Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-153/2023 14.06.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Heydarov Cəmil Elxan oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx.xx.1976-cı ildə Şəmkir rayonu Qapanlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, Şəmkir rayon Məhkəməsinin 06 noyabr 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Şəmkir rayonu, Qapanlı kəndində qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 19 noyabr 2022-ci il tarixdə saat 18:30 radələrində Şəmkir rayonu, Qaracəmirli kəndində yerləşən Zərərçəkmiş şəxs yaşadığı evə hasarın üzərindən aşmaqla həyətyanı sahəyə, oradan isə fərdi yaşayış evinin qapısından qanunsuz daxil olaraq evin yataq otağında yerləşən şkafın içərisindəki kişi ködəkcəsinin cibindən Zərərçəkmiş şəxs məxsus 800 (səkkiz yüz) manat məbləğində nəğd pulu gizli talayaraq oğurlamışdır. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ittiham olunduğu cinayət əməlinin törədilməsində qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Şəmkir rayonu Qaracəmirli kəndində yaşayan Zərərçəkmiş şəxs tanıyır, ancaq onunla şəxsi münasibəti və ya ədavəti olmamışdır. 19 noyabr 2022-ci il tarixdə pula ehtiyacı olduğu üçün oğurluq etmək qərarına gəlmişdir. Həmin günü saat 18:30 radələrində Qaracəmirli kəndində olan zaman Zərərçəkmiş şəxs yaşadığı evin yanına gəlmiş, həyətin giriş qapısının üzərində qıfıl olduğu üçün evdə heç kimim olmadığını bilmiş, hasarın üzərindən həyətə keçərək köhnə evə yaxınlaşmış və açıq olan giriş qapıdan evə daxil olmuşdur. Evin yataq otağında pul axtaran zaman çarpayının üzərindəki döşəyin altında pul olduğunu görmüş, orada olan 600 manat pulun hamısını götürüb evdən həyətə çıxmış və hasarın üzərindən küçəyə keçərək oradan uzaqlaşıb getmişdir. Oğurladığı 600 (altı yüz) manat pulun 200 (iki yüz) manatını üzü üçün siqaret və yeyib-işməyə xərcləmiş, qalan 400 (dörd yüz) manatı isə 23 noyabr 2022-ci il tarixdə Şəmkir rayon polis X3 bölməsinə dəvət edilən zaman polisə təqdim etmişdir. Zərərçəkmiş şəxs yaşadığı evdən cəmi 600 (altı yüz) manat pul oğurlamış, oradan bank kartı, əlavə pul və digər əşya oğurlamamışdır. Oğurladığı 600 (altı yüz) manat pul 6 (altı) ədəd 100 manatlıq əskinazlardan ibarət olmuşdur. Zərərçəkmiş şəxs yaşadığı evin həyətinə və evə daxil olduğunu, evdən pul oğurladığını və oradan çıxıb getdiyini heç kim görməmişdir. Zərərçəkmiş şəxs yaşadığı evdən oğurluğu tək etmiş və bu barədə heç kimin məlumatı olmamış, başqa yerlərdən isə oğurluq etməmişdir. Hazırda maddi imkanı olmadığından zərərçəkmiş şəxsdən oğurladığı pulun qalan hissəsini qaytara bilmir. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində ifadəsi alınmış Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir, şəxsi təsərrüfatında əkinçiliklə məşğul olur. 19 noyabr 2022-ci il tarixdə təxminən saat 18:40 radələrində yaşadıqları evdə ailə üzvləri ilə birlikdə bazarda satmaq üçün göy təmizliyən zaman həyat yoldaşı Şahid həyətdə köhnə evinin qapısının açıq olduğunu demişdır. Dərhal həmin evə baxan zaman əşyaların dağıdılmış vəziyyətdə olduğunu görmüş, yataq otağında paltar dolabının içində olan gödəkçənin sol döş cibində olan 800 (səkkiz yüz) manat pulun və həyat yoldaşı Şahid məxsus Kapital banka aid maaş kartının oğurlandığını aşkar etmişdir. Şəmkir rayonu Dəllər qəsəbəsində yaşayan qardaşı Rəşad Həsənova zəng edərək bu barədə ona bildirmiş, qardaşı Rəşad isə Daxili İşlər Nazirliyini 102 xidmətinə zəng edərək oğurluq barədə məlumat vermişdir. Ondan sonra özü bu barədə Şəmkir Rayon Polis X3 Bölməsinə ərizə ilə müraciət edərək şikayət etmişdir. Qapanlı kəndində yaşayan, əvvəllər oğurluğa görə tutulan İman adlı şəxsi son günlərdə bir neçə dəfə yaşadıqları evin yanında gördüyü üçün yaşadıqları evdən oğurluq etməsində İmandan şübhələnmiş, bu barədə polis əməkdaşlarına məlumat vermiş və izahatında göstərmişdir. Sonradan onlara yaşadıqları evdən oğurluq edən Şəmkir rayonu Qapanlı kənd sakini Təqsirləndirilən şəxs polis tərəfindən saxlanıldığı və oğurladığı 800 manat pulun 400 manatınin onun üzərindən aşkar edildiyi barədə məlumat verilmişdir. Yaşadıqları evdə yataq otağında paltar dolabındakı gödəkçənin cibindən oğurlanmış 800 manat pul 8 ədəd 100 manatlıq əskinazlardan ibarət olmuş, evdən başqa pul və ya əşya oğurlanmamışdır. Təqsirləndirilən şəxs əvvəllər tanısa da, onunla şəxsi münasibəti və ya ədavəti olmamışdır. Təqsirləndirilən şəxs onların yaşadıqları evə daxil olduğunu və oradan oğurluq etdiyini heç kim görməmişdir. Hazırda təqsirləndirilən şəxs ona 400 manatı ödəmiş, qalan 400 manatı geri qaytarmamışdır. Buna görə də təqsirləndirilən şəxsin qanunamüvafiq surətdə cəzalandırılmasını xahiş edir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid ifadəsində göstərmişdir ki, 19 noyabr 2022-ci il tarixdə təxminən saat 18:40 radələrində ailə üzvləri ilə birlikdə yaşadıqları evdə bazarda satmaq üçün göy təmizləyən zaman həyətdə olan köhnə evin qapısının açıq olduğunu görmüş, bunu həyat yoldaşı Zərərçəkmiş şəxs demiş və evə baxan zaman əşyaların dağıdılmış vəziyyətdə olduğunu görmüşlər. Həyat yoldaşı Turab yataq otağında paltar dolabının içində olan gödəkçənin cibinə qoyduğu pulun yerində olub-olmadığına baxdıqda 800 (səkkiz yüz) manat pulun və ona məxsus maaş kartının olmadığını aşkar etmişdir. Qapanlı kəndində yaşayan, əvvəllər oğurluğa görə tutulan İman adlı şəxsi son günlərdə bir neçə dəfə yaşadıqları evin yanında gördükləri üçün evdən oğurluq etməsində İmandan şübhələnmişlər. Sonradan onlara yaşadıqları evdən oğurluq edən Şəmkir rayonu Qapanlı kənd sakini Təqsirləndirilən şəxs polis tərəfindən saxlanıldığı və oğurladığı 800 manat pulun 400 manatınin onun üzərindən aşkar edildiyi barədə məlumat verilmişdir. Təqsirləndirilən şəxs onların yaşadıqları evə daxil olduğunu və oradan oğurluq etdiyini heç kim görməmişdir. Cinayət işində olan və məhkəmədə tədqiq edilmiş 19 noyabr 2023-cü il tarixli “Hadisə yerinə baxış” protokolundan görünür ki, hadisə Zərərçəkmiş şəxs yaşadığı Şəmkir rayonu Qaracəmirli kəndində yerləşən fərdi yaşayış evində baş vermişdir. Cinayət işində olan və məhkəmədə tədqiq edilmiş 23 noyabr 2023-cü il tarixli “Hadisə yerinə baxış” protokolundan görünür ki, Təqsirləndirilən şəxs oğurladığı pulun 400 manatını təqdim etmişdir. Təqsirləndirilən şəxs 24 noyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 26 noyabr 2022-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək azad edilmişdir. Cinayət işində olan və məhkəmədə tədqiq edilmiş “Cinayət işi üzrə icraatın dayandırılması haqqında” qərardan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs istintaqa gəlməkdən boyun qaçırdığı üçün xx.xx.2023-cü il tarixdə onun barəsində axtarış elan edilmiş və xx.xx.2023-cü il tarixdə iş üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə görə dayandırlmışdır. Cinayət işində olan və məhkəmədə tədqiq edilmiş “Cinayət işi üzrə icraatın təzələnməsi haqqında” qərardan görünür ki, istintaq zamanı xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs könüllü olaraq istintaqa gələrək özünü təqdim etdiyi üçün iş üzrə xx.xx.2023-cü il tarixdə icraat təzələnmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək oğurluq etdiyi evdən yalnız 600 manat pul oğurladığını, 800 manat oğurlamadığını göstərsə də məhkəmə onun bu ifadəsini özünü müdafiə xarekterli ifadə kimi qiymətləndirməklə həmin hissədə onun ifadəsini sübut növü kimi qəbul etmir. Belə ki, Təqsirləndirilən şəxs zərəçəkmiş şəxsə məxsus evdən 800 manat pul oğurlaması faktı məhkəmə istintaq zamanı özünün qismən etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, üzləşdirmə istintaq hərəkəti protokolu, şahid ifadələri və digər istintaq materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir. Cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə ona isnad olunmuş maddənin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. Təqsirləndirilən şəxs mənzildən yalnız 600 manat pul oğurlamasını, qalan 200 manat pulu oğurlamadığını göstərsə də onun bu ifadəsi zərərçəkmiş şəxsin və şahidin bir-biri ilə üst-üstə düşən və həqiqiliyi şübhə doğurmayan ifadələri ilə təkzib olunur. Qeyd olunanlar baxımından təqsirləndirilən şəxsin ifadəsinin həmin hissəsi məhkəmə tərəfindən cinayətin ictimai təhlükəlilik dərəcəsini, o cümlədən vurulmuş zərərin həcmini azaltmaq cəhdi kimi qiymətləndirilir və sübut növü kimi qəbul edilmir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, cinayət təqibini istisna edən hallar və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinməli və həmin maddənin sanksiyası hüdudlarında, cəza təyin etmənin ümumi əsasları nəzərə alınmaqla cəzalandırılmalıdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin arayışından və Şəmkir Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 1(076)-197/2019 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Şəmkir Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirləndirilərək 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs cəzası 06 ay azaldılaraq xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran haldır. Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxsin şəxsiyyəti, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, o cümlədən təqsirləndirilən şəxsin əməlində cinayətlərin residivinin olması, vurulmuş zərərin ödənilməməsi, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, eləcə də cəzanın səmərəliliyi və məqsədəuyğunluğu nəzərə alınmaqla təqsirləndirilən şəxsə təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının son həddinin yarısından az olmayan müddətdə cəza təyin edilməlidir. Qeyd olunan hallar təqsirləndirilən şəxsə cəzanın şərti olaraq tətbiq edilməsini də istisna edir. Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi olduğundan o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə müvafiq olaraq cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs 24 noyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 26 noyabr 2022-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək azad edildiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı iki gün müddət ona təyin ediləcək cəzadan çıxılmalıdır. Hökmün icrasını təmin etmək məqsədilə Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli və Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbsə alınmalıdır. İşdə mülki iddia və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1 maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak yoxdur. İş üzrə maddi sübut – 400 manatın qanuni sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə məhkəmə xərci, müdafiəçiyə ödənilməli olan haqdan ibarətdir. Məhkəmədə dövlət büdcəsinin vəsaiti hesabına təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmiş vəkil Müdafiəçi hüquqi yardımın göstərilməsi üçün 10 saat vaxt sərf etmişdir. Müdafəçiyə göstərdiyi hüquqi yardıma görə hər saat üçün 6 manat olmaqla 60 manat vəsait dövlət büdcəsinin hesabına ödənilməlidir. Məhkəmə göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası CPM-in 132, 197, 198, 346, 347, 349, 351, 353, 358, 381, 383, 384, 385-ci maddələrini rəhbər tutub HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən ibtidai istintaq dövründə həbsdə olduğu (tutulduğu) 02 (iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 14 iyun 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək “həbs” qətimkan tədbirinə dəyişdirilsin və Təqsirləndirilən şəxs dərhal məhkəmə iclası zalından həbs edilsin. Təqsirləndirilən şəxsə göstərdiyi 10 saat hüquqi yardıma görə 60 (altmış) manat pul Müdafiəçi ödənilməsi üçün Şəmkir Rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə münasibətdə isə surəti ona verildiyi andan 20 gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (təqsirləndirilən şəxs tərəfindən həmçinin həbsdə saxlama yerinin müdiriyyətinin vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddətlər ərzində apellyasiya protesti və ya apellyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Hakim Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №1(076)-153/2023
Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-153/2023
14.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver