Məhkəmə qərarları › İş №1(076)-141/2025

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №1(076)-141/2025

03.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 1(076)-141/2025 03.04.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim: Heydərova Nazlı Azər qızının sədrliyi Məhkəmə iclasının katibi: X6 Xüsusi ittihamçının “Prospekt” vəkil bürosunun vəkili nümayəndəsi: Müdafiəçi1 Təqsirləndirilən şəxs: X1 Müdafiəçi: Şəmkir Rayon Vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə Şəmkir Rayon Məhkəməsinin hakimi Heydərova Nazlı Azər qızı icraatımda olan X4 xüsusi ittiham qaydasında şikayəti üzrə X1 Azərbaycan Respublikası CM-in 147.2 və 148-ci maddələri ilə təqsirləndirilməsi barədə 1(076)-141/2025 nömrəli cinayət təqibi ilə bağlı materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: X4 xüsusi ittiham qaydasında şikayəti üzrə X1 Azərbaycan Respublikası CM-in 147.2 və 148-ci maddələri ilə olan 1(076)-141/2025 nömrəli cinayət təqibi ilə bağlı materialdan müəyyən olunur ki, X3 “Aktualinfo.org" xəbər portalında 07 iyun 2024-ci il tarixdə "X10 kimə tapşırıb?” başlıqlı məqaləsində onun barəsində heç bir əsası olmayan, yalan və böhtanlardan ibarət olan, onun işgüzar nüfuzunu, iş fəaliyyətini ləkələyən, həmçinin şərəf və ləyaqətini kobud şəkildə alçaldan məqalə darc etmiş, bu hərəkəti ilə də onun işgüzar nüfuzuna xələl gətirən məlumatlar yerləşdirmiş, həmin məqalədə açıq-aşkar onun qanunsuz fəaliyyətlə məşğul olmağı barədə, eləcə də onu ağır cinayətlər törətməkdə təqsirləndirmiş, onu rüşvət almaqda, habelə, rüşvətxorluqda vasitəçilikdə və dövlət əmlakını talamaqda və mənimsəməkdə günahlandırmışdır, həmçinin Telman Məmmədov dərc etdirdiyi məqalənin 3-cü abzasında X2 haqqında tam şəkildə yalan ifadələr yazmaqla, ona qərəzli şəkildə böhtan atmışdır. Belə ki, Telman Məmmədov dərc etdirdiyi məqalədə göstərmişdir ki, Rayondan olan məlumatlı şəxslərin sözlərinə görə X5 şəhərində hər yerdən pul toplamaqla məşğuldur. Buraya şəhərdə yeni tikililərə icazələrin verilməsindən tutmuş, işə qəbula qədər hər şey daxildir. X5 Kommunal Xidmət və Mərkəzi İstismar İdarəsinin rəisi Səfər Səfərovla əlbir olub, istismar idarəsinin işçilərinin hamısını dəyişib. Yenilərini də təbii ki, pul müqabilində işə götürüb. Məlumatlara görə Ağcabədi şəhərində aparılan abadlıq, təmir tikinti işlərinə də birbaşa icra başçısının baldızı oğlu Fikrət Allahverdiyev nəzarət edir. O, burada Rafil Hüseynovun gizlin işlərini həyata keçirir daha doğrusu “qara kassa” rolunu oynayır kimi yalan və böhtanlar dolu ifadələr işlətməsi ilə bağlı X1 Azərbaycan Respublikası CM-in 147.2 və 148-ci maddələri ilə təqsirləndirilməsinə dair X7 tərəfindən Şəmkir Rayon Məhkəməsinə xüsusi ittiham qaydasında şikayət verilmişdir.Şikayət məhkəmənin icraatına qəbul edilmişdir. Həmçinin məhkəmin icratında X2 xüsusi itiham qaydasında şikayəti üzrə X1 Azərbaycan Respublikası CM-in 147.2 və 148-ci maddələri ilə olan 1(076)-141/2025 nömrəli cinayət təqibi ilə bağlı materiala baxılmaqdadır. Azərbaycan Respublikasınının Cinayət-Prosessual Məcəlləsinin : 49.1.Yalnız bir neçə şəxsin bir cinayəti birlikdə törətməkdə ittiham olunmaları üzrə cinayət təqibi və ya bir şəxsin bir neçə cinayəti törətməsi barədə cinayət təqibi bir icraatda birləşdirilə bilər. 49.2. Müxtəlif cinayətlər törətmiş şəxslərin hər hansı cinayəti birgə və ya mütəşəkkil dəstənin tərkibində törətməsi halları istisna olunmaqla, həmin şəxslərə qarşı ittihamın bir cinayət işində birləşdirilməsi yolverilməzdir. 49.4. Aşağıdakılar bir icraatda birləşdirilə bilməz: 49.4.2. cinayətin törədilməsi ilə onun gizlədilməsi və ya xəbər verilməməsinə dair ittihamlar üzrə; 49.4.3. cinayət təqibi bir əmələ görə xüsusi ittiham qaydasında, digəri ictimai və ya ictimai-xüsusi ittiham qaydasında həyata keçirilən ittihamlar üzrə; 49.4.4. birgə baxılması obyektiv araşdırılmasına mane ola bilən digər bütün ittihamlar üzrə. 49.5. Cinayət işi üzrə icraatın birləşdirilməsi müstəntiqin və ya prokurorun qərarı, xüsusi ittiham qaydasında icraat isə məhkəmənin qərarı əsasında həyata keçirilə bilər. Məhkəmə iclasında xüsusi ittihamçının nümayəndəsi Müdafiəçi1 cinayət təqibi ilə bağlı materialların birləşdirilməsinə etirazı olmadığını bildirdi. Məhkəmə iclasında təqsirləndirilən şəxs X3 cinayət təqibi ilə bağlı materialların birləşdirilməsinə etirazı olmadığını bildirdi. Məhkəmə iclasında barəsində təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi2 cinayət təqibi ilə bağlı materialların birləşdirilməsinə etirazı olmadığını bildirdi. Qeyd edilənləri nəzərə alaraq Şəmkir rayon məhkəməsinin icraatında xüsusi ittiham qaydasında baxılan 1(076)-141/2025 nömrəli cinayət təqibi ilə bağlı material həmin məhəmədə baxılan xüsusi icraat qaydasında baxılan 1(076)-151/2025 nömrəli cinayət təqibi ilə bağlı material ilə bir icraatda birləşdirilməli, cinayət təqibi ilə bağlı materiala məhkəmədə baxılması Azərbaycan Respublikası CM-in 147.2 və 148-ci maddələri ilə 1(076)-151/2025 nömrəsi ilə davam etdirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 49.1, 49.5, 85 və 211.1-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: 1.Şəmkir rayon məhkəməsinin icraatında xüsusi ittiham qaydasında baxılan 1(076)-141/2025 nömrəli cinayət təqibi ilə bağlı material həmin məhkəmənin icraatında xüsusi ittiham qaydasında baxılan digər - 1(076)-151/2025 nömrəli cinayət təqibi ilə bağlı material ilə bir icraatda birləşdirilsin, cinayət təqibi ilə bağlı materiala baxılması Azərbaycan Respublikası CM-in 147.2 və 148-ci maddələri ilə 1(076)-151/2025 nömrəsi ilə davam etdirilsin.

2. Şəmkir rayon məhkəməsinin icraatında xüsusi ittiham qaydasında baxılan 1(076)-141/2025 nömrəli cinayət təqibi ilə bağlı materialın baxılmasına xitam verilsin.

3. Qərarın surəti işdə iştirak edən şəxslərə təqdim edilsin.

Hakim: Nazlı Heydərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar