Məhkəmə qərarları › İş №1(076)-140/2023

Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-140/2023

12.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-140/2023 12.06.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X3 iclas katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun X2 üzrə İdarənin rayon (şəhər) məhkəmələrində X2 üzrə şöbənin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi-Şəmkir rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1978-ci ildə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər Şəmkir rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 02 il azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, barəsində 30 yanvar 2023-cü il tarixdən hesablanmaqla “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə etmə, saxlama, daşıma və qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini və döyüş sursatlarını əldə etmə, saxlama və daşıma cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə Şəmkir rayonu Qaryağdı yaşayış massivindən, yolun kənarından tapdığı şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla yaşadığı evə daşımış, daxil olmuş əməliyyat məlumatı əsasında o, 30 yanvar 2023-cü il tarixdə, saat 19:45-də Şəmkir rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri zamanı Şəmkir şəhəri, Əhməd Cavad küçəsində, yaşadığı evin yaxınlığında narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyinə görə saxlanılaraq Şəmkir rayon polis şöbəsinin inzibati binasına gətirilmiş və orada onun üzərinə şəxsi axtarış keçirilən zaman qara rəngli şalvarın sağ yan cibindən 1 ədəd kağız bükümün içərisində “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş eyni adlı İ siyahısı, həmçinin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələrin” İ siyahısının 1-ci bəndi ilə müəyyən edilən, kustar üsulla hazırlanmış şəxsi istehlak miqdarından artıq miqdarda 0,892 qram çəkidə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüş, həmin gün davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən olmuşdur ki, Təqsirləndirilən şəxs istintaqa dəqiq məlum olmayan tarixdə və vaxtda Şəmkir rayonunda yerləşən Süloy çayının yaxınlığından dəmir əşyaları toplayan zaman tapdığı 1 ədəd 7,62 mm kalibrli, Kalaşnikov konstruksiyalı AKM modelli avtomat silahı, 01 ədəd Kalaşnikov konstruksiyalı silahların komplekt hissəsi hesab olunan darağı və 16 ədəd 7.62x39 mm kalibrli döyüş sursatı hesab edilən patronları qanunsuz əldə edərək üzərində daşımaqla Şəmkir rayonunun ərazisində yerləşən Süloy çayının yaxınlığında yerləşən körpünün altında gizlədərək saxlamış, qeyd olunan qanuna zidd hərəkətləri ilə bağlı keçirmış əməliyyat-axtarış tədbirləri nəticəsində onun iştirakı ilə Şəmkir rayonunun ərazisində yerləşən Süloy çayının yaxınlığında odlu silah, onun komplekt hissələrini və döyüş sursatlarını gizlətdiyi yerə keçirilən baxış zamanı oradan parça yataq örtüyünə bükülü vəziyyətdə texniki cəhətdən saz və atəşə yararlı, 01 ədəd NZ-3759 nömrəli, zavod üsulu ilə keçmiş “xarici dövlətdə 1984-cü ildə istehsal olunmuş 7,62 mm kalibrli, odlu yivli Kalaşnikov konstruksiyalı AKM modelli avtomat silahı, texniki cəhətdən saz və istifadəyə yararlı 01 ədəd 7.62x39 mm kalibrli patronları yerləşdirmək üçün nəzərdə tutulmuş Kalaşnikov konstruksiyalı silahlarının komplekt hissəsi hesab olunan daraq və 16 ədəd atəş üçün yararlı zavod üsulu ilə keçmiş “SSRİ” dövlətində istehsal olunmuş 7.62x39 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatı hesab edilən patronlar aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli cinayət işi üzrə üzrə toplanmiş sübutların məcmusu, şahid ifadələri, məhkəmə fiziki-kimyəvi, məhkəmə ballistik, məhkəmə narkoloji ekspertizasının rəyləri, maddi subutlar və digər istintaq materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, ilkin olaraq ifadə verən zaman üzərindən aşkar edilən narkotik vasitə və Şəmkir rayonu Sülöy çayının yanından tapılan avtomatın ona məxsus olmasını demiş, o, həmin ifadəni təzyiq altında vermiş, onun həmin vaxt o cür ifadə verməsinə səbəb onun Şəmkir RPŞ-də olan zaman döyülməsi, yaşadığı evə külli miqdarda narkotik vasitə qoyulması ilə hədələnməyi olmuş, o, özü narkotik vasitə istifadəçisi olsa da həmin vaxt üzərindən aşkar edilən narkotik vasitə heroin onun olmamış, o, 30 yanvar 2023-cü il tarixdə Şəmkir RPŞ-nin əməliyyatçıları tərəfindən götürülərək Şəmkir RPŞ-nə gətirilmiş, Şəmkir RPŞ-də olan zaman onun üzərinə baxılmış, üzərindən qanunla qadağan edilmiş heç bir əşya və ya predmet aşkar edilməmiş, bundan sonra orada həmin əməliyyatçılar onu döyməyə başlamış, onu döydükdən sonra əməliyyatçı İsmayıl ona 1 ədəd bükümdə kokos adlandırılan heroin vermiş, ondan çəkiliş zamanı həmin kokosun özünə aid olduğunu deməsini, istəmiş, o, da məcbur olub İsmayılın dediyini etmiş, bununla bağlı çəkiliş aparıldıqdan sonra polislər ona Şəmkir rayonu Süloy çayının ətrafında harada isə avtomat və hissələrinin olduğunu, həmin yerə baxışa gedəcəklərini, orada baxış zamanı avtomatın və hissələrinin ona aid olmasını deməsini istəmiş, o, yenə də qorxduğu üçün polislərə etiraz etməmiş, polis əməkdaşları ilə birlikdə oraya getmiş, orada məcburiyyətdən görüntüdə həmin avtomatın da ona aid olduğunu demiş, oradan onun yaşadığı evə gedilmiş, yaşadığı evdə qanunla qadağan edilmiş heç bir əşya və ya predmet aşkar edilməmişdir. Nə həmin narkotik vasitə, nə də ki, avtomat onun deyildir. Bunların hamısı şər-böhtandır. Lakin ibtidai istintaqın ilkin dövründə üzərinə baxış keçirilərkən və polis şöbəsində dindirilərkən bu barədə etiraz və şikayət etməmiş, müdafiəçisinə ona polis əməkdaşları tərəfindən təsir göstərilməsi, silah və narkotik vasitənin ona məxsus olmaması barədə heç bir söz deməmişdir. Bundan sonra o, ilkin olaraq ifadə verən zaman üzərindən aşkar edilərək götürülmüş narkotik vasitənin və tapılan avtomat və onun hissələrinin özünə məxsus olduğunu əməliyatçılar tərəfindən döyülməsi, qorxudulması və təzyiqlər göstərilməsi səbəbindən demişdir. Sonda təqsirləndirilən şəxs ona irəli sürülmüş ittiham üzrə ona bəraət verilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şəmkir RPŞ-nin cinayət-axtarış bölməsinin baş əməliyyat müvəkili Şahid1 öz ifadəsində göstərdi ki, O, Şəmkir RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir, şöbəyə Şirxan adlı şəxsin üzərində mütəmadi olaraq narkotik vasitə gəzdirməsi, istifadə etməsi, habelə odlu silah və onun komplekt hissələrini əldə etməsi barədə əməliyyat məlumatı daxil olmuş, keçirilmiş əməliyyat müəyyənləşdirməsi nəticəsində həmin şəxsin ünvan 1-də yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən edilmiş, bundan sonra 30 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsi və yerinin müəyyən olunaraq üstünə və yaşadığı ünvan 1 ünvanında yerləşən evə baxış keçirilməsi barədə qərar çıxarılmış, həmin tarixdə Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında olduğu, üzərində narkotik vasitə və ya psixotrop maddə olması barədə əməliyyat məlumatı daxil olduqdan sonra, həmin məlumat əsasında Şəmkir RPŞ-nin CAB-nin əməliyyat müvəkkilləri Şahid3 və Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı Şəmkir rayonu Əhməd Cavad küçəsində yerləşən evinin yaxınlığına getmiş, Təqsirləndirilən şəxs olduğu yerə çatıb kənardan Təqsirləndirilən şəxs yaxınlıqda dayandığını müşahidə etmiş, Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim edib xidməti vəsiqələrinizi göstərdikdən sonra barəsində qəbul olunmuş əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarı elan edib, Təqsirləndirilən şəxs Şəmkir RPŞ-nə dəvət etmişlər, onlar Təqsirləndirilən şəxs şöbəyə gətirdikdən sonra aidiyyəti üzrə raportla Şəmkir RPŞ-nin rəhbərliyinə müraciət etmiş, Təqsirləndirilən şəxs Şəmkir RPŞ-nin TB-nə təqdim etmiş, sonradan onlara Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman narkotik vasitə heroin aşkar olunaraq götürüldüyü məlum olmuş, bundan sonra Təqsirləndirilən şəxs həmçinin Şəmkir rayonu Süloy çayının ətrafında Kalaşnikov markalı avtomat və həmin avtomata aid olan hissələrin olduğunu bildirmiş, o, yuxarıda adını qeyd etdiyi polis əməkdaşları və Şəmkir RPŞ-nin CABnin rəisi Vüqar Qarayev ilə birlikdə Təqsirləndirilən şəxs göstərdiyi yol ilə Süloy çayının kənarına getmiş, orada olan yeri Təqsirləndirilən şəxs təqdim etmiş, həmin yerə baxış keçirilmiş, bu zaman oradan 1 ədəd Kalaşnikov markalı avtomat, həmin avtomata aid 16 ədəd güllə və 1 ədəd daraq aşkar edilərək götürülmüş, sorğu zamanı Təqsirləndirilən şəxs həmin avtomatı və hissələrini Süloy çayının ətrafından metal yığan zaman tapdığını, elə orada da gizlətdiyini bildirmiş, bundan sonra həmin şəxslərlə birlikdə Şəmkir şəhəri Əhməd Cavad küçəsində yerləşən Təqsirləndirilən şəxs məxsus evə gedilmiş, evə baxış keçirilən zaman Təqsirləndirilən şəxs yaşadığı evdə qanunla qadağan edilmiş heç bir əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs izahatında göstərilənlər yalandır. Ona qarşı heç bir fiziki təsir və təziq tətbiq olunmamışdır. Nə o, nədə ki, Şəmkir RPŞ-nin CAB-nin digər əməliyyat müvəkkilləri tərəfindən Təqsirləndirilən şəxs heç bir fiziki və digər təsirlər göstərilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 və Şahid2 şahid qismində dindirilmiş Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha tam təsdiq etmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şəmkir RPŞ-nin PPXB-nün polis nəfəri, polis kiçik serjantı Şahid4 ifadəsində göstərdi ki, 30 yanvar 2023-cü il tarixdə Şəmkir RPŞ-də xidmətdə olan zaman ona təhqiqatçı Salman Atayevin otağına getməyi barədə məlumat verilmiş, otağa gedən zaman adı ona sonradan məlum olan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirməli olduğu məlum olmuş, bundan sonra həmin şəxs müdafiəçi ilə təmin edilmiş, hüquq və vəzifələri izah olunmuş, bu zaman Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı predmetin olub-olmaması soruşulmuş, Təqsirləndirilən şəxs üzərində olan qara rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd bükümü çıxarıb təqdim etmiş, həmin bükümü açan zaman içərisində nə isə maddə olduğu məlum olmuş, Təqsirləndirilən şəxs həmin bükümün içərisində narkotik vasitə olan, “kokos” adlandırılan heroin olduğunu, həmin heroini bir müddət əvvəl Şəmkir rayonundan, ”Qaryağdı” yaşayış massivindən tapdığını demiş, bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, üzərindən əlavə olaraq qanunla qadağan edilmiş heç bir əşya və ya predmet aşkar edilməmiş, bundan sonra Təqsirləndirilən şəxs bir müddət əvvəl avtomat və hissələrini tapdığını, həmin avtomat və hissələrini Şəmkir rayonunda yerləşən Sülöy çayının ətrafında gizlətdiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi” haqqında 31 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci maddələri ilə ********* nömrəli cinayət işi başlanması qərara alınmışdır. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli olan Təqsirləndirilən şəxs 30 yanvar 2023-cü il tarixdə saat 20:45-də Şəmkir RPŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı Salman Atayev tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. 30 yanvar 2023-cü il tarixli şəxsi axtarış aparılması barədə protokoldan görünür ki, şəxsi axtarışa başlamamışdan əvvəl Təqsirləndirilən şəxs üzərində narkotik vasitə, psixotrop maddə, onların prekurorsorları, eləcədə dövriyyəsi qadağan olunmuş hər hansı bir əşyanın olub-olmadığı soruşuldu. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olduğunu deyərək əynindəki qara rəngli şalvarın sağ yan cibindən bir ədəd kağız bükümü çıxararaq masanın üzərinə qoydu. Həmin kağız büküm açıldıqda içərisində sellofan bükümdə qəhvəyi rəngli kəskin iyli narkotik vasitə olan heroinə bənzər kütlə aşkar olundu. Təqsirləndirilən şəxs həmin kütləni Şəmkir rayonu, Qaryağdı yaşayış massivində küçədə gedərkən yolun kənarından tapdığını və şəxsi istifadəsi üçün saxladığını qeyd etdi. Həmin kütlə kiçik həcmli “Kinlle” markalı tərəzidə çəkildi və 1,19 qram olması müəyyən edildi. Həmin kağız büküm qablaşdırılaraq Azərbaycan Respublikası DİN-nin 118 nömrəli möhürü ilə möhürləndi və götürülərək ekspert tədqiqatına göndəriləcəkdir. Bundan sonra onun üzərində polis əməkdaşının iştirakı ilə şəxsi axtarış aparıldı. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən digər narkotik vasitə, psixotrop maddə, onların prekurorsorları, eləcədə dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya aşkar edilmədi. Şəxsi axtarış zamanı çəkilmiş videogörüntülər diskə köçürülərək protokola əlavə edilmişdir. 30 yanvar 2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Şəmkir rayonu, Kraz yolu yaşayış massivində yerləşən Süloy çayı adlanan ərazidə şübhəli şəxs Təqsirləndirilən şəxs, müdafiəçinin iştirakı ilə baxış keçirilir. Baxış keçirilən yer asfalt yolun kənarında yerləşən qurumuş halda olan çay və onun üzərində salınmış beton körpüdür. Baxışda iştirak edən Təqsirləndirilən şəxs baxış keçirilən ərazidə hər hansı narkotik vasitə, psixotrop maddə və onun prekursorları, odlu silah və döyüş sursatı, həmçinin dövriyyəsi qadağan olunmuş əşya və ya predmet olub-olmadığı soruşuldu. Öz növbəsində Təqsirləndirilən şəxs təxminən 4 ay bundan əvvəl Sülöy çayının kənarında dəmir əşyalar yığarkən oradan bir ədəd Kalaşnikov markalı avtomat silah, ona aid sandıqça və 16 ədəd patron tapdığını, Kraz yolu yaşayış massivində yerləşən körpünün alt tərəfində gizlədib saxladığını, həmçinin araşdırmaya təqdim edəcəyini bildirdi. Bununla əlaqədar Təqsirləndirilən şəxs körpünün sol tərəfi ilə piyada aşağı düşərək körpünün alt tərəfində şəffaf sellofana bükülmüş əşyanı götürərək təqdim etdi. Sellofanı açdıqda içərisində parçaya bükülü halda bir ədəd Kalaşnikov AK 74 markalı avtomat silah, bir ədəd ona aid sandıqça və içərisinə baxıldıqda 16 ədəd ona aid patron aşkar olundu. Silahın üzərində isə NZ 3759 nömrəsi yazılmışdır. Aşkar edilmiş Kalaşnikov AK 74 markalı avtomat silah, bir ədəd ona aid sandıqça və içərisinə baxıldıqda 16 ǝdǝd ona aid patron qəhvəyi rəngli kağızlara bükülərək qablaşdırıldı və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 118 nömrəli möhürü ilə möhürlənərək götürüldü. Təqsirləndirilən şəxs və müdafiəçisi Mahir Kazımov isə zərfin üzərini imzaladılar. Bundan başqa ətraf əraziyə baxış zamanı orada narkotik vasitə psixotrop maddə və onun prekursorları, əlavə odlu silah və döyüş sursatı, eləcə də dövriyyəsi qadağan olunmuş əşya və predmet aşkar olunmadı. Baxış zamanı video çəkilişdən başqa foto şəkillər çəkilib, foto şəkillər çıxarılıb cədvəl tərtib edilərək protokola əlavə olundu. Bununla da baxış başa çatdı. Protokol oxundu, iştirakçılar tərəfindən hər hansı qeyd, etiraz əlavə və vəsatət daxil olmadı. Protokolun düzgünlüyü imzalarla təsdiq edilir. 30 yanvar 2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşayış otağına baxış keçirilən zaman hər hansı narkotik vasitə, psixotrop maddə və onun prekursorları, odlu silah və dğyüş sursatı, həmçinin dövriyyəsi qadağan olunmuş əşya və ya prdetmet aşkar edilmədi. Məhkəmə-ballistik ekspertizasının 31 yanvar 2023-cü il tarixli 23/78 saylı rəyindən görünür ki, Tədqiqata təqdim eidlmiş 01 ədəd NZ-3759 nömrəli silah, zavod üsulu ilə xarici dövlətdə, 1984-cü ildə istehsal olunmuş, 7,62 mm kalibrli Kalaşnikov konstruksiyalı AKM modelli avtomatdır, yivli odlu silahlar növünə aiddir, texniki cəhətdən sazdır və atəşə yararlıdır. Silahın hissə və mexanizmləri üzərində heç bir əlavə və dəyişikliklər edilməmişdir.Tədqiqata təqdim edilmiş 16 ədəd patronlar, zavod üsulu ilə istehsal olunmuş 7,62x39 mm kalibrli Kalaşnikov avtomatlarında, əl pulemyotlarında və SKS karabinlərində atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatıdır və atəşə yararlıdır. Təqdim edilmiş 01 ədəd əşya, “Kalaşnikov” konstruksiyalı silahın komplekt hissəsi olmaqla, 30 ədəd 7,62x39 mm kalibrli patron tutumuna malik, zavod üsulu ilə hazırlanmış darağıdır, texniki cəhətdən sazdır və istifadəyə yararlıdır. Təqdim edilmiş avtomatdan eksperimental qaydada atılmış güllə və giliz nümunələri DİN-nin KTİ-də yerləşən “güllə-giliz” kartotekasında müqayisə edilib nəticəsi barədə sizə əlavə məlumat veriləcəkdir. Məhkəmə-kimyəvi ekspertizasının 31 yanvar 2023-cü il tarixli 16/159 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitəyə bənzər kütlə” yazılar və imzalar olan kağız paketdəki,1(bir) ədəd açıq-qızılı rəngli kağız bükümdə təmiz çəkisi 0.892 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 01 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli toplanmış sübutlarla təsdiq olunduğundan o, Azərbaycan Respublikası CM-nin 228.1 və 234.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. 01 fevral 2023-cü il tarixli təqsirləndirilən şəxsin dindirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittaham üzrə özünü təqsirli bilmiş və ifadəsinin doğruluğunu imzalayaraq təsdiq etmişdir. 01 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində Şəmkir rayon Məhkəməsinin hakimi Könül Məmmədov tərəfindən 03 ay müddətində, yəni 30 aprel 2023cü il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. 02 fevral 2023-cü il tarixli “ifadənin yerində yoxlanılması barədə” protokoldan və ona əlavə edimiş fotolardan görünür ki, ifadənin yerində yoxlanılması zamanı Təqsirləndirilən şəxs təklif edildi ki, narkotik vasitə heroini və AKM markalı avtomatı tapdığı yerləri təqdim etsin. Şəmkir rayon Polis Şöbəsinin inzibati binasından Təqsirləndirilən şəxs göstərdiyi yolla müdafiəçisi X4 iştirakı ilə Şəmkir rayonunda yerləşən Süloy çayının yanına gedildi. Həmin yeri təqdim edən Təqsirləndirilən şəxs bir müddət əvvəl həmin yerdə dəmir yığan zaman həmin yerdə AKM markalı avtomat silahını tapdığını, sonradan elə həmin çayın ətrafında da silahı gizlətdiyini bildirdi. Bundan sonra onun göstərdiyi yol ilə Şəmkir rayonu Qaryağdı yaşayış massivinə gedildi. Həmin yeri təqdim edən Təqsirləndirilən şəxs bir neçə gün əvvəl həmin yerdə gəzən zaman yerdə nə isə kağız büküm gördüyünü, həmin bükümü açıb baxan zaman içərisində narkotik vasita heroin olduğu üçün həmin heroini istifadə etmək üçün cibinə qoyduğunu bildirdi. İstintaq hərəkəti aparılarkən heç bir əşya və ya sənəd götürülmədi. İfadənin yerində yoxlanılması zamanı "telefondan istifadə edilərək fotoşəkillər çəkildi. Protokol ucadan oxundu, iştirakçılar tərəfindən protokola əlavə edilməsi üçün heç bir qeyd, ərizə və vəsatət daxil olmadı. Şəmkir rayon Məhkəməsinin hakimi Şəfəq Məmmədovanın 03 fevral 2023-cü il tarixli, 5(076)-32 nömrəli qərarına əsasən Şəmkir RPŞ-nin baş əməliyyat müvəkkili Şahid1 qəbul etdiyi qərar qanuni hesab edilmişdir. Şəmkir rayon Prokuroru, baş ədliyyə müşaviri Azər Hətəmovun 05 fevral 2023-cü il tarixli qərarına əsasən Şəmkir RPŞ-nin baş əməliyyat müvəkkili Şahid1 qəbul etdiyi qərar qanuni hesab edilmişdir. Şəmkir rayon polis şöbəsinin CAB-dən daxil olmuş xx.xx.2023-cü il tarixli 120-9675- 1220 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş narkotik vasitə heroini Şəmkir rayonu Qaryağdı yaşayış massivindən tapmış, kalaşnikov markalı avtomatı və hissələrini isə Şəmkir rayonunda yerləşən Süloy çayının ətrafından tapmışdır. Təqsirləndirilən şəxs həmin narkotik vasitə heroindən kimə isə satması, rayon ərazisində başqa hər hansı cinayətdə iştirak etməsi müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs barəsində DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən məlum olur ki, Təqsirləndirilən şəxs Şəmkir rayon Məhkəməsinin 24 mart 2006-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.2.1, 221.3,66.3-cü maddələri ilə 04 il, Şəmkir rayon Məhkəməsinin 06 iyun 2008-ci tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2, 67ci maddələri ilə 04 il 6 ay, Şəmkir rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 01 il 06 ay, Şəmkir rayon Məhkəməsinin 27 yanvar 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə 02 il azadlqıdan məhrum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin 05.011.2021-ci il tarixli Amnistiya qərarına əsasən cəzası 06 ay azaldılaraq 01 il 06 ay təyin edilmiş, 16 dekabr 2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Məhkəmə-narkoloji ekspertizasının 29 mart 2023-cü il tarixli, 529 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əziyyət çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Şəmkir şəhər Mənzil İstismar Kontoru tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 2 ünvanında qeydiyyatdadır. Şəmkir şəhər Mənzil İstismar Kontoru tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 2 ünvanında yaşayır, orta təhsillidir. Onun barəsində Şəmkir şəhər Mənzil İstismar Kontoruna heç bir yazılı və şifahi şikayət daxil olmamışdır. 05 aprel 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1 və 234.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Cinayət Məcəlləsinin həmin maddələri ilə nəzərdə tutulmuş ittiham yenidən elan edilmişdir. 05 aprel 2023-cü il tarixli təqsirləndirilən şəxsin dindirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittaham üzrə özünü təqsirli bilməmiş və ifadəsinin doğruluğunu imzalayaraq təsdiq etmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış, Şəmkir rayonunda yerləşən “Sülöy” çayının ətrafına baxış və ünvan 5 ünvanına baxış keçirilən zaman çəkilən görüntülərin olduğu 3 ədəd “DVD” disk iş üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut hesab edilmiş və cinayət işinə əlavə olunmuşdur. Təqsirləndirilən şəxs aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra təmiz çəkisi 0.842 qram narkotik vasitə heroin, Təqsirləndirilən şəxs məxsus 1 ədəd AKM modelli avtomat, həmin avtomata aid 1 ədəd daraq və eksperimental atəşlər edildikdən sonra qalan 13 ədəd güllə maddi sübut edilmiş və təqsirləndirilən şəxs cinayət işinin materialları ilə tanış olduqdan sonra Şəmkir RPŞ-nin saxlama anbarına saxlanca verilmişdir. Şəmkir rayon prokurorunun müavini, ədliyyə müşaviri X1 icraatında olan 72-C-23 nömrə materialı üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs 30 yanvar 2023cü il tarixdə şübhəli şəxs qismində tutularkən ona qarşı hər hansı fiziki və mənəvi təsir göstərilməsi barədə müraciəti əsasında toplanmış 72-C-23 nömrəli ilkin yoxlama materialı üzrə cinayət işinin başlanması müraciətdə qeyd olunanlar öz təsdiqini tapmadığından Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən cinayət hadisəsi olmaması səbəbindən rədd edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə isnad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 228.1-ci maddəsi ilə ona elan edilmiş ittihamla özünü təqsirli bilməyərək, ilkin olaraq ifadə verən zaman üzərindən aşkar edilən narkotik vasitə və Şəmkir rayonu Sülöy çayının yanından tapılan avtomatın ona məxsus olması barədə ifadəni təzyiq altında verdiyini, onun həmin vaxt o cür ifadə verməsinə səbəb onun Şəmkir RPŞ-də olan zaman döyülməsi, yaşadığı evə külli miqdarda narkotik vasitə qoyulması ilə hədələnməsi barədə dəlillərini əsassız hesab edərək məhkəmə qeyd edir ki, iş üzrə təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs ibtidai istintaqın ilkin dövrlərində ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək silahı və narkotik vasitəni tapdığını, saxladığını bildirmiş, bir çox istintaq hərəkətlərində ifadələrini təsdiq etmiş, bu hərəkətlər müdafiəçinin iştirakı ilə keçirilmiş, baxış istintaq hərəkəti keçirilərkən, polis şöbəsində dindirilməsi barədə etiraz və şikayət etməmiş, müdafiəçisinə ona polis əməkdaşları tərəfindən təsir göstərilməsi, silah və narkotik vasitənin ona məxsus olmaması barədə heç bir söz deməmişdir. Bundan sonra onun barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsinə dair vermiş olduğu vəsatətinə 10 mart 2023-cü il tarixdə Şəmkir rayon Məhkəməsində baxılarkən Şəmkir rayon polis şöbəsinin əməkdaşları tərəfindən xx.xx.2023cü il tarixdə döyüldüyünü və ona qarşı zor tətbiq olunmaqla işgəncə edilməsini bildirmiş, Şəmkir Rayon Məhkəməsi onun qeyd edilən dəlillərinin araşdırılması üçün Şəmkir Rayon Prokurorluğuna məlumat vermişdir. Bu məlumat əsasında 72-C-23 nömrə material toplanılmış, Şəmkir rayon prokurorunun müavini, ədliyyə müşaviri X1 cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərar qəbul etmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs 30 yanvar 2023-cü il tarixdə şübhəli şəxs qismində tutularkən ona qarşı hər hansı fiziki və mənəvi təsir göstərilməsi barədə müraciəti əsasında toplanmış 72-C-23 nömrəli ilkin yoxlama materialı üzrə cinayət işinin başlanması müraciətdə qeyd olunanlar öz təsdiqini tapmadığından Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən cinayət hadisəsi olmaması səbəbindən rədd etmişdir. Həmçinin Təqsirləndirilən şəxs üzərinə, yaşadığı evinə və Şəmkir rayonu Sülöy çayının yaxınlığına baxışda müdafiəçisi iştirak etmiş və video çəkilişlə aparılmışdır. Odur ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlləri şəxsi axtarış və götürmə protokolu, maddi sübutlar, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, video görüntülər, şahid ifadələri və cinayət işinə əlavə edilmiş digər sənədlərlə sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs göstərdiyi xüsusatlar özünün müdafiəsinə yönəlmişdir və iş materiallarında olan sübutlarla təkzib edilir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamda qeyd olunan cinayət əməllərini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş şahid ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və işin digər materialları ilə tam sübuta yetirilir. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci maddələri ilə tövsif edilmişdir. Təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 158.2. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: 158.2.1. tutulduğu və həbsdə saxlanıldığı müddət; 158.2.2. ev dustaqlığında saxlanıldığı müddət. 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Ədalətlilik prinsipi təkcə cəzanın cinayətin ağırlığına deyil,həm də cəzanın cinayəti törədənin şəxsiyyətinin ictimai təhlükəlilik dərəcəsinə uyğun olmasını nəzərdə tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndinə görə, hər bir konkret halda cinayət əməlini törətmiş şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin qərarın 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də cinayətkarlıqla mübarizədə əsas diqqət sosialiqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83-cü maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun CM-in 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair 18 mart 2013-cü il tarixli qərarının nəticəvi hissəsindən görünür ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən eyni və ya həmcins cinayətin törədilməsi cinayətin residivi kimi qəbul edilməlidir. Həmin şəxsin əməli eyni zamanda cinayətlərin təkrar törədilməsi əlaməti ilə tövsif edilə bilməz. Cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törətməyə görə yuxarıda qeyd edildiyi kimi azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini və cəzasını çəkib qurtarmasına baxmayaraq məhkumluğu ödənilmədən yenidən qəsdən az ağır cinayət törətməsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən cinayətlərin residivini yaradır və həmin hal da CM-in 61.1.1-ci maddəsinə əsasən onun məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal müəyyən olunmamışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.5-ci maddəsinə əsasən cinayətlərin residivinə görə bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və hədlərdə daha sərt cəza tətbiq edilir. Həmin Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən halların olmamasını və cəzasını ağırlaşdıran hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayətlər olmasını), təqsirkarın şəxsiyyətini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, ona azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan caza, cəzanın məqsədini təmin edir və ona təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci maddələrinin sanksiyası hədlərində azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini məqsədə müvafiq hesab edir və bu cəzanı təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Belə ki, Azərbaycan Respublikası CM-in 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. CM-in 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağırcinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrıayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmədə tədqiq edilmiş işdə olan qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs 30 yanvar 2023-cü il tarixdə saat 20:45-də şübhəli şəxs qismində tutulmuş, Şəmkir rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, cinayət işi məhkəmə baxışına verilərkən barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.2.1 və 158.2.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə isə onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 30 yanvar 2023-cü il tarixdən hesablanmalıdır. CM-in 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisəsində cəzasını çəkməlidir. Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi olduğundan və əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkdiyindən, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı CM-in 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bunda əlavə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 mart 2011-ci il tarixli, 2 saylı Qərarının 26-cı bəndindən görünür ki, narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər. Məhkəmə-narkoloji ekspertizasının 29 mart 2023-cü il tarixli, 529 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əziyyət çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Odur ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93-1.2-ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunmalı və narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinin tələblərinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə hökm çıxararkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsı qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir, dəyəri olmayan digər əşyalar isə məhv edilməli, maraqlı şəxslərin vəsatəti olduqda isə onlara verilə bilər. Maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılır və ya maraqlı təşkilatlara və şəxslərə verilir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Şəmkir RPŞ-nin məsul saxlanca verilmiş, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və ekspert tədqiqatlarına sərf edildikdən sonra qalıq qalmış 0.843 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş bir ədəd 1984-cü il istehsalı, NZ-3759 nömrəli Kalaşnikov konstruksiyalı AKM modelli avtomat, bir ədəd həmin avtomata aid daraq və 7.62x39 mm kalibrli üç ədədi tədqiqata sərf olunduqdan sonra qalıq qalmış 13 (on üç) ədəd patron istifadəyə yararlı olduqlarından dövlət nəfinə müsadirə olunsun, hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinə təhvil verilməlidir. Bununla yanaşı iş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən, Şəmkir rayonu “Sülöy” çayının ətrafına və yaşadığı evə baxış keçirilən zaman görüntülərin qeydə alındığı üç ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 32.40 (otuz iki manat qırx qəpik) manat pul Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin aşağıdakı hesabına köçürülməlidir: KOD- 210005, VÖEN–**********, müxbir hesab – AZ 41NABZ ********************, SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ 43 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu – 3. İş materiallarından görünür ki, məhkəmə istintintaqında Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün xahişi ilə ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Şəmkir rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 11 saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrieynə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından 66 (altmış altı) manat Müdafiəçi ödənilməsi üçün onun işlədiyi Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (hesab: Azərbaycan Beynləxalq Bankının Şəmkir Filialı; Kod:805670; VÖEN:**********; Müxbir hesab: **********944; S.W.İ.F.T, İBAZAZ2X, hesab nömrəsi ********************, VÖEN: **********) köçürülməlidir. İş üzrə mülki iddianın olmaması nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 346.1-ci və 346.1.19-cu maddələrinə əsasən, məhkəmə hansı əmlakın müsadirə edilməli olduğu məsələsinə baxaraq, təqsirləndirilən şəxsin hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99.1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353-cü və 356-cı maddələrini rəhbər tutub, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzalar qismən toplanılmaqla ona qəti olaraq, 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəksin və ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı tutulduğu vaxtdan, yəni 30 yanvar 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93-1.2-ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunsun və narkoloji dispanserdə qeydiyyata alınsın. Məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 32.40 (otuz iki manat qırx qəpik) manat pul Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin aşağıdakı hesabına köçürülsün: KOD-210005, VÖEN– **********, müxbir hesab–AZ 41NABZ ********************, SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ 43 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu – 3. İş üzrə maddi sübut olan və Şəmkir RPŞ-nin məsul saxlanca verilmiş Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və ekspert tədqiqatlarına sərf edildikdən sonra qalıq qalmış 0.843 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan və Şəmkir RPŞ-nin məsul saxlanca verilmiş Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş bir ədəd 1984-cü il istehsalı, NZ-3759 nömrəli Kalaşnikov konstruksiyalı AKM modelli avtomat, bir ədəd həmin avtomata aid daraq və 7.62x39 mm kalibrli üç ədədi tədqiqata sərf olunduqdan sonra qalıq qalmış 13 (on üç) ədəd patron istifadəyə yararlı olduqlarından dövlət nəfinə müsadirə olunsun, hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinə təhvil verilsin. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən, Şəmkir rayonu “Sülöy” çayının ətrafına və yaşadığı evə baxış keçirilən zaman görüntülərin qeydə alındığı üç ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 66 (altmış altı) manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (hesab: Azərbaycan Beynləxalq Bankının Şəmkir Filialı; Kod:805670; VÖEN:**********; Müxbir hesab: **********944; S.W.İ.F.T, İBAZAZ2X, hesab nömrəsi ********************, VÖEN: **********) köçürülsün. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə münasibətdə isə surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə, həbsdə saxlanılan təqsirləndirilən şəxs tərəfindən həmçinin həbsdə saxlama yerinin müdiriyyətinin vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Həmin müddət ərzində apelyasiya protesti və ya apelyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Sədrlik edən Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar