Məhkəmə qərarları › İş №1(076)-154/2023

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №1(076)-154/2023

30.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 1(076)-154/2023 30.05.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi, İbrahimova Türkan Qulu qızının katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, qanuni nümayəndəsi anası Qanuni nümayəndə və müdafiəçisivəkil Müdafiəçi iştirakları ilə, xx.xx.2006-cı ildə Şəmkir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olmamış, Şəmkir şəhəri, M.Müşviq küşəsi, ev-50 ünvanında yaşayan, barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilmiş. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan, xx.xx.2006-cı il təvəllüdlü Təqsirləndirilən şəxs 13 sentyabr 2022-ci il tarixdə saat 18-19 radələri arasında, ünvan 2 ünvanında, qohumu Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində atası X2 və anası Qanuni nümayəndə qohumları Şahid2, Şahid1 və Zərərçəkmiş şəxs tərəfindən döyüldüklərini görüb baş vermiş hadisədən hiddətlənərək qisas almaq niyyəti ilə şəxsi münasibətlər zəminində əlləri və ayaqları ilə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nayihələrinə bir neçə dəfə qəsdən zərbələr endirərək ona kürək nahiyəsinin sağ yarısının əziniyi və sağ bazunun orta üçdə birinin bayır səthinin qançırı ilə müşayiət olunan, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün ağırlıq dərəcələri təyin edilməyən xəsarətlər, həmçinin alt dodağın sağ yarısının əzilmiş yarası ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs qanuni nümayəndəsi anası Qanuni nümayəndə iştirakı ilə ifadə verərək özünü ona elan edilmiş ittihamda tam təqsirli bilib ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə Şəmkir şəhəri, M.Müşviq küçəsində yaşayır. Qanuni nümayəndə anası, X5 isə atasıdır. Şahid2 atası Ədalətin əmisi oğludur. Şahid1 Əlinin bacısı, Əsgərov X9 əridir. Onlar çəpər-çəpərə qonşudur. 13 aprel 2022-ci il tarixdə saat 19 radələrində yaşadığı evdə olan zaman səs gəldiyini eşidib anası Elviranın və atası Ədalətin mübahisə etdiyini bilmişdir. O, evdən çıxmış və Aygünün yaşadığı evə tərəf getmişdir. Əli, Pərvin və Aygün atası Ədaləti və anası Elviranı döyməsini görmüşdür. O, yaxınlaşıb ayırmaq istəyəndə Pərvin əlində olan taxta paya ilə başına 3 dəfə vurmuşdur. O, gicəllənmiş və mübahisə zamanı Əli təpiklə anası Elviranı 1-2 dəfə vuraraq xəsarət yetirmişdir. Əli anası Elviranı avtomobil ilə vurmaq üçün Pərvinin dəmir topladığı Moskviç markalı avtomobilinə minib avtomobili işə salmışdır. Avtomobil onlardan təxminən 7-8 metr aralıda olmuş, Əli avtomobili işə salıb “çəkilin, sizi əzəcəyəm” sözlərini demişdir. Pərvin və Aygün Əliyə əz onu demişdir. Əli avtomobili sürüb onlara tərəf gəlmişdir. O, avtomobilin qarşısına durmuşdur ki, anasını əzməsin. Buna baxmayaraq Əli avtomobili yavaş-yavaş sürüb qabaq sol təkəri ilə anasının sağ ayağının üzərindən keçmişdir. Əli avtomobili bir az sürüb qabaq tərəfdə-saxlamışdır. O, Əlinin hara getdiyini görməmişdir. Anasını yerdən qaldırıb evə aparmışdır. Bundan sonra onlar polisə və təcili tibbi yardıma məlumat vermişlər. Təcili tibbi yardım avtomobili gəldikdən sonra onlar birlikdə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına, sonra isə Gəncə şəhər 3 saylı xəstəxanaya getmişlər. Mübahisə zamanı onu Pərvin əlində olan paya ilə vurub xəsarət yetirmişdir. Hazırda əməlindən peşmandır, zərərçəkmiş şəxslə barışıq əldə etmiş, ona dəymiş ziyanı tamamilə ödəmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs ona qarşı şikayət və tələbi yoxdur. Odur ki, barəsində olan cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə hazırlıq iclasında iştirak etmiş, məhkəmə iclasının vaxtı və yeri baradə rəsmi qaydada məlumat verilmiş Zərərçəkmiş şəxs növbəti məhkəmə iclasına gələ bilməyəcəyini bildirmiş və şəxsən məhkəməyə təqdim etdiyi ərizəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmış və onun barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə işə Zərərçəkmiş şəxs iştirakı olmadan baxılmasını mümkun hesab etmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 13 aprel 2022-ci il tarixdə saat 17-18 radələrində o, və qonşusu Murad yaşadığı evdə işləyən vaxtı Əli arvadı Aynurəni və körpə qızını götürüb onlara gəlmiş və 1 ədəd yarım litrlik araq almışdır. Əli onlarda olan vaxtı Ədalət çəpərdən onlara tərəf yaxınlaşıb ondan kəlbətin istəmiş, o Ədalətin sərxoş olduğunu görüb kəlbətin olmadığını demişdir. Ədalət bundan sonra evlərinə getmişdir. Onlar evdə usta işləyən Muradın əl işinə baxmışlar. Həmin vaxtı Aygün yeməyin hazır olduğunu və masaya gəlmələrini demişdir. O, Əli və Murad masada oturmuş, Aygün onlara yemək çəkmişdir. Həmin vaxtı Ədalət qapını itələyib içəri girmiş və Aygünün Ədalətin sərxoş vəziyyətdə evə gəlməsinə narazılıq etməsini görüb X12 masaya dəvət etməsini bildirmiş, sonra da Əli Ədaləti masaya çağırmışdır. Ədalət masada onunla üzbəüz oturmuş, 50 qram araq içdikdən sonra pivəni açıb “mən orucam, orucumu açıram” sözlərini demişdir. Həmin ay orucluq ayı olduğuna görə o, Ədalətə evində elə sözlər danışmamasını, orucluq ayı olduğunu və günah etdiyini bildirmişdir. Aygün Ədalətin onlarla mübahisə etməsini görüb Ədaləti aparması üçün gedib arvadı Elviranı çağırmış, Elvira Aygün ilə birlikdə içəri girmiş, onlara salam verib Ədalətin başı üstə dayanaraq çiynindən dartıb “nə gəzirsən düşmənin qapısında” sözlərini demişdir. Ədalət Elviranın bacısına söymüş, Elvira Ədalətin sərxoş olmasına görə heç nə deməmişdir. Ədalətə evə getməsini təkrar dedikdə bu dəfə Ədalət Elviranın ölmüş atasına söymüş, Elvira da Ədalətin ölmüş atasının və anasının goruna söymüşdür. Həmçinin, onlar da eyni söyüşü etmişdir. Elvira masanın üzərində olan boşqabı götürüb Ədalətin baş nahiyəsinə bir dəfə vurmuşdur. Ədalətin başı qanamış və Elvira Ədaləti vurduqdan sonra Aygün iradını bildirdin nə üçün evində Ədaləti vurduğunu demişdir. Elvira ona yaxşı etdiyini deyib masanın üzərində olan araq butulkasını götürüb Aygünü sol üz nahiyəsindən bir dəfə vurmuşdur. Bundan sonra Elvira və Aygün qarşılıqlı olaraq bir-birinin saçını yolub, əlləri ilə vurmağa başlamışlar. O, Əli və Murad onların arasına girib ayırmış, Elvira otaqda olan soyuducunu Aygünün üzərinə itələmişdir. Soyuducu Əlinin arvadı Aynurəni və onun qucağında olan körpə uşağının üstünə düşmüş, Əli soyuducunu götürüb düzəltmişdir. O, Ədalətin oğlu Məhərrəmi çağırmışdır ki, gəlsin atasını aparsın. Ədalət özü özünə qışqırmış və otaqda çıxarıb evin həyətində olan sabunları yığdıqları yer əlləri ilə vurub dağıtmış, Əliyə tərəf atmışdır. Atdığı əşyalar Əliyə dəymədən yerə düşmüşdür. Həmin vaxtı Elvira evin həyətində olan elektrik çaydanı, “Tefal”ı götürüb başına bir neçə dəfə vurmuş, Aygün Elviranın əlindən “Tefal”ı almaq istəmişdir. Biz evin həyətində olanda Ədalət Əlinin üstünə gələrək onu vurmaq üçün yumruq atmış, Ədalətin 3-cü yumruğu Əlinin ağız nahiyəsinə dəymişdir. Əli yumuqla 2-3 dəfə Ədalətin yumruqla bədəninə və üz nahiyəsilıə vurmuşdur. Murad və anası Kifayət bizi ayırmaq üçün araya girəndə Ədalət Kifayəti bir dəfə yumruqla vurmuşdur. Kifayət yerə yıxılmışdır. Murad da Ədaləti anası Kifayəti vurduğuna görə bir dəfə yumruqla vurmuşdur. Murad oradan qaçaraq evlərinə tərəf getmişdir. Həmin vaxtı Aygün ilə Elvira evdə qarşılıqlı olaraq dalaşmışlar. O, onları ayırmışdır. Məhərrəm həmin vaxtı orada olmuş və arvadı Aygünü əlləri ilə vurmuşdur. O, Məhərrəmi kənara itələmiş və yumruqla bir neçə dəfə vurmuşdur. Məhkəmə iclasında dindirilmiş şahid Qanuni nümayəndə ifadəsində göstərdi ki, Şəmkir rayonu, Mikayıl Müşviq küçəsində ailə üzvləri ilə birlikdə yaşlayır, rəsmi olaraq heç yerdə işləmir, evdar qadındır. X5 əridir. Təqsirləndirilən şəxs isə oğludur. Zərərçəkmiş şəxs əri Ədalətin əmisi qızı Şahid1 əridir. Onlar çəpər-çəpərə qonşudur. X1 bacısıdır. Pərvin və ailəsi üzvləri ilə arasında əvvəllər çəpərə görə narazılıqları olmuşdur. 13 aprel 2022-ci il tarixdə saat 20 radələrində o, yaşadığı evdə olan vaxtı Aygün onlara gələrək Ədalətin evində olduğunu bildirmiş və içkili vəziyyətdə əri Pərvinlə mübahisə etdiklərini demişdir. Aygün ondan tələb etmişdir ki, gedib əri Ədalətin gətirsin. Ədalət və Pərvinin dəfələrlə mübahisə edib sonradan barışdıqlarını bildiyinə görə getməmişdir. Aygün yenidən onlara gələrək Ədalət ilə əri Pərvinin mübahisə etdiklərini və Ədaləti aparmağını bildirmişdir. O, Aygün ilə birlikdə evinə getmiş, içəri girəndə Aygünün qardaşı Əlinin də orada olduğunu görmüşdür. Onlar masada oturub içkili vəziyyətdə mübahisə etmişlər. Əli ona nalayiq sözlər deyərək yaxşı etdiyini bildirib onu da təhqir etmişdir. O, Əliyə cavab qaytarmış və Aygün onun saçından tutub arxaya çəkərək yerə yıxmışdır. O, yerdən durub Aygünü saçından tutub yolmuş və Pərvin yumruqla onun baş nahiyəsinə bir neçə dəfə vurmuşdur. Mübahisə zamanı Aygün masanın üzərində olan boşqabları ona atmış və Ədalət onun yanında olduğuna görə boşqabın biri başına dəymiş və başından qan axmağa başlamışdır. O, Ədaləti evdən çölə çıxarmış və özü də çölə çıxmışdır. Sonra o, istifadəsində olan mobil telefonla polisə zəng edib məlumat vermişdir. Aygün onu arxadan saçını tutub dartmış və o, da Aygünün saçından tutub dartmışdır. Mübahisə zamanı oğlu Məhərrəm səsə gəlmiş və Pərvin oğlu Məhərrəmə gəlib onunla Aygünü ayırmağı bildirmişdir. Məhərrəm onlara yaxınlaşanda Pərvin özünə məxsus nömrəsini bilmədiyi Niva markalı avtomobildən götürdüyü təxminən 1 metr uzunluğunda dəmir boru ilə oğlu Məhərrəmin boynunun arxa nahiyəsinə vurmuşdur. Məhərrəm müvazinətini itirib yerə çökəndə Pərvin və Əli onun üstünə gedərək bədən nahiyəsinə bir-iki yumruq vurub döymüşlər. O, bunu görüb Aygünü buraxıb Məhərrəmi onların əlindən almaq üçün Əlinin üstünə getmiş, Əli onun yaxasından tutub sürütləyərək 4-5 metr kənara aparıb təpiklə iki dəfə sol sinə və çiyin nahiyəsinə vurmuşdur. Əli ikinci dəfə təpiklə çiyin nahiyəsinə vuranda çiynindən bərk ağrı hiss etmiş və Əliyə iradını bildirmişdir. O, yerdə dizi üstə olanda Pərvin əlində olan dəmir boru ilə onun boyun nahiyəsinə vurmuş və o, müvazinətini itirib yerə ağzı üstə düşmüşdür. Sonra yadına gəlir ki, Məhərrəm onu yerdən qaldırmağa çalışmışdır. Məhərrəm Əli və Pərvinin Ədaləti döydüklərini demişdir. Sonra oğlu Məhərrəm ona Əli oradan qaçıb getmək istəyəndə Pərvinin avtomobilinə minib gedərkən qəsdən avtomobil ilə onun sol ayağının üstündən sürüb getdiyini demişdir. O, ayağına baxanda qan axdığını görmüşdür. O, evdə olanda bu barədə polisə zəng edib məlumat vermişdir. Sonra oraya gələn təcili tibbi yardım avtomobili onu və əri Ədaləti Şəmkir Rayon Mərkəzi Xəstəxanasına aparmışdır. Onu Şəmkir Rayon Mərkəzi Xəstəxanasında qəbul etməmişlər və bundan sonra Gəncə şəhəri 3 saylı xəstəxanaya getmişdir. Onun ayağına tikiş qoyulmuşdur. Sonra o, oradan atası evinə getmişdir. Sonradan bilmişdir ki, mübahisə zamanı Aygün ona məxsus “Samsung A10S” markalı mobil telefonun sındırıb, sonra aparıb oğlu Məhərrəmə vermişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanında ailə üzvləri ilə yaşayır, rəsmi olaraq heç yerdə işləmir, fərdi əməklə məşğuldur. X5 onun doğma əmisi oğludur. Həsənova X7 arvadı, Təqsirləndirilən şəxs isə Ədalətin oğludur. Şahid1 onun bacısı, Zərərçəkmiş şəxs isə bacısı Aygünün əridir. Bacısı Aygün öz ailə üzvləri ilə birlikdə onunla bir küçədə qalır. Aygün Ədalət ilə çəpər-çəpərə qonşudur. O, Ədalətin oğlu Məhərrəmin kirvəsidir. Lakin aralarında Ədalətin arvadı Elviranın onun uşağının kiçik toy məclisinə gəlmədiyinə görə narazılıq vardır. Həmin vaxtdan münasibətləri pozulub. Bacısı Aygününün evində qonşu Murad usta kimi işləmiş və işi qurtarmağa az qalmışdır. 13 aprel 2022-ci il tarixdə saat 17- 18 radələrində o, arvadı Aynurəni və körpə qızını götürüb bacısı Aygünün evinə ustasının işini qurtarmasına görə göz aydınlığı vermək üçün getmişdir. O, evə gedəndə şirinlik kimi 1 ədəd yarım litrlik araq almışdır. Orada olan vaxtı əmisi oğlu Ədalət çəpərdən onlara tərəf yaxınlaşıb bacısının əri Pərvindən kəlbətin istəmişdir. Pərvin də onun sərxoş olduğunu görüb kəlbətin olmadığını demiş, Ədalət bundan sonra evlərinə getmişdir. Onlar evdə usta işləyən Muradın əl işinə baxmışlar. Həmin vaxtı bacısı Aygün yeməyin hazır olduğunu və masaya gəlmələrini demişdir. O, Murad və Pərvin masada oturmuş, Aygün onlara yemək vermişdir. Həmin vaxtı Ədalət qapını itələyib içəri girmiş, Aygününü Ədalətin sərxoş vəziyyətdə evə gəlməsinə narazılıq etməsini görüb Aygünə Ədaləti masaya dəvət etməsini bildirmiş və sonra da özü Ədaləti masaya çağırmışdır. Ədalət masada onunla üzbəüz oturmuş, 50 qram araq içdikdən sonra pivəni açıb “mən orucam, orucumu açıram” sözlərini demişdir. Həmin ay orucluq ayı olduğuna görə Pərvin Ədalətə evində elə sözlər danışmamasım, orucluq ayı olduğunu və günah etdiyini bildirmişdir. Aygün Ədalətin onlara mübahisə etməsini görüb Ədalətini aparması üçün gedib arvadı Elviranı çağırmışdır. Elvira Aygün ilə birlikdə içəri girmiş, onlara salam verib Ədalətin başı üstə dayanaraq Ədalətin çiynindən dartaraq “nə gəzirsən düşmənin qapısında” sözlərini demişdir. Ədalət Elviranın bacısına söymüş, Elvira sərxoş olmasına görə heç nə deməmişdir. Ədalətə evə getməsini təkrar dedikdə bu dəfə Ədalət Elviranın ölmüş atasının goruna söymüşdür. Elvira da Ədalətin ölmüş atasının və anasının goruna söymüşdür. Həmçinin, onlara da eyni söyüşü etmişdir. Elvira masanın üzərində olan boşqabı götürüb Ədalətin baş nahiyəsinə bir dəfə vurmuşdur. Ədalətin başı qanamış və Elvira Ədaləti vurduqdan sonra Aygün ona iradını bildirdin nə üçün evində Ədaləti vurduğunu demişdir. Elvira Aygünə yaxşı etdiyini deyib masanın üzərində olan araq butulkasını götürərək Aygünü sol üz nahiyəsindən bir dəfə vurmuşdur. Bundan sonra Elvira və Aygün qarşılıqlı olaraq bir- birinin saçını yolmuş, əlləri ilə vurmağa başlamışlar. O, və Murad onların arasına girib ayırmış, Elvira otaqda olan soyuducunu Aygünün üzərinə itələmişdir. Soyuducu onun arvadı Aynurəni və onun qucağında olan körpə uşağın üstünə düşmüşdür. O, soyuducunu götürüb düzəltmiş, Ədalət özü özünə qışqıraraq otaqda çıxarıb evin həyətində olan sabunları yığdıqları yer əlləri ilə vurub dağıtmış, ona tərəf atmışdır. Atdığı əşyalar ona dəyməmiş və yerə düşmüşdür. Həmin vaxtı Elvira evin həyətində olan elektrik çaydanı, “Tefal”ı götürüb öz başına bir neçə dəfə vurmuşdur. Aygün Elviranın əlindən “Tefal”ı almaq istəmişdir. Onlar evin həyətində olanda Ədalət onun üstünə gələrək onu vurmaq üçün yumruq atmışdır. Ədalətin 3-cü yumruğu onun ağız nahiyəsinə dəymişdir. O, əlini ağzına tutanda görmüşdür ki, 1 ədəd dişi əlinə düşüb. Sonra o, yumuqla 2-3 dəfə Ədalətin bədəninə və üz nahiyəsinə vurmuşdur. Murad və anası Kifayət onları ayırmaq üçün araya girəndə Ədalət Kifayəti bir dəfə yumruqla vurmuş, Kifayət yerə yıxılmışdır. Murad da Ədaləti anası Kifayəti vurduğuna görə bir dəfə yumruqla vurmuşdur. Murad oradan qaçaraq evlərinə tərəf getmişdir. Həmin vaxtı Aygün ilə Elvira evdə qarşılıqlı olaraq dalaşmışlar. Buna görə Murad bir dəfə yumruqla Ədaləti vurmuşdur. O, Ədaləti onların əlindən zorla alıb evlərinə tərəf göndərmişdir. Həmin vaxtı bacısı Aygün ona evə getməyini demişdir. O, arvadı Aynurə və körpə uşağı ilə yaşadığı evə getmişdir. Mübahisə zamanı Elvira ilə bacısı Aygün mübahisə etmiş və qarşılıqlı olaraq bir-birini vurmuşlar. Mübahisə 3-5 dəqiqə davam etmiş, ətrafa insanlar toplaşmamışdır. Cinayət işinin 47-48-ci vərəqlərində olan və məhkəmədə araşdırılmış məhkəmətibb ekpertizasının 14 aprel 2022-ci il tarixli 336 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətlər-başın tüklü hissəsindən ənsə nahiyəsinin sol yarısının əzilmiş səthi yarası və sol gözətrafı yumşaq toxumaların dərialtı hematoması KÜT əşyaların təsirindən törənmişlər, törəmə müddətləri 13 aprel 2022-ci il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə sol gözətrafı yumşaq toxumaların dərialtı hematoması sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir, başın tüklü hissəsində ənsə nahiyəsinin sol yarısının əzilmiş səthi yarası isə sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün ağırlıq dərəcəsi təyin edilmir. Cinayət işinin 108-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olmamışdır. Cinayət işində olan Zərərçəkmiş şəxs tərəfindən imzalanaraq şəxsən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs onunla barışıb dəymiş ziyanı tamamilə ödəmişdir. Ona görə də, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur, Təqsirləndirilən şəxs barəsində olan cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Beləliklə, məhkəmə istintaqında araşdırılmış subutların cəminə hüquqi qiymət verərək, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda təqsirli olması tam subuta yetirilir və onun bu əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə düzgun tövsif edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə baxışı zamanı verdiyi ifadəsini, təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ərizəsində göstərilən halları, bir-birini tamamlayan işdə olan subutları nəzərə alaraq hesab edir ki, tərəflərin barışması və zərərçəkənə dəymiş ziyanın tamamilə ödənilməsi əsası ilə cinayət işinin icraatına xitam verilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs Ədatət oğlu ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayət törətmiş, cinayət əməli törətdikdən sonra Zərərçəkmiş şəxs ilə barışıb ona dəyən ziyanı tamamilə ödəmişdir. Məhkəmə işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını, zərərçəkmiş şəxsə dəymiş ziyanın tamamilə ödənilməsi və onların barışmasını əsas tutaraq cinayət işinə xitam verilməsini mümkün hesab edir. İşin icraatına xitam verilməsi təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin manafeyinə uyğundur və üçüncü şəxslərin qanuni mənafelərini və hüquqlarını pozmur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə görə məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə həmin Məcəllənin 40.2-ci maddəsinə əsasən məhkəmənin qərarı ilə xitam verilə bilər. Həmin Məcəllənin 40.2.2-ci maddəsində nəzərdə tutulmuşdur ki, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışması nəticəsində cinayət təqibinə Azərbaycan Respublikası CM-nin 72-74-cü maddələrində nəzərdə tutulmuş hallarda xitam verilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-cü maddəsinə görə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2–ci maddəsinə əsasən 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1–ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Göründüyü kimi, məhkəmə iclasında cinayət işinin məhkəmə tərəfindən müəyyən olunmuş halları yuxarıda sadalanan qanunvericilik aktlarında göstərilən əsasları özündə ehtiva edir və bu əsasla işin icraatına xitam verilməsi, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi mümkün sayılır. Ona görə də hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Onun barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Cinayət işi üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 37.4, 321, 344-347, 356, 358 və 384.1.3-cü maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin icraatına zərərçəkmiş şəxslə barışıb, ona dəymiş ziyanı ödədiyinə görə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri ləğv edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Şəfəq Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar