Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-150/2024 22.10.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi– Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs– Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxx 1964–cü il tarixdə Şəmkir rayonunda anadan olmuş, Azəbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 234.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə əldə etmə, saxlama və daşıma cinayət əməlini törətmişdir. Belə ki, o, 2023-cü ilin avqust ayında Şəmkir rayonu, Sərxan yaşayış massivində Galavan adlı meşəlik ərazisində yerləşən Cəyir çayının kənarında yabanı halda bitmiş çətənə bitkisinin yarpaqlarından toplamaqla qurudub satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr”in İ siyahısının İ bəndi, həmçinin “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş eyni adlı İ siyahısı ilə müəyyən edilən, narkotik vasitə olan qurudulmuş marixuananı 2 ədəd plastik qabaq yığaraq üzərində saxlamaqla daşımış, Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs 26 fevral 2024-cü il tarixdə, saat 11:30 radələrində narkotik vasitələrin istifadəsində və saxlamasında şübhəli bilindiyindən, Şəmkir şəhər, S.Sərxanlı küçəsində şübhəli şəxs qismində saxlanılaraq Şəmkir rayon polis şöbəsinin inzibati binasına gətirilib üzərində şəxsi axtarış aparılan zaman əynindəki qəhvəyi rəngli gödəkcənin sol ön cibindən bir ədəd plastik qabda və 01 ədəd kağız bükümdə, sol iç cibindən isə bir ədəd 01 ədəd plastik qabda, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış, təmiz çəkisi 24,59 qram, 24,46 qram və 0,45 ümumi təmiz çəkisi 49,5 qram xeyli miqdarda narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüş, davam etdirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman aşkar edilmiş narkotik vasitə olan marixuanaya bənzər kütlədən başqa yaşadığı Şəmkir rayonu, Şəmkir rayonu, Sərxan yaşayış massivində Galavan adlı meşəlik ərazisində yaşadığı fərdi yaşayış evinin həyatyanı sahəsində saxladığını bildirdiyi üçün Şəmkir rayon polis şöbəsinin əməkdaşları tərəfindən həmin evə və həyatyanı sahəsinə baxış keçirilmiş, baxış zamanı fərdi yaşayış evinin həyatyanı sahəsində 2 müxtəlif yerdə daşın altında gizlətdiyi iki ədəd plastik qablarda tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış, ayrı-ayrılıqda təmiz çəkiləri 16,32 və 16,81 qram, ümumi təmiz çəkisi 33,13 qram olan xeyli miqdarda narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilib məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, əvvəllər narkotik vasitə qəbul etmişdir, təxminən 30 ilə yaxın müddətdir ki, narkotik vasitə istifadəçisidir. O, müəyyən vaxtlarda Şəmkir rayonu, Sərxan yaşayış massivində Galavan deyilən meşəlik ərazidə yerləşən atasından qalma 1 otaqdan ibarət fərdi yaşayış evində qalır. Evin yaxınlığından isə Cəyir çayı keçir. Həmin çayın ətrafında hər il xeyli yabanı halda narkotik tərkibli çətənə kolları yetişib bitir. 2023-cü ilin avqust ayının sonları, sentyabr ayının əvvəllərində həmin yabanı halda bitən çətənə kollarından yığıb quruması üçün iri daşların üzərinə sərmiş və qurutduqdan sonra şəxsi istifadəsi məqsədilə kiçik həcmli plastik spirt qablarının içərisinə yığıb saxlmış, sonuncu dəfə onlardan ikisini evin həyətyanı sahəsində daşların altında gizlədərək saxlamışdır. İki ədədini isə şəxsi istifadə məqsədilə üzərində gəzdirmişdir. Hətta qabın birinin içərisindəki marixuananı içərisindəki tütünü boşaltdığı bir ədəd siqaretin içərisinə doldurub istifadə etmək üçün cibinə qoymuşdur. xx.xx.2024-cü tarixdə saat 12 radələrində Şəmkir şəhəri, Səyavuş Sərxanlı küçəsində yolun kənarı ilə piyada gedərkən Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları ona yaxınlaşmış və narkotik vasitələrin istifadəsi və saxlanmasında şübhəli bilindiyi üçün onu polis şöbəsinə dəvət etmişlər. O da həmin şəxslərlə birlikdə polis şöbəsinə gəlmişdir. Şəmkir Rayon Polis Şöbəsində üzərinə hüquqlarını müdafiə edən vəkil Müdafiəçi iştirakı ilə video çəkilişlə şəxsi axtarış keçirmişlər. Şəxsi axtarış zamanı o, üzərində narkotik vasitə olduğunu deyərək əynindəki qəhvəyi rəngli gödəkcənin sol ön cibindən bir ədəd, sol iç cibindən isə bir ədəd olmaqla cəmi iki ədəd kiçik həcmli plastik qabı çıxararaq masanın üzərinə qoymuşdur. Həmin plastik qabların qapaqları açıldıqda içərisində yaşıl rəngli narkotik maddə olan marixuanaya bənzər kütlələr aşkar olunmuşdur. O, həmin kütləni 2023-cü ilin avqust ayının sonu, sentyabr ayının əvvəlində yaşadığı Şəmkir rayonu, Sərxan yaşayış massivi yaxınlığından keçən Cəyir çayının kənarında yabanı halda bitən narkotik tərkibli çətənə kollarını yığıb yaşadığı evdə öz şəxsi istifadəsi məqsədilə qurutmuşdur və şəxsi istifadəsi üçün üzərində saxlamışdır. O, həmçinin bundan başqa yaşadığı evdə də eyni formada iki ədəd plastik qabın içərisində marixuana saxladığını bildirmişdir. Həmin kütlələr kiçik həcmli "Kinlle" markalı tərəzidə çəkilmiş və plastik qablarla birlikdə müvafiq olaraq 45,93 və 42,16 qram olmaları müəyyən edilmişdir. Həmin plastik qablar qablaşdırılaraq Azərbaycan Respublikası DİN-nin 118 nömrəli möhürü ilə möhürlənmiş və o da öz növbəsində üzərini imza etmişdir. Bundan sonra onun üzərində polis əməkdaşının iştirakı ilə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı üzərindən əynindəki qəhvəyi rəngli gödəkcənin sol ön cibindən bir ədəd kağız bükümün içərisində yaşıl rəngli marixuanaya bənzər kütlə aşkar olunmuşdur. Həmin kütlə kiçik həcmli “Kinlle” markalı tərəzidə çəkilmiş və kağız bükümlə birlikdə 0,85 qram olması müəyyən edilmişdir. Həmin kağız büküm qablaşdırılaraq Azərbaycan Respublikası DİN-nin 118 nömrəli möhürü ilə möhürlənmiş və o da öz mövbəsində üzərini imza etmişdir. Bundan başqa şəxsi axtarış zamanı digər narkotik vasitə, psixotrop maddə, onların prekurorsorları, eləcədə dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya aşkar edilməmişdir. Əynində olan qara rəngli şalvarın sol ön cibindən aşkar olunmuş 1 ədəd alışqan, 1 ədəd açıq vəziyyətdə “Argo” markalı siqaret qutusu, 1 ədəd kağız parçası və 9 ədəd 1 manatlıq olmaqla 9 manat pul maddi sübut əhəmiyyəti kəsb etmədiyindən onun özünə qaytarılmışdır. Həmçinin xx.xx.2024-cü il tarixdə Şəmkir rayonu, Sərxan yaşayış massivində Galavan deyilən meşəlik ərazidə yerləşən fərdi yaşayış evinə və onun həyətyanı sahəsinə onun, Müdafiəçi, aqronom Vaqif Dumanovun və Şəmkir RPŞ-nin əməkdaşlarının iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı ondan yaşadığı evdə və onun həyətyanı sahəsində hər hansı narkotik vasitə, psixotrop maddə və onun prekursorları, həmçinin dövriyyəsi qadağan olunmuş əşya və ya predmet olub-olmadığı soruşulmuş, öz növbəsində evin həyətyanı sahəsində narkotik vasitə olduğunu və təqdim edə biləcəyini bildirmişdir. Bundan sonra yerdə olan iri çəkili və bir yerə yığılmış daşlara yaxınlaşaraq onları yerindən çıxarıb qaldıraraq oradan bir ədəd üzərində yazılar olmayan kiçik həcmli plastik qabı çıxardıb təqdim etmiş və içərisində narkotik vasitə olan marixuana olduğunu bildirmişdir. Bundan başqa, həyətyanı sahədə bir yerə yığılmış digər daşlara yaxınlaşaraq onları yerindən çıxarıb qaldırmış və oradan da bir ədəd üzərində yazılar olmayan kiçik həcmli plastik qabı çıxardıb təqdim etmiş və içərisində narkotik vasitə olan marixuana olduğunu bildirmişdir. 1ci plastik qabın qapağı açıldıqda içərisində yaşıl rəngli, kəskin iyli narkotik vasitə marixuanaya bənzər kütlə, 2-ci plastik qab açıldıqda isə içərisində yaşıl rəngli, kəskin iyli narkotik vasitə marixuanaya bənzər kütlə aşkar edilmişdir. Aşkar olunmuş plastik qablarda olan kütlələr elektron tərəzi ilə çəkilmiş və 1-ci plastik qabın içərisində narkotik vasitə mariuxanaya bənzər kütlənin çəkisi 38,05 qram, 2-ci plastik qabın içərisində narkotik vasitə olan marixuanaya bənzər kütlənin çəkisi isə 37,19 qram təşkil etmişdir. Aşkar edilmiş narkotik vasitə marixuanaya bənzər kütlələr kağız zərfə qoyulub qablaşdırılmış və üzəri Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 118 nömrəli möhürü ilə möhürlənərək götürülmüşdür. O və digər iştirakçılar bağlamanın üzərini imzalamışlar. Baxış zamanı o təqdim etdiyi narkotik vasitələri 2023-cü ilin avqust ayının sonu, sentyabr ayının əvvəlində yaxınlıqdan keçən Cəyir çayının kənarından yabanı halda bitən narkotik tərkibli çətənə kollarını yığıb qurutmaqla əldə etmiş, qurutduqdan sonra isə öz şəxsi istifadəsi məqsədilə üzərində və yaşadığı evin həyətyanı sahəsində saxlamışdır. Bundan başqa yaşadığı evdə psixotrop maddə və onun prekursorlarının olmadığını bildirdiyindən polis əməkdaşlarının iştirakı ilə həmin yerlərə baxış keçirilmişdir. Polis əməkdaşları tərəfindən keçirilən baxış zamanı əlavə narkotik vasitə, psixotrop maddə və onun prekursorları, həmçinin dövriyyəsi qadağan olunmuş əşya və ya predmet aşkar edilməmişdir. Hazırda əməlindən peşmandır. İlk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini və yaşı nəzərə alınaraq, məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Şəmkir şəhəri, A.Teymur küçəsi, ev-10 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs tanımır və onunla münasibəti, ədavəti, düşmənçiliyi yoxdur. 26 fevral 2024-cü il tarixdə Şəmkir Rayon Polis Şöbəsinə Təqsirləndirilən şəxs narkotik vasitələrin saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat Şəmkir RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid3 tərəfindən şöbə rəhbərliyinə məruzə olunmuş və əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi üçün onun rəhbərliyi altında Şəmkir RPŞ-nin CABnin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 və Şəmkir RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. Həmin gün o və əməliyyat qrupunun üzvləri Təqsirləndirilən şəxs müəyyən etmək məqsədi ilə avtomobillə Şəmkir şəhəri ərazisinə çıxmışlar. xx.xx.2024-cü il tarixdə saat 11:30 radələrində Təqsirləndirilən şəxs Şəmkir şəhəri, S.Sərxanlı küçəsində olarkən avtomobili kənarda saxlamış və avtomobildən düşüb Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim etmişlər. Sonra şəxsiyyətini təsdiq edən sənədini təqdim etməsini xahiş etmişlər. O Şəmkir şəhər sakini Təqsirləndirilən şəxs olduğunu, lakin üzərində heç bir sənədinin olmadığını bildirmiş, həmin vaxt onlar Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz saxlanmasında şübhəli olduğunu bildirib barəsində olan məlumatların yoxlanılması və şəxsiyyətini dəqiqləşdirilməsi məqsədi ilə Şəmkir RPŞ-nə dəvət etmişlər. Sonra onlar avtomobilə oturaraq birlikdə Şəmkir RPŞ-nə gəlmişlər. Şəmkir RPŞ-nə gəldikdən sonra Müdafiəçi iştirakı ilə baş təhqiqatçı, polis mayoru Salman Atayev tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı onun üzərində narkotik vasitə, psixotrop maddə və prekursorları, eləcədə dövriyyəsi qadağan olunmuş hər hansı predmet və ya əşya varsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynindəki qəhvəyi rəngli gödəkcənin sol ön cibindən bir ədəd, sol iç cibindən isə bir ədəd olmaqla cəmi iki ədəd kiçik həcimli plastik qabı çıxararaq masanın üzərinə qoyub təqdim etmişdir. Həmin plastik qablara baxış keçirilən zaman içərisində narkotik vasitə olan marixuanaya bənzər kütlə olması aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin kütləni 2023-cü ilin avqust ayının sonu, sentyabr ayının əvvəlində yaşadığı Şəmkir rayonu, Sərxan yaşayış massivinin yaxınlığından keçən Cəyir çayının kənarında yabani halda bitən çətənə kollarını yığıb yaşadığı evdə öz şəxsi istifadəsi məqsədilə qurutduğunu və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Həmçinin bundan başqa yaşadığı evdə də eyni formada iki ədəd plastik qabın içərisində marixuana saxladığını və təqdim edə biləcəyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi kütlələr elektrik tərəzidə çəkilən zaman çəkilərinin 45,93 və 42,16 qram olması müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı əynindəki qəhvəyi rəngli gödəkcənin sol ön cibindən bir ədəd kağız bükümün içərisində yaşıl rəngli marixuanaya bənzər kütlə aşkar olunmuşdur. Daha sonra həmin kütlə elektron tərəzidə çəkilmiş və çəkisinin kağız büküm ilə birlikdə 0,85 qram olması müəyyən edilmişdir. Sonra həmin kütlələr qablaşdırılaraq DİN-nin 118 nömrəli möhürü ilə möhürlənmiş və ekspert tədqiqatına göndərilmişdir. Bu barədə müvafiq protokol tərtib olunmuş, tərtib olunmuş protokol iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı videokamera ilə çəkilmiş görüntülər diskə köçürüldmüş, eləcə də, fotoşəkillər çəkilib protokola əlavə olunmuşdur. Bununla da şəxsi axtarış yekunlaşmışdır. Bundan sonra Şəmkir RPŞ-nin TB-nin baş təhqiqatçı, polis mayoru, X3, mütəxəssis qismində dəvət edilmiş X6, o, Şəmkir RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid2, Şəmkir RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid3, Müdafiəçi və Təqsirləndirilən şəxs ilə birlikdə sonuncunun yaşadığı evə və onun həyətyani sahəsinə baxış keçirmək üçün getmişlər. Baxışda iştirak edən Təqsirləndirilən şəxs yaşadığı evdə və həyətyani sahəsində hər hansı narkotik vasitə, psixotrop maddə və onun prekursorları həmçinin dövriyyəsi qadağan olunmuş əşya və ya predment olub-olmadığı soruşulmuş, Təqsirləndirilən şəxs evin həyətyani sahəsində narkotik vasitə olduğunu və təqdim edə biləcəyini deyərək yerdə olan iri çəkili, bir yerə yığılmış daşlara yaxınlaşaraq onları yerindən çıxarıb qaldırmışdır. Oradan bir ədəd üzərində yazı olmayan kiçik həcimli plastik qabı çıxardaraq təqdim etmiş və içərisində narkotik vasitə olan marixuana olduğunu bildirmişdir. Bundan başqa, həyətyanı sahədə bir yerə yığılmış digər daşlara yaxınlaşaraq onları yerindən çıxarıb qaldırmış və oradanda bir ədəd üzərində yazılar olmayan kiçik həcimli plastik qabı çıxardıb təqdim etmiş və içərisində narkotik vasitə olan marixuana olduğunu bildirmişdir. Hər iki plastik qabın içərisinə baxış keçirilən zaman içərisində yaşıl rəngli, kəskin iyili narkotik vasitə marixuanaya bənzər kütlələr olması müəyyən edilmişdir. Bundan sonra həmin kütlələr elektron tərəzidə çəkilən zaman çəkilərinin 38,05 qram və 37,19 qram olması müəyyən edilmişdir. Sonra həmin kütlələr qablaşdırılaraq DİN-nin 118 nömrəli möhürü ilə möhürlənmişdir. Təqsirləndirilən şəxs bunlardan başqa yaşadığı evdə və həyətyani sahədə əlavə narkotik vasitə və ya psixotrop maddə olmadığını bildirdikdən sonra polis əməkdaşları həmin yerlərə baxış keçirmiş lakin əlavə narkotik vasitə və ya psixotrop maddə aşkar edilməmişdir. Eləcə də aqronom-alim X4 iştirakı ilə Təqsirləndirilən şəxs yabani halda narkotik tərkibli çətənə kollarının bitdiyi Cəyir çayının kənarına baxış keçirilmiş, baxış zamanı Vaqif Dumanov çayın kənarında olan torpaq sahəsində yabani halda narkotik tərkibli çətənə kollarının yetişməsi və bitməsi üçün münbit şəraitin olduğunu və kolların yetişməsinin mümkün olduğunu bildirmişdir. Müvafiq protokol tərtib olunmuş, tərtib olunmuş protokol iştirakçılar tərəfindən imzalanmışdır. Baxış zamanı videokamera ilə çəkilmiş görüntülər diskə köçürülmüş, eləcə də, fotoşəkillər çəkilib protokola əlavə olunmuşdur. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid2 və Şahid4 da Şahid1 ilə eyni məzmunlu ifadə verərək, onun göstərdiyi halları təsdiq etdilər. Məhkəmə, ibtidai araşdırma mərhələsində şahid qismində dindirilmiş, lakin məhkəmə istintaqında iştirak etməmiş Şahid3 məhkəmə istintaqında elan edilərək tədqiq olunmuş ifadəsini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. Belə ki, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 da Şahid1 ilə eyni məzmunlu ifadə verərək, eyni xüsusatları göstərmişdir. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan “şəxsi axtarış aparılması barədə” 26 fevral 2024–cü il tarixdə tərtib edilmiş protokoldan görünür ki, Şəmkir RPŞ–nin inzibati binasında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış və onun əynindəki qəhvəyi rəngli gödəkcənin sol ön cibindən bir ədəd, sol iç cibindən isə bir ədəd olmaqla cəmi iki ədəd kiçik həcmli plastik qablarla birlikdə təmiz çəkiləri 45,93 və 42,16 qram və sol ön cibindən bir ədəd kağız bükümündə olan, təmiz çəkisi 0,85 qram çəkidə narkotik vasitə olan marixuana aşkar olunaraq götürülmüşdür. Bu barədə protokol tərtib edilməklə videokamera ilə çəkilmiş görüntülər DVD diskə köçürülmüş, eləcə də, fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. Cinayət işinin materiallarında olan “baxış keçirilməsi haqqında” 26 fevral 2024–cü il tarixdə tərtib edilmiş protokoldan görünür ki, 26 fevral 2024-cü il tarixdə Şəmkir RPŞ-nin TB-nin təhqiqatçısı, polis mayoru Salman Atayev tərəfindən Təqsirləndirilən şəxs iştirakı ilə Şəmkir rayonu, Sərxan yaşayış massivində yerləşən fərdi yaşayış evinə və onun həyətyanı sahəsinə baxış keçirilmişdir. Baxış zamanı evin həyətyanı sahəsində iki ədəd plastik qab içərisində narkotik vasitə olan çəkisi 37,19 və 38,05 qram miqdarda qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Bu barədə protokol tərtib edilməklə videokamera ilə çəkilmiş görüntülər DVD diskə köçürülmüş, eləcə də, fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X8 Bölməsinin 27 fevral 2024–cü il tarixli 16/275 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik tərkibli marixuanaya bənzər kütlələrin olduğu plastik qablar qablaşdırılmış vəziyyətdə” yazı və imzalar olan kağız paketdəki 2 (iki) ədəd plastik qablarda, ayrı-ayrılıqda təmiz çəkiləri, 24,59 qram, 24,46 qram, ümumi təmiz çəkisi 49,05 qram olan bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik tərkibli marixuanaya bənzər kütlə qablaşdırılmış vəziyyətdə” yazı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd siqaret dənəsində tütünlə birlikdə təmiz çəkisi 0,51 qram, tütündən ayrıldıqdan sonra təmiz çəkisi 0,45 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı evin həyətyani sahəsində 2 müxtəlif yerdə aşkar olunmuş plastik qabların içərisində marixuanaya bənzər kütlələr qablaşdırılmış halda” yazı və imzalar olan kağız paketdəki 2 (iki) ədəd plastik qablarda, ayrı-ayrılıqda təmiz çəkiləri, 16,32 qram, 16,81qram, ümumi təmiz çəkisi 33,13 qram olan bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. İşdə olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 5(076)- 30/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs fərdi yaşayış evinə və həyətyanı torpaq sahəsinə baxış keçirilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şəmkir Rayon Polis Şöbəsinin CAB-nin əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid3 26 fevral 2024-cü il tarixli qərarı qanuni və əsaslı hesab edilmişdir. Cinayət işinin materiallarında olan Gəncə şəhər Səhiyyə İdarəsinin Rayonlararası Narkoloji Dispanserinin ambulator məhkəmə–narkoloji ekspertizasının 23 mart 2024–cü il tarixli, 495 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui–istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan Şəmkir Rayon Poliklinikasının xx.xx.2024– cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Şəmkir Rayon Poliklinikasında psixiatrik və narkoloji kabinetdə qeydiyyatda dayanmır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN–nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəyini, istintaq hərəkətlərinin protokollarını və sənədləri Azərbaycan Respublikasının Cinayət– Prosessual Məcəlləsinin 124–136–cı maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 143–145–ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir–biri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə etmə, saxlama və daşıma cinayət əməllərini törətmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsi ilə düzgün tövsif edilmişdir. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005–ci il tarixli Azərbaycan Respublikası Qanunun 1–ci maddəsinə əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi, məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəlmiş bütün hərəkətləri isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması hesab edilir. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası CM–in 234.1–ci maddəsində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsində nəzərdə tutulmuş cinayət əməli “az ağır” olmaqla, bilavasitə narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar olaraq qəsdən törədilən cinayətdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2–ci maddəsinə əsaslanaraq Təqsirləndirilən şəxs təqsirini etiraf edərək əməlindən səmimi peşman olmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61–ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəzanı ağırlaşdırılan halların olmaması və yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsinin sanksiyası çərçivəsində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32–ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29–cu maddəsinin 4–cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999–cu il tarixli Qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003– cü il tarixli 4 №li Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8–ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarının 3–cü bəndinin 2–ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatlar nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qeyd olunanlara əsasən məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən tam təcrid olunmadan, ona Azərbaycan Respublikası CM–in 234.1–ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmasını daha məqsədəuyğun hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52–1.1–ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51–2–ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52–1.2–ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə Şəmkir rayonunun hüdudlarını tərk etməmək, Şəmkir rayonunda yerləşən yaşayış yerini saat 23:00–dan saat 07:00– dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51–2–ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Bununla yanaşı məhkəmə təqsirləndirilən şəxsin məhkəmə baxışınadək şübhəli şəxs qismində saxlanması müddətinin azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi zamanı nəzərə alınmasını da zəruri hesab edir. Belə ki, cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 26 fevral 2024–cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Bundan başqa cinayət işinin materiallarında olan başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi və MSY-dən azad edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və o Şəmkir RPŞ-nin MSY-dən azad edilmişdir. Bununla da Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı müddət 02 gün təşkil edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlandığı 02 gün müddəti nəzərə alaraq hesab edir ki, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası həbsdə saxlamanın 1 günü azadlığın məhdudlaşdırılmasının 2 gününə bərabər tutularaq, cəmi 04 gün müddət təyin edilmiş cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158.2–ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Məhkəmə cəza təyin edərkən, məhkəmə–narkoloji ekspertinin tövsiyyəsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsində göstərilən məqsədlərə nail olunması istiqamətində görülməli olan zəruri tədbir hesab edərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli, və o, yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 17.1–ci maddəsinə əsasən məhkuma məhkəmə tərəfindən alkoqolizmə və ya narkomaniyaya, həmçinin anlaqlılığı istisna etməyən psixi pozuntuya görə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərsə, bu tədbirlər cəza müddəti ərzində cəzanı icra edən müəssisə və ya orqan tərəfindən həyata keçirilir. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99–1.1.1 və 99–1.1.2–ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 132.1.1–ci və 131.1.2–ci maddələrinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki–hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir. (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir). Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. İş üzrə maddi sübut olub Şəmkir RPŞ–də saxlanılan, ekspertiza tədqiqatına sərf edildikdən sonra ümumi qalıq qalmış 82,23 qram qurudulmuş narkotik vasitə olan marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və baxış keçirilən zaman videokamera ilə çəkilmiş görüntülərin köçürüldüyü 2 ədəd DVD disk iş üzrə əhəmiyyət kəsb etdiyinə görə cinayət işində saxlanılmalıdır. Azərbaycan Respublikası CPM–nin 346.1.17–ci maddəsinə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub–olmamasıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10–cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza ilə bağlı məhkəmə məsrəfləri bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ekpertiza tədqiqatının dəyəri olan 60,80 manat məhkəmə məsrəfi tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE******************** Büdcə təsnifatının kodu 142595 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22). Həmçinin məhkəmə, Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan əlavə, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Müdafiəçinin məhkəməyə təqdim etdiyi hesabatdan görünür ki, Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 24 (iyirmi dörd) saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikasının Cinayət– Prosessual Məcəlləsinin 193.2 və 193.4–cü maddələrinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001–ci il tarixli Qərarına (03 may 2018–ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 193.2, 193.4–cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 144 manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (Hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı; Kod: 8051630; Bankın VÖEN–i:**********; Müxbir hesab: AZ03NABZ01351**********2944; S.W.İ.F.T İBAZAZ2X, hesab nömrəsi İBAN AZ03İBAZ********************, Müştəri VÖEN–i: **********) köçürülməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358 və 384–385–ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM–in 69.3–cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 26 fevral 2024–cü il tarixdən 28 fevral 2024–cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Şəmkir rayonunun hüdudlarını tərk etməmək, Şəmkir rayonunda yaşayış yerini saat 23:00–dan saat 07:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut hesab olunan və Şəmkir RPŞ–də saxlanılan, ekspertiza tədqiqatına sərf edildikdən sonra ümumi qalıq qalmış 82,23 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və baxış keçirilən zaman videokamera ilə çəkilmiş görüntülərin köçürüldüyü 2 ədəd DVD disk iş üzrə əhəmiyyət kəsb etdiyinə görə cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 60,80 (altmış manat səksən qəpik) manat məbləğində məhkəmə məsrəfi tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE******************** Büdcə təsnifatının kodu 142595 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22). Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrası Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 144 manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (Hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı; Kod: 8051630; Bankın VÖEN–:**********; Müxbir hesab: AZ03NABZ01351**********2944; S.W.İ.F.T İBAZAZ2X, hesab nömrəsi İBAN AZ03İBAZ********************, Müştəri VÖEN–i: **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №1(076)-150/2024
Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-150/2024
22.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver