Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-149/2025 13.10.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.2002-ci il tarixdə Şəmkir rayonu Könüllü kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Şəmkir rayonu, Könüllü kəndində qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Gəncə 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qanunsuz və əvəzsiz olaraq özgənin əmlakını gizli talama niyyəti ilə oğurluq etmək məqsədilə 13 sentyabr 2024-cü il tarixdə saat 08 radələrində Zərərçəkmiş şəxs məxsus Şəmkir rayonu Seyfəli kəndində yerləşən fermada olan saxlanc yeri hesab edillən tövləyə qanunsuz daxil olaraq orada saxlanılan bir baş 1000 (bir min) manat dəyərində iribuynuzlu heyvanı (dananı) gizli yolla talayaraq, Zərərçəkmiş şəxs 1000 (bir min) manat məbləğində zərər vurub saxlanc yerinə qanunsuz daxil olmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən qanunsuz və əvəzsiz olaraq özgənin əmlakını gizli talama niyyəti ilə oğurluq etmək məqsədilə 19 sentyabr 2024-cü il tarixdə saat 08 radələrində Zərərçəkmiş şəxs məxsus Şəmkir rayonu Seyfəli kəndində yerləşən fermada olan saxlanc yeri hesab edilən tövləyə qanunsuz daxil olaraq orada saxlanılan hər biri 1050 (bir min əlli) manat dəyərində iki baş iribuynuzlu heyvanı (dananı) gizli yolla talayaraq, Zərərçəkmiş şəxs 2100 (iki min yüz) manat məbləğində zərər vurub saxlanc yerinə qanunsuz daxil olmaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, heç bir psixi xəstəlikdən əziyyət çəkmir və bununla əlaqədar müalicə olunmamışdır. Psixi cəhətdən özünü sağlam hesab edir. Şəmkir rayonu, Könüllü kəndində anası X2 və bacısı X3 ilə birlikdə yaşamış, lakin bir müddətdir ki, anasının yanından ayrılmış, müxtəlif yerlərdə günəmuzd olaraq fəhləlik etmiş və işlədiyi yerlərdə kirayədə qalmışdır. Daimi yaşayış yeri yoxdur. Anası ilə atası o balaca olanda boşanmışlar. Zərərçəkmiş şəxs isə uzun illərdir ki, tanıyır. Onunla anası arasında qeyrirəsmi münasibət var. Valəddin onlara çox gəlmişdir, çox vaxt axşamlar gəlib anası Günayı özü ilə Şəmkir rayonu Seyfəli kəndində yerləşən fermaya aparmış, orada gecəni bir qalmış, səhər isə Valəddin anasını evə gətirmişdir. O, da onların münasibətinə narazı olmuş, dəfələrlə bu barədə anasına desə də anası bu səbəbdən onunla dalaşmışdır. Valəddinin Şəmkir rayonu Seyfəli kəndində olan fermasında iribuynuzlu mal-qara saxladığını bilmişdir, çünki dəfələrlə orada olmuşdur, hətta bir müddət onun heyvanlarına o baxmışdır. 08 sentyabr 2024-cü il tarixdə onun maddi imkanı olmadığından Valəddinin fermasından oğurluq etmək qərarına gəlmişdir. O Şəmkir rayonunda yerləşən Səbət Bazarında Xəyal adlı yük avtomobili sürücüsü ilə tanış olmuş, ona satılıq danası olmasını demişdir, Xəyal isə ona “gedib baxarıq” demişdir. 13 sentyabr 2024-ci il tarixdə saat 07 radələrində Səhlab dayının fermasından çıxıb Şəmkir rayonunda yerləşən Səbət Bazarına gəlmiş, orada Xəyala gedib danaya baxmağı təklif etmiş və Xəyala məxsus yaşıl rəngli “Ford” avtomobilinə minib onu Şəmkir rayonu Seyfəli kəndində yerləşən Valəddinin fermasının qarşısına sürdürmüşdür. Qeyd etmişdir ki, bazara gələn zaman o, Valəddinin Vaz 2107 markalı avtomobilinin fermanın qarşısında olmadığını görüb onun artıq fermadan getdiyini bilmişdir. Xəyal avtomobili fermanın qapısının ağzında saxlamışdır və onunla birlikdə tövləyə getmişlər. Tövlədə olan 5 ədəd dananın bir baş erkək cinsli olanı Xəyala göstərmiş və ona dananın qiymətini 400 manata demişdir, Xəyal razılaşmış və ona 400 manat pul vermişdir, dananı onun avtomobilinə mindirmişlər. Bundan sonra o bazara qayıtmış, Xəyal da evinə getmişdir. Aldığı 400 manat pul ilə özüə geyim, yeməklər almış, öz xərcləriə istifadə etmişdir. Xəyal gedən zaman ona o biri danaları da ona satmağını demiş, o da ona xəbər edəcəyini demişdir. Hətta Xəyal o biri danalara da baxmış və götürəcəyi iki baş dananı seçmişdir, o həmin iki baş dişi cinsli dana üçün də hər birinin qiyməti olaraq 350 manat demişdir. Bundan bir neçə gün sonra, 19 sentyabr 2024-cü il tarixdə saat 08 radələrində Xəyal yenidən Səbət bazarına gəlmiş və onlar birləşib yenidən Valəddinin fermasına getmişlər. Yenə Xəyal avtomobili fermanın qarşısında saxlamışdır, onlar birlikdə Valəddinə məxsus fermada olan tövləyə girmiş, orada Valəddin əvvəlcədən seçdiyi iki baş dananı da götürmüş və dananı onun yük avtomobilinə mindirmişlər. Daha sonra Xəyal onu gətirib bazara düşürmüş, elə maşındaca ona iki dana üçün razılaşdığı 700 manat pulu vermişdir. Növbəti gün isə Nazim işləmək üçün Ağsuya getmişdir. 700 manat pul isə gündəlik qalmaq, yemək, geyim və sair xərclərinə xərcləmiş, həmin pul qurtarmışdır. Verilmiş sualların mahiyyəti üzrə bildirmişdir ki, Zərərçəkmiş şəxs uzun illərdir ki, tanımış, ondan xoşu gəlməmişdir. Çünki onun onun anası qeyri-rəsmi münasibəti olmuş, demək olar ki, hər axşam gəlib onun anasını aparmış və onunla gecə fermada qalmışsırr. Onun da bundan xoşu gəlməmişdir. Zərərçəkmiş şəxs məxsus mal-qaranı 13 sentyabr 2024-cü il tarixdə oğurlamaq qərarına gəlmiş və oğurluq etməkdə əsas məqsədi qazanc əldə etmək olmuş, həm də Valəddindən xoşu gəlmədiyi üçün onu cəzalandırmaq istəmişdir. O oğurluq fikrinə düşdükdə düşünmüşdür ki, əvvəlcədən müştəri tapsın, daha sonra gətirib heyvanı satsın. Bu məqsədlə oğurluqdan bir neçə gün əvvəldən tanış olduğu Xəyal adlı şəxsə heyvanlarının olmasını, satmaq istədiyini demiş, Xəyal ilə 13 sentyabr 2024-cü il tarixdə saat 08 radələrində Valəddinə məxsus fermaya gəlmiş, Xəyal özünə məxsus yük avtomobilini fermanın qarşısında saxlamışdır, onunla birlikdə tövlənin qapısında olan qarmağı çıxarmış və tövləyə daxil olmuşlar. O, Xəyala 3 baş satılıq dananı göstərmiş, erkək cinslini 400 manat, digər iki baş dişini isə hər biri 350 manata razılaşmışlar. Lakin Xəyalın maşını yeşiklə yüklü olduğu üçün dananın erkək olanını götürmüşdür. Həmin vaxt inəklərin ipini gətirib dananın başına bağlamış və avtomobilə yükləmişlər. 19 sentyabr 2024-cü il tarixdə yenidən fermaya gəlmiş və eyni üsul ilə iki baş dişi cinsli dananı Xəyalın avtomobilinə yükləmişlər. Həmin vaxt da Xəyal ona 700 manat pul vermişdir. O, Xəyala fermanın özlərinin olmasını demiş və fermaya hər iki dəfə gedən zaman da özünü həqiqətən də fermanın özlərinin olduğu kimi aparmış, adi olaraq qapını açıb tövlədən dananı çıxarmışdır. O əvvəllər həmin fermada Valəddinin fermasında olmuş, onun heyvanlarına qulluq etmiş, ona görə də hər şeyin yerini dəqiqliklə bilmişdir. Həm də Valəddinin səhər tezdən saatlarında fermadan çıxıb evinə getdiyini də bilmişdir. Xəyal isə onun heyvanları oğurladığını bilməmişdir. Adi qaydada onunla alver etdiyini və heyvanlarını aldığını düşünmüşdür. Bildirmişdir ki, Valəddin yalan deyir, ona məxsus heyvanlar balaca arıq danalar olmuşdur. Erkək dana boz rəngli olmuş, diri çəkisi təxminən 70 kiloqram olmuşdur. Dişi danaların isə biri qara, digəri isə boz rəngli olmuş, onların da diri çəkiləri 70 kiloqram olmuşdur. Heyvanların bazar qiyməti elə o satdığı qiymət olmuşdur. Ola bilər ki, heyvanları ümumilikdə 50-100 manat ucuz atsın, lakin Valəddin heyvanların qiymətini çox şişirtmişdir. Oğurluq edən zaman onu heç kim görməmişdir. Hazırda əməlindən peşmandır. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Şəmkir rayonu Aşağı Seyfəli kəndində ailə üzvləri ilə birlikdə yaşayır, evlidir, dörd övladı var, rəsmi iş yeri yoxdur, yaşadığı kənddə yerləşən dostu Ələddinə məxsus fermada özünə məxsus mal-qaranı saxlayaraq dolanır, gecələr heyvanlara nəzarət üçün fermada qalır, gündüzlər isə evinə gəlib-gedir. Fermada işçisi yoxdur, mal-heyvana özü baxıra. Fermasında 8 baş inək, 5 baş dana olmaqla ümumilikdə 15 baş iribuynuzlu heyvanı var. Ferma ilə onun evinin arasında 5,5 kilometr məsafə var. Heyvanları fermada tövlədə saxlayır, təhlükəsizlik üçün tövlənin qarşısına it bağlamışdır. Ferma kənddə açıq ərazidə, yaşayış məntəqəsindən kənarda yerləşir. 12 sentyabr 2024cü il tarixdən 13 sentyabr 2024-cü il tarixə keçən gecə hər zamanki kimi fermada qalmış, 13 sentyabr 2024-cü il tarixdə saat 07 radələrində mal-qaranın yemini verib evinə gəlmişdir. Saat 13 radələrində də yenidən fermaya qayıtmış, heyvanlara günorta yemi və otu vermiş, həmin zaman beş baş danadan birinin olmamasını görmüşdür. Lakin tövlənin qapısını necə qoyub getmişdisə o vəziyyətdə imiş. Qeyd etmişdir ki, danaları tövlədə ayrıca otaqda saxlayır və başlarında ip olmur. Bir baş dananın olmamasını gördükdə pəncərədə açıq olan yerdən dananın çıxa bilməsi ağlına gəlmişdir, lakin bu ehtimal o, qədər də inandırıcı deyildi. Lakin hər ehtimala qarşı o axşamadək gözləməyə qərar vermiş, həm də kənd camaatından açıq dana görüb-görməmələrini soraqlamışdır. O yenidən mal-qaraya diqqətlə baxan zaman inəyinin birinin ipinin olmamasını görmüş və başa düşmüşdür ki, ona məxsus bir baş dana oğurlanmışdır. Elə düşünmüşdür ki, naməlum şəxs və ya şəxslər həmin ipi açaraq dananın boğazına bağlayıb dananı oğurlamışlar. Bu səbəbdən də həmin gün saat 22 radələrində DİN-in 102 xidmətinə zəng edərək oğurluq olması barədə məlumat vermişdir. Şəmkir RPŞ-nin polis əməkdaşları fermaya gəlmiş, onun ərizəsi və izahatı alınmış, eyni zamanda hadisə yerinə baxış keçirilmişdir. Polis əməkdaşları tərəfindən ona oğurlanmış danasının tapılması istiqamətində tədbirlərin keçirilməsi deyilmişdir. O yenə də eyni qaydada gecələr fermada qalmış, güdüzlər isə evinə gəlib getmişdir. Bundan sonra bir müddət keçmiş və 19 sentyabr 2024-cü il tarixdə sahər saat 07 radələrində, hava aydınlaşmamış fermadan çıxıb evinə gəlmiş və həmin gün günorta saatlarında yenidən fermaya gedən zaman yenə də tövlədə qalan dörd baş dananın iki başının olmamasını görmüşdür. Bu barədə də polisə müraciət etmişdir. Yenə də oğurluq eyni üsulla edilmiş, tövlənin qapısı o qoyduğu kimi yenidən bağlanmışdır, yenə də iki baş inəyin ipi orada yox idi. 23 sentyabr 2024-cü il tarixdə polis əməkdaşları onun danalarınının tapılması barədə xəbər verdilər. O özünə məxsus 03 baş dananı Xəyal adlı vətəndaşdan təhvil almışdır. Verilmiş sualların mahiyyəti üzrə bildirmişdir ki, Təqsirləndirilən şəxs bir neçə il əvvəl onun ferması ilə qonşuluqda yerləşən Elvin adlı şəxsə məxsus fermada çoban işləmişdir, sonuncu dəfə isə onu təxminən 6-7 ay əvvəl yaşadığı kənddə görmüşdür. Lakin onunla heç bir ədavət və düşmənçiliyi olmamışdır. Hətta onun anası ilə də qeyri-rəsmi münasibətim var. Bildirmişdir ki, Yunisi əvvəllər tanımamış, onunla heç bir münasibəti olmamışdır. Nazimin anası ilə münasibəti olmasına görə Nazim də əvvəllər onun fermasında bir neçə dəfə olmuşdur. Nazim onun fermasının yerləşməsini, onun nə vaxt fermada olduğunu, nə vaxt olmadığını yaxşı bilir. Ola bilər ki, Xəyal düz deyir, lakin bu barədə o, heç nə deyə bilmədiyini bildirmişdir. Ona məxsus oğurlanmış üç baş iribuynuzlu heyvanın biri erkək, digər ikisi dişi cinsli olmuşdur. Erkək dana boz rəngli, diri çəkisi 140 kiloqram, ətlik çəkisi 70 kiloqram olmuşdur. Bazar dəyəri saxlanc üçün nəzərdə tutulduğundan qiymət də ona uyğun hesablanır. Bazar dəyəri təxminən 1300 manat olmuşdur. Dişi danaların isə biri qara, digər isə boz rəngli olmuşdur. Hər birinin diri çəkisi təxminən 150-160 kiloqram, ətlik çəkiləri isə təxminən 75-80 kiloqram olmuşdur. Hər iki dişi cinsli dananın bazar qiyməti təxminən 1250 manatdır. Üç baş iribuynuzlu heyvanımın oğurlanması ilə ona ümumilikdə 3800 manat ziyan dəymişdir. O fermasında tövlənin qapısını zincirlə bağladığını, qapıya qıfıl vurmadığını, onların zinciri açaraq evə daxil olduqlarını bildirmişdir. Ona dəymiş ziyan tam ödənilib, təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. Məhkəmə baxışı zamanı Şahid elan edilmiş ifadəsində göstərmişdir ki, Şəmkir rayonu Keçili kəndində ailə üzvləri ilə birlikdə yaşayır, evlidir, üç övladı var, rəsmi iş yeri yoxdur, əkinçiliklə və maldarlıqla məşğul olaraq dolanır. Mahiyyət üzrə bildirmişdir ki, təxmini xatırlamasına görə 10-11 sentyabr 2024-cü il tarix aralığında Şəmkir rayonu Səbət Bazarında Nazim adlı şəxslə tanış olmuşdur. Həmin vaxt Nazim bazarda fəhlə işləyirmiş və söhbət əsnasında babasının öldüyünü, üç baş danası olmasını, birinin erkək və ikisinin dişi cinsi olmasını demişdir. O isə Nazimə ona erkək dana lazım olmasını demişdir. 13 sentyabr 2024-cü il tarixdə saat 09 radələrində Şəmkir rayonu Səbət bazarının yanında Nazim ilə görüşmüş və birlikdə Şəmkir rayonu Seyfəli kəndinə getmişlər. Orada Nazimin verdiyi istiqamətlə fermaya getmişlər, Nazim həmin fermanın ona məxsus olmasını demişdir. Birlikdə tövləyə daxil olmuş, Nazim yenə də babasının ölməsini, bunun üçün də heyvana baxa bilmədiyini, bunun üçün də satdığını, beş baş dananın ikisinin isə yeznəsinin olmasını demişdir. Nazim ondan 3 dana üçün 1200 manat pul istəmiş, o isə Nazimə ona erkək dana lazım olmasını demiş və bir baş erkək dananı 400 manata razılaşmışdır. Bundan sonra Nazim ip gətirmiş və erkək dananı onun ora getdiyi özünə məxsus yaşıl rəngli “Ford” markalı avtomobilə yükləmiş və birlikdə oradan çıxmışlar. Nazimə 400 manat pul vermiş, daha sonra onu Səbət Bazarının qarşısında düşürmüşdür. Həmin heyvanı evimə aparmışdır. Lakin bir neçə gün sonra Nazim ona yenə zəng edərək dişi danaları da almağını təklif etmiş və ona iki dana üçün 700 manat qiymət demişdir. O da onunla razılaşmışdır və 19 sentyabr 2024-cü il tarixdə 08-09 radələrində yenidən fermaya getmişlər. Həmin vaxt da iki baş dananı avtomobilinə yükləmişlər, yenə onu Səbət Bazarının qarşısında düşürmüş, yolda isə ona 700 manat pul vermiş, ondan sonra Nazimi bir daha görməmiş, danaları isə evinə aparmışdır. Bundan bir neçə gün sonra polis əməkdaşları onunla əlaqə saxlamış və onun baş vermiş hadisə ilə bağlı izahatını almışdır, o həmin vaxt bilmişdir ki, onun aldığı danalar oğurluq olmuşdur. Verilmiş sualların mahiyyəti üzrə bildirmişdir ki, Nazimdən aldığı heyvanlar bazar qiymətindən az aşağı olmuşdur, həmin heyvanların biri 1300 manat olmaz. Nazim isə ona babasının vəfat etdiyini, heyvanlara baxa bilmədiyini, bu səbəbdən də heyvanları ucuz verdiyini demişdir. Bunun üçün də onda heyvanların oğurluq olması ilə bağlı heç bir şübhə yaranmamışdır. Nazimin özü də, fotoşəkli də ona təqdim olunsa onu tanıya bilər. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan iş materiallarını da sübut növü kimi qəbul edir. İş materiallarında olıan 03 oktybar 2024-cü il tarixli qərardan görünür ki, X1 məxsus üç baş iribuynuzlu heyvanın oğurlanması faktına görə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilmişdir. İş materiallarında 11 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsindən həmin Məcəllənin 177.2.2 və 177.2.3-cü maddələrinə tövsif edilmişdir. İş materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan “başqa yerə gətməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi barədə” 11 yanvar 2025-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə gətməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, o, Şəmkir RPŞ MSY-dən azad edilmişdir. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 19 dekabr 2024-cü il tarixli, 9/8694 nömrəli rəyi ilə müəyyən olunmuşdur ki, bir baş 9 aylıq 140 kiloqram çəkidə, təmiz ət çıxarı 70 kiloqram olan erkək cinsli dana- 1000,00 manat; iki baş 9 aylıq 150-160 kiloqram çəkidə, təmiz ət çıxarı 75 kiloqram olan dişi cinsli dana – 2100,00 (1050 manat x 2 baş) manat təxmini təşkil edir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 185.1-ci maddəsi ilə təqsiləndirilməsinə dair Şəmkir rayon polis şöbəsində məhkəməyədək sadələşdirilmiş icraat materialı araşdırılaraq Şəmkir rayon məhkəməsinə göndərilmişdir. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(076)-246/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilmişdir. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 4(076)-62/2025 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1 və 177.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. CPM-nin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1- 346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Azərbaycan Respublikası CPM-nin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: şübhəli, təqsirləndirilən və zərərçəkmiş şəxsin, şahidlərin ifadələri; ekspertin rəyi; maddi sübutlar; istintaq və məhkəmə hərəkətlərinin protokolları; digər sənədlər. Azərbaycan Respublikası CPM-nin 10.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və digər qanunlarının təfsiri cinayət prosesi iştirakçılarına o halda məcburidir ki, bu təfsir Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi istintaq və məhkəmə hərəkətlərinin aparılması haqqında protokollar , və iş üçün mühüm əhəmiyyət kəsb edən digər mötəbər sübutlarla təsdiq edilərək kifayət qədər sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs səmimi peşman olub törətdiyi əməli etiraf etməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, iş üzrə onun cəzasını ağırlaşdıran hal olmamasını nəzərə alır. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, zərərçəkmiş şəxsin ifadəsini tədqiq edərək iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyacı olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməsi məqsədəmüvafiqdir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, azadlıqdan məhrumetmə cəzası təyin edilməli, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmənin bir gününə bir gün hesablanmaqla, cəmi 2 gün müddət ona təyin edilmiş cəzadan çıxılmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməli, barəsində olan başqa iş üzrə həbsdə saxlanılması nəzərə alınmalı, məhkəmə xərcləri- aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pul Təqsirləndirilən şəxsdan alınaraq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Şəmkir Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. İşi materiallarında olan arayışdan müəyyən olunur ki, vəkil Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə 23 saat vaxt sərf etmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Sənan Əkbərova göstərdiyi 23 saat hüquqi yardıma görə 188 manat məbləğində pul Müdafiəçi ödənilməsi üçün Şəmkir Rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmənin bir gününə bir gün hesablanmaqla, cəmi 2 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin, barəsində olan başqa iş üzrə həbsdə saxlanılması nəzərə alınsın. İş maddi sübut olan 03 ədəd iri buynuzlu heyvanların Zərərçəkmiş şəxs verilməsi nəzərə alınsın. İş üzrə aparılmış ekspertiza təhqiqatlarının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifatı kodu: 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, dövlət xəzinədarlığı agentliyi kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22) keçirilsin. Təqsirləndirilən şəxsə göstərdiyi 23 saat hüquqi yardıma görə 188 (bir yüz səksən səkkiz) manat pul Müdafiəçi ödənilməsi üçün Şəmkir Rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №1(076)-149/2025
Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-149/2025
13.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver