Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-151/2025 30.09.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Nazlı Azər qızının sədrliyi Həşimov Ağaxan Habil oğlunun katibliyi Xüsusi ittihamçıların nümayəndəsi: Müdafiəçi1, Təqsirləndirilən şəxs: X2 Müdafiəçi:Müdafiəçi2 iştirakları ilə xx.xx.1971–ci il tarixdə Ermənistan Respublikasının Basarkeçər rayonunda anadan olmuş, Azəbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Şəmkir rayonu, Çənlibel kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan X2 Azərbaycan Respublikası CM–in 147.2 və 148-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Şəmkir Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: X23 və X9 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişlər. X23 xüsusi ittiham qaydasında şikayətini belə əsaslandırmışdır ki, o, uzun illərdir Azərbaycan Respublikasıda müxtəlif rayonlarda icra başçısı vəzifəsində işləmişdir. Halhazırda yəni, 2021-ci ilin yanvar ayının 21-dən Ağcabədi Rayon İcra Hakimiyyəti Başçısı vəzifəsində işləyir, əmək fəaliyyətində olduğu müddət ərzində heç hir nöqsana yol verməmişdir. Vəzifəsini layiqincə yerinə yetirmişdir. Bildirir ki, “Aktualinfo.org” xəbər portalı hazırda da müstəqil informasiya siyasəti həyata keçirən media qrumu kimi fəaliyyətini davam etdirir. Qurumun rəhbəri Telman Məmmədov həmin media portalı vasitəsilə məqalələr dərc etməklə məşğul olur. Onun dərc etdiyi məqaləni isə digər internet informasiya qəzet va portallarda dərc olunmaqla yayılır. Belə ki, Telman Məmmədov “Aktualinfo.org" xəbər portalında 07 iyun 2024-ci il tarixdə "X30 kimə tapşırıb?” başlıqlı məqaləsində onun barəsində heç bir əsası olmayan, yalan və böhtanlardan ibarət olan, onun işgüzar nüfuzunu, iş fəaliyyətini ləkələyən, həmçinin şərəf və ləyaqətini kobud şəkildə alçaldan məqalə darc etmiş, bu hərəkəti ilə də onun işgüzar nüfuzuna xələl gətirən məlumatlar yerləşdirmiş, həmin məqalədə açıq-aşkar onun qanunsuz fəaliyyətlə məşğul olmağı barədə, eləcə də onu ağır cinayətlər törətməkdə təqsirləndirmiş, onu rüşvət almaqda, habelə, rüşvətxorluqda vasitəçilikdə və dövlət əmlakını talamaqda və mənimsəməkdə günahlandırmışdır. Qeyd edir ki, Telman Məmmədov dərc etdirdiyi məqalənin 3-cü abzasında onun haqqımda tam şəkildə yalan ifadələr yazmaqla, ona qərəzli şəkildə böhtan atmışdır. Belə ki, Telman Məmmədov dərc etdirdiyi məqalədə göstərmişdir ki, "Rayondan olan məlumatlı şəxslərin sözlərinə görə qohumum X19 şəhərində müxtəlif adamlardan pul toplamaqla məşğuldur. Buraya şəhərdə yeni tikililərə icazələrin verilməsindən tutmuş, işə qəbula qədər hər şey daxildir. Yazılı məlumata görə guya Ağcabədi şəhərində aparılan abadlıq, təmir tikinti işlərinə də birbaşa icra başçısının baldızı oğlu Fikrət Allahverdiyev nəzarət edir. Guya o, Rafil Hüseynovun yəni onun gizlin işlərini həyata keçirir. Daha doğrusu "qara kassa" rolunu oynayır.”Bildirir ki, qeyd olunan faktlar ona qarşı tam qərəzlidir böhtandır, sadəcə olaraq ictimaiyyət arasında açıq-aydın onu rüsvay etməyə yönələn hərəkətlərdir. Həmçinin bildirir ki, onun rayon ictimayəti arasında olan hörmət və nüfuzunu bu məqalədə göstərlən faktlar açıq aydın ona qarşı böhtan və təhqirdir. Ağcəbədi Rayonu ərazisində yaşayan və işləyən vətəndaşlardan heç biri onun qanunsuz hərəkətlərləə məşğul olmağı barədə heç bir sübut və fakt göstərə bilməz. Heçvaxt rüşvət faktını təsdiq edən hər hansı bir hərəkət törətməmişdir, fəaliyyətində mənimsəmə və digər qanunsuz hərəkətlərə yol verməmişdir. Onun məqalədə göstərilən fəaliyyətlərlə məşğul olmağını heç bir şəxs təsdiq edə bilməz. Sadəcə olaraq bildirir ki, bu həm onu nüfuzdan salmaq üçün ona qarşı atılan qarşı real böhtandır.Telman Məmmədov barəsində yalan və böhtanlarla dolu ifadələr qeyd etsə də, xəbər portalında bu qeyd edilənləri hansı mənbədən əldə etdiyini açıqlamamış, “yalnız mənbənin verdiyi məlumata görə”, ifadəsini qeyd etmişdir. X10 yalan olduğunu bilərək onun şərəf və ləyaqətini ləkələyən və nüfuzdan salan məlumatları kütləvi nümayiş etdirilən informasiya vasitələrində və kütləvi nümayiş etdirilən internet informasiya ehtiyyatlarında yaymışdır.Halbuki, bu faktlar digər heç bir faktla öz təsdiqini tapmır.Odur ki, o onu ağır cinayətdə ittiham etdiyinə görə onun hərəkətlərində AR CM-nin 147.2-ci maddəsində nəzərdə tutulan cinayət tərkibinin əlamətləri vardır.Bundan əlavə, Telman Məmmədov kütləvi nümayiş etdirilən informasiya vasitələrində və internet informasiya ehtiyyatlarında yalan olduğunu bilə bilə qəsdən onun şərəf və ləyaqətini nüfuzdan salan hərəkətlər edərək onu təhqir etmişdir.Odur ki, onun hərəkətlərində AR CM-nin 148-ci maddəsində nəzərdə tutulan cinayət tərkibinin əlamətləri vardır. X2 ona kütləvi informasiya vasitələrində atdığı böhtan və təhqirə görə onun barəsində AR CM-nin 147.2 və 148-ci maddəsi ilə cinayət işi başlanılması və həmin maddələrlə barəsində ittiham hökmü çıxarılması barədə qərar qəbul edilməsini xahiş etmşdir. X9 xüsusi ittiham qaydasında şikayətini belə əsaslandırmışdır ki, o, 2021-ci ilin yanvar ayının 21-dən Ağcabədi Rayon İHB-nin Ağcabədi şəhər İƏD-si üzrə nümayəndəsi vəzifəsində işləyir, əmək fəaliyyətində olduğu müddət ərzində heç bir nöqsana yol verməmişdir. Vəzifəsini layiqincə icra etmişdir."Aktualinfo.org xəbər portalı hazırda da müstəqil informasiya siyasəti həyata keçirən media qrumu kimi fəaliyyətini davam etdirir. Qurumun rəhbəri Telman Məmmədov olmaqla həmin media portalı vasitəsilə məqalələr dərc etməklə məşğul olur. Onun dərc etdiyi məqaləni isə digər internet informasiya qəzet va portallarda dərc olunmaqla yayılır. Belə ki, Telman Məmmədov “Aktualinfo.org" xəbər portalında 07 iyun 2024-ci il tarixdə "X30 kimə tapşırib? başlıqlı məqaləsində onun barəsində heç bir əsası olmayan, yalan və böhtanlardan ibarət olan, onun işgüzar nüfuzunu, iş fəaliyyətini ləkələyən, həmçinin şərəf və ləyaqətini kobud şəkildə alçaldan məqalə darc etmiş, bu hərəkəti ilə də onun işgüzər nüfuzunu ləkələyən məlumatlar yerləşdirmiş, həmin məqalədə açıq-aşkar onun qanunsuz fəaliyyətlə məşğul olmağı barədə, eləcə də onun ağır cinayətlər törətməyini yəni, onu rüşvət almaqda, habelə, rüşvətxorluqda vasitəcilikdə və dövlət əmlakını talamaqda və mənimsəməkdə günahlandırmışdı. Qeyd edir ki, Telman Məmmədov dərc etdirdiyi məqalənin 3-cü abzasında onun haqqında tam şəkildə yalan ifadələr yazmaqla, ona qərəzli şəkildə böhtan atmişdir. Belə ki, Telman Məmmədov dərc etdirdiyi məqalədə göstərmişdir ki, "Rayondan olan məlumatlı şəxslərin sözlərinə görə X19 şəhərində hər yerdən pul toplamaqla məşğuldur. Buraya şəhərdə yeni tikililərə icazərərin verilməsindən tutmuş, işə qəbula qədər hər şey daxildir. X19 Kommunal Xidmət və Mənzil İstismar İdarəsinin rəisi Səfər Səfərovla əlbir olub, istismar idarəsinin işçilərinin hamısını dəyişmişdir. Yenilərini də təbil ki, pul müqabilində işə götürmüşdür. Məlumatlara görə Ağcabədi şəhərində aparılan abadlıq, təmir tikinti işlərinə də birbaşa icra başçısının baldızı oğlu Fikrət Allahverdiyev nəzarət edir. O, burada Rafil Hüseynovun gizlin işlərini həyata keçirir. Yəni "qara kassa" rolunu oynayır.”Bildirir ki, qeyd olunan faktlar ona qarşı tam qərəzlidir böhtandır, sadəcə olaraq ictimaiyyət arasında açıq-aydın onu rüsvay etməyə yönələn hərəkətlərdir. Çünki, o, heç bir mənimsəmə və s qanunsuz əməl törətməmişdir, onun məqalədə göstərilən fəaliyyətlərlə məşğul olmağını heç bir şəxs təsdiq edə bilməz, sadəcə olaraq bildirir ki, bu həm ona, həm də rayonun icra başçısına qarşı real böhtandır.Barəsində yalanlar və böhtanlarla dolu ifadələr qeyd etsə də, xəbər portalında bu qeyd edilənləri hansı mənbədən əldə etdiyini açıqlamamış, “yalnız mənbənin verdiyi məlumata görə”,ifadəsini qeyd etmişdir. Bundan əlavə Telman Məmmədov "qara kassa" rolunu oynadığını deyərkən nəyi nəzərdə tutduğunu bildirməmişdir.X10 yalan olduğunu bilərək onun şərəf və ləyaqətini ləkələyən və nüfuzdan salan məlumatları kütləvi nümayiş etdirilən informasiya vasitələrində və kütləvi nümayiş etdirilən internet informasiya ehtiyyatlarında yaymışdır. Halbuki, bu faktlar digər heç bir faktla öz təsdiqini tapmır. Odur ki, Telman Məmmədov onu ağır cinayətdə ittiham etdiyinə görə onun hərəkətlərində AR CM-nin 147.2-ci maddəsində nəzərdə tutulan cinayət tərkibinin əlamətləri vardır.Bundan əlavə, Telman Məmmədov kütləvi nümayiş etdirilən informasiya vasitələrində və internet informasiya ehtiyyatlarında yalan olduğunu bilə bilə qəsdən onun şərəf və ləyaqətini nüfuzdan salan hərəkətlər edərək onu təhqir etmişdir. Odur ki, onun hərəkətlərində AR CM-nin 148-ci maddəsində nəzərdə tutulan cinayət tərkibinin əlamətləri vardır.X2 ona kütləvi informasiya vasitələrində atdığı böhtan və təhqirə görə onun barəsində AR CM-nin 147.2 və 148-ci maddəsi ilə cinayət işi başlanılması və həmin maddələrlə barəsində ittiham hökmü çıxarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs X11 ona elan olunmuş ittihamda özünü təqsirli bilməmiş, ifadə verərək, göstərmişdir ki, o, Şəmkir rayonu, Çənlibel kəndində qeydiyyatda olmaqla yaşayır. “Aktualinfo.org" adlı xəbər portalı ona məxsusdur. Portalın redaktorluğunu o edir, həmçinin orada məqalələr dərc edir. Jurnalıst kimi müəyyən araşdırmalar ilə məşğuldur. Sahibi oluğu xəbər portalı AR Ədliyyə Nazirliyindən qeydiyyatdan keçməsinə baxmayaraq hüquqi şəxs kimi qeydiyyat ünvanı verilmədiyindən portalın ünvanı olaraq onun qeydiyyat ünvanı qeyd edilmişdir. Həmçinin adı çəkilən məqaləni o, dərc etmişdir. O məqaləni dərc edəndən sonra, digər saytlarda onun saytına istinadən eyni məqaləni dərc etmişlər. Həmin məqaləni Şəmkir Rayon ərazisində olarkən yazmışdır. Məqalədə qeyd etdiyi xəbərləri Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumatlar əsasında yazmışdır. Buna görə də hesab edir ki, “Aktualinfo.org" xəbər portalında dərc etdiyi məqalədə heç bir yalan xəbərə və təhqirə yol verməmişdir. O, işlətdiyi ifadələri konrekt seçir, o, heç vaxt Rafil Hüseynovun və X3 şərəf və ləyaqətini alçatmaq istəməmişdir. O, sadəcə olaraq əldə etdiyi məlumatlara əsasən xüsusi ittihamçıların fəaliyyətini təndiq etmişdir. Lakin məqalədə dərc etdiyi məlumatlarla əlaqədar heç bir sübut təqdim edə bilmir. Ona Ağcabədi sakinləri olan müxtəlif şəxslər rüşvət faktları barədə məlumat vermişlər. O, da həmin məlumatlar əsasında məqalə dərc etmişdir. Hesab edir ki, ona bəraət verilməlidir. Odur ki, məhkəmədən işin icraatına xitam verilməsini xahiş edir. Məhkəmə iclasında xüsusi ittihamçılar X15 və X3 nümayəndəsi Müdafiəçi1 ifadə verərək, bildirmişdir ki, X11 “Aktualinfo.org" xəbər portalında 07 iyun 2024-ci il tarixdə "X31 kimə tapşırıb?” başlıqlı məqaləsində Rəfi Hüseynovun barəsində heç bir əsası olmayan, yalan və böhtanlardan ibarət olan, onun işgüzar nüfuzunu, iş fəaliyyətini ləkələyən, həmçinin şərəf və ləyaqətini kobud şəkildə alçaldan məqalə darc etmiş, bu hərəkəti ilə də onun işgüzar nüfuzuna xələl gətirən məlumatlar yerləşdirmiş, həmin məqalədə açıq-aşkar onun qanunsuz fəaliyyətlə məşğul olmağı barədə, eləcə də onu ağır cinayətlər törətməkdə təqsirləndirmiş, Rəfi Hüseynovun rüşvət almaqda, habelə, rüşvətxorluqda vasitəçilikdə və dövlət əmlakını talamaqda və mənimsəməkdə günahlandırmışdır, həmçinin Telman Məmmədov dərc etdirdiyi məqalənin 3-cü abzasında X3 haqqında tam şəkildə yalan ifadələr yazmaqla, ona qərəzli şəkildə böhtan atmışdır. Belə ki, Telman Məmmədov dərc etdirdiyi məqalədə göstərmişdir ki, Rayondan olan məlumatlı şəxslərin sözlərinə görə X19 şəhərində hər yerdən pul toplamaqla məşğuldur. Buraya şəhərdə yeni tikililərə icazələrin verilməsindən tutmuş, işə qəbula qədər hər şey daxildir. X19 Kommunal Xidmət və Mərkəzi İstismar İdarəsinin rəisi Səfər Səfərovla əlbir olub, istismar idarəsinin işçilərinin hamısını dəyişib. Yenilərini də təbii ki, pul müqabilində işə götürüb. Məlumatlara görə Ağcabədi şəhərində aparılan abadlıq, təmir tikinti işlərinə də birbaşa icra başçısının baldızı oğlu Fikrət Allahverdiyev nəzarət edir. O, burada Rafil Hüseynovun gizlin işlərini həyata keçirir daha doğrusu “qara kassa” rolunu oynayır kimi yalan və böhtanlar dolu ifadələr işlətmişdir. Həmin əməlləri ilə Telman Məmmədov xüsusi ittihamçıları rüşvət almaqda ittiham etmişdir. Rüşvət alma cinayəti isə Cinayət Məcəlləsinin 311-ci maddəsində yer almaqla ağır cinayətlər kateqoriyasına aid edilir. Ona görə də onun cinayət məsuliyyətinə cəlb edilməsi haqqında qərar çıxarılmasını xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: X32 kimə tapşırıb? Başlığı altında xx.xx.2024-cü il tarixli məqalədən görünür ki, “Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov mayın 31-də, ardınca, iyunun 6-da Beyləqan rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev vəzifələrindən azad edildilər. Açıqlanmasa da onların idarəetmədə yol verdikləri bir sıra nöqsanlara görə vəzifələrindən kənarlaşdırıldığı şubhəs:zdır. İndi geniş ictimaiyyət işindən azad olunacaq növbəti İçra başçısını gözləyir. O, Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov ola bilərmi? Sosial şəbəkələrdə və elektron mediada Ağcabədi rayonundan yayılan şikayətlərin çoxluğuna baxsaq, ola bilər. Rayon sakinləri hazırda İçra bəşçısı Rafil Hüseynovun baldızı oğlu Fikrət Allahverdiyevir. əməllərindən narazılıq edirlər. Rafil Hüseynov 2019-cu ildə Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edildikdən cəmi bir il sonra qohumunu, baldızının oğlunu Ağcabədi rayon İcra Hakimiyyəti başçısının Ağcabədi şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi təyin edib. Rayonda bır çox narazılıqlarda elə ondan sonra başlayıb. Rayondan olan məlumatlı şəxslərin sözlərinə görə X19 şəhərində hər yerdən pul toplamaqla məşguldur. Buraya şəhərdə yeni tikililərə icazələrin verilməsindən tutmuş, işə qəbula gədər hər şey daxildir. X19 Kommunal Xidmət və Mənzil İstismar İdarəsinin rəisi Səfər Səfərovla əlbir olub, istismar idarəsinin işçilərinin hamısını dəyişib. Yeniləri də təbii ki, pul müqabilində işə götürüb. Məlumatlara görə Ağcabədi şəhərində aparılan abadlıq, təmir tikinti ışlərinə də birbaşa İçra başçısının baldızı oğlu Fikrət Allahverdiyev nəzarət edir. O burada Rafil Huseynovun gizlin işlərini həyata keçirir, yəni “qara kassa” rolunu oynayır.Məlum olduğu kimi ölkəmizin hər yerində olduğu kimi Ağcabədi rayonunda da geniş miqyaslı abadlıq, quruculuq, yenidənqurma və yaşıllaşdırma işlərinə hər il milyonlarla manat dövlət vəsaiti ayrılır. Aktualinfo.org X33 İcra başçısı təyin edildikdən sonra rayonda abadlıq, təmir-tikinti işlərinə ayrılmış dövlət vəsaitlər ətrafında kiçik bir araşdırma aparıb. Araşdırmalardə məlum oldu ki, Fikrət Allahverdiyevin idarəsində illik satınalma planlarına uyğun keçirilmiş tender prosedurlarında ciddi qanun pozuntularına yol verilib, habelə bağlanmış müqavilələrdə satın alınan xidmətlərin qiymətləri süni şəkildə şişirdilib. Rayonda ancaq abadlıq, təmirtikinti işlərinə ayrılmış və şübhəli məqamlarla dolu olan satınalmaları diqqətinizə çatdırırıq. Ağcabədi Şəhəri, İ. Qayıbov, N. Nərimanov, X4, X21 və Təmir İşləri və Heydər Əliyev, Üzeyir Hacıbəyli prospektlərində, Xəlfələddin, H. Hacıyev və X7 və Asfalt yolun rənglənməsi işləri üzrə "xxxx" MMC ilə 442.482,7 manat məbləgində satınalma müqaviləsinin bağlanılması barədə məlumat dövlət satınalmalarının vahid internet portalıda xx.xx.2023-cü ildə dərc edilib. Müqavilənin başlanma tarixı xx.xx.2023-cü il, bitmə tarixi isə xx.xx.2023-cü il göstərilib. Tender müsabiqəsi isə xx.xx.2023-də elan olunub, zərflər paketinin açılışı isə xx.xx.2023-cü ildə olub. Maraqlıdır tenderin nəticəsi nə üçün dekabrda dərc edilib? Digər maraqlı məsələ isə 36 günə bu işlərin görülməsidir. Bu mümkündürmü? Ağcabədi şəhəri şəhər daxili avtomobil yollarının əsaslı təmiri işlərinin satınalınması üzrə " X29” MMC ilə 543.395,56 manat məbləğində satınalma müqaviləsinin bağlanılması barədə məlumat xx.xx.2023-cü ildə dərc edilib. Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, "xxxx" MMC 20 may 2014-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 5515 AZN olan şirkətin hüquqi ünvanı ünvan 1əmsilçisi X22r. Apardığımız araşdırmaları zamanı məlum oldu ki, "xxxx" MMC əvvəllər "xxxx" MMC adı ilə fəaliyyət göstərib. 2022-ci ildə isə şirkətin adı dəyişdirilib. MMC-nin ilk qanuni təmsilçisi X16 olub. X13 əvəzləyib. Xıdır Abbasovdan sonra isə şirkətin rəsmi təmsilçiliyi Zəhra İbrahimovaya keçib. Ağcabədi şəhərində küçələrdə yolların cari təmiri (Hansı küçələrdəki yolların təmir olunacağı şərtlər toplusunda açıq göstərilmir) üzrə "xxxx" MMC ilə 547.556,4 manat məbləğində satınalma müqaviləsinin bağlanılması barədə məlumat xx.xx.2022-cü ildə dərc edilib. Müqavilənin başlanma tarixi xx.xx.2023-cü il, bitmə tarixi isə xx.xx.2023-cü il göstərilib. Tender müsabıqəsı isə xx.xx.2022də elan olunub, zərflər paketinin açılışı isə xx.xx.2022 -cü ildə olub. Təsəvvür edin yarın milyonluq tender müsabiqəsi 5 günə yekunlaşdırılıb. Tenderin nəticəsi isə nədənsə dekabrda dərc edilib və 25 gün ərzində Ağcabədidə hansı küçələr təmir olunub bəlli deyil, “Ağcabədi şəhərində sairə abadlıq işlərinin” satın alınması üzrə "xxxx" MMC ilə 446.037,79 manat məbləğində satınalma müqaviləsinin bağlanılması barədə məlumat xx.xx.2022-ci ildə dərc edilib. Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən,”MƏXMƏR-77“ MMC xx.xx.2012-ci ildə Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsində dövlət qeydiyyatına alınmış, nizamnamə kapitalı 10 manatdır. MMC-nin hüquqi ünvanı AĞCABƏDİ RAYONU, AĞCABƏDİ ŞƏHƏRİ, Ə.TALİBOV, ev 47, qanuni təmsilçisi isə X12r. Ağcabədi şəhərinin bəzi küçələrində və yollarında əsaslı təmir işləri (Burada da hansı küçələrdəki yolların təmir olunacağı şərtlər toplusunda açıq göstərilmir) üzrə "xxxx" MMC itə 545.199,54 manat məbləğində satınalma müqaviləsinin bağlanılması barədə məlumat xx.xx.2021-cı ildə dərc edilb,. Açıq dövlət portalları üzərindən əldə etdiyimiz məlumatlara görə "xxxx" MMC xx.xx.2001-ci ildə Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsində dövlət qeydiyyatına alınmış, nızamnams kapitalı 10 manatdır. MMC-nin hüquqi ünvanı AĞCABƏDİ RAYONU, AĞCABƏDİ ŞƏHƏRİ, HƏZİ ASLANOV, ev 164-dir. Qanuni təmsilçisi isə X25 olduğu göstərilir. MMC Ağcabədi şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyindən başqa heç bir dövlət sıfarişi almayıb. Abadlıq işlərinin satın alınması ( Şərtlər toplusunda abadlıq işlərinin harada aparılacağı açıq göstərilmir) üzrə "xxxx" MMC ilə 271.706,09 manat məbləğində satınalma muqaviləsinin bağlanılması barədə məlumat xx.xx.2021-ci ildə dərc edilib. Bu şirkətin qanuni təmsilçisi haqqında a.ağıda daha ətraflı məlumat verəcik. Yolların əsaslı təmiri işlərinin satın alınması (Burada da hansı küçələrdəki yolların təmir olunacağı şərtlər toplusunda açıq göstərilmir) üzrə "xxxx" MMC ilə 529.844,87 manat məbləğində satınalma müqaviləsinin bağlanılması barədə məlumat 14,12.2020-ci ildə dərc edilib. Müqavilənin başlanma tarixi xx.xx.2020-ci il, bitmə tarixi isə xx.xx.2020-ci il göstərilib. Maraqlıdır cəmi 23 günə Ağcabədinin hansı yollarında təmir işləri aparılıb. Abadlıq işlərinin satın alınması ( Şərtlər toplusunda abadlıq işlərinin harada aparılacağı açıq göstərilmir) üzrə "xxxx" MMC ilə 467.759,91 manat məbləğində bir satınalma müqaviləsinin bağlanılması barədə məlumat da xx.xx.2020-ci ildə dərc edilib. Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, "xxxx" MMC xx.xx.2014-cü ildə Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsində dövlət qeydiyyatına alınmış, nizamnamə kapitalı 10 manatdır. MMC-nin hüquqi ünvanı AĞCABƏDİ RAYONU, AĞCABƏDİ ŞƏHƏRİ, HEYDƏR (ƏLİYEV, qanuni təmsilçisinin isə X17 olduğu göstərilir. Rövşən Camalxanov həm də "xxxx" MMC-nin qanuni təmsilçisidir. Bu şirkətin hüquqi ünvanı isə AĞCABƏDİ RAYONU, AVŞAR kəndidir. Qeyd edək ki, Rövşən Camalxanovun həm də başqa bir neçə şirkəti var. Onun qanuni təmsilçisi olduğu "xxxx" MMC və "xxxx" MMC xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixə qədər, yəni bir ay ərzində Ağcabədi rayon İcra Hakimiyyəti tərəfindən elan edilmiş müxtəlif növ satınalmalarda 8 tenderin qalibi olub və ümumilikdə 240 875 manat dəyətində dövlət sifarişı alıb, Göründüyü kimi 20202023-cü illərdə Ağcabədi rayon İcra Hakimiyyəti başçısının Ağcabədi şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi şəhərdə abadlıq işlərinin, yolların əsaslı təmiri işlərinin satınalmasına ümumi olaraq ******* (qəpikləri hesablamadan) manat məbləğində dövlət vəsaiti ayırıb. Qeyd edək Ağcabədidə aparılan təmir tikinti işlərinə ayrılan dövlət vəsaitləri bunlarla bitmir. Ağcabədi: rayon İcra Hakimiyyəti də bu məqsədlərlə dövlət vəsaiti ayırıb. Ağcabədi şəhəri H.Əliyev parkında, H.Əliyev prospektində və şəhərin digər küçə və prospektində abadlıq və təmir işlərinin satın alınması üzrə "xxxx" MMC ilə 257.178,28 manat məbləğində satınalma müqaviləsinin bağlanılması barədə məlumat portalda xx.xx.2023-cü ildə dərc edilib. “Ağcabədi rayonunda 2022-ci il üçün abadlıq və cari təmir işləri” üzrə "xxxx" MMC ilə 192.105,78 manat məbləğində satınalma müqaviləsinin bağlanılması barədə məlumat portalda xx.xx.2022-ci ildə dərc edilib. Dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş bu məlumatlardan da göründüyü kımi, Ağcabədi şəhərində abadlıq, təmir-tikinti işlərinin aparılmasına son 4 ildə 4 milyon manatdan çox dövlət vəsaiti xərclənib. Amma rayondan olan məlurnatlı şəxslərin sözlərinə görə şəhərdə nə abadlıq, nə də təmir-tikinti işlərinin aparılmasından əsər əlamət yoxdu. Bütün görülən işlər əsasən şəhərin mərkəzi hissəndə aparılıb və yüngülvarı, kosmetik işlər olub. Şəhərin ətraf hissələrində yollarda bərbad gündədi, küçələr də. Görsənən odur ki, X30 tapşırıb baldızı oğlu Fikrət Allahverdiyevə. Baldız oğlu da nə qədər fürsətdir Ağcabədidə istədiyini edir.” İş materilallarına əlavə edilmiş məqalələrdən görünür ki, “Xalq xeber az”, “yeni gündəm”, “az today” saytlarında göstərilən məqalə “aktual info orq” saytına istinad etməklə dərc edilmişdir. İş materiallarına əlavə edilmiş fiziki şəxsin uçotu haqqında şəhadətnamədən görünür ki, X11 vöen nömrəsi ********** ilə vergi ödəyicisi kimi qeydiyyatdadır. Fiziki şəxsin ünvanı kimi ünvan 2sı Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 avqust 2025ci il tarixi rəyindən görünür ki, 1. Mətndə təhqir xüsusiyyətli, nalayiq məzmunlu söz və ifadələr işlədilməmişdir. 2.Mətndə, “Rayon sakinləri hazırda İcra başçısı Rafil Hüseynovun baldızı oğlu Fikrət Allahverdiyevin əməllərindən narazılıq edirlər. Rafil Hüseynov 2019-cu ildə Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edildikdən cəmi bir il sonra qohumunu, baldızının oğlunu Ağcabədi rayon İcra Hakimiyyəti başçısının Ağcabədi şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi təyin edib. Rayonda bir çox narazılıqlar da elə ondan sonra başlayıb. Rayondan olan məlumatlı şəxslərin sözlərinə görə X19 şəhərində hər yerdən pul toplamaqla məşğuldur. Buraya şəhərdə yeni tikililərə icazələrin verilməsindən tutmuş, işə qəbula qədər hər şey daxildir. X19 Kommunal Xidmət və Mənzil İstismar İdarəsinin rəisi Səfər Səfərovla əlbir olub, istismar idarəsinin işçilərinin hamısını dəyişib. Yeniləri də təbii ki, pul müqabilində işə götürüb. Məlumatlara görə, Ağcabədi şəhərində aparılan abadlıq, təmir tikinti işlərinə də birbaşa icra başçısının baldızı oğlu Fikrət Allahverdiyev nəzarət edir. O burada Rafil Hüseynovun gizli işlərini həyata keçirdir, yəni “qara kassa” rolunu oynayır” kimi cümlələrdə əks olunan məlumatlar təsdiqini tapmadığı və həqiqəti əks etdirmədiyi təqdirdə X15 və X3 ləyaqətini ləkələyən və nüfuzdan salan məlumatlar hesab olunur. Məlumatların doğruluğunun müəyyən edilməsi hüquqi araşdırmaya aid məsələlərdir.3. Mətndə təsdiqedici formada şəxsin qanunazidd hərəkətlərinin qeyd olunduğu məlumatların həqiqiliyi sübuta yetirilmədiyi təqdirdə X15 və X3 nüfuzuna xələl gətirən məlumatlar hesab olunur. Məlumatların doğruluğunun müəyyən edilməsi hüquqi araşdırmaya aiddir.4. Yazılarda birbaşa olaraq təhqir məzmunlu məlumatlar (söz, ifadə, cümlə) müəyyən edilmədi. Qeyd edilmiş, qanunazidd əməllər barədə məlumatların qiymətləndirilməsi ekspert-linqvistin səlahiyyətlərinə aid olmayıb bütünlüklə hüquqi araşdırmaya aid məsələləri əhatə edir. Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər birşəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Məhkəmənin hökmü olmasa, kimsə cinayətdə təqsirli sayıla bilməz. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21-ci maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, X18 Azərbaycan Respublikasının Konstitusiyasında və Cinayət-Prosessual Məcəlləsində fundamental hüquq kimi təsbit edilmiş təqsirsizlik prezumpsiyasına riayət etmədən, X9 və X23 barələrində qanuni qüvvəyə minmiş məhkəmənin hökmü olmadığı halda redaktoru olduğu “aktual info orq. az” informasiya saytında xx.xx.2024-cü il tarixdə yayımlanmış məqalədə Ağcabədi İcra hakimiyyətinin başçısı vəzifəsində işləyən Rafil Hüseynovun və icra nümayəndəsi vəzifəsində işləyən X8 rayonunda tender prosedurlarında xidmətlərin qiymətlərinin süni şəkildə şişirtmələri, son 4 ildə rayonda təmir-tikinti işlərinin aparılması üçün 4 milyon manat ayrılsa da, Rafil Hüseynovun rayonda nə abadlıq, nə də ki, təmir işlərinin aparmaması, icra hakimiyyətinə işçilərin pul müqabilində işə götürməsi, X8 şəhərində hər yerdən pul toplamaqla məşğul olması, buna yeni tikililərə icazələrin verilməsi və işə qəbul hallarının daxil olması barədə məlumatlar göstərilmiş, bununla da təqsirləndirilən şəxs X5 və X20 ağır və xüsusilə ağır cinayət törətməkdə ittiham etməklə böhtan atmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.1-ci maddəsinə əsasən, rüşvət alma, yəni vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq və ya laqeydlik müqabilində özü və yaxud üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair neməti, imtiyazı və ya güzəşti istəməsi və ya alması, yaxud bu barədə təklif və ya vədi qəbul etməsi üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, əmlakı müsadirə olunmaqla dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179-cu maddəsinə əsasən mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə on ildən on dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Göründüyü kimi, Telman Məmmədov xüsusi ittihamçılar X5 və X20 rüşvət alma (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və mənimsəmə (xüsusilə külli miqdarda ziyan vurmaqla) cinayətlərini törətməkdə ittiham etməklə böhtan atmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsinə əsasən ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən Bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Cinayət Məcəlləsinin 15.5-ci maddəsinə əsasən Bu Məcəllə ilə qəsdən törədilməsinə görə on iki ildən artıq azadlıqdan məhrum etmə cəzası və ya daha ağır cəza nəzərdə tutulmuş əməllər xüsusilə ağır cinayətlər hesab olunur. Bununla da təqsirləndirilən şəxs X11 tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Azərbaycan Respublikasının Konstitusiyasının 46-cı maddəsində hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ təsbit edilmişdir. Göründüyü kimi, Azərbaycan Respublikasının Konstitusiyası fikir və söz azadlığı kimi, hər kəsin şərəf və ləyaqətinin müdafiə hüququna da eyni qaydada təminat nəzərdə tutmuşdur. Konvensiyanın istinad olunan 10-cu maddəsində də nəzərdə tutulur ki, maddənin 1ci bəndində təminat verilən azadlıqların (fikri ifadə etmək azadlığı) həyata keçirilməsi « ...mənəviyyatın qorunması üçün, digər şəxslərin nüfuzu və hüquqlarının müdafiəsi üçün,...qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan müəyyən rəsmiyyətə, şərtlərə, məhdudiyyətlərə və ya sanksiyalara məruz qala bilər». Azərbaycan Respublikası Cinayət-Prosesual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəlisürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-nin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM- nin 349.3., 349.4., 349.5-ci maddələri). Bununula əlaqədar məhkəmə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Şərəf- cəmiyyətin üzvü kimi insanın əxlaqi, mənəvi, mədəni keyfiyyətlərinə, başqa şəxslərə, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən ictimai qiymətdir. Ləyaqət– şəxsin özünə, özünün davranışına, mənəvi və əxlaqi dünyagörüşünə, cəmiyyətdə tutduğu mövqeyinə özünün verdiyi qiymətdir. Nüfuz– şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə, mövqeyinə, ictimai əhəmiyyət kəsb etməsinə görə başqa şəxslər tərəfindən ona verilən qiymətdir. Şərəf və ləyaqəti ləkələyən məlumatlar dedikdə, əxlaqi prinsiplər, istehsaltəsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradan məlumatlar başa düşülür. Bundan əlavə məhkəmə hesab edir ki, X2 əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibi olmadığı üçün ona həmin maddə ilə bəraət verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsində təhqir, kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi informasiya vasitələrində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma göstərilib. Məhkəmə hesab edir ki, X11 tərəfindən dərc edilən məqalədə göstərilən ifadələr xüsusi ittihamçılar Fikrət Allahverdiyevin və Rafil Hüseynovun şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma kimi qiymətləndirilə bilməz, məhkəmə tərəfindən həmin ifadələr ağır cinayətin törədilməsinə böhtan kimi qiymətləndirilmişdir. Yuxarıda təsvir olunanlardan da görünür ki, məhkəmə baxışı zamanı ittiham tərəfi Telman Məmmədovun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirini sübuta yetirə bilməmiş və ittiham tərəfindən məhkəməyə onun həmin cinayətdə təqsirliliyini təsdiq edən heç bir mötəbər sübut təqdim olunmamışdır. Beləliklə, məhkəmə yuxarıda təsvir olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, Telman Məmmədovun ittiham olunduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilməmişdir. Buna görə də, sonuncuya həmin maddə ilə elan edilmiş ittiham üzrə bəraət verilməli və iş üzrə onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılmalıdır. B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət-Prosessual Məcəlləsində (bundan sonra- CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. AzərbaycanRespublikasının Cinayət-Prosessual Məcəlləsinin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayətprosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanılmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanılır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Məhkəmə göstərilən halları nəzərə alaraq və qeyd olunan normaları, habelə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinin tələblərini («...şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir, bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir...») rəhbər tuturaq hesab edir ki, təqsirləndirilən şəxs Telman Məmmədovun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 42.1.2-ci maddəsinə əsasən əməldə cinayət tərkibi olmadıqda məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Beynəlxalq insan hüquqları konsepsiyasının tərkib hissəsindən biri kimi insan hüquqlarına dair əsas sənədlərdə, o cümlədən “İnsan Hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyası”nın 6-cı maddəsində, “Mülki və Siyasi hüquqlar haqqında Beynəlxalq Pakt”ın 14-cü maddəsində öz əksini tapan, Azərbaycan Respublikasının Konstitusiyasında və Cinayət-Prosessual Məcəlləsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Təqsirsizlik prezumpsiyası öz mahiyyəti etibarı ilə nəzərdə tutur ki, şəxsin təqsiri cinayət-prosessual qanunvericiliklə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmə hökmü yoxdursa, o, təqsirsiz sayılır. Şəxs yalnız o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Eyni zamanda həm Konstitusiya, həm cinayət-prosessual qanunvericiliyi xüsusilə vurğulayır ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Cinayət-Prosessual Məcəlləsinin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Əsaslı şübhələr dedikdə şəxsin təqsirinin təsdiq edilməsində mühüm rol oynaya biləcək sübutların məzmunu, mənbəyi, işə aid olması ilə bağlı olan şübhələr, habelə müxtəlif sübutlar arasında olan elə ziddiyyət və anlaşılmazlıqlar başa düşülməlidir ki, onları heç bir prosessual vasitə ilə aradan qaldırmaq mümkün olmasın. Yəni təqsirsizlik prezumpsiyası tələb edir ki, şübhəli və ya təqsirləndirilən şəxsin təqsiri heç bir şübhə doğurmayan sübutlarla təsdiq olunsun. Avropa Konvensiyasının tərkib hissəsi olan Avropa Məhkəməsinin presedentlərinin təhlili göstərir ki, Avropa Məhkəməsinin mövqeyinə görə Konvensiyanın 6-cı maddəsi tələb edir ki, dövlət daxili məhkəmələr həm mülki, həm də cinayət proseslərində çıxardıqları qərarları əsaslandırsınlar. Maddənin 2-ci bəndində deyilir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. 2-ci bənd cinayət prosesinin davam etdiyi bütün müddətə şamil olunur və proses bitdikdən sonra və ya təqsirləndirilən şəxsə bəraət verildikdən sonra hakim tərəfindən hər hansı şərhin verilməsi təqsirsizlik prezumpsiyasını pozmuş olacaqdır. Təkcə məhkəmələr deyil, digər dövlət orqanları da təqsirsizlik prezumpsiyasına əməl etməyə borcludurlar. Təqsirsizlik prezumpsiyasına təkcə məhkəmənin gedişində deyil, məhkəmə tərəfindən bəraət hökmü çıxarıldıqdan sonra da əməl edilməlidir. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında Avropa Məhkəməsi bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Beləliklə məhkəmə işi üzrə toplanılmış sübutlara məcmu halda hüquqi qiymət verərək bir daha qeyd edir ki, Telman Məmmədovun əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibi olmadığı üçün ona həmin maddə ilə bəraət verilməli, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə təqsirli bilinərək, cəzalandırılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Telman Məmmədovun ilk dəfə cinayət törətməsini cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Telman Məmmədovun barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının 2-ci bəndi ilə məhkəmələrə tövsiyə edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa,hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Həmin Qərarın 3-cü bəndində izah edilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə Telman Məmmədova cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halı nəzərə alır və belə hesab edir ki, Telman Məmmədovu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də o, təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci maddəsinin sanksiyası həddində islah işləri növündə cəzaya məhkum olunmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 49.1-ci maddəsinə əsasən islah işləri iki aydan iki ilədək müddətə təyin edilir və həmin cəza məhkumun iş yeri üzrə çəkilir. Təqsirləndirilən şəxs Telman Məmmədovun cəza çəkmə müddətinin əvvəli onun işlədiyi, qazancından tutulmaların aparıldığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət təqsirləndirilən şəxs Telman Məmmədovun yaşayış yeri üzrə Şəmkir rayon Probasiya İdarəsinə həvalə olunmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Telman Məmmədovatətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Bundan başqa, iş üzrə məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatının dəyəri 180 manat pul vəsaiti təqsirləndirilən şəxs X1 tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs X2 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, X6 göstərilmiş hüquqi xidmətə görə Şəmkir rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 22 (iyirmi iki) saata görə 180 (yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Şəmkir rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut və mülki iddia yохdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: X11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, hər ay qazancından dövlət nəfinə 15 faiz məbləğində pul tutulmaqla 01 (bir) il müddətə islah işləri cəzasına məhkum edilsin. Xüsusi ittihamın Azərbaycan Respublikası CM-nin 148-ci maddəsilə olan hissəsində bəraət verilsin. X2 cəzasının əvvəli qazancından dövlət nəfinə tutulmalar aparıldığı vaxtdan hesablansın. Hökmün icrası Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 180 (bir yüz səksən) məbləğində məhkəmə məsrəfi X1 tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE******************** Büdcə təsnifatının kodu 142595 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X14, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22). X6 məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi2 ödənilməsi üçün dövlət büdcəsinin hesabına 180 manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (Hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı; Kod: 8051630; Bankın VÖEN–:**********; Müxbir hesab: AZ03NABZ01351**********2944; S.W.İ.F.T İBAZAZ2X, hesab nömrəsi İBAN AZ03İBAZ********************, Müştəri VÖEN–i: **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nazlı Heydərova
Məhkəmə qərarları › İş №1(076)-151/2025
Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-151/2025
30.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver