Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-143/2023 13.06.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Heydarov Cəmil Elxan oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun X3 üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində X3 üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, müdafiəçilər Müdafiəçi1 və Müdafiəçi2 iştirakı ilə, xx.xx.1972-ci ildə Şəmkir rayonu, Seyfəli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmamış, Şəmkir rayonu, Seyfəli kəndində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə, xx.xx.1996-cı ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmamış, Şəmkir rayonu, Aşağı Seyfəli kəndində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs1 02 oktyabr 2022-ci il tarixdə saat 17 radələrində qardaşı Zərərçəkmiş şəxs2 ilə aralarında sonuncunun qeyri-rəsmi nigah münasibətlərində yaşadığı arvadı Zərərçəkmiş şəxs1 18 avqust 2022-ci il tarixdə yaşadığı evi tərk edərək getməsi və bir gün əvvəl geri qayıtmasına görə telefon danışığı zamanı yaranmış şəxsi münasibətlər zəminində sözlə mübahisə səbəbindən Zərərçəkmiş şəxs2 yaşadığı Şəmkir rayonu, Yuxarı Seyfəli kəndində yerləşən evinin həyətinə gələrək orada əlləri və ağac parçası ilə Zərərçəkmiş şəxs2 bədəninin müxtəlif hissələrindən qəsdən vuraraq sonuncuya sol qulaq seyvanının əzilmiş yarası, sol almacıq nayihəsinin, sol qoltuqaltı nayihəsinin qançırları ilə müşayiət olunan sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün ağırlıq dərəcələri təyin edilməyən xəsarətlər və başın tüklü hissəsində təpə nahiyəsinin sol yarısının əzilmiş yarası ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vuran xəsarətlər yetirmişdir. Bununla da, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs2 02 oktyabr 2022-ci il tarixdə saat 17 radələrində anası Təqsirləndirilən şəxs1 dayısı Zərərçəkmiş şəxs2 qəsdən vuraraq ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirməsi səbəbindən sonuncunun qeyri-rəsmi nigah münasibətlərində yaşadığı arvadı Zərərçəkmiş şəxs1 ilə Şəmkir rayonu, Yuxarı Seyfəli kəndində yerləşən evin həyətində aralarında yaranmış şəxsi münasibətlər zəminində mübahisə zamanı əlləri və ağac parçası ilə Zərərçəkmiş şəxs1 bədəninin müxtəlif hissələrindən qəsdən vuraraq sonuncuya təpə nayihəsinin sol yarısının sıyrığı, alt dodağın selikli nayihəsinə qansızma ilə müşayiət olunan sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün ağırlıq dərəcələri təyin edilməyən xəsarətlər və alt çənə nayihəsinin sol yarısının əzilmiş yarası ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vuran xəsarətlər yetirmişdir. Bununla da, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 qeyd olunan ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 onun qardaşıdır. Şərqanə isə Qabilin arvadıdır. Anası Xədicə qardaşı Qabillə birlikdə eyni evdə yaşasa da Qabil ona baxmamışdır. 2022-ci ilin sentyabr ayının sonlarında Qabil anası Xədicəni döyüb evdən qovub küçəyə atmışdır. Həmin vaxt isə qonşu Atəş anası Xədicəni onlara gətirmişdir. Atəş anasını gətirən zaman oğlu Azər onların qarşısına çıxmışdır. Bundan sonra hazırkı tarixədək olan vaxt ərzində onlarla birlikdə yaşayır. Hadisə baş verməzdən təxminən 20 gün əvvəl Qabil ondan 300 manat pul borc almış, Qabil borc alan zaman bir günə qaytaracağını desə də dediyi vaxtda pulunu geri qaytarmamışdır. O, 02 oktyabr 2022-ci il tarixdə saat 17 radələrində qızı Aysellə birlikdə diş həkiminə gedən zaman anası Xədicə ona qardaşı Qabillə birlikdə yaşadığı evin açarını verib həmin evdən ona məxsus dərmanları götürməyini demişdir. O, qızı Aysellə birlikdə diş həkiminə gedən zaman Qabilə zəng edib onun yaşadığı evə gedəcəyini onun pulunu verməsini demişdir. O, Aysellə birlikdə qardaşı Qabilin yaşadığı evə getmişlər. O, Qabilin yaşadığı evə getdikdən sonra qapını döyən zaman qardaşı Qabil onu söyə-söyə qapını açmış, o, həyətə daxil olandan sonra Qabil onu söyərək ona pulunu vermədiyini, sonra verəcəyini demişdir. Qabil onun üzərinə gəlib onu əli ilə vurmaq istədikdə Qabili arxaya doğru itələmişdir. Qabil yerə yıxılıb başı yerə dəyib qanamağa başlamışdır. Həmin vaxt səsküyə Şərqanə xələtdə evdən çölə çıxmış, Şərqanə onu və Ayseli söyərək niyə Qabili vurduqlarını deyərək söyməyə davam etmişdir. O və Aysel Şərqanənin üzərinə doğru getmişlər. Onlar birlikdə Şərqanəni bədənin müxtəlif hissələrindən vurub döyərək, həmçinin saçını yolaraq onu döymüşlər. Şərqanə həmin vaxt qaçıb evə girmiş, onlar onun ardı ilə evə daxil olub onu evin içərisində bədənin müxtəlif hissələrindən vuraraq döymüşlər. Həmin vaxt Şərqanə də onun və Ayselin bədənin müxtəlif hissələrindən vuraraq, həmçinin saçlarını yolaraq onlarla qarşılıqlı olaraq dalaşmışdır. Onlar həmin vaxt iki nəfər olduqları üçün Şərqanəni döymüşlər. Aysel və o evdən çıxmaq istədikdə Şərqanə onlardan qabaq qaçaraq evdən çölə çıxmışdır. O, həmin vaxt onun bel arxası ilə getməsini düşünməmişdir. Onlar evdən çıxan zaman çardaqda Qabil ilə qarşılaşmış, Qabil əlində olan bel ilə onun sağ baş nahiyəsindən bellə vurmuşdur. Həmin bel zərbənin təsirindən sınmışdır. Şərqanə də onu başqa bellə vurmaq istədikdə Aysel qabağa keçmişdir. Həmin vaxt bel Ayselin çənə nahiyəsinə və Aysel əlini qabaq verən zaman əl nahiyəsinə dəymişdir. Aysel Şərqanənin əlindən beli alıb həmin bellə Şərqanəni çənə nahiyəsindən vurmuşdur. Aysel və o birlikdə həmin evi tərk edərək çıxıb getmişlər. Azər də həmin yerə gəlmiş, Azər də onlarla birlikdə həmin yerdən uzaqlaşmışdır. Qabil onları söyərək arxaları ilə gəlmişdir. Onlar ona cavab verməyərək həmin yerdən uzaqlaşmışlar. Hadisə zamanı oğlu Azər həmin yerdə olmamışdır. Azər dava başa çatdıqdan sonra səs-küyə həmin yerə gəlmişdir. Azər Qabili vurmamışdır. Hadisə baş verən zaman həmin yerdə Şərqanə, Aysel və Qabil olmuş, hadisə təxminən 5-10 dəqiqə davam etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 qeyd olunan ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 onun dayısıdır. Şərqanə isə Qabilin arvadıdır. X11 birlikdə eyni evdə yaşasa da Qabil ona baxmamışdır. 2022-ci ilin sentyabr ayının sonlarında Qabil nənəsi Xədicəni döyüb evdən qovub küçəyə atmışdır. Həmin vaxt isə qonşu Atəş Xədicəni onlara gətirmişdir. Bundan sonra hazırkı tarixədək olan vaxt ərzində onlarla birlikdə yaşayır. Hadisə baş verməzdən təxminən 20 gün əvvəl Qabil anasından 300 manat pul borc almışdır. Qabil borc alan zaman bir günə qaytaracağını desə də dediyi vaxtda pulu geri qaytarmamışdır. Anası Sədaqət 02 oktyabr 2022-ci il tarixdə saat 17 radələrində onunla birlikdə diş həkiminə gedən zaman nənəsi Xədicə dayısı Qabillə birlikdə yaşadığı evin açarını verib həmin evdə ona məxsus dərmanları götürməklərini demişdir. Bundan sonra anası Sədaqət ilə birlikdə diş həkiminə gedən zaman anası Qabilə zəng edib onun yaşadığı evə gedəcəklərini demişdir. Anası Qabilə pullarını verməsini demişdir. O, anası ilə birlikdə dayısının yaşadığı evə getmişlər. Onlar Qabilin yaşadığı evə getdikdən sonra qapını döyən zaman Qabil onları söyə-söyə qapını açmışdır. Onlar həyətə daxil olandan sonra Qabil onları söyərək anasına pulunu vermədiyini, verməyəcəyini demişdir. Qabil anası Xədicənin üzərinə gəlib onu əli ilə vurmaq istədikdə anası Sədaqət Qabili arxaya doğru itələmişdir. Qabil yerə yıxılıb başı yerə dəyib qanamağa başlamış, həmin vaxt səs-küyə Şərqanə xələtdə evdən çölə çıxmışdır. Şərqanə onu və anasını söyərək niyə Qabili vurduqlarını deyərək söyməyə davam etmişdir. O və anası həmin vaxt Şərqanənin üzərinə doğru getmişlər. Onlar birlikdə Şərqanəni bədənin müxtəlif hissələrindən vurub döyərək, həmçinin saçını yolaraq onu döymüşlər. X7 “az nəyə getmişdin, niyədə qayıdıb gəlmisən, niyədə məni söyüb təhqir edirsən” demişdir. O, anası ilə birlikdə Şərqanəni döymüşlər. O, həmin vaxt qaçıb evə girmiş, onlar onun ardı ilə evə daxil olub onu evin içərisində bədənin müxtəlif hissələrindən vuraraq döymüşlər. Həmin vaxt Şərqanə də onun və anasının bədənin müxtəlif hissələrindən vuraraq, həmçinin saçlarını yolaraq onlarla qarşılıqlı olaraq dalaşmışdır. Onlar həmin vaxt iki nəfər olduqları üçün Şərqanəni döymüşlər. O və anası evdən çıxmaq istədikdə Şərqanə onlardan qabaq qaçaraq evdən çölə çıxmışdır. Onlar evdən çıxan zaman çardaqda Qabil ilə qarşılaşmışlar. Qabil əlində olan bel ilə anasının sağ baş nahiyəsindən vurmuşdur. Həmin bel sınmış, Şərqanə də onu başqa bellə vurmaq istədikdə qabağa keçmişdir. Həmin vaxt bel onun çənə nahiyəsindın dəymişdir. Həmçinin o, əlini qabaq verən zaman əl nahiyəsinə dəymişdir. O, Şərqanənin əlindən beli alıb həmin bellə Şərqanəni çənə nahiyəsindən vurmuşdur. Bundan sonra o və anası birlikdə həmin evi tərk edərək çıxıb getmişlər. Azər də həmin yerə gəlmiş, Azər də onlarla birlikdə həmin yerdən uzaqlaşmışdır. Qabil onları söyərək arxaları ilə gəlmiş, onlar Qabilə cavab verməyərək həmin yerdən uzaqlaşmışlar. Hadisə zamanı qardaşı Azər həmin yerdə olmamış, Azər dava başa çatdıqdan sonra səs-küyə həmin yerə gəlmişdir. Azər Qabili vurmamışdır. Hadisə baş verən zaman həmin yerdə Şərqanə, Qabil və anası Sədaqət həmin yerdə olmuşdur. Hadisə təxminən 5-10 dəqiqə davam etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadə verərək bildirmişdir ki, o, təxminən 15 il olar ki Şəmkir rayonu, Yuxarı Seyfəli kənd sakini Zərərçəkmiş şəxs1 ilə qeyri rəsmi nikah münasibətlərində birlikdə yaşayır. Barəsində şikayət etdikləri Sədaqət bacısı, Azər və Aysel isə onun uşaqlarıdır. Onların aralarında əvvəllər hər hansı ədavət və düşmənçilikləri olmamışdır. Onların əvvəllər münasibətləri yaxşı olmuşdur. O, 18 avqust 2022-ci il tarixdə arvadı Şərqanə ilə aralarında mübahisə olduğu üçün Şərqanə yaşadıqları Seyfəli kəndində yaşayan bacısı X4gilə getmişdir. Şərqanə təxminən bir aydan artıq müddət bacısı Gülnarəgilin evində qalmış, həmin müddət ərzində Şərqanədən əl çəkməyərək onunla barışmaq istəmişdir. O, Şərqanə ilə barışmış, 01 oktyabr 2022-ci il tarixdə Şərqanə öz yaşadıqları evə geri qayıdaraq onunla birlikdə yaşamağa davam etmişdir. 02 oktyabr 2022-ci il tarixdə saat təxminən 17 radələrində Şərqanə ilə yaşadığı evdə olan zaman bacısı Sədaqət zəng edib ona nə üçün Şərqanəni təkrar evə gətirdiyini demişdir. Bundan sonra telefonu söndürmüş, onlar Sədaqət ilə aralarında hər hansı problem olmadığı üçün onun gələcəyini düşünməmişlər. Təxminən bir saat keçdikdən sonra evin həyətyanı sahəsində olan darvazanın döyüldüyünü eşitmişlər. O, giriş darvazasına gedərək qapını açmış, o, qapını açan zaman Sədaqət, oğlu Azər və qızı Aysel evin həyətinə daxil olmuşlar. Onlar həyətə daxil olan kimi Azər əlində olan paya taxta parçası ilə onun başından vurmuşdur. Bu zaman baş hissəsindən qan açılaraq yerə yıxılmışdır. O, yerdə olan zaman Azər, Sədaqət və Aysel birlikdə yerdə bədəninin müxtəlif hissələrindən vuraraq yerdə döyməyə davam etmişlər. O, özünə gəldikdə Şərqanənin üzü başı qan içində həyətdə olduğunu görmüşdür. O, Sədaqətin Azərə qışqıraraq “Azər qaç” dediyini eşitmişdir. Azər onu buraxıb qaçan zaman özü ilə gətirdiyi ağac parçasını da götürərək qaçmış, o, həyətdə olan beli götürərək onunla Sədaqətin üzərinə gedərək onunla bir dəfə Sədaqəti baş nahiyəsindən vurmuşdur. O, Sədaqəti vuran zaman Şərqanə qarşısına keçərək mane olmuşdur. Sədaqət və Aysel çıxıb getmiş, onlar polisə müraciət edərək məlumat vermişlər. Sədaqətin oğlu Azər hadisə vaxtı ağac parçası ilə onun və Şərqanənin baş nahiyəsindən vuraraq baş nahiyələrinə, həmçinin daşla onun başına vuraraq sağlamlığına xəsarət yetirmişdir. Həmçinin Aysel və Sədaqət onu və Şərqanəni bədənlərinin müxtəlif hissələrindən vuraraq döymüşdür. Onların aralarında dava-dalaş təxminən 10-15 dəqiqə davam etmişdir. Təqsirləndirilən şəxsləri bağışlamadığını və onun barəsində ən ağır cəzanın təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadə verərək bildirmişdir ki, o, təxminən 15 il olar ki, Şəmkir rayonu, Yuxarı Seyfəli kənd sakini Zərərçəkmiş şəxs2 ilə qeyri rəsmi nikah münasibətlərində birlikdə yaşayır. Sədaqət Qabilin bacısı, Azər və Aysel isə Sədaqətin uşaqlarıdır. O, 18 avqust 2022-ci il tarixdə əri Qabillə aralarında mübahisə olduğu üçün yaşadığı Seyfəli kəndində yaşayan bacısı X1 evinə getmiş, təxminən bir aydan artıq müddət bacısının evində qalmışdır. Həmin müddət ərzində Qabil ondan əl çəkməyərək onunla barışmaq istədiyini demişdir. O, Qabillə barışmış, o, 01 oktyabr 2022-ci il tarixdə öz yaşadığı evə geri qayıdaraq Qabillə birlikdə yaşamağa davam etmişdir. 02 oktyabr 2022-ci il tarixdə saat təxminən 17 radələrində Qabillə yaşadığı evdə olan zaman Qabilin bacısı Sədaqət Qabilə zəng edib nə üçün onu təkrar evə gətirdiyini demiş, Sədaqət Qabilə “icazə ver gəlim onu döyüm” demişdir. Qabil ona “sən kimsənki onu döyürsən” demiş, Sədaqət Qabilə “gözlə gəlirəm” demişdir. Təxminən bir saat keçdikdən sonra evin həyətyanı sahəsində olan darvazanın döyüldüyünü görüb Qabil giriş darvazasına gedib qapını açmış, Qabil qapını açan zaman Sədaqət, oğlu Azər və qızı Aysel evin həyətinə daxil olmuşlar. Onlar həyətə daxil olan kimi Azər əlində olan paya taxta parçası ilə Qabilin başından vurmuşdur. Qabilin baş hissəsindən qan açılaraq yerə yıxılmışdır. Qabil yerdə olan zaman Azər, Sədaqət və Aysel birlikdə yerdə Qabilin bədənin müxtəlif hissələrindən vuraraq döymüşlər. Azər onlardan ayrılaraq onun üzərinə gəlmiş, Azərin onu döymək üçün gəldiyini görmüş, O, evin içərisinə qaçmışdır. Azər onun ardı ilə yaşadığı evə daxil olaraq evin içərisində əlində olan ağac parçası ilə onun baş nahiyəsindən, çiynindən və bədəninin müxtəlif hissələrindən vuraraq onu döymüşdür. Azər onu döyən zaman Sədaqət və Aysel qışqıraraq Azəri çağırıb Qabilin ayağa qalxdığını demişlər. Azər onu evin içərisində qoyaraq həyətə çıxmışdır. Aysel və Sədaqət evə daxil olaraq hər ikisi onun saçından tutub dartaraq “çıx evdən ev mənimdi, Ayselindi deyərək” onu həyətə çıxarmışlar. O, Azərin Qabili altına yıxaraq daş parçası ilə sol qulaq nahiyəsindən vurduğunu görmüş, onlar təxminən 10-15 dəqiqə onu və Qabili döydükdən sonra onun üzbaşını qan içində olduğunu gördükləri üçün döyməyi dayandırmışlar. Sədaqət Azərə qışqıraraq Azər qaç demiş, Azər Qabili buraxıb qaçan zaman özü ilə gətirdiyi ağac parçasını da götürərək qaçmışdır. Qabil həyətdə olan beli götürərək onunla bir dəfə Sədaqəti baş nahiyəsindən vurmuşdur. Qabil Sədaqəti vuran zaman onun qarşısına keçərək mane olmuş, Sədaqət və Aysel çıxıb getmişdir. Onlar polisə hadisə barədə məlumat vermişdir. Onların aralarında dava-dalaş təxminən 10-15 dəqiqə davam etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 onun bacısı, Zərərçəkmiş şəxs2 isə onun həyat yoldaşıdır. Sədaqət Qabilin bacısı, Azər və Aysel isə Sədaqətin uşaqlarıdır. Onların aralarında əvvəllər hər hansı ədavət və düşmənçilikləri olmamışdır. Onların əvvəllər münasibətləri yaxşı olmuşdur. 18 avqust 2022-ci il tarixdə bacısı Zərərçəkmiş şəxs1 əri Qabillə aralarında mübahisə olduğu üçün onun yaşadığı Seyfəli kəndində olan evinə gəlmişdir. Zərərçəkmiş şəxs1 təxminən bir aydan artıq müddət bacısı onun evində qalmışdır. Həmin müddət ərzində Qabil ondan əl çəkməyərək onunla barışmaq istədiyini demişdir. Bacısı Qabillə barışmış, o, 01 oktyabr 2022ci il tarixdə öz yaşadığı evə geri qayıdaraq Qabillə birlikdə yaşamağa davam etmişdir. 02 oktyabr 2022-ci il tarixdə saat təxminən 23 radələrində xalası ilə danışan zaman xalası ona bacısı Şərqanənin döyüldüyünü demişdir. O səhəri gün bacısı ilə danışan zaman bacısı ona hadisə barədə məlumat verərək Aysel, Sədaqət və Azərin onları döyərək xəsarət yetirdiklərini bildirmişdir. Özü hadisənin şahidi olmamış, hadisə barədə bacısı Şərqanədən eşitmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o Zərərçəkmiş şəxs2, X2, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Şahid1 tanıyır. Onun onların heç biri ilə hər hansı ədavəti və düşmənçiliyi yoxdur. Hadisə olan gün evdə olmamışdır, evə gələn zaman oğlu Elnur ona hadisə barədə məlumat vermişdir. Bundan sonra o X6 Aslanovla Zərərçəkmiş şəxs1 yanına gəlmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X5 X10 03 oktyabr 2022-ci il tarixli, 1194 nömrəli «canlı şəxsin ekspertizası» rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədən səthində aşkar edilmiş xəsarətlər-başın tüklü hissəsində təpə nahiyəsinin sol yarısının, sol qulaq seyvanın əzilmiş yaraları, sol almacıq nahiyyəsinin, döş qəfəsinin arxa səthində sağ və sol kürək nahiyyəsinin, sol qoltuqaltı nahiyyəni qançırları, sol bazunun aşağı üçdə birinin və sol saidin yuxarı üçdə birinin ön səthinin sıyrıqları KÜT əşyaların təsirindən törənmişlər, törənmə müddətləri 02 oktyabr 2022-ci il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə başın tüklü hissəsində təpə nahiyyəsinin yarısının əzilmiş yarası sağlamlığın qısa müddətə pozulmasına sıbıb olan sağlamlığıa yüngül zərər vurmaya aiddir, sol qulaq seyvanın əzilmiş yaraları, sol almacıq nahiyyəsinin, döş qəfəsinin arxa səthində sağ və sol kürək nahiyyəsinin, sol qoltuqaltl nahiyyənin qançırları, sol bazunun aşağı üçdə birinin və sol saidin yuxarı üçdə birinin ön səthinin sıyrıqları isə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün ağırlıq dərəcələri təyin edilmir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X5 X10 03 oktyabr 2022-ci il tarixli, 1195 nömrəli «canlı şəxsin ekspertizası» rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədən səthində aşkar edilmiş xəsarətlər- təpə nahiyəsinin sol yarısının sıyrığı, alt dodağın selikli hissəsinə qansızma, sol bazu oynağının arxa səthinin, sol bazunun yuxarı üçdə birinin bayır səthinin, sağ dirsək oynağının və sol əlin İİİ barmağının arxa səthinin, qarnın ön səthinin, sağ sağrı nahiyəsinin qançırları və alt çənə nahiyəsinin sol yarısının əzilmiş yarası küt əşyaların təsirindən törənmişlər, törənmə müddətləri 02 oktyabr 2022-ci il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə alt çənə nahiyəsinin sol yarısının əzilmiş yarası sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir, təpə nahiyəsinin sol yarısının sıyrığı, alt dodağın selikli hissəsinə qansızma, sol bazu oynağının arxa səthinin, sol bazunun yuxarı üçdə birinin bayır səthinin, sağ dirsək oynağının və sol əlin İİİ barmağının arxa səthinin, qarının ön səthinin, sağ sağrı nahiyəsinin qançırları isə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün ağırlıq dərəcələri təyin edilmir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 18 yanvar 2023-cü il tarixli cavabından müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi olmuş və cinayət işi üzrə icraata zərərçəkmiş şəxslə barışdığından xitam verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 18 yanvar 2023-cü il tarixli cavabından müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi olmuş və cinayət işi üzrə icraata xitam verilmişdir. Şəmkir Rayon İcra Hakimiyyəti Başçısının Aşağı Seyfəli kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 128-ci maddəsində nəzərdə tutulan cinayəti törətmələri barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxslərin onlara isnad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxslərin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə CM-in 128-ci maddəsinin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxslərin təqsirliliyi təsdiq olunur. İş üzrə təyin edilib keçirilmiş məhkəmə-tibbi ekspertizası zərərçəkmiş şəxslərin sağlamlığına yüngül zərər vurulduğunu, eləcə də bu xəsarətlərin hadisə baş verən tarixə, yəni xx.xx.2022-ci il tarixə uyğun gəldiyini müəyyən etmişdir. Eləcə də zərərçəkmiş şəxslər və şahidlərin bir-biri ilə üst-üstə düşən ifadələri də Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 sağlamlığına yüngül zərər vurulmasına səbəb olan xəsarətlərin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən qəsdən yetirilməsini təsdiq edir. Göstərilənlər məhkəməyə bu qənaətə gəlməyə imkan verir ki, ibtidai araşdırma orqanı təqsirləndirilən şəxslərin əməlini Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif etmişdir, ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaşadıqları yer üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Zərər çəkmiş şəxslər məhkəmə iclasında təqsirləndirilən şəxslərə ən ağır cəza növü olan azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını tələb etsə də, məhkəmə baş vermiş hadisənin səbəblərini, yəni mübahisənin qarşılıqlı olaraq başlaması və davam etməsini nəzərə alıb, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum olunmasını əsaslı və ədalətli hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətdə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxslərin cəmiyyətdən təcrid edilmədən islah olunma imkanları hələ tükənməmişdir və cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cəzanın təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Digər tərəfdən qeyd edilməlidir ki, azadlıqdan məhrum etmə cəzası təqsirləndirilən şəxslərin təqsirləndirildiyi maddənin sanksiyasında daha yüngül cəza növləri olan cərimə, ictimai işlər, islah işləri və azadlığın məhdudlaşdırılması cəzalarına alternativ olaraq nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Təqsirləndirilən şəxslərin törətdiyi cinayətin sanksiyasında əsas cəza kimi cərimə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları, bununla yanaşı təqsirləndirilən şəxslərin törətdiyi əmələ münasibətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslərə bu cəzalar içərisində orta ağırlıqda olan cəza növünün, yəni islah işləri cəzasının təyin edilməsi cəzanın məqsədlərinin təmin edilməsi baxımından ədalətlidir. İş üzrə mülki iddia, maddi sübut və CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə olunası əmlak yoxdur. İş üzrə məhkəmə xərci dövlət büdcəsinin vəsaiti hesabına təqsirləndirilən şəxslərə müdafiəçinin göstərdiyi hüquqi yardıma görə ödənilməli məbləğdir. Müdafiəçi2 təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 10 saat vaxt sərf etmişdir. Buna görə də Müdafiəçi2 ibtidai istintaq və məhkəmə zamanı göstərdiyi hüquqi yardıma görə ümumilikdə 60 manat pul dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Müdafiəçi1 təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 10 saat vaxt sərf etmişdir. Buna görə də Müdafiəçi1 ibtidai istintaq və məhkəmə zamanı göstərdiyi hüquqi yardıma görə ümumilikdə 60 manat pul dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Beləliklə, məhkəmə göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası CPM-in 346, 347, 349, 351, 353, 358, 381, 383, 384, 385-ci maddələrini rəhbər tutub HÖKMETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib təqsirli bilinərək aylıq qazancının 15 (on beş) faizi dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib təqsirli bilinərək aylıq qazancının 15 (on beş) faizi dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli məhkumların qazancından tutulmaların aparıldığı vaxtdan hesablansın. Cəzanın icrası Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 göstərdiyi hüquqi yardıma görə Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsinin vəsaiti hesabına 60 (altmış) manat pul ödənilsin. Təqsirləndirilən şəxs2 göstərdiyi hüquqi yardıma görə Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 dövlət büdcəsinin vəsaiti hesabına 60 (altmış) manat pul ödənilsin. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddət ərzində apellyasiya protesti və ya apellyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Hakim: Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №1(076)-143/2023
Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-143/2023
13.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver