Məhkəmə qərarları › İş №1(076)-152/2024

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №1(076)-152/2024

15.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 1(076)-152/2024 15.04.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs: Təqsirləndirilən şəxs Müdafiəçi: Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair sadələşdirilmiş icraat materialına açıq məhkəmə hazırlıq iclasında baxaraq MÜƏYYƏNETDİ: Təhqiqat orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilərək məhkəməyə verilmişdir. İşin məhkəmə hazırlıq iclası zamanı müəyyən olunmuşdur ki, həmin sadələşdirilmiş icraat materialının məhkəmə aidiyyəti Şəmkir Rayon Məhkəməsinə aid olmaqla, iş üzrə icraatın dayandırılması, xitam verilməsi üçün əsaslar aşkar olunmamışdır. Həmçinin, ilkin məhkəmə zamanı müəyyən olunur ki, məhkəməyədək icraat zamanı işin ibtidai istintaqı aparılarkən Azərbaycan Respublikası CPM-in tələblərinin kobud pozuntusuna yol verilməmiş, yekun protokolunun qanunla nəzərdə tutulmuş prosessual formasına riayət edilmişdir. Məhkəmə baxışının qeyri-mümkünlüyünə səbəb olan hallar aşkar edilməmişdir. İş üzrə icraatın dayandırılması və ona xitam verilməsi üçün əsaslar müəyyən edilməmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi təmsil etdiyi müvafiq qurumun orderini məhkəməyə təqdim etmiş və onun cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin müdafiəçisi qismində işə buraxılmasını istisna edən hallar yoxdur. Tərəflər vəsatət və etirazlar verməmiş, ittiham tərəfi məhkəməyə sübutların siyahısını təqdim edərkən iş üzrə tərtib edilmiş yekun protokolunda göstərilmiş sübutlarla kifayətlənmiş, müdafiə tərəfi sübutlar siyahısı təqdim etməmişdir. Məhkəmə, hazırki mərhələdə məhkəmə baxışında sübut kimi yolverilməz materialların olmasını müəyyən etmədi. İşin məhkəmə baxışının qeyri-mümkünlüyünə səbəb olan hallar yoxdur. Məhkəmə təqsirlilik haqqında məsələyə qabaqcadan hüquqi qiymət vermədən (həll etmədən) təqsirləndirilən şəxsin məhkəməyə verilməsini və işin açıq məhkəmə baxışına təyin edilməsini əsaslı hesab edir Belə olan halda hazırki sadələşdirilmiş icraat materialı məhkəmə baxışı mərhələsinə keçirilməli və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə məhkəməyə verilməlidir. İşin məhkəmə baxışında dövlət ittihamçısının, zərərçəkmiş şəxsin, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin və şahidin iştirakı təmin edilməlidir. Azərbaycan Respublikası CPM-in 299, 300-301, 306-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə məhkəməyə verilsin. İşə hakim Musayev Taleh Valeh oğlunun sədrliyi ilə baxılsın. İşin açıq məhkəmə baxışı 15 aprel 2024-cü il tarixə saat 12:30-a təyin edilsin. Məhkəmə iclası Şəmkir Rayon Məhkəməsinin inzibati binasında keçirilsin. Məhkəmə baxışı azərbaycan dilində aparılsın. Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs müdafiəsini təmin etmək məqsədi ilə müdafiəçi qismində işə buraxılsın. İşin məhkəmə baxışında dövlət ittihamçısının, zərərçəkmiş şəxsin, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin və şahidin iştirakı təmin edilsin. Hakim Taleh Musayev 09 aprel 2024-cü il 1(076)-152/2024 Məhkəmə baxışının təyin edilməsi barədə BİLDİRİŞ Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ŞƏMKİR RAY, QARACƏMİRLİ KƏNDİ Müdafiəçi KAZİMOV MAHİR TAHİR OĞLUNA ŞƏMKİR RAYON VƏKİL BÜROSU Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs QİZİNA ŞƏMKİR RAY, QARACƏMİRLİ KƏNDİ Dövlət ittihamçısı KAZİMOV RÖVŞƏN ZAHİD OĞLUNA Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair sadələşdirilmiş icraat materialı üzrə məhkəmə baxışı iclası 15 aprel 2024-cü il tarixə saat 12:30-a, Şəmkir şəhərində, Şəmkir Rayon Məhkəməsinin inzibati binasında baxılması üçün təyin edilmişdir. Məhkəmə baxışında iştirak etməyiniz xahiş olunur. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar