Məhkəmə qərarları › İş №1(076)-146/2023

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №1(076)-146/2023

12.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 1(076)-146/2023 12.06.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi Musayeva Aytəkin Bulud qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs Müdafiəçi: Müdafiəçi iştirakı ilə xx xxxxxx 1982–ci ildə Şəmkir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 178.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək dələduzluq cinayət əməlini törətmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs etibarından sui–istifadə etməklə aldadaraq övladı X4 əlillik ilə bağlı pensiya düzəldəcəyinə dair yalandan vədlər verərək 2022–ci ilin mart ayında sonuncunun yaşadığı Şəmkir rayonu, Aşağı Seyfəli kəndində yerləşən evinin qarşısında, X1 idarə etdiyi VAZ 21011 markalı, 57–CH– 463 dövlət qeydiyyat nişanlı avtomobildə Zərərçəkmiş şəxs 550 (beş yüz əlli) manat məbləğində nəğd pulunu alıb ələ keçirərək dələduzluq etmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1–ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, 2022–ci ilin mart ayında, dəqiq xatırlamadığı gündə Zərərçəkmiş şəxs Şəmkir şəhərində onunla görüşərək oğlu Azər Əhmədovun əlillik pensiyasının kəsildiyini, pensiyanın bərpa olunması üçün lazım olan tibbi sənədi ala bilmədiyini deyərək tibbi sənədin alınmasında və oğluna pensiya düzəldilməsində ona köməklik etməsini xahiş etmişdir. Bununla maraqlanmış və Sədaqətə oğlunun tibbi sənədlərini Gəncə şəhərində yerləşən xəstəxanadan almasını, bundan sonra lazım olan tibbi sənədi Qazax rayon psixiatriya xəstəxanasından alacağını demişdir. Buna görə bir neçə dəfə Qazax rayonuna gedib–gəlmək üçün zəhmət haqqı və yol pulu, eləcə də pensiya düzəltmək üçün 550 (beş yüz əlli) manat pul verməli olduğunu Zərərçəkmiş şəxs bildirmişdir. Sədaqət də onunla razılaşmış və ona 550 (beş yüz əlli) manat pul vermişdir. Təxminən 15 gündən sonra Qazax rayon xəstəxanasından Sədaqətin oğlu Azərin adına olan “Ambulator kitabçadan çıxarış”ı alaraq gətirib Sədaqətin özünə vermişdir. Lakin Sədaqətə söz verdiyi kimi pensiyanın düzəldilməsidə köməklik edə bilməmişdir. Bundan sonra Sədaqət ondan pulunu geri tələb etmişdir. Lakin maddi imkanı olmadığından Sədaqətin pulunu qaytara bilməmiş, bu səbəbdən sonuncu onun barəsində polisə müraciət etmişdir. Bununla belə hadisədən sonra zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmiş və onunla barışmışdır. Hazırda əməlindən peşmandır və məhkəmədən ifadəsində göstərilənləri nəzərə alaraq, cinayət məsuliyyətindən azad edilməsi haqda qərar qəbul edilməsini xahiş edir. Məhkəmə baxışı iclası zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun uzaq qohumudur. Təxminən 2022–ci ilin fevral ayında Təqsirləndirilən şəxs ona pensiya düzəltmək işinə baxdığını və müxtəlif adamlara pensiya düzəldiyini demişdir. X2 əlil olduğu üçün ona pensiya düzəltmək istəmiş və bu barədə Təqsirləndirilən şəxs demişdir. Təqsirləndirilən şəxs ona köməklik edəcəyini bildirmiş və pensiya düzəltmək üçün Qazax rayonundan sənəd almağa 500 (beş yüz) manat, 50 manat isə yol pulu istəmişdir. Təxminən 2022–ci ilin mart ayında, dəqiq tarixini xatırlamadığı gündə Şəmkir şəhərində Təqsirləndirilən şəxsla görüşən zaman sonuncu 550 manat pulu bu gün verməli olduğunu bildirmiş, həmin vaxt Möhyəddin Namazovun idarə etdiyi VAZ–21011 markalı taksi ilə Seyfəli kəndinə getmişlər. Yaşadıqları evə gedib 550 manat pulu götürərək gətirib taksidə Təqsirləndirilən şəxs vermişdir. Elçin də ona 10–15 gün müddətində oğlu Azər Əhmədovun pensiyasının düzələcəyinə söz vermişdir. Taksidə pulu Elçinə verən zaman qızı Aysel telefonla video çəkiliş etmişdir. Təxminən 10–15 gündən sonra Şəmkir şəhərində Təqsirləndirilən şəxs ona Qazax rayon psixiatriya xəstəxanasından oğlu Azərin adına olan “Ambulator kitabçadan çıxarış” sənədini vermişdir. Elçin ona həmin sənədin tibbi komissiyaya veriləcəyini və bununla da pensiyanın düzələcəyini demişdir. Bir müddət keçəndən sonra maraqlanıb öyrənmişdir ki, Təqsirləndirilən şəxs onu aldatmış, ona verdiyi sənədlə pensiya düzəltmək mümkün deyildir. Ondan sonra bu barədə Təqsirləndirilən şəxs məlumat verərək ona verdiyi 550 manat pulu tələb etmişdir. Elçin onun pulunu qaytarmadığından barəsində polisə şikayət etmişdir. Bununla belə hazırda Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam olaraq ödəmişdir. Hazırda Təqsirləndirilən şəxs şikayəti və tələbi yoxdur, məhkəmədən onun cinayət məsuliyyətindən azad edilməsini xahiş edir. Məhkəmə baxışı iclası zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, təxminən 2022–ci ilin mart ayında anası Zərərçəkmiş şəxs tanışı Təqsirləndirilən şəxs onun qardaşı Azər Əhmədova əlillik pensiyası düzəldəcəyinə söz verdiyini demişdir. Ondan bir neçə gün sonra anası Sədaqətlə birlikdə Şəmkir şəhərində Təqsirləndirilən şəxsla görüşüb söhbət edən zaman Elçin anası Sədaqətə pensiya düzəltmək üçün lazım olan 550 (beş yüz əlli) manat pulun bu gün verilməli olduğunu bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs da onlarla birlikdə taksi ilə Seyfəli kəndinə gəlmişdir. Anası evdən 550 manat pul götürüb gəlib taksiyə əyləşmiş və həmin pulu Təqsirləndirilən şəxs vermişdir. Elçin söz vermişdir ki, 10–15 gün müddətində qardaşı Azər Əhmədovun pensiyası düzələcəkdir. Təxminən 10–15 gündən sonra Təqsirləndirilən şəxs anası Sədaqətə tibbi sənəd verərək həmin sənədi tibbi komissiyaya verəcəyini və bununla da pensiyanın düzələcəyini demişdir. Bir müddət keçəndən sonra anası Sədaqət maraqlanıb öyrənmişdir ki, Təqsirləndirilən şəxs onu aldatmış, verdiyi sənədlə pensiya düzəltmək mümkün deyildir. Ondan sonra anası Sədaqət Elçinə verdiyi 550 (beş yüz əlli) manat pulu tələb etmiş, ancaq Təqsirləndirilən şəxs pulu qaytarmaqdan imtina etmişdir. Anası Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs 550 (beş yüz əlli) manat pulu 2022–ci ilin mart ayında, dəqiq tarixini xatırlamadığı gündə Şəmkir rayonu Seyfəli kəndində, yaşadıqları evin qarşısında taksidə vermiş, həmin vaxtı o, anası Zərərçəkmiş şəxs, taksi sürücüsü və Təqsirləndirilən şəxs orada olmuşlar. Anası 550 manat pulu Təqsirləndirilən şəxs verən zaman telefonla video çəkiliş etmişdir. Cinayət işinin materiallarında olan 26 iyun 2022–ci il tarixli və 10 dekabr 2022-ci baxış keçirilməsi haqqında protokollardan görünür ki, Zərərçəkmiş şəxs təqdim etdiyi CD diskə komputer vasitəsilə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, avtomobildə arxa oturacaqda əyləşən Zərərçəkmiş şəxs 550 (beş yüz əlli) manat məbləğındə pulu sayaraq avtomobildə qabaq sağ oturacaqda əyləşən Təqsirləndirilən şəxs vermişdir. Cinayət işinin materiallarında olan və Azərbaycan Respublikası DİN–nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan və Zərərçəkmiş şəxs tərəfindən notarial qaydada yazılmış ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam şəkildə ödənilmiş və onunla barışmışdır. Hazırda təqsirləndirilən şəxsdən şikayəti və tələbi yoxdur. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetirilmişdir ki, Təqsirləndirilən şəxs tamah məqsədi ilə özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək niyyəti ilə Zərərçəkmiş şəxs oğlu üçün pensiya düzəldəcəyini yalan vəd edərək aldadıb 2022–ci ilin mart ayında 550 (beş yüz əlli) manat məbləğində pulunu aldatma yolu ilə ələ keçirərək dələduzluq etmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1–ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Bununla belə Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş ziyanın ödənildiyini və təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi olmadığını bildirib, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin məhkəmə baxışı zamanı verdikləri ifadələrini, zərərçəkmiş şəxsin ərizəsində göstərilən halları və digər iş materiallarını nəzərə alaraq və aşağıdakı əsaslara görə hesab edir ki, tərəflərin barışması və dəymiş ziyanın ödənilməsi ilə əlaqədar cinayət işin icraatına xitam verilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayət törətmiş, cinayəti törətdikdən sonra zərərçəkmiş şəxslə barışmış və ona vurduğu zərəri tam şəkildə aradan qaldırmışdır. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığını göstərərək işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin, zərərçəkmiş şəxs də Təqsirləndirilən şəxs şikayət və tələbinin olmadığını göstərmiş və onunla barışaraq işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını, onların barışmasını əsas tutaraq cinayət işinə xitam verilməsini mümkün hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73–1.1–ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189–1.1 və 189– 1.2–ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Göründüyü kimi iş materialları əsasında məhkəmə tərəfindən müəyyən olunmuş hallar sadalanan qanunvericilik aktlarında göstərilən əsasları ehtiva edir və bu əsasla işin icraatına xitam verilməsi, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi mümkün sayılır. Məhkəmə qanunun qeyd olunan müddəalarına istinad edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığına və ona dəymiş ziyanı tamamilə ödədiyinə görə Azərbaycan Respublikası CM–in 178.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə barəsində cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Odur ki, məhkəmə hazırki iş üzrə Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə, həmçinin hesab edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs cinayət məsuliyətindən azad edildiyindən və onun təqsirləndirilməsinə dair cinayət işinin icraatına xitam verildiyindən, onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut olan və zərərçəkmiş Zərərçəkmiş şəxs təqdim edtiyi 1 ədəd CD disk iş üzrə əhəmiyyət kəsb etdiyindən cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə xərci və mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 37.4, 321, 344–347, 356, 358 və 384.1.3–cü maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARAALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 178.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə barəsində cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut olan və Zərərçəkmiş şəxs təqdim edtiyi 1 ədəd CD disk iş üzrə əhəmiyyət kəsb etdiyindən cinayət işinin materiallarında saxlanılsın. Qərardan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar