Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-140/2024 13.08.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi– Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxs– Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxxxx 1989–cu il tarixdə Şəmkir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, qanunla müəyyən edilmiş qaydada məhkumluğu ödənilməmiş və ya götürülməmiş, Şəmkir rayonu, Q.İsmayılov kəndində qeydiyyatda olmaqla, Gəncə şəhəri, Atatürk praspekti, ev-237, bina-1, mənzil-46 ünvanda yaşayan, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olan ********* nömrəli cinayət işi üzrə barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli talayaraq oğurluq cinayət əməlini törətmişdir. Belə ki, tamah məqsədilə qanunsuz və əvəzsiz olaraq özgənin əmlakını gizli talamaq niyyəti ilə 15 iyul 2023-cü il tarixdə saat 08 radələrində Zərərçəkmiş şəxs məxsus ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə açıq pəncərədən qanunsuz daxil olmaqla oradan 1 ədəd 1600 manat dəyərində “İphone 13 pro” markalı mobil telefonu, telefonun içərisində olan 01 ədəd 4 manat dəyərində ***- ***-**-** GSM və 50 manat nağd pulu gizli talayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus cəmi 1654 manat məbləğində əmlakı oğurlamışdır. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilib məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, o, 2023-cü ilin iyul ayının ortalarında oğurluq etmək məqsədilə Şəmkir şəhərinə gəlmişdir. O, səhər vaxtı şəhərdə evlərə baxmış və oğurluq etmək üçün uyğun olan ev axtarmışdır. O, dəqiq ünvanı xatırlamadığı bir evə yaxınlaşmış, evin küçəyə açılan qapısı açıq olduğuna görə evin həyətində girmişdir. Evin qapı və pəncərələri açıq olmuşdur. O, pəncərədən içəri baxanda bir nəfərin yatdığını və pəncərənin qarşısında olan bir ədəd “İphone” markalı mobil telefon qoyduğunu görmüşdür. O, pəncərəni açıb içəri girmiş və masanın üzərində olan telefonu götürmüşdür. Otaqda yatan şəxsin şalvarının cibindən də 50 manat pulunu götürüb oradan uzaqlaşmışdır. O, “4 yol” adlana yerdən taksi ilə Bakı şəhərinə getmişdir. Bakı şəhərində getdikdən bir neçə gün sonra mobil telefonun parolunu aça bilmədiyinə görə sata bilməmişdir. O, telefonu heç kəs tapmasın deyə əsəbindən mobil telefonu yerə vurub sındırmış və zibilliyə atmışdır. Hadisədən sonra zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmişdir. Hazırda Zərərçəkmiş şəxs ondan heç bir şikayət və tələbi yöxdur. Ona görə də, məhkəmədən, ifadəsində göstərdiyi halları nəzərə alaraq, ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə baxışı iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, ünvan 3 ünvanda ailə üzvləri ilə yaşayır, rəsmi olaraq heç yerdə işləmir. Ailə üzvləri Gəncə şəhərində yaşayır. Onu mərhum nənəsi Maya Məmmədova böyütdüyünə görə Gəncə şəhərində qala bilməmiş və Şəmkir şəhərində yaşamışdır. Nənəsi Maya rəhmətə getdiyindən o, evdə tək yaşayır. 14 iyul 2023-cü il tarixdə saat 09 radələrində evdən çıxıb işi ilə məşğul olduqdan sonra 15 iyul 2023-cü il tarixə keçən gecə saat 01:00 radələrində qayıtmışdır. Həmin günü o, şadlıq saraylarına verdiyi cücələrin pulunu almışdır. Evə gələndə üzərində olan təxminən 1700-1800 manat pulu mal sahibinə verdikdən sonra evə gəlmişdir. Evdə istifadəsində olan “İphone 13 pro” markalı mobil telefonunu çarpayının yanına qoyaraq yatmışdır. 15 iyul 2023-cü il tarixdə saat 09 radələrində yuxudan qalxıb mobil telefonunu götürmək istədikdə, telefonun yerində olmadığını görmüşdür. Dərhal otaqlara baxanda mətbəxin pəncərəsinin açıq vəziyyətdə olmasını və şalvarının da pəncərənin qarşısında olmasını görmüşdür. Şalvarını çarpayının yanında gecə qoyduğu üçün pəncərənin qarşısında görəndə təəccüblənmişdir. Şalvarının cibinə baxdıqda cibində olan 50 manat nağd pulun olmadığını aşkar etmişdir. Həmin vaxt mobil telefonunun və 50 manat nağd pulu oğurlandığını bilmişdir. Hazırda ona dəymiş ziyanı Təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. Onun təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. Odur ki, qərar qəbul edərkən ifadəsində göstərdikləri halların nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmə, ibtidai araşdırma mərhələsində iş üzrə şahid qismində dindirilmiş, lakin məhkəmə istintaqında iştirak etməmiş Şahid da məhkəmə istintaqında elan edilərək tədqiq olunmuş ifadəsini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. Belə ki, ibtidai araşdırma zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun oğludur. O, Şəmkir şəhərində nənəsinin evində tək qalır. 14 iyul 2023-cü 11 tarixdə saat 11 radələrində Elcan ona başqa nömrədən zəng edərək qaldığı evə oğru girdiyini, ona məxsus mobil telefonu və 50 manat pulun oğurlandığını bildirmişdir. Elcan evdə “İphone 13 pro” markalı mobil telefonunu çarpayının yanına qoyaraq yatmış, 15 iyul 2023-cü il tarixdə saat 09 radələrində yuxudan qalxıb mobil telefonunun götürmək istədikdə, telefonun yerində olmadığını görmüşdür. Daha sonra da paltarının cibindən 50 manat nağd pulun olmadığını aşkar etmişdi. Bununla bağlı Elcan polisə şikayət etmişdi. Sonradan oda qaynar xəttə zəng edib məlumat vermişdir. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Baxış keçirilməsi barədə” protokoldan görünür ki, hadisəsinin baş verdiyi fərdi yaşayış evinə Zərərçəkmiş şəxs iştirakı ilə baxış keçirilmiş, bu barədə protokol tərtib edilməklə, fotoşəkillər çəkilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin məktubundan görünür ki, ünvan 3 ünvanında yaşayan Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evində baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izləri KTİ-nin ADİS-in məlumat bankında olan şəxislərin əl əksləri ilə müqayisə edilmiş, müqayisəli tədqiqat nəticəsində X1 əlinin şəhadət, orta barmaqları və sol əlin ovuc əksləri ilə eynilik müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan Şəmkir Rayon Poliklinikasının xx.xx.2023– cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Şəmkir Rayon Poliklinikasında psixiatrik və narkoljoi kabinetdə qeydiyyatda dayanmır. Cinayət işinin materiallarında olan məhkəmə–əmtəəşünaslıq ekspertizasının xx.xx.2023–cü il tarixli, 3-16-16/2-96419/2023 saylı rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarın təsviri hissəsində göstərilən 1 ədəd “İphone 13 Pro” markalı mobil telefonun orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2023-cü ilin iyul ayına olan orta bazar qiyməti təxminən 1600.00 manat, 01 ədəd ***-***-**-** GSM nömrə 4,0 manat müəyyən olunur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2023–cü il tarixli, 23/727R saylı rəyindən görünür ki, xx.xx.2023cü il tarixdə, Şəmkir şəhəri, M.Ə.Sabir küçəsi, ev 25-də yaşayan, Zərərçəkmiş şəxs məxsus evdə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş 02 ədəd əl-barmaq və 03 ədəd ovuc izi şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan 05 ədəd əl izi xx.xx.1989-cu ildə Şəmkir şəhərində anadan olmuş Təqsirləndirilən şəxs sağ əlinin ovuc, adsız barmağı, sol əlinin ovuc (02 dəfə) və orta barmaqlarının əksi ilə eynilik müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİdən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 26 oktyabr 2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1, 180.2.2, 228.4-cü maddələri ilə təqsirli bilinərək 09 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin 12 yanvar 2011-ci il tarixli qərarı ilə xx.xx.2010-cü il tarixli hökm ləğv edilərək CM-nin 181.2.1, 181.2.2, 181.2.5, 228.4,66.3, 67.1-ci maddələrinə əsasən 10 il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, AR Ali Məhkəməsinin 30 avqust 2011-ci il tarixli qərarı ilə CM-nin 228.4-cü maddəsi hökmdən xaric edilmiş və onun əməli Cinayət Məcəlləsinin 181.2.1, 181.2.2, 181.2.5-ci maddələridən Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.2-ci maddələrinə tövsif edilərək CM-67.1-ci maddəsinə əsasən cəzası 08 ilə endirilmiş, bundan sonra Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2011-ci tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1, 180.2.2-ci maddələri ilə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 66.5, 69.3-cü maddələrinə əsasən 06 il 06 ay 12 gün müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə cəzadan vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2018-ci il tarixdə isə cəzası başa çatmışdır. Bundan başqa Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 18 iyun 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.2-ci maddələri ilə təqirli bilinərək, 03 il 06 ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir və xx.xx.2022-ci il tarixdə cəza müddətinin sonu ilə azad edilmişdir. Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən yazılmış ərizədən görünür ki, zərərçəkmiş şəxs dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən tamamilə ödənilmişdir. Ona görə də, onun Təqsirləndirilən şəxs şikayət və tələbi yoxdur. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəyini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 124–136–cı maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 143–145–ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir–biri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi məhkəmə istintaqı nəticəsində tamamilə sübut olunur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməli “az ağır” olmaqla, qanunla qorunan mülkiyyət münasibətləri əleyhinə olan, özgənin əmlakını gizli olaraq talamada ifadə olunan qəsdən törədilən cinayətdir. Məhkəmə Təqsirləndirilən şəxs cinayət nəticəsində zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsinə əsasən, cinayət əməlini etiraf edib, əməlindən səmimi peşman olmasını isə həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Bununla yanaşı, cinayət işinə əlavə olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2011-ci tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1, 180.2.2-ci maddələri ilə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 66.5, 69.3-cü maddələrinə əsasən 06 il 06 ay 12 gün müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasını tam olaraq xx.xx.2018-ci il tarixdə çəkib qurtarmışdır. Bundan başqa Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 18 iyun 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.2-ci maddələri ilə təqirli bilinərək, 03 il 06 ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasını xx.xx.2022-ci il tarixdə çəkib qurtarmışdır. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2011-ci il tarixli və Gəncə şəhəri Kəpəz Kəpəz Rayon Məhkəməsinin xx.xx.2019-cü il tarixli hökümləri ilə təyin olunmuş azadlıqdan məhrum etmə cəzalarını çəkib qurtardıqdan sonra, məhkumluğu ödənilmədən yenidən qəsdən hazırkı cinayət əməlini törətdiyinə görə Azərbaycan Respublikası CM–in 83–cü maddəsinin tələbinə əsasən məhkum olunmuş hesab edildiyindən, onun əməli həmin Məcəllənin 18–ci maddəsinə əsasən cinayətin təhlükəli residivini yaratmışdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin-83.3.4–cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində–onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.2.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda cinayətin təhlükəli residivi sayılır. Ona görə də məhkəmə, bu halı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61–ci maddəsinə əsasən ağırlaşdırıcı hal kimi nəzərə alır. Məhkəmə, cəzanı ağırlaşdırılan halların və cəzanı yüngülləşdirən halların mövcudluğunu, qanunvericiliyin yuxarıda sadalanan normalarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə, həmçinin qanunvericiliyin yuxarıda sadalanan normalarını nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli təhlükəli residiv olduğundan ona təyin olunacaq cəza təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan ciddi cəza növünün üçdə ikisindən az olmamalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.1–ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2–ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusilə təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli Qərarında göstərilir ki, cinayət qanun-vericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 №li Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021–ci il tarixli Qərarında göstərilmişdir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından aşıq– aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM–nin 58.3–cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, azadlıqdan məhrum etmə növündə cəzanın hansı cəzaçəkmə müəssisəsində çəkilməli olduğunu müəyyən edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3–cü maddəsinin tələblərini rəhbər tutmuşdur. Belə ki, həmin maddəyə əsasən, xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün–ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci və 131.1.2-ci maddələrinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir. (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir). Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. İş üzrə maddi sübut hesab olunan və 15 iyul 2023-cü il tarixdə hadisə yerinə baxış keçirilən zaman Zərərçəkmiş şəxs məxsus ünvan 3 ünvanından yerləşən evdən götürülmüş 05 ədəd əl-barmaq izləri cinayət işi üzrə əhmiyyət kəsb etdiyinə görə iş üzrə əhəmiyyət kəsb etdiyindən cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10-cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 50 manat məhkəmə məsrəfi tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE******************** Büdcə təsnifatının kodu 142595 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22). Azərbaycan Respublikası CPM–nin 346.1.17–ci maddəsinə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub–olmamasıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə mülki iddia yoxdur. İttiham hökmü qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxsə tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət-Prosessual Məcəlləsinin 175.5 və 346.1.20-ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində hazırkı iş üzrə qətimkan tədbiri seçilmədiyindən, onun barəsində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olan ********* nömrəli cinayət işi üzrə həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 13 avqust 2024–cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olan ********* nömrəli cinayət işi üzrə həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınsın. İş üzrə maddi sübut hesab olunan və 15 iyul 2023-cü il tarixdə hadisə yerinə baxış keçirilən zaman Zərərçəkmiş şəxs məxsus ünvan 3 ünvanından yerləşən evdən götürülmüş 05 ədəd əl-barmaq izləri cinayət işi üzrə əhmiyyət kəsb etdiyinə görə iş üzrə əhəmiyyət kəsb etdiyindən cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində məhkəmə məsrəfi tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE******************** Büdcə təsnifatının kodu 142595 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22). Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №1(076)-140/2024
Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-140/2024
13.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver