Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-155/2024 12.06.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi– Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxs– Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxx 1989–cu ildə Şəmkir şəhərində anadan olmuş, Azəbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 296.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs cinayətin edilməsi haqqında bilə–bilə yalan xəbərçilik etmişdir. Belə ki, Təqsirləndirilən şəxs, 23 sentyabr 2023-cü il tarixdə məlum olmayan vaxtda, tanışı Şahid1 Vasiliyeviçdən 1.000 manat məbləğində borc pul istəməsi və sonuncunun etiraz etməsi səbəbindən qisas almaq niyyətilə, 25 sentyabr 2023-cü il tarixdə, günorta saatlarında Şəmkir rayon polis şöbəsinə ərizə ilə müraciət edərək, həmin tarixdə səhər saatlarında Şəmkir-Şiştəpə avtomobil yolunun sol kənarında yerləşən usta işlədiyi avtomobil təmiri sexinin qarşısında təmir üçün saxlanılmış Şahid1 məxsus “Mercedes Vito” markalı **-KZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin guya, naməlum şəxs və ya şəxslər tərəfindən qaçırılmasını bildirib oğurluq, yəni özgənin əmlakını gizli talama cinayətinin edilməsi ilə bağlı bilə-bilə yalan xəbərçilik edərək Şəmkir rayon polis şöbəsinin normal iş fəaliyyətini pozmuşdur. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 296.1–ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, Şahid1 Vasiliyeviçi təxminən 15 il müddətdir ki, tanıyır. O, Pleşa ilə dostluq etmişdir. Aralarında hər zaman normal münasibət olmuşdur. Pleşa ilə heç bir vaxt ədavət və ya düşmənçiliyi olmamışdır. Pleşaya məxsus olan “Vito Mercedes” markalı, **-KZ-*** dövlət qeydiyyat nişanlı avtomobili Pleşa 2016-cı il tarixdə onun vasitəsi ilə bibisi oğlu Rahibdən almışdır. Təxminən 18 sentyabr 2023-cü il tarixdə Şahid1 avtomobilinin təmirə ehtiyacı olduğu üçün avtomobilini icarə əsasında onun işlətdiyi Şəmkir rayonu, Şiştəpə yolunun sol kənarında yerləşən avtomobil sexinə gətirmişdir. O, Pleşa ilə razılaşıb avtomobili təmir etmək və boyamaq üçün lazım gələn hissələri sökmüşdür. 19 sentyabr 2023-cü il tarixdə Şahid1 onun sexinə gəlib təcili 10 000 ABŞ dolları pul lazım olduğunu demişdir. Pleşa ona internetdə tanımadığı şəxsin London bankına oyun üçün 10 000 ABŞ dolları qoyub 15 gün sonra 15 000 ABŞ dolları verəcəyini dediyini bildirmişdir. O, Pleşaya qeyd olunan pulu göndərməməsini təklif etmişdir. Pleşa isə onun dediyi ilə razılaşmamış və avtomobilini lombarda qoyub pul götürmək istədiyini ona demişdir. O, Pleşanın yanında bəzi lombard işçiləri ilə əlaqə saxlamışdır. Bundan sonra o, Pleşa ilə birlikdə Mahirə adlı lombard işçisi ilə görüşmüşdür. Onlar Mahirəyə avtomobili lombarda qoyub əvəzində pul götürəcəklərini demişlər. Pleşa pulun nə səbəbə lazım olduğunu Mahirəyə danışmışdır. Mahirə də Pleşaya internetdə pul istəyən şəxsin dələduzluq fəaliyyəti ilə məşğul olan şəxs olduğunu qeyd etmişdir. 20 sentyabr 2023-cü il tarixdə Şahid1 yenə də onun avtomobil sexinə gəlib onunla birlikdə Kapital banka gedib kredit götürməyi təklif etmişdir. O da Pleşa ilə birgə həmin banka getmişdir. Kapital bankda zaminə ehtiyac yarandığı üçün onlar kredit götürə bilməmişlər. Daha sonra oradan çıxıb kredit götürmək üçün Xalq banka getmiş və 15.000 manat kredit götürmüşlər. Pleşa həmin pulları internet vasitəsilə istəyən şəxsə göndərərkən o, Pleşanı fikrindən döndərmiş və həmin pulları göndərməyə qoymamışdır. 23 sentyabr 2023-cü il tarixdə o, Şahid1 təklif etmişdir ki, həmin pulları onun istifadəsində olan Şəmkir şəhərində yerləşən bağ sahəsinə xərcləyib çiyələk əkib-becərərək gələcəkdə xeyli miqdarda gəlir əldə etsinlər. Şahid1 da onun dedikləri ilə razılaşmışdır. Həmin gün onun 1.000 manat pula ehtiyacı olduğu üçün o, Pleşadan borc istəmişdir. Pleşa da istədiyi pulu səhəri gün gəlib götürməyini ona demişdir. Səhəri gün o, pulu Pleşdan gotürməyə gedəndə Pleşa bütun pulları banka geri qaytardığını demişdir. Pleşa istədiyi pulu ona vermədiyinə görə həmçinin, Pleşanın kredit götürdüyü pulun özündə olub-olmamasını öyrənmək üçün o, avtomobil sexində təmirə dayanmış Pleşaya məxsus “Vito Mercedes” markalı **-KZ-*** dövlət qeydiyyat nişanlı avtomobilini sexdən götürüb hər hansı bir yerə aparıb orada saxlayaraq Pleşadan istədiyi pulu almaq qərarına gəlmişdir. 24 sentyabr 2023-cü il tarixdə axşam saat 23 radələrində o, evdə olan zaman dostu Bayram ona zəng edərək birlikdə aptekə getməyi təklif etmişdir. O, özünə məxsus “Toyota Prius” markalı, **-CP-*** dovlət qeydiyyat nişanlı avtomobil ilə dostu Bayramın yanına getmişdir. O, Bayramla birgə aptekdən qayıdanda onlara məxsus Şəmkir şəhərində yerləşən inşaat mağazasının Qarşısına gəlmişlər. Bu zaman mağazanın qarşısında saxladıgı qardaşı Zaura məxsus “Kia” markalı avtomobili sürərək yaşadığı evin qarşısına getməyi Bayrama demişdir. Bayram “Kia” markalı avtomobili, o isə “Toyota markalı avtomobili sürərək yaşadığı evin qarşısına getmişdir. Onlar orada “Toyota” markalı avtomobili saxladıqdan sonra “Kia” markalı avtomobil ilə onun avtomobil təmiri sexinə getmişlər. O, Bayramla təmir sexində müəyyən müddət oturub çay içdikdən sonra Bayrama onun şəxsi işi olduğunu deyərək avtomobili sürüb öz evinin qarşısına aparıb saxlamağı bildirmişdir. Bayram oradan çıxıb getdikdən təxminən 15 dəqiqə sonra o, avtomobil sexində olan Şahid1 məxsus “Vito Mercedes” markalı, **-KZ-*** dövlət qeydiyyat nişanlı avtomobili hərəkətə gətirib. Şəmkir rayonu, Qasımalılar kəndində yaşayan tanışı Şirxanın evinə aparmışdır. O, Şirxana narahat olmamağı, avtomobilin gəlib oradan götürüləcəyini deyərək onu Şəmkir şəhərinə aparıb düşürməyi xahiş etmişdir. Bundan başqa avtomobilin bamperi zədəli olduğu üçün o, Şirxandan qeydiyyat nömrəsini çıxarıb avtomobilin içərisinə qoymasını istəmişdir. Bundan sonra Şirxan onu öz avtomobili ilə Şəmkir şəhərinə dostu Bayramın evinin qarşısına gətirmişdir. Onu orada düşürdükdən sonra Şirxan öz evinə qayıtmışdır. O, isə qardaşı Zaura məxsus "Kia” markalı avtomobili götürüb öz yaşadığı evə getmişdir. 25 sentyabr 2023-cü il tarixdə səhər saat 11 radələrində o, avtomobil sexinə gedib Pleşaya zəng etmiş və sexə gəlməsini bildirmişdir. Pleşa avtomobil sexinə gələndə o, Pleşaya avtomobilin yoxa çıxdığını demişdir. Daha sonra o, Pleşanı aldadaraq onun telefonuna tanımadığı şəxslərin mesaj yazdıqlarını və ondan 10 000 ABŞ dolları istədiklərini bildirmişdir. Bundan sonra Pleşa ona gedib polis şöbəsinə məlumat verməyini demişdir. O, şübhə doğurmamaq üçün polisə zəng edərək avtomobil sexində təmirə dayanmış dostu Şahid1 məxsus "Vito Mercedes" markalı, **-KZ- *** dövlət qeydiyyat nişanlı avtomobilin sexdən qaçırıldığını bildirmişdir. Daha sonra avtomobil sexinə polis əməkdaşları gəlmişdir. O, və Pleşa polis əməkdaşları ilə birlikdə Şəmkir rayon polis şöbəsinə gedərək, orada ərizələrində onun təmir sexində təmirə dayanmış dostu Şahid1 məxsus “Vito Mercedes” markalı, **-KZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin naməlum şəxs və ya şəxslər tərəfindən qaçırıldığını qeyd etmişlər. 25 sentyabr 2023-cu il tarixdən 26 sentyabr 2023cü il tarixə keçən gecə saat 01 radələrində xalası oğlu Ceyhun ilə birlikdə Şəmkir rayonu, Qasımalılar kəndinə gedib Şirxanın evinin qarşısında olan Pleşaya məxsus avtomobili hərəkətə gətirib Qasımalılar plakatı yazılan yerdə saxlamış və avtomobilin qapılarını bağlayıb Şəmkir rayonuna gəlmişlər. O, kameraya düşəcəyindən ehtiyat etdiyi üçün Şahid1 məxsus avtomobilin kamerasını və açarını "Kia” markalı avtomobilinə qoyaraq özü ilə aparmışdır. Bundan sonra Şəmkir rayon polis şöbəsində izahat verərək özu etdiyi hadisəni olduğu kimi qeyd etmişdir. O, Şahid1 Vasiliyeviçdən 1.000 manat məbləğində borc pul istədiyi üçün və nəticədə Pleşa ona həmin pulu vermədiyinə görə, eləcə də Şahid1 kredit götürdüyü pulun özündə olubolmamasını öyrənmək üçün belə bir əməl törədərək cinayət edilməsi barədə bilə-bilə yalan xəbərçilik etmişdir. Etdiyi əməldən də peşman olmuşdur. O, Şahid1 məxsus “Vito Mercedes” markalı, **-KZ-*** dovlət qeydiyyat nişanlı avtomobili idarə edib apararkən avtomobilə hər hansı ziyan vurmamışdır. Sadəcə olaraq avtomobilin kamerasının onu çəkəcəyindən ehtiyat etdiyi üçün kameranı çıxararaq özündə saxlamış və sonradan Pleşanın özünə qaytarmışdır. Hazırda əməlindən peşmandır. Ona görə də, məhkəmədən, ifadəsində göstərdiyi halları nəzərə alaraq, ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid1 Vasiliyeviç ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs təxminən 15 il müddətdir ki, tanıyır. Muradla onun dostluğu olub. Aralarında hər zaman normal münasibət olmuşdur. Murad ilə heç bir vaxt ədavət və ya düşmənçiliyi olmamışdır. Ona məxsus olan “Vito Mercedes” markalı, **-KZ- *** dövlət qeydiyyat nişanlı avtomobili o, 2016-cı il tarixdə dostu Muradın vasitəsi ilə bibisi oğlu Rahibdən almışdır. Təxminən 18 sentyabr 2023-cü il tarixdə o, avtomobilini təmir etmək üçün dostu Təqsirləndirilən şəxs icarə əsasında işlətdiyi Şəmkir rayonu, Şiştəpə yolunun sol kənarında yerləşən avtomobil sexinə gətirmişdir. Murad onunla razılaşıb avtomobili təmir etmək və boyamaq üçün lazım gələn hissələri sökmüşdür. 19 sentyabr 2023-cü il tarixdə o, Muradın sexinə gəlib təcili 10 000 ABŞ dolları lazım olduğunu demişdir. O, Murada internetdə tanımadığı şəxsin London bankına oyun üçün 10 000 ABŞ dolları qoyub 15 gün sonra 15 000 ABŞ dolları verəcəyini dediyini bildirmişdir. Murad ona qeyd olunan pulu göndərməməyini təklif etmişdir. O isə Muradın dediyi ilə razılaşmamış və avtomobilini lombarda qoyub pul götürmək istədiyini Murada demişdir. Murad onun yanında bəzi lombard işçiləri ilə əlaqə saxlamışdır. Bundan sonra o, Murad ilə birlikdə Mahirə adlı lombard işçisi ilə görüşmüşdür. Onlar Mahirəyə avtomobili lombarda qoyub əvəzində pul götürəcəklərini demişlər. O, pulun nə səbəbə lazım olduğunu Mahirəyə danışmışdır. Mahirə də ona internetdə pul istəyən şəxsin dələduzluq fəaliyyəti ilə məşğul olan şəxs olduğunu qeyd etmişdir. 20 sentyabr 2023-cü il tarixdə o, yenə də Muradın avtomobil sexinə gəlib Muradla birlikdə Kapital banka gedib kredit götürməyi təklif etmişdir. Murad da onunla birgə həmin banka getmişdir. Kapital bankda zaminə ehtiyac yarandığı üçün onlar kredit götürə bilməmişlər. Daha sonra oradan çıxıb kredit götürmək üçün Xalq banka getmiş və 15 000 manat kredit götürmüşlər. O, həmin pulları internet vasitəsilə ondan istəyən şəxsə göndərərkən Murad onu fikrindən döndərmiş və həmin pulları göndərməyə qoymamışdır. 23 sentyabr 2023-cü il tarixdə Murad ona həmin pulları istifadəsində olan Şəmkir şəhərində yerləşən bağ sahəsinə xərcləyib çiyələk əkibbecərərək gələcəkdə xeyli miqdarda gəlir əldə etməyi təklif etmişdir. O da dostu Muradın dedikləri ilə razılaşmışdır. Həmin gün Muradın 1.000 manat pula ehtiyacı olduğu üçün Murad ondan borc istəmişdir. O da Murada istədiyi pulu səhəri gün gəlib götürməyini demişdir. Səhəri gün Murad pulu ondan götürməyə gedəndə o, bütün pulları banka geri qaytardığını demişdir. 25 sentyabr 2023-cü il tarixdə səhər saat 11 radələrində dostu Murad ona zəng etmiş və avtomobil sexinə gəlməli olduğunu bildirmişdir. O, Muradın avtomobil sexinə gələndə Murad ona avtomobilinin yoxa çıxdığını demişdir. Daha sonra Murad telefonuna tanımadığı şəxslərin mesaj yazdıqlarını və 10 000 ABŞ dolları istədiklərini bildirmişdir. Bundan sonra o, Murada gedib polis şöbəsinə məlumat verməli olduğunu demişdir. Murad polisə zəng edərək avtomobil sexində təmirə dayanmış ona məxsus “Vito Mercedes” markalı, **-KZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sexdən qaçırıldığını bildirmişdir. Daha sonra avtomobil sexinə polis əməkdaşları gəlmişdir. O və Murad polis əməkdaşları ilə birlikdə Şəmkir rayon polis şöbəsinə gedərək, orada ərizələrində Muradın təmir sexində təmirə dayanmış ona məxsus “Vito Mercedes” markalı, **-KZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin naməlum şəxs və ya şəxslər tərəfindən qaçırıldığını qeyd etmişlər. 26 sentyabr 2023-cü il tarixdə ona məxsus avtomobilin dostu Murad tərəfindən qaçırılması məlum olmuşdur. X9 rayon polis şöbəsində törətdiyi əməli təsdiqləyərək izahatında avtomobili özü qaçırdığını etiraf etmişdir. Təqsirləndirilən şəxs ona məxsus olan “Mercedes Vito” markalı, **-KZ-*** dövlət qeydiyyat nişanlı avtomobili qaçırmasından əvvəlcədən heç bir məlumatı olmamışdır. Dostu Təqsirləndirilən şəxs ona məxsus “Vito Mercedes” markalı, **-KZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə hər hansı ziyan vurmamış və ya avtomobildən hər hansı əşya oğurlamamışdır. Sadəcə olaraq avtomobilin kamerasının çəkəcəyindən ehtiyat etdiyi üçün kameranı çıxararaq özündə saxlamış və sonradan onun özünə qaytarmışdır. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş, Şahid2 ifadəsində göstərmişdir ki, o, Şahid1 Vasiliyeviçi təxminən 3 il müddətdir ki, tanıyır. Pleşa onun xalası oğlu Təqsirləndirilən şəxs dostudur. 25 sentyabr 2023-cü il tarixdən 26 sentyabr 2023-cü il tarixə keçən gecə saat 01 radələrində xalası oğlu Murad özünə məxsus “Toyota Prius” markalı avtomobil ilə onun yaşadığı evə gəlmişdir. Murad ona avtomobilində yanacaq və pulu olmadığını deyərək, Şəmkir rayonu, Qasımalılar kəndinə aparılmağını ondan xahiş etmişdir. O, Muraddan gecə vaxtı nə üçün ora getmək istədiyini soruşduqda, Murad ona işi olduğunu demişdir. Daha sonra o, özünə məxsus “VAZ 2106” markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Muradı Şəmkir şəhərindən götürüb Qasımalılar kəndinə aparmaq üçün yola düşmüşdür. Qasımalılar kəndinə çatdıqdan sonra Murad ona maşını kəndin içərisində saxlamağını deyərək gözləməyini ondan xahiş etmiş və maşından düşüb getmişdir. Təxminən 20 dəqiqə o, orada gözlədikdən sonra Murad ona zəng edib Qasımalılar kəndinin çıxışında olan plakatın yanında dayandığını, gəlib oradan götürülməyini xahiş etmişdir. O, Muradın dediyi yerə getmişdir. Ora çatanda Muradın yanında yol kənarında “Vito Mercedes” markalı avtomobil olmuşdur. O, Muraddan yanında olan avtomobili hardan gətirdiyini soruşmuşdur. Murad da ona kiçik bir məsələ olduğunu və həmin məsələni həll etdiyini deyərək, ona başqa bir söz deməmişdir. O da Muraddan daha heçnə soruşmamışdır. Bundan sonra Murad ona Şəmkir şəhərinə qayıtmalı olduqlarını bildirmişdir. O da avtomobilini hərəkətə gətirib Murad ilə birlikdə Şəmkir şəhərinə yaşadığı evin yanına gəlmişdir. Murad onun avtomobilindən düşərək öz avtomobilinə əyləşmiş və oradan uzaqlaşıb getmişdir. O da öz yaşadığı evə getmişdir. “Mercedes Vito” markalı avtomobili xalası oğlu Təqsirləndirilən şəxs dostu Şahid1 məxsus olduğunu bilməmişdir. Lakin daha sonra Şəmkir rayon polis şöbəsində izahat verməyə çağrılarkən qeyd olunan avtomobilin xalası oğlu Təqsirləndirilən şəxs dostu Şahid1 məxsus olduğunu öyrənmişdir. Onun “Mercedes Vito” markalı avtomobilin xalası oğlu Təqsirləndirilən şəxs tərəfindən qaçırıldığı barədə məlumatı olmamışdır. Sonradan Şəmkir rayon polis şöbəsində olarkən xalası oğlu Təqsirləndirilən şəxs dostu Şahid1 məxsus “Mercedes Vito” markalı avtomobili qaçırdığı ona məlum olmuşdur. Murad özü də belə bir hadisə törətdiyini polis şöbəsində etiraf etmişdir. Xalası oğlu Murad etdiyi əməl barədə əvvələcədən ona heç bir söz deməmişdir. O, xalası oğlu Təqsirləndirilən şəxs Şəmkir rayonu, Qasımalılar kəndinə apararkən yanında heç kim olmamışdır. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Şahid1 Vasiliyeviçi tanıyır. Pleşa onun dostu Təqsirləndirilən şəxs dostudur. 24 sentyabr 2023-cü il tarixdə axşam saatlarında o, yaşadığı evdə olan zaman anasına dərman almaq üçün dostu Murada zəng edib onu aptekə aparmasını xahiş etmişdir. Bir neçə müddətdən sonra Murad özünə məxsus “Toyota Prius” markalı avtomobil ilə onun yaşadığı evə gələrək onu aptekə aparmışdır. O, aptekdən lazım olan dərmanı aldıqdan sonra dostu Murad ona digər maşınının özlərinə məxsus mağazanın yanında olduğunu və birlikdə həmin yerə gedib avtomobili sürüb evə aparmağını ondan xahiş etmişdir. Onlar birlikdə mağazanın qarşısına getmişlər. Oradan o, “Kia” markalı avtomobili, Murad isə “Toyota prius” markalı avtomobili idarə edərək Muradın yaşadığı evin qarşısına aparıb saxlamışlar. Daha sonra Murad idarə etdiyi avtomobildən düşərək onun idarə etdiyi avtomobilə əyləşmiş və işlədiyi Şəmkir rayonu, Şiştəpə avtomobil yolunun kənarında yerləşən avtomobil təmiri sexinə aparmağını ondan xahiş etmişdir. Onlar birlikdə “Kia” markalı avtomobil ilə həmin sexin yanına getmişlər. Murad sexin yanında düşəcəyini ona bildirmiş və avtomobili aparıb öz yaşadığı evin qarşısında saxlamağını, açarını isə avtomobilin üzərində qoymağını deyərək avtomobili özü gəlib götürəcəyini qeyd etmişdir. O, Muradı avtomobil təmiri sexinin yanında düşürdükdən sonra avtomobilə əyləşib öz yaşadığı evə gəlmişdir. Avtomobili yaşadığı evin qarşısında saxlamış, açarı isə üzərinə qoymuşdur. Daha sonra səhəri gün həmin avtomobili yaşadığı evin yanında görməmişdir. Onun Şahid1 məxsus “Mercedes Vito” markalı avtomobilin dostu Təqsirləndirilən şəxs tərəfindən qaçırılması barədə məlumatı olmamışdır. Lakin daha sonra Şəmkir rayon polis şöbəsində izahat verərkən hadisəni dostu Təqsirləndirilən şəxs törətdiyini öyrənmişdir. Murad özü də belə bir hadisə törətdiyini polis şöbəsində etiraf etmişdir. Məhkəmə, ibtidai araşdırma mərhələsində iş üzrə şahid qismində dindirilmiş, lakin məhkəmə istintaqında iştirak etməmiş Şahid3 məhkəmə istintaqında elan edilərək tədqiq olunmuş ifadəsini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. Belə ki, ibtidai araşdırma zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, 2015-ci il tarixdə X3 ilə ailə həyatı qurmuşdur. Onların bu evliliyindən Elmar və Etibar adında övladları dünyaya gəlmişdir. Təqsirləndirilən şəxs onun qardaşıdır. Murad onunla birlikdə ünvan 2 ünvanında yaşayır. Bundan başqa qardaşı Şahmar İsmayılov da onunla birlikdə yaşayır. X5 və anası Dilarə İsmayılova isə dünyasını dəyişmişdir. O, Şahid1 Vasiliyeviçi uzun müddətdir ki, tanıyır. Pleşa onun qardaşı Muradın dostudur. O, fərdi əmək fəaliyyəti ilə məşğul olaraq ailəsini dolandırır. Mahiyyəti üzrə bildirmişdir ki, qardaşı Muradın icarə əsasında işlətdiyi Şəmkir rayonu, Şiştəpə kəndində gedən istiqamətdə yol kənarında yerləşən avtotəmir sexindən 25 sentyabr 2023-cü il tarixdə Şahid1 məxsus olan “Vito Mercedes” markalı, **-KZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin naməlum şəxs və ya şəxslər tərəfindən qaçırılması barədə məlumatı olmuşdur. 26 sentyabr 2023-cü il tarixdə o, ev təmir etmək üçün Şəmkir rayonu, Düyərli kəndinə gedən zaman İlqar adlı iş yoldaşı ona zəng edərək, Şəmkir rayonu, Qasımalılar kəndində Qasımalılar yazısı yazılmış tablonun yanında Şahid1 məxsus olan “Vito Mercedes” markalı, **-KZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin dayandığını gördüyünü bildirmişdir. O, dərhal yarı yoldan qayıdaraq Şəmkir rayonu, Qasımalılar kəndi istiqamətinə getmişdir. Pleşaya məxsus ağ rəngli “Vito Mercedes” markalı, **-KZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin qeyd olunan yerdə yolun kənarında dayandığını görmüşdür. Həmin vaxt qeydiyyat nişanları avtomobilin üzərində olmamışdır. Bundan sonra o, polisə məlumat verərək avtomobilin tapıldığını bildirmişdir. Bir qədər sonra polis əməkdaşları həmin yerə gəlmişlər. O, Şahid1 məxsus olan “Mercedes Vito” markalı, **-KZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin qardaşı Təqsirləndirilən şəxs tərəfindən qaçırılması barədə məlumatı olmamışdır. Qardaşı Təqsirləndirilən şəxs 25 sentyabr 2023-cü il tarixdə Şəmkir rayon polis şöbəsində ərizə yazaraq Şahid1 məxsus “Mercedes Vito” markalı, **-KZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin icarə əsasında işlətdiyi Şəmkir rayonu, Şiştəpə kəndinə gedən avtomobil yolunun kənarında yerləşən avtotəmir sexindən naməlum şəxs tərəfindən qaçırılması barədə məlumat vermişdir. Lakin, sonradan Şahid1 məxsus həmin avtomobilin qardaşı Təqsirləndirilən şəxs özü tərəfindən qaçırılması onlara məlum olmuşdur. Qardaşı Murad özü də törətdiyi əməli etiraf etmişdir. Məhkəmə, ibtidai araşdırma mərhələsində iş üzrə şahid qismində dindirilmiş, lakin məhkəmə istintaqında iştirak etməmiş Şahid5 məhkəmə istintaqında elan edilərək tədqiq olunmuş ifadəsini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. Belə ki, ibtidai araşdırma zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, 2000-ci il tarixdə X4 ilə ailə həyatı qurmuşdur. Bu evlilikdən Nicat və Nuray adında övladları dünyaya gəlmişdir. Təqsirləndirilən şəxs onun iş yoldaşı Şahid3 qardaşıdır. O, Şahid1 Vasiliyeviçi də uzun müddətdir ki, tanıyır. Pleşa onun yaxın qonşusudur. O, fərdi əmək fəaliyyəti ilə məşğul olaraq ailəsini dolandırır. Mahiyyəti üzrə bildirmişdir ki, iş yoldaşı Zaurun dostu Muradın icarə əsasında işlətdiyi Şəmkir rayonu, Şiştəpə kəndində gedən istiqamətdə yol kənarında yerləşən avtotəmir sexindən 25 sentyabr 2023-cü il tarixdə Şahid1 məxsus olan “Vito Mercedes” markalı, **-KZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin naməlum şəxs və ya şəxslər tərəfindən qaçırılması barədə məlumatı olmuşdur. 26 sentyabr 2023-cü il tarixdə o, ev təmir etmək üçün Gədəbəy rayonu, Söyüdlü kəndinə gedən zaman Şəmkir rayonu, Qasımalılar kəndinin ərazisindən keçərkən Qasımalılar kəndi sözləri yazılmış plakatın yanında ağ rəngli üzərində dövlət qeydiyyat nişanları olmayan “Vito Mercedes” markalı avtomobil görmüşdür. Dərhal iş yoldaşı Şahid3 zəng edərək Şəmkir rayonu, Qasımalılar kəndində yolun kənarında qeydiyyat nişanı olmayan “Vito Mercedes” markalı avtomobilin saxlanıldığını demişdir. O, Zaura avtomobilin yerini aşkar edib dedikdən sonra Gədəbəy rayonuna yola düşmüşdür. Gədəbəy rayonuna çatdıqda Şahid3 ona zəng edərək avtomobili aşkar etdiyi yerə polislər gəldiyini və onunda ora gəlməli olduğunu bildirmişdir. O, Gədəbəy rayonundan çıxaraq avtomobili aşkar etdiyi yerə geri qayıtmışdır. Orada polislər ondan avtomobilin ətrafında kimsə olub-olmadığını soruşmuşlar. O isə avtomobilin yanında heç kim olmadığını polislərə demişdir. Daha sonra o, avtomobili aşkar etdiyi yeri əl ilə göstərmiş və polislər onun fotoşəkilini çəkmişlər. Bundan sonra polislər onunla daha işləri qurtardığını demişlər. O da oradan çıxaraq yenidən işləmək üçün Gədəbəy rayonuna getmişdir. O, Şahid1 məxsus olan “Mercedes Vito” markalı, **-KZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin iş yoldaşı Şahid3 dostu Təqsirləndirilən şəxs tərəfindən qaçırılması barədə məlumatı olmamışdır. Təqsirləndirilən şəxs 25 sentyabr 2023-cü il tarixdə Şəmkir rayon polis şöbəsində ərizə yazaraq Şahid1 məxsus “Mercedes Vito” markalı, **-KZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin icarə əsasında işlətdiyi Şəmkir rayonu, Şiştəpə kəndinə gedən avtomobil yolunun kənarında yerləşən avtotəmir sexindən naməlum şəxs və ya şəxslər tərəfindən qaçırılması barədə məlumat vermişdir. Lakin, sonradan Şahid1 məxsus həmin avtomobilin iş yoldaşı Şahid3 dostu Təqsirləndirilən şəxs özü tərəfindən qaçırılması onlara məlum olmuşdur. Murad özü də törətdiyi əməli etiraf etmişdir. İbtidai araşdırma mərhələsində iş üzrə şahid qismində dindirilmiş, lakin məhkəmə istintaqında iştirak etməmiş Şahid6 da digər şahidlərlə eyni məzmunlu ifadə verərək eyni xüsusatları göstərmişdir. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını, da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Baxış keçirilməsi barədə” protokoldan görünür ki, hadisə baş verdiyi Şəmkir rayonu, Şiştəpə yolunun 100 km yerləşən avtomobil təmiri sexinə baxış keçirilmiş və bu barədə protokol tərtib olunmaqla fotoşəkil çəkilmişdir. Cinayət işinin materiallarında olan Şəmkir rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsi tərəfindən verilmiş 07 noyabr 2023–cü il tarixli, 410 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Şəmkir rayon poliklinikasında narkoloji və psixiatrik kabinetlərdə qeydiyyatda dayanmır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN–nin BƏSİİ–dən alınmış, xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan Şəmkir RİHB–nin Şəmkir şəhər İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə şifahi və ya yazılı şikayət daxil olmamışdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, istintaq hərəkətlərinin protokollarını və sənədləri Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 124–136–cı maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 143–145–ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir–biri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs cinayət edilməsi haqqında bilə-bilə yalan xəbərçilik etmə cinayət əməlini törətmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 296.1–ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Odur ki, məhkəmə məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməli tam sübuta yetirilmiş və ona təqsirli bilindiyi cinayət əməlinə görə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 296.1–ci maddəsində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 296.1–ci maddəsində nəzərdə tutulmuş cinayət əməli “az ağır” cinayətlər kateqoriyasına aid olmaqla, ədalət mühakiməsi əleyhinə olan, cinayət edilməsi haqqında bilə-bilə yalan xəbərçilik etmədə ifadə olunan qəsdən törədilən cinayətdir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirini etiraf edərək əməlindən səmimi peşman olmasını, habelə yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2–ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə cəzanı yüngülləşdirən halların mövcudluğunu, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 296.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə islah işləri cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 49.1-ci maddəsinə əsasən islah işləri iki aydan iki ilədək müddətə təyin edilir və həmin cəza məhkumun iş yeri üzrə çəkilir. Həmin Məcəllənin 49.2-ci maddəsinə əsasən islah işlərinə məhkum olmuş şəxsin qazancından dövlət nəfinə beş faizdən iyirmi faizədək məbləğdə pul tutulur. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99–1.1.1 və 99– 1.1.2–ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 132.1.1–ci və 131.1.2–ci maddələrinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki–hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir. (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir). Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. Həmçinin məhkəmə, Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut, məhkəmə xərci və mülki iddia yoxdur. Bundan əlavə, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Müdafiəçinin məhkəməyə təqdim etdiyi hesabatdan görünür ki, Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 15 saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikasının Cinayət– Prosessual Məcəlləsinin 193.2 və 193.4–cü maddələrinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001–ci il tarixli Qərarına (03 may 2018–ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 193.2, 193.4–cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 90 manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (Hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı; Kod: 8051630; Bankın VÖEN–i:**********; Müxbir hesab: AZ03NABZ**********000002944; S.W.İ.F.T İBAZAZ2X, hesab nömrəsi İBAN AZ03İBAZ********************, Müştəri VÖEN–i: **********) köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 296.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona hər ay qazancından dövlət nəfinə 15 faiz məbləğində pul tutulmaqla 01 (bir) il 06 (altı) ay müddətə islah işləri cəzası təyin edilsin. Cəzasının əvvəli qazancından dövlət nəfinə tutulmalar aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrası Şəmkir rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 90 manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (Hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı; Kod: 8051630; Bankın VÖEN–:**********; Müxbir hesab: AZ03NABZ**********000002944; S.W.İ.F.T İBAZAZ2X, hesab nömrəsi İBAN AZ03İBAZ********************, Müştəri VÖEN–i: **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №1(076)-155/2024
Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-155/2024
12.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver