Məhkəmə qərarları › İş №1(076)-146/2024

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №1(076)-146/2024

12.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 1(076)-146/2024 12.06.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs Müdafiəçi: Müdafiəçi iştirakları ilə xx xxxxxx 1969–cu il tarixdə Şəmkir rayonu, Şiştəpə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, işsiz, Şəmkir rayonu, Şeidlər kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 128–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurma cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs, 09 iyun 2023-cü il tarixdə, saat 19 radələrində yaşadığı Şəmkir rayonu, Şeidlər kəndində yerləşən küçədə, qonşusu Zərərçəkmiş şəxs Abbasəli oğlu tərəfindən, övladı Şahid2 döyülərək qulağında olan eşitmə cihazının sındırılması və qəsdən sağlamlığına yüngül dərəcəli bədən xəsarətləri yetirilməsi səbəbindən aralarında yaranmış şəxsi münasibətlər zəminində qisas almaq niyyətilə, qəsdən əli ilə Zərərçəkmiş şəxs üz nahiyəsinə bir neçə dəfə zərbələr vuraraq alt çənədə sağdan 1-2-ci dişlərin, soldan 1-ci dişin travmatik laxlaması ilə müşayiət olunan xəsarətlər yetirərək ona sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər Vuran xəsarətlər yetirmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü ona qarşı irəli sürülmüş ittihamda təqsirli bilərək ifadəsində göstərdi ki, ailəsi ilə birlikdə Şəmkir rayonu, Şeidlər kəndində yaşayır. Zərərçəkmiş şəxs Abbasəli oğlu qonşusudur, Şahid2 isə oğludur. xx.xx.2023-cü il tarixdə saat 19 radələrində yaşadığı evdə olan zaman küçədən oğlu Şahid2 səsini eşitmişdir. O, yaşadığı evin qarşısına çıxan zaman oğlu Şahid2 ilə qonşu Zərərçəkmiş şəxs biri-biri ilə itələşərək mübahisə etdiklərini görərək onlara yaxınlaşmış, oğlu Şahid2 qolundan tutaraq ev istiqamətinə çəkməyə başlamış və Zərərçəkmiş şəxs anası Şərqiyyə isə öz oğlu Cəlalın qolundan tutaraq evləri istiqamətində çəkən zaman Zərərçəkmiş şəxs əlindəki ağac parçası ilə oğlu Şahid2 baş nahiyəsinə arxadan zərbə vurmuş və zərbənin təsirindən Yasin səndələyərək yerə yıxılmışdır. Bu zaman X1 Xəlilovun üstünə gedərək yenə vurmaq istədikdə o, Zərərçəkmiş şəxs yaxınlaşmış, arxadan tutaraq çəkərkən əli Cəlalın ağzına keçmiş və bu zaman Zərərçəkmiş şəxs onun sağ baş barmağını qəsdən dişləyərək ona xəsarət yetirmişdir. O, ağrıdan qışqıraraq barmağını buraxmasını deyərək Cəlalın üz nahiyəsindən zərbə vuraraq xəsarət yetirmişdir. Onları əri İntizam gələrək araladıqdan sonra o, oğlu Yasinə yaxınlaşaraq qalxmasına kömək edərkən qulağında səs eşitmə aparatının sol qulaqcığının Zərərçəkmiş şəxs vurduğu zərbənin təsirindən sındığını görmüş və bundan sonra polisə zəng edərək şikayət etmişdir. Bununla belə hadisədən sonra zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəmiş və onlarla barışmışdır. Hazırda əməlindən peşmandır və məhkəmədən ifadəsində göstərilənləri nəzərə alaraq, cinayət məsuliyyətindən azad edilməsi haqda qərar qəbul edilməsini xahiş edir. Məhkəmə baxışı iclasının yeri və vaxtı barədə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Abbasəli oğluna rəsmi məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, proses iştirakçıları tərəfindən məhkəməyə verilmiş şifahi məlumata görə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs uzun müddətli Rusiya Federasiyasına getdiyindən məhkəmə baxışı iclasına gəlməmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Abbasəli oğlu məhkəmənin hazırlıq iclasında notarial qaydada təsdiq olunmuş ərizə təqdim edərək təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş ziyanın tam olaraq ödənildiyini və təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Abbasəli oğlunun ərizəsini nəzərə alaraq məhkəmə baxışı iclasının onun iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə, ibtidai araşdırma mərhələsində iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş, lakin məhkəmə istintaqında iştirak etməmiş Zərərçəkmiş şəxs Abbasəli oğlunun məhkəmə istintaqında elan edilərək tədqiq olunmuş ifadəsini də, ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. Belə ki, ibtidai araşdırma zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs Abbasəli oğlu ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Şəmkir rayonu, Şeidlər kəndində yaşayır. Şahid2 qonşusudur, normal münasibətləri var və əvvəllər aralarında narazılıq olmamışdır. xx.xx.2023-cü il tarixdə saat 19 radələrində yaşadığı kənd ərazisində heyvanları otararkən yolda otardığı xırda buynuzlu heyvanlarla qonşusu Şahid2 otardığı iri buynuzlu heyvanları biri-birinə qarışmamağı üçün, Şahid2 irəlidə getməsini demiş, Şahid2 əvvəl razılaşsa da, sonradan onun irəlidə getməyini dediyi üçün o, heyvanları aparmağa başlamışdır. O, 50-60 metr uzaqlaşan kimi qonşusu Şahid2 da heyvanlarını gətirməyə başlamış, o, heyvanların qarışacağını görərək Şahid2 niyə belə etdiyini soruşduqda Şahid2 ona nalayiq söyüşlə yaxşı elədiyini demiş, onlar sözlə mübahisə etdikdə qonşusu Şahid2 yaşadığı evin yaxınlığında çatanda Şahid2 atasını görərək ona bir daha söyüş söyərək əlindəki ağac parçası ilə onun qoluna vurmuş, o isə Yasinin əlindəki ağacla baş nahiyəsinə vurmuş, Şahid2 yerə yıxılmışdır. Bu zaman qonşusu Şahid2 anası Təqsirləndirilən şəxs onun üstünə hücum çəkərək əllərini ağzına salaraq dartmış, o isə həmin zaman Samayənin barmağını dişləyərək Samayəyə xəsarət yetirmişdir. Təqsirləndirilən şəxs onun ağzından tutaraq dartan zaman əri Şahid1 da onu vuraraq xəsarət yetirmişlər. Anası Şərqiyyə onları aralamışdır. Anası Şərqiyə onları araldıqdan sonra o, evə gəldikdə baş vermiş hadisə ilə bağlı polisə məlumat vermişdir. Həmçinin, Zərərçəkmiş şəxs ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, mübahisə 5- 10 dəqiqə davam etmiş, anası Şərqiyə orada olmuşdur. xx.xx.2023-cü il tarixdə saat 19 radələrində Şahid2 ağac parçası qoluna vurmuş, anası Səmayə ağzından tutaraq dartmış, xəsarət yetirmiş və atası İntizam əlləri ilə kürək nahiyəsinə vurmuşdur. O, Şahid2 ağacla baş nahiyəsinə vurmuş, o yerə yıxılarkən qulağındakı aparatı yerə düşərək sınmış, anası Təqsirləndirilən şəxs isə əlini onun ağzına salaraq dartmış o isə Samayənin barmaqlarını dişləmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, ailəsi ilə birlikdə Şəmkir rayonu, Şeidlər kəndində yaşayır. Zərərçəkmiş şəxs Abbasəli oğlu qonşusudur, Şahid2 isə oğludur. xx.xx.2025-cü il tarixdə saat 19 radələrində yaşadığı evdə olan zaman küçədən oğlu Şahid2 səsini eşidərək, həyat yoldaşı Samayə ilə yaşadığı evin qarşısına çıxan zaman oğlu Şahid2 ilə qonşu Zərərçəkmiş şəxs biri-biri ilə itələşərək mübahisə etdiklərini görüb həyat yoldaşı Təqsirləndirilən şəxs, yaxınlaşaraq oğlu Şahid2 qolundan tutaraq ev istiqamətinə çəkmiş və eyni zamanda Zərərçəkmiş şəxs anası Şərqiyyə öz oğlunun qolundan tutaraq evi istiqamətinə çəkən zaman Zərərçəkmiş şəxs əlindəki ağac parçası ilə oğlu Şahid2 baş nahiyyəsinə zərbə vurmuş və zərbənin təsirindən oğlu Yasin səndələyərək yerə yıxılmışdır. Bu zaman Zərərçəkmiş şəxs oğlu Şahid2 üstünə gedərək yenə vurmaq istədikdə, həyat yoldaşı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yaxınlaşaraq arxadan tutub, əlini Zərərçəkmiş şəxs ağzına salmış, həmin vaxt Zərərçəkmiş şəxs dişinə xəsarət yetirmişdir. Zərərçəkmiş şəxs isə onun arvadı Samayənin barmağını dişləmiş, həmin vaxt onları araladıqdan sonra oğlu Şahid2 yaxınlaşaraq qalxmasına kömək etmiş, qulağına baxdıqda səs eşitmə aparatının sol qulaqcığının Zərərçəkmiş şəxs vurduğu zərbənin təsirindən sındığını görmüşdür. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Şəmkir rayonu, şeidlər kəndində ailəsi ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs Abbasəli oğlu övladıdır, Şahid2 qonşusudur. Şahid2 ilə normal münasibətləri var və əvvəllər aralarında hər hansı narazılıq olmamışdır. xx.xx.2023-cü 11 tarixdə saat 19 radələrində oğlu Zərərçəkmiş şəxs və Yasin Xəlillov yaşadığı kənd ərazisində heyvanları otarıb evə qayıdan zaman aralarında sözlə mübahisə başlamış, həmin mübhaisə onların yaşadıqları evin qarşısına gəldikdə daha da irəliləmişdir. Şahid3 yaşadığı evin qarşısında mübahisə olmasını görüb dərhal küçəyə çıxmışdır. Küçəyə çıxdıqda Yasinin anası Samayə orada olmuşdur. Şahid3 Samayə ilə birlikdə mübahisəni aralamışlar. Şahid3 oğlunun qolundan tutub içəri aparan zaman oğlu Cəlal əlindəki taxta parçası ilə Yasinin baş nahiyəsinə zərbə endirmişdir. Yasin həmin zərbənin təsirindən yerə yıxılmışdır. Bundan sonra Samayə əlini oğlu Yaşarın ağzına salaraq onun ağzındakı dişlərinə xəsarət yetirmişdir. Oğlu Cəlal isə Samayənin barmaqlarını dişləmişdir ki, onun ağzından əlini çıxartsın. Cəlal Samayənin barmağını dişlədikdən sonra əlini onun ağzından çıxartmışdır. Bundan sonra Şahid3 öz övladını yaşadığı evə aparmışdır. Məhkəmə, ibtidai araşdırma mərhələsində iş üzrə şahid qismində dindirilmiş, lakin məhkəmə istintaqında iştirak etməmiş Şahid2 məhkəmə istintaqında elan edilərək tədqiq olunmuş ifadəsini də, ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. Belə ki, ibtidai araşdırma zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Şəmkir rayonu, şeidlər kəndində ailəsi ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs Abbasəli oğlu qonşusudur, onunla normal münasibətləri var və əvvəllər aralarında hər hansı narazılıq olmamışdır. xx.xx.2023-cü il tarixdə saat 19 radələrində yaşadığı kənd ərazisində heyvanlar otarıb evə qayıdan zaman, yolda qonşusu Zərərçəkmiş şəxs otardığı xırda buynuzlu heyvanlarla Şahid2 otardığı, iri buynuzlu heyvanların biri-birinə qarışmasınlar deyə irəlidə getməsini demişdir. O, əvvəl razılaşsa da, sonradan Zərərçəkmiş şəxs irəlidə getməsini dediyi üçün, qonşusu Zərərçəkmiş şəxs heyvanları aparmağa başlamışdır. Qonşusu Zərərçəkmiş şəxs 50-60 metr uzaqlaşan kimi o da heyvanlarını gətirməyə başlamışdır və bununla da qonşusu Zərərçəkmiş şəxs heyvanların qarışacağını görüb heyvanları gah taxıl sahəsinə, gah da kartof sahəsinə qovarkən camaatın əkin sahələrinə ziyan vurmasın deyə qarşısını almağa çalışırmış və belədə mübahisə yaranmışdır. Onlar mübahisə edərək evin qarşısına qədər gəlmişdir. Yaşadığı evin qarşısında mübahisə edərək itələşərkən anaları yaxınlaşaraq onları ayırmışlar. Bundan sonra Şahid2 üzünü çevirib evə tərəf gedəndə arxadan başının arxa nahiyəsinə taxta parçası dəymiş və o, zərbənin təsirindən yerə yıxılmışdır. Şahid2 eşitmə problemi olduğu üçün qulağında səs gücləndirici aparatdan istifadə edir və o, yerə yıxılarkən sol qulaqcıq aparatının sındığını görmüşdür. Bundan sonra qonşusu Zərərçəkmiş şəxs Yasin Xəliovun valideynləri ilə mübahisə etmiş, itələşərək anasının barmağını dişləmişdir. Şahid2 və anası mübahisədən sonra evə gəlib polisə məlumat vermişlər. Cinayət işinin materiallarında olan 10 iyun 2023–cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Şəmkir RPŞ-nin təhqiqatçısı, polis mayoru, Elçin Əsgərov tərəfindən hadisə yerinə baxış keçirilmiş, bu barədə protokol tərtib edilərək fotoşəkillər çəkilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə–Tibbi Ekspertiza və Pataloji Anatomiya birliyinin Şəmkir rayon şöbəsinin 10 iyun 2023–cü il tarixli, 636 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs Abbasəli oğlunun məhkəmə-tibbi müayinəsi zamanı onun bədən səthində aşkar edilmiş xəsarətlər-alt dodağın kayma hissəsinin, boyunun arxa səthininn sıyrıqları, alt çənədə sağdan 1-2-ci dişlərin, soldan 1-ci dişin travmatik laxlaması və döş qəfəsinin arxa səthində sol kürək nahiyyəsinin qançırı KÜT əşyanın təsirindən törənmişlər, törənmə müddəti 09 iyun 2023-cü il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə alt çənədə sağdan 1-2-ci dişlərin, soldan 1-ci dişin travmatik laxlaması sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər, alt dodağın kayma hissəsinin, boyunun arxa səthininn sıyrıqları və döş qəfəsinin arxa səthində sol kürək nahiyyəsinin qançırı isə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün ağırlıq dərəcələri təyin edilmir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN–nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan Şəmkir RİHB–nın Şeidlər kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Cinayət işinin materiallarında olan və Zərərçəkmiş şəxs Abbasəli oğlu tərəfindən yazılmış və notarial qaydada təstiq edilmiş ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış və sonuncudan heç bir şikayət və tələbi yoxdur. Həmçinin, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsində, Zərərçəkmiş şəxs Abbasəli oğlu ilə barışdığını və Zərərçəkmiş şəxs ona qarşı heç bir şikayət və tələbinin olmamasını bildirmişdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetirilmişdir ki, Təqsirləndirilən şəxs, 09 iyun 2023-cü il tarixdə, saat 19 radələrində yaşadığı Şəmkir rayonu, Şeidlər kəndində yerləşən küçədə, qonşusu Zərərçəkmiş şəxs Abbasəli oğlu ilə aralarında yaranmış şəxsi münasibətlər zəminində qisas almaq niyyətilə, qəsdən əli ilə Zərərçəkmiş şəxs üz nahiyəsinə bir neçə dəfə zərbələr vuraraq, alt çənədə sağdan 1-2-ci dişlərin, soldan 1-ci dişin travmatik laxlaması ilə müşayiət olunan xəsarətlər yetirərək ona sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Bununla belə Zərərçəkmiş şəxs Abbasəli oğlu notarial qaydada təstiq edilmiş ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş ziyanın ödənildiyini və təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi olmadığını bildirib, iş üzrə ərizəsinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs da, məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsində, Zərərçəkmiş şəxs Abbasəli oğlu ilə barışdığını və Zərərçəkmiş şəxs ona qarşı heç bir şikayət və tələbinin olmamasını bildirmişdir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə baxışı zamanı verdiyi ifadəsini, zərərçəkmiş şəxsin ərizəsində göstərilən halları və digər iş materiallarını nəzərə alaraq və aşağıdakı əsaslara görə hesab edir ki, tərəflərin barışması ilə əlaqədar cinayət işin icraatına xitam verilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs ilk dəfədir ki, böyük ictimai təhlükə törətməyən cinayət törətmiş, cinayəti törətdikdən sonra zərərçəkmiş şəxslə barışmış və ona vurduğu zərəri tam şəkildə aradan qaldırmışdır. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığını göstərərək işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin, zərərçəkmiş şəxs də Təqsirləndirilən şəxs şikayət və tələbinin olmadığını göstərmiş və onunla barışaraq işin icraatına xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1–ci maddəsinə görə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2–ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1–ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə qanunun qeyd olunan müddəalarına istinad edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığına və ona dəymiş ziyanı tamamilə ödədiyinə görə Azərbaycan Respublikası CM–in 128–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə barəsində cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Odur ki, məhkəmə hazırki iş üzrə Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə həmçinin, hesab edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verildiyindən onun barəsində seçilmiş “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut, məhkəmə xərci və mülki iddia yoxdur. Bundan əlavə, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Müdafiəçinin məhkəməyə təqdim etdiyi hesabatdan görünür ki, Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 15 saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 193.2 və 193.4–cü maddələrinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001–ci il tarixli Qərarına (03 may 2018–ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 193.2, 193.4–cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 90 manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (Hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı; Kod: 8051630; Bankın VÖEN–i:**********; Müxbir hesab: AZ03NABZ**********000002944; S.W.İ.F.T İBAZAZ2X, hesab nömrəsi İBAN AZ03İBAZ********************, Müştəri VÖEN–i: **********) köçürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 37.4, 321, 344–347, 356, 358 və 384.1.3–cü maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARAALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 128–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə barəsində cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 128–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 90 manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (Hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı; Kod: 8051630; Bankın VÖEN–:**********; Müxbir hesab: AZ03NABZ**********000002944; S.W.İ.F.T İBAZAZ2X, hesab nömrəsi İBAN AZ03İBAZ********************, Müştəri VÖEN–i: **********) köçürülsün. Qərardan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar