Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 1(076)-151/2023 01.08.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi– Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2, təqsirləndirilən şəxs mərhum Təqsirləndirilən şəxs2 müdafiəçisi– Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1, zərərçəkmiş şəxs– Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs– Təqsirləndirilən şəxs1 iştirakı ilə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1–ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq özgənin əmlakını gizli talayaraq oğurluq cinayət əməlini törətmişdir. Belə ki, o, 21 sentyabr 2022–ci il tarixdə saat 01 radələrində tamah məqsədi ilə qanunsuz və əvəzsiz olaraq özgənin əmlakını gizli talamaq niyyəti ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, bir qrup şəxs halında vahid niyyətlə Şəmkir rayonu, Qədimqala kəndində yerləşən açıq sahədən Zərərçəkmiş şəxs məxsus 1 (bir) ədədinin qiyməti 100 (yüz) manat olmaqla, cəmi 2.300 (iki min üç yüz) manat dəyərində 23 (iyirmi üç) ədəd içərisində arı ailəsi olan arı yeşiklərini və həmin tarixə qiyməti 300 (üç yüz) manat olan 01 ədəd istifadə edilmiş, 7,5 kilovat gücündə, dizel yanacaqla işləyən elektrik generatorunu, həmçinin cinayətkar əməllərinin davamı olaraq 28 sentyabr 2022– ci il tarixdə, saat 01 radələrində Şəmkir rayonu, Çinarlı qəsəbəsinin ərazisində yerləşən açıq sahədən Zərərçəkmiş şəxs məxsus 1 (bir) ədədinin qiyməti 100 (yüz) manat olmaqla, cəmi 2.000 (iki min) manat dəyərində 20 (iyirmi) ədəd içərisində arı ailəsi olan arı yeşiklərini gizlin talamaqla, ümumilikdə zərərçəkmiş şəxsə 4.600 (dörd min altı yüz) manat məbləğində zərər vurmaqla oğurluq etmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1–ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq özgənin əmlakını gizli talayaraq oğurluq cinayət əməlini törətmişdir. Belə ki, o, 21 sentyabr 2022–ci il tarixdə saat 01 radələrində tamah məqsədi ilə qanunsuz və əvəzsiz olaraq özgənin əmlakını gizli talamaq niyyəti ilə tanışı Samux rayonu, Seyidlər kənd sakini Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, bir qrup şəxs halında vahid niyyətlə Şəmkir rayonu, Qədimqala kəndində yerləşən açıq sahədən Zərərçəkmiş şəxs məxsus 1 (bir) ədədinin qiyməti 100 (yüz) manat olmaqla, cəmi 2.300 (iki min üç yüz) manat dəyərində 23 (iyirmi üç) ədəd içərisində arı ailəsi olan arı yeşiklərini və həmin tarixə qiyməti 300 (üç yüz) manat olan 01 ədəd istifadə edilmiş, 7,5 kilovat gücündə, dizel yanacaqla işləyən elektrik generatorunu, həmçinin cinayətkar əməllərinin davamı olaraq 28 sentyabr 2022–ci il tarixdə, saat 01 radələrində Şəmkir rayonu, Çinarlı qəsəbəsinin ərazisində yerləşən açıq sahədən Zərərçəkmiş şəxs məxsus 1 (bir) ədədinin qiyməti 100 (yüz) manat olmaqla, cəmi 2.000 (iki min) manat dəyərində 20 (iyirmi) ədəd içərisində arı ailəsi olan arı yeşiklərini gizlin talamaqla, ümumilikdə zərərçəkmiş şəxsə 4.600 (dörd min altı yüz) manat məbləğində zərər vurmaqla oğurluq etmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1–ci maddəsi ilə ittiham verilmişdir. Məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 xx.xx.2023–cü il tarixdə vəfat etmişdir. Belə ki, cinayət işinin materiallarında olan Samux RİHB–nin Seyidlər kəndə İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023–cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2023–cü il tarixdə avtoqəza nəticəsində vəfat etmişdir. Cinayət işinin materiallarında olan Elektron Məhkəmə İnformasiya Sistemindən Çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2023–cü il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 106–1.1–ci maddəsinə əsasən ölmüş təqsirləndirilən şəxsin hüquq və vəzifələrini cinayət işi üzrə icraat zamanı həyata keçirmək istəyini bildirən yaxın qohumlarından biri təqsirləndirilən şəxsin hüquqi varisi hesab olunur. Həmin Məcəllənin 106–1.4–cü maddəsinə əsasən ölmüş şəxs barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərar bu Məcəllənin 106-1.3-cü maddəsində nəzərdə tutulan bildirişin göndərildiyi və ya təqdim edildiyi gündən 20 (iyirmi) gün sonra çıxarılır. Ölmüş şəxsin yaxın qohumu bu müddət ərzində onun hüquqi varis qismində tanınması barədə müvafiq istəyini bildirmədikdə, cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərarın çıxarılması üçün müdafiəçinin razılığı tələb olunur. Cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərarın surəti bu Məcəllənin 281-ci maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materialları ilə tanış olmaq hüququ və həmin qərardan şikayət etmək qaydası izah edilməklə, ölmüş şəxsin yaxın qohumlarına göndərilir və ya təqdim edilir. Məhkəmə təqsirləndirilən şəxsin ölməsi barədə daxil olmuş məlumat əsasında CPM–nin 106–1 maddəsinin tələblərinə əsasən ölmüş təqsirləndirilən şəxsin hüquqi varisi qismində onun hüquq və vəzifələrinin cinayət işi üzrə icraat zamanı həyata keçirilməsi üçün onun ailə üzvlərinə bildiriş təqdim etmiş və həmin bildirişdə CPM–nin 106–1 maddəsinin tələblərinə əsasən izah edilmişdir ki, ölmüş təqsirləndirilən şəxsin yaxın qohumlarından hər hansı biri onun hüquqi varisi qismində tanınmasını istəyirsə, bu barədə məhkəməyə müraciət edə bilər. Lakin Təqsirləndirilən şəxs2 ailə üzvləri tərəfindən ölmüş şəxsin hüquqi varisi qismində tanınmaq istəyinin olub-olmaması barədə məhkəməyə hər hansı yazılı münasibət, o cümlədən ərizə daxil olmamış, bu səbəbdən məhkəmə müdafiəçinin razılığı ilə cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsini məqsədə müvafiq hesab etmişdir. Təqsirləndirilən şəxs mərhum Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi1 məhkəməyə ərizə təqdim edərək, Təqsirləndirilən şəxs2 vəfat etdiyindən onun barəsində bəraətverici əsaslar olmadan cinayət təqibinə xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə, cinayət prosesi tərəflərinin ölmüş Təqsirləndirilən şəxs2 barəsində olan cinayət təqibinə xitam verilməsi barədə fikirlərini dinləyib, hesab edir ki, Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 39.1.5–ci maddəsinə əsasən ölmüş Təqsirləndirilən şəxs2 barəsində olan cinayət təqibinə xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 39.1.5–ci maddəsinə əsasən şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldükdə (ölən şəxsə bəraət verilməsi zəruri olduğu hallar istisna olmaqla) barəsində olan cinayət işinə xitam verilməlidir. Həmin Məcəllənin 43.3-1–ci maddəsinə əsasən məhkəmə baxışının gedişində cinayət təqibinə bu Məcəllənin 39.1.5-ci maddəsində nəzərdə tutulmuş halda xitam verilməsinə ölmüş şəxsin hüquqi varisinin, hüquqi varis müəyyən edilmədiyi, o cümlədən bu Məcəllənin 106-1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda müdafiəçisinin razılığı ilə yol verilir. Belə olan halda məhkəmə hesab edir ki, mərhum Təqsirləndirilən şəxs2 ailə üzvləri tərəfindən ölmüş şəxsin hüquqi varisi qismində tanınmaq istəyinin olması barədə məhkəməyə hər hansı ərizə daxil olmadığından, eləcə də, müdafiəçinin razılığı olduğundan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə onun barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməlidir. Məhkəmə, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs2 öldüyündən onun barəsində olan cinayət işinə xitam verilməklə bərabər barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri də ləğv edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 39.1.5–ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1–ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs2 öldüyündən Azərbaycan Respublikası Cinayət– Prosessual Məcəlləsinin 39.1.5–ci maddəsinə əsasən onun barəsində cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №1(076)-151/2023
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №1(076)-151/2023
01.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver