Məhkəmə qərarları › İş №1(076)-147/2025

Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-147/2025

03.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-147/2025 03.10.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Nazlı Azər qızının sədrliyi, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı– Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxs, onun nümayəndəsi- Şəmkir rayon Vəkil Bürosunun vəkili Nümayəndə, Təqsirləndirilən şəxs və onun müdafiəçisi– Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə xx.xx.1977–ci il tarixdə Şəmkir rayonu, Aşağı Seyfəli kəndində anadan olmuş, Azəbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Şəmkir rayonu, Aşağı Seyfəli kəndində qeydiyyatda olan və həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Ədliyyə Nazirliyi PX-nin 2 saylı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şəmkir Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs məhkəməyə verilmişdir ondan ötrü ki, o, 17 oktyabr 2024-cü il tarixdə, saat 15 radələrində yaşadığı Şəmkir rayonu, Aşağı Seyfəli kəndində yerləşən fərdi yaşayış evinin qarşısında uzun müdətdir ki, aralarında onun tərəfindən yol-nəqliyyat hadisəsi zamanı yetirilmiş xəsarət nəticəsində yaranmış şəxsi münasibətlər zəminində qonşuları Şahid3 və qeyriləri ilə baş vermiş dava-dalaşın gedişində orada olub, sakitliyə riayyət olunmasını xahiş edərkən xüsusi amansızlıq göstərərək, ağır iztirablar və işgəncələr vermək niyyəti ilə əlindəki dəmir materialından olan metal linglə qəsdən həmkəndlisi Zərərçəkmiş şəxs sol dirsək nahiyəsinə qəzəblə və dəfələrlə zərbələr endirməklə ona sol dirsək oynağının arxa səthinin əzilmiş yarası ilə müşayət olunan sol dirsək sümüyünün dirsək çıxıntısının açıq oynaqdaxili çoxqəlpəli yerini dəyişmiş sınığı ilə müşayiət olunan Zərərçəkmiş şəxs həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurma cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü özünü təqsirli bilməyərək, sərbəst ifadə verməmiş, lakin ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, Şəmkir rayonu, Aşağı Seyfəli kəndində ailə üzvləri ilə birlikdə yaşayır, fərdi əmək fəaliyyəti ilə məşğul olur, Şahid2 arvadıdır, 3 uşaqları var. Zərərçəkmiş şəxs qonşusudur. Həmçinin Şahid1 və Şahid3 da qonşularıdır. Sevda, Şövkət və Təranə ilə əvvəllər münasibətləri normal olsa da sonradan pisləşmişdir. Belə ki, o, 2024-cü ilin təxminən avqust ayında idarə etdiyi “VAZ 2106” markalı avtomobilini yaşadıqları evdən küçəyə geriyə doğru idarə edən zaman Şahid3 özünü onun idarə etdiyi avtomobilinə çırdığı və avtomobili ilə azyaşlı uşağını vurmağını bildirdiyi üçün Şəmkir rayon Məhkəməsi onu 09 ay müddətə sürücülük hüququndan məhrum etmişdir. Bundan başqa, onun və Günayın Təranə, Şövkət və Sevda ilə yolun bağlanmasına görə mübahisələri olmuşdur. Təranə və Şövkətin Sevdagilə getdiyi qısa yol onların həyətindən keçmiş, o da hasarını hörüb yolu bağlamışdır. Bu səbəblərə görə münasibətləri yaxşı deyil. 17 oktyabr 2024-cü il tarixdə o, Şəmkir şəhərində olarkən qızı Gülgəz Nəcəfova ona mobil telefon vasitəsi ilə zəng edərək, Zərərçəkmiş şəxs, Şahid1 və Şahid3 hər üçü yaşadıqları evə gəlmələrini, onun tərəfindən inşa edilən hasarı uçurmalarını və Günayı vurmalarını bildirmiş, o da həmin gün, saat 15 radələrində Şahid4 ilə birlikdə yaşadıqları evin qarşısına getmiş, ora çatan zaman orada arvadı Günay Cahagirinin sifət nahiyəsindən xəsarət almasını, Şahid1, Zərərçəkmiş şəxs və Şahid3 nın orada olmalarını görmüşdür. Orada öyrənmişdir ki, Sevda, Lətifə və Şövkət hasarı sökmək istəmiş, buna görə Günayla dalaşmışlar. Orada mübahisə zamanı Şahid3 əlindəki metal linglə onun üstünə tərəf gələrək onun baş nahiyəsindən vurmaq istəmiş, lakin o, başını geri çəkərək əlini qabağa verən zaman sol əlindən xəsarət almış, həmçinin o, özünü müdafiə etmək üçün Şahid3 əlindəki metal materialdan olan lingi əli ilə tutmuşdur, həmin vaxt Şahid1 və Zərərçəkmiş şəxs hər ikisi onun və Şahid3 tutduqları həmin metal materialdan olan lingdən tutmuşlar, o, da həmin metal materialdan olan lingi onlardan almaq üçün sağa və sola fırladaraq almış, ancaq həmin vaxt Zərərçəkmiş şəxs sol dirsək nahiyəsindən vurmamışdır. Belə hesab edir ki, həmin mübahisə zamanı Şahid4 onu aralaşdıran zaman Zərərçəkmiş şəxs oğlu X11 əlindəki taxta parçası ilə onu arxadan vurmaq istəyərkən, anası Zərərçəkmiş şəxs özünü oğlu İlkin Əzizovun qabağına vermiş və həmin taxta parçası Sevdaya dəymişdir. Həmin vaxt Şahid1 və Zərərçəkmiş şəxs əlindən aldığı lingi Şahid4 ilə birlikdə özünə məxsus “VAZ 2106” markalı avtomobilinə aparmış və polis əməkdaşlarına özü təhvil vermişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, o, Şəmkir rayonu, Aşağı Seyfəli kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əmək kimi bağçılıq təsərüfatı ilə məşğul olur. Ailəlidir 3 övladı var. Təqsirləndirilən şəxs, Şahid2 və Şahid4 hər üçü onun qonşularıdır. Onlarla əvvəllər münasibətləri yaxşı olmuş, lakin sonradan münasibətləri pisləşmişdir. Şahid1, Şahid3 onun qohumları və qonşularıdır. Təqsirləndirilən şəxs 2024cü ilin avqust ayında idarə etdiyi “VAZ 2106” markalı avtomobillə yaşadıqlar kənd ərazisində Şahid3 və onun az yaşlı övladı Mələk Lətifovanı vurmuşdur. 17 oktyabr 2024-cü il tarixdə o, Şahid3 ilə birgə Şəmkir rayon Məhkəməsinə getmişlər. Daha sonra yaşadıqları evə qayıtmışlar. Həmin tarixdə, saat 14 radələrində Şahid3 ilə biri-birilərinin yaşadıqları evə gedib-gəldikləri yolun Təqsirləndirilən şəxs tərəfindən mişar daşlarından hasar hörməsi və ata-babadan gediş-gəliş yollarının bağlanması səbəbindən onun, Şahid3, Şahid1 və Şahid2 ilə aralarında mübahisələri baş vermişdir. Həmin vaxt Təranənin əlində metal ling, Şövkətin əlində isə kvalt olmuşdur. O, özü də həmin hasarın uçurulmasını istəmişdir, Qafqazın hasarı tikməsinə görə narazı olmuşdur. Belə ki, həmin yol Təranə və Şövkətlə onların gediş gəlişini asanlaşdırır, onlar bir birləri ilə qısa yol kimi həmin yoldan istifadə edirlər. Özü orada baş verənləri telefonla videogörüntüyə çəkmişdir. Onlar Qafqazın hördüyü hasarı dağıtmaq üçün hasarın dibinə gəlmiş, hasarı uçurtmağa başlamışlar, Günay isə onlara mane olmuşdur. Hasar Günaygilin həyətində olmuşdur. Mübahisə zamanı Şahid1 və Şahid2 biri-birilərini əlləri ilə vurmuşlar. Həmçinin həmin mübahisə zamanı X14 Cəfərovanın sol əlindən vuraraq onun həmin əlinin İV barmağını əks istiqamətə burmaqla ona xəsarət yetirmişdir. Həmin vaxt Şahid2 yanında olan qızı Gülgəz Nəcəfovaya “atana mobil telefon vasitəsi ilə zəng et bura çağır ifadəsini” işlətmişdir. Həmin vaxt Şahid1 və Şahid2 aralarında baş vermiş dava-dalaş hadisəsi onun tərəfindən mobil telefonla videogörüntüylə çəkilmişdir. Daha sonra Şahid1 və Şahid2 biribirilərindən aralaşaraq yaşadıqları evin qarşısına getmişlər. Təqsirləndirilən şəxs onların olduqları yerə gələrək onları təhqir edib özünə məxsus “VAZ 2106” markalı avtomobilə əyləşərək, arvadı Şahid2 və qonşusu Şahid4 ilə getmişlər. Şahid3 da onların getdiyini görüb Günaygilin tikdiyi hasarı uçurtmaq üçün özü ilə gətirdiyi metal materialdan olan lingi yerə tullamışdır. Daha sonra Təqsirləndirilən şəxs və Günay qayıtmışlar, yenə də onların Qafqaz və Günayla aralarında sözlü mübahisə düşmüş, Qafqaz hasarı sökməyəcəyini bildirmiş, buna görə bir birlərini təhqir etmişlər, həmin mübahisə zamanı Təqsirləndirilən şəxs Şahid3 yerə tulladığı metal materialdan olan lingi əlinə götürərək, onun sol qol nahiyəsindən bir dəfə vuraraq ona xəsarət yetirmişdir. Baş vermiş dava-dalaş zamanı onun oğlu X11 ümumiyyətlə orada olmamışdır, Təqsirləndirilən şəxs onu linglə bir dəfə vurmuş və daha sonra lingi yerə tullamışdır. Təqsirləndirilən şəxsla barışmamışdır, ona ağır cəza verilməsini və mülki iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, o, Şəmkir rayonu, Aşağı Seyfəli kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əmək kimi bağçılıq təsərrüfatı ilə məşğul olur. Ailəlidir 3 övladı var. Təqsirləndirilən şəxs, Şahid2 və Şahid4 hər üçü onun qonşularıdır. Onlarla əvvəllər münasibətləri yaxşı olmuş, lakin sonradan münasibətləri pisləşmişdir. Belə ki, Zərərçəkmiş şəxs onun qohumudur. Şahid3 isə övladıdır. Təqsirləndirilən şəxs 2024-cü ilin avqust ayında idarə etdiyi “VAZ 2106” markalı avtomobillə yaşadıqları kənd ərazisində Şahid3 və onun az yaşlı övladı yəni onun nəvəsi Mələk Lətifovanı vurmuşdur. 17 oktyabr 2024-cü il tarixdə, saat 10 radələrində qohumu Zərərçəkmiş şəxs və qızı Şahid3 hər ikisi Şəmkir rayon Məhkəməsinə yol-nəqliyyat hadisəsi ilə bağlı getmişlər. Daha sonra Zərərçəkmiş şəxs və Şahid3 hər ikisi yaşadıqları evə qayıtmışlar. Həmin tarixdə, saat 15 radələrində o, da yaşadıqları ünvana gəlmişdir. Zərərçəkmiş şəxs ilə biri-birilərinin yaşadıqları evə gedibgəldikləri yolun Təqsirləndirilən şəxs tərəfindən mişar daşlarla bağlanması səbəbindən o, qızı Şahid3 ilə və qonşusu Zərərçəkmiş şəxs ilə həmin hasarı sökmək istəyən zamanı Təqsirləndirilən şəxs arvadı Şahid2 ilə aralarında mübahisələri baş vermişdir, həmin vaxt o kvaltla, Təranə isə linglə hasarı uçurtmağa başlamışlar, Günay isə onlara mane olmuşdur. Mübahisəli yol Günaygilin həyətindən keçir. Mübahisə zamanı Şahid2 onun sol əlindən vuraraq həmin əlinin İV barmağını əks istiqamətə burmaqla ona qəsdən xəsarət yetirmişdir. Həmin vaxt o, Şahid2 sifət nahiyəsindən əlləri ilə vuraraq onu özündən kənarlaşdırmaq istəmişdir. Lakin həmin mübahisə zamanı qızı Şahid3 Günay Cahagirini vurmamış və ona heç bir xəsarət yetirməmişdir. Həmin vaxt Sevda orada baş verən mübahisəni telefona videogörüntüyə çəkmişdir. Sevda özü də, həmin hasarın uçurulmasını istəmişdir, belə ki, tutulmuş olan yolla onlar Sevdagilə gedib-gəlirlər. Sevda da həmin yoldan istifadə edir. Buna görə də, Sevda onlarla birlikdə Daha sonra Şahid2 yanında olan qızı X8 çağırmasını bildirmişdir. Həmin vaxt onun, Zərərçəkmiş şəxs, Şahid3 və Şahid2 aralarında baş vermiş dava-dalaş hadisəsi olmuş, hadisənin bir hissəsini Sevda telefonla çəkmişdir. Daha sonra qızı Şahid3 onu Şahid2 aralaşdıraraq Zərərçəkmiş şəxs yaşadığı evin qarşısına getmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs onların olduqları yerə gələrək, onları təhqir edib özünə məxsus “VAZ 2106” markalı avtomobilə əyləşərək, arvadı Şahid2 və qonşusu Şahid4 ilə getmişlər. Şahid3 da Zərərçəkmiş şəxs ilə onların evlərinin arasında gediş-gəliş üçün olan yolda Təqsirləndirilən şəxs tərəfindən mişar daşlarla bağlanmış yolu açmaq üçün özü ilə gətirdiyi metal materialdan olan lingi yerə tullamışdır. Bundan sonra Qafqazla Günay öz evlərinə getmişlər, bir neçə dəqiqə Qafqazgil qayıtmış, və yenidən eyni mübahisə başlamış, mübahisə zəminində o, Sevda, və qızı Təranə Qafqazla bir-birlərini yenidən təhqir etməyə başlamış, Təqsirləndirilən şəxs hasarı sökməyəcəyini bildirmiş, Qafqaz çox əsəbi olmuş, daha sonra Təqsirləndirilən şəxs həmin mübahisə zamanı Şahid3 tulladığı metal materialdan olan lingi yerdən əlinə götürərək Zərərçəkmiş şəxs sol qol nahiyəsindən vuraraq ona xəsarət yetirmişdir. Qafqaz Sevdanı dəmir linglə bir dəfə vurmuşdur. Daha sonra onlar aralaşaraq hərə öz yaşadığı ünvana getmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid3 Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verərək həmin xüsusatları özünə aid hissədə bir daha təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, o, Şəmkir rayonu, Aşağı Seyfəli kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əmək fəaliyyəti ilə məşğul olur. Ailəlidir 3 uşağı var. Təqsirləndirilən şəxs onun əri, Şahid4 qonşusudur. Zərərçəkmiş şəxs, Şahid1 və Şahid3 da hər üçü onun qonşularıdır. Onlarla əvvəllər münasibətləri yaxşı olmuş, lakin sonradan münasibətləri pisləşmişdir. Belə ki, 2024-cü ilin təxminən avqust ayında əri Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilini yaşadıqları evdən küçəyə doğru geriyə idarə edən zaman Şahid3 özünü onun avtomobilin altına atmış, sonra isə qızını da avtomobil vurmasını deyib Qafqazdan şikayət etmişdir. 17 oktyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs və Şahid4 hər ikisi birlikdə Şəmkir rayon Məhkəməsinə getmişlər. Həmin tarixdə, saat 14:30 radələrində o da yaşadıqları evin həyətində yuyulmuş paltarları qurması üçün ipə sərən vaxt Şahid3 onların ünvanına pis ifadələr işlətməsini və əlindəki metal linglə onlara məxsus mişar daşlarla inşa edilmiş hasarı uçurmasını görmüşdür. Həmin hasarı əri Qafqaz inşa etmişdir, belə ki, Təranə, Şövkət və Sevda onların həyətlərindən bir birinin evinə keçib gedirlər. Buna isə Qafqaz və o icazə vermək istəmədiklərindən öz həyətlərində həmin yolu bağlamaq üçün hasar tikmişlər. Həmin gün o, da Təranənin hasarı sökmək istədiyini görüb ona yaxınlaşaraq onlara məxsus hasarı uçurmasına öz narazılığını bildirən zaman Şahid3 və onun anası Şahid1 və qonşuları Sevda ilə aralarında mübahisələri baş vermişdir. Şövkətin əlində kvalt olmuşdur. Həmin mübahisə zamanı Zərərçəkmiş şəxs özünə məxsus mobil telefon vasitəsi ilə onları vidoçəkiliş edərək aralarında baş vermiş mübahisəni görüntüyə almış və onu təhqir etmişdir. Mübahisə zamanı Şahid1 hadisə yerində olan qızı X2 pis ifadələr ilə təhqir edən zaman o, əsəbi halda əli ilə Şahid1 sinə nahiyəsindən vurmuşdur. Daha sonra Şahid3 onu pis ifadələr ilə təhqir edən zaman o, əli ilə Şahid3 sinə nahiyəsindən vurmuşdur. Həmçinin həmin vaxt o, Şahid3 və Şahid1 onlara məxsus hasarı uçurtmalarına imkan vermədikdə onlarla aralarında baş vermiş mübahisə zamanı Şahid3 əlindəki metal materialdan olan linglə onun sifət nahiyəsindən vurmuşdur. Sevda da, həmin hasarın tikilməsindən narazı olmuş, asarın sökülməsini istəmiş, bu səbəbdən də həmin gün Təranə Şövkət və Sevda oraya gəlib onunla münaqişə yaratmışlar. Belə ki, onlar asarın sökülməsini tələb etmişlər, Qafqaz bunu etmədikdə, onlar özləri asarı sökmək qərarına gəlmişlər. Həmin mübahisə zamanı Şahid1 əlləri ilə onu vuraraq su arxına yıxmışdır. O, yanında olan qızı X8 çağrmasını demişdir. Daha sonra yaşadıqları evin qarşısına getmişlər. Həmin tarixdə, saat 15 radələrində əri Təqsirləndirilən şəxs və Şahid4 yaşadıqları evin qarşısına gəlmişlər və onun sifət nahiyəsindən xəsarət almağını görmüşlər. Həmçinin əri Təqsirləndirilən şəxs və Şahid4 Şahid1, Zərərçəkmiş şəxs və Şahid3 orada olmalarını görmüşlər. Həmin vaxt Şahid3 əlindəki metal materialdan olan linglə əri Təqsirləndirilən şəxs üstünə tərəf gedərək, onun baş nahiyəsindən vurmaq istəmişdir. Lakin əri Təqsirləndirilən şəxs geri çəkildiyi üçün Şahid3 əlindəki metal materialdan olan linglə onun baş nahiyəsindən vura bilməmiş, lakin həmin vaxt Şahid3 metal materialdan olan linglə əri Təqsirləndirilən şəxs sol əlindən vuraraq ona xəsarət yetirmişdir. Həmçinin əri Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün Şahid3 əlindəki metal materialdan olan lingi əli ilə tutmuşdur. Həmin vaxt Şahid3, Şahid1 və Zərərçəkmiş şəxs hər üçü Təqsirləndirilən şəxs tutduğu həmin metal materialdan olan lingdən tutmuşlar. Təqsirləndirilən şəxs da həmin metal materialdan olan lingi onlardan almaq üçün sağa və sola fırladaraq almışdır. Lakin həmin vaxt Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sol dirsək nahiyəsindən vurmamışdır, o, Zərərçəkmiş şəxs sol dirsək nahiyəsindən hansı şəraitdə xəsarət almasını görməmişdir. Daha sonra həmin metal materialdan olan ling Təqsirləndirilən şəxs əlində olan zaman Şahid4 onu linglə birlikdə özünə məxsus “VAZ 2106” markalı avtomobilinə aparmışdır, həmin mübahisə zamanı Zərərçəkmiş şəxs oğlu X11 əlindəki taxta parçası ilə Təqsirləndirilən şəxs arxadan vurmaq istəyərkən, onun anası Zərərçəkmiş şəxs özünü oğlu İlkin Əzizovun qabağına vermiş, həmin zaman taxta parçası anası Zərərçəkmiş şəxs qolundan dəymişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 oğlu ifadəsində bildirmişdir ki, o, Şəmkir rayonu, Aşağı Seyfəli kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əmək fəaliyyəti ilə məşğul olur. Subaydır. Təqsirləndirilən şəxs, Şahid2, Zərərçəkmiş şəxs, Şahid1 və Şahid3 onun qonşularıdır. Şahid1, Şahid3 Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və Günay Cahagiri ilə əvvəllər münasibəti yaxşı olmuş, lakin sonradan Şahid1, Şahid3 və Zərərçəkmiş şəxs ilə münasibətləri pisləşmişdir. Belə ki, 2024-cü ilin təxminən avqust ayında Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ 2106” markalı, 10**237 dövlət qeydiyyat nişanlı avtomobili ilə yaşadığı evdən küçəyə doğru geriyə idarə edən zaman Şahid3 özünü onun idarə etdiyi avtomobilinə çırpmışdır. Daha sonra Şahid3 Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ 2106” markalı avtomobili ilə onun az yaşlı övladı Mələk Lətifovanı vurmağını iddia etmişdir. Təqsirləndirilən şəxs da Şahid3 “əgər Mələk Lətifovanı avtomobillə vurmuşamsa onu xəstəxanaya aparım” ifadəssini işlətmişdir. Lakin həmin vaxt Şahid3 Təqsirləndirilən şəxs ilə razılaşmayaraq Şəmkir rayon Polis şöbəsinə gedərək, baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat verəcəyini demişdir. Həmin vaxt Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək, qonşuları Şahid3 özünü onun idarə etdiyi “VAZ 2106” markalı, 10**237 dövlət qeydiyyat nişanlı avtomobilinə çırpmasını bildirmişdir. Daha sonra həmin yol-nəqliyyat hadisəsi ilə bağlı Şəmkir rayon Polis şöbəsində araşdırma aparılaraq həmin işə baxılması üçün Şəmkir rayon Məhkəməsinə göndərilmişdir. 17 oktyabr 2024-cü il tarixdə o, Təqsirləndirilən şəxs ilə hər ikisi Şəmkir rayon Məhkəməsinə getmişlər. Şəmkir rayon Məhkəməsində Təqsirləndirilən şəxs Şahid3 az yaşlı övladı Mələk Lətifovanı idarə etdiyi “VAZ 2106” markalı, 10**237 dövlət qeydiyyat nişanlı avtomobili ilə vurmağında təqsirli olmağı bildirilərək, Təqsirləndirilən şəxs barəsində sürücülük hüququndan 9 ay müddətinə məhrum olunmağı barədə qərar qəbul edilmişdir. Həmin tarixdə, saat 15 radələrində o, Təqsirləndirilən şəxs ilə Şəmkir şəhər ərazisində olan zaman Təqsirləndirilən şəxs qızı X5 ona mobil telefon vasitəsi ilə zəng edərək, anası Şahid2 ilə qonşuları Şahid1 və Şahid3 aralarında davadalaş hadisəsinin olması barədə məlumat vermişdir. Həmin tarixdə, saat 15:00 radələrində o, Təqsirləndirilən şəxs ilə birlikdə onun yaşadığı evin qarşısına getmişlər. Orada o, Təqsirləndirilən şəxs ilə Şahid2 sifət nahiyəsindən xəsarət almağını görmüşlər. Həmçinin o, Təqsirləndirilən şəxs ilə Şahid1, Zərərçəkmiş şəxs və Şahid3 orada olmalarını görmüşlər. Həmin vaxt Şahid3 əlindəki metal materialdan olan linglə Təqsirləndirilən şəxs üstünə tərəf gedərək, onun baş nahiyəsindən vurmaq istəmişdir. Lakin Təqsirləndirilən şəxs geri çəkildiyi üçün Şahid3 əlindəki metal materialdan olan linglə Təqsirləndirilən şəxs baş nahiyəsindən vura bilməmiş, ancaq həmin vaxt Şahid3 metal materialdan olan linglə Təqsirləndirilən şəxs sol əlindən vuraraq ona xəsarət yetirmişdir. Həmçinin Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün Şahid3 əlindəki metal materialdan olan lingi əli ilə tutmuşdur. Həmin vaxt Şahid3, Şahid1 və Zərərçəkmiş şəxs hər üçü Təqsirləndirilən şəxs tutduğu həmin metal materialdan olan lingdən tutmuşlar. Təqsirləndirilən şəxs da həmin metal materialdan olan lingi onlardan almaq üçün sağa və sola fırladaraq almışdır. Metal materialdan olan ling Təqsirləndirilən şəxs əlində olan zaman o, Təqsirləndirilən şəxs linglə birlikdə onun özünə məxsus “VAZ 2106” markalı, 10**237 dövlət qeydiyyat nişanlı avtomobilinə aparmışdır. Daha sonra həmin metal materialdan olan lingi Təqsirləndirilən şəxs özü ilə Şəmkir rayon Polis şöbəsinə gətirərək təhvil vermişdir. Şahid4 verilən sualların mahiyyəti üzrə bildirmişdir ki, Zərərçəkmiş şəxs, Şahid2 və Təqsirləndirilən şəxs aralarında baş vermiş dava-dalaş zamanı o, Zərərçəkmiş şəxs vurmamasını və ona heç bir xəsarət yetirməməsini, Zərərçəkmiş şəxs ona Təqsirləndirilən şəxs Şəmkir rayon Polis şöbəsinə aparmasına əsəbləşərək onun sağ qılça nahiyəsindən təpik zərbəsi ilə vurmağı barədə şər-böhtan xaraktareli məlumat verməsini bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli ********* nömrəli qərardan görünür ki, fakta görə Azərbaycan Azərbaycan Respublikası CM-nin 127.1 və 128-ci maddələri ilə başlanılmışdır. 23 dekabr 2024-cü il tarixli “Cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 127.1 və 128-ci maddələri ilə başlanmış cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli həmin Məcəllənin 127.2.2 və 128-ci maddələrinə tövsif edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi ekspertiza və X7” Publik Hüquqi şəxsin 19 oktyabr 2024-cü il tarixli 1038 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər-sol dirsək oynağının arxa səthinin əzilmiş yarası, sol dirsək sümüyünün dirsək çıxıntısının açıq oynaqdaxili çoxqəlpəli yerini dəyişmiş sınığı, döş qəfəsinin arxa səthinin sol yarısının sıyrığı və sol yan səthinin qançırı küt əşyanın təsirindən törənmişdir, törənmə müddəti 17 oktyabr 2024cü il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə sol dirsək oynağının arxa səthinin əzilmiş yarası ilə müşayət olunan, sol dirsək sümüyünün dirsək çıxıntısının açıq oynaqdaxili çoxqəlpəli yerini dəyişmiş sınığı sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir, döş qəfəsinin arxa səthinin sol yarısının sıyrığı və sol yan səthinin qançırı isə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün ağırlıq dərəcələri təyin edilmir. DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Şəmkir Rayon Poliklinikasının xx.xx.2024–cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Şəmkir Rayon Poliklinikasında psixiatrik və narkoloji kabinetdə qeydiyyatda dayanmır. Şəmkir RİHB Aşağı Seyfəli kənd İƏD üzrə nümayəndəliyin xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarkterizə olunur. Şəmkir RİHB-nın Aşağı Seyfəli kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2008-ci il təvəllüdlü X4, xx.xx.2010-cu il təvəllüdlü X5 adlı iki nəfər yetkinlik yaşına çatmayan və xx.xx.2017-ci il təvəllüdlü X12 adlı bir nəfər azyaşlı uşağı var. xx.xx.2024-cü il tarixli “Axtarışda olmuş şəxsin tutulması haqqında” haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü ildə saat 11:50 radələrində Şəmkir rayonu ərazisində saxlanılaraq Şəmkir RPŞ-nə gətirilmişdir. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxsb barəsində 01 ay 23 gün müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsə alınmanın əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. 18 yanvar 2025-ci tarixli “Əməlin tövsif edilməsi və sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs əlavə olaraq Azərbaycan Respublikası CM-nin 134, 221.2.1, 221.3 və 228.4-cü maddələri ilə ittiham elan edilməsi Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmiş, Zərərçəkmiş şəxs, Şahid1, Şahid3, Şahid2 və Şahid4 əməllərində Azərbaycan Respublikası CM-nin 221.2.1 və 221.3-cü maddələrində nəzərdə tutulmuş cinayətin tərkibi olmadığından barələrində həmin fakt üzrə cinayət təqibinin başlanması redd edilmiş, Şahid2 barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə cinayət işi ayrıca icraata ayrılmış və icraata qəbul edilmiş, Azərbaycan Respublikası CM-nin 127.2.2 və 128-ci maddələri ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə əməl həmin Məcəllənin 127.2.2-ci maddəsinə tövsif edilmiş, Şahid1 Şahid2 döyməklə Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyindən və onun əməlində cinayət tərkibi olmadığından barəsində cinayət təqibinin başlanması rədd edilmiş və barəsində İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati qaydada tədbir görülməsi üçün qərqrın surəti Şəmkir Rayon Polis Şöbəsinin İTBnə göndərilmiş, Şahid2 Şahid3 döyməklə Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyindən və onun əməlində cinayət tərkibi olmadığından barəsində cinayət təqibinin başlanması rədd edilmiş və barəsində İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati qaydada tədbir görülməsi üçün qərqrın surəti Şəmkir Rayon Polis Şöbəsinin İTBnə göndərilmiş, Şahid3 Təqsirləndirilən şəxs döyməklə Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyindən və onun əməlində cinayət tərkibi olmadığından barəsində cinayət təqibinin başlanması rədd edilmiş və barəsində İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati qaydada tədbir görülməsi üçün qərqrın surəti Şəmkir Rayon Polis Şöbəsinin İTBnə göndərilmiş, Təqsirləndirilən şəxs Şahid3 döyməklə Azərbaycan Respublikası İXMnin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyindən və onun əməlində cinayət tərkibi olmadığından barəsində cinayət təqibinin başlanması rədd edilmiş və barəsində İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Şəmkir Rayon Polis Şöbəsinin İTBnə göndərilmişdir. Daxili İşlər Nazirliyi X1 Xidməti tərəfindən 28 avqust 2025-ci il tarixdə verilmiş məktubdan görünür ki, arxivlərin saxlanma müddəti bitdiyindən 2024-cü ildə 102 Xidmətinə daxil olan məlumatların araşdırılması mümkün deyildir. İş materiallarına əlavə edilmiş disk baxış zamanı müəyyən edilmişdir ki, Şahid3 və Şahid1 əllərində ling və kvaltla hasarı uçurmağa çalışırlar, Gunay Cahangiri isə onlara mane olmağa çalışır, bu zəmində aralarında sözlü mübahisə yaşanır və tərəflər bir birlərinə qarşı təhqiredici ifadələr işlədirlər. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibinin olması mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və iş materiallarında olan və məhkəmə istintaqı zamanı səsləndirdiyi ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilsə də, ibtidai istintaq orqanı tərəfindən işin faktiki halları düzgün müəyyən edilməyərək, təqsirləndirilən şəxsin ittiham olunduğu cinayəti xüsusi amansızlıqla törətməsinə dair istintaq orqanının gəldiyi nəticə işin faktiki hallarına və ümumiyyətlə iş materiallarına uyğun olmamaqla, Təqsirləndirilən şəxs CM-in 127.2.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə əməlin cinayət qanunu ilə tövsifində səhvə yol vermişdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olun bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. “Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər (Konstitusiya Məhkəməsinin Plenumu «Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarı). Başqa bir Qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, hüquq normalarının dəqiqliyi, aydınlığı, birmənalılığının ümumhüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir (Konstitusiyanın 25-ci maddəsinin İ hissəsi). Belə ki, bu cür bərabərlik normaların bütün hüquq tətbiq edicilər tərəfindən yalnız vahid anlaşılması və şərhi nəticəsində mümkündür. Əksinə, hüquq normalarının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmə prosesində hədsiz (qeyriməhdud) mülahizələrə və özbaşınalığa gətirib cıxarar. Bununla da bərabərlik, qanunun aliliyi prinsipi pozulmuş olar. Hər bir cinayət, habelə onun törədilməsinə görə cinayət məsuliyyəti qanunda dəqiq müəyyən olunmalıdır. Hər kəs müvafiq normanın məzmunundan çıxış edərək öz hərəkətlərinin (hərəkətsizliyinin) cinayət hüquqi nəticələrini qabaqcadan görmək imkanına malik olmalıdır (Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərar). Yuxarıda qeyd edildiyi kimi düzgün tövsifə nail olmaq üçün işin həqiqi halları müəyyən edilməli, daha sonra bu hallara uyğun cinayət qanununun norması seçilərək tətbiq edilməlidir. İşin həqiqi hallarının müəyyən edilməsinin prosessual qaydaları Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur. CPM-nin 139-cu maddəsində göstərilmişdir ki, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi, cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlara əsasən müəyyən edilir. Məhkəmə Təqsirləndirilən şəxs elan edilmiş Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.2-ci maddəsində nəzərdə tutulmuş ittihamla aşağıdakı səbəblərə görə razılaşmır. Məhkəmə istintaq zamanı dindirilmiş təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin, şahidlərdin ifadələrinə, eyni zamanda təqdim edilmiş videogörüntülərin və işin faktiki hallarına hüquqi qiymət verib hesab edir ki, hadisə şəxsi münasibətlər zəminində baş vermiş, xüsusi amansızlıqla, o cümlədən zərərçəkənə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxs barəsində törədilməmişdir. Belə ki, istintaq zamanı tam sübut olunmuşdur ki, Təqsirləndirilən şəxs 17 oktyabr 2024-cü il tarixdə, saat 15 radələrində yaşadığı Şəmkir rayonu Aşağı Seyfəli kəndində yerləşən fərdi yaşayış evinin qarşısında qonşuları Şahid3 və Zərərçəkmiş şəxs bir birilərinin evinə getmək üçün nəzərdə tutulmuş qısa yolu hasarla bağlaması səbəbindən Zərərçəkmiş şəxs və digərləri ilə yaranmış şəxsi münasibətlər zəminində baş vermiş münaqişə zamanı Şahid3 hasarı uçurmaq üçün özü ilə gətirdiyi və daha sonra yerə tulladığı metal lingi yerdən götürüb Zərərçəkmiş şəxs sol dirsək nahiyəsinə linglə bir dəfə vurub ona sağlamlığına az ağır dərəcəli xəsarət yetirmişdir. Məhkəmə hesab edir ki, məhkəmələr tərəfindən təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə (həmçinin sonuncunun yanında olmaqla hazırkı iş üzrə şahid qismində keçən şahidlərlə) aralarında yaranmış şəxsi münasibətlər zəminində mübahisə ilə bağlı zərərçəkmiş şəxsə qəsdən xəsarət yetirməsi faktı əsaslı şəkildə müəyyən edilsə də, həmin xüsusata düzgün hüquqi qiymət verilməmiş, zərərçəkmiş şəxsin qonşuları Şahid3 ilə və digərləri ilə baş vermiş dava dalaş gedişində orada olub sakitliyə riayət olunmasını xahiş edərkən Təqsirləndirilən şəxs əlindəki linglə qəsdən Zərərçəkmiş şəxs sol dirsək nahiyyəsindən qəzəblə və dəfələrlə zərbələr endirməklə ona xəsarətin yetirilməsi cinayətin xüsusi amansızlıqla törədilməsinə dəlalət edən hal kimi qiymətləndirilmiş və bunun nəticəsi kimi təqsirləndirilən zərərçəkmiş şəxsə qəsdən xəsarət yetirməsi ilə ifadə olunmuş cinayət əməli Cinayət Məcəlləsinin 127.2.2-ci maddəsi ilə tövsif edilmişdir. Yuxarıda şərh edilənlər cinayət işinin həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlar əsasında araşdırılmış işin bütün faktiki halları ilə təsdiq olunsa da, yəni cinayət əməlinin şəxsi münasibətlər zəminində mübahisə zamanı törədilməsinə baxmayaraq, ibtidai istintaq orqanı əsassız olaraq Təqsirləndirilən şəxs qəsdən sağlamlığa az ağır zərər vurma cinayətini xüsusi amansızlıqla törətdiyi qənaətinə gəlmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini xüsusi amansızlıqla törətməməsi qənaətinə gələrək, həmçinin göstərilməlidir ki, məhkəmə istintaqı zamanı kifayət qədər araşdırılmış sübutların cinayət işinin materialları ilə birlikdə tədqiq olunması nəticəsində müəyyən olunmuşdur ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə və ya onun yaxın qohumlarına əzab verdiyini dərk etməklə vurmamışdır, hadisələrin təsadüfi axarı nəticəsində onun sağlamlığına az ağır xəsarət yetirmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.2-ci maddəsinə baxdıqda, aydın olur ki, sözügedən əlamətlə cinayətin törədilməsi barədə şəxsə qarşı ittihamın irəli sürülməsi üçün onun qəsdinin zərərçəkmiş şəxsə və yaxud hadisəni görən onun yaxınlarına məhz xüsusi əzab və iztirab verməyə yönəlməsi, yəni onun birbaşa qəsdlə hərəkət edib onlara xüsusi əzab və iztirab verməyi arzu etməsi tələb olunmur. Yəni qəsdin forması barədə düzünə göstəriş olmadığından təqsirkar istər birbaşa, istərsə də dolayı qəsdlə hərəkət edə bilər. Bu səbəbdən təqsirkarın öz hərəkətlərinin həmin şəxslərə xüsusi əzab, iztirab verməsi kimi əlamətlərlə müşayiət olunduğunu dərk edib buna şüurlu surətdə yol verməsi, yəni həmin əlamətlərə münasibətdə dolayı qəsdin mövcudluğu kifayətdir ki, onun əməli xüsusi amansızlıqla törədilən qəsdən adam öldürmə kimi tövsif edilsin (təbii ki, cinayət tərkibinin digər əlamətləri də müəyyən edildiyi təqdirdə). Bu yanaşma Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli 3 saylı qərarında əksini tapmış hüquqi mövqeyə də uyğundur. Belə ki, həmin Plenum qərarının 8-ci bəndində qeyd olunur ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrum etmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. Plenum qərarının həmin müddəalarına və Cinayət Məcəlləsinin 127.2.2-ci maddəsinin mənasına görə qəsdən sağlamlığa az ağır zərər vurma cinayətinin zərərçəkmiş şəxsin yaxın adamlarının yanında törədilməsi özü-özlüyündə cinayətin xüsusi amansızlıqla törədilməsinə dəlalət etmir. Vacibdir ki, təqsirkar şəxslərin qohumluq münasibətindən məlumatlı olsun, eyni zamanda onun niyyəti seçdiyi üsulla zərərçəkmiş şəxsin (həmçinin özünə) yaxınlarına xüsusi iztirab yetirməklə öldürmək olsun (xüsusi iztirab yetirməyi arzu etsin) və yaxud bunu arzu etməsə də, seçdiyi üsulun zərərçəkmiş şəxsin (həmçinin özünə) yaxınlarına xüsusi iztirab yetirdiyini dərk etsin və şüurlu surətdə buna yol versin, yəni xüsusi amansızlığı səciyyələndirən bu kimi hallara (zərərçəkmişin, onun yaxınlarının xüsusi əzab çəkməsinə) münasibətdə onun birbaşa və ya dolayı qəsdlə hərəkət etməsi müəyyən olunsun. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Zərərçəkmiş şəxs münaqişə zamanı hadisə yerində olması səbəbini müstəntiq düzgün müəyyən etməmişdir. Məhkəmə iclasında tədqiq edilmiş ifadələr və digər sübutlarla müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs hadisə yerində olması tərəfləri sakitləşdirmək məqsədi güdməmiş, onun özü də Təqsirləndirilən şəxs və Şahid2 ilə münaqişəli vəziyyət yaşamış, konfliktin bir tərəfi olaraq çıxış etmiş, belə ki, Təqsirləndirilən şəxs hasar tikərək onun Şahid3 ilə bir-birlərinə gedişgəliş yolunu bağlaması səbəbindən Təqsirləndirilən şəxsla və onun ailə üzvləri ilə aralarında müübahisə olmuş və hadisə günü onlar arasında yaşanan münaqişə göstərilən səbəbdən baş vermişdir. Bundan əlavə istintaq orqanı ittihamın əsası kimi, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsi qəzəblə və dəfələrlə əlində olan linglə zərbə yetirməsini qeyd etmişdir. Məhkəmə bununla bağlı, ilk növbədə qeyd edir ki, hər hansı bir şəxsə qəzəblə xəsarət yetirilməsini ona qarşı xüsusi amansızlıq nümayiş etdirilməsi və ya ağır iztirab verilməsi kimi qiymətləndirilməsi özü özlüyündə doğru mülahizə deyil. Həmçinin məhkəmə qeyd edir ki, zərərçəkmiş şəxs və şahidlər məhkəmə iclasında göstərmişlər ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxsi linglə cəmi bir dəfə vurmuşdur və xəsarət yetirdiyi lingi isə təsadüfən münaqişə zamanı yerdən tapmışdır. Yəni təqsirləndirilən şəxs həmin lingi xüsusi olaraq zərərçəkmiş şəxsə əzab və iztirab vermək məqsədilə əldə etməmiş və yaxud seçməmiş, əksinə həmin lingi münaqişənin digər tərəfi olan Şahid3 özü ilə hadisə yerinə gətirmiş və daha sonra etinasızlıq göstərərək həmin lingi yerə tullamışdır. Təqsirləndirilən şəxs isə mübahisə əsnasında hadisələrin təsadüfi axarı nəticəsində yerdə gördüyü lingi əlinə alıb zərərçəkmişə onunla xəsarət yetirmişdir. Məhkəmə istintaqı zamanı kifayət qədər araşdırılmış sübutların cinayət işinin materialları ilə birlikdə tədqiq olunması nəticəsində Təqsirləndirilən şəxs cinayət törədərkən onun əməlində xüsusi amansızlıq göstərdiyini təsdiq edən hər hansı hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs qarşı cinayət törədərkən təqsirləndirilənin qəsdinin məhz xüsusi amansızlıqla törətməyə yönəldilməsi müəyyən edilməmişdir. Həmçinin Təqsirləndirilən şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs qarşı cinayət törədərkən yuxarıda göstərildiyi kimi zərərçəkmişə xüsusi ağrılar yetirilməsi halları, həmçinin onun linglə dəfələrlə zərərçəkmiş şəxsə xəsarət yetirməsi də müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5-ci maddəsi ilə müəyyən edilmişdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Məhkəmə belə nəticəyə gəlir ki, məhkəmə istintaqı zamanı müəyyən edilən və yuxarıda təsvir olunan hallarla Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.2-ci maddəsinin dispozisiyasında nəzərdə tutulan tövsifedici əlamətlərin mövcud olmamasına baxmayaraq, ibtidai araşdırma orqanı işin faktiki hallarına düzgün hüquqi qiymət vermədən təqsirləndirilən şəxsin əməlini əsassız olaraq Azərbaycan Respublikası CM-nin 127.2.2-ci maddəsi ilə tövsif etmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Yəni, törədilmiş əməlin bütün əlamətləri Cinayət Məcəlləsinin istinad edilən maddəsinin dispozisiya şərtlərinə tam uyğun olduqda əməl həmin maddə ilə tövsif olunmalıdır. Belə olan halda, yuxarıda şərh edilənlərə əsaslanaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli heç bir halda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.2-ci maddəsinin dispozisiyasında göstərilən şərtlərə uyğun gəlmir və ona görə də Təqsirləndirilən şəxs əməli xüsusi amansızlıqla qəsdən sağlamlığa az ağır zərər vurma kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası CPM-in 318.1 -ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. Odur ki, məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutub işin obyektiv hallarına və iş üzrə tədqiq edilmiş sübutlara öz daxili inamına görə qiymət verərək belə nəticəyə gəlir ki, baş vermiş hadisə zamanı Təqsirləndirilən şəxs qəsdi zərərçəkmiş şəxsə az ağır xəsarət yetirilməsinə yönəldiyindən onun əməli Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə tövsif edilməlidir. Həmçinin Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsinə dair məhkəmə iclasında verdiyi ifadəsi iş üzrə toplanmış sübutlarla və işin faktiki halları ilə məhkəmə Təqsirləndirilən şəxs həmin ifadəsini işin faktiki hallarına uyğun olmayan və özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət-Prosesual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 127.2.2-ci maddəsindən həmin Məcəllənin 127.1-ci maddəsinə tövsif edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirli bilinməlidir, əməlin cinayət olmasını və onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsas yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, himayəsində azyaşlı uşağının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, iş üzrə onun cəzasını ağırlaşdıran hal olmamasını nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünsüzlüyü qənaətinə gələrək, ona Azərbaycan Respublikası CM-nin 127.1ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Belə ki, şəxsin əməlini boynuna almaması, əməlindən peşman olmaması, məhkəmə iclaslarında zərərçəkmiş şəxsə qarşı nümayiş etdirdiyi xüsusi neqativ münasibəti, zərərçəkmiş şəxslə barışmaması, hətta barışığa cəhd etməməsi onun daha yüngül cəza ilə islah olunmayacağının əyani göstəricisidir. Bu da öz növbəsində təyin olunacaq cəzanın azadlıqdan məhrum etmə cəzası olmasını labüd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti ilə yanaşı yuxarıda sadalanan digər halları da nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Yuxarıdakılara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilməli, o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun cəzaçəkmə müddətinin əvvəli 21 dekabr 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübutlar olan, Şəmkir RPŞ Saxlanc anbarında saxlanılan 01 ədəd metal ling məhv edilməli, cinayət işinin materiallarına əlavə edilmiş 17 oktyabr 2024-cü il tarixdə Şahid1, Şahid3 və Şahid2 aralarıda baş vermiş mübahisə zamanı videoçəklişin yazıldığı 01 ədəd DVD-R disk iş materiallarında saxlanılmalıdır. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs olan Zərərçəkmiş şəxs mülki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülki iddiaçı kimi tanınmasını, Təqsirləndirilən şəxs qanunsuz hərəkətləri nəticəsində sağlamlığının pozulması ilə bağlı çəkdiyi xərclərin əvəzi olaraq 3000 manat, mənəvi ziyana görə isə 3000 manat məbləğində pul və 80 manat dövlət rüsumunun tutulmasını xahiş etmişdir. Məhkəmə verilmiş mülki iddia ilə bağlı aşağıdakıların qeyd olunnasını zəruri hesab edir: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 179.2-ci maddəsinə əsasən mülki-prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki-prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Həmin Məcələnin 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.17-ci maddəsinə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub-olmamasıdır. Məhkəmə cinayət işi üzrə zərərçəkmiş şəxs, həmçinin mülki iddiaçı Zərərçəkmiş şəxs yuxarıda qeyd olunan tələbinə dair mülki iddia ərizəsini iş materialları ilə əlaqəli şəkildə araşdıraraq, belə nəticəyə gəlir ki, mülki iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs və mülki cavabdeh olan Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində zərərçəkmiş şəxs və mülki iddiaçı olan Zərərçəkmiş şəxs sağlamlığına az ağır zərər dəymişdir. Bununla bağlı mülki iddiaçı Zərərçəkmiş şəxs təqdim etdiyi sənədlərə əsasən onun 461 manat sərf etməsi məhkəmə istintaqı zamanı təsdiqini tapmış, təqdim edilmiş sənədlərlə onun çəkdiyi xərcin 3000 manat məbləğində olması isə sübut olunmamışdır. Mülki iddiaçı Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim olunmuş digər qəbzlərdən isə, ödənişlərin kim tərəfindən və hansı xəstə üçün icra olunmasını müəyyən etmək mümkün olmamış, həmçinin iddiaçı iddia ərizəsində əməliyyat üçün, xəstəxana xərcləri və yol-nəqliyyat xərclərinin ümumilikdə 3000 manat təşkil etməsini qeyd etsə də həmin xərcləri təsdiq edən heç bir mötəbər sübut təqdim edə bilməmiş, onun müayinə və müalicəsi üçün 461 manat məbləğində pul xərcləməsi işdə olan sənədlərlə öz təsdiqini tapmışdır. Mənəvi ziyan tələbi ilə bağlı isə mülki iddiaçı məhkəməyə ümumiyyətlə heç bir sübut təqdim edə bilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, mülki iddia tələbi həmin hissədə-yəni 461 manat, həmçinin və 30 manat dövlət rüsumuna aid hissədə təmin olunmalıdır. Məhkəmə sadalanan cinayət-prosessual qanunvericiliyin və mülki hüquq normalarının tələbləri baxımından bir daha qeyd edir ki, məhkəmə istintaqında sübuta yetirilmiş cinayət əməlinin törədilməsində Təqsirləndirilən şəxs təqsirli bilinmiş, onun təqsiri üzündən mülki iddiaçı Zərərçəkmiş şəxs sağlamlığına xəsarət vurulmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 181.1.1 və 181.1.2-ci maddələrinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə və yaxud ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda mülki iddia verməyə haqlıdır. Həmin Məcəllənin 181.2-ci maddəsinə əsasən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə, itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini, itirilmiş əmlakın satın alınmasına, habelə zədələnmiş əmlakın keyfiyyətinin, əmtəə görünüşünün bərpa və təmir edilməsinə sərf olunmuş xərclərin ödənilməsini, itirilmiş gəlirin ödənilməsini, mənəvi ziyanın ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 181.3-cü maddəsinə əsasən maddi ziyan o halda cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulmuş hesab olunur ki, zərər çəkmiş şəxsin müalicəsinə və ona qulluq göstərilməsinə; zərər çəkmiş şəxsin dəfninə, sığorta ödəməsinə, müavinət və pensiya verilməsinə, əmlakın mühafizəsinə dair müqavilənin icrasına çəkilən xərclər şəklində özünü göstərir. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, zərərçəkmiş şəxsə maddi ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulmuşdur. Ona görə də zərərçəkmiş şəxsin sağlamlığının pozulması ilə əlaqədar dəymiş maddi zərərin əvəzi təqsirləndirilən şəxsdən alınıb mülki iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası CPM-nin 354.1 və 354.1.1-ci maddələrinə əsasən məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi əks etdirilir. Beləliklə məhkəmə istintaqında müəyyən edildi ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar Zərərçəkmiş şəxs dəymiş maddi zərərin əvəzi olaraq 461 manat məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumu mülki cavabdeh Təqsirləndirilən şəxs alınaraq mülki iddiaçı Zərərçəkmiş şəxs verilməlidir. İş üzrə məhkəmə xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1–ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 01 (bir) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, onun cəzaçəkmə müddətinin əvvəli 21 dekabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə mülki iddia qismən təmin edilsin. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar maddi zərərə görə 461 (dörd yüz altmış bir) manat məbləğində pul və 30 (otuz) manat dövlət rüsumu mülki cavabdeh Təqsirləndirilən şəxs alınıb mülki iddiaçı Zərərçəkmiş şəxs verilsin. İş üzrə maddi sübutlar olan və Şəmkir RPŞ–də saxlanılan, 01 ədəd metal ling məhv edilsin, cinayət işinin materiallarına əlavə edilmiş Şahid1 Heydər qızının, Şahid3 və Şahid2 aralarında baş vermiş mübahisə zamanı videoçəkilişin köçürüldüyü 01 ədəd DVD- R disk iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə mini. Hakim: Nazlı Heydərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar