Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-144/2024 03.06.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı– Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxs– Zərərçəkmiş şəxs, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs: – Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 1973–cü il tarixdə Şəmkir rayonu, Qaracəmirli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, Şəmkir Rayon Məhkəməsinin 27 sentyabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən qəti olaraq 1 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, hal-hazırda cəza çəkən, Şəmkir rayonu, Qaracəmirli kəndində qeydiyyatda olmaqla, həmin kənddə yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Rzayev X3 rayonu Qaracəmirli kəndində yaşayan Zərərçəkmiş şəxs 11 mart 2024-cü il tarixdə saat 19 radələrində anası Şahid yaşadığı evə getməsinə icazə vermədiyi üçün aralarında yaranmış mübahisə zamanı əri Təqsirləndirilən şəxs əli ilə sol göz nahiyəsinə bir dəfə zərbə vuraraq ona sol gözaltı nahiyənin yumşaq toxumalarının şişkinliyi və dərialtı hematoması ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa qəsdən YÜNGÜL zərər vurmuşdur. Qeyd edilən əmələ görə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsi ilə məhkəməyədək sadələşdirilmiş icraat açılaraq məhkəməyə verilmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs, Təqsirləndirilən şəxs məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə məhkəməyə verildiyi cinayət qanunu ilə nəzərdə tutulan əməli törətməkdə təqsirli bilməyərək məhkəmə baxışı iclasında ifadəsində göstərdi ki, onun baldızı X2 təxminən bir il əvvəl dördüncü dəfə ailə həyatı qurmuşdur. Lakin onun baldızı Ruhiyənin yenidən ailə həyatı qurmasından xəbəri olmamışdır. O, həmin hadisəni 2024-cü ilin mart ayının əvvəllərində öyrənmiş və arvadı Zərərçəkmiş şəxs bacısı Ruhiyənin yenidən ailə həyatı qurması barədə ona məlumat vermədiyi üçün irad bildirmişdir. Həmin vaxtdan arvadı Zərərçəkmiş şəxs ilə aralarında ailə daxili mübahisələr yaranmağa başlamışdır. Çünki baldızı Ruhiyə təxminən bir ildən artıqdır ki, ailə həyatı qurararaq əri ilə birlikdə Şəmkir rayonu, Qapanlı kəndində onun qayınanası Lətafətin yaşadığı evdə yaşamağa başlamış, lakin onun bundan xəbəri olmamışdır. O, da arvadı Elsevərin yad kişinin olduğu evə, yəni anasının yaşadığı evə getməsinə razı olmamışdır. xx.xx.2024-cü il tarixdə saat 19 radələrində Şəmkir rayonu, Qaracəmirli kəndində yaşadığı evdə olan zaman arvadı Zərərçəkmiş şəxs bir daha anası Şahid yaşadığı evə getməyəcəyini bildirmiş və həmin vaxt arvadı Zərərçəkmiş şəxs təkidlə ona anası evinə gedəcəyini bildirdiyi üçün aralarında mübahisə olmuşdur. Mübahisə zamanı o, əsəbləşərək Zərərçəkmiş şəxs üzərinə gedib əli ilə eynəyinə vurmuşdur. Daha sonra o, sakitləşmiş və yataq otağına keçmişdir. Mübahisələri təxminən 3-5 dəqiqə davam etmiş, yanlarında isə heç kim olmamışdır. O, Elsəvər Rzayevaya heç bir xəsarət yetirməmişdir. Hazırda etdiyi hərəkətə görə əməlindən peşmandır. Hadisədən sonra zərərçəkmiş şəxs avradı Zərərçəkmiş şəxs ilə barışmış ona dəymiş ziyanı tamamilə ödəmiş və mehriban yaşayırlar. Özü İİ qrup birinci Qarabağ müharibə veteranıdır. Himayəsində iki nəfər azyaşlı uşağı var və ailənin yeganə qazanc gətirən şəxisidir. Ona görə də, məhkəmədən, ifadəsində göstərdiyi halları nəzərə alaraq ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə baxışı iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, bacısı X2 təxminən bir əvvəl ailə həyatı quraraq əri ilə birlikdə Şəmkir rayonu, Qapanlı kəndində anası Şahid evində yaşamağa başlamışdır. Həmin vaxtdan sonra onun əri Təqsirləndirilən şəxs onun anası Şahid yaşadığı evə getməsinə icazə verməmiş və bu səbəbdən aralarında ailə daxili mübahisələr olmuşdur. xx.xx.2024-cü il tarixdə saat 19 radələrində Şəmkir rayonu, Qaracəmirli kəndində yaşadığı evdə olan zaman əri Təqsirləndirilən şəxs bir daha ona anası Şahid yaşadığı evə getməməsini bildirmiş və ona anasının yaşadığı evə getməsinə qadağa qoymuşdur. Bu zaman o, əri Təqsirləndirilən şəxs etiraz etmiş və anası Şahid yaşadığı evə gedəcəyini demişdir. Əri Zahir isə əsəbləşərək onunla mübahisə etməyə başlamışdır. Mübahisə zamanı Zahir onun üzərinə gələrək əli ilə eynəyinə vurmuşdur. Həmin vaxt eynək onun sol gözaltı nahiyəsinə dəyərək yüngül xəsarət yetirmişdir. Daha sonra Zahir yataq otağına keçmişdir. Bu hadisədən sonra o, yaşadığı evi tərk edərək Şəmkir rayonu, Qapanlı kəndində anası Şahid yaşadığı evə getmişdir. Hazırda Zahir onunla barışıq əldə etmiş və ona dəymiş ziyanı tamamilə ödəmişdir, Zahirdən heç bir şikayət və tələbi yoxdur. Odur ki, məhkəmədən, ifadəsində göstərdikləri halları nəzərə alaraq, təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş edir. Məhkəmə, ibtidai araşdırma mərhələsində iş üzrə şahid qismində dindirilmiş, lakin məhkəmə istintaqında iştirak etməmiş Şahid da məhkəmə istintaqında elan edilərək tədqiq olunmuş ifadəsini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. Belə ki, ibtidai araşdırma zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olur. Zərərçəkmiş şəxs onun doğma qızı, Təqsirləndirilən şəxs isə onun kürəkənidir. Onun qızı Zərərçəkmiş şəxs 2014-cü ildə Şəmkir rayonu, Qaracəmirli kəndində yaşayan Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuş, birgə nikahdan iki azyaşlı övladı vardır. Onun digər qızı X2 təxminən bir il əvvəl ailə həyatı quraraq əri ilə birlikdə Şəmkir rayonu, Qapanlı kəndində onun evində yaşamağa başlamışlar. Həmin vaxtdan etibarən kürəkəni Təqsirləndirilən şəxs qızı Zərərçəkmiş şəxs onun yaşadığı evə gəlməsinə icazə verməmiş və qızı Elsevər ilə kürəkəni Zahirin münasibətləri pisləşməyə başlamışdır. xx.xx.2024-cü il tarixdə saat 10 radələrində Şəmkir rayonu, Qapanlı kəndində yaşadığı evdə olan zaman qızı Zərərçəkmiş şəxs döyülmüş vəziyyətdə onun yaşadığı evə gələrək əri Təqsirləndirilən şəxs ilə aralarında mübahisə olduğunu, mübahisə zamanı Təqsirləndirilən şəxs onu döydüyünü bildirmişdir. Daha sonra o, DİN-nin 102 xidmətinə zəng edərək qızı Elsevərin əri Təqsirləndirilən şəxs tərəfindən döyülməsi barədə məlumat vermiş və qızı Elsevər isə Şəmkir Rayon Polis X6 Bölməsinə şikayət ərizəsi yazmışdır. İşdə olan Məhkəmə–Tibbi Ekspertiza və Pataloji Anatomiya Elmi Təcrübə və Tədris birliyi tərəfindən verilmiş xx.xx.2024–cü il tarixli 233 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər– sol gözaltı nahiyənin yumşaq toxumalarının şişkinliyi və dərialtı hematoması KÜT əşyanın təsirindən törənmişdir, törənmə müddəti 11 mart 2024-cü il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə bu xəsarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. İşdə olan Azərbaycan Respublikası DİN–nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmiş Təqsirləndirilən şəxs əvvəllər Şəmkir RPŞ xx.xx.2019–cü il tarixli qərarı ilə zərərçəkmiş şəxslə barışdığı və dəymiş ziyanı ödədiyi üçün cinayət məsuliyyətindən azad edilmiş və barəsində olan cinayət təqibinə xitam verilmiş, həmçinin Şəmkir Rayon Məhkəməsinin 27 sentyabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən qəti olaraq 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İşdə olan Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024–cü il tarixli məktubundan görünür ki, Rzayev X3 Rayon Məhkəməsinin xx.xx.2022–ci il tarixli hökmü ilə CM–in 237.1–ci maddəsi əsasında təyin edilmiş 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının 01 il 07 ay 09 gününü çəkmiş, çəkilməmiş cəzası 04 ay 17 gün təşkil edir. İşdə olan Şəmkir RİHB–nin Qaracəmirli kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2024–cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. İşdə olan Zərərçəkmiş şəxs tərəfindən notarial qaydada yazılmış ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış və sonuncudan heç bir şikayət və tələbi yoxdur. İşdə olan doğum haqqınada şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs Rabit oğlunun himayəsində xx.xx.2015-ci ildə anadan olmuş Aylin və xx.xx.2018-ci ildə anadan olmuş Azir adlı iki nəfər azyaşlı uşağı var. İşdə olan 042137 nömrəli vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs İİ qrup birinci Qarabağ müharibə veteranıdır. Beləliklə, məhkəmə istintaqında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs 11 mart 2024-cü il tarixdə saat 19 radələrində Şəmkir rayonu, Qaracəmirli kəndində yerləşən fərdi yaşayış evində Zərərçəkmiş şəxs əli ilə qəsdən döyərək ona sol gözaltı nahiyənin yumşaq toxumalarının şişkinliyi və dərialtı hematoması ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa qəsdən YÜNGÜL zərər vurması iş materialları ilə tam sübuta yetirilmişdir. Odur ki, məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsi ilə düzgün tövsif edilmiş və ona təqsirli bilindiyi cinayət əməlinə görə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını, cinayət nəticəsində dəymiş ziyanı aradan qaldırmasını, himayəsində iki nəfər azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1–ci maddəsinə, cinayət əməlini etiraf edib, əməlindən səmimi peşman olmasını, Müharibə Veteranı olmasını, İİ qrup əlil olmasını, habelə yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını isə həmin Məcəllənin 59.2–ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə istintaqı zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsində nəzərdə tutulmuş cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayət olmaqla, qəsdən sağlamlığa yüngül zərər yetirməklə əlaqədar qəsdən törədilən cinayətdir. Məhkəmə cəzanı yüngülləşdirən halların mövcudluğunu, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə cəza təyin edərkən nəzərə alır ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əvvəllər Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023–cü il tarixli hökmü ilə CM–in 237.1–ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, hazırda cəzasından 01 il 07 ay 09 gününü çəkmiş, çəkilməmiş qalan hissəsi 04 ay 17 gün təşkil edir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığım məhdudlaşdırılması cəzası təyin edilməsini, həmçinin CM–in 67.1–ci maddəsində nəzərdə tutulmuş qaydada, hökmlərin məcmusu üzrə, yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsini qismən birləşdirməklə qəti cəza təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1–ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52–1.1–ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51–2–ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52–1.2–ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs üzərinə Şəmkir rayonunun hüdudlarını tərk etməmək, Şəmkir rayonu, Qaracəmirli kəndində yerləşən yaşayış yerini saat 23:00–dan saat 07:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51–2–ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə həmçinin, qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıb ona vurduğu zərəri aradan qaldırsa da, əvvəllər Şəmkir RPŞ xx.xx.2019–cu il tarixli qərarı ilə Azərbaycan Respublikası CM–in 128–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə zərərçəkmiş şəxslə barışdığına görə xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 72–ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72–73–2 və 74–1–ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Belə olan halda Təqsirləndirilən şəxs əvvəllər qanunvericiliklə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən bir dəfə azad edildiyi üçün, hazırki sadələşdirilmiş icraat materialı üzrə onun cinayət məsuliyyətindən azad edilməsi halı istisna edilir və məhkəmə, ona təqsirli bildindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358 və 384–385–ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128– ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1–ci maddəsinə əsasən Təqsirləndirilən şəxs yeni hökm üzrə təyin edilmiş 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022–ci il tarixli hökmü ilə təyin edilmiş 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 04 ay 17 gün hissəsi qismən birləşdirilməklə ona hökmlərin məcmusu üzrə qəti olaraq 08 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Şəmkir rayonunun hüdudlarını tərk etməmək, Şəmkir rayonu, Qaracəmirli kəndində yerləşən yaşayış yerini saat 23:00–dan saat 07:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmün icrası Şəmkir rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №1(076)-144/2024
Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-144/2024
03.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver