Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 1(076)-148/2024 30.07.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İsmayılova Sənubər Nəcəf qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin nümayəndəsi: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Müdafiəçi: Müdafiəçi iştirakları ilə xx xxx 1990-cı il tarixdə Şəmkir rayonu, Çinarlı qəsəbəsi anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Şəmkir rayonu, Çinarlı qəsəbəsində qeydiyyatda olmaqla, həmin qəsəbədə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 188.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma cinayət əməlini törətmişdir. Belə ki, o, Şəmkir rayonu. Çinarlı qəsəbəsi ərazisində, Bakı-Qazax avtomobil yolundan 200 metr məsafədə yerləşən, Şəmkir çayının məcrasındakı 1,5 hektar, X6 İnformasiya Sisteminin məlumatlarında qeydə alınmış x=593369: y—4517966 kordinatları olan dövlət mülkiyyətində olan su fondu təyinatlı torpaq sahəsini qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və icarə hüququ olmadan özbaşına tutmuş və həmin torpaq sahəsini məftil torla hasarlayaraq torpaq üzərində mülkiyyət hüququnu pozma cinayət əməlini törətmişdi. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1-ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü ona qarşı irəli sürülmüş ittihamda təqsirli bilərək ifadəsində göstərdi ki, Şəmkir rayonu, Çinarlı qəsəbəsi ərazisində X12 məxsus ferma yerləşir. Həmin fermanın balansında 1 hektar torpaq sahəsi var. Həmin fermanın (tikilisi və ferma üçün istifadə olunan 1 kektar torpaq sahəsi bələdiyyə mülkiyyətinə məxsus torpaq sahəsidir. Həmin ferma X12 məxsus olmasına baxmayaraq çox vaxt atası həmin yatağa gəlmir və bütün işlərin icrasını özü həyata keçirir. X12 məxsus ferma yatağı Şəmkir çayının kənarında yerləşir. Ferma ilə Şəmkir çayı arasında təxminən 15 metr məsafə var. Həmin Şəmkir çayının içərisində qazıntı işləri aparıldığı üçün onların yatağına ziyan dəyməsin deyə qazıntı işlərinin qarşısını almaq məqsədi ilə su fonduna aid rorpaq sahəsinin qazılmış hissəsindən dəmir torla hasara almaq qərarına gəlmişdir. 2023-cü ilin aprel ayında o, özü ilə məftil tor və bir neçə ədəd dirək götürüb dövlət mülkiyytinə aid olan su fonduna aid torpaq sahəsinin 1 hektar hissəsini məftil torla hasarlamışdır. Həmin 1 hektar su fonduna aid olan torpaq sahəsini ona görə hasarlamışdır ki, Şəmkir çayında aparılan qazıntı işlərinin və həmin su fonduna aid olan torpaq sahəsinin kənarında yerləşən meşəyə ziyan vurulmamasının qarşısını almaq olmuşdur. O, su fonduna aid torpaq sahəsinin 1 hektar hissəsini çəpərlədikdən sonra iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin əməkdaşları tərəfindən onun məftil hasarla hasaladığı 1 hektar torpaq sahəsinə baxış keçirərək akt tərtib eldikləri barədə məlumatı olmuş, sonradan İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin əməkdaşları tərəfindən tərtib edilmiş akt Şəmkir Rayon Polis Şöbəsinə göndərilərək cinayət işi başlanması barədə məlumatı olmuşdur. Eyni zamanda, dövlət mülkiyyətinə məxsus, su fonduna aid torpaq sahəsinin 1 hekar ərazisini məftillə hasarlayan zaman həmin torpaq sahəsinin su fonduna aid torpaq sahəsi olduğunu əvvəlcədən bilmişdir. Hazırda onun tərəfindən çəkilmiş məftil tor sökülmüş və zəbt edilmiş 1 hektar torpaq sahəsini Şəmkir rayon İcra Hakimiyyətinin mülkiyyətinə geri qaytarılmışdır. Hazırda əməlindən peşmandır və məhkəmədən ifadəsində göstərilənlərin nəzərə alınmasını xahiş edir. Məhkəmə baxışı iclasında zərərçəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs izahatında göstərdi ki, Şəmkir rayonu, Qədimqala kənd sakini Zirəddin Mövlayevin dövlət mülkiyyətinə aid olan 0,5 haktar torpaq sahəsinin və Şəmkir rayonu, Çinarlı qəsəbə sakini Təqsirləndirilən şəxs isə 1,5 haktar torpaq sahəsinin qanunsuz olaraq zəbt edilərək məftil torla hasarlanması barədə məlumatı olmuşdur. O, bununla əlaqədar olaraq Rayon İcra Hakimiyyətinin aidiyyatı əməkdaşları ilə birlikdə Zirəddin Mövlayevə və Təqsirləndirilən şəxs öz qanunsuz əməllərini dayandırmağı tələb etmiş, lakin ona qulaq asmamışlar. O, 01 may 2023-cü il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Qazax ərazi şöbəsini məlumatlandıraraq Şəmkir rayonu, Qədimqala kənd sakini Zirəddin Mövlayev tərəfindən və Təqsirləndirilən şəxs tərəfindən dövlət mülkiyyətində olan su fondu torpaq sahəsinin qanunsuz olaraq zəbt edildiyini bildirərək qanuni tədbir görülməsini xahiş etmişdir. Sonradan almış olduğu məlumata görə 01 may 2023-cü il tarixdə onun tərəfindən göstərilən qeyd etdiyi şəxs tərəfindən zəbt edilən ərazilərə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Qazax ərazisi şöbəsinin əmkdaşları Şahid1, Şahid3 və Şahid2 tərəfindən baxış keçirilərək akt tərtib edilmişdir. X1 X7 sisteminin məlumatlarına əsasən Şəmkir rayonu, Çinarlı qəsəbəsi ərazisində yerləşən dövlət mülkiyyətinə məxsus su fondu torpaq sahələrinin X2 tərəfindən 0.5 haktar torpaq sahəsi kordinatları (x=593369; y=4517966), Şəmkir rayonu, Çinarlı qəsəbə sakini Təqsirləndirilən şəxs tərəfindən 1,5 haktarlıq torpaq sahəsi kordinatları (x=593408;y=4518050) hasarlanmışdır. Həmin ölçülərdə qanunsuz olaraq zəbt edilmiş torpaq sahələri Şəmkir rayon İcra Hakimiyyətinin mülkiyyətindədir. Hazırda Təqsirləndirilən şəxs tərəfindən zəbt olunmuş torpaq sahəsi şəxsin özü tərəfindən zəbtdən azad edilmiş, məftil çəpərlər sökülmüş və torpaq sahəsi Şəmkir Rayon İcra Hakimiyyətinin istifadəsinə qaytarılmışdır. Hazırda təqsirləndirilən şəxsdən heç bir şikayəti və tələbi yoxdur, məhkəmədən onun cinayət məsuliyyətindən azad edilməsini xahiş edir. Məhkəmə baxışı iclasıda şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Qazax Ərazi X4 edilməsi və istifadəsinə nəzarət sektorunun məsləhətçi-müfəttiş vəzifəsində işləyir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Qazax Ərazi Şöbəsinin Dövlət əmlakın idarə edilməsi və özəlləşdirilməsi sektorunun baş məsləhətçisi X8 və şöbənin məsləhətçisi Şahid3 iştirakı ilə 01 may 2023-cü il tarixdə Şəmkir rayonu ərazisində Azərbaycan Respubliksı Prezidentinin 2000-ci il 28 noyabr tarixli 421 nömrəli fərmanı ilə təsdiq edilmiş “Torpaqlardan istifadəyə və onların mühafizəsinə Dövlət nəzarəti haqqında” əsasnamənin və 12 may 2020-ci ıl tarixli 1017 saylı fərmanı ilə təsdiq edilmiş” Azərbaycan Resulikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məslələri Dövlət Ximdəti haqqında əsasnamənin tələlərinə uyğun olaraq həmin ərazidə monitorinq keçirən zaman Bakı-Qazax-Gürcüstan magistral yolunun Qazax şəhəri istiqamətində yolun sol tərəfindən 200 metr məsafə aralıda Şəmkir çayının məcrasında 2.0 hektar torpaq sahəsinin məftil torla hasarlanmış olması faktı aşkar olundu. Monitorinq zamanı aşkar olunmuş məftil torla hasarlanma işlərinin Şəmkir rayonu, Qədimqala kənd sakini X3 tərəfindən 0,5 hektar torpaq sahəsi hasarlandığı və Şəmkir rayonu, Çinarlı qəsəbə sakini Təqsirləndirilən şəxs tərəfindən isə 1,5 hekar torpaq sahəsinin hasarlanması faktı aşkar edildi. Məftil torla hasarlanmış torpaq sahəlirindən götürülmüş döngə nöqtələrinin kordinatlarına “X11 İnformasiya Sistemi”nin məlumatlarında baxılmış və məlum olmuşdur ki, həmin torpaq sahələri dövlət mülkiyyətində olan su fondu təyinatlı torpaq sahələri olması müəyyən edilmiş və yuxarıda adları qeyd edilən Şəmkir rayon sakinlərinin torpaq sahəsi üzərində heç bir istifadə, icarə və mülkiyyət hüququ olmadan bu işlər aparılmışdır. Məhkəmə baxışı iclası zamanı şahid qismində dindirilmiş Əmlak Məsələləri Dövlət Xidmətinin Qazax ərazi şöbəsinin əməkdaşları Şahid2 və Şahid3 da Şahid1 ilə eyni məzmunlu ifadə verərək, onun göstərdiyi halları təsdiq etdi. Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Baxış keçirilməsi barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq zəbt edərək metal torla çəpərlədiyi torpaq sahəsinə baxış keçirilməklə protokol tərtib edilmiş və foto şəkillər çəkilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs tərəfindən zəbt olunan torpaq sahəsinin dövlət mülkiyyətinə aid torpaq sahəsi olması müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan 18 may 2023-cü il tarixli Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş məktubdan görünür ki, mübahisələndirilən torpaq sahəsi su fonduna aid torpaq sahəsinin 1.5 ha Təqsirləndirilən şəxs tərəfindən metal torla çəpərlənməsi faktı müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan Şəmkir RİHB-nin Çinarlı qəsəbə İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Cinayət işinin materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2016-cı ildə anadan olmuş Hümray və xx.xx.2023-cü ildə anadan olmuş Nəriman adlı iki nəfər azyaşlı uşağı var. Cinayət işinin materiallarında olan Şəmkir rayon İcra Hakimiyyətinin xx.xx.2024–cü il tarixli məktubundan görünür ki, Şəmkir rayon İcra Hakimiyyətinin mülkiyyətinə aid olan və Təqsirləndirilən şəxs tərəfindən zəbt edilmiş torpaq sahəsi şəxsin özü tərəfindən zəbtdən azad edilmiş, məftil çəpərlər sökülmüş və torpaq şahəsi Şəmkir rayon İcra Hakimiyyətinin istifadəsinə qaytarılmışdır. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetirilmişdir ki, Təqsirləndirilən şəxs Şəmkir rayonu. Çinarlı qəsəbəsi ərazisində, Bakı-Qazax avtomobil yolundan 200 metr məsafədə yerləşən, Şəmkir çayının məcrasındakı 1,5 hektar, X6 İnformasiya Sisteminin məlumatlarında qeydə alınmış x=593369: y—4517966 kordinatları olan dövlət mülkiyyətində olan su fondu təyinatlı torpaq sahəsini qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və icarə hüququ olmadan özbaşına tutmuş və həmin torpaq sahəsini məftil torla hasarlayaraq mülkiyyət hüququnu pozmuşdur. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası CM-nin 74-cü maddəsinə əsasən, şəraitin dəyişməsi nəticəsində törədilmiş əməlin və ya bu əməli törətmiş şəxsin ictimai təhlükəli olmadığı müəyyən edildikdə, böyük ictimai təhlükə törətməyən cinayət və ya az ağır cinayət törətmiş şəxs cinayət məsuliyyətindən azad edilə bilər. Azərbaycan Respublikası CPM-nin 39.1.11-ci maddəsinə əsasən, cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası CPM-nin 43.1.2-ci maddəsinə əsasən, bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikası CPM-nin 43.1.2-ci maddəsində qeyd olunan əsaslarla cinayət məsuliyyətindən azad etmək səlahiyyəti məhkəmə baxışının gedişində məhkəməyə verilmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və icarə hüququ olmadan torpaq sahəsini məftil torla hasarlayaraq torpaq üzərində mülkiyyət hüququnu pozma cinayət əməlini törətsə də, hazırda qeyd olunan məftil torla olan hasarı sökərək, həmin torpaq sahəsini Şəmkir Rayon İcra Hakimiyyətinin mülkiyyətinə geri qaytarmışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şəraitin dəyişməsi nəticəsində törədilmiş əməlin və bu əməli törətmiş şəxsin ictimai təhlükəli olmadığı müəyyən edilməsi ilə cinayət məsuliyyətindən azad edilməlidir. Belə ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 74-cü maddəsinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 40 və 305.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 sentyabr 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, cinayət hüquq nəzəriyyəsində şəraitin dəyişməsi dedikdə, cinayət törədilən ana qədər mövcud olan vəziyyətlə müqayisədə şəxsin həyatında şəraitin ciddi surətdə dəyişməsi başa düşülür. Belə hallarda şəraitin dəyişməsi şəxsin həyatı ilə bağlı olur. Bu, cinayət törədən şəxsin yaşayış yerini dəyişməsində, ali məktəbə daxil olmasında, həqiqi hərbi xidmətə getməsində və s. ifadə oluna bilər. Bundan başqa, şəraitin dəyişməsi siyasi, iqtisadi və sosial sahələrdə baş verən dəyişikliklərlə də bağlı ola bilər. Belə dəyişiklik ölkə miqyasında və ya müəyyən regionda, şəhərdə və s. ərazidə baş verə bilər. Şəraitin dəyişməsinin nisbətən geniş miqyasda baş verməsi ictimai münasibətlər sistemində elə dəyişikliyi nəzərdə tutur ki, bunun təsiri ilə cinayət əməli öz maddi əlamətini - ictimai təhlükəliliyini itirir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs ona verilmiş ittiham üzrə nəzərdə tutulmuş cinayət əməlini törədərkən mübahisəli torpaq sahəsinin Şəmkir Rayon İcra Hakimiyyətinin mülkiyyətində olması, hazırda isə həmin torpaq sahəsini Şəmkir Rayon İcra Hakimiyyətinin mülkiyyətinə geri qaytarmasını onun cinayət törədilən ana qədər mövcud olan vəziyyətlə müqayisədə hazırki vəziyyətdə şəraitin ciddi surətdə dəyişməsi kimi qiymətləndirilməlidir. Bu baxımdan məhkəmə qeyd edilənlərin fonunda hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət az ağır cinayətlər kateqoriyasına aid olduğundan və ona münasibətdə hazırki vəziyyətdə şərait dəyişdiyindən o, cinayət məsuliyyətindən azad edilməli və barəsində olan cinayət təqibinə xitam verilməlidir. Odur ki, məhkəmə hazırki iş üzrə Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə həmçinin, hesab edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verildiyindən onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut, məhkəmə xərci və mülki iddia yoxdur. Bundan əlavə, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Müdafiəçinin məhkəməyə təqdim etdiyi hesabatdan görünür ki, Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 21 saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 193.2 və 193.4–cü maddələrinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001–ci il tarixli Qərarına (03 may 2018–ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 193.2, 193.4–cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 126 manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (Hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı; Kod: 8051630; Bankın VÖEN–i:**********; Müxbir hesab: AZ03NABZ**********000002944; S.W.İ.F.T İBAZAZ2X, hesab nömrəsi İBAN AZ03İBAZ********************, Müştəri VÖEN–i: **********) köçürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37.4, 321, 344-347, 356, 358 və 384.1.3-cü maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARAALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 188.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə barəsində cinayət təqibinə xitam verilsin və o, şəraitin dəyişməsi əsası ilə cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 126 manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (Hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı; Kod: 8051630; Bankın VÖEN–:**********; Müxbir hesab: AZ03NABZ**********000002944; S.W.İ.F.T İBAZAZ2X, hesab nömrəsi İBAN AZ03İBAZ********************, Müştəri VÖEN–i: **********) köçürülsün. Qərardan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №1(076)-148/2024
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №1(076)-148/2024
30.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver