Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-151/2024 04.09.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi– Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 və təqsirləndirilən şəxs– Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxx 1986–cı il tarixdə Tovuz rayonu, Aşağı-Quşçu kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində üç nəfər yetkinlik yaşına çatmayan, bir nəfər azyaşalı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olunmayan, Şəmkir rayonu, Seyfəli kəndində qeydiyyatda olmaqla, həmin kənddə yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 306.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmişdir. Belə ki, Təqsirləndirilən şəxs cavabdeh kimi ondan xx.xx.2022-ci il tarixindən başlayaraq xx.xx.2011-ci il təvəllüdlü X3, xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər bir uşağa gör hər ay 170,00 manat, ümumilikdə 510,00 manat sabit pul məbləğində aliment, 50,00 manat isə mediasiya xərci alınaraq tələbkar Zərərçəkmiş şəxs verilməsinə dair Şəmkir Rayon Məhkəməsinin 2(076)- 2735/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə barəsində Şəmkir Rayon Məhkəməsinin 3(076)-786/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 gün müddətinə inzibati qaydada həbs olunmasına, icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edilərək sonuncu dəfə xx.xx.2023-cü il tarixdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən günə, yəni xx.xx.2023-cü il tarixədək 6680,00 manat məbləğində aliment borcunu Zərərçəkmiş şəxs ödəməyərək sonuncuya maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1–ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs ilə 2006-cı ildə faktiki olaraq evlənmiş, nikahları xx.xx.2011-ci ildə rəsmiləşdirilmişdir. Zərərçəkmiş şəxs ilə olan nikahından üç övladı olmuşdur. Evli olduqları müddətdə o, Şəmkir rayonu, Seyfəli kəndi ərazisində fərdi qaydada təsərrüfat işlərində işləmiş və orta hesabla aylıq gəliri 400,00-500,00 manat təşkil etmişdir. O, aylıq qazancını uşaqlarının və özünün maddi tələbatı üçün xərcləmişdir. Zərərçəkmiş şəxs ilə 2022-ci ilin may ayına qədər birgə yaşamış, əvvəllər münasibətləri yaxşı olsa da, sonradan pozulmuşdur. Bundan sonra Nuridə ayrılaraq hər iki uşaqla birlikdə valideynlərinin yanına getmişdir. Ayrıldıqdan sonra Zərərçəkmiş şəxs nikah qeydinin ləğv edilməsi və aliment tələbinə dair iddia ərizəsilə məhkəməyə müraciət etmişdir. Bundan sonra Şəmkir Rayon Məhkəməsinin 2(076)-2735/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə nikah qeydi ləğv edilməklə xx.xx.2022-ci il tarixdən başlayaraq, ondan xx.xx.2011-ci il təvəllüdlü X3, xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün hər ay hər bir uşağa görə 170,00 manat, ümumilikdə 510,00 manat sabit pul məbləğində aliment, 50,00 manat isə mediasiya xərci alınaraq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Qeyd olunan qətnamə üzrə verilmiş icra vərəqəsi xx.xx.2023-cü il tarixdə Şəmkir rayon İcra və probasiya şöbəsinin icraatına daxil olmuş və həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş və tələbin dərhal icrasına dair bildirişlə birlikdə ünvanına göndərilmişdir. Ona dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq maddi imkanı olmadığına görə verilmiş müddət ərzində yaranmış aliment borcunu ödəyə bilməmişdir. Bundan sonra onun ölkədən getmək hüququ Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə müvəqqəti olaraq məhdudlaşdırılmışdır. xx.xx.2023-cü il tarixdə icra məmuru tərəfindən izahatı alınmaqla barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə təqdim edilmişdir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrası ilə bağlı icra məmurunun irəli sürdüyü qanuni tələblərini yerinə yetirmədiyinə görə Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən 10 (on) gün müddətində inzibati qaydada həbs edilmişdir. İnzibati həbsdən sonra icra məmuru tərəfindən ona yeni müddət təyin edilərək yaranmış aliment borcunu ödəmədiyi halda cinayət məsuliyyətinə cəlb ediləcəyi barədə dəfələrlə xəbərdarlıq edilmişdir. Lakin həmin müddətdə də maddi imkanı olmadığına görə yaranmış aliment borcunu ödəyə bilməmişdir. Şəmkir Rayon Məhkəməsinin 2(076)-2735/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi üzrə hazırkı tarixə kimi heç bir ödəniş etməmişdir. İcra məmuru tərəfindən cinayət təqibinin başlanılması məsələsinə baxılması üçün təqdimat verilən xx.xx.2023-cü il tarixə kimi 6630,00 manat aliment borcu var, mediyyasiya xərcinə görə isə 50,00 manat borcu vardır. Qeyd olunan məhkəmə qətnaməsi üzrə ümumilikdə 6680,00 manat borcu vardır. Zərərçəkmiş şəxs onunla razılıq əldə etmişdir. Həbsdn azad olunarsa yığılmış aliment borcunu qısa zamanda ödəyəcəkdir. Hazırda əməlindən peşmandır. Ona görə də, məhkəmədən, ifadəsində göstərdiyi halları nəzərə alaraq, ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs məhkəmə iclası zamanı ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə 2006-cı ildə faktiki olaraq evlənmiş, nikahları xx.xx.2011-ci ildə rəsmiləşdirilmişdir. Təqsirləndirilən şəxs ilə olan nikahından üç uşaqları olmuşdur. Evli olduqları müddətdə Təqsirləndirilən şəxs Şəmkir rayonu, Seyfəli kəndi ərazisində fərdi qaydada təsərrüfat işlərində işləyərək orta hesabla aylıq gəliri 800,00-1200,00 manat təşkil etmiş və Təqsirləndirilən şəxs aylıq qazancı uşaqların və ailənin maddi tələbatını ödəmişdir. 2022-ci ilin may ayına qədər birgə yaşamışlar, əvəllər münasibətləri yaxşı olsa da, sonradan pozulmuşdur. Bundan sonra ayrılaraq uşaqları ilə birlikdə valideynlərinin yanına getmişdir. Ayrıldıqdan sonra Təqsirləndirilən şəxs uşaqların saxlanılması üçün heç bir maddi köməklik etməmişdir. Bu səbəbdən də, məcbur qalıb nikah qeydinin ləğv edilməsi və aliment tələbinə dair iddia ərizəsilə məhkəməyə müraciət etmişdir. Şəmkir Rayon Məhkəməsinin 2(076)-2735/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən nikah qeydi ləğv edilməklə xx.xx.2022-ci il tarixdən başlayaraq, borclu Təqsirləndirilən şəxs xx.xx.2011-ci il təvəllüdlü X3, xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşlarına çatandək saxlanılmaları üçün hər ay hər bir uşağa görə 170,00 manat, ümumilikdə 510,00 manat sabit pul məbləğində aliment, 50,00 manat isə mediasiya xərci alınaraq ona verilməsi qət edilmişdir. Qeyd olunan qətnamə üzrə verilmiş icra vərəqəsi xx.xx.2023-cü il tarixdə Şəmkir rayon İcra və probasiya şöbəsinin icraatına daxil olmuş və həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş və tələbin dərhal icrasına dair bildirişlə birlikdə tərəflərə göndərilmişdir. Borclu Təqsirləndirilən şəxs qərar və bildirişi qəbul etsə də, qətnamənin icrasını verilmiş müddət ərzində təmin etməmişdir. Borcluya dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq yaranmış aliment borcunu ödəməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs ölkədən getmək hüququ Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə müvəqqəti olaraq məhdudlaşdırılmışdır. xx.xx.2023-cü il tarixdə icra məmuru tərəfindən borclu Təqsirləndirilən şəxs izahatı alınmış və barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə təqdim edilmişdir. Qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun irəli sürdüyü qanuni tələblərini yerinə yetirmədiyinə görə borclu Rzayev X7 rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən 10 (on) gün müddətində inzibati qaydada həbs edilmişdir. İnzibati həbsdən sonra icra məmuru tərəfindən Təqsirləndirilən şəxs yeni müddət təyin edilmiş, lakin həmin müddətdə də sonuncu yaranmış aliment borcunu ödəməmişdir. Borclu Rzayev X7 Rayon Məhkəməsinin 2(076)-2735/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsində göstərilən tələbi icra etməkdən qərəzli olaraq boyun qaçırmışdır. Onda olan məlumata görə Təqsirləndirilən şəxs yenədə Şəmkir rayonu, Seyfəli kəndi ərazisində fərdi qaydada kənd təsərrüfatı işlərində işləyir və kifayət qədər qazanc əldə edir. Borclu Təqsirləndirilən şəxs tərəfindən cinayət təqibinin başlanılması məsələsinə baxılması üçün təqdimat verilən xx.xx.2023-cü il tarixədək qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi üzrə yaranmış 6630,00 manat aliment borcundan heç bir ödəniş edilməmişdir. Bundan əlavə borclu Təqsirləndirilən şəxs məhkəmə qətnaməsi üzrə ödəməli olduğu 50,00 manat mediasiya xərcinidə ödəməmişdir. Hazırda Təqsirləndirilən şəxs həbs olunmasını istəmir və ona məhkəmədən yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Şəmkir Rayon Məhkəməsinin 2(076)-2735/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi üzrə verilmiş icra vərəqəsinə əsasən xx.xx.2022-ci il tarixdən başlayaraq, borclu Təqsirləndirilən şəxs üç uşağın yetkinlik yaşına çatandək saxlanılması üçün hər ay hər bir uşağa görə 170,00 manat, ümumilikdə 510,00 manat sabit pul məbləğində aliment, 50,00 manat isə mediasiya xərci alınaraq tələbkar Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Qeyd olunan qətnamə üzrə verilmiş icra vərəqəsi xx.xx.2023-cü il tarixdə Şəmkir rayon İcra və probasiya şöbəsinin icraatına daxil olmuş və həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş və tələbin dərhal icrasına dair bildirişlə birlikdə tərəflərə göndərilmişdir. Borclu Təqsirləndirilən şəxs qərar və bildirişi qəbul etsə də, icra sənədinin icrasını verilmiş müddət ərzində təmin etməmişdir. Yaranmış aliment borcunun məcburi icrası üçün görülən tədbirlər də nəticə verməmiş və borcun yönəldilə biləcəyi əmlak və gəlirlər aşkar olunmamışdır. Borcluya dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq sonuncu yaranmış aliment borcunu ödəməmişdir. İcraat zamanı Təqsirləndirilən şəxs ölkədən getmək hüququ Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Bundan sonra borclu Təqsirləndirilən şəxs dəfələrlə izahatı alınması üçün şöbəyə çağırılsa da, çağırışlara məhəl qoymayaraq çağrışlara gəlməmiş və eləcədə onun yaşadığı yeri müəyyən etmək mümükün olmamışdır. Buna görə də, xx.xx.2023-cü il tarixdə borclu Təqsirləndirilən şəxs barəsində axtarış qərarı qəbul edilərək icra olunması üçün Şəmkir Rayon Polis Şöbəsinə göndərilmiş və orada borclu Təqsirləndirilən şəxs barəsində xx.xx.2023-cü il tarixli 800704 saylı axtarış işi açılmışdır. Borclu Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə polis əməkdaşları tərəfindən saxlanılaraq İcra və probasiya şöbəsinə təhvil verilmişdir. Həmin tarixdə də, borclu Təqsirləndirilən şəxs izahatı alınmış və onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə təqdim edilmişdir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrası ilə bağlı icra məmurunun irəli sürdüyü qanuni tələblərini yerinə yetirmədiyinə görə borclu Rzayev X7 Rayon Məhkəməsinin 3(076)-786/2023 saylı, xx.xx.2023cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən 10 (on) gün müddətində inzibati qaydada həbs edilmişdir. İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən Təqsirləndirilən şəxs yeni müddət təyin edilmiş, lakin həmin müddətdə də sonuncu yaranmış borcunu ödəməmişdir. İş üzrə borclu Təqsirləndirilən şəxs izahatlarında yaranmış aliment borcunu ödəməməyə səbəb fərdi əməklə məşğul olaraq əldə etdiyi gündəlik qazancının az olmasını göstərmişdir. İcra işində olan materiallardan görünür ki, borclu Rzayev X7 Rayon Məhkəməsinin 2(076)-2735/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsində göstərilən tələbi icra etməkdən qərəzli olaraq boyun qaçırmış, icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə inzibati qaydada həbs olunmasına, dəfələrlə cinayət məsuliyyətinə cəlb ediləcəyi və işlə təmin olunması üçün məşğulluq mərkəzinə müraciət edərək təklif olunan istənilən işlə təmin olunması üçün zəruri işlər görməsi barədə xəbərdarlıqlar edilsə də, sonuncu aliment üzrə yaranmış borcunun ödənilməsi istiqamətində heç bir təşəbbüs göstərməmişdir. Borclu Təqsirləndirilən şəxs tərəfindən cinayət təqibinin başlanılması məsələsinə baxılması üçün təqdimat verilən xx.xx.2023-cü il tarixədək qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi üzrə yaranmış 6630,00 manat aliment borcundan heç bir ödəniş edilməmişdir. Bundan əlavə borclu Təqsirləndirilən şəxs tələbkar Zərərçəkmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi üzrə ödəməli olduğu 50,00 manat mediasiya xərcinidə ödəməmişdir. Məhkəmə qətnaməsi üzrə ümumilikdə ödənilməli borc 6680,00 manat təşkil edir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şəmkir Rayon İcra və Probasiya şöbəsinin icra məmuru Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verərək, onun göstərdiyi halları təsdiq etdi. Bununla yanaşı, məhkəmə cinayət–prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan Şəmkir Rayon Məhkəməsinin 29 dekabr 2022–ci il tarixli, 2(076)–2735/2022 saylı qətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında xx.xx.2011–ci il tarixdə Şəmkir Rayon Qeydiyyat Şöbəsində bağlanmış 395 nömrəli nikah qeydi pozulmuş, xx.xx.2011-ci il təvəllüdlü X8, xx.xx.2013-cü il təvəllüdlü X9 və xx.xx.2014-cü il təvəllüdlü X6 iddiaçı Zərərçəkmiş şəxs yanında qalması müəyyən edilmi və 24 avqust 2022-ci tarixdən bağlayaraq xx.xx.2011-ci il təvəllüdlü X3, xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdeh Təqsirləndirilən şəxs hər ay hər uşağa görə 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment alınıb iddiaçı Zərərçəkmiş şəxs verilməsi və iddiaçı Zərərçəkmiş şəxs ilkin mediasiyaya sessiyasının keçirilməsi üçün ödədiyi 50 (əlli) manat məbləğində pul cavabdeh Təqsirləndirilən şəxs alınıb iddiaç Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Cinayət işinin materiallarında olan Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Şahid1 tərəfindən verilmiş xx.xx.2023–cü il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Şəmkir Rayon Məhkəməsi tərəfindən verilmiş 29 dekabr 2022–ci il tarixli, 2(076)–2735/2022 saylı icra sənədi xx.xx.2023–cü il tarixdə icraata daxil olmuşdur. Cinayət işinin materiallarında olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023– cü il tarixli 8(076)–259/2023 saylı qərardadından görünür ki, Şəmkir Rayon Məhkəməsinin 29 dekabr 2022–ci il tarixli, 2(076)–2735/2022 saylı icra sənədi üzrə aliment borcunu tamamilə ödəyənədək borclu Təqsirləndirilən şəxs Azərbaycan Respublikasından getmək hüququ məhdudlaşdırılmışdır. Cinayət işinin materiallarında olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023– cü il tarixli 8(076)–182/2023 saylı qərardadından görünür ki, Təqsirləndirilən şəxs Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilməsi qərara alınmışdır. Cinayət işinin materiallarında olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023– cü il tarixli 3(076)–786/2023 saylı inzibati xəta haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1–ci maddəsi ilə təqsirli bilinərək 10 gün müddətinə inzibati həbs edilmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2023–cü il, xx.xx.2023–cü il, xx.xx.2023–cü il və xx.xx.2023–cü il il tarixli bildiriş və xəbərdarlıq məktublarından görünür ki, icra orqanı Təqsirləndirilən şəxs icra sənədində göstərilən tələbi icra etməyi tələb edilmiş, əks halda məsuliyyət daşıyacağı barədə xəbərdar edilmişdir. Cinayət işinin materiallarında olan Şəmkir Rayon Məhkəməsinin 29 sentyabr 2020-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 01 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN–nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 01 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İşdə olan Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin 06 mart 2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Şəmkir Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə təyin olunmuş 01 il müddətə azadlığın məhdudlaşdırılması cazası 29 oktyabr 2021-ci il tarixdə başa çatmışdır. Cinayət işinin materiallarında olan Şəmkir rayonu, Aşağı Seyfəli kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə mənfi xarakterizə olunur. Cinayət işinin materiallarında olan Elektron Məhkəmə İnformasiya Sistemindən Çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2011-ci ildə anadan olmuş Ramal, xx.xx.2014-cü ildə anadan olmuş Leyla adlı iki nəfər yetkinlik yaşına çatmayan və xx.xx.2023-cü ildə anadan olmuş Elmir adlı bir nəfər azyaşlı uşağı var. Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən yazılmış ərizədən görünür ki, onun Təqsirləndirilən şəxs şikayəti yoxdur və ona həbslə əlaqədar olmayan yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, istintaq hərəkətlərinin protokollarını və sənədləri Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 124–136–cı maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 143–145–ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir–biri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1–ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə, həmçinin belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1–ci maddəsində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1–ci maddəsində nəzərdə tutulmuş cinayət əməli “az ağır” olmaqla, ədalət mühakiməsinin, xeyrinə məhkəmə aktı çıxarılmış hüquqi və fiziki şəxslərin, habelə dövlətin mənafelərini ifadə edən ictimai münasibətlərə qəsd etməklə, ədalət mühakiməsi əleyhinə olan qəsdən törədilən cinayətdir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini, himayəsində azyaşlı uşaqlarının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1–ci maddəsinə əsasən, cinayət əməlini etiraf edib, əməlindən səmimi peşman olmasını isə həmin Məcəllənin 59.2–ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə cəzanı yüngülləşdirən halların mövcudluğunu, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1–ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003– ci il tarixli, 4 saylı Qərarının 3–cü bəndinin 2–ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatlar nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021–ci il tarixli Qərarında göstərilmişdir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından aşıq– aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM–nin 58.3–cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin şəraitinə təsirini nəzərə almalıdır. Qeyd olunanlara əsasən məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–nin 306.1–ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmasını daha məqsədəuyğun hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52–1.1–ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51–2–ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52–1.2–ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə Şəmkir rayonunun hüdudlarını tərk etməmək, Şəmkir rayonunda yerləşən yaşayış yerini saat 23:00–dan saat 07:00– dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, icra məmurunun qanuni tələblərini yerinə yetirmək və yığılmış aliment borcunu ödəmək vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51–2–ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Bununla yanaşı məhkəmə təqsirləndirilən şəxsin məhkəmə baxışınadək həbsdə saxlanması müddətinin azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi zamanı nəzərə alınmasını da zəruri hesab edir. Belə ki, cinayət işinin materiallarında olan “axtarışda olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 04 mart 2024–cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Eləcə də, cinayət işinin materiallarında olan 05 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Bundan başqa cinayət işinin materiallarında olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görunur ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri ilə evəz edilməklə barəsində axtariş elan edilmişdir. Cinayət işinin materiallarında olan “axtarışda olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 06 iyun 2024–cü il tarixdə Şəmkir rayonunda saxlanılaraq Şəmkir RPŞ–nin MSY–nə təhvil verilmişdir. Bununla da Təqsirləndirilən şəxs şübhəli şəxs qismində və həbsdə saxlanıldığı müddət ümümilikdə 03 ay təşkil edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs şübhəli şəxs qismində və həbsdə saxlandığı 03 ay müddəti nəzərə alaraq hesab edir ki, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası həbsdə saxlamanın 1 günü azadlığın məhdudlaşdırılmasının 2 gününə bərabər tutularaq, cəmi 06 ay müddət təyin edilmiş cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158.2–ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99–1.1.1 və 99–1.1.2–ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 132.1.1–ci və 131.1.2–ci maddələrinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki–hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir. (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir). Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. Həmçinin məhkəmə, Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut, məhkəmə xərci və mülki iddia yoxdur. Bundan əlavə, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 həyata keçirmişdir. Müdafiəçinin məhkəməyə təqdim etdiyi hesabatdan görünür ki, Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 11 saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 193.2 və 193.4–cü maddələrinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001–ci il tarixli Qərarına (03 may 2018–ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 193.2, 193.4–cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi2 ödənilməsi üçün dövlət büdcəsinin hesabına 66 manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (Hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı; Kod: 8051630; Bankın VÖEN–i:**********; Müxbir hesab: AZ03NABZ**********000002944; S.W.İ.F.T İBAZAZ2X, hesab nömrəsi İBAN AZ03İBAZ********************, Müştəri VÖEN–i: **********) köçürülməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384–385–ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM–in 69.3–cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 04 mart 2024–cü il tarixdən 05 mart 2024–cü il tarixədək şübhəli şəxs qismində, 06 iyun 2024–cü il tarixdən 04 sentyabr 2024–cü il tarixədək həbsdə saxlanıldığı ümumilikdə 03 ay müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 06 ay müddət ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il müddət azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Şəmkir rayonunun hüdudlarını tərk etməmək, yaşayış yerini saat 23:00–dan saat 07:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, icra məmurunun qanuni tələblərini yerinə yetirmək və yığılmış aliment borcunu ödəmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilsin və barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Hökmün icrası Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi2 ödənilməsi üçün dövlət büdcəsinin hesabına 66 manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (Hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı; Kod: 8051630; Bankın VÖEN–:**********; Müxbir hesab: AZ03NABZ**********000002944; S.W.İ.F.T İBAZAZ2X, hesab nömrəsi İBAN AZ03İBAZ********************, Müştəri VÖEN–i: **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №1(076)-151/2024
Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-151/2024
04.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver