Məhkəmə qərarları › İş №1(076)-150/2023

Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-150/2023

31.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-150/2023 31.07.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X8 iclas katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun X6 üzrə İdarənin rayon (şəhər) məhkəmələrində X6 üzrə şöbənin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və Təqsirləndirilən şəxs və müdafiəçi Şəmkir Rayon Vəkil Bürosunun vəkili X7 iştirakları ilə, xx xxxx 1997-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işsiz, orta təhsilli, məhkum olunmamış, Gəncə şəhəri, 4-cü mikrarayon, 2 nömrəli yataqxana, ev 17-18-də qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmiş və saxlamışdır. Belə ki o, 15 yanvar 2023-cü il tarixdə Gəncə şəhəri, Abbas Səhhət adlanan yerdə Gəncə şəhər sakini Şahid4 narkotik vasitə olan heroini və qurdulmuş marixuananı, həmçinin psixotrop maddə olan metafetamini 160 (yüz altmış) manat qarşılığında alaraq əynində olan qara rəngli gödəkcənin sağ yan cibində saxlamış, daxil olmuş əməliyyat məlumatı əsasında 15 yanvar 2023-cü il tarixdə, saat 17 radələrində Şəmkir rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitə saxlamaqda şübhəli bilindiyindən Şəmkir rayonu Çinarlı qəsəbəsində “Səbət” marketin qarşısında saxlanılaraq Şəmkir rayon polis şöbəsinə gətirilmiş, onun üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli gödəkcənin sağ yan cibində şəffaf rəngli sellofanda və 1(bir) ədəd kibrit qutusunun içərisində “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş eyni adlı İ siyahısı, həmçinin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəqledilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahılarının təsdiq edilməsihaqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələrin” İ siyahısının 1-ci bəndi ilə müəyyən edilən narkotik vasitə olan kustar üsulla hazırlanmış ümumi təmiz çəkisi 3,47 qram qurdulmuş marixuana və 0,205 qram çəkidə heroin, həmçinin psixotrop maddə olan kustar üsulla hazırlanmış ümumi təmiz çəkisi 0,379 qram metafetamin aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, məhkəmə bioloji və məhkəmə narkoloji ekspertizalarının rəyləri, şəxsi axtarış aparılması və götürmə aparılması barədə protokol, baxış protokolu həmin protokollara əlavə olunmuş fotocədvəl və videogörüntü və habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, uzun müddətdir ki, narkotik vasitə qəbul edir. O, narkotik vasitənin heroin, maruixuana və psixotrop maddə olan metanfetamin növündən mütamadi olaraq istifadə edir. Gəncə şəhər sakini Şahid4ı tanıyır. xx.xx.2023-cü il tarixdə səhhətində olan problemlərə görə narkotik vasitə istifadə etmək istəmiş, qeyd edilən tarixdə saat 13 radələrində Yadigar ilə Gəncə şəhərində Abbas Səhhət adlanan ərazidə görüşmüş, ondan narkotik vasitə almaq istədiyini söyləmiş, razılaşmalarına əsasən Yadigar ona 160 manat qarşılığında narkotik vasitə heroin, marixuana və psixotrop maddə metanfetamini tapmalı olduğunu demiş, həmin gün saat 17 radələrində Abbas Səhhət adına xəstəxananın yanındakı kafedə o, Yadigardan heroin və metanfetamini almış, Şahid4 ona “sənin verdiyin 160 manat puldan, 100 manat pul qalıb” demiş, Yadigara “qalan 100 manata da mənə marixuana tapasan “demiş, xx.xx.2023-cü il tarixdə saat təxminən 13 radələrində isə Yadigardan Gəncə şəhəri, ərazisində yerləşən “Abbas Səhhət” xəstəxanasının yaxınlığındakı çayxanada marixuananı ondan götürmüş, sonra Şəmkir rayonu, Çinarlı qəsəbəsinə gəlmiş, həmin gün saat 17:30 radələrində Çinarlı qəsəbəsində yerləşən marketin qarşısında olarkən, polis əməkdaşları ona yaxınlaşmış və üzərində narkotik saxlamasında şübəli olduğunu bildirib Şəmkir rayon polis şöbəsinə gedəcəklərini bildirmiş, o polis əməkdaşlarına heç bir narazılıq etməmiş, polis əməkdaşları onu Şəmkir rayon polis şöbəsinə gətirərək üzərinə hüquqlarını müdafiə edən vəkil Müdafiəçi iştirakı ilə video çəkilişlə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı narkotik vasitə istifadə edib etməməsi barədə sual verdikdə, narkotik vasitə istifadəçisi olduğunu bildirmiş və vəkilin iştirakı ilə üzərində şəxsi axtarış aparılmış, üzərində olan narkotik vasitələr heroin, marixuana və metanfetamini polis əməkdaşlarına təqdim etmiş, üzərindən çıxan narkotik vasitələr elektron tərəzidə çəkilərək 0,5 qram metanfetamin, 0,2 qram heroin və 5,9 qram marixuana olması müəyən edilmiş, sonra şəxsi axtarış protokolu tərtib edilmiş, o, isə şəxsi axtarış protokolunu imzalamış, törətdiyi əməldən səmimi peşmançılıq hissləri keçirmiş, yalnız Yadigardan aldığı narkotik vasitəni və psixotrop maddəni üzərində saxlamış, o, başqa yerdə narkotik vasitə saxlamadığını, həyacanlı olduğu üçün Yadigarın adını səhvən Rövşən kimi demiş, Yadigar dediyi pulu ona vermiş ki, ona qeyd etdiyi narkotik vasitələri tapsın, lakin həmin maddələri narkotik vasitəni haradan və hansı qiymətə əldə etməsini bilmir. Onun hazırda əməlindən peşiman olmasını, müharibə iştirakçısı olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini və xəstə olmaqla müalicə olunmasının nəzərə alınaraq ona həbslə bağlı olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, onun rəsmi adı Yadigar olsa da onu yaşadığı mikrorayonda çox şəxs onu “Rikaş” kimi tanıyır. O, İlkini yaşadığı mikrorayondan təxminən 15 il, Turalı isə təxminən 20 ildir tanıyır. Onların münasibəti daima normal olmuş, aralarında heç bir ədavət və düşmənçilikləri olmamışdır. 13 yanvar 2023-cü il tarixdə saat təxminən 13 radələrində o, Gəncə şəhəri Abbas Səhət adına xəstəxananın qarşısında, Gəncə şəhəri, Məmməd Xələfov küçəsində yerləşən çayxanada olan zaman İlkin ona yaxınlaşaraq ağrılarının olduğunu, narkotik vasitə tapa bilmədiyini, narkotik vasitə tapmaqda ona köməklik etməyini ona demiş, o, ilkin olaraq ona narkotik satan tanışının olmadığını, bu səbəbdən də ona narkotik vasitə tapa bilməyəcəyini demiş, bir qədər fikirləşdikdən sonra ona Tural ilə danışacağını, Turalın əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu, bu səbəbdən də onun narkotik satan tanışının ola biləcəyini demişdir. İlkin isə ona üzərində olan 140 manat pulu çıxarıb vermiş, ondan “patı” adlandırılan psixotrop maddə metafetamin və “kokos” adlandırılan narkotik vasitə heroin almağını xahiş etmiş, bu zaman o, oradan çıxıb Turalın yanına getmiş, Turaldan bir nəfər şəxs üçün narkotik vasitə heroin və psixotrop maddə metafetamin lazım olduğunu demiş, o, isə ona heç bir problem olmadığını, rahatlıqla narkotik vasitə tapa biləcəyini demiş, ondan həmin narkotik vasitələrin qiymətini soruşmuş, o, ona hər birinin qarşılığında ona 30 manat, yəni ümumilikdə 60 manat verməli olduğunu demiş, o, Turalın yanından aralaşıb yaşadığı evə getmiş, həmin gün saat təxminən 17 radələrində yaşadığı evdən çıxıb “Abbas Səhhət” adına xəstəxananın qarşısında olan kafeyə getmiş, orada yemək yemiş, bu zaman Tural ona zəng etmiş, ona Abbas Səhət adına xəstəxananın yaxınlığında yerləşən “Can Bir” marketin qarşısına gəldiyini deyib ona də oraya gəlməsini istəmiş, oturduğu kafedən durub oraya getmiş, Turala 62 manat pul vermiş, o, həmin pulun 60 manatını aldığı narkotiklər üçün, 2 manatını isə taksi pulu olaraq vermiş və gətirdiyi narkotik vasitələri Turaldan götürmüş, o, kakos və metafetamini Turaldan götürdükdən sonra kafeyə getmiş, İlkini kafedən çölə çağırıb ayrı-ayrı sellofan bükümlərdə olan kakosu və metafetamini İlkinə vermiş, qalan 80 manatı isə İlkinə yenə də Turaldan narkotik vasitə almaq üçün özündə saxlamış, İlkin ondan qalan pul ilə marixuana almağını istəmiş, həmin günün səhərisi İlkin ona zəng edərək ona marixuana alıb-almadığımı soruşmuşdur. O, isə ona tapa bilmədiyini deyən zaman ondan pulunu qaytarmağı istəmiş, o, isə ona tap bilmədiyi halda onun pulunu geri qaytaracağını demiş, evdən çıxıb gedən zaman yaşadığı binanın yaxınlığında yaşayan “Bonbey” ləqəbli adını bilmədiyi şəxsi görmüş, ondan onun üçün narkotik vasitə marixuana tapmasını istəmiş, bu zaman o, ona 1 kibrit qutusu marixuananı 60 manat pulun qarşılığında tapa biləcəyini demiş, ondan orada gözləməsini, marixuananı alıb gələcəyini demiş, orada həmin şəxsi gözləmiş, təxminən 40-45 dəqiqə sonra həmin şəxs 1 kibrit qutusu marixuana ilə oraya gəlmiş, həmin qutunu ona demiş, bu zaman o, İlkinin yaxınlıqda çayxanada olduğunu bildiyi üçün həmin çayxananın yanına getmiş, İlkini yanına çağırmış və 1 kibrit qutusu marixuananı İlkinə vermişdir. Bundan sonra isə oradan çıxıb yaşadığı evə getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, o, təxminən 1 il olar ki, psixotrop maddə metafetamini falqada yandırıb tüstüsünü udmaq yolu ilə istifadə edir. O, Yadigar və İlkini uzun müddətdir ki, tanıyır. Özünün Yadigar ilə münasibəti yaxşı olsa da, İlkinlə heç bir yaxın münasibəti olmamışdır. O, X2 isə təxminən 2 aydır ki, tanıyır, o, özünə məxsus ***-***-**-** saylı mobil nömrə ilə Elvinə məxsus ***- ***-**-** saylı mobil nömrəyə bu müddət ərzində bir neçə dəfə zəng edərək psixotorop maddə metafetamin almış, aralarında heç bir ədavət və düşmənçilikləri olmamışdır. 14 yanvar 2023-cü il tarixdə saat təxminən 19 radələrində o, özünə məxsus mobil nömrə ilə Elvinə məxsus mobil nömrəyə zəng etmiş, Elvinə ona patı lazım olduğunu demiş, Elvin isə ona özü zəng edəcəyini bildirmişdir. Bundan az bir müddət sonra Yadigar ona məxsus ***- ***-**-** saylı mobil nömrəsinə özünə məxsus ***-***-**-** saylı mobil nömrə vasitəsi ilə zəng edərək bir nəfər tanıdığı qıza narkotik vasitə heroin və psixotrop maddə mertafetamin lazım olduğunu demiş, o, isə ona kakos və patı tapa biləcəyi halda ona məlumat verəcəyini demişdir. Həmin gün saat 20 radələrində Elvin ona məxsus mobil nömrəyə zəng edərək patı təşkil edə biləcəyini demiş, o, isə ona kakos da lazım olduğunu, ona kakos təşkil edə bilib-bilməyəcəyini demişdir. O, isə ona heç bir problem olmadığını, 60 manat pulun qarşılığında 0.5 qram heroin və 0.5 qram metafetamin verə biləcəyini demişdir. O da onunla razılaşıb Yadigara zəng etmişdir. Yadigar pulu ona gətirib verməsini istəyib Abbas Səhət adına xəstəxananın yaxınlığında yerləşən “Can Bir” marketin qarşısına çağırmış, Yadigar oraya gəlmiş, ona 62 manat pul vermiş, o, Yadigara getməsini, ona zəng edən zaman gəlib aldığı narkotiki və psixotrop maddəni gəlib götürməsini demiş, oradan çıxıb yaxınlıqda yerləşən “Oba” marketə getmiş, oraya daxil olmuş, Elvinə zəng edib kartın nömrəsini deməsini istəmiş, ona “Leo” banka məxsus xatırlamadığı kart nömrəsi demiş, o, 60 manat pulu həmin karta yükləmiş, o, pulu yüklədikdən sonra ona telefonda baxıb pulun gəldiyini deyib narkotiki və psixotrop maddəni haradan götürəcəyi barədə bir müddət sonra ona zəng edib deyəcəyini bildirmiş, bundan təxminən yarım saat sonra Elvin ona zəng etmiş, narkotik vasitə heroini və psixotrop maddə metafetamini 3-cü mikrorayonda yerləşən peşə məktəbindən Abbas Səhət adına xəstəxanaya gedən zaman sağa döndükdə birinci ağacın altına qoyduğunu demiş, o da oraya getmiş, 2 ədəd ayrı-ayrı bükümdə olan narkotik vasitə heroini və psixotrop maddə metafetamini oradan götürmüş, o, narkotik maddələri götürdükdən sonra orada yerləşən 2 saylı yataqxananın qarşısına getmiş, özü də metafetamin istifadəçisi olduğu üçün metafetamindən bir istifadəlik götürüb siqaret kağızına bükərək Yadigara zəng edib yataqxananın qarşısına gəlməsini istəmiş, bir neçə dəqiqə sonra Yadigar oraya gəlmiş, o, heroini və metafetamini ona vermiş və ona həmin metafetamindən öz istifadəsi üçün götürdüyünü demiş, sonradan isə yaşadığı evə getmiş, metafetamini falqada yandırmaqla istifadə etmiş, bundan sonra 17 yanvar 2023-cü il tarixdə saat təxminən 14 radələrində o, yenə də özünə məxsus telefonla Elvinə zəng etmiş, ona narkotik vasitə və psixotrop maddə lazım olduğunu demiş, o, isə ona 60 manat pulun qarşılığında 1 qram psixotrop maddə metafetamin və 0.2 qram narkotik vasitə heroin sata biləcəyini demiş, yenə də 4-cü mikrorayonda yerləşən “Oba” marketə getmiş, orada yerləşən terminalın qarşısından Elvinə zəng etmiş, Elvin ona kartın kodunu demiş, Elvinə 60 manat pul göndərmiş, Elvin isə təxminən yarım saat sonra ona zəng edib narkotik vsaitə və psixotrop maddəni Gəncə şəhəri Depo qəsəbəsində yerləşən “Gəncə Şərab 2” zavodunun yanında yerləşən küçədə işıq dirəyinin dibinə qoyduğunu oradan götürməsini demiş, o, oraya getmiş və oradan narkotik vasitəni və psixotrop maddəni götürmüşdür. O, 4-cü mikrorayonda yerləşən evinə getmiş, bir neçə saat yaşadığı evdə olduqdan sonra evdə adamlar olduğu üçün həmin psixotrop maddədən istifadə etmək üçün metafetamini istifadə etmək üçün ləvazimatları yəni balaca lampanı və boru şəklində olan ətir qapağını, həm də narkotik vasitə ilə psixotrop maddəni götürüb saat təxminən 20 radələrində evdən çıxmış, bundan təxminən 2 dəqiqə sonra orada polis əməkdaşları ona yaxınlaşmış, onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu deyib onu Şəmkir RPŞ-nə dəvət etmişlər. Polis əməkdaşları ilə birlikdə Şəmkir RPŞ-nə gəlmiş, polis şöbəsində onun üzərində narkotik vasitə və psixotrop maddə gəzdirməkdə şübhəli bilindiyi üçün saxladıqlarını demiş, bundan sonra maddi imkanı olmadığı üçün o, dövlət hesabına müdafiəçi ilə təmin olunmuş və videoçəkilişlə hüquq və vəzifələri izah edilmiş, bu zaman ona üzərində qanunla qadağan edilmiş narkotik vasitə və ya psixotrop maddə olub-olmaması soruşulmuş, o, isə üzərində olan boz rəngli idman gödəkçəsinin sol yan cibində olan 1 ədəd bükümdə narkotik vasitə heroini və 2 ədəd sellofan bükümdə olan psixotrop madə metafetamini çıxarıb polis əməkdaşlarına təqdim etmiş, həmin kütlələr elektron tərəzidə çəkilmiş, bu zaman heroinin kütləsi tərəzidə olan nasazlıq səbəbi ilə göstərməmiş, 2 ədəd bükümdə olan psixotrop maddə metafetaminin hər birinin çəkisi isə 0.4 qram təşkil etmiş, o, həmçinin həmin cibində olan psixotrop maddə metafetamin istifadə etmək üçün alətləri yəni 1 ədəd balaca lampanı və 1 ədəd boruya bənzər trupka adlandırdığı aləti də polis əməkdaşlarına təqdim etmişdir. Həmin kütlələr və alətlər aşkar edildiyi zərfdə qablaşdırılmış və ağzı Azərbaycan Respublikası DİN-nin 117 saylı möhürü ilə möhürlənərək üzəri iştirakçılar və onun tərəfindən imzalanmış bu barədə protokol tərtib olunmşdur. o və iştirakçılar qablaşdırmanın üzərinə və protokola imza etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Şəmkir RPŞ-nin CAB-nin rəisi vəzifəsində işləyir. 15 yanvar 2023-cü il tarixdə Gəncə şəhəri, 4-cü mikrorayon, 2 nömrəli yataqxana 17-18 nömrəli evdə qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələr qəbul etməsi, qanunsuz olaraq narkotik vasitələr saxlaması barədə Şəmkir rayon polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 əməliyyat məlumatı daxil olmuş, bu barədə rəhbərliyə raportla müraciət etdikdən sonra rəhbərliyin göstərişi ilə saat təxminən 17 radələrində Şəmkir RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı X11 və həmin bölmənin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 iştirakları ilə birlikdə Təqsirləndirilən şəxs Şəmkir rayonu, “Səbət“ bazarının yaxınlığında saxlanılaraq ona narkotik vasitə saxlamaqda şübhəli olduğu bildirilib onlarla birlikdə Şəmkir rayon polis şöbəsinə getməli olduğunu və üzərində axtarış aparılacağını bildirilmişdir. Təqsirləndirilən şəxs onlara heç bir etiraz etmədən onlarla birlikdə Şəmkir rayon polis şöbəsinə gəlmiş, Şəmkir rayon polis şöbəsinin inzibati binasında Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən müdafiəçi tutmaq hüquqlarının olması izah edilmiş və ona müdafiəçilərin siyahısı təqdim edilmişdir. Təqsirləndirilən şəxs müdafiəçi tutmaq imkanının olmadığını bildirmiş və dövlət hesabına dəvət olunmuş müdafiəçinin hüquqlarını müdafiə etməsini istəmişdir. Müdafiəçi dəvət olunduqdan sonra müdafiəçinin iştirakı ilə video çəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində axtarış aparılmış, axtarış zamanı Təqsirləndirilən şəxs üzrərində olan qanunsuz əşyaları təqdim etmək təklif olunmuş, Təqsirləndirilən şəxs üzərində olan qara rəngli gödəkcənin sağ yan cibindən şəffaf rəngli sellofana bükülmüş bükümü və 1 ədəd kibrit qutusu çıxarmış, sellofan büküm açılarkən içərisində kağıza bükülmüş ağ rəngli metanfetaminə bənzər kütlə və sellofana bükülmüş sarımtıl rəngli heroinə bənzər kütlə aşkar edilmiş, kibrit qutusunu açarkən isə içərisində marixuanaya bənzər kütlə aşkar edilmiş, aşkar edilmiş kütlələr müdafiəçisinin iştirakı ilə elektron tərəzidə ölçülən zaman metanfetaminə bənzər kütlə kağızla birlikdə 0,5 qram, heroinə bənzər kütlə sellofan ilə birlikdə 0,2 qram, marixuanaya bənzər kütlə isə kibrit qutusu ilə birlikdə 5,9 qram təşkil etmiş, aşkar olunmuş kütlələr iş üçün əhəmiyyət kəsb etdiyindən təhqiqatçı Musa Cəfərov tərəfindən zərfdə möhürlənərək qablaşdırılaraq götürülmüş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış zamanı aşkar edilmiş yuxarıda çəkiləri və adları qeyd edilən narkotik vasitə olan kütələri Gəncə şəhərində Abbas Səhhət adlanan ərazidə Gəncə şəhər sakini Rövşən adı ilə tanınan Yadigardan şəxsi istifadəsi üçün 160 manata aldığını bildirmiş, bundan sonra onun üzərində əlavə şəxsi axtarış aparılmış, lakin aşkar olunan narkotik vasitə olan kütlələrdən başqa heç bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Tərəflərindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində 17 yanvar 2023-cü il tarixdə saat 17 radələrində Gəncə şəhəri, 4-cü mikrarayon bina 1, mənzil 11-də qeydiyyatda olan Şahid4 оğlunun tərəflərindən tutularaq Şəmkir rayon polis şöbəsinə gətirilmiş, Şahid4 оğlunun müdafiəçisi X4 üzərində vəkil X4 iştirakı ilə müstəntiq Tusi Rüstəmov tərəfindən şəxsi axtarış keçirilmiş, şəxsi axtarışa başlamamışdan əvvəl müstəntiq tərəfindən iştirakçılara Azərbaycan Respublikası CPM-də nəzərdə tutulmuş hüquq və vəzifələri izah olunmuş, hansısa etirazlarının olub-olmaması soruşulmuş, Şahid4 üzərində narkotik vasitə, psixotrop maddə, onların prekurorsorları, eləcədə dövriyyəsi qadağan olunmuş hər hansı bir əşyanın olub-olmadığı soruşulmuş, əgər varsa təqdim etməsi təklif edilmiş, Şahid4 üzərində narkotik vasitə, psixotrop maddə, onların prekurorsorları, eləcədə dövriyyəsi qadağan olunmuş hər hansı bir əşyanın olmadığını bildirmiş, Şahid4 video çəkiliş zamanı 14 yanvar 2023-cü il tarixdə tanışı Təqsirləndirilən şəxs 140 manat pul alaraq qarşılığında narkotik vasitə olan heroin və psixotrop maddə olan metafetamini əldə edərək Təqsirləndirilən şəxs vermiş, həmçinin Təqsirləndirilən şəxs vermiş olduğu pulun qalan hissəsinə də 15 yanvar 2023-cü il tarixdə narkotik vasitə olan marixuana əldə edərək Təqsirləndirilən şəxs vermiş, Şahid4 üzərində olan sübut əhəmiyyətinə malik olmayan Azərbaycanın pul vahidi olan manatlıq əskinasları, 1 ədəd alışqanı, “Leobank”-a məxsus bank kartını, qaz sayğacına məxsus smart tipli kartı istintaq hərəkətinin iştirakçıları qarşısında təqdim etmiş, sonra Şəmkir rayon polis şöbəsinin PPXB-nün polis nəfəri, polis serjantı, X1 Babayevin üzərində şəxsi axtarış aparmış, lakin narkotik vasitə, psixotrop maddə, onların prekurorsorları, eləcədə dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya aşkar edilməmişdir. Şəxsi axtarış zamanı video çəkilişlərin başqa fotoşəkilləri çəkilmiş və şəxsi axtarış başa çatdırılmışdır. 17 yanvar 2023-cü il tarixdə tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz saxlanılmasında və satışında şübhəli bilinən Şahid5 оğlu Gəncə şəhəri ərazisində saxlanılaraq Şəmkir rayon polis şöbəsinə gətirilmiş, Şahid5 оğlu müstəntiq Tusi Rüstəmov tərəfindən şübhəli şəxs qismində tutulmuş və üzərində vəkil X12 iştirakı ilə müstəntiq tərəfindən şəxsi axtarış keçirilmiş, şəxsi axtarışa başlamamışdan əvvəl iştirakçılara Azərbaycan Respublikası CPM-də nəzərdə tutulmuş hüquq və vəzifələri izah olunmuş, hansısa etirazlarının olub-olmaması soruşulmuş, Şahid5 üzərində narkotik vasitə, psixotrop maddə, onların prekurorsorları, eləcədə dövriyyəsi qadağan olunmuş hər hansı bir əşyanın olub-olmadığı soruşulmuş, əgər varsa təqdim etməsi təklif edilmiş, Şahid5 əynində olan boz rəngli gödəkçənin sol yan cibindən, 1 ədəd kiçik kürə formasında şüşə lampa və 1 ədəd qara rəngli boru formasında əşyanı, 1 ədəd kağız bükümdə narkotik vasitə heroinə bənzər kütləni və 2 ədəd şəffaf rəngli sellofan bükümdə psixotrop maddə metafetaminə bənzər kütləni, çıxararaq təqdim etmiş, Şahid5 həmin kağız bükümün içərisində narkotik vasitə olan “heroin” və sellofan bükümlərdə metamfetamin olduğunu, 1 ədəd kiçik kürə formasında şüşə lampa və 1 ədəd qara rəngli boru formasında əşyadan narkotik vasitə və psixotrop maddələrin qəbulu zamanı istifadə etdiyini bildirmiş, aşkar edilmiş kütlə elektron tərəzidə ölçülən zaman elektron tərəzidə texniki nasazlıq yarandığından çəki qeyd olunmamış, bundan başqa 2 ədəd şəffaf rəngli sellofan bükümdə olan kütlələr də elektron tərəzidə çəkilərkən hər biri ayrı-ayrılıqda 0.4 qram təşkil etmiş, sübut əhəmiyyəti kəsb edə biləcək həmin kağız və sellofan bükümlərdə olan kütlələr, 1 ədəd kiçik kürə formasında şüşə lampa və 1 ədəd qara rəngli boru formasında əşya zərflərə qoyularaq ekspert tədqiqatına göndərilməsi üçün qablaşdırılmış və DİN-nin 118 saylı möhürü ilə möhürlənmiş, sonra Şəmkir rayon polis şöbəsinin PPXBnün polis nəfəri, polis serjantı, X9Şahid5 üzərində şəxsi axtarış aparmış, lakin əlavə narkotik vasitə, psixotrop maddə, onların prekurorsorları, eləcədə dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya aşkar edilmədi. Şəxsi axtarış zamanı video çəklişləri bundan başqa fotoşəkillər çəkilərək şəxsi axtarış başa çatmşdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şəmkir RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, pilis baş leytenantı X11, CAB-nin əməliyyat müvəkkili, pilis baş leytenantı X17 Şahid1 ifadəsində göstərilənlərə uyğun ifadə verərək, həmin xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 16 yanvar 2023-cü-ci il tarixdə Şəmkir RPŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı Musa Cəfərov tərəfindən tərəfindən cinayətin izlərinin müəyyən edilməsi və rəsmiləşdirilməsi məqsədilə təxirəsalınmaz istintaq hərəkətlərinin aparılması üçün X5 barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. “Şübhəli şəxsin tutulması” haqqında 15 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsində şübhələnməyə əsas verən kifayət qədər sübutlar olduğu üçün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Qətimkan tədbiri seçilməsi haqqında 17 yanvar 2023-cü il tarixli qərardan görünür ki, 17 yanvar 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuş, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. 06 aprel 2023-cü il tarixdə cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam, obyektiv və vaxtında baxılmasına mane olmadığından və xarakterinə görə ayrıca baxılması mümkün olduğundan, ********** nömrəli cinayət işinin materiallarından Şahid4 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə, Şahid5 barəsində isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılaraq istintaq aparılması üçün icraata qəbul edilmişdir. 06 aprel 2023-cü il tarixdə cinayət işi üzrə icraat Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 53.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs istintaqdan gizləndiyinə görə dayandırılmış və həmin tarixdə barəsində axtarış elan edilmişdir. 16 aprel 2023-cü il tarixdə Təqsirləndirilən şəxs könüllü olaraq Şəmkir RPŞ-nə gəlmiş və həmin tarixdə cinayət işi üzrə icraat təzələnməklə istintaqı davam etdirilmişdir. 19 aprel 2023-cü il tarixdə tərəfimdən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihama əlavə və dəyişikliklər edilərək o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddə ilə yenidən ittiham elan olunmuş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işi üzrə təyin olunmuş məhkəmə-bioloji ekspertizasının 16 yanvar 2023-cü il tarixli 16/74 №-li rəyində göstərilmişdir ki, - tədqiqata təqdim edilmiş, üzərində şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 0,5 qram metanfetaminə bənzər kütlə, 0,2 qram, heroinə bənzər kütlə, 5,9 qram marixuanaya bənzər kütlə “yazı və imzalar olan kağız paketdəki 01 ədəd ağ kağız bükümdə, təmiz çəkisi 0,379 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metanfetamindir. 01 ədəd sellofan bükümdə təmiz çəkisi 0,205 qram olan maddə kustar usulla hazırlanmış narkotik vasitə -heroindir. 01 ədəd kibrit qutusunda təmiz çəkisi 0,347 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik olan qurudulmuş-qurudulmuş marixuanadır. Cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində məhkəmə-narkoloji ekspertizası təyin edilmiş və 07 aprel 2023-cü il tarixli, 611 saylı rəy alınmışdır. Rəydən məlum olur ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Psixotrop maddə olan metanfetamin narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi mülicəyə ehtuyacı var. Narkolji kabinetdə Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. 15 yanvar 2023-cü il tarixdə üzərinə baxış aparılması zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ekspert tədqiqatına sərf edildikdən sonra alıq qalmış 01 ədəd ədəd bükümdə 3,45 qram marixuana, 01 ədəd bükümdə 0,349 qram metamfetamin və 01 ədəd bükümdə 0,155 qram heroin iş üzrə əhəmiyyət kəsb etdiyinə görə xx.xx.2023-cü il tarixdə maddi sübut hesab edilərək cinayət işinə əlavə edilmişdir. 15 yanvar 2023-cü il tarixdə Şəmkir rayon polis şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı, polis baş leytenantı Əli Eminli tərəfindən şəxsi axtarış aparılması və götürmə aparılarkən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş və əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən 0,379 qram miqdarda psixotrop maddə metamfetamin, 0,205 qram narkotik vasitə heroin və 3,47 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülməsinə dair Şəmkir rayon polis şöbəsinin təhqiqat bölməsində toplanmış HK-1/53 saylı material olmuşdur. Bu barədə protokol tərtib edilməklə videokamera ilə çəkilmiş görüntülər DVD diskə köçürülmüş, eləcə də fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri, İcra Hakimiyyəti Mənzil-X3 birliyi tərəfindən verilmiş 80 mömrəli, xx.xx.2023-cü il tarixli arayışlarından və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında ailə üzvləri ilə birlikdə yaşamaqla, müsbət xrakterizə olunur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Qarabağ X15 Birliyinin 06374 nömrəli vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştrak etmişdir. “Kəlbəcərin azad olunması” və “Vətən müharibəsi iştrakçısı” medalları ilə təltif edilmişdir. İş materiallarına əlavə edilmiş Gəncə şəhər A.Səhhət Birləşmiş xəstəxanasının xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs porfboys travması (kəllə daxili travma) postrambotif stres hormonları tez-tez qıcolmalarla nəticələnən qətiyəti davranış pozuntuları xəstəliyi vardır. İş materiallarına əlavə edilmiş Ambulator, Stasionar xəstəxanasının tibb kartasının çıxarışından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə kəllədaxili travma, partlayış travması, qapalı kəllə beyin travması, kəllədaxili hipetirniya paltramatik ensefolopatiya, tez-tez baş verən qıcolmalar, (ayda 6-7 dəfə) şəxsiyyət davranış pozuntuları və trostramatik stres pozuntusu xəstəliyi vardır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfidnən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamışdır. Beləliklə, məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxsin ona isnad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə ona istinad olunmuş maddənin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. Təqsirləndirilən şəxsin hazırkı cinayəti törətməsi özünün etirafedici ifadəsi, şahid ifadələri, istintaq hərkətləri protokolları və ekspert rəyləri ilə sübut olunur. Göstərilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli və həmin maddənin sanksiyası hüdudlarında, cəza təyin etmənin ümumi əsasları nəzərə alınmaqla cəzalandırılmalıdır. Azərbaycan Respublikası 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən hallar müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət rakterizə edilməsini, Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştrak etməsini, Kəlbəcərin azad olunması və Vətən müharibəsi iştrakçısı medalları ilə tərtif edilməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsi şəxsiyyətini müsbət xrakterizə edən hall kimi nəzərə alır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halları (ağırlaşdıran hallar müəyyən edilməmişdir), təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, bu iş üzrə tutulduğu 2 (iki) günün bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günə bərabər hesablanmaqla təyin olunmuş cəzadan çıxılmalı, cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində yaşayış yerini tərk etməsinə və yaşadığı Gəncə şəhəri ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyulmalı, üzərinə yaşadığı Gəncə şəhər ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, habelə narkomaniyadan məcburi müalicə kursu keçmək vəzifələri qoyulmalıdır. Həmçinin Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93-1.2-ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunmalı və ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Cinayət işi üzrə maddi sübut Şəmkir Rayon Polis Şöbəsində xüsusi ayrılmış saxlanc yerində maddi sübutları saxlama kamerasına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,379 qram psixotrop maddə metanfetamin, narkotik vasitə 0,155 qram heroin və 3,45 qram marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, cinayət işi üzrə sübut-əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinin video görüntülərinin qeydə alındığı 1 ədəd DVD-R disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə aparılmış ekspertiza təhqiqatlarının dəyəri 60,80 (altmış manat səksən qəpik) manat Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifatı kodu: 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, dövlət xəzinədarlığı agentliyi kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22) keçirilməlidir. İş materiallarından görünür ki, məhkəmə istintintaqında Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Şəmkir rayon Vəkil Bürosunun vəkili X14 tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 11 saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrieynə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından müdafiəçi X10 ödənilməsi üçün onun işlədiyi Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (hesab: Azərbaycan Beynləxalq Bankının Şəmkir Filialı; Kod:805670; VÖEN:**********; Müxbir hesab: **********944; S.W.İ.F.T, İBAZAZ2X, hesab nömrəsi ********************, VÖEN: **********) köçürülməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197, 198, 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 15 yanvar 2023-cü il tarixdən 17 yanvar 2023-cü il tarixədək bu iş üzrə tutulduğu 02 (iki) günün bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günə bərabər hesablanmaqla təyin olunmuş cəzadan 4 (dörd) gün çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində yaşayış yerini saat 22:00-dan saat 07:00-dək tərk etməsinə və yaşadığı Gəncə şəhər hüdudlarını tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşadığı Gəncə şəhəri ərazi hüdudlarını cəza çəkdiyi müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, habelə narkomaniyadan məcburi müalicə kursu keçmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93-1.2-ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. Hökmün icrası yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin, cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı vaxtdan hesablansın. Müalicə müəssisəsində olduğu müddətdə müəssisənin yerləşdiyi yer Təqsirləndirilən şəxs yaşayış yeri hesab olunsun və həmin dövrdə cəzanın icrasına nəzarəti müalicə müəssisəsinin yerləşdiyi yer üzrə İcra və Probasiya şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış ekspertiza təhqiqatlarının dəyəri 60,8 0 (altmış manat səksən qəpik) manat Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifatı kodu: 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, dövlət xəzinədarlığı agentliyi kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22) keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış Şəmkir Rayon Polis Şöbəsində xüsusi ayrılmış saxlanc yerində maddi sübutları saxlama kamerasına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,379 qram psixotrop maddə metanfetamin, narkotik vasitə 0,155 qram heroin və 3,45 qram marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə maddi sübut-əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinin video görüntülərinin qeydə alındığı 1 ədəd DVD-R disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə müdafiəçi X10 ödənilməsi üçün dövlət büdcəsinin hesabına 66 (altmış altı) manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (hesab: Azərbaycan Beynləxalq Bankının Şəmkir Filialı; Kod:805670; VÖEN:**********; Müxbir hesab: **********944; S.W.İ.F.T, İBAZAZ2X, hesab nömrəsi ********************, VÖEN: **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən bu müddət ərzində apelyasiya protesti və ya şikayəti verilməzsə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Sədrlik edən : Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar