Məhkəmə qərarları › İş №1(076)-15/2025

Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-15/2025

14.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-15/2025 14.03.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, dövlət ittihamçıları– Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı1 və ədliyyə müşaviri Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi– Şəmkir Rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi və təqsirləndirilən şəxs– Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxx 1983–cü il tarixdə Şəmkir rayonunda anadan olmuş, Azəbaycan Respublikası vətəndaşı, subay, himayəsində bir nəfər yetkinlik yaşına çatmayan, bir nəfər azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024–cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM– in 234.1–ci maddəsi əsasında təqsirli bilinib 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM–nin 69.3–cü maddəsinə əsasən üzərində qəti olaraq 01 il 11 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, Şəmkir rayonu, Seyfəli kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 306.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmiş və həmin məhkəmə aktının icrasına maneçilik törətmişdir. Belə ki, o, cavabdeh kimi ondan xx.xx.2018-ci il tarıxindən başlayaraq xx.xx.2011-ci il təvəllüdlü Hüseyn və xx.xx.2018-ci il təvəllüdlü Nihad adlı uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün cavabdeh Təqsirləndirilən şəxs hər ay hər uşağa görə 120,00 manat, cəmi 240,00 manat məbləğində aliment alınaraq iddiaçı Zeynalova (Rüstəmova) Gülnar Elbrus qızına verilməsinə dair Şəmkir Rayon Məhkəməsinin 2(076)-1920/2018 saylı, xx.xx.2018-ci il tarıxlı qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə barəsində Şəmkir Rayon Məhkəməsinin 3(076)-297/2023 saylı, xx.xx.2023-cü il tarixli və 3(076)-823/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarları ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək hər iki halda 10 gün olmaqla ümumilikdə 20 gün müddətinə inzibati qaydada həbs edilmiş, bundan sonra icra üçün yeni müddət təyin edilmiş və ondan aliment borcunun ödənilməsinə dair məhkəmə qətnaməsini könüllü icra etməsi tələb olunmuş, əks halda barəsində Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə cinayət işi başlanılması üçün təqdimat veriləcəyi haqqında sonuncu dəfə xx.xx.2023-cü il tarixdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən günə, yəni xx.xx.2023-cü il tarixədək 14420,00 manat məbləğində aliment borcunu zərərçəkmiş şəxs Zeynalova (Rüstəmova) Gülnar Elbrus qızına ödəməyərək sonuncuya maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, Zeynalova (Rüstəmova) Gülnar Elbrus qızı ilə 2010-cu ildə faktiki olaraq el adəti ilə evlənmiş, birgə nikahlarından xx.xx.2011-ci il təvəllüdlü Hüseyn adlı uşaqları doğulmuşdur. 2011-ci ildə Hüseyn adlı uşaq doğulduqdan sonra ailə daxili yaranmış söz-söhbətlər səbəbindən Zərərçəkmiş şəxs ondan ayrılmış və o, bundan sonra X1 adlı xanımla evlənərək nikaha daxil olmuşdur. Həmin nikahdan da Ömər adlı bir uşağı olmuşdur. O, 2016-cı ildə Gülnarə İbrahimovadan da boşanaraq 2017-ci ildə Zərərçəkmiş şəxs ilə yenidən evlənmişdir. xx.xx.2017-ci ildə isə nikahları rəsmiləşdirilmişdir. Həmin nikahdan da xx.xx.2018-ci il təvəllüdlü Nihad adlı uşaqları dünyaya gəlmişdir. 2018-ci ildə Nihad adlı uşaq doğulduqdan sonra münasibətləri yenidən pozulmuş və bu səbəbdən də 2018-ci ildə ayrılmışlar, ayrıldıqdan sonra uşaqlar Zərərçəkmiş şəxs himayəsində qalmışdır. Bundan sonra Zərərçəkmiş şəxs nikahın pozulması və aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. Şəmkir Rayon Məhkəməsinin 2(076)-1920/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2018-ci il tarixdən başlayaraq ondan iki azyaşlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 120,00 manat, cəmi 240,00 manat sabit pul məbləğində aliment alınaraq Zeynalova (Rüstəmova) Gülnar Elbrus qızına verilməsi qət edilmişdir. Qeyd olunan məhkəmə qətnaməsi üzrə verilmiş icra vərəqəsi xx.xx.2018-ci il tarixdə Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş və həmin tarixdə icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş və tələbin könüllü icrasına dair bildirişlə birlikdə onun ünvanına göndərilmişdir. Həmin vaxtı Rusiya Federasiyasında yaşadığına görə məhkəmə qətnaməsinin icrasını könüllü müddət ərzində təmin edə bilməmişdir. Bundan sonra icra məmuru tərəfindən xx.xx.2018-ci il tarixdə axtarış qərarı qəbul edilərək Şəmkir Rayon Polis Şöbəsinə göndərilmiş və orada onun barəsində xx.xx.2018-ci il tarixli axtarış işi açılmışdır. O, xx.xx.2023-cü il tarixdə Rusiya Federasiyasından Azərbaycan Respublikasına qaydarkən polis əməkdaşları tərəfindən saxlanılaraq Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə gətirilmişdir. Həmin tarixdə icra məmuru tərəfindən izahatı alınmış və bundan sonra barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Şəmkir Rayon Məhkəməsinın xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən 10 (on) gün müddətində inzibati qaydada həbs edilmişdir. Daha sonra ölkədən getmək hüququ icra məmurunun təqdimatı əsasında Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə müvəqqəti olaraq məhdudlaşdırılmışdır. İnzibati məsuliyyətə cəlb edildikdən sonra icra məmuru tərəfindən ona yeni müddət təyin edilərək yaranmış aliment borcunu ödəməyi üçün xəbərdarlıq edilmiş, lakin həmin müddətdə də maddi imkanı olmadığına görə yaranmış borcunu ödəməmişdir. Buna görə də, xx.xx.2023-cü il tarixdə o, Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə dəvət olunaraq izahatı alınmış və barəsində yenidən inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə təqdim edilmişdir. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən bir daha 10 (on) gün müddətində inzibati qaydada həbs edilmişdir. İnzibati məsuliyyətə cəlb edildikdən sonra icra məmuru tərəfindən ona bir daha yeni müddət təyin edilmiş və yaranmış aliment borcunu ödəmədiyi təqdirdə cinayət məsuliyyətinə cəlb ediləcəyi barədə rəsmi qaydada xəbərdarlıq edilmiş, lakin həmin müddətdə də maddi imkanı zəif olduğuna görə yaranmış borcunu tam ödəyə bilməmişdir. Şəmkir Rayon Məhkəməsinin 2(076)1920/2018 saylı, xx.xx.2018-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi üzrə 12.04 2018-ci il tarixdən başlayaraq cinayət təqibinin başlanılması məsələsinə baxılması üçün təqdimat verilən xx.xx.2023-cü il tarixə kimi ödəməli olduğu 16080,00 manat aliment borcundan icra dövründə cəmi 1660,00 manat ödəniş etmiş, lakin ödənilməmiş 14420,00 manat aliment borcu qalmışdır. Həmin aliment borcundan istintaq dövründə cəmi 160,00 manat ödəniş etmişdir. Kənd ərazisində fərdi qaydada təsərrüfat işlərində fəhlə kimi işləmiş, aylıq gəliri 300,00-350,00 manat təşkil etmişdir. Həmin vəsaiti özünün gündəlik zəruri tələbatları üçün xərcləmişdir. Hazırda əməlindən peşmandır. Zərərçəkmiş şəxslə barışmağa cəhd etsə də, aliment borcunu ödəyə bilmədiyindən buna nail ola bilməmişdir. Ona görə də, məhkəmədən, ifadəsində göstərdiyi halları nəzərə alaraq, ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zeynalova (Rüstəmova) Gülnar Elbrus qızı ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə 2010-cu ildə faktiki olaraq el adəti ilə evlənmiş, birgə nikahlarindan xx.xx.2011-ci il təvəllüdlü Hüseyn adlı uşaqları dünyaya gəlmişdir. 2011-ci ildə Hüseyn adlı uşaq dünyaya gəldikdən sonra ailə daxili yaranmış söz-söhbətlər səbəbindən Təqsirləndirilən şəxs ondan ayrılmış və X1 adlı xanımla evlənərək nikaha daxil olmuşdur. Təqsirləndirilən şəxs həmin nikahdan da bir uşağı olmuşdur. Təqsirləndirilən şəxs 2016-cı ildə Gülnarə İbrahimovadan da ayrılaraq 2017-ci illə yenidən onunla evlənmişdir. xx.xx.2017-ci ildə isə nikahları rəsmiləşdirilmişdir. Həmin nikahdan da xx.xx.2018-ci il təvəllüdlü Nihad adlı uşaqları doğulmuşdur. 2018-ci ildə Nihad adlı uşaq doğulduqdan sonra Təqsirləndirilən şəxsla münasibətləri yenidən pozulmuşdur. Bundan sonra ayrılaraq uşaqları ilə birlikdə valideynlərinin yanına getmişdir. Ayrıldıqdan sonra Təqsirləndirilən şəxs uşaqların saxlanılması üçün heç bir maddi köməklik etmədiyindən, məcbur qalıb nikah qeydinin ləğv edilməsi və aliment tələbinə dair iddia ərizəsilə məhkəməyə müraciət etmişdir. Şəmkir Rayon Məhkəməsinin 2(076)-1920/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2018-ci il tarixdən başlayaraq borclu Təqsirləndirilən şəxs iki azyaşlı uşağın yetkinlik yaşına çatandək saxlanılması üçün hər ay hər uşağa görə 120,00 manat cəmi 240.00 manat sabit pul məbləğində aliment alınaraq ona verilməsi qət edilmişdir. Qeyd olunan məhkəmə qətnaməsi üzrə verilmiş icra vərəqəsi xx.xx.2018-ci il tarixdə Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş və həmin tarixdə icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş və tələbin könüllü icrasına dair bildirişlə birlikdə borclunun ünvanına göndərilmişdir. X10 məhkəmə qətnaməsinin icrasını könüllü müddət ərzində təmin etməmişdir. Bundan sonra icra məmuru tərəfindən izahatı alınması üçün borclu Təqsirləndirilən şəxs şöbəyə çağırılsa da, çağırışlara gəlməmiş və icra məmuru tərəfindən onun yaşadığı yeri müəyyən etmək mümükün olmamışdır. Ona görə də, xx.xx.2018-ci il tarixdə borclu Təqsirləndirilən şəxs axtarılmasına dair qərar qəbul edilərək Şəmkir Rayon Polis Şöbəsinə göndərilmiş və orada onun barəsində xx.xx.2018-ci il tarixli axtarış işi açılmışdır. Borclu Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Rusiya Federasiyasından Azərbaycan Respublikasına qaydarkən polis əməkdaşları tərəfindən saxlanılaraq Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə təhvil verilmişdir. Həmin tarixdə borclu Təqsirləndirilən şəxs izahatı alınmış və barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. İcra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə borclu Təqsirləndirilən şəxs Şəmkir Rayon Məhkəməsinın xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən 10 (on) gün müddətində inzibati qaydada həbs edilmişdir. İcraat zamanı Təqsirləndirilən şəxs ölkədən getmək hüququ icra məmurunun təqdimatı əsasında Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Borclu Təqsirləndirilən şəxs inzibati məsuliyyətə cəlb edildikdən sonra icra məmuru tərəfindən yeni müddət təyin edilmiş, lakin həmin müddətdə də sonuncu yaranmış aliment borcunu ödəməmişdir. Buna görə də, xx.xx.2023-cü il tarixdə borcu Təqsirləndirilən şəxs Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə dəvət olunaraq izahatı alınmış və barəsində yenidən inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə təqdimat göndərilmişdir. İcra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə borclu Təqsirləndirilən şəxs Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən bir daha 10 (on) gün müddətində inzibati qaydada həbs edilmişdir. İnzibati həbsdən sonra icra məmuru tərəfindən borclu Təqsirləndirilən şəxs dəfələrlə cinayət məsuliyyətinə cəlb ediləcəyi barədə xəbərdarlıqlar edilsə də, o Şəmkir Rayon Məhkəməsinin 2(076)-1920/2018 saylı, xx.xx.2018-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsində göstərilən tələbi icra etməkdən qərəzli olaraq boyun qaçırmışdır. Beləliklə borclu Təqsirləndirilən şəxs qeyd olunan qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi üzrə xx.xx.2018-ci il tarixdən başlayaraq cinayət təqibinin başlanılması üçün təqdimat verilən xx.xx.2023-cü il tarixə kimi ödəməli olduğu 16080,00 manat aliment borcundan icra dövründə cəmi 1660,00 manat ödəniş etmiş, lakin ödənilməmiş 14420,00 manat aliment borcunu ödəməkdən qərəzli olaraq yayınmışdır. Göründüyü kimi borclu Təqsirləndirilən şəxs həm Rusiyada yaşadığı müddətdə həm də Azərbaycanda fərdi qaydada fəhlə kimi işləyərək kifayət qədər qazanc əldə etməsinə baxmayaraq o, aliment üzrə yaranmış borcunun ödənilməsi istiqamətində heç bir təşəbbüs göstərməmişdir. Hazırda aliment borcunun Təqsirləndirilən şəxs tam alınaraq ona ödənilməsini, əks halda qanuna müvafiq qaydada tədbir görülməsini istəyir. Bu səbəbdən Təqsirləndirilən şəxs şikayətçidir. Odur ki, ifadəsində göstərilənləri nəzərə alaraq, təqsirləndirilən şəxsə ağır cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Şəmkir Rayon Məhkəməsinin 2(076)-1920/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2018-ci il tarixdən başlayaraq borclu Təqsirləndirilən şəxs iki azyaşlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 120,00 manat, cəmi 240,00 manat sabit pul məbləğində aliment alınaraq Zeynalova (Rüstəmova) Gülnar Elbrus qızına verilməsi qət edilmişdir. Qeyd olunan məhkəmə qətnaməsi üzrə verilmiş icra vərəqəsi xx.xx.2018-ci il tarixdə Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş və həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş və tələbin könüllü icrasına dair bildirişlə birlikdə borclunun ünvanına göndərilmişdir. Borclu Təqsirləndirilən şəxs məhkəmə qətnaməsinin icrasını könüllü müddət ərzində təmin etməmişdir. Bundan sonra tərəfimizdən izahatı alınması üçün borclu Təqsirləndirilən şəxs şöbəyə çağırılsa da, çağırışlara gəlməmiş və onun yaşadığı yeri müəyyən etmək mümükün olmamışdır ona görə də, xx.xx.2018-ci il tarixdə borclu Təqsirləndirilən şəxs axtarılmasına dair qərar qəbul edilərək Şəmkir Rayon Polis Şöbəsinə göndərilmiş və orada onun barəsində xx.xx.2018-ci il tarixli axtarış işi açılmışdır. Borclu Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Rusiya Federasiyasından Azərbaycan Respublikasına qaydarkən polis əməkdaşları tərəfindən saxlanılaraq Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə təhvil verilmişdir. Həmin tarixdə borclu Təqsirləndirilən şəxs izahatı alınmış və barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. İcra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə borclu Təqsirləndirilən şəxs Şəmkir Rayon Məhkəməsinin xx.xx.20235-cü il tarixli inzibatı xəta haqqında iş üzrə qərarına əsasən 10 (on) gün müddətində inzibati qaydada həbs edilmişdir. İcraat zamanı Təqsirləndirilən şəxs ölkədən getmək hüququ Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Borclu Təqsirləndirilən şəxs inzibati məsuliyyətə cəlb edildikdən sonra tərəfimizdən yeni müddət təyin edilmiş, lakin həmin müddətdə də sonuncu yaranmış aliment borcunu ödəməmişdir. Buna görə də, xx.xx.2023-cü il tarixdə borcu Təqsirləndirilən şəxs Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə dəvət olunaraq izahatı alınmış və barəsində yenidən inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə təqdim edilmişdir. İcra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə borclu Təqsirləndirilən şəxs Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən bir daha 10 (on) gün müddətində inzibati qaydada həbs edilmişdir. İnzibati həbsdən sonra borclu Təqsirləndirilən şəxs tərəfimizdən cinayət məsuliyyətinə cəlb olunacağına dair dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq o, Şəmkir Rayon Məhkəməsinin 2(076)-1920/2018 saylı, xx.xx.2018-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsində göstərilən tələbi icra etməkdən qərəzli olaraq boyun qaçırmış, habelə aliment üzrə yaranmış borcunun ödənilməsi istiqamətində heç bir təşəbbüs göstərməmişdir. Beləliklə borclu Təqsirləndirilən şəxs qeyd olunan qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi üzrə xx.xx.2018ci il tarixdən başlayaraq cinayət təqibinin başlanılması üçün təqdimat verilən xx.xx.2023-cü il tarixə kimi ödəməli olduğu 16080,00 manat aliment borcundan icra dövründə cəmi 1660.,00 manat ödəniş etmiş, lakin ödənilməmiş 14420,00 manat aliment borcunu ödəməkdən qərəzli olaraq yayınmışdır. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid2 da Şahid1 ilə eyni məzmunlu ifadə verərək, onun göstərdiyi halları təsdiq etdilər. Bununla yanaşı, məhkəmə cinayət–prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan Şəmkir Rayon Məhkəməsinin 2(076)–1920/2018 nömrəli, xx.xx.2018–ci il tarixli qiyabi qətnaməsindən görünür ki, 12 aprel 2018-ci il tarixdən başlayaraq 20 iyun 2011-ci il təvəllüdlü Hüseyn və 07 fevral 2018-ci il təvəllüdlü Hihad adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh Təqsirləndirilən şəxs hər ay hər uşaq üçün 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində aliment alınıb iddiaçı X3 ödənilməsi qət edilmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2018–ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2018–ci il tarixli 2(076)–1920/2018 saylı icra sənədi xx.xx.2018–ci il tarixdə icraata daxil olmuşdur. Cinayət işinin materiallarında olan xx.xx.2018–ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. Cinayət işinin materiallarında olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023– cü il tarixli 8(076)–204/2023 saylı qərardadından görünür ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2018–ci il tarixli 2(076)–1920/2018 saylı icra sənədi üzrə aliment borcunu tamamilə ödəyənədək borclu Təqsirləndirilən şəxs Azərbaycan Respublikasından getmək hüququ məhdudlaşdırılmışdır. Cinayət işinin materiallarında olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023– cü il tarixli 3(076)–297/2023 saylı və xx.xx.2023–cü il tarixli 3(076)–823/2023 saylı inzibati xəta haqqında qərarlarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1–ci maddəsi ilə təqsirli bilinərək hər bir inzibati iş üzrə 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2018–ci il, xx.xx.2018–ci il, xx.xx.2023–cü il, xx.xx.2023–ci il, xx.xx.2023–ci il, xx.xx.2023–cü il il və xx.xx.2023–cü il il tarixli bildiriş və xəbərdarlıq məktublarından görünür ki, icra orqanı Təqsirləndirilən şəxs icra sənədində göstərilən tələbi icra etməyi tələb edilmiş, əks halda məsuliyyət daşıyacağı barədə xəbərdar edilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Şəmkir X11 Mərkəzinin xx.xx.2023–cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs adına X6 X4 rayonu üzrə əkin bəyanı qeydiyyata alınmamış, ona hər hansı subsidiya hesablanmamışdır. Cinayət işinin materiallarında olan və Şəmkir RİHB–nın Aşağı Seyfəli kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN–nin BƏSİİ– dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024– cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 234.1–ci maddəsinə əsasən təqsirli bilinib 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM–nin 69.3–cü maddəsinə əsasən üzərində qəti olaraq 01 il 11 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Cinayət işinin materiallarında olan Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024–cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024–cü il tarixli hökmü ilə CM–in 234.1–ci maddəsi əsasında təyin edilmiş 01 il 11 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının xx.xx.2024–cü il tarixədək 22 gününü çəkmiş, çəkilməmiş cəzası 01 il 11 ay 06 gün təşkil edir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, istintaq hərəkətlərinin protokollarını və sənədləri Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 124–136–cı maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 143–145–ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir–biri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrini qərəzli olaraq icra etməmiş və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1–ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə, həmçinin belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1–ci maddəsində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1–ci maddəsində nəzərdə tutulmuş cinayət əməli “az ağır” olmaqla, ədalət mühakiməsinin, xeyrinə məhkəmə aktı çıxarılmış hüquqi və fiziki şəxslərin, habelə dövlətin mənafelərini ifadə edən ictimai münasibətlərə qəsd etməklə, ədalət mühakiməsi əleyhinə olan qəsdən törədilən cinayətdir. Məhkəmə Təqsirləndirilən şəxs cinayət əməlini etiraf edib, əməlindən səmimi peşman olmasını, habelə yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2–ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61–ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32–ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29–cu maddəsinin 4–cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999–cu il tarixli Qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003– cü il tarixli 4 №li Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8–ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021–ci il tarixli Qərarında göstərilmişdir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından aşıq– aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM–nin 58.3–cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Odur ki, məhkəmə, məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ittiham hökmü çıxarılmalı və ona təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə cəzası təyin olunmasını, həmin Məcəllənin 66.5-ci maddəsində nəzərdə tutulan qaydada təyin olunmuş cəzaların qismən toplanmasını və onlara cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə istintaqı zamanı həmçinin müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(076)-205/2024 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və CM– nin 69.3–cü maddəsinə əsasən üzərində qəti olaraq 01 il 11 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır, hazırda həmin hökm üzrə cəzasından 22 gününü çəkmiş, çəkilməmiş 01 il 11 ay 06 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası qalmışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində müəyyən olunmuş həddə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalı, CM-nin 68.1.1–1– ci maddəsinə əsasən Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(076)- 205/2024 saylı hökmü ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının 02 günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla, hazırkı cinayət əməli birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədildiyindən həmin Məcəllənin 66.5–ci maddəsində nəzərdə tutulmuş qaydada, yeni və əvvəlki hökmlə təyin edilmiş cəzalar qismən toplanmaqla ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməli və Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(076)-205/2024 saylı hökmü ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmiş 22 hissəsi üzərindən çıxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5–ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Həmin Məcəllənin 68.1.1–1–ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Bununla yanaşı məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışınadək şübhəli şəxs qismində və həbsdə saxlanması müddətinin azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi zamanı nəzərə alınmasını da zəruri hesab edir. Belə ki, Şəmkir Rayon Məhkəməsinin 28 avqust 2024-cü il tarixli, 1(076)- 205/2024 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs həmin iş üzrə 25 mart 2024–cü il tarixdən 26 mart 2024–cü il tarixədək şübhəli şəxs qismində saxlanılmışdır. Həmçinin hazırki cinayət işi üzrə iş materiallarında olan “axtarışda olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 13 mart 2024–cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan müvəqqəti saxlama yerindən azad edilməsi haqqında 15 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və o Bakı şəhəri, Yasamal RPİ-nin MSY-dən azad edilmişdir. Bununla da Təqsirləndirilən şəxs hər iki iş üzrə şübhəli şəxs qismində saxlanıldığı müddət 03 gün təşkil edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Bundan başqa cinayət işinin materiallarında olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə ketməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri ilə əvəz edilməklə barəsində axtariş elan edilmişdir. Cinayət işinin materiallarında olan “axtarışda olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024–cü il tarixdə Şəmkir rayonu ərazisində saxlanılaraq Şəmkir RPŞ–nin MSY–nə təhvil verilmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs şübhəli şəxs qismində, həbsdə saxlanıldığı 03 gün müddəti nəzərə alaraq hesab edir ki, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası həbsdə saxlamanın 1 günü azadlıqdan məhrum etmənin 1 gününə bərabər tutularaq təyin edilmiş cəzadan çıxılmalı və üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanmalıdır. Cəzaçəkmə müddətinin əvvəli isə hazırkı iş üzrə həbsə alındığı gündən, yəni 23 oktyabr 2024–cü il tarixdən hesablanmalıdır. Məhkəmə, azadlıqdan məhrum etmə növündə cəzanın hansı cəzaçəkmə müəssisəsində çəkilməli olduğunu müəyyən edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2–ci maddəsinin tələblərini rəhbər tutmuşdur. Belə ki, həmin maddəyə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99–1.1.1 və 99–1.1.2–ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 132.1.1–ci və 131.1.2–ci maddələrinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki–hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir. (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir). Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. İttiham hökmü qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət– Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut, məhkəmə xərci və mülki iddia yoxdur. Bundan əlavə, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Müdafiəçinin məhkəməyə təqdim etdiyi hesabatdan görünür ki, Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 15 (on beş) saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikasının Cinayət– Prosessual Məcəlləsinin 193.2 və 193.4–cü maddələrinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001–ci il tarixli Qərarına (03 may 2018–ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 193.2, 193.4–cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 90 manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (Hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı; Kod: 8051630; Bankın VÖEN–i:**********; Müxbir hesab: AZ03NABZ**********000002944; S.W.İ.F.T İBAZAZ2X, hesab nömrəsi İBAN AZ03İBAZ********************, Müştəri VÖEN–i: **********) köçürülməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358 və 384–385–ci maddələrini rəhbər tutaraq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1–ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Şəmkir Rayon Məhkəməsinin 28 avqust 2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1–1–ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) günü azadlıqdan məhrum etmə cəzasının 01 (bir) gününə bərabər tutulmaqla 01 (bir) müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilsin və həmin cəza, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5–ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona cinayətlərin məcmusu üzrə qəti olaraq 01 (bir) il 04 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Şəmkir Rayon Məhkəməsinin 28 avqust 2024-cü il tarixli hökmü ilə qəti olaraq təyin edilmiş 01 (bir) il 04 (dörd) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilmiş 22 (iyirmi iki) gün hissəsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1–1–ci maddəsinə əsasən 11 (on bir) gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilsin, ona hazırkı hökmlə qəti olaraq təyin edilmiş 01 (bir) il 04 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzasından 11 (on bir) gün çıxılaraq üzərində 01 (bir) il 03 (üç) ay 19 (on doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası CM–in 69.3–cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 1(076)-205/2024 saylı cinayət işi üzrə 25 mart 2024–cü il tarixdən 26 mart 2024–cü il tarixədək və hazırki cinayət işi üzrə 13 mart 2024-cü il tarixdən 15 mart 2024-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 03 gün müddət ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 il 03 ay 16 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlansın. Təqsirləndirilən şəxs cəzasını ümümi rejimli cəzaçəkmə müəssisəsində çəksin, onun cəzaçəkmə müddətinin əvvəli 23 oktyabr 2024–cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 90 manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (Hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı; Kod: 8051630; Bankın VÖEN–:**********; Müxbir hesab: AZ03NABZ**********000002944; S.W.İ.F.T İBAZAZ2X, hesab nömrəsi İBAN AZ03İBAZ********************, Müştəri VÖEN–i: **********) köçürülsün. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar