Məhkəmə qərarları › İş №1(076)-154/2025

Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-154/2025

12.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-154/2025 12.08.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərər çəkmiş şəxsin hüquqi varisi X1, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə xx.xx.1988-ci il tarixdə Şəmkir rayonu, Sabirkənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Şəmkir rayonu, Sabirkənd kəndində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs 17 may 2024-cü il tarixdə, saat N radələrində BD279100 nömrəli Nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnaməsinə əsasən X5 adına olan idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan VAZ 21074 markalı **-VL-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Şəmkir rayonu, Sabirkənd kəndi – Şəmkir şəhəri avtomobil yolu ilə rayonun Zəyəm qəsəbəsi istiqamətində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 50ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə riayət etməli olduğu halda yəni, avtomobili yaşayış məntəqəsində icazə verilən 60 km/saatdan artıq, yəni 110-120 km/saat sürətlə idarə etməklə yolu hərəkəti üçün təhlükəli şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlak ziyan vurmamalı olduğu halda bunlara əməl etməyib yol hərəkəti qaydalarını pozaraq idarə etdiyi avtomobillə hərəkətdə olarkən qarşı istiqamətdə hərəkətdə olan Zərərçəkmiş şəxs4 idarə etdiyi VAZ-2121 markalı, **-SN-*** dövlət qeydiyyat nişanı avtomobillə yolun sonuncuya aid hissəsində toqquşması nəticəsində ehtiyatsızlıqdan özünün idarə etdiyi avtomobildə olan sərnişinlər Zərərçəkmiş şəxs2 travmatik, hemoragik şokla müşayiət olunan döş qəfəsinin və qarının qapalı küt travması, sol İV, V, Vİ, Vİİ, Vİİİ, İX qabırğalarının sınıqları, ağ ciyərlərin kontuziyası, sol tərəfli hemopnevmatoraks, sol said sümüklərinin, 2ci bel fəqərəsinin sağ yan çıxıntısının, sol sirkə kasasının və sol oturaq sümüyünün sınması ilə nəticələnən həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər alması, Zərərçəkmiş şəxs1 boyununun birinci fəqərə cisminin sağ yarısının sınığı ilə nəticələnən həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarət alması,VAZ-2121 markalı, **-SN-*** dövlət qeydiyyat nişanı avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs3 sağ gicgah nahiyəsinin əzilmiş yarası və sağ mil sümüyünün aşağı üçdə birinin qapalı yerini dəyişmiş sınığı ilə nəticələnən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarət alması, həmçinin həmin avtomobilin sürücüsü Zərərçəkmiş şəxs4 ağır dərəcəli postravmatik və hemorragik şokla müşayət olunan döş qəfəsinin qapalı küt travması, döş qəfəsinin və qarının ön səthinin qançırları,sağ tərəfli İİİ-İV-V-Vİ-Vİİ-Vİİİ-İX-X-Xİ qabırağaların ikiqat yerini dəyişmiş sınıqları, sağ ağ ciyərin əzilmiş-cırılmış yaraları,sağ tərəfli hemotraks, sol baldır sümüklərinin aşağı üçdə birinin açıq yerini dəyişmiş sınıqları, sağ baldır nahiyəsinin yuxarı üçdə birinin ön səthinin qançırlarıilə nəticələnən həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər alması, Zərərçəkmiş şəxs4 avtomobil qəzası zamanı aldığı politravma nəticəsində inkişaf edən ağır dərəcəli postravmatik və hemorragik şokdan ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, ekspertiza rəyləri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, rəsmi olaraq işləmir, fərdi əməklə məşğul olur. 2022ci il tarixdən sürücülük vəsiqəsi var. Mərhum Zərərçəkmiş şəxs4 tanımır, onunla hər hansı bir ədavəti və ya düşmənçiliyi yoxdur. 17 may 2024-cü il tarixdə dostu Asif “Unibank”adlı bankdan kredit götürəcəyini bildirib onu banka aparmasını xahiş etmişdir. O, onun xahişini nəzərə alaraq onu etibarnamə ilə idarə etdiyi “Vaz 21074” minik markalı ** VL *** dövlət qeydiyyat nişanlı avtomobillə şəhərə aparmış, Asif bankda işlərini bitirdikdən sonra onu və həmkəndlisi Əmrahda ona məxsus avtomobildə Sabirkənd kəndinə getmək üçün əyləşdi. Dostu Zərərçəkmiş şəxs2 qabaq oturacaqda əyləşmiş, arxa oturacaqda isə Əmrah əyləşmişdir. O, kənd istiqamətində hərəkətdə olarkən arvadı mobil telefonla ona zəng edərək atası Vidadinin səhhətinin pisləşməsini bildirmiş, bu zaman o, avtomobilin sürətini artırmış ki, evə tez çatıb atasını həkimə aparsın. O, idarə etdiyi avtomobilə təxminən sürətini 110/120 km/saat olarkən “Azərbaycan Respublikası Hərbi Hava Qüvələrininin N saylıhərbi hissəsinin” qarşısında olarkən idarə etməni itirərək qarşıdan gələn “Vaz 2121” markalı ** SN *** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət istiqamətinə çıxmış, bu zaman avtomobillərin qabaq sol hissələri arasında toquşma baş vermiş, toqquşma nəticəsində onun idarə etdiyi avtomobil yoldan kənara çıxaraq dayanmış, o, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində huşunu itirmiş, gözlərini açdıqda Gəncə şəhərində yerləşən Mərkəzi Xəstəxanada açmış, sonradan ona məlum olmuş ki, onun törətdiyi yolnəqliyyat hadisəsi zamanı “Vaz 2121” markalı ** SN *** dövlət qeydiyyat nişanlı avtomobilin srücüsü adı sonradan ona məlum olan Zülfiqar Əliyev ölmüşdür. Törətdiyi əməldən səmimi peşmandır. Bundan başqa, hadisədən qabaq idarə etdiyi avtomobilin sürət həddi saatda 110/120 km sürət həddində olmuş, o, ümumiyyətlə spirtli içki yaxud hər hansı narkotik tərkibli vasitə qəbul etmir, hadisədən qabaq da nə spirtli içki, nə də sair vasitə qəbul etməmişdir. Onun avtomobil idarə etmək üçün sürücülük vəsiqəsi vardır. Baş vermiş yol nəqliyyat hadisəsi “Vaz 2121” minik markalı ** SN *** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət hissəsində baş vermiş, avtomobilində 2 nəfər sərnişin olmuş, o, sol ayağı qırılmış, ağ ciyəri deşilmiş və 8 qabırqasının və çənəsinin qırılmış xəsarəti almış, “Vaz 2121” minik markalı ** SN *** dövlət qeydiyyat nişanlı avtomobilin sürəti təxminən 40 km/saat olmuşdur. Hadisənin qarşısını almaq üçün heç bir hərəkət etməmiş, piyadanı təxminən 1 metrdən görmüşdür. Son olaraq əməlindən peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunduğunu və zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmasını və vurulmuş maddi zərəri ödəməsini nəzərə alaraq, məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, rəsmi olaraq işləmir. Fərdi əməklə məşğul olur. Mərhum Zərərçəkmiş şəxs4 tanımr. Onunla hər hansı bir ədavəti və ya düşmənçiliyi yoxdur. Təqsirləndirilən şəxs həmkəndlisi və dostudur. Onunla hər hansı bir ədavəti və ya düşmənçiliyi yoxdur. 17 may 2024-cü il tarixdə o, bankdan kredit götürəcəyini bildirib Röyaldan onu banka aparmasını xahiş etmişdir. Röyal onun xahişini nəzərə alaraq etibarnamə ilə idarə etdiyi “Vaz 21074” minik markalı ** VL *** dövlət qeydiyyat nişanlı avtomobillə onu şəhərə aparmış, o, bankda işlərini bitirdikdən sonra həmkəndlisi Əmrah da onlarla birlikdə Röyalıın idarə etdiyi avtomobildə Sabirkənd kəndinə getmək üçün əyləşmiş, o, qabaq oturacaqda ələşmiş, arxa oturacaqda isə Əmrah əyləşmişdir. Avtomobil kənd istiqamətində hərəkətdə olarkən Röyalın arvadı mobil telefonla Röyala zəng edərək atası Vidadinin səhətinin pisləşməsini bildirmiş, bu zaman Röyal avtomobilin sürətini artırmış ki, evə tez çataraq atasını həkimə aparsın. Röyalın idarə etdiyi avtomobilin təxminən sürəti 110/120 km/saat olarkən “Azərbaycan Respublikası Hərbi Hava Qüvələrininin N saylı Hərbi Hissəsinin” qarşısında olarkən idarə etməni itirərək qarşıdan gələn “Vaz 2121” minik markalı ** SN *** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət istiqamətinə çıxmış, bu zaman avtomobillərin qabaq sol hissələri arasıda toquşma baş vermiş, toquşma nəticəsində Röyalın idarə etdiyi avtomobil yoldan kənara çıxaraq dayanmış, o, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində huşunu itirmiş, gözlərini açdıqda Gəncə şəhərində yerləşən Mərkəzi Xəstəxanada açmış, Sonradan ona yolnəqliyyat hadisəsi zamanı “Vaz 2121” minik markalı ** SN *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü adı sonradan ona məlum olan Zülfiqar Əliyev ölməsi barədə məlumat almışdır. Hazırda təqsirləndirilən şəxslə barışmış, ondan heç bir şikayət və tələbi yoxdur, təqsirləndirilən şəxs barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası Hərbi Hava Qüvəllərinin N saylı Hərbi Hisəssində mülki işçi vəzifəsində işləyir. X6 iş yoldaşı və qonşusu olmuşdur. Onunla heç bir ədavət və ya düşmənçiliyi olmamışdır. Təqsirləndirilən şəxs tanımır. Onunla heç bir ədavət və ya düşmənçiliyi yoxdur. xx.xx.2024-cü il tarixdə saat N radələrində işdən çıxarkən Zülfiqara məxsus “Vaz 2121” markalı avtomobil ilə öz yaşadıları evlərinə getmiş, ümumiyyətlə mərhum Zülfiqar ilə o, qonşu olduqları və onun avtomobili olmadığı üçün işdən evə Zülfiqara məxsus avtomobil ilə gedir. Hadisə baş verən günü saat N radələrində birlikdə hərbi hissədən çıxmışlar. Zülfiqar avtomobili hərbi hissənin həyətində saxlamışdır. Həmiin günü avtomobili işə salaraq Şəmkir şəhəri istiqamətində hərəkət başlayaraq hərbi hissənin həyətindən çıxmışlar. Hərbi Hissənin çıxışından avtomobil çıxdıqda öz yolu istiqamətində hərəkətə başlayacaqdı ki, həmin vaxt “Vaz 21074” minik markalı avtomobil idarə etməni itirərək onların olduqları avtomobilin hərəkət hissəsinə çıxmış, bu zaman toquşma baş vermişdir. Toquşma zamanı o, müxtəlif dərəcəli bədən xəsarətləri alaraq huşunu itirmişdir. Gözlərini açdıqda Gəncə şəhərində yerləşən Abbas Səhhət adına xəstəxanada olduğunu bilmiş, sonradan ona məlum olmuş ki, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı X6 ölmüşdür. Təqsirləndirilən şəxslə barışmış, ondan heç bir şikayət və tələbi yoxdur, təqsirləndirilən şəxs barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, rəsmi olaraq “Ünibank” bankda kredit mütəxəssis vəzifəsində işləyir. Mərhum Zərərçəkmiş şəxs4 tanımır. Onunla hər hansı bir ədavəti və ya düşmənçiliyi yoxdur. Təqsirləndirilən şəxs onun həmkəndlisidir. Onunla hər hansı bir ədavəti və ya düşmənçiliyi yoxdur. 17 may 2024-cü il tarixdə həmkəndlisi Zərərçəkmiş şəxs2 onun işlədiyi bankdan kredit götürmək üçün gəlmiş, o, Asifin kredit götürməsi üçün ilkin sənədləşdirmə aparmış, həmin sənədləşdirmədən sonra Asifə pulu götürmək üçün gün təyin etmiş, həmin günü iş vaxtı bitib evə qayıtmaq üçün işdən çıxarkən Asifə kəndə getdiklərini onların avtomobili ilə getməyi təklif etmiş, o da Asifin təklifi ilə razılaşaraq onlarla birlikdə getmək üçün Röyalın etibarnamə ilə idarə etdiyi “Vaz 21074” minik markalı ** VL *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa oturacağına əyləşmiş, Zərərçəkmiş şəxs2 qabaq oturacaqda ələşmiş, avtomobil kənd istiqamətində hərəkətdə olarkən Təqsirləndirilən şəxs arvadı mobil telefonla Röyala zəng edərək atası Vidadinin səhhətinin pisləşməsini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs avtomobilin sürətini artırmış ki, evə tez çataraq atasını həkimə aparsın. Röyalın idarə etdiyi avtomobilin təxminən sürəti 110/120 km/saat olarkən “Azərbaycan Respublikası Hərbi Hava Qüvələrininin N saylı hərbi hissəsinin” qarşısında olarkən idarə etməni itirərək qarşıdan gələn “Vaz 2121”minik markalı ** SN *** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət istiqamətinə çıxmış, bu zaman avtomobillərin qabaq sol hissələri arasıda toquşma baş vermiş, toquşma nəticəsində Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil yoldan kənara çıxaraq dayanmış, o,baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində huşunu itirmiş, gözlərini açdıqda Gəncə şəhərində yerləşən Mərkəzi Xəstəxanada açmış, sonradan ona yol-nəqliyyat hadisəsi zamanı “Vaz 2121” minik markalı ** SN *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü, adı sonradan ona məlum olan Zülfiqar Əliyevin ölməsi məlum olmuşdur. Bundan başqa, onun C1 fəqərə sümüyü, damaq və 22 dişim qırılmışdır. “Vaz 2121” minik markalı ** SN *** dövlət qeydiyyat nişanlı avtomobilin sürəti təxminən 40 km/saat olmuşdur. Məhkəmə iclasından ifadəsi elan edilmiş İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, rəsmi olaraq Şəmkir rayon polis şöbəsinin X12 Bölməsinin YPXB-nin inspektoru vəzifəsində xidmət edir. 17 may 2024-cü il tarixdə saat N radələrində Şəmkir şəhəri ərazisində xidməti avtomobillə xidmət yoldaşı Şahid2la xidmətdə olan zaman Şəmkir rayon polis şöbəsinin növbətçi hissəsi Şəmkir rayonu, Sabirkənd-Zəyəm qəsəbəsi avtomobil yolunda yol nəqliyyat hadisəsi baş verdiyini bildirmiş, təcili olaraq hadisə yerinə getmələri bildirilmişdir. O və xidmət yoldaşı Şahid2la birlikdə xidməti avtomobillə yol nəqliyyat hadisəsinin baş verdiyi yerə getmişlər. Hadisə baş verən yerdə “Niva” markalı avtomobillə “VAZ 21074” markalı avtomobillərin toqquşduğunu görmüşlər. Hadisə yerində onlara məlum olmu ki , “Niva” markalı avtomobil Şəmkir rayonu, Sabirkənd-Zəyəm qəsəbəsi avtomobil yolunda Şəmkir şəhəri istiqamətində hərəkətdə olan zaman qarşı hərəkət zolağı ilə hərəkətdə olan “VAZ 21074” markalı avtomobil “Niva” markalı avtomobilin hərəkət zolağına sürətlə çıxması nəticəsində hər iki avtomobil toqquşaraq yol nəqliyyat hadisəsi baş vermişdir. Həmin vaxt onlar həmin avtomobildə olan sərnişinlərə və sürüclüərə kömək edərək Şəmkir rayon Mərkəzi xəstəxanasına yola salmışlar. Sonra Şəmkir RPŞ-nin əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilərək fotoşəkillər çəkilmişdir. Hadisə yeri tam müayinə edildikdən sonra o xidmət yoldaşı ilə birlikdə xidmətinə davam etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq zamanı İş üzrə şahid qismində dindirilmiş Şahid2 Şahid1 verdiyi ifadə ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” protokoldan məlum olur ki, yol-nəqliyyat hadisəsi Şəmkir-Sabirkənd yolunun 6-ci kilometr gedən yolun hərəkət hissəsində baş vermişdir. Yol-nəqliyyat hadisəsi baş vermiş avtomobil yolu asfalt örtükdən ibarət olmaqla sürücülərin hərəkətləri üçün maneəsizdir. Baxış zamanı yol örtüyü quru vəziyyətdə olmuşdur. Avtomobil yolu iki tərəfli hərəkət üçün nəzərdə tutulmuşdur. Hadisə yerinə baxış zamanı müəyyən edildi ki, yol nəqliyyat hadisəsi baş vermiş avtomobil yolunun ümumi eni 7 metrdir. Hərəkət hissədə qarşı-qarşı nəqliyyat axımını ayıran uzanan nişanlanma xətti var. Şəmkir Rayon Mərkəzi Xəstəxanasından alınmış xx.xx.2024-cü il tarixli, 416/2024 №li “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktı”ndan görünür ki, hadisə baş verən zaman Təqsirləndirilən şəxs ayıq vəziyyətdə olmuşdur. Təqsirləndirilən şəxs adına xx.xx.2022-ci il tarixdən xx.xx.2032-ci il tarixinədək BD307221 saylı “B1, B, C1, C” dərəcəli sürücülük vəsiqəsi verilmişdir. xx.xx.2022-ci il tarixli BD279100 saylı Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, **-VL-*** dövlət qeydiyyat nişanlı “VAZ-21074” markalı minik avtomobili X5 mülkiyyətindədir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertiza və X7-Təcrübi və Tədris Birliyinin Məhkəmə tibbi ekspertizasının 17 may 2024-cü il tarixli 21 saylı rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs4 meyitinin bədənində aşkar edilmiş xəsarətlər-ağır dərəcəli postravmatik və hemorragik şokla müşayiət olunan döş qəfəsinin qapalı küt travması, döş qəfəsinin və qarının ön səthinin qançırları, sağ ağ ciyərin əzilmişcırılmış yaraları, sağ tərəfli İİİ,İV,V,Vİ,Vİİ, Vİİİ,İX,X,Xİ qabırağaların ikiqat yerini dəyişmiş sınıqları,sağ ağciyərin əzilmiş-cırılmış yaraları sağ tərəfli hemotraks sol baldır sümüklərinin aşağı üçdə birinin açıq yerini dəyişmiş sınıqları, sağ baldır nahiyəsinin yuxarı üçdə birinin ön səthinin qançırları KÜT əşyaların təsirindən törənmişlər qərarın təsviri hissəsində göstərilən 17 may 2024-cü il tarixli yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər həyatidirlər. Ağırlıq dərəcəsinə görə bunlar həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmaya aid edilən bədən xəsarətləri əlamətlərinə malikdirlər. Mərhum Zərərçəkmiş şəxs4 ölümünə səbəb avtomobil qəzası zamanı aldığı politravma nəıticəsində inkişaf edən ağır dərəcəli postravmatik və hemoragik şok olmuşdur. İlkin meyit əlamətlərinin inkişafına əsasən onu demək olur ki, Zərərçəkmiş şəxs4 ölümü meyit müayinəyə başlanmasından 2- 4 saat əvvəl baş vermişdir. Zərərçəkmiş şəxs4 meyitinin götürülmüş qanda məhkəməkimya tədqiqatı nəticəsində metil, etil, butil və amil spirtləri baributur turşusu törəmələri alkoloidlər (həmçinin tiryək qrupu fenotiazin pirazolon 1,4 benzidiazepin törəmələri və salisiatlar aşkar edilməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-tibbi ekspertiza və Pataloji Anatomiya” birlliyi Publik Hüquqi şəxsin Şəmkir rayonu “MTE və PA” şöbəsindən daxil olmuş 21 oktyabr 2024-cü il tarixli 1050 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədən səthində aşkar edilmiş xəsarətlər-travmatik, hemograik şokla müşayiət olunan döş qəfəsinin və qarının qapalı küt travması, sol İİİ,İV,V,Vİ,Vİİ,Vİİİ,İX,X qabırğalarının sınıqları, ağ ciyərlərin kontuziyası, sol tərəfli hemopnevmatoraks , sol said sümüklərinin, 2-ci bel fəqərəsinin sağ yan çıxıntısının, sol sirkə kasasının və sol oturaq sümüyünün sınıqları Küt əşyaların təsirindən törənmişlər, yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər, əmələ gəlmə müddətləri 17 may 2024-cü il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə bu xəsarətlər həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərərvurmaya aiddirlər. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-tibbi ekspertiza və Pataloji Anatomiya” birlliyi Publik Hüquqi şəxsin Şəmkir rayonu “MTE və PA” şöbəsindən daxil olmuş 21 oktyabr 2024-cü il tarixli 1047 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 bədən səthində aşkar edilmiş xəsarətlər-sağ gicgah nahiyəsinin əzilmiş yarası və sağ mil sümüyünün aşağı üçdə birinin qapalı yerini dəyişmiş sınığı KÜT əşyanın təsirindən törənmişdir, yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər, əmələ gəlmə müddətləri 17 may 2024-cü il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə bu xəsarətlər sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərərvurmaya aiddirlər. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-tibbi ekspertiza və Pataloji Anatomiya” birlliyi Publik Hüquqi şəxsin Şəmkir rayonu “MTE və PA” şöbəsindən daxil olmuş 21 oktyabr 2024-cü il tarixli 1049 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədən səthində aşkar edilmiş xəsarət-boyunun birinci fəqərə cisminin sağ yarısının sınığı KÜT əşyanlın təsirindın törənmişdir, yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi, əmələ gəlmə müddəti 17 may 2024-cü il tarixə uyöun gəlir. Ağırlıq dərəcəsinə görə bu xəsarət həyat üçün təhlükəli olan AĞİR zərərvurmaya aiddir. Məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 18 dekabr 2024-cü il tarixli 8/3020 saylı nömrəli rəyində göstərilmişdir ki, İstintaq tərəfindən göstərilən şəraitdə “VAZ 2121” markalı **-SN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs4 hadisənin qarşısının alınması ilə əlaqədar olan hərəkətlərini texniki nöqteyi nəzərdən tədqiq etməyə lüzum yoxdur; İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “VAZ 21074” markalı, **-VL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur; sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km-saat sürətindən artıq, yəni 110-120 km/saat sürəti ilə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında “ Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Zərər çəkmiş şəxsin hüquqi varisi X1, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışlar, onlara dəymiş ziyan ödənilmiş, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbləri yoxdur. Azərbaycan Respublikası DİN BƏSİİ-dən daxil olmuş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə heç bir məlumat yoxdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin hüquqi varisi və şahidlərin məhkəmədə səsləndirdiyi və iş materiallarında olan ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin İ hissəsinin 3-cü bəndinə əsasən Yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin İ hissəsinə əsasən sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin İİ hissəsinin 1-ci bəndində əsasən Nəqliyyat vasitələri yaşayış məntəqələri daxilində — saatda 60 kilometrdən çox olmayan sürətlə (səlahiyyətli orqanlar yolun müəyyən sahələrində daha yuxarı hədd müəyyən edə bilərlər, lakin bu hədd saatda 90 kilometrdən çox ola bilməz), yaşayış zonalarında və həyət ərazilərində isə saatda 20 kilometrdən çox olmayan sürətlə (kiçik elektrik nəqliyyat vasitələrinə münasibətdə bu Qanunun 38-1-ci maddəsinin birinci hissəsinin 3-cü bəndi nəzərə alınmaqla) hərəkət etməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda—iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda - üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə az ağır cinayət törətməsini (59.1.1), səmimi peşman olaraq törətdiyi əməli etiraf etməsini, zərərçəkmiş şəxslərlə və zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə etməsini (59.1.12), vurulmuş maddi ziyanı ödəməsini (CM-59.1.13) onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikasının CM-nin 60.1-ci maddəsinə əsasən Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 128 manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla (CM-58.3.), ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza kimi azadlıqdan məhrum etmə cəzası (CM-60.1) və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməli, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli (CM- 56.1.1), cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalı(CİM 67.2), barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, 128 manat ekspertiza tədqiqatının dəyəri ondan tutulub dövlət büdcəsinə keçirilməli (CPM- 198.1), maddi sübut kimi olan VAZ 2121 markalı ** SN *** dövlət qeydiyyat nişanlı avtomobili zərərçəkmiş şəxsin hüquqi varisi X3, “VAZ 21074” markalı **-VL-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin Təqsirləndirilən şəxs qaytarılmış hesab edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Təqsirləndirilən şəxsə göstərdiyi saat hüquqi yardıma görə 136 (bir yüz otuz altı) manat pul Müdafiəçi ödənilməsi üçün Şəmkir Rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün zərərçəkmiş şəxsin hüquqi varisi X3 verilmiş VAZ 2121 markalı ** SN *** dövlət qeydiyyat nişanlı avtomobili zərərçəkmiş şəxsin hüquqi varisi X3, Təqsirləndirilən şəxs verilmiş “VAZ 21074” markalı **- VL-*** dövlət qeydiyyat nişanlı minik avtomobili Təqsirləndirilən şəxs qaytarılmış hesab edilsin. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 128 manat (bir yüz iyirmi səkkiz) Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, hesab №2088501, X2, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba ödənilsin. Təqsirləndirilən şəxsə göstərdiyi 16 saat hüquqi yardıma görə 136 (bir yüz otuz altı) manat pul Müdafiəçi ödənilməsi üçün Şəmkir Rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar