Məhkəmə qərarları › İş №1(076)-153/2025

Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-153/2025

15.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-153/2025 15.04.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Nazlı Azər qızının sədrliyi, Məhkəmə iclas katibi Heydarov Cəmil Elxan oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi- Şəmkir Rayon Vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə xx.xx.2001-ci ildə Şəmkir rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işsiz, Şəmkir rayonu, Yuxarı Seyfəli kəndində qeydiyyatda olmaqla, Şəmkir rayonu, Könüllü kənində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri” seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 152-1.-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında qapalı məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olmuşdur. Belə ki, o, xx xxxxxx 2001-ci il təvəllüdlü olmaqla, on altı yaşına çatmayan, xx xxxxxx 2008-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məqsədilə 15 iyul 2024-cü il tarixdə yaşadığı Şəmkir rayonu, Könüllü kəndində yerləşən evinə gətirmiş, 04 dekabr 2024-cü il tarixdə axşam saatlarında həmin evdə aralarındakı yaş fərqi iki ildən çox olan on altı yaşına çatmayan zərərçəkmiş Zərərçəkmiş şəxs ilə onun öz razılığı əsasında 02 avqust 2024-cü il tarixədək mütəmadi olaraq təbii yolla cinsi əlaqədə olmuşdur. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1–ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, Qazax rayonu, Daş Salahlı kənd sakini Zərərçəkmiş şəxs ilə 2024-cü ilin mart ayında “instagram” sosial şəbəkəsində tanış olmuşdur. Həmin müddətdən də Zərərçəkmiş şəxs ilə “instagram” sosial şəbəkə vasitəsi ilə əlaqə yaratmışdır. 15 iyul 2024-cü il tarixdə, saat 10 radələrində Zərərçəkmiş şəxs onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə xatırlamadığı mobil nömrə ilə zəng edərək, Şəmkir şəhər ərazisində yerləşən “Bravo” marketin yanında olmasını və onunla görüşmək istəməsini bildirmişdir. Bu səbəbdən də o, həmin tarixdə, saat 12 radələrində Şəmkir şəhər ərazisində yerləşən “Bravo” marketin yaxınlığına gedərək orada Zərərçəkmiş şəxs ilə görüşmüşdür. Həmin vaxt Zərərçəkmiş şəxs ona “İnstagram” sosial səhifəsinə baxmağını və orada hər şeyi yazmağını bildirmişdir. O, da “İnstagram” sosial şəbəkəsində öz səhifəsinə daxil olaraq orada Zərərçəkmiş şəxs ona ailəsi ilə yaşaya bilməməsini və onunla ailə həyatı qurmaq istəməsini yazmasını görmüşdür. Həmin vaxt o, Zərərçəkmiş şəxs ilə razılaşaraq onu yaşadığı Şəmkir rayonu, Könüllü kəndində yerləşən fərdi yaşayış evlərinə gətirmişdir. Orada o, Zərərçəkmiş şəxs ilə yaşamağa başlamışlar. 29 iyul 2024-cü il tarixdə, saat 22 radələrində isə yaşadığı Şəmkir rayonu, Könüllü kəndində yerləşən fərdi yaşayış evində Zərərçəkmiş şəxs ilə onun öz razılığı ilə uşaq dünyaya gətirmək məqsədilə cinsi əlaqədə olmağa başlamışlar. Belə ki, həmin vaxt o, öz gərginləşmiş cinsiyyət orqanını Zərərçəkmiş şəxs cinsiyyət orqanına daxil edərək, onunla cinsi əlaqədə olmuşdur. 02 avqust 2024-cü il tarixdə, saat 23 radələrində yaşadığı Şəmkir rayonu, Könüllü kəndində yerləşən fərdi yaşayış evində Zərərçəkmiş şəxs ilə təkrar olaraq onun öz razılığı ilə cinsi əlaqədə olmuşdur. Həmin vaxt o, öz gərginləşmiş cinsiyyət orqanını Zərərçəkmiş şəxs cinsiyyət orqanına yenidən daxil etməklə onunla cinsi əlaqədə olub cinsi əlaqəni tamamlamışdır. Təqsirləndirilən şəxs verilən sualların mahiyyəti üzrə bildirmişdir ki, 29 iyul 2024-cü il və 02 avqust 2024-cü il tarixlərində Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olan zaman o, Zərərçəkmiş şəxs az yaşlı olmasını bilməsini, 29 iyul 2024-cü il və 02 avqust 2024-cü il tarixlərində Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olan zaman o, Zərərçəkmiş şəxs onunla cinsi əlaqədə olması üçün heç bir fiziki qüvvə və zor tətbiq etməməsini, o, Zərərçəkmiş şəxs ilə onun öz razılığı ilə cinsi əlaqədə olmasını, 29 iyul 2024-cü il və 02 avqust 2024- cü il tarixlərində Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olan zaman orada onlardan başqa heç kimin olmamasını, 29 iyul 2024-cü il və 02 avqust 2024cü il tarixlərində Zərərçəkmiş şəxs ilə təbbi yolla cinsi əlaqədə olmasını, yəni o, öz gərginləşmiş penisini Zərərçəkmiş şəxs vaginasma daxil etmə yolu ilə onunla cinsi əlaqədə olmasını, 29 iyul 2024-cü il və 02 avqust 2024-cü il tarixlərində Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olan zaman o, öz gərginləşmiş cinsiyyət üzvünü Zərərçəkmiş şəxs cinsiyyət üzvünə daxil etdikdən sonra onunla aralarında olan cinsi münasibətin təxminən 5-7 dəqiqə davam etməsini bildirmişdir. Həmçinin əlavə etmişdir ki, ifadəsinə əlavə olaraq bildirmişdir ki, 44 günlük Vətən müharibəsində iştirak etmiş, 3 medalı vardır. Zərərçəkmiş şəxslə faktiki olaraq ailə münasibətlərindədir,Telli Göyüşöva hazırda ondan 7 aylıq hamilədir, 18 yaşına çatdıqda sonuncu ilə ailə qurmaq fikri vardır. Odur ki, ifadəsində göstərdiyi halları nəzəra alaraq, məhkəmədən ona həbslə əlaqədar olmayan yüngül cəza verilməsini xahiş edir. Məhkəmə baxışı iclasında qanuni nümayəndəsinin iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs qızı ifadəsində göstərdi ki, Şəmkir rayonu, Könüllü kənd sakini Təqsirləndirilən şəxs ilə 2024-cü ilin mart ayında “İnstagram” sosial şəbəkəsində tanış olmuşdur. Həmin müddətdən də Təqsirləndirilən şəxs ilə “İnstagram” sosial şəbəkə vasitəsi ilə əlaqə yaratmışdır. 15 iyul 2024-cü il tarixdə, saat 08 radələrində o, yaşadığı ünvandan çıxaraq Şəmkir şəhər ərazisində yerləşən “Bravo” marketin yanına gəlmişdir. Həmin tarixdə, saat 10 radələrində o, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə tanımadığı şəxsin mobil nömrəsi ilə zəng edərək, Şəmkir şəhər ərazisində yerləşən “Bravo” marketin yanında olmağını və onunla görüşmək istəməyini bildirmişdir. Həmin tarixdə, saat 12 radələrində Təqsirləndirilən şəxs onun olduğu yerə gəlmişdir. O, Təqsirləndirilən şəxs “İnstagram” sosial səhifəsində hər şeyi yazmağını bildirmişdir. Təqsirləndirilən şəxs da “İnstagram” sosial şəbəkəsində öz səhifəsinə daxil olaraq orada Zərərçəkmiş şəxs ona yazdığı belə ki, o, öz ailəsi ilə yaşaya bilməməyini və onunla ailə həyatı qurmaq istəməyini yazmağını görmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs onunla razılaşaraq onu yaşadığı Şəmkir rayonu, Könüllü kəndində yerləşən fərdi yaşayış evlərinə aparmışdır. Orada o, Təqsirləndirilən şəxs ilə yaşamağa başlamışdır. 29 iyul 2024-cü il tarixdə, saat 22 radələrində isə yaşadıqları Şəmkir rayonu, Könüllü kəndində yerləşən Təqsirləndirilən şəxs anası Şahid qızma məxsus fərdi yaşayış evində Təqsirləndirilən şəxs ilə onun öz razılığı ilə uşaq dünyaya gətirmək məqsədilə cinsi əlaqədə olmağa başlamışlar. Yəni həmin vaxt Təqsirləndirilən şəxs öz gərginləşmiş cinsiyyət orqanını onun cinsiyyət orqanıma daxil edərək, onunla cinsi əlaqədə olmuşdur. 02 avqust 2024-cü il tarixdə, saat 23 radələrində həmin ünvanda Təqsirləndirilən şəxs ilə təkrar olaraq onun öz razılığı ilə cinsi əlaqədə olmuşlar. Həmin vaxt Təqsirləndirilən şəxs öz gərginləşmiş cinsiyyət orqanını onun cinsiyyət orqanına yenidən daxil etməklə onunla cinsi əlaqədə olub cinsi əlaqəni tamamlamışlar. Zərərçəkmiş şəxs verilən sualların mahiyyəti üzrə bildirmişdir ki, 29 iyul 2024-cü il və 02 avqust 2024-cü il tarixlərində o, Təqsirləndirilən şəxs ilə cinsi əlaqədə olan zaman Təqsirləndirilən şəxs az yaşlı olmağını bilirməsini, 29 iyul 2024-cü il və 02 avqust 2024-cü il tarixlərində Təqsirləndirilən şəxs ilə cinsi əlaqədə olan zaman Təqsirləndirilən şəxs onunla cinsi əlaqədə olması üçün ona heç bir fiziki qüvvə və zor tətbiq etməməsini, Təqsirləndirilən şəxs onunla onun öz razılığı ilə cinsi əlaqədə olmasını, 29 iyul 2024-cü il və 02 avqust 2024-cü il tarixlərində Təqsirləndirilən şəxs ilə cinsi əlaqədə olan zaman orada onlardan başqa heç kimin olmamasını, 29 iyul 2024-cü il və 02 avqust 2024-cü il tarixlərində Təqsirləndirilən şəxs ilə təbbi yolla cinsi əlaqədə olmasını, yəni Təqsirləndirilən şəxs öz gərginləşmiş penisini onun vaginasına daxil etmə yolu ilə onunla cinsi əlaqədə olmasını, 29 iyul 2024-cü il və 02 avqust 2024-cü il tarixlərində Təqsirləndirilən şəxs ilə cinsi əlaqədə olan zaman Təqsirləndirilən şəxs öz gərginləşmiş cinsiyyət üzvünü onun cinsiyyət üzvünə daxil etdikdən sonra onunla aralarında olan cinsi münasibətin təxminən 5-7 dəqiqə davam etməsini bildirmişdir. Hazırda onun təqsirləndirilən şəxsdən şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxslə evlənəcəklər, 7 aylıq hamilədir. Odur ki, məhkəmədən, ifadəsində göstərdikləri halları nəzərə alaraq, təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş edir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Qanuni nümayəndə ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun övladıdır. Şəmkir rayonu, Könüllü kənd sakini Təqsirləndirilən şəxs isə əvvəllər tanımamışdır. Təqsirləndirilən şəxs 15 iyul 2024-cü il tarixdən tanıyır. Belə ki, həmin tarixdə, saat 03:30 radələrində o, yaşadığı evdən çıxaraq Tovuz rayon ərazisində yerləşən əkin sahələrində karof yığmaq üçün getmişdir. Həmin tarixdə, saat 16:30 radələrində o, yaşadığı Qazax rayonu, Daş Salahlı kəndində yerləşən fərdi yaşayış evlərinə qayıdan zaman qızı Zərərçəkmiş şəxs yaşadıqları evdə olmamasını görmüşdür. Həmin vaxt o, qohumları ilə mobil telefon vasitəsi ilə əlaqə yaradaraq qızı Zərərçəkmiş şəxs görüb-görmədiklərini öyrənmiş, lakin həmin vaxt qohumları qızı Zərərçəkmiş şəxs görmədiklərini bildirmişlər. Həmin tarixdə, saat 19 radələrində qızı Zərərçəkmiş şəxs ona mobil telefon vasitəsi ilə zəng edərək, istədiyi Kənan adlı şəxs ilə ailə qurmaq məqsədilə Təqsirləndirilən şəxs yaşadığı Şəmkir rayonu, Könüllü kəndində yerləşən fərdi yaşayış evlərinə getməsini bildirmişdir. Bu səbəbdən də o, həmin tarixdə Qazax rayon Polis şöbəsinə gedib ərizə ilə müraciət edərək az yaşlı qızı X4 rayonu, Könüllü kənd sakini Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmaq üçün getmələri barədə məlumat vermişdir. Həmin tarixdə, saat 23 radələrində Təqsirləndirilən şəxs anası Şahid onların yaşadıqları ünvana gələrək, oğlu Təqsirləndirilən şəxs ilə qızı Zərərçəkmiş şəxs ailə qurmaq məqsədilə Şəmkir rayonu, Könüllü kəndi ərazisində yerləşən özünə məxsus fərdi yaşayış evlərinə getmələrini bildirmişdir. Bu səbəbdən də o, 16 iyul 2024-cü il tarixdə Şəmkir rayonu, Könüllü kəndi ərazisində yerləşən Şahid məxsus fərdi yaşayış evinə gəlib orada qızı Zərərçəkmiş şəxs ilə görüşmüşdür. Həmin vaxt onun qızı Zərərçəkmiş şəxs evdə tək olmuşdur. Təqsirləndirilən şəxs isə işdə olmasını bilmişdir. O, qızı Zərərçəkmiş şəxs az yaşlı olmasını bildirərək, onunla yaşadıqları ünvana getməsini tələb etmişdir, lakin qızı Zərərçəkmiş şəxs ona Təqsirləndirilən şəxs ilə qalmaq və yaşamaq istəməsini bildirmişdir. Daha sonra o, yaşadığı ünvana qayıtmışdır. Sonradan ona məlum olmuşdur ki, 29 iyul 2024-cü il tarixdə, saat 22 radələrində və 02 avqust 2024-cü il tarixdə, saat 23 radələrində Şəmkir rayonu, Könüllü kəndində yerləşən Şahid məxsus fərdi yaşayış evində Təqsirləndirilən şəxs qızı Zərərçəkmiş şəxs öz razılığı ilə uşaq dünyaya gətirmək məqsədilə cinsi əlaqədə olmuşlar. Həmin vaxt Təqsirləndirilən şəxs öz gərginləşmiş cinsiyyət orqanını qızı Zərərçəkmiş şəxs cinsiyyət orqanına daxil edərək, onunla cinsi əlaqədə olmuşdur. Təqsirləndirilən şəxs barəsində heç bir şikayət və tələbi yoxdur, qızı Telli hamilədir, həddi buluğa çatanda Kənanla rəsmi nigaha girəcəklər. Odur ki, məhkəmədən, ifadəsində göstərdikləri halları nəzərə alaraq, təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş edir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun oğul övladıdır. Könüllu olaraq ifadə vermək istəyir. Qazax rayonu, Daş Salahlı kənd sakini Zərərçəkmiş şəxs isə 15 iyul 2024-cü il tarixdən tanıyır. Belə ki, həmin tarixdə, saat 12 radələrində o, Tovuz rayon Mərkəzi xəstəxanasında olan zaman oğlu Təqsirləndirilən şəxs ona mobil telefon vasitəsi ilə zəng edərək, 2024-cü ilin mart ayında “İnstagram” sosial şəbəkəsində Telli adlı şəxs ilə tanış olmasını, biri-birlərini sevmələrini və ailə qurmaq məqsədilə Teli Göyüşova ilə birlikdə yaşadıqları Şəmkir rayonu, Könülü kəndində yerləşən fərdi yaşayış evlərinə gəlmələrini bildirmişdir. Həmin tarixdə, saat 15 radələrində o, yaşadıqları ünvana gəlmişdir. Orada Zərərçəkmiş şəxsnm az yaşlı olmasını bildiyi üçün oğlu Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yaşadıqları Qazax rayonu, Daş Salahlı kəndində yerləşən evlərinə aparıb valideyinlərinə təhvil versinlər və evlənmək üçün yaşı tamam olduqdan sonra el adəti ilə elçi gedib toy etməyi demişdir. Daha sonra o, Zərərçəkmiş şəxsnm anası Qanuni nümayəndə qızma mobil telefon vasitəsi ilə zəng edərək, qızı Zərərçəkmiş şəxsnm özünün könüllü olaraq həmin tarixdə yaşadığı evdən çıxıb Şəmkir şəhər ərazisində yerləşən “Bravo” marketin yanma gəlməsini və oradan isə oğlu Təqsirləndirilən şəxs zəng edib onuunla ailə həyatı qurmaq istəməsini bildirməsini və bu səbəbdən də oğlu Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yaşadıqları Şəmkir rayonu, Könüllü kəndində yerləşən fərdi yaşayış evlərinə gətirməsini demişdir. Həmçinin o, həmin vaxt Qanuni nümayəndə Zərərçəkmiş şəxsnm az yaşlı olmasını bildirərək, Zərərçəkmiş şəxs onlara aparıb təhvil verməyini, ailə qurmaq üçün yaşı tamam olduqdan sonra el adəti ilə elçi gəlib alacaqlarını demişdir. Lakin həmin vaxt oğlu Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs onu Qazax rayonu, Daş Salahlı kəndinə aparıb anası Qanuni nümayəndə təhvil verilməsinə öz etirazlarını bildirərək, onunla getməkdən imtina etmişlər. Daha sonra o, təkcənəm həmin tarixdə, saat 22 radələrində Qazax rayonu, Daş Salahlı kəndində Qanuni nümayəndənm yaşadığı fərdi yaşayış evinə getmişdir. Söhbət əsnasında Qanuni nümayəndə ona bildirmişdir ki, Zərərçəkmiş şəxs onların icazəsi olmadan getdiyi üçün o, Zərərçəkmiş şəxs qəbul etməyəcəyini, lakin həmin vaxt Qanuni nümayəndə ona bildirmişdir ki, oğlu Təqsirləndirilən şəxs izah etsin ki, Təqsirləndirilən şəxs onun qızı Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olmasın. Daha sonra o, yaşadığı ünvana qayıtmışdır. O, oğlu Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxsnm yaşının az olduğu üçün onunla cinsi əlaqədə olmamasını bildirmişdir. Sonradan ona məlum olmuşdur ki, 29 iyul 2024-cü il tarixdə, saat 22 radələrində Şəmkir rayonu. Könüllü kəndində yerləşən fərdi yaşayış evlərində onun evdə olmadığı vaxt ərzində oğlu Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə onun öz razılığı ilə uşaq dünyaya gətirmək məqsədilə cinsi əlaqədə olmuşlar. Həmçinin 02 avqust 2024-cü il tarixdə, saat 23 radələrində Şəmkir rayonu, Könüllü kəndində yerləşən fərdi yaşayış evlərində onun evdə olmadığı müddət ərzində oğlu Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə təkrar olaraq onunu öz razılığı ilə cinsi əlaqədə olmuşlar. Telli hazırda 7 aylıq hamilədir, Kənanla bir ailə kimi yaşayırlar, Telli 18 yaşına çatdıqda Kənanla rəsmi ailə quracaqlar. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: xx.xx.2025–ci il tarixli “İfadənin yerində yoxlanılması barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 29 iyul 2024-cü il və 02 avqust 2024-cü il tarixlərində zərərşəkmiş Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olduğu fərdi yaşayış evinə baxış keçirilmiş və bu barədə protokol tərtib olunmaqla fotoşəkillər çəkilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə–Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin Şəmkir Rayon şöbəsinin 11 yanvar 2025-ci il tarixli 48 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə tibbi müayinəsi zamanı onun xarici cinsiyyət üzvlərində cinsi əlaqəyə girə bilməsinə mane ola biləcək hər hansı bir anomaliya və patologiya aşkar edilməmişdir – Xarici cinsiyyət üzvləri kişi tipli olub,düzgün inkişaf etmişdir.Cinsiyyət üzvündən heç bir ifrazat yoxdur. Konsistensiyaları elastiki-bərkvaridir.Sol xaya sağa nisbətən bir qədər aşağı səviyyədədir.Xayalığı qaldırma (kremester) və qarın simptomları müsbətdir. Xarici cinsiyyət üzvlərində hər hansı bir anomaliya və patologiya-deformasiya, şiş, çapıq və sair aşkar edilmədi. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və canlı şəxsin ekspertizasının 30 iyul 2024-ci il tarixli, 745 saylı tarixli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthi üzərində hər hansı bir xəsarət və ya xəsarət izləri aşkar edilmədi. Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmuşdur, pozulma müddəti müayinədən 29 iyul 2024-cü il tarixə uyğundur. Zərərçəkmiş şəxs arxa keçəcəkdə cinsi əlaqədə olmasını göstərən əlamət və dəyişiklik, eləcə də xəsarət və ya xəsarət izi aşkar edilmədi. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik Hüquqi şəxsi kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 10 yanvar 2025-ci il tarixli, 19 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs psixi xəstəliyin əlamətləri aşkar olunmur. Zərərçəkmiş şəxs iş üçün əhəmiyyət kəsb edən hallan düzgün qavrayıb təsvir etmə və onlar barəsində istintaqa düzgün ifadə vermək qabiliyyətinə malikdir. Zərərçəkmiş şəxs əqli və psixi inkişafı normaya uyğun olduğundan, o, ona qarşı edilən hərəkətləri qavramaq və anlamaq qabiliyyətinə malikdir. Zərərçəkmiş şəxs fərdi- psixi xüsusiyyətlərinə (konfliktə və mübahisəyə meyilli olmamaq, sakit təbiətlilik, sadəlövhlük, mülayimlik və s.) görə hadisə ilə əlaqədar özündən uydurmağa meyillilik əlamətləri müşahidə edilməmişdir (i.v. 100-102). Azərbaycan Respublikası DİN–nin BƏSİİ–dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində cinayət işi və məhkumluğu yoxdur. xx.xx.2024-cü il tarixli ittiham elan edilməsi olan şəxsin barəsində axtarış elan edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs ittiham elan edilməsi üçün barəsində axtarış elan edilmişdir. xx.xx.2024-cü il tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs Şəmkir rayonu ərazisində xx.xx.2024-cü il tarixdə saat 12:20 radələrində saxlanılaraq Şəmkir RPŞ-yə gətirilmişdir. 30 dekabr 2024-cü il tarixli başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs saat 30 dekabr 2024-cü il tarixdə saat 15:30-da həmin qərarla tanış olmuşdur. Azərbaycan Respublikası Medalının Vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2020-ci il tarixli 2370 nömrəli Sərəncamı ilə “Şuşanın azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. Azərbaycan Respublikası Medalının Vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2020-ci il tarixli 2362 nömrəli Sərəncamı ilə “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. Azərbaycan Respublikası Medalının Vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2020-ci il tarixli 2364 nömrəli Sərəncamı ilə “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. Azərbaycan Respublikası Medalının Vəsiqəsinin surətindən görünür ki, təqsirləndirilən şəxs Qurbanov X1 Respublikasının Baş Nazirinin 2022-ci il 21 aprel tarixli 250s nömrəli Sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunmuşdur. “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, 25 yanvar 2025-ci il tarixdə Təqsirləndirilən şəxs elan edilmiş ittiham və həmin tarixdə barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən öz qüvvəsində saxlanılmışdır. Şəmkir RİHB–nin Mehrili kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Şəmkir Rayon Mərkəzi X3 Şəxsin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.2001-ci ildə ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Şəmkir rayon Poliklinikasında psixiatrik və narkoloji kabinetdə qeydiyyatında dayanmır. Zərərçəkmiş şəxs tərəfindən ərizədən görünür ki, zərər çəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmışdır, zərər çəkmiş şəxsə dəymiş ziyan ödənilmişdir və onun heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1 -ci maddəsinə əsasən on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəyini, istintaq hərəkətlərinin protokollarını və sənədləri Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 124–136–cı maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 143–145–ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir–biri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi təsdiq edilərək tam sübuta yetirilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir, cinayət əməlini qəsdən törətmişdir və əməli başa çatmış cinayətdir. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1–ci maddəsi ilə düzgün tövsif edilmiş və ona təqsirli bilindiyi cinayət əməlinə görə, təqsirə görə məsuliyyət prinsipi baxımından ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1–ci maddəsində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs oğlnunun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə əsasən məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə təqsirləndirilən şəxsin ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, əməlini etiraf edərək səmimi peşman olmasını, (CM-59.2), zərərçəkmiş şəxslə barışıq əldə etməsini və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını (CM-59.1.12) həmçinin 44 günlük Vətən Müharibəsi iştirakçısı olmasını və müxtəlif medallarla təltif edilməsini təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Bununla yanaşı məhkəmə Təqsirləndirilən şəxs gənc olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, şəxsiyyətini, zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələblərinin olmamasını, zərərçəkmiş şəxslə ortaq övladının doğulacağın, zərərçəkmiş şəxslə ailə münasibətlərində olmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını, onun azadlıqdan məhrum edilməsinin nə yetkinlik yaşına çatmamış zərərçəkmiş şəxsin, nə də onların doğulacaq uşaqlarının mənafeyi və maddi təminatı baxımından məqsədəmüvafiq olmadığını, həmçinin cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə cəzasını real olaraq çəkmədən də islah olunmasının mümkün olması qənaətinə gəlir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin; 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər; 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır; 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir; 70.4-cü maddəsinə əsasən şərti məhkum etmə zamanı əlavə cəzalar təyin edilə bilər; 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər; Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarına əsasən şərti məhkumetmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verməlidir. Ona görə də məhkəmələr zəruri olduqda işin konkret hallarını, təqsirkarın şəxsiyyətini onun ailədə davranışını və s. nəzərə alaraq məhkumun üzərinə CM-nin 70.5-ci maddəsində göstərilməyən vəzifələri də qoya bilər. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 179-cu maddəsinə əsasən şərti məhkum edilmiş şəxslər üzərində nəzarəti sınaq müddəti ərzində məhkumun yaşayış yeri üzrə icra məmuru həyata keçirir; 181.1-ci maddəsinə görə sınaq müddəti məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablanır. Məhkəmə qanunvericlik normalarını, o cümlədən, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum qərarının müvafiq müddəalarını nəzərə alaraq belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin ona təyin edilmiş cəzanı real olaraq çəkmədən də islah olunması mümkün olduğundan məhkəmənin hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə şərti tətbiq olunmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməli, həmin cəza şərti olaraq tətbiq edilməli, sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalı, üzərinə davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalı, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, hökmün icrası Şəmkir Rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Şəmkir rayonu Vəkil Bürosunun vəkili Müdafiəçi2 ödənilməsi üçün dövlət büdcəsinin hesabına 102 (yüz iki) manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına köçürülməlidir. CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, iş üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 381 və 384–385–ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 01 (bir) il sınaq müddəti müəyyən edilməklə Təqsirləndirilən şəxs təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilsin. Təqsirləndirilən şəxs təyin ediləcək sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi2 ödənilməsi üçün dövlət büdcəsinin hesabına 102 (yüz iki) manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (Hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı; Kod: 8051630; Bankın VÖEN–:**********; Müxbir hesab: AZ03NABZ**********000002944; S.W.İ.F.T İBAZAZ2X, hesab nömrəsi İBAN AZ03İBAZ********************, Müştəri VÖEN–i: **********) köçürülsün. Hökmün icrası Şəmkir rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Nazlı Heydərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar