş sursatı əldə edərək saxlaması barədə Şəmkir RPŞ-nin X10 baş əməliyyat müvəkkili Şahid1 əməliyyat məlumatı daxil olmuşdur. Bundan sonra onun, eləcə də Şəmkir RPŞ-nin X10 baş əməliyyat müvəkkili Şahid1, polis sahə rəisi Şahid3 və əməliyyat müvəkkili Cümşüd Novruzovdan ibarət əməliyyat qrupu yaradılmışdır. Onlar xidməti avtomobil olan “Chevrolet Niva” ilə mülki geyimdə axşama doğru təxmini saat 17:30 radələrində Təqsirləndirilən şəxs arxasınca getmişlər. Təqsirləndirilən şəxs mağazanın yanında tək olarkən görmüşlər. Onların arasında məsafə təxmini 20 metr olmuşdur. Təqsirləndirilən şəxs həmin vaxt qaçmaq imkanı olmuş, ancaq qaçmamışdır. Dəqiq xatırlamır Şahid1 ya Təqsirləndirilən şəxs çağırmış, ya da ona yaxınlaşmışdır. Təqsirləndirilən şəxs avtomobilin arxa oturacağında oturmuşdur. Avtomobilin qabaq oturacağında Şahid1 oturmuş və avtomobili idarə etmiş, qabaq sağ oturacaqda başqa şəxs oturmamışdır. Təqsirləndirilən şəxs avtomobilə hansı tərəfdən əyləşdiyini və hansı tərəfdə oturduğunu xatırlamır. Özünün avtomobildən düşdüyünü xatırlamır. Orada Təqsirləndirilən şəxs hər hansı təzyiq göstərilməmişdir. Təqsirləndirilən şəxs üzərinə X12 axtarış aparılarkən gödəkcəsinin sağ cibindən narkotik vasitə çıxmışdır. Silah olan yerə bir dəfə Coşqunun özü ilə birlikdə qolunda qandalla getmişlər. Silahın yerini Təqsirləndirilən şəxs özü göstərmişdir. Silah ağ bir şeyə bükülü köhnə silah olmuşdur. Silahın yanında bir daraq və bir güllə olmuşdur. Təqsirləndirilən şəxs silahı Kür çayı tərəfdən 1 ay olar tapdığını bildirmişdir. O özü üzərində axtarış aparılarkən silahı könüllü şəkildə təhvil vermək istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs evinə onlar tərəfindən baxış keçirilməmişdir. Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində və ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs illərdir tanıyır. Eyni məktəbdə təhsil almışlar. Aralarında 5 yaş fərq vardır. Onu demək olar ki, tez-tez görmüşdür. O özü telefon işlətmir. O, Coşqunla “Hüseyn” adlı mağazanın qabağında oturub söhbət edib, su içərkən rəis müavini kimi tanıdığı, lakin adını bilmədiyi şəxs “Niva” markalı avtomobillə üzü mağaza tərəfə baxanda sağ tərəfdən gəlib dayanıb Coşqunu çağırmış və onu avtomobillə aparıb getmişdir. Avtomobil gələnə kimi onlar təxmini 20 dəqiqə olar, həmin yerdə oturmuşdular. Avtomobildə rəis müavinindən başqa şəxs olmamışdır. Coşqun istəsə oradan qaça bilərmiş, amma qaçmamış və onu çağıran kimi gedib avtomobilə oturmuşdur. Coşqun avtomobildə arxa oturacaqda oturmuşdur. Onunla avtomobil arasında təxmini 6-7 metr məsafə olmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitə istifadə etməsi və onda silah olması barədə eşitməmişdir. Coşqun ona heç vaxt polis əməkdaşlarının onu çağırdığını deməmişdir. Coşqun avtomobilə oturub getdikdən sonra o da evə getmişdir. Həmin günün səhəri Coşqunun anası onun evinə gəlib Coşqunu soruşmuşdur. Məhkəmə cinayət işinin materiallarına əlavə edilmiş ekspertiza rəylərini və sənədləri bilavasitə məhkəmə iclasında tədqiq etmişdir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilən əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair xx.xx.2023-cü il tarixli qərardan görünür ki, daxil olmuş əməliyyat məlumatı əsasında əmliyyat-axtarış tədbirlərinin keçirilməsi məqsədilə Şəmkir RPŞ-nin Zəyəm PB-nin rəisi, polis polkovnikleytenantı Qədim Həsənovun rəhbərliyi altında, PB-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1, əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2, PB-nin sahə rəisi, polis baş leytenantı Şahid3 və PB-nin polis nəfəri polis serjantı Şahid4 ibarət əməliyyat qrupu yaradılması, operativ şəkildə lazımi qabaqlayıcı tədbirlər görülmədiyi halda Təqsirləndirilən şəxs tərəfindən külli miqdarda narkotik vasitələri, eləcə də qanunsuz olaraq odlu silah və döyüş sursatları gizlədəcəyi və ya məhv ediləcəyi ehtimalını nəzərə alaraq, daxil olmuş məlumatın əməliyyat yolu ilə yoxlanılması, həmin şəxsin cinayət əməllərinin ifşa olunması, onun cinayət törədərkən, yaxud törətdikdən bilavasitə sonra yaxalanması, narkotik vasitələrin, odlu silah və döyüş sursatını cinayətin izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədi ilə təxirəsalınmaz tədbirlər görülməklə hakimin qərarı olmadan qanunvericilikdə nəzərdə tutulmuş qaydada aşkar və gizli üsullarla müvafiq əməliyyat-axtarış tədbirləri həyata keçirilməklə, Təqsirləndirilən şəxs yaşadığı Şəmkir rayonu Düyərli kəndində yerləşən fərdi yaşayış evinə və odlu silahın gizlədiləcəyi ehtimalı olan yerlərə təxirəsalınmadan daxil olunub baxış keçirilməsi, əməliyyat-axtarış tədbirləri həyata keçirilən zaman zərurət yarandığı halda mövcud şəraitdən asılı olaraq «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş digər əməliyyat tədbirlərinə istinad edilməklə qanunvericiliyə uyğun şəkildə tədbirin davam etdirilməsi, əməliyyat axtarış tədbirlərinin keçirilməsi zamanı video və səsyazmadan, çəkilişdən və digər texniki vasitələrdən istifadə edilməsi, həyata keçirilmiş tədbirlər barəsində 48 saat müddətində məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora təqdim edilməsi qərara alınmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilən Şəmkir RPŞ-nin Zəyəm polis baş əməliyyat müvəkkili, polis mayoru Şahid1, Şəmkir RPŞ-nin X10 CA üzrə əməliyyat müvəkkili Şahid2, polis sahə rəisi, polis baş leytenantı Şahid3 və PB-nin polis nəfəri polis serjantı Şahid4 tərəfindən tərtib edilmiş əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Şəmkir rayonu Düyərli kəndində yaşayan, əvvəllər məhkum olunmamış xx.xx.1994-cü il təvəllüdlü Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr, eləcə də odlu silah və döyüş sursatı saxlaması barədə daxil olmuş məlumat əsasında keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində xx.xx.2023-cü il tarixdə saat 17:30 radələrində Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında saxlanılaraq, xx.xx.2023-cü il tarixdə saat 18:15-də Şəmkir RPŞ-nin Zəyəm PB-nə gətirilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilən xx.xx.2023-cü il tarixli «Şübhəli şəxsin tutulması haqqında» qərar və protokoldan görünür ki, Şəmkir rayon polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı, polis mayoru X4 tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində, xx.xx.2023-cü il tarixdə, saat 18:15 dəqiqədə Şəmkir rayon X18 PB-nin inzibati binasında müdafiəçi Şəmkir rayon Vəkil Bürosunun vəkili X2 iştirakı ilə tutulmuşdur. Şübhəli şəxsin tutulması haqqında protokol xx.xx.2023-cü il tarixdə, saat 18:15 dəqiqədə tərtib edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilən məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli, 16/482 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş marixuanaya bənzər kütlə." yazılar və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd kibrit qutusunda təmiz çəkisi 6,70 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilən məhkəmə-ballistik ekspertizasının xx.xx.2023-cü il tarixli, 23/349R saylı rəyindən görünür ki, 1.Tədqiqata təqdim edilmiş 01 ədəd N-si silinmiş silah zavod üsulu ilə keçmiş SSRİ-də istehsal olunmuş 5,45 mm kalibrli Kalaşnikov konstruksiyalı AK-74 modelli avtomatdır, odlu yivli silahdır. Silah texniki cəhətdən sazdır və atəşə yararlıdır. Avtomatın hissə və mexanizmlərinin üzərində heç bir əlavə dəyişiklik edilməmişdir. 2. Tədqiqata təqdim edilmiş 02 ədəd əşya, zavod üsulu ilə istehsal olunmuşdur, 5,45x39 mm kalibirli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, Kalaşnikov konstruksiyalı silahların komplekt hissəsidir-darağlarıdır, texniki texniki cəhətdən sazdır və istifadə üçün yararlıdırlar. 3. Tədqiqata təqdim edilmiş 10 ədəd patronlar, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 5,45x39 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatıdır və atəş üçün yararlıdır. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilən məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 1100 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitədən istifadə edir. Narkotik vasitə olan konnobinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilən «Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında» xx.xx.2023-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, Təqsirləndirilən şəxs Yadigar oğlunun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilən «Cinayət işinin icraata qəbul edilməsi haqqında» xx.xx.2023-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, Azərbaycan Respublikası CMnin 228.1 və 234.1-ci maddələri ilə olan ********* nömrəli cinayət işi müstəntiq X1 icraatına qəbul edilərək, ibtidai istintaqın davam etdirilməsi qərara alınmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilən «Təqsirləndirilən şəxs qismində cəlb edilmə haqqında» xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddələrlə nəzərdə tutulmuş ittiham elan olunması qərara alınmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş AR DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamə arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilən Şəmkir rayon Məhkəməsinin 07 may 2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsə almanın əvvəli 05 may 2023-cü il tarixdən hesablanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş Şəmkir rayonu Düyərli kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Şəmkir rayonu Düyərli kənd İƏD üzrə nümayəndəliyə kənd sakinləri tərəfindən ərizə, şikayət və orqanlar tərəfindən məlumat daxil olmamışdır. Cinayət işinin materiallarında olan “şəxsi axtarış aparılması barədə” 05 may 2023– cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışa saat 19:10-da başlanılmış, 19:35-də qurtarmışdır. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışa başlamamışdan əvvəl ona üzərində narkotik vasitə, psixotrop maddə, onların prekursorları, eləcə də dövriyyəsi qadağan olunmuş hər hansı bir əşyanın olub-olmadığı soruşulmuş, əgər varsa təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs üzərində olan qararəngli gödəkçənin sol üst cibindən kibrit qutusunu təqdim etmiş, həmin kibrit qutusunun içərisi açılan zaman içərisində yaşıl rəngli, quru halda, kəskin spesifik iyli narkotik vasitəyə bənzər kütlə aşkar edilmiş, aşkar edilmiş kütlə elektron tərəzidə çəkilən zaman 9.60 qram kütlə olması müəyən edilmişdir. Bundan sonra polis əməkdaşının iştirakı ilə onun üzərinə şəxsi axtarış aparılmış, Təqsirləndirilən şəxs üzərində olan qara rəngli gödəkçənin sağ yan cibindən 1 ədəd “Rotmans” siqareti, 1 ədəd alışqan, 3 (üç) manat 70 (yetmiş) qəpik pul aşkar edilmiş, üzərindən əlavə narkotik vasitə, psixotrop maddə, onların prekursorları, eləcə də dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə qablaşdırılaraq götürülmüşdür. Bundan əlavə Təqsirləndirilən şəxs şifahi sorğu zamanı Şəmkir rayonu Düyərli kəndi ərazisində üç-dörd il əvvəl tapdığı 1 ədəd avtomat silahı baxdıraraq saxladığını bildirmişdir. Cinayət işinin materiallarında olan «Toplanmış sübutların qiymətləndirilməsi haqqında» xx.xx.2023-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, cinayət işi üzrə toplanmış sübutların məcmusu əsasında, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci maddələri ilə elan olunmuş ittihama dəyişikliklər edilərək, ona həmin maddələrlə yenidən ittiham elan edilməsi, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsilə nəzərdə tutulan cinayət tərkibinin olması müəyyən edilmədiyindən həmin maddə ilə barəsində cinayət təqibinin başlanması rədd edilməsi, Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 1 ədəd kibrit qutusunda təmiz çəkisi 6,70 qram narkotik vasitə olan qurudulmuş marisuana, baxış zamanı Təqsirləndirilən şəxs Şəmkir rayonu Düyərli kəndi ərazisindəki meşə sahəsində göstərdiyi yerdən aşkar edilmiş 1 ədəd nömrəsi silinmiş 5,45 mm kalibrli, Kalaşnikov konstruksiyalı AK-74 modelli avtomat silah, həmin silahların komplekt hissəsi olan 02 (iki) ədəd daraqlar və 10 (on) ədəd patronlar iş üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut hesab edilərək cinayət işinə əlavə edilməsi, Şəmkir RPŞ-nin məsul saxlancına verilməsi, Şəxsi axtarış və baxış keçirilməsi zamanı videokamera ilə çəkilmiş görüntülərin köçürüldüyü 02 ədəd DVD-R diskləri iş üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut hesab edilərək cinayət işinə əlavə olunması, iş üzrə məhkəmə bioloji ekspertizanın 06 may 2023-cü il tarixli 16/482 nömrəli, məhkəmə-ballistik ekspertizasının 06 may 2023-cü il tarixli, 23/349R nömrəli və məhkəmə narkoloji ekspertizasının 23 iyun 2023-cü il tarixli 1100 nömrəli rəyləri və istintaq hərəkətlərinin protokolları işin faktiki hallarına uyğun olduğu və istintaq materialları lə tamamlandığı üçün iş üzrə sübut növü kimi qəbul edilməsi, cinayət işinə əlavə edilməsi qərara alınmışdır. (iş vərəqə: səh. 149-155). Cinayət işinin 32-37-ci vərəqlərində olan xx.xx.2023-cü il tarixli şəxsi axtarış haqqında protokoldan görünür ki, Şəmkir rayon polis şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı, polis mayoru X4 tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, bu barədə protokol tərtib edilməklə videokamera ilə çəkilmiş görüntülər DVD-R diskə köçürülmüş, eləcə də fotoşəkillər çəkilmiş və cinayət işinə əlavə edilmişdir. Cinayət işinin 38-42-ci vərəqlərində olan 05 may 2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, baxış saat 20:00-da başlanmış, 20:30-da qurtarmışdır. Baxış keçirilən sahə çöl sahəsidir, ətraf ağaclarla əhatə olunmuşdur, yol kənarıdır, yaxınlıqdan Bakı-Qazax Magistral yolu keçir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs yol kənarına atılmış yararsız kiçik həcmli televizor qalıqlarını işarə edərək üzərini quru yarpaq və ağac qırıqları ilə örtdüyü yeri göstərib avtomat silahı kisəyə büküb orada torpağa basdırıb gizlətdiyini ifadə etdikdən sonra göstərilən yer iştirakçılar tərəfindən qazılarkən ağ rəngli kisədə bükülü aşkar edilmiş, bükülü açılarkən içərisində rəngli parçaya bükülmuş halda rəngi dəyişmiş, karroziyaya uğramış halda bir ədəd avtomat silaha oxşar silah, iki ədəd avtomat silah üçün sandıqcaya oxşar predmetlər və on ədəd güllə aşkar edilmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş predmetləri bir müddət əvvəl “Kür” çayının kənarından tapıb gətirib göstərilən anvanda gizlətdiyini, istifadə etmədiyini bildirmişdir. Aşkar olunmuş predmetlər torbaya qoyularaq qablaşdırılıb Azərbaycan Respublikası DİN-nin 228 nömrəli möhürünün əksi ilə möhürlənərək ekspertizaya təqdim etmək üçün götürülmüş, baxış keçirilməsi haqqında protokol tərtib edilməklə “Samsung” markalı videokamera ilə çəkilmiş görüntülər DVD-R diskə köçürülmüş, eləcə də fotoşəkillər çəkilmişdir. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Məhkəmə Azərbaycan Respublikası CPM-nin tələblərinə əməl edərək araşdırma aparmış, özü bilavasitə məhkəmə iclasında sübutları tam, hərtərəfli və obyektiv yoxlayaraq tədqiq və təhlil etmiş, toplanmış sübutları həm ayrı-ayrılıqda, həm də bir-biri ilə əlaqəli şəkildə müqayisə edərək sübutların mənbəyinin mötəbərliyini müəyyənləşdirərək mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qanunu və vicdanını rəhbər tutaraq qiymətləndirmişdir. Azərbaycan Respublikası CPM-nin 8-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət mühakimə icraatının vəzifələrinə digərləri ilə yanaşı cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq, cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək daxildir (maddə 8.0.3, 8.0.5). Sübutlar Azərbaycan Respublikası CPM-də müəyyən edilmiş üsullarla əldə edilməlidir. Cinayət işi və ya cinayət təqibi ilə bağlı materiallar üzrə qəbul edilə bilməyən sübutlar dedikdə, onların əldə edilmə mənbəyinə və üsullarına dair CPM-də nəzərdə tutulmuş tələblərin pozulması ilə toplanan sübutlar başa düşülür. CPM-in 125-ci maddəsində məlumatların, sənədlərin cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə sübut kimi qəbul edilə bilməməsi yeganə bir meyarla – onların qanunun pozulması ilə əldə edilməsinə əsasən müəyyən edilir. İş üzrə sübutlar qanunun pozulması ilə əldə edildikdə, habelə istintaq hərəkətləri qanunun pozulması ilə həyata keçirildikdə onlar cinayət işi üzrə ittihamın düzgün həlli üçün sübut kimi qəbul edilə bilməz. İstintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda və şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulmasına yol verildikdə əldə edilmiş məlumatların, sənədlərin cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. “Əməliyyat-axtarış fəaliyyəti” haqqında Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinin İV bəndində qeyd edilir ki, bu qanunun tələblərinə riayət olunmadan əldə edilmiş məlumatlar dərhal məhv edilməlidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” Qərarında qeyd etmişdir ki, məhkəmə hökmü şəxsin təqsirli olubolmaması ilə bağlı həyati əhəmiyyətli məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmə hökmü əsaslı və qanuni olmalıdır. Bu o deməkdir ki, şəxsin təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsində göstərilmişdir ki, məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikasının Konstitusiyası və qanunları cinayət mühakimə icraatının vəzifələrindən çıxış edərək cinayət prosesini həyata keçirən orqanların, xüsusən məhkəmələrin üzərinə vəzifələr qoyur ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsirliliyinə dair mötəbər sübutlar olmadan cinayət təqibinə və cəzaya məruz qalmasın, şəxsi mülahizələr əsasında məsuliyyətə cəlb edilməsin və cinayət törətməkdə ittiham olunan hər bir şəxsin təqsiri yalnız qanunla müəyyən edilmiş qaydada sübuta yetirildikdə cinayət məsuliyyətinə cəlb edilsin. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, ekspertiza rəylərinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı istintaq orqanının gəldiyi nəticə əsassız olmaqla yanaşı, həmçinin Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsiri sübuta yetirilməmişdir. Məhkəmə hazırki cinayət işinin hallarından çıxış edərək qeyd edir ki, Təqsirləndirilən şəxs elan edilmiş ittihama əsasən onun həmin cinayət əməli üzrə ilk növbədə sonuncu tərəfindən qanunla dövriyyəsi qadağan edilmiş predmetlərin əldə edilmiş olması və həmin predmetlərin Təqsirləndirilən şəxs (üzərindən) aşkar edilməsi qanuni yollarla əldə edilmiş sübutlarla təsdiq olunmalıdır. Yalnız bundan sonra Təqsirləndirilən şəxs hərəkətlərində yuxarıda sadalanan tövsifedici əlamətlərin mövcud olub-olmaması tədqiq edilməlidir. Bununla bağlı məhkəmə ilk növbədə qeyd edir ki, cinayət işi üzrə ibtidai istintaq materiallarında Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirləri keçirilməklə xx.xx.2023-cü il tarixdə, saat 17:30-da yaşadığı Şəmkir rayonu Düyərli kəndində mağazanın qarşısında tək olan zaman saxlanılması, habelə bundan sonra Şəmkir RPŞnin Zəyəm PB-nin inzibati binasına aparılması və üzərinə şəxsi axtarış, götürmə və bu mexanizm üzrə ittihamın əsasını təşkil edən sübutların toplanmış olması rəsmiləşdirilmişdir. Lakin məhkəmə istintaqı nəticəsində, həm təqsirləndirilən şəxsin ifadəsi, həm şahid ifadələri, həm də müdafiə tərəfinin məhkəməyə təqdim etdiyi digər sübutlarla (sənədlər, video disk və şahid) hadisələrin həqiqətdə cinayət işinin materiallarında qeyd olunduğundan tamamilə fərqli şəkildə cərəyan etməsi müəyyən edilmişdir. «Barbera, Messege və Yabardo İspaniyaya qarşı» şikayətlə bağlı qərarında Avropa Məhkəməsi bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən, təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir və bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür, istənilən şübhə isə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarında qeyd edilmişdir ki, məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilib-yetirilməməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda CM-in müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. Hökmdə məhkəmənin əsaslandığı bütün məsələlər təhlil edilməli və bu zaman təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət qazandıran sübutlara qiymət verilməlidir. İlk növbədə qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs elan edilmiş ittihamdan göründüyü kimi, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan edilməsinin əsasını iki mərhələdə toplanmış sübutlar məcmusu təşkil etmişdir. Bunlar Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə keçirilmiş əməliyyat tədbiri nəticəsində saxlanması, həmin tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi istintaq hərəkətləri olmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs ətrafında keçirilmiş yuxarıda sadalanan tədbir və prosessual hərəkətlərin bir-biriləri ilə qarşılıqlı şəkildə bağlı olduğunu qeyd edərək belə hesab edir ki, hər bir mərhələdə keçirilmiş tədbirlərin və onların rəsmiləşdirilməsi ilə bağlı protokolların məzmunu, məhkəmə istintaqı zamanı əldə olunmuş digər sübutlarla qarşılıqlı şəkildə tədqiq və təhlil edilməklə, ətraflı şəkildə araşdırılmalıdır. Cinayət işinin materiallarında olan “Əməliyyat axtarış tədbirlərinin keçirilməsinə dair” xx.xx.2023-cü il tarixli qərarında Təqsirləndirilən şəxs yaşadığı Şəmkir rayon Düyərli kəndində yerləşən fərdi yaşayış evinə və odlu silahın gizlədiləcəyi ehtimalı olan yerlərə təxirəsalınmadan daxil olunub baxış keçirilməsi qeyd edilsə də Təqsirləndirilən şəxs yaşadığı Şəmkir rayon Düyərli kəndində yerləşən fərdi yaşayış evinə baxış keçirilməmiş(şahidlərin ifadələri), keçirilsə belə bununla bağlı iş materiallarına hər hansı sənəd əlavə edilməmişdir. Bu da özlüyündə əməliyyat qrupunun Təqsirləndirilən şəxs yaşadığı Şəmkir rayon Düyərli kəndində yerləşən fərdi yaşayış evində narkotik vasitənin aşkar olunmayacağına əmin olduqları şübhəsi yaradır. Daha sonra məhkəmə, Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və ilkin olaraq polis əməkdaşları tərəfindən saxlanması ilə bağlı qeyd edir ki, istintaq materiallarına və verilmiş ittihama görə Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 17:30 dəqiqədə Şəmkir rayonu Düyərli kəndində “Hüseyn” adlı mağazanın qarşısında tək olarkən 4 nəfər mülki geyimdə olan polis əməkdaşı tərəfindən saxlanılmış, o özü avtomobilə əyləşmiş və Şəmkir RPŞ-nin Zəyəm PB-nin inzibati binasına gətirilmiş, bu barədə əməliyyat müvəkkili tərəfindən müvafiq raport tərtib edilmişdir. “Raport” və “əməliyyat axtarış tədbirinin keçirilməsinə dair” 05 may 2023-cü il tarixli qərarla bağlı məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, raportda və əməliyyat axtarış tədbirinin keçirilməsinə dair 05 may 2023-cü il tarixli qərarda Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr, eləcə də qanunsuz olaraq odlu silah və döyüş sursatı saxlaması barədə əməliyyat məlumatı daxil olduğu göstərilsə də, həmin məlumatın nədən ibarət olmasına, hansı faktlarla təsdiq olunmasına, məlumatın mötəbərliyinə dair cinayət işinin materiallarına heç bir sübut əlavə edilməmişdir. Yalnız qeyd olunan qərarda həmin məlumata istinad edilmiş və məlumat əsasında Təqsirləndirilən şəxs yaşadığı Şəmkir rayonu Düyərli kəndində yerləşən fərdi yaşayış evinə və odlu silahın gizlədiləcəyi ehtimalı olan yerlərə təxirəsalınmadan daxil olunub baxış keçirilməsi qərara alınmışdır. Bundan başqa, həmin qərardan görünür ki, səlahiyyətli subyekt əməliyyat axtarış tədbirinin məhkəmə qərarı olmadan keçirilməsinə heç bir münasibət bildirməmiş, hansı səbəbə görə məhkəmə qərarı olmadan əməliyyat tədbirinin keçirilməsinin zəruriliyi qərarda əsaslandırılmamış, təxirəsalınmazlığın nədə ifadə olnmasına dair qərarda hər hansı əsaslandırmanının aparılmasına ehtiyac duyulmamışdır. Məhkəmə qeyd edir ki, əməliyyat axtarış tədbirinin keçirilməsinə dair qərar əsaslandırılmamış, Qanunun tələbləri pozulmaqla qəbul edilmiş, eləcə də qəbul edilmiş qərardan şikayət verilməmişdir. İşin materiallarından görünür ki, əməliyyat axtarış tədbirinin keçirilməsinə dair qərarın təqsirləndirilən şəxsə verilməsi ilə bağlı heç bir sübut yoxdur. Buna görə də təqsirləndirilən şəxs həmin qərara qarşı şikayət verməməsi səbəbindən tənqid edilə bilməz. Məhkəmə hadisələrin axarının sonrakı mərhələsi kimi C. Y. Aslanovun saxlanmasının, şübhəli şəxs qismində tutulması, üzərində şəxsi axtarış və götürmə aparılması hərəkətlərinə və həmin halların istintaq materiallarında rəsmiləşdirilməsi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə baxışı iclasında məhkəmə tərəfindən proses iştirakçılarının və daha sonra təkrar şahidlərin iştirakı ilə təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən təqdim edilmiş video-diskə baxış keçirilən zaman müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 16:19 dəqiqədə (saat və tarix video görüntüdə sol üst küncdə aydın görünür) Təqsirləndirilən şəxs mağazanın qarşısında Şahid5la (video görüntünün sonunda şahid qismində şəxsiyyəti müəyyən edilərək dindirilmiş X. Məmmədov olması aydın görünür) dayandığı zaman oraya şahidlərin və təqsirləndirilən şəxsin də qeyd etdiyi “Niva” markalı, metallik rəngli avtomobil gəlmişdir. Video görüntüdən avtomobilin qabaq sağ oturacağında kimsənin əyləşmədiyi aydın görünmüş, arxa oturacaqlar isə arxa pəncərələrdə görüntünü qismən bağlayan pərdə olduğundan arxa oturacaqlarda kiminsə əyləşib əyləşməməsi aydın görünməmişdir. Bundan sonra avtomobil Təqsirləndirilən şəxs və müdafiə tərəfinin vəsatəti ilə məhkəmə iclasında şəxsiyyəti müəyyən edilərək dindirilmiş Şahid5 əyləşdiyi yerin yaxınlığına gələrək dayanmışdır. Bir neçə saniyə sonra Təqsirləndirilən şəxs avtomobilə yaxınlaşmış, avtomobildə olan yalnız 1 nəfərlə əl ilə salamlaşmış, daha sonra sərbəst qaydada arxa oturacağın qapısını açaraq arxa oturacaqda sağ hissədə əyləşmişdir. Təqsirləndirilən şəxs avtomobilə əyləşən zaman arxa pəncərədən, eyni zamanda Təqsirləndirilən şəxs avtomobildə sərbəst əyləşməsindən avtomobildə arxa oturacaqda başqa kimsənin əyləşməməsi aydın görünür. Bundan sonra avtomobil oradan uzaqlaşmışdır. Bundan sonra Təqsirləndirilən şəxsla marketin qarşısında dayanmış şəxs oradan uzaqlaşmış, video görüntüdə üzü aydın göründüyündən məhkəmə iclasında şahid qismində dəvət olunmuş Şahid5 olduğu müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixli «Şübhəli şəxsin tutulması haqqında» qərar və protokoldan görünür ki, Şəmkir rayon polis şöbəsinin təhqiqat bölməsinin təhqiqtaçısı, polis mayoru X4 tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində, 05 may 2023-cü il tarixdə, saat 18:15 dəqiqədə Şəmkir RPŞ-nin Zəyəm PB-nin inzibati binasında müdafiəçi Şəmkir rayon Vəkil Bürosunun vəkili X2 iştirakı ilə tutulmuşdur. Tutulmanın əsasları olaraq xx.xx.2023-cü il tarixdə Şəmkir RPŞ-nin Zəyəm PB-nə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr, eləcə də qanunsuz olaraq odlu silah və döyüş sursatı saxlaması barədə daxil olmuş məlumat əsasında xx.xx.2023-cü il tarixdə, saat 17:30 dəqiqədə yaşadığı Şəmkir rayonu Düyərli kəndi “Hüseyn” adlı mağazasının qarşısında tək olarkən saxlanılması və daha sonra Şəmkir RPŞ-nin Zəyəm PB-nin inzibati binasına gətirilməsi qeyd edilmişdir. Şübhəli şəxsin tutulması haqqında protokol xx.xx.2023-cü il tarixdə, saat 18:15 dəqiqədə tərtib edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilərkən Şahid1, Şahid3, Şahid4 və Şahid2 öz ifadələrində Təqsirləndirilən şəxs 05 may 2023-cü ildə saat 17:30 radələrində saxladıqlarını və dərhal Zəyəm PB-nə gətirdirklərini, tutduqları yerlə X7 ara məsafəsinin 15 dəqiqə olmasını, orada onun üzərinə şəxsi axtarış keçirdiklərini göstərmiş olsalar da, sonradan onların iştirakı ilə təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən təqdim edilmiş video diskə baxış keçirilən zaman Təqsirləndirilən şəxs xx.xx.2023-cü ildə saat 16:19 dəqiqədə tək olan şəxsin idarə etdiyi avtomobilə mindiyi və həmin şəxsin avtomobili idarə edərək oradan getdiyi müəyyən edilmişdir. Cinayət işi üzrə protokollarda qeyd olunanlarda, eyni zamanda şahidlər həm ibtidai istintaq zamanı, həm də məhkəmə araşdırması zamanı verdikləri ifadələrində Təqsirləndirilən şəxs 05 may 2023-cü il tarixdə saat 17:30 radələrində Şəmkir rayonu Düyərli kəndində yerləşən mağazanın qarşısında saxlayaraq, avtomobilə minməyə dəvət etdiklərini, onun avtomobilə mindiyini, onu X17 gətirdiklərini və orada X10 inzibati binasında üzərinə axtarış keçirdiklərini göstərmiş olsalar da, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən təqdim edilmiş videodisklə, eyni zamanda müdafiə tərəfinin şahidi Şahid5 ifadəsi ilə Təqsirləndirilən şəxs 05 may 2023-cü il tarixdə saat 16:19 dəqiqədə Şəmkir rayonu Düyərli kəndində yerləşən mağazanın qarşısından avtomobilə mindiyi müəyyən edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs azadlığı 05 may 2023-cü il tarixdə saat 16:19 dəqiqədə məhdudlaşdırıldığı halda onun üzərinə şəxsi axtarış keçirilməsi təxminən 3 saat sonra 19:10 dəqiqədə başlanmış və 19:35 dəqiqədə qurtarmışdır. Məhkəmə qeyd edir ki, videodiskdə saatın 16:19 olması halına şübhə ilə yanaşmır. Amma şübhə ilə yanaşılsa belə cinayət işi materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoladan görünür ki, protokol 05 may 2023-cü il tarixdə saat 18:15-də tərtib edilmiş, Təqsirləndirilən şəxs azadlığının 05 may 2023-cü il tarixdə saat 17:30-da məhdudlaşdırılması qeyd edilmişdir. (bax i.v. 15). CPM-in 147.4-cü maddəsinə görə barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Hazırki işin hallarından, görünür ki, o, polis tərəfindən saat 16:19-da Şahid1 tərəfindən tutulmuş və RPŞ-nə gətirilmişdir. Təhqiqat orqanının səlahiyyətli şəxsi onun azadlığının saat 17:30-da məhdudlaşdırıldığını qeyd etmişdir. Halbuki, C. Aslanov videodiskə görə saat 16:19-dan, şahid polis əməkdaşlarının ifadələrinə görə isə saat 17:30-dan polislərin nəzarəti altında idi. Həmin gün Təqsirləndirilən şəxs tutularaq polis şöbəsinə gətirilsə də, onun 16:19dan 19:10-dək olan vaxt müddətində harada olması, hansı səbəbdən təhqiqatçıya vaxtında təqdim edilməməsi, üzərində şəxsi axtarışın vaxtında keçirilməməsi, belə axtarışın polislərin nəzarəti altına keçdikdən 2 saat 51 dəqiqə sonra keçirilməsinin səbəbləri ilə bağlı cinayət işinin materiallarında heç bir sənəd yoxdur. İş materiallarında olan şəxsi axtarış və götürmə barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində 05 may 2023-cü il tarixdə saat 19:10-da şəxsi axtarış aparılmağa başlanmışdır. Göründüyü kimi Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq saat 16:19-da məhdudlaşdırılmış və bundan 2 saat 51 dəqiqə sonra onun üzərində şəxsi axtarış və götürmə aparılmışdır. Hazırkı işdə axtarışın şübhəli şəxsin azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan birbaşa sonra həyata keçirilməsini mümkünsüz edən hər hansı xüsusi halın mövcud olmasını güman etməyə əsas verən heç bir dəlil yoxdur. Göründüyü kimi şəxsin qanunsuz olaraq narkotik vasitə əldə etməsi ilə məşğul olması barədə məlumat daxil olur, lakin tutulduğu an onun üzərinə baxış keçirilmir, baxış yalnız polis şöbəsində həyata keçirilir. Bu isə özlüyündə yuxarıda qeyd edilən Təqsirləndirilən şəxs üzərindən dövriyyəsi qadağan edilmiş predmetlərin aşkar edilməsi ilə bağlı ittihamın sübutlarının əsasını təşkil edən xx.xx.2023-cü il tarixli «Şəxsi axtarış və götürmə aparılması haqqında» protokolun mötəbər sübut kimi qəbul edilməsini cinayət-prosessual qanunvericiliyin tələbləri baxımından mümkünsüz edir. «Layıcov Azərbaycana qarşı» şikayətlə bağlı qərarında Avropa Məhkəməsi bildirmişdir ki, ərizəçinin üzərində və onun avtomobilində axtarışın onun həbsindən dərhal sonra həyata keçirilmədiyi tərəflər arasında mübahisə doğurmur. Bu axtarış onun həbs olunduğu yerin yaxınlığında deyil, Zaqatala rayon Polis şöbəsində aparılmışdır. Məhkəmə bununla bağlı qeyd edir ki, həbslə axtarış arasındakı təxminən otuz dəqiqəlik vaxt boşluğu sübutun «qoyulması» mümkünlüyü ilə bağlı qanuni narahatlıqlar ortaya çıxarır, belə ki, bu vaxt ərzində ərizəçi tamamilə polisin nəzarəti altında idi. «Savalanlı və digərləri Azərbaycana qarşı» şikayətlərlə bağlı qərarında da Avropa Məhkəməsi bildirmişdir ki, ərizəçilərin ayrıca cinayət mühakimə icraatları çərçivəsində tutulmalarına və həbs olunmalarına baxmayaraq, hazırkı ərizələrin ümumi xüsusiyyəti ondan ibarətdir ki, ərizəçilər barəsində seçilmiş həbs qətimkan tədbiri və həbs müddətinin uzadılmasında istintaq orqanları tərəfindən irəli sürülən və yerli məhkəmələrin istinad etdikləri yeganə sübutlar polis tərəfindən tutulduqdan sonra onların üzərində aşkar edilmiş narkotik vasitələrdir. Belə olan halda Məhkəmə hesab edir ki, yerli hakimiyyət orqanları tərəfindən sözügedən sübutlara dair aparılan istintaq tədbirlərinin ərizəçilərin ittiham olunduqları cinayətləri törədə biləcəyini müəyyən etmək üçün obyektiv bir müşahidəçini inandırmağa kifayət edib-etmədiyi də daxil olmaqla, həmin sübutların toplanması, istifadəsi və tədqiqi ilə bağlı bütün müvafiq halları diqqətlə yoxlanılmalıdır (müqayisə edin, Rəşad Həsənov və başqaları Azərbaycana qarşı, № 48653/13, §§ 98-106, 7 iyun 2018-ci il, və İbrahimov və Məmmədov Azərbaycana qarşı, № 63571/16, §§ 113-30, 13 fevral 2020). Məhkəmə polisin axtarışın aparması qaydası ilə bağlı Azərbaycana qarşı əvvəlki işlərdə gəldiyi nəticələrə istinad edir. Məhkəmə əvvəlki işlərdə müəyyən etmişdir ki, şübhəli şəxsin üzərinə baxışın üzrlü səbəb olmadan tutulduqdan dərhal sonra aparılmaması, əldə edilən sübutların polis tərəfindən yerləşdirilməsinin mümkün olduğu barədə əsaslı şübhə yaradır (bax, Layıcov Azərbaycana qarşı, № 22062/07, § 69, 10 aprel 2014- cü il və Sakit Zahidov Azərbaycana qarşı, № 51164/07, §53,12 noyabr 2015ci il). Məhkəmə hesab edir ki, qeyd edilən həmin nəticələr hazırkı işin hallarına da aid edilir. Tutulmaları və üzərinə aparılmış baxışlar arasında keçən müddət ərzində ərizəçilər tamamilə polisin nəzarəti altında olduğundan, əldə edilmiş sübutların bu müddətdə onların üzərinə yerləşdirilməsinin mümkün olduğu üçün haqlı şübhəyə əsas yaranır. Üstəlik, axtarışın aparılmasını ərizəçilərin tutulmalarından dərhal sonra qeyri-mümkün edən hər hansı xüsusi halların mövcud olması ilə bağlı heç bir əsas aşkar edilmir. Bununla yanaşı, hal şahidlərinin çağırılması və rəsmi axtarış və götürmənin aparılmasından əvvəl tutulan şəxslərin şəxsi əşyalarına polis tərəfindən narkotik vasitə və ya digər sübuti əhəmiyyətə malik olan əşyaların qoyulmasına dair çoxsaylı ardıcıl hallar barədə beynəlxalq insan haqları təşkilatlarının hesabatlarında əksini tapan məlumatlara əsaslanaraq məhkəmə həmçinin hesab edir ki, hazırkı axtarışlar zamanı hal şahidlərinin iştirakının təmin edilməsi mövcud vəziyyətin aradan qaldırılmasına əsas kimi qəbul edilə bilməz (İbrahimov və Məmmədov, § 127). Göründüyü kimi Təqsirləndirilən şəxs saxlanılması şəraiti və vaxtı heç də istintaq sənədlərində əks edilmiş qaydada olmamışdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cinayət işinin materiallarında olan şübhəli şəxsin tutulması haqqında qərar, şübhəli şəxsin tutulması haqqında protokol, şəxsi axtarış və götürmə aparılması haqqında qərar, şəxsi axtarış və götürmə aparılması haqqında protokol Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi irəli sürülmüş ittihamla əlaqədar işin həqiqi hallarını əks etdirmir, qeyd olunan sənədlərə təhrif edilmiş məlumatlar qeyd edilməklə iş üzrə mötəbər sübut kimi çıxış edə bilməz və təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham verilməsi üçün əsas ola bilməz. Məhkəmə qeyd olunan sənədlərə sübut kimi istinad edilməsini və həmin sənədlərə əsasən təqsirləndirilən şəxsin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham hökmünün çıxarılmasını qanunun və hüququn aliliyi prinsipinin gözardı edilməsi kimi qiymətləndirir. Eyni zamanda, Azərbaycan Respublikasının Konstitusiyası və cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinin təhlili göstərir ki, Avropa Məhkəməsinin mövqeyinə görə, «İnsan hüquqlarının və X3 haqqında» Konvensiyanın 6cı maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Göstərilənlərə əsasən məhkəmə istintaq orqanı tərəfindən yuxarıda qeyd edilən prosessual qanunvericiliyin tələblərinin pozulması fonunda, Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiyi 05 may 2023-cü il tarixdə Şəmkir rayonu, Düyərli kəndində yaşadığı küçənin baş tərəfində yeni kənd adlanan ərazidə Hüseyn marketin qarşısında həmkəndlisi Xəyyamla dayanan zaman, əvvəldən tanıdığı Şahid1 Chevrolet markalı xidməti avtomobillə marketin qarşısında dayanaraq əl işarəsi ilə onu yanına çağıraraq ona avtomobilə əyləşməsini bildirməsi, onun avtomobilə əyləşərək Şahid1la birlikdə X17 keçməsi, Şahid1 onu öz xidməti otağına apararaq, Şahid1 özünün narkotik vasitəni onun üzərinə qoyması ilə bağlı halları buna dair yuxarıda sadalanan kifayət qədər əsaslı şübhələrin mövcudluğunu məcmu halında qiymətləndirərək ağlabatan hesab edir. Məhkəmə eyni zamanda qeyd edir ki, təqsirləndirilən şəxs cinayət işinin materiallarında qeyd olunmuş narkotik vasitənin ona məxsus olmadığı halda üzərində şəxsi axtarış və götürmə, eyni zamanda həmin narkotik vasitənin ona məxsus olmasına dair etirafedici ifadələr verməsinin səbəbi kimi polis əməkdaşları tərəfindən aldadılmasını, təzyiqə məruz qalmasını və əgər narkotik vasitənin ona məxsus olmasını etiraf edərsə həbs olunmayacağını bildirdikləri üçün öyrədilmiş məzmunda ifadələr verdiyini qeyd etməsini də ağlabatan hesab edir. Belə ki, məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 16:19-da tutulduqdan 3 saata yaxın keçdikdən sonra, yəni 19:10 da şəxsi axtarış və götürülmə aparılması 3 saat ərzində təqsirləndirilən şəxsin zorakılığa (fiziki və ya psixi) məruz qalmasına dair ciddi şübhələr yaranmışdır. Təqsirləndirilən şəxsin üzərindən narkotik vasitənin aşkar edilməsi ilə bağlı sübutlardan biri də onun saxlanılmasında iştirak edən polis əməkdaşlarının ifadələri olmuşdur. Cinayət işi üzrə şahid polis əməkdaşlarının ifadələri ilə bağlı məhkəmə qeyd edir ki, onlar təqsirləndirilən şəxsə qarşı cinayət təqibinin təşəbbüskarları idilər, cinayət təqibinin təşəbbüskarı olan orqanın əməkdaşları idilər və ona görə də onlar təqsirləndirilən şəxsə qarşı cinayət təqibinin nəticələrində maraqlı idilər. Onların maraqlılığı xüsusilə təqsirləndirilən şəxsin narkotik maddənin onun üstünə polislər tərəfindən qoyulduğuna dair təqsirləndirilən şəxs tərəfindən iddia irəli sürülməsi şəraitində daha aydın görünürdü. Məhkəmə qeyd edir ki, ibtidai istintaqda və məhkəmə iclasında ifadə vermiş şahidlər (polis əməkdaşları) təqsirləndirilən şəxsə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş ittihamla əlaqədar ziddiyətli, bir birini təkzib edən, eyni zamanda təqdim edilmiş video görüntü ilə ziddiyyət təşkil edən ifadələr vermiş, bununla da şahid ifadələrinin həqiqəti əks etdirmədiyi, əksinə tam ziddiyyət təşkil etdiyi müəyyən edilmişdir. Belə ki, məhkəmədə şahid qismində dindirilərkən Şahid1 ona verilmiş suallara cavab olaraq əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs arxasınca “Niva” markalı, metalik rəngli xidməti avtomobillə o özü, Şahid2, Ziyəddin Yahyayev və Şahid4 birlikdə mülki geyimdə Təqsirləndirilən şəxs arxasınca getdiklərini, avtomobildə qabaq sağ oturacaqda Şahid2 oturduğunu, Təqsirləndirilən şəxs Şəmkir rayonu Düyərli kəndi ərazisində saxlayarkən sonuncunun yanında sayını xatırlamadığı başqa yoldaşların olduğunu, onu avtomobildən kənardan çağırdığını, avtomobildən heç kimin düşmədiyini, Təqsirləndirilən şəxs saat 17:30-da tutduqlarını onun Təqsirləndirilən şəxs üzərinə narkotik vasitə qoymadığını göstərmiş olsa da, məhkəmədə şahid qismində ifadə vermiş Şahid2 isə onun ifadəsi ilə ziddiyyətli ifadə verərək, ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, daxil olmuş əməliyyat məlumatı ilə bağlı Təqsirləndirilən şəxs Şəmkir rayonu Düyərli kəndinin ərazisində saxladıqlarını, əməliyyatla bağlı onun özünün, Şahid1, Şahid4 və Şahid3 mülki geyimdə “Chevrolet Niva” markalı, metalik rəngli xidməti avtomobillə getdiklərini, avtomobili onun idarə etdiyini, Aqşin, Xaliq və Ziyəddinin arxa oturacaqda oturmasını, onun özünün avtomobildən düşüb özünü təqdim etdiyini, Təqsirləndirilən şəxs ayaq üstə getdiyi yerdə saxladığını, Təqsirləndirilən şəxs tək olduğunu, onun sakitcə gəlib avtomobildə arxa oturacaqda 3 nəfər polis əməkdaşının yanında oturduğunu, Təqsirləndirilən şəxs X17 apardıqlarını, orada Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin, təhqiatçının, adını xatırlamadığı hal şahidinin iştirakı ilə baxış keçirdiklərini, həmin vaxt onun özünün otaqda olmadığını, sonradan qeyd etdiklərini eşitdiyini, daha sonra isə ifadəsində avtomobildən onunla yanaşı Şahid1 və Şahid4 da düşdüyünü qeyd etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində olan ziddiyyətli məqamlar isə ondan ibarətdir ki, Şahid3 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Şahid1 Təqsirləndirilən şəxs narkotik saxlaması barədə əməliyyat məlumatı daxil olduğu üçün əməliyyat qrupunun üzvləri Şahid1, Şahid2, Şahid4 və onun özündən ibarət olmaqla əməliyyat qrupu yaradıldığını, 05 may 2023-cü il tarixdə “Chevrolet Niva” markalı avtomobillə mülki geyimdə Təqsirləndirilən şəxs arxasınca getdiklərini, Təqsirləndirilən şəxs evlərinin yaxınlığında mağazanın yanında tək oturduğunu gördüklərini, onun avtomobildən düşmədiyini, avtomobilin sol tərəfində oturan Şahid4 avtomobildən düşdüyünü, Təqsirləndirilən şəxs Şahid1 çağırdığını, onun da onlara yaxınlaşdığını, onunla aralarında 10-15 metr məsafə olduğunu, Təqsirləndirilən şəxs avtomobildə arxa oturacaqda ortada oturduğunu, onu getdikləri avtomobillə X17 gətirdiklərini, X12 Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman narkotik vasitənin onun ya şalvaranın, ya da gödəkçəsinin cibindən aşkar olunduğunu, narkotik vasitəni Coşqunun cibindən Şahid2 çıxartdığını göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 isə ona verilmiş suallara cavab olaraq digər şahidlərdən fərqli olaraq Təqsirləndirilən şəxs odlu silah və döyüş sursatı əldə edərək saxlaması barədə Şəmkir RPŞ-nin X10 baş əməliyyat müvəkkili Şahid1 əməliyyat məlumatı daxil olduğunu, bundan sonra o, eləcə də Şəmkir RPŞ-nin X10 baş əməliyyat müvəkkili Şahid1, polis sahə rəisi Şahid3 və əməliyyat müvəkkili Şahid2 ibarət əməliyyat qrupu yaradıldığını, onların xidməti avtomobil olan “Chevrolet Niva” ilə mülki geyimdə axşama doğru təxmini saat 17:30 radələrində Təqsirləndirilən şəxs arxasınca getdiklərini, Təqsirləndirilən şəxs mağazanın yanında tək olarkən gördüklərini, Şahid1 ya Təqsirləndirilən şəxs çağırdığını, ya da ona yaxınlaşdığını, avtomobilin qabaq oturacağında Şahid1 oturduğunu, qabaq oturacaqda başqa şəxsin oturmadığını bildirmişdir. Məhkəmə araşdırması zamanı məhkəmə tərəfindən məhkəmə proses iştirakçılarının iştirakı ilə Təqsirləndirilən şəxs polis əməkdaşı tərəfindən saxlanılarkən olduğu yerin əks olunduğu videodiskə baxış keçirilərkən, eyni zamanda müdafiə tərəfinin şahidinin ifadəsi ilə isə məhkəmə baxışında dindirilmiş şahid ifadələrinin həqiqəti əks etdirmədiyi, əksinə tam ziddiyyət təşkil etdiyi müəyyən edilmişdir. Bundan başqa bütün sübutlar, o cümlədən şahid ifadələri CPM-in 145.2-ci maddəsinin tələblərinə uyğun olaraq qiymətləndirilməlidir. Bu zaman nəzərə almaq lazımdır ki, şahid ifadələri ifadələri qiymətləndirilərkən bu ifadələrdə əks olunan faktların, baş verən hadisə ilə bağlı fikirlərin, ümumiyyətlə, hadisənin baş vermə ardıcıllığının düzgün ifadə edilib-edilməməsinə, ifadədə əks olunmuş hadisənin baş vermə ardıcıllığına əsaslandırılmış qaydada qiymət vermək lazımdır. Hazırki cinayət işinin hallarından görünür ki, həm təqsirləndirilən şəxs, həm də onunla marketin qarşısında olan Şahid5 Təqsirləndirilən şəxsla Şahid5 marketin qarşısında birlikdə olduqlarını, polis əməkdaşı Şahid1 avtomobillə tək gəlməsini və Təqsirləndirilən şəxs X. İsgəndərovun sözü ilə avtomobilə əyləşib getməsini göstərmişdir. İstintaqda və işə məhkəmədə baxılarkən təqsirləndirilən şəxs həbsdə olmuş və şahidlə görüşməmişdir. Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alan məhkəmənin iş üzrə gəldiyi nəticə ondan ibarətdir ki, ittiham tərəfi təqsirləndirilən şəxsin təqsirini mötəbər sübutlarla sübuta yetirə bilməmişdir. İttihamın təsdiq olunmasında istifadə olunan sübutlar cinayətprosessual qanunvericliklə müəyyən olunmuş mötəbərlik tələblərinə cavab vermir, bu sübutlar şübhəli və ziddiyyətlidir. İttiham tərəfin əsaslandığı sübutların kifayət qədər şübhəli məzmuna malik olması, o cümlədən dindirilmiş şahidlərin cinayət prosesinin nəticəsində maraqlı olmaları, əməliyyatda iştirak edən şəxslərin ifadələrindən və onların iştirakı ilə toplanmış sübutlardan başqa işdə sübut olmaması, şahid ifadələrinin isə birbirilə və hadisə yerinin qeydə alınmış videogörünütsü ilə ziddiyyət təşkil etdiyindən məhkəmənin gəldiyi qənaəti daha da möhkəmələndirir və Təqsirləndirilən şəxs ona istinad olunan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli olmadığına dair məhkəmədə qəti inam yaradır. «İnsan hüquqları haqqında Ümumi Bəyannamə»nin 11-ci maddəsində, «İnsan hüquqlarının və X3 haqqında» Avropa Konvensiyasının 6-cı maddəsində, «Mülki və siyasi hüquqlar haqqında» Beynəlxalq Paktın 14-cü maddəsində öz əksini tapan, Azərbaycan Respublikasının Konstitusiyasında və Cinayət-Prosessual Məcəlləsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Eyni zamanda Azərbaycan Respublikasının Konstitusiyası və cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinin təhlili göstərir ki, Avropa Məhkəməsinin mövqeyinə görə, «İnsan hüquqlarının və X3 haqqında» Konvensiyanın 6-cı maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs bu cür qanunsuz əldə olunmuş sübutlar əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə təqsirləndirilməsimə cinayət mühakimə icraatının prinsiplərinə, sübutlar və sübutetməyə dair cinayət-prosessual qaydalarına, o cümlədən CPMnin 125, 143-146-cı maddələrinə, nə də ki, (nəticə etibarı ilə) İnsan Hüquqlarının və X3 Haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun ehtiva etdiyi tələblərə uyğun deyil. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. 125.2.1-ci maddəsinə əsasən İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir; 125.2.7. istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda; 125.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. 145.3-cü maddəsinə əsasən, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir; 146.1-ci maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Bütün yuxarıda qeyd edilən halları məcmu halda təhlil edib, bir-biri ilə qarşılıqlı şəkildə müqayisə edib və hasil olunan nəticəni nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə Təqsirləndirilən şəxs barəsində keçirilmiş əməliyyat-axtarış tədbirləri qanunsuz şəkildə keçirilmiş, nəticədə isə ittiham tərəfinin əldə etdiyi sübutlar qanunsuz şəkildə əldə edilmiş, qanunsuz şəkildə əldə edilmiş sübutlar isə mötəbər sübut hesab olunmadığından, eyni zamanda şahid ifadələrinin bir birinə zidd olduğundan və həqiqəti əks etdirmədiyindən, həmin sübutlar əsasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə məhkum edilməsi həm daxili qanunvericiliyə, həm də Avropa Məhkəməsinin presedent hüququnda bərqərar olmuş hüquqi mövqeyinə zidd olmaqla yanaşı, həmçinin qanunsuz və ədalətsizdir. Göstərilənləri nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iş materiallarında olan sübutlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinə aidiyyətinin olduğunu müəyyən edilməsi və onun həmin maddə üzrə təqsirli bilinməsi üçün kifayət etmir, toplanmış sübutların mötəbərliyi ciddi şəkildə şübhə doğurur və cinayət işi üzrə aparılmış istintaq hərəkətlərinin prosessual qanun pozuntuları ilə həyata keçirilməsi həmin şübhələrin mövcudluğunu tam şəkildə təsdiq edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Məhkəmə iş üzrə əldə olunmuş sübutlar məcmusuna hərtərəfli, ətraflı və obyektiv qiymət verərək Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2, 145.3 və 351.3.4-cü maddələrinin ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə həll edilməli, eləcə də təfsir edilməli və şərh edilməli olmasına dair tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir; 36.1-ci maddəsinə əsasən cinayət prosesinin gedişində bu Məcəllənin 55, 56-cı maddələrində nəzərdə tutulmuş şəxslərin pozulmuş hüquq və azadlıqlarının bərpasını və onlara vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ cinayət prosesini həyata keçirən orqan tərəfindən təmin edilməlidir; 39.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış cinayət təqibinə həmçinin onun cinayət törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə xitam verilir. 39.3-cü maddəsinə əsasən bu Məcəllənin 39.1.1, 39.1.2 və 39.2-ci maddələrində nəzərdə tutulmuş hallarda cinayət təqibi bəraətverici əsaslarla xitam verilmiş hesab olunur; 42.1.3-cü maddəsinə əsasən cinayətin törədilməsinə aidiyyəti olmadıqda; 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır; 42.2.3-cü maddəsinə əsasən, bu Məcəllənin 42.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirləndirildiyi cinayətin törədilməsinə aidiyyəti olmaması sübut edildikdə və ya onun həmin əmələ aidiyyəti sübut edilmədikdə; 42.2.4-cü maddəsinə əsasən bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır; 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir; 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər; 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır; Beləliklə, məhkəmə ibtidai araşdırma zamanı toplanmış və məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, cinayət işinin materiallarına qanuna müvafiq qaydada qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməli üzrə təqsiri sübuta yetirilmədiyindən barəsində təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinin mənası baxımından məhkəmə məsrəfləri məhkəmə tərəfindən yalnız məhkumun üzərinə qoyula bildiyindən, hazırkı iş üzrə isə Təqsirləndirilən şəxs barəsində olan cinayət işinə bəraət verildiyindən, o, cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 32,4 manat məhkəmə məsrəflərindən tam şəkildə azad edilməli və həmin məbləğ dövlət büdcəsi vəsaiti hesabından ödənilməlidir (CPM-198.2.). Eyni zamanda iş üzrə maddi sübut kimi tanınmış Şəmkir Rayon Polis Şöbəsinin məsul saxlancına verilmiş 1 ədəd kibrit qutusunda təmiz çəkisi 6,70 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananın ekspertizadan sonrakı 6,68 qram qalıq hissəsi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs bəraət alması ilə əlaqədar onun cinayət məsuliyyətinə cəlb edilməsi, habelə pozulmuş hesab etdiyi hüquqlarının bərpası, vurulmuş maddi, fiziki və yaxud mənəvi ziyanın ödənilməsi ilə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsiri sübuta yetirilmədiyindən o, təqsirsiz hesab edilsin, ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qismində qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalından azad edilsin. Tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, barəsində həbs qətimkan tədbirinin seçilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və bu hüququn həyata keçirilməsi qaydası Təqsirləndirilən şəxs izah edilsin. İş üzrə maddi sübut kimi tanınmış Şəmkir Rayon Polis Şöbəsində xüsusi ayrılmış saxlanc yerində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 6,68 qram olan maddə kustar üsulla hazırlanmış vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs saxlanılan zaman çəkilib “DVD” diskə köçürülmüş həmin görüntüləri əks etdirən 2 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan 32,40 manat məbləğində pul dövlət büdcəsi hesabına aid edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar