Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-145/2023 27.10.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X11 iclas katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun X6 üzrə İdarənin rayon (şəhər) məhkəmələrində X6 üzrə şöbənin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və müdafıəçisi-Şəmkir rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və müdafıəçisi-Şəmkir rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1986-cı ildə Şəmkir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, qanunla müəyyən edilmiş qaydada məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində olan digər cinayət işi üzrə Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(076)-51/2023 saylı qərarı ilə “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan,
1. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2 və 234.1-ci maddələri ilə,
xx.xx.1989-cu ildə Şəmkir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkumluğu ödənilmiş, ünvan 3 ünvanında qeydiyyatda olan, barəsində olan digər cinayət işi üzrə Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(076)-118/2023 saylı qərarı ilə “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan,
2. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: 1.Təqsirləndirilən şəxs1 qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitəni əldə etmə, saxlama, daşıma, satma və satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni əldə etmə, saxlama, daşıma cinayət əməllərini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 2022-ci ilin fevral ayının əvvəllərində istintaqa dəqiq məlum olmayan gündə Şəmkir şəhəri, Kraz yolu adlanan yerdə yolun kənarından tapıb satış məqsədilə qanunsuz olaraq əldə etdiyi narkotik vasitə olan heroini üzərində saxlamaqla daşımış və 12 fevral 2022-ci il tarixdə saat 13 radələrində 10 manat məbləğində pulun müqabilində tanışı, Şəmkir şəhər sakini X1, həmin tarixdə Şəmkir rayon polis şöbəsinə daxil olmuş əməliyyat məlumatı ilə əlaqədar keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Xəyal Aslanov şübhəli şəxs qismində saxlanılaraq Şəmkir rayon polis şöbəsinin inzibati binasına gətirilmiş və orada üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki şalvarın sol yan cibində ondan almış olduğu 1 ədəd kağız bükümdə, içərisində təmiz çəkisi 0,267 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülmüş, Şəmkir rayon Polis şöbəsinin əməkdaşları tərəfindən davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində 13 aprel 2022-ci il tarixdə o, Şəmkir şəhərində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyinə görə saxlanılaraq Şəmkir rayon polis şöbəsinin inzibati binasına gətirilmiş və orada üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki cins şalvarın sağ kiçik cibindən 1 ədəd şəffaf bükümdə “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş eyni adlı İ siyahısı, həmçinin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələrin” İ siyahısının 1-ci bəndi ilə müəyyən edilən kustar üsulla hazırlanmış narkotik vasitə olan təmiz çəkisi 0,554 qram heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, 13 aprel 2022-ci il tarixdə saat 17 radələrində tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə ümumilikdə 53 (əlli) üç manat məbləğində pul təşkil edərək satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd gümüşü rəngli kağız bükümdə narkotik vasitə olan heroini Şəmkir şəhər sakini X2 alaraq üzərində saxlayaraq daşımış və 13 aprel 2022-ci il tarixdə saat 17 radələrində Şəmkir rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri zamanı Şəmkir şəhərində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyinə görə saxlanılaraq Şəmkir rayon polis şöbəsinin inzibati binasına gətirilmiş, orada üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki cins şalvarın sağ kiçik cibindən “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş eyni adlı İ siyahısı, həmçinin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələrin” İ siyahısının 1-ci bəndi ilə müəyyən edilən, şəxsi istehlak miqdarından artıq miqdarda, kustar üsulla hazırlanmış bir ədəd gümüşü rəngli kağız bükümdə 0,554 qram çəkidə narkotik vasitə olan heroini aşkar edilərək götürülmüşdür. 2.Təqsirləndirilən şəxs2 satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə etmə, saxlama və daşıma cinayət əməllərini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 13 aprel 2022-ci il tarixdə saat 17 radələrində tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə ümumilikdə 53 (əlli) üç manat məbləğində pul təşkil edərək satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda iki ədəd ayrı-ayrı gümüşü rəngli kağız bükümlərdə narkotik vasitə olan heroini Şəmkir şəhər sakini X2 alaraq üzərində saxlayaraq daşımış və 13 aprel 2022-ci il tarixdə saat 18 radələrində Şəmkir rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri zamanı Şəmkir şəhərində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyinə görə saxlanılaraq Şəmkir rayon polis şöbəsinin inzibati binasına gətirilmiş, orada üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli cins materialdan olan şalvarın sağ yan balaca cibindən “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş eyni adlı İ siyahısı, həmçinin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələrin” İ siyahısının 1-ci bəndi ilə müəyyən edilən, şəxsi istehlak miqdarından artıq miqdarda, kustar üsulla hazırlanmış bir ədəd gümüşü rəngli kağız bükümdə 0,659 qram çəkidə narkotik vasitə olan heroini aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməli cinayət işi üzrə üzrə toplanmiş sübutların məcmusu, şahid ifadələri, məhkəmə fiziki-kimyəvi, məhkəmə narkoloji ekspertizasının rəyləri, maddi subutlar və digər istintaq materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə qismən təqsirli bilərək ifadəsində göstərdi ki, ünvan 5 ünvanında ailə üzvləri ilə yaşayır, təxminən iki-üç il olar ki narkotik vasitə istifadə edir. O, adətən narkotik vasitənin marixuana və “kakos” adı ilə tanıdığı heroin növlərindən qəbul edir. Narkotik vasitə tapa bilmədikdə bərk ağrıları olduğu üçün narkotik vasitə istifadə etməyə məcburdur. Onun əsil adı Şamxal olsa da hamı onu Şamil ləqəbi ilə çağırır. X9 Şəmkir şəhər sakini kimi tanıyır, aralarında heç bir düşmənçilik və ya ədavət olmamışdır. Təxminən 2022-ci ilin fevral ayının əvvəllərində o, Şəmkir şəhəri Kraz yolu adlanan yolda olanda yolun kənarından “Kent” markalı siqaret qutusunun yerdən götürüb içərisinə baxanda siqaret kağızına bükülü qəhvəyi rəngli maddə olduğunu görmüş, özü narkotik vasitə istifadə etdiyinə görə həmin maddənin narkotik olub-olmamasını yoxlamaq üçün dəqiq baxanda narkotik vasitə olan heroin olduğunu bilmiş və heroini sonra istifadə etmək üçün özündə saxlamışdır. 12 fevral 2022-ci il tarixdə saat 13 radələrində Xəyal ilə Şəmkir şəhərində görüşməmiş, Xəyal Aslanov narkotik vasitə olan heroin lazım olduğunu və pul ilə almaq istədiyini ona bildirməmiş, o, narkotik vasitəni 10 manat müqabilində Xəyala satmamış və ondan 10 manat pul almamışdır. Lakin ibtidai istintaq dövründə ona təsir olunduğu üçün Xəyal adlı şəxsə 10 manat müqabilində narkotik satması barədə ifadə vermiş, bu barədə heç bir orqana şikayət etməmişdir. “Babaş” adı ilə tanıdığı Təqsirləndirilən şəxs2 hadisədən təxminən 5-6 il əvvəl olar münasibəti var. Allahyarla münasibəti olduğu üçün müxtəlif vaxtlarda birlikdə narkotik vasitə olan heroin təşkil edərək istifadə etmişlər. X14 təxminən hadisədən 11-12 il əvvəl olar tanıyır. Elçinin narkotik satdığını eşitmiş, lakin özü Elçindən şəxsən narkotik almamışdır.13 aprel 2022-ci il tarixdə ağrıları olduğu üçün Allahyara zəng edərək narahat olduğunu, ağrıları tutduğunu demiş və ona narkotik tapmasını xahiş etmişdir. Allahyara birlikdə narkotik alıb istifadə etməyi təklif etmiş və Allahyarla razılaşmışdır. Ona 30 manat pul təşkil etməyini demiş, o 30 manat pul götürüb Yaşarın yanına gedib onu Şəmkir şəhərində “Zirvə” marketin yaxınlığına aparmasını demişdir. O, əvvəlcədən Allahyarla onu yolda gözləməsi haqqında telefonda danışmışdır. Bu səbəbdən Allahyar onu yolda gözləmişdir. Onlar Şəmkir şəhərində “Zirvə” marketin yaxınlığında olan zaman Allahyar həmin yerdə dayanmışdır. Allahyar avtomobilə mindikdən sonra birlikdə Şəmkir şəhərində yerləşən Zirvə marketdən təxminən 50-60 metrdə yerləşən Elçinin yaşadığı evin yaxınlığına getmişlər. O, üstündə olan 30 manat pulu sakitcə oturduğu qabaq sağ sərnişin oturacağının yanından arxaya Allahyara vermişdir. Pulu Allahyara verdikdən sonra avtomobildə Yaşarla birlikdə gözləmişdir. Yaşar onun nə gözlədiyini bilməmişdir. Allahyar bir neçə dəqiqədən sonra Elçindən heroin aldıqdan sonra geri qayıtmışdır. Allahyar Elçindən iki büküm ümumilikdə bir qram heroin almışdır. O, bir büküm təxminən yarım qram heroini avtomobilə oturduqdan sonra oturacağın yanından sakit şəkildə ona vermişdir. Allahyar bükümü ona verdikdən sonra birinci küçənin başında evlərinin yaxınlığında avtomobildən düşmüşdür. O, Allahyarı birinci küçədə düşürdükdən sonra Yaşarın avtomobili ilə Heydər Əliyev prospektində olan zaman polis əməkdaşları avtomobili saxlatmış və ona narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu bildirib Yaşarla birlikdə polis şöbəsinə gətirmişlər. Polis şöbəsinə gəldikdən sonra hüquq və vəzifələri izah olunaraq şübhəli şəxs qismində tutulacağı ona elan edilməklə öz hesabına müdafiəçi tutmaq, həmçinin dövlət hesabına müdafiəçinin köməyindən istifadə etmək hüququnun olması izah edilmiş və o, dövlət hesabına müdafiəçinin təyin edilməsini xahiş etmişdir. Ona dövlət hesabına müdafiəçi təyin edildikdən sonra Müdafiəçi1 iştirakı ilə ona təkrarən hüquq və vəzifələrim izah edildikdən sonra Müdafiəçi1 iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərində saxladığı hər hansı qanunsuz əşya və predmet, narkotik vasitə və ya qanunla qadağan edilmiş digər əşya varsa təqdim etməsi təklif edilmiş və o, həmin vaxt səmimi etiraf edərək narkotik vasitə istifadəçisi olduğunu bildirərək əynində olan cins şalvarın sağ yan kiçik cibində gümüşü rəngli bükümdə olan narkotik vasitəni könüllü olaraq çıxarıb təqdim etmişdir. Həmin kağız büküm açılaraq içərisinə baxış keçirilmiş və bükümün narkotik vasitə olan “kakos” kimi tanıdığı heroin olduğunu bildirmişdir. Həmin büküm elektron tərəzidə çəkildikdə 0,65 qram çəkisi olduğu müəyyən edilmişdir. Daha sonra ona başqa yerdə saxladığı narkotik vasitə, psixotrop maddə, onların prekursorları və ya qanunla dövriyyəsi qadağan edilmiş başqa əşya və sair varsa təqdim etməyi təklif edilmişdir. O, üzərində başqa qanunsuz əşya olmadığını bildirmişdir. Ondan həmin narkotik vasitəni haradan aldığı soruşulduqda həmin narkotik vasitəni 30 manat o, və 23 manat “Babaş” adı ilə tanıdığı Allahyarın təşkil edib birlikdə aldığını bildirmişdir. O, həmin narkotik vasitəni Allahyarın tanışı olduğunu Allahyarın həmin şəxsdən yəni Elçindən aldığını demişdir. Ondan başqa hər hansı yerdə saxladığı narkotik vasitə ya digər qanunsuz əşya olub-olmadığı soruşulmuşdur. O, başqa hər hansı yerdə qanunsuz əşya, predmet, narkotik vasitə, psixotrop maddə saxlamadığını bildirmişdir. Onun üzərində aşkar edilmiş heroini Allahyarla birlikdə o, 30 manat Allahyara vermiş, Allahyar isə 23 manat özü təşkil edib ümumilikdə 53 manat pul təşkil edərək tanışı Elçin adlı şəxsdən satın almışdır. O, X10 heç bir narkotik vasitə satmamışdır. Təzyiq altında olduğundan ilkin ifadəsində istintaq zamanı, Xəyala özündə mal olduğunu demiş və özü üçün saxladığını, bir neçə gün əvvəl Kraz yolundan tapdığı narkotik vasitəni 10 manat müqabilində Xəyala satdığını bildirmişdir. Sonda təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə ona bəraət verilməsini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, ünvan 6 ünvanda ailəsi ilə yaşayır. Hadisədən təxminən altı-yeddi ay əvvələ olar ki, narkotik vasitə istifadə edir. O, adətən narkotik vasitə olan marixuana və “kakos” adı ilə tanıdığı heroindən istifadə edir. Narkotik vasitə tapa bilmədikdə bərk ağrıları olduğu üçün narkotik vasitə istifadə etməyə məcburdur. O, Təqsirləndirilən şəxs1 təxminən 5 ildən artıq müddət olar ki, tanıyır. Onun Şamxal ilə hər hansı ədavəti və ya düşmənçiliyi yoxdur. Həmçinin, X14 10 ildən artıq olar ki tanıyır. Onun Şamxal və Elçin ilə normal münasibəti vardır, hər hansı ədavəti və ya düşmənçiliyi yoxdur. O, Şamxalla təxminən tutulmazdan əvvəl son altı-yeddi ay ərzində yaxın münasibəti yaranmışdır. Onlar bəzi vaxtlarda birlikdə narkotik vasitə olan heroin taparaq istifadə etmişlər. O, Elçini narkotik satan kimi əvvəllər bilmiş, lakin əvvəllər narkotik almamışdır. O, Elçinlə əvvəllər həbsxanada bir yerdə olmuşdur. Onların həmin vaxtdan münasibəti yaranmışdır. 2022-ci ilin yanvar ayının sonlarında Elçinlə Şəmkir şəhərində Elçinin işlədiyi ayaqqabı təmir sexində söhbət edəndə Elçinə narkotik satdığını eşitdiyini demiş, mümkün qədər ona da satmasını, köməklik etməsini istəmişdir. O, Elçinə özləri istifadə etmək üçün narkotik alanda ona da almasını xahiş etmişdir. Elçinlə ilk olaraq onunla razılaşmamışdır. Elçin nə vaxtsa narkotiki olsa ona da xəbər edəcəyini demişdir. O, Elçinin əlaqə nömrəsini ***-***-**-** saylı mobil nömrəsini götürüb bir neçə dəfə əlaqə saxlamışdır. O, ilk dəfə 2022-ci ilin fevral ayının əvvəllərində Elçinlə əlaqə saxlayan zaman ona “kakosu” yəni heroini olduğunu demişdir. Elçin ona bir bükümünü yəni 0,4-0,5 qramını 30 manata satdığını bildirmişdir. O, Elçinlə razılaşmışdır. Bundan sonra müxtəlif vaxtlarda Elçin ilə əlaqə saxlayıb işlədiyi yerdən və ya yaşadığı küçədən heroin almışdır. O, Şamxalla danışan zaman heroin tapa bilmədiyini demişdir. Şamxal ona köməklik etməyini istəmişdir. Onlar bundan sonra müxtəlif vaxtlarda birlikdə müxtəlif yerlərdən heroin alıb istifadə etmişlər. 13 aprel 2022-ci il tarixdə Şamxal onunla əlaqə saxlayıb ona ağrıları olduğunu demiş və ondan narkotik tapmağı xahiş etmişdir. Şamxal birlikdə narkotik alıb istifadə etməyi təklif etmiş və o, razılaşmışdır. O, Şamxala 30 manat pul təşkil etməyini demiş pulun qalan hissəsini isə özünün təşkil edəcəyini demişdir. O, Şamxal telefonla danışan zaman onu evinin yaxınlığından yəni “Zirvə” marketin yanından götürməsini demişdir. Şamxalla danışdıqdan sonra Elçinə zəng edib heroini olub-olmadığını soruşmuş, Elçinə bir qram yəni iki ədədə 0,5 qram olmaqla ayrı-ayrı heroin lazım olduğunu demişdir. Elçin ona iki ədədi nə etdiyini demişdir. O, Elçinə bir nəfər var onunla şərikli aldığını iki yerə bölüb istifadə edəcəyini bildirmişdir. Elçin onda olmadığını bildirmiş, lakin iki-üç dəfə zəng etdikdən sonra evin yaxınlığına gələndə zəng etməyini demişdir. Elçin heroini təşkil edib onunla görüşəcəyini demişdir. O, bundan sonra 13 aprel 2022-ci il tarixdə saat təxminən 17 radələrində Şəmkir şəhərində Zirvə marketin yaxınlığında Şamxalla görüşüb gəldiyi “Mercedes Benz” markalı taksiyə minmişdir. O, avtomobilə mindikdən sonra avtomobildə Şamxal oturacağın yanından 30 manat pulu ona vermişdir. Onlar birlikdə Şəmkir şəhərində Elçingilin evinin yaxınlığında yerləşən küçənin baş hissəsinə getmişlər. O, həmin yerdə Şamxalgildən gözləməsini istəmişdir. Taksi sürücüsü onun hara getdiyini bilməmişdir. Şamxal ona əvvəlcədən gizlin etməyini taksi sürücüsünün xəbəri olmamalı olduğunu demişdir. O, Elçinin yanına gedib onun evinin təxminən 40-50 metr yuxarı hissəsində görüşmüşdür. O, Elçinə 53 (əlli üç) manat pulu olduğunu demişdir. Elçin heç bir söz deməmiş və ona iki büküm heroin vermişdir. O, geri qayıdanda avtomobilə mindikdən sonra gizlincə oturacağın yanından içərisində heroin olan bükümün birini Şamxala vermişdir. O, bükümü verdikdən sonra birinci küçədə evinin yaxınlığında ikinci küçəyə keçid olan hissədə avtomobildən düşmüşdür. O, birinci küçədə avtomobildən düşdükdən sonra yaşadığı Şəmkir şəhəri, Aşıq Hüseyn küçəsi ev 29-da yerləşən evinə getmişdir. O, evdə olan zaman qonşu Ülvi onun həyətdə saxladığı quşlara baxmaq üçün gəlmişdir. Onun başı Ülviyə qarışdığı üçün nə qədər vaxt keçdiyini bilməmişdir. Evdə olan zaman polis əməkdaşları yaşadığı evə gəlmişlər. Polislər ona narkotik vasitəlin dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu bildirib onu Ülvi ilə birlikdə polis şöbəsinə gətirmişlər. O, polis şöbəsinə gəldikdən sonra hüquq və vəzifələri izah olunaraq şübhəli şəxs qismində tutulacağı ona elan edilmişdir. Ona öz hesabına müdafiəçi tutmaq, həmçinin dövlət hesabına müdafiəçinin köməyindən istifadə etmək hüququnun olması izah edilmişdir. O, dövlət hesabına müdafiəçinin təyin edilməsini xahiş etmiş və ona dövlət hesabına müdafiəçi təyin edildikdən sonra Müdafiəçi2 iştirakı ilə təkrarən hüquq və vəzifələrim izah edilmişdir. Bundan sonra Müdafiəçi2 iştirakı ilə üzərimə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərində saxladığı hər hansı qanunsuz əşya və predmet, narkotik vasitə və ya qanunla qadağan edilmiş digər əşya varsa təqdim etməyi təklif edilmişdir. O, həmin vaxt səmimi etiraf edərək narkotik vasitə istifadəçisi olduğunu bildirmiş və əynimdə olan qara rəngli cins şalvarın sağ yan cibində gümüşü rəngli bükümdə olan narkotik vasitəni könüllü olaraq çıxarıb təqdim etmişdir. Həmçinin, gödəkcənin cibində olan “Samsung” markalı mobil telefonu vermişdir. Həmin kağız büküm açılaraq içərisinə baxış keçirilmişdir. Həmin bükümün narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Həmin büküm elektron tərəzi vasitəsilə çəkildikdə 0,8 qram çəkisi olduğu müəyyən olunmuşdur. Daha sonra ona başqa yerdə saxladığı narkotik vasitə, psixotrop maddə, onların prekursorları və ya qanunla dövriyyəsi qadağan edilmiş başqa əşya və sair varsa təqdim etməyi təklif edilmişdir. Lakin, o üzərində başqa qanunsuz əşya olmadığını bildirmişdir. Ondan həmin narkotik vasitəni haradan aldığı soruşulduqda həmin narkotik vasitəni 30 manat Şamxal və 23 manat özünün təşkil etdiyini demişdir. O, həmin narkotik vasitəni tanışı “Adol” ləqəbi ilə tanınan Elçin adlı şəxsdən aldığını bildirmişdir. Ondan başqa hər hansı yerdə saxladığı narkotik vasitə ya digər qanunsuz əşya olub-olmadığı soruşulmuşdur. O, başqa hər hansı yerdə qanunsuz əşya, predmet, narkotik vasitə, psixotrop maddə saxlamadığını bildirmişdir. Ona Şəmkir şəhərində yerləşən evinə baxış keçirilməsi zərurəti olduğu izah edilmişdir. Yaşadığı ünvan 7 ünvanına baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Evinə baxış keçirilən zaman hər hansı narkotik vasitə və digər qanunla qadağan olunmuş əşya və predmet varsa təqdim etməyi təklif edilmiş və o, yaşadığı evdə hər hansı qanunsuz əşya və predmet olmadığını bildirmişdir. Onun iştirakı ilə evə baxış keçirilən zaman evin yaşayış olan otağında masanın üzərində bir ədəd şpris, bir ədəd gümüşü rəngli falqa kəsiyi, uc hissəsi sınmış üzərində kril qrafikalı əlifba ilə “новакаин” sözü yazılmış ampula və pambıq aşkar olunaraq götürülmüşdür. O, həmin əşyaları əvvəllər narkotik vasitə olan heroin istifadə edən zaman istifadə etdiyini bildirmişdir. Həmin əşyalar xüsusi qaydada qablaşdırılaraq götürülmüş və baxış başa çatdırılmışdır. Tərtib edilmiş protokolu imzası ilə təsdiq etmişdir. Onun üzərimdə aşkar edilmiş heroini Şamxalla birlikdə pul təşkil edərək satın almışdır.Belə ki, Şamxal mənə 30 manat verdikdən sonra özü də 23 manat təşkil edib ümumilikdə 53 manat pul ilə tanışı “Adol” ləqəbli Elçin adlı şəxsdən satın almışdır. O, Şəmkir rayon polis şöbəsinə gətirilən zaman və hazırda ona hər hansı şəxs tərəfindən zor tətbiq edilməmiş, hər hansı şəxs tərəfindən təzyiq göstərilməmişdir. Hazırda əməlindən peşman olmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 öz ifadəsində göstərdi ki, Şəmkir şəhər sakini Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və X16 xidməti işi ilə əlaqədar olaraq tanıyır. 13 aprel 2022-ci il tarixdə Şəmkir şəhər sakini Təqsirləndirilən şəxs1 qanunsuz narkotik vasitələrin qəbulu ilə məşğul olması və qanunsuz olaraq narkotik vasitələrin saxlanması ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs1 ətrafında əməliyyat axtarış tədbirləri keçirilməsinə icazə verilməsi üçün tərəfindən şöbə rəisinə raportla müraciət edildikdən sonra rəisin razılığı ilə əməliyyat axtarış tədbirlərinin keçirilməsi məqsədi onun rəhbərliyi ilə RPŞ-nin əməkdaşları Şahid4, Şahid1 və Şahid2 ibarət əməliyyat qrupu təşkil olunaraq əməliyyat yolu ilə daxil olmuş məlumatı dəqiqləşdirmək üçün həmin günü əməliyyat qrupunun üzvləri ilə birlikdə məlumatının daxil olduğu Şəmkir şəhəri, Ə.Cavad küçəsinə gedilərək Təqsirləndirilən şəxs1 Mersedes markalı, **-ED-*** dövlət qeydiyyat nişanlı avtomobildə onlar tərəfindən saxlanılaraq Şəmkir RPŞ-nə gətirilmiş, Təqsirləndirilən şəxs1 üzərinə polis şöbəsinə çağırılmış vəkilin iştirakı ilə təhqiqatçı Cavidan Həsənov tərəfindən şəxsi axtarış aparılmış, üzərindən 0,65 qram çəkidə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1 həmin narkotik vasitəni Şəmkir şəhəri sakini Təqsirləndirilən şəxs2 aldığını bildirdiyinə görə onlar tərəfindən davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs2 yaşadığı evin qarşısında saxlanılaraq Şəmkir RPŞ-nə gətirilmiş, Təqsirləndirilən şəxs2 üzərinə polis şöbəsinə çağırılmış vəkilin iştirakı ilə təhqiqatçı Cavidan Həsənov tərəfindən şəxsi axtarış aparılmış və üzərindən 0,8 qram çəkidə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 həmin narkotik vasitəni Şəmkir şəhəri sakini Elçin adlı şəxsdən aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 yaşadığı evə təhqiqatçı Cavidan Həsənov tərəfindən baxış keçirilmiş, baxış zamanı evdə masanın üzərindən 1 ədəd istifadə olunmuş şpris, falqa kəsiyi, 1 ədəd “novokain” adlı dərman aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 həmin narkotik vasitəni Şəmkir şəhəri sakini Elçin adlı şəxsdən aldığını bildirdiyinə görə davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində X17 yaşadığı evin qarşısında onlar tərəfindən saxlanılaraq Şəmkir RPŞ-nə gətirilmiş, Elçin Zamanovun üzərinə polis şöbəsinə çağırılmış vəkilin iştirakı ilə təhqiqatçı Cavidan Həsənov tərəfindən şəxsi axtarış aparılmış və üzərindən 1,945 qram narkotik vasitə olan qurudulmuş marixuana, 0,320 qram psixotrop maddə olan metamfetamin, 6,062 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Bundan sonra Elçin Zamanovun yaşadığı evə təhqiqatçı Cavidan Həsənov tərəfindən baxış keçirilmiş, baxış zamanı evdən 13,25 qram narkotik vasitə olan qurudulmuş marixuana, 1,46 qram narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumları və 44,005 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Elçin Zamanov üzərindən və evindən aşkar edilən narkotik vasitələri Şəmkir şəhəri ərazisindən tapdığını bildirmişdir.. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4, Şahid1 şahid qismində dindirilmiş Şahid5 ifadəsi ilə eyni məzmunlu ifadə verərək Şahid5 ifadəsində göstərdiyi xüsusatları bir daha tam təsdiq etmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X15 ibtidai istintaq dövründə verdiyi ifadəsini təkzib edərək ifadəsində göstərdi ki, təzyiq altında olduğundan ilkin ifadəsində istintaq zamanı həmin narkotik vasitənin Şamxal adlı şəxsdən almasını göstərərək bildirmişdir ki, o, Təqsirləndirilən şəxs1 ilə uzun müddət tanışlıqları olmuş və münasibətləri yaxşı olmuşdur. O, 12 fevral 2022-ci il tarixdə saat 14:45 radələrində Şəmkir şəhəri, 20 yanvar küçəsində olan zaman polis əməkdaşları onu saxladıb Şəmkir rayon polis şöbəsinə gətirmiş, üzərinə vəkilin iştirakı ilə şəxsi axtarış aparılarkən ona üzərində narkotik vasitə psixotrop maddə, psixotrop maddə, onların prekursorları, eləcədə dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya varsa təqdim etməsi təklif edilmiş və o, üzərində olan tünd göy rəngli şalvarın sol yan cibindən gümüşü rəngli siqaret folqasına bükülmüş bükümü, 1 ədəd “Kent” markalı siqaret qutusu, 1 ədəd alışqan, 1 ədəd mobil telefon və 12 manat pulu çıxarıb masanın üzərinə qoymuşdur. Polislər onun üzərinə şəxsi axtarış aparmış, lakin üzərində aşkar edilmiş heroinə bənzər kütlədən başqa hər hansı bir narkotik vasitə psixotrop maddə, onların prekursorları, eləcədə dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya aşkar edilməmişdir. Bu barədə protokol tərtib edilmiş və o, protokola imzalamışdır. O, üzərindən aşkar edilmiş narkotik vasitəni 12 fevral 2022-ci il tarixdə Şəmkir şəhəri, Qaryağdı massivində yaşayan Şamxal adlı şəxsdən şəxsi istifadəsi üçün 10 manata aldığını bildirmişdir. Sonradan Şamxalın özü də narkotiklə tutulmuş və səmimi olaraq ona narkotik vasitəni satmasını etiraf etmişdir. Buna baxmayaraq onlar hətta üzləşmiş və üzləşmə zamanı da Şamxal əməlini etiraf etmişdir. Lakin ibtidai istintaq dövründə ona təsir olunduğu üçün Şamxal adlı şəxsdən 10 manat müqabilində narkotik alması barədə ifadə vermiş, bu barədə heç bir orqana şikayət etməmişdir. Onun ibtidai istintaq dövründə verdiyi ifadələr onun tərəfindən imzalansa da, o təsir altında belə bir ifadə vermişdir, o, Təqsirləndirilən şəxs1 narkotik vasitə satın almamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında 16 avqust 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəlicinayət işinin materiallarından fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır. “Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında 03 noyabr 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin materiallarından Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır. “Cinayət işlərinin bir icraatda birləşdirilməsi haqqında 10 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə olan ********* nömrəli və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilib və istintaq ********* nömrəsi ilə davam etdirilmişdir. Cinayət icinin 1-ci cildinin 91-92-ci vərəqlərində olan 13 aprel 2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli olan Təqsirləndirilən şəxs1 13 aprel 2022-ci il tarixdə saat 17:10-da Şəmkir RPŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı Cavidan Həsənov tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Cinayət icinin 1-ci cildinin 122-123-cü vərəqlərində olan 13 aprel 2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli olan Təqsirləndirilən şəxs2 13 aprel 2022-ci il tarixdə saat 18:30-da Şəmkir RPŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı Cavidan Həsənov tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Cinayət icinin 1-ci cildinin 204-207-ci vərəqlərində olan Şəmkir Rayon Məhkəməsinin 15 aprel 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbse almanın əvvəli 13 aprel 2022-ci il tarixdən hesablanmışdır. Cinayət icinin 1-ci cildinin 228-233-cü vərəqlərində olan Şəmkir Rayon Məhkəməsinin 15 aprel 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 Zahiz oğlunun barəsində 3 (üç) ay müddətinə, yəni 13 iyul 2022-ci il tarixədək həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli Təqsirləndirilən şəxs2 Zahiz oğlunun tutulduğu 13 aprel 2022ci il tarixdən hesablanmışdır. Cinayət icinin 2-ci cildinin 15-17-ci vərəqlərində olan Şəmkir Rayon Məhkəməsinin 13 iyul 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 həbsdə saxlama müddəti istintaq müddətinin sonunadək, yəni 14 avqust 2022-ci il tarixə kimi uzadılmışdır. Cinayət icinin 2-ci cildinin 19-22-ci vərəqlərində olan Şəmkir Rayon Məhkəməsinin 13 iyul 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 həbsdə saxlanılması 14 avqust 2022-ci il tarixədək uzadılmışdır. Cinayət icinin 2-ci cildinin 44-47-ci vərəqlərində olan Şəmkir Rayon Məhkəməsinin 12 avqust 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 həbsdə saxlama müddəti 1 (bir) ay müddətinə, yəni 14 sentyabr 2022-ci il tarixə kimi uzadılmışdır. Cinayət icinin 2-ci cildinin 48-51-ci vərəqlərində olan Şəmkir Rayon Məhkəməsinin 12 avqust 2022-ci 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 həbsdə saxlama müddəti 1 (bir) ay müddətinə, yəni 14 sentyabr 2022-ci il tarixə kimi uzadılmışdır. Cinayət icinin 2-ci cildinin 80-81-ci vərəqlərində olan qətimkan tədbiri seçilməsi haqqında 14 sentyabr 2022-ci il tarixli qərardad görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həmin tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seşilmişdir. Cinayət icinin 2-ci cildinin 85-86-cı vərəqlərində olan qətimkan tədbiri seçilməsi haqqında 14 sentyabr 2022-ci il tarixli qərardad görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həmin tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seşilmişdir. Şəmkir Rayon Məhkəməsinin 09 aprel 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddətinin əvvəli 07 aprel 2023-cü il tarixdən hesablanmışdır. Şəmkir Rayon Məhkəməsinin 07 iyun 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsə almanın əvvəli 06 iyun 2023-cü il tarixdən hesablanmışdır. Məhkəmə-kimyəvi ekspertizasının 14 aprel 2022-ci il tarixli 16/435 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş narkotik vasitə..” sözləri və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd "gümüşü" rəngli kağıza bükülmüş şəffaf polietilen kəsiyi bükümündə təmiz çəkisi 0,554 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş heroinə bənzər kütlə..” sözləri və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd “gümüşü” rəngli kağıza bükülmüş şəffaf polietilen kəsiyi bükümündə təmiz çəkisi 0,659 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Tədqıqata təqdim olunmuş üzərində X12 üzərindən aşkar edilmiş heroinə bənzər kütlə..” sözləri və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd şəffaf polietilen torbacıqda təmiz çəkisi 6,062 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Tədqiqata təqdim olunmuş üzərində “X12 tövləsindən aşkar edilmiş heroinə bənzər kütlə..” sözləri və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd şəffaf polietilen torbacıqda təmiz çəkisi 44,005 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Tədqiqata təqdim olunmuş üzərində “Elçin Zamanova məxsus hindən aşkar edilmiş metamfetaminə bənzər kütlə..” sözləri və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd şəffaf polietilen torbacıqda təmiz çəkisi 0,320 qram maddə, kustar üsulla hazırlanmış psixotrop maddə -metamfetamindir. Tədqiqata təqdim olunmuş üzərində “Elçin Zamanovun üzərindən aşkar edilmiş marixuanaya bənzər kütlə..” sözləri və imzalar olan kağız paketdəki, 1 (bir) şəffaf sellofan torbacığa qoyulmuş, 1 (bir) manat pul əskinazına bükülmüş yarı bölünmüş kibrit qutusunda təmiz, çəkisi 1,945 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində “Elçin Zamanova məxsus hindən aşkar edilmiş marixuanaya bənzər kütlə..” sözləri və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd yarı bölünmüş kibrit qutusunda, 3 (üç) ədəd bütöv kibrit qutularında, 1 (bir) ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,76 qram, 4,22 qram, 2,30 qram, 3,91 qram, 1,06 qram, ümumi təmiz çəkisi 13,25 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Həmin kağız paketdə, 1 (bir) ədəd kibrit qutusunda təmiz çəkisi 1,46 qram bitki toxumları, narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumları olub, tərkibində narkotik aktivliyə malik komponentlər yoxdur. Tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs2 evindən aşkar edilmiş ....” yazılar və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd şüşə ampulanın və 1 (bir) ədəd 3 ml-lik şprisin içərisində heroinin izləri vardır, heroin iz şəkilində olduğu üçün quru maddəsinin miqdarını hesablamaq mümkün olmadı. Həmin kağız paketdə olan 1 (bir) ədəd pambıq qırığının və 2 (iki) ədəd “gümüşü” rəngli falqa kəsikləri, 1 (bir) ədəd kağız parçası üzərində narkotik vasitələrin izləri aşkar edilmədi. Tədqiqata təqdim edilmiş 4 (dörd) ədəd kağız paketlərdə olan heroinlər xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim edilmiş 2 (iki) ədəd kağız paketlərdə olan marixuanalar tərkiblərinə görə eynidirlər. Cinayət icinin 2-ci cildinin 101-102-ci vərəqlərində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhəri Narkoloji dispanserinin məhkəmə-narkoloji ekspertizası üzrə 05 noyabr 2022-ci il tarixli, 1674 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət icinin 2-ci cildinin 103-104-cü vərəqlərində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhəri Narkoloji dispanserinin məhkəmə-narkoloji ekspertizası üzrə 05 noyabr 2022-ci il tarixli, 1676 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfidnən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Şəmkir Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1, 69.3-cü maddələri ilə təqsirli bilinərək 08 ay 27 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azadlığa buraxılmışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfidnən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Şəmkir Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinərək 06 ay müddətinə islah işləri 20% cəzasına məhkum olunmuşdur. Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 123.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarı ilə xx.xx.2013-cü il tarixli hökmü dəyişdirilib CM-nin 130.1 maddəsi ilə 01 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilib, xx.xx.2012-ci ildən xx.xx.2014 ilə qədər cəza çəkməsi və cəzanın müddətinin hazırki qərarla təyin edilmiş cəzanın müddətini əhatə etməsi nəzərə alınaraq təyin edilmiş cəza icraya yönəldilib, qalan hissə dəyişdirilmədən saxlanılıb, xx.xx.2014-cü il tarixli Qaradağ Rayon Məhkəməsinin qərarı ilə CM-nin 76.3.1-ci maddəsinə əsasən cəzanın çəkilməmiş 03 ay 29 gün çəkmədən vaxtından əvvəl şərti azad olunub. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək 08 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Şəmkir Rayon Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 Şəmkir Rayon Məhkəməsinin 1(076)1242/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək 8 (səkkiz) ay müddəyinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs2 “8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.5-ci bəndinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsindən dərhal azad edilmiş və üzərindən məhkumluğu götürülmüşdür. İş materiallarına əlavə edilmiş elektron portal məlumatlarından görünür ki, Təqsirləndirilən şəxs1 evli olmaqla himayəsində iki azyaşlı 2009 və 2011 təvəllüdlü uşağı var. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə isnad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə ona elan edilmiş ittihamla özünü təqsirli bilməyərək, 12 fevral 2022-ci il tarixdə saat 13 radələrində Xəyal Aslanov ilə Şəmkir şəhərində görüşmədiyini, Xəyal Aslanov ona narkotik vasitə olan heroin lazım olduğunu və pul ilə almaq istədiyini ona bildirmədiyini, o, narkotik vasitəni 10 manat müqabilində Xəyal Aslanova satmadığını və ondan 10 manat pul almadığını, lakin ibtidai istintaq dövründə ona təsir olunduğu üçün Xəyal Aslonov adlı şəxsə 10 manat müqabilində narkotik satması barədə dəlillərini, həmçinin məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X5 ibtidai istintaq dövründə ona təsir olunduğu üçün Şamxal adlı şəxsdən 10 manat müqabilində narkotik vasitə satın alması barədə ifadə verməsi və o, Təqsirləndirilən şəxs1 narkotik vasitə satın almaması barədə dəlillərini əsassız hesab edərək məhkəmə qeyd edir ki, iş üzrə təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs1 və şahid qismində dindirilmiş X15 ibtidi istintaq dövründə onlara təsir olunması barədə heç bir orqana şikayət etmədikərini məhkəmədə bildirmişlər, həmçinin X15 barəsində olan cinayət işinə məhkəmədə baxılarkən ifadəsində narkotik vasitəni Təqsirləndirilən şəxs1 satın aldığını bildirmişdir. Bundan əlavə ibtidai istintaq dövründə onlar arasında üzləşdirmə istintaq həkəti aparılan zaman X15 narkotik vasitəni 10 manat müqabilində Təqsirləndirilən şəxs1 satın aldığını bildirmiş və Təqsirləndirilən şəxs1 onun bu ifadəsini qəbul edərək narkotik vasitəni Xəyal Aslanova 10 manat müqabilində satmasını təsdiq etmişdir. Odur ki, Təqsirləndirilən şəxs1 törətmiş olduğu cinayət əməlləri şəxsi axtarış və götürmə protokolu, maddi sübutlar, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, video görüntülər, şahid ifadələri və cinayət işinə əlavə edilmiş digər sənədlərlə sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs1 göstərdiyi xüsusatlar özünün müdafiəsinə yönəlmişdir və iş materiallarında olan sübutlarla təkzib edilir. Beləliklə, məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi təqsirləndirilən şəxslərin Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-234.1 və 234.2-ci maddələrində və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətmələri barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxslərin onlara isnad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxslərin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməllərin əlamətləri ilə onlara istinad olunmuş maddələrin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxslərin təqsirliliyi təsdiq olunur. Təqsirləndirilən şəxslərin hazırkı cinayəti törətmələri özülərinin etirafedici ifadələri, şahid ifadələri, istintaq hərkətləri protokolları və ekspert rəyləri ilə sübut olunur. Göstərilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, təqsirləndirilən şəxslərin Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-234.1 və 234.2-ci maddələri və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-234.1-ci maddəsi ilə təqsirli bilinməli və həmin maddələrin sanksiyası hüdudlarında, cəza təyin etmənin ümumi əsasları nəzərə alınmaqla cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 158.2. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: 158.2.1. tutulduğu və həbsdə saxlanıldığı müddət; 158.2.2. ev dustaqlığında saxlanıldığı müddət. 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Ədalətlilik prinsipi təkcə cəzanın cinayətin ağırlığına deyil,həm də cəzanın cinayəti törədənin şəxsiyyətinin ictimai təhlükəlilik dərəcəsinə uyğun olmasını nəzərdə tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndinə görə, hər bir konkret halda cinayət əməlini törətmiş şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin qərarın 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də cinayətkarlıqla mübarizədə əsas diqqət sosialiqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83-cü maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun CM-in 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair 18 mart 2013-cü il tarixli qərarının nəticəvi hissəsindən görünür ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən eyni və ya həmcins cinayətin törədilməsi cinayətin residivi kimi qəbul edilməlidir. Həmin şəxsin əməli eyni zamanda cinayətlərin təkrar törədilməsi əlaməti ilə tövsif edilə bilməz. Cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Təqsirləndirilən şəxs1 əvvəllər qəsdən cinayət törətməyə görə yuxarıda qeyd edildiyi kimi azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini və cəzasını çəkib qurtarmasına baxmayaraq məhkumluğu ödənilmədən yenidən qəsdən az ağır cinayət törətməsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən cinayətlərin residivini yaradır və həmin hal da CM-in 61.1.1-ci maddəsinə əsasən onun məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən himayəsində iki azyaşlı uşağının olması məsuliyyətini yüngülləşdirən hal kimi müəyyən olunur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.5-ci maddəsinə əsasən cinayətlərin residivinə görə bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və hədlərdə daha sərt cəza tətbiq edilir. Həmin Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs1 cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən halların olmasını və cəzasını ağırlaşdıran hallarla yanaşı CM-in 58ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayətlər olmasını), təqsirkarın şəxsiyyətini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, ona azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs1 tətbiq edilməsi nəzərdə tutulan caza, cəzanın məqsədini təmin edir və ona təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələrinin sanksiyası hədlərində azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini məqsədə müvafiq hesab edir və bu cəzanı təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Belə ki, Azərbaycan Respublikası CM-in 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. CM-in 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağırcinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrıayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmədə tədqiq edilmiş işdə olan qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 07 aprel 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Şəmkir Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, cinayət işi məhkəmə baxışına verilərkən barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.2.1 və 158.2.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə isə onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli 07 aprel 2023-cü il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü mаddəsinə əsаsən Təqsirləndirilən şəxs1 13 aprel 2022-ci il tarixdən 14 sentyabr 2022-ci il tarixədək bu iş üzrə şübhəli şəxs qismində tutulduğu və həbsdə saxlanıldığı ümumilikdə 05 (beş) ay 01 (bir) günün azadlaqdan məhrumetmə cəzasının bir gününə bərabər hesablanmaqla müəyyən olunmuş 05 (beş) ay 01 (bir) gün müddət təyin olunmuş cəzadan çıxılmalıdır. CM-in 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisəsində cəzasını çəkməlidir. Təqsirləndirilən şəxs1 əməlində cinayətlərin residivi olduğundan və əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkdiyindən, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı CM-in 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsasən məsuliyyətini yüngüləşdirən və ağırlaşdıran hallar müəyyən etməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının əvvəli tutulduğu tarixdən, yəni 06 iyun 2023-cü il tarixdən hesablanmalı, həbsdə olduğu müddət nəzərə alınmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü mаddəsinə əsаsən Təqsirləndirilən şəxs2 13 aprel 2022-ci il tarixdən 14 sentyabr 2022-ci il tarixədək bu iş üzrə şübhəli şəxs qismində tutulduğu və həbsdə saxlanıldığı ümumilikdə 05 (beş) ay 01 (bir) günün azadlaqdan məhrumetmə cəzasının bir gününə bərabər hesablanmaqla müəyyən olunmuş 05 (beş) ay 01 (bir) gün müddət təyin olunmuş cəzadan çıxılmalıdır. Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bunda əlavə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 mart 2011-ci il tarixli, 2 saylı Qərarının 26-cı bəndindən görünür ki, narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər. Təqsirləndirilən şəxs1 cəza çəkdiyi müddət ərzində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93-1.2-ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunmalı və narkoloji kabinetdə qeydiyyatda olması nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs2 cəza çəkdiyi müddət ərzində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93-1.2-ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunmalı və narkoloji kabinetdə qeydiyyatda alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinin tələblərinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə hökm çıxararkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsı qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir, dəyəri olmayan digər əşyalar isə məhv edilməli, maraqlı şəxslərin vəsatəti olduqda isə onlara verilə bilər. Maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılır və ya maraqlı təşkilatlara və şəxslərə verilir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Şəmkir RPŞ-nin məsul saxlanca verilmiş ekspert tədqiqatlarına sərf edildikdən sonra qalıq qalmış Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş 0,504 qram çəkidə narkotik vasitə olan heroin, Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş 0,609 qram çəkidə narkotik vasitə olan heroin, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş 1,845 qram narkotik vasitə olan qurudulmuş marixuana, 0,270 qram psixotrop maddə olan metamfetamin, 5,962 qram narkotik vasitə olan heroin, Təqsirləndirilən şəxs2 yaşadığı evindən aşkar edilmiş 1 ədəd istifadə olunmuş şpris, gümüşü falqa kəsiyi, uc hissəsi sınmış “novokain” sözü yazılmış ampula, Təqsirləndirilən şəxs1 yaşadığı evindən ayrı-ayrılıqda təmiz çəkiləri 1,76 qram, 4,22 qram, 2,30 qram, 3,91 qram, 1,06 qram, ümumi təmiz çəkisi 13 qram narkotik vasitə olan qurudulmuş marixuana, 1,46 qram narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumları və 43,905 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli. İş üzrə maddi sübut kimi tanınmış 12 fevral 2022ci il tarixdə X5 üzərindən aşkar olunaraq götürülmüş ekspert tədqiqatına sərf edildikdən sonra qalıq qalmış narkotik vasitə olan 0,217 qram heroinin Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(076)-207/2022 saylı hökm ilə məhv edilməsi nəzərə alınmalıdır. İş üzrə maddi sübut olan şəxsi axtarışlar və baxışlar zamanı videokamera ilə çəkilmiş görüntülər köçürüldüyü 5 ədəd DVD-R disklər cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 64,80 (altmış dörd manat səksən qəpik) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin aşağıdakı hesabına köçürülməlidir: KOD- 210005, VÖEN–**********, müxbir hesab – AZ 41NABZ ********************, SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ 43 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu – 3. İş materiallarından görünür ki, məhkəmə istintintaqında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanları olmadığı üçün xahişi ilə onlara dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsi Şəmkir rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən, X4 hüquqlarının müdafiəsi Şəmkir rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxslərin hüquqlarının müdafiəsi üçün müdafiəçilər tərəfindən 20 saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrieynə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından 120 (bir yüz iyirmi) manat Müdafiəçi1 və Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından 120 (bir yüz iyirmi) manat Müdafiəçi2 ödənilməsi üçün onların işlədikləri Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (hesab: Azərbaycan Beynləxalq Bankının Şəmkir Filialı; Kod:805670; VÖEN:**********; Müxbir hesab: **********944; S.W.İ.F.T, İBAZAZ2X, hesab nömrəsi ********************, VÖEN: **********) köçürülməlidir. İş üzrə mülki iddianın olmaması nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 346.1-ci və 346.1.19-cu maddələrinə əsasən, məhkəmə hansı əmlakın müsadirə edilməli olduğu məsələsinə baxaraq, təqsirləndirilən şəxsin hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99.1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353-cü və 356-cı maddələrini rəhbər tutub, məhkəmə h ö k m e t d i:
1. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə 3 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin olunmuş cəzalar qismən toplanılmaqla ona qəti olaraq 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü mаddəsinə əsаsən, Təqsirləndirilən şəxs1 13 aprel 2022-ci il tarixdən 14 sentyabr 2022-ci il tarixədək bu iş üzrə şübhəli şəxs qismində tutulduğu və həbsdə saxlanıldığı ümumilikdə 05 (beş) ay 01 (bir) günün azadlaqdan məhrumetmə cəzasının bir gününə bərabər hesablanmaqla müəyyən olunmuş 05 (beş) ay 01 (bir) gün müddət təyin olunmuş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs1 üzərində 03 (üç) il 06 (altı) ay 29 (iyrimi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzаsı saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəksin və ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı tutulduğu vaxtdan, yəni 07 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 cəza çəkdiyi müddət ərzində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93-1.2-ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunsun və narkoloji kabinetdə qeydiyyatda olması nəzərə alınsın.
2. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü mаddəsinə əsаsən, Təqsirləndirilən şəxs2 13 aprel 2022-ci il tarixdən 14 sentyabr 2022-ci il tarixədək bu iş üzrə şübhəli şəxs qismində tutulduğu və həbsdə saxlanıldığı ümumilikdə 05 (beş) ay 01 (bir) günün azadlaqdan məhrumetmə cəzasının bir gününə bərabər hesablanmaqla müəyyən olunmuş 05 (beş) ay 01 (bir) gün müddət təyin olunmuş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs2 üzərində 06 (altı) ay 29 (iyrimi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzаsı saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin və ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı tutulduğu vaxtdan, yəni 06 iyun 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 cəza çəkdiyi müddət ərzində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93-1.2-ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunsun və narkoloji kabinetdə qeydiyyatda alınsın. İş üzrə aparılmış ekspertiza təhqiqatlarının dəyəri 64,80 (altmış dörd manat səksən qəpik) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifatı kodu: 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, dövlət xəzinədarlığı agentliyi kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22) keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış Şəmkir Rayon Polis Şöbəsində xüsusi ayrılmış saxlanc yerində maddi sübutları saxlama kamerasına təhvil verilmiş ekspert tədqiqatlarına sərf edildikdən sonra qalıq qalmış Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş 0,504 qram çəkidə narkotik vasitə olan heroin, Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş 0,609 qram çəkidə narkotik vasitə olan heroin, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş 1,845 qram narkotik vasitə olan qurudulmuş marixuana, 0,270 qram psixotrop maddə olan metamfetamin, 5,962 qram narkotik vasitə olan heroin, Təqsirləndirilən şəxs2 yaşadığı evindən aşkar edilmiş 1 ədəd istifadə olunmuş şpris, gümüşü falqa kəsiyi, uc hissəsi sınmış “novokain” sözü yazılmış ampula, Təqsirləndirilən şəxs1 yaşadığı evindən ayrı-ayrılıqda təmiz çəkiləri 1,76 qram, 4,22 qram, 2,30 qram, 3,91 qram, 1,06 qram, ümumi təmiz çəkisi 13 qram narkotik vasitə olan qurudulmuş marixuana, 1,46 qram narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumları və 43,905 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 12 fevral 2022-ci il tarixdə X5 üzərindən aşkar olunaraq götürülmüş ekspert tədqiqatına sərf edildikdən sonra qalıq qalmış narkotik vasitə olan 0,217 qram heroinin Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(076)- 207/2022 saylı hökm ilə məhv edilməsi nəzərə alınsın. İş üzrə maddi sübut olan şəxsi axtarışlar və baxışlar zamanı videokamera ilə çəkilmiş görüntülər köçürüldüyü 5 ədəd DVD-R disklər cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs1 məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi1 ödənilməsi üçün dövlət büdcəsinin hesabına 120 (bir yüz iyirmi) manat məbləğində pul və Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (hesab: Azərbaycan Beynləxalq Bankının Şəmkir Filialı; Kod:805670; VÖEN:**********; Müxbir hesab: **********944; S.W.İ.F.T, İBAZAZ2X, hesab nömrəsi ********************, VÖEN: **********) köçürülsün. Təqsirləndirilən şəxs2 məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi2 ödənilməsi üçün dövlət büdcəsinin hesabına 120 (bir yüz iyirmi) manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (hesab: Azərbaycan Beynləxalq Bankının Şəmkir Filialı; Kod:805670; VÖEN:**********; Müxbir hesab: **********944; S.W.İ.F.T, İBAZAZ2X, hesab nömrəsi ********************, VÖEN: **********) köçürülsün. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxslərə münasibətdə isə surətinin onlara verildiyi andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə, həbsdə saxlanılan təqsirləndirilən şəxs tərəfindən həmçinin həbsdə saxlama yerinin müdiriyyətinin vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Həmin müddət ərzində apellyasiya protesti və ya apellyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün bu hökm qanuni qüvvəyə minir.
Sədrlik edən:Rəşad Mustafayev