Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-156/2024 13.08.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi- Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2, zərərçəkmiş şəxslər-Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2, təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs və qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakları ilə xx xxxxxxxx 2007-ci ildə Şəmkir rayonu, Tatarlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, Şəmkir Rayon Məhkəməsinin 20 sentyabr 2023-cü il tarixli 1(076)-138/2023 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirli bilinib 01 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Şəmkir rayonu, Tatarlı kəndində qeydiyyatda olan və yaşayan, barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs təkrarən saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli talayaraq oğurluq cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədi ilə 13 avqust 2023-cü il tarixdə, saat 16 radələrində Zərərçəkmiş şəxs1 məxsus Şəmkir şəhəri, 20 Yanvar küçəsində yerləşən «Araz» marketin saxlanc yeri hesab edilən kassasına qanunsuz daxil olaraq oradan 1394 (bir min üç yüz doxsan dörd) manat nəğd pulu gizli talayaraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən 30 avqust 2023-cü il tarixdən 31 avqust 2023-cü il tarixə keçən gecə, Zərərçəkmiş şəxs2 məxsus ünvan 1 ünvanında yerləşən «El Market»in qapısını sındırmaq yolu ilə qanunsuz daxil olaraq oradan müxtəlif növ - 50 ədəd, hər birinin qiyməti 4,30 manat olmaqla ümumi qiyməti 215 manat, Azərbaycan Respublikası İstehsalı «Sobrania nazik» ağ siqareti, 30 ədəd, hər birinin qiyməti 4,30 olmaqla ümumi qiyməti 129 manat, Azərbaycan Respublikası İstehsalı «Sobrania nazik» göy siqareti, 50 ədəd, hər birinin qiyməti 4,30 olmaqla ümumi qiyməti 215 manat, Azərbaycan Respublikası İstehsalı «Sobrania qalın» göy siqareti, 30 ədəd, hər birinin qiyməti 4 manat olmaqla ümumi qiyməti 120 manat, Azərbaycan Respublikası İstehsalı «Kent 4» qara siqareti, 30 ədəd, hər birinin qiyməti 4 manat olmaqla ümumi qiyməti 120 manat, Azərbaycan Respublikası İstehsalı «Kent 8» qalın siqareti, 40 ədəd, hər birinin qiyməti 4 manat olmaqla ümumi qiyməti 160 manat olan, Azərbaycan Respublikası İstehsalı «Kent 4» qalın siqareti, 30 ədəd, hər birinin qiyməti 4,30 manat olmaqla ümumi qiyməti 129 manat olan, Azərbaycan Respublikası İstehsalı «Sobrania kompakt» ağ siqareti tütün məhsullarını gizli talayaraq ümumilikdə Zərərçəkmiş şəxs2 1088 (bir min səksən səkkiz) manat məbləğində zərər vurmaqla oğurluq etmişdir. Bundan əlavə o, təkrarən 30 avqust 2023-cü il tarixdən 31 avqust 2023-cü il tarixə keçən gecə, istintaqa məlum olmayan saatda Zərərçəkmiş şəxs3 məxsus Şəmkir şəhəri, 20 Yanvar küçəsində yerləşən mobil telefonların satışı mağazasına qapısını sındırmaq yolu ilə qanunsuz daxil olaraq oradan 10 (on) manat məbləğində nəğd pulu, 01 (bir) ədəd 130 (yüz otuz) manat dəyərində, Çin istehsalı, qara rəngli, 3555xx/xx/174222/5 və 3595xx/xx/174222/5 imei kodlu, «SM-A025F/DS» (A02S) model, 64 GB daxili yadaşlı, «Samsung» markalı mobil telefonu və 01 (bir) ədəd, 140 (bir yüz qırx) manat dəyərində, 64 GB daxili yadaşlı, Çin istehsalı, 2 (iki) il istifadə olunmuş, işlək vəziyyətdə «Samsung» A02S markalı telefonu gizli talayaraq, ümumilikdə Zərərçəkmiş şəxs3 280 (iki yüz yetmiş) manat məbləğində zərər vurmaqla oğurluq etmişdir. Qeyd edilən əməllərə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək məhkəmə istintaqı zamanı qanuni nümayəndəsinin iştirakı ilə dindirilərkən ifadəsində göstərdi ki, 13 avqust 2023-cü il tarixdə, saat 16 radələrində siqaret almaq üçün Şəmkir şəhəri, 20 Yanvar küçəsində yerləşən sonradan adı ona X3 məlum olan şəxsə məxsus «Araz» marketə getmişdir. O, həmin vaxt «Araz» marketə daxil olduqdan sonra kassanın qarşısında heç kimin olmamasını görmüşdür. Lakin həmin vaxt vitrinlərin aralarından həmin marketdə işləyən şəxslərin səslərini eşitmişdir. O, kassanın ön hissəsinə yaxınlaşmış və ilk olaraq 01 (bir) ədəd alışqanı götürmüşdür. Sonra isə əlini kassaya uzadıb onun açıq dolabını çəkib orada olan bütün pulların hamsını oğurlayıb əyinində olan şalvarın sol yan cibinə qoymuşdur. Bundan sonra isə marketdən çıxıb Şəmkir şəhərində yerləşən parka getmişdir. O, parkda olan zaman «Araz» marketdən oğurladığı pulları sayarkən, həmin pulların 1394 (min üç yüz doxsan dörd) manat olması ona məlum olmuşdur. Daha sonra parkdan çıxaraq yaşadığı Şəmkir rayonu, Tatarlı kəndinə getmişdir. Lakin ailə üzvlərinə və ya başqa şəxslərə «Araz» marketdən 1394 (min üç yüz doxsan dörd) manat pul oğurlamağını bildirməmişdir. Həmin tarixdə, saat 22 radalərində Şəmkir rayonu, 4 (dörd) yol deyilən əraziyə gəlib orada tanımadığı taksi sürücüsünə yaxınlaşaraq həmin şəxsə onu Gəncə şəhərinə neçə manat qarşılığında apara biləcəyini soruşan zaman taksi sürücüsü onu Gəncə şəhərinə aparması üçün 80 (səksən) manat pul istəmişdir. Həmin vaxt o, tanımadığı taksi sürücüsü ilə razılaşıb 80 (səksən) manat pul vermişdir. Daha sonra o, həmin taksi sürücüsü ilə yerləşdiyi ərazini dəqiq xatırlamadığı Gəncə şəhərindəki otellərdən birinə getmişdir. Orada oteldə gecə qalmaq üçün 80 (səksən) manat ödənişlə otaq tutmuş gecəni oteldə qalıb səhərisi gün 80 (səksən) manat taksiyə verib Şəmkir şəhərində yerləşən Azpetrol marketə gəlmişdir. Orada 05 (beş) manat dəyərində siqaret və su almışdır. Həmçinin bu müddət ərzində ayrı-ayrı mağazalardan 250-300 manat dəyərində siqaret, su və lotoreyalar almışdır. 14 avqust 2023-cü il tarixdə, saat 09 radələrində isə Şəmkir şəhəri, 20 Yanvar küçəsində yerləşən mobil telefon mağazalarından birinə gəlmişdir. Orada işləyən satıcı ilə 288 (iki yüz səksən səkkiz) manat dəyərində «Redmi 11 Pro» markalı mobil telefonu almışdır. Oradan çıxıb mağazaya su almaq üçün getmək istəyən zaman ona yaxınlaşan polis əməkdaşları onu Şəmkir Rayon Polis Şöbəsinə dəvət edərək gətirmişlər. Polis əməkdaşları onu Şəmkir Rayon Polis Şöbəsinə gətirən zaman «Araz» marketdən oğurladığı 1394 (min üç yüz doxsan dörd) manat pulun 410 (dörd yüz on) manatı onun üzərində qalmışdır. O, «Araz» marketdən oğurladığı 1394 (min üç yüz doxsan dörd) manat pulun qalan 410 (dörd yüz on) manatını polis əməkdaşlarına təqdim etmişdir. Bundan əlavə 30 avqust 2023-cü il tarixdə, saat 22 radələrində yaşadığı evdə olan zaman Şəmkir şəhər ərazisindən oğurluq etmək qərərına gəlmişdir. Həmin tarixdə, saat 23 radələrində yaşadığı evdə olan vintaçanı götürüb Şəmkir şəhəri, 20 Yanvar küçəsinə gəlmişdir. 31 avqust 2023-cü il tarixdə, saat 01 radələrində 20 Yanvar küçəsində yerləşən dönər dükanına yaxınlaşaraq qapının kilidiní açma yolu ilə həmin dönər dükanına daxil olmuş, dönər mağazasından 25 (iyirmi beş) manat pulu kiçik kağız torbanın içərisində görüb götürərək, dərhal həmin dönər dükanından çıxaraq getmişdir. Daha sonra o, həmin küçədə yerləşən bərbərxanaya daxil olmuş, bərbərxanada masanın üzərində olan kağız materialından olan qutunu görüb içərisinə baxan zaman 18 (on səkkiz) manat pulu görüb götürərək, dərhal həmin obyektdən çıxmışdır. Daha sonra o, yaxınlıqda olan mobil telefon mağasaına eyni qaydada yəni, qapının kilidini açma yolu ilə daxil olmuş, həmin vaxt telefon mağazasının daxilində olan 01 (bir) ədəd «Samsung» markalı mobil telefon və 10 (on) manat pulu götúrüb mağazadan çıxmışdır. Daha sonra o, Şəmkir şəhəri, 20 Yanvar kúçəsində yerləşən lombarda girmişdir. Həmin vaxt o, lobardın içərisini axtardıqdan sonra saxlanc yeri hesab edilən kassada 50 (əlli) manat pul olmasını görüb götürərək, hadisə yerindən dərhal çıxaraq getmişdir. Bundan sonra o, Şəmkir şəhəri, Rövşən Rəhimov küçəsi ilə piyada hərəkətdə olan zaman «El» marketin nəzaratçisinin olmadığını görüb həmin marketə qapının kilidini açma yolu ilə daxil olmuşdur. O, içəri daxil olduqdan sonra ilkin olaraq kassanı axtarmış və kassanın üzərindən 02 (iki) manat pul olmasını görüb həmin məbləğdə pulu götürmüşdür. Daha sonra isə o, mağazada olan sellofan torbanı götürmüş və vitrində olan müxtəlif markalı təxminən 1000 (min) manat dəyərində siqaret məhsullarını torbaya yığaraq dərhal həmin mağazadan çıxaraq hadisə yerindən uzaqlaşmışdır. 01 sentyabr 2023-cü il tarixdə, saat 20 radələrində Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları ona mobil telefon vasitəsi ilə zəng edərək, onu Şəmkir Rayon Polis Şöbəsinə dəvət etmişlər. Hazırda əməlindən peşmandır. Hadisədən sonra zərərçəkmiş şəxslərə dəymiş ziyan valideyinləri tərəfindən ödəmişdir. Ona görə də məhkəmədən ifadəsində göstərdiyi halları nəzərə alaraq, ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə baxışı iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, ünvan 2 ünvanında yerləşən «Günəş Ticarət» mərkəzində «Araz market» adı ilə fəaliyyət göstərən ərzaq məhsulları mağazası var. Həmin mağazaya dair «Günəş Ticarət» mərkəzinin sahibi Kifayət Şirinova ilə icarə müqaviləsi bağlamış, həm də sahibkarlıq fəaliyyəti ilə məşğul olmağı üçün Vergi orqanında qeydiyyatdan keçmişdir. 13 avqust 2023-cü il tarixdə, saat 16 radələrində mağazada olmadığı vaxtı müştəri qismində daxil olan naməlum şəxs kassir işləyən Şahid1 yerində olmamasından və kassanın açıq olmasından istifadə edərək, marketin saxlanc yeri hesab edilən kassasına qanunsuz daxil olaraq oradan 1394 (bir min üç yüz doxsan dörd) manat nəğd pulu gizli yolla oğurlamışdır. Daha sonra Şahid1 marketin saxlanc yeri hesab edilən kassasından pulun oğurlanmasını aşkar etmiş və mağazanın video müşahidə kameralarına baxdıqda mağazaya daxil olan naməlum şəxsin kassadan 1394 (bir min üç yüz doxsan dörd) manat nəğd pulun gizlin yolla oğurlandığını bilmişdir. Həmin vaxt Şahid1 ona baş vermiş hadisə ilə bağlı məlumat verdikdən sonra o, Şəmkir Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək, ona məxsus Şəmkir şəhəri, 20 Yanvar küçəsində yerləşən «Araz» marketin saxlanc yeri hesab edilən kassasından 1394 (bir min üç yüz doxsan dörd) manat nəğd pulun naməlum şəxs tərəfindən oğurlanmasını bildirmişdir. Hadisədən sonra Təqsirləndirilən şəxs ailə üzvləri tərəfindən ona dəymiş 1394 (bir min üç yüz doxsan dörd) manat maddi ziyanın tam şəkildə ödənilmişdir. Hazırda onun təqsirləndirilən şəxsdən şikayət və tələbi yoxdur. Odur ki, məhkəmədən, ifadəsində göstərdikləri halları nəzərə alaraq, təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş edir. Məhkəmə baxışı iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, ünvan 1 ünvanında yerləşən «El market» adı ilə fəaliyyət göstərən ərzaq məhsulları mağazası var. Şahid6 da həmin mağazada operator kimi işləyir. 31 avqust 2023-cü il tarixdə, saat 09 radələrində Şahid6 ona mobil telefon vasitəsi ilə zəng edərək, mağazadan müxtəlif növ təxminən 1000 (min) manat dəyərində siqaret tütün məhsullarını oğurlanması barədə məlumat vermişdir. O, həmin gün Şəmkir şəhəri ərazisində olmadığı üçün Şahid6 hadisə barədə Şəmkir Rayon Polis Şöbəsinə məlumat verməsini demişdir. Şahid6 da mağazadan oğurluq edilməsi barədə Şəmkir Rayon Polis Şöbəsinə məlumat vermişdir. Zərərçəkmiş şəxs2 verilən sualları cavablandırarkən, «El» market ərzaq məhsulları mağazası faktiki olaraq ona məxsusdur. Həmin mağazada ərzaq məhsulları satışı ilə məşğul olmaq üçün Şəmkir şəhər ərazisində yerləşən 14 saylı ərazi vergilər idarəsində qeydiyyatdan keçməsini, ona məxsus mağazadan 05 blok (50 ədəd) Azərbaycan istehsalı Sobrania nazik ağ siqareti, 03 blok (30 ədəd) Azərbaycan istehsalı Sobrania nazik göy siqareti, 05 blok (50 ədəd) Azərbaycan istehsalı Sobrania qalın göy siqareti, 03 blok (30 ədəd) Azərbaycan istehsalı Kent 4 qara siqareti, 03 blok (30 ədəd) Azərbaycan istehsalı Kent 8 qalın siqareti, 04 blok (40 ədəd) Azərbaycan istehsalı Kent 4 qalın siqareti, 03 blok (30 ədəd) Azərbaycan istehsalı Sobrania kompakt ağ siqaretləri oğurlanmışdır. Hadisədən sonra Təqsirləndirilən şəxs ailə üzvləri tərəfindən ona dəymiş ziyan tam şəkildə ödənilmişdir. Hazırda onun təqsirləndirilən şəxsdən şikayət və tələbi yoxdur. Odur ki, məhkəmədən, ifadəsində göstərdikləri halları nəzərə alaraq, təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş edir. Məhkəmə baxışı iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, Şəmkir şəhəri, 20 Yanvar küçəsində yerləşən «Günəş» ticarət mərkəzinin qarşısında telefon alqı-satqısı və təmiri mağazası var. Həmin mağazada tək işləyir. O, gündəlik olaraq hər gün saat 09 radələrindən saat 17 radələrinədək sözü gedən telefon mağazasında olur. Daha sonra mağzanın plastik qapısını bağlayıb gedir. 30 avqust 2023-cü il tarixdə, saat 17 radələrində yenə də mağazada satış üçün olan mobil telefonları və masanın üzərində 10 (on) manat pulu qoyub getmişdir. Ertəsi günü yəni 31 avqust 2023-cü il tarixdə iş yerinə gələrkən, mağazanın plastik qapısının açıq olmasını görmüşdür. Həmin vaxt özünə məxsus olan telefon mağazasına daxil olan zaman oradan 02 (iki) ədəd «Samsun» markalı mobil telefonların və masanın üzərindəki 10 (on) manat pulun oğurlanmasını aşkar etmişdir. Həmin vaxt baş vermiş hadisə ilə bağlı Şəmkir rayon Polis şöbəsinə ərizə ilə müraciət edərək bildirmişdir. Ona məxsus Şəmkir şəhəri, 20 Yanvar küçəsində yerləşən mağazadan 01 (bir) ədəd Çin istehsalı, qara rəngli, 3555xx/xx/174222/5 və 3595xx/xx/174222/5 imei kodlu, A02S model, 64 GB daxili yadaşlı, «Samsung» markalı mobil telefonu və 01 (bir) ədəd, 64 GB daxili yadaşlı, Çin istehsalı, 2 (iki) il istifadə olunmuş, işlək vəziyyətdə «Samsung» A02S markalı telefonları və 10 (on) manat nəğd pul oğurlanışdır. Hadisədən sonra Təqsirləndirilən şəxs ailə üzvləri tərəfindən ona dəymiş ziyan tam şəkildə ödənilmişdir. Hazırda onun təqsirləndirilən şəxsdən şikayət və tələbi yoxdur. Odur ki, məhkəmədən, ifadəsində göstərdikləri halları nəzərə alaraq, təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş edir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, Şəmkir şəhəri, Aşıq Teymur küçəsi, ev 15-də ailə üzvləri ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əmək kimi 2016-cı ildən Şəmkir şəhəri, 20 Yanvar küçəsində yerləşən Mərkəzi bazarın daxilində olan bərbərxanada bərbər kimi fəaliyyət göstərir. 30 avqust 2023-cü il tarixdə, saat 20 radələrində bərbərxananın qapısını kilidləyərək, yaşadığı evə getmişdir. 31 avqust 2023-cü il tarixdə, saat 08 radələrində sözü gedən bərbərxanaya gələrkən, qapının açıq olmasını görmüşdür. Həmin vaxt bərbərxananın içərisinə daxil olmuş, açıq vəziyyətdə olan dolabın içərisindən 15 (on beş) manat pulun naməlum şəxs tərəfindən oğurlanmasını görmüşdür. Bu səbəbdən də həmin tarixdə Şəmkir rayon Polis şöbəsinə ərizə ilə müraciət edərək, baş vermiş hadisə ilə bağlı məlumat vermişdir. Şahid5 verilən sualları cavablandırarkən, 30 avqust 2023-cü il tarixdən 31 avqust 2023-cü il tarixdə keçən gecə Şəmkir şəhəri, 20 Yanvar küçəsində yerləşən Mərkəzi bazarın daxilində olan bərbərxanadan Təqsirləndirilən şəxs tərəfindən ona məxsus 15 (on beş) manat puldan əlavə heçnə oğurlanmamasını və Şəmkir rayonu, Tatarlı kənd sakini Təqsirləndirilən şəxs tanımamasını, Təqsirləndirilən şəxs ilə hər hansı ədavət və düşmənçiliyinin olmamasını bildirmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Samux rayonu, Qarayeri qəsəbəsi, C.Məmmədov küçəsi, ev 3, mənzil 1-də ailə üzvləri ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əmək fəaliyyəti ilə məşğul olur. ünvan 3 ünvanında yerləşən «N-1» adlı dönər adı ilə fəaliyyət göstərən ticarət obyektini icarəyə götürərək işlədir. Həmin obyekt yeməkxana tiplidir, obyek dönərxana kimi fəaliyyət göstərir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış və aralarında heç bir ədavəti və düşmənçiliyi olmamışdır. 31 avqust 2023-cü il tarixdə, saat 09 radələrində iş yerinə gələrək obyektin plastik qapısını açmaq istəyərkən qapının açıq olduğunu görmüşdür. Həmin vaxtı obyektdən oğurluq edilməsini başa düşüb, dərhal nəyin oğurlanmasını müəyyən etmək üçün dönərxananın içərisinə baxmağa başlamışdır. Lakin obyektdən hər hansı əşyanın oğurlanmadığını aşkar etmişdir. O, gündəlik olaraq obyekti bağladığı zaman kassadan pulları da götürdüyü üçün oğurluq məqsədilə daxil olan Təqsirləndirilən şəxs kassada pul tapa bilməmiş, lakin o, baş vermiş oğurluq hadisəsi ilə bağlı Şəmkir rayon Polis şöbəsinə ərizə ilə müraciət edərək bildirmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, ünvan 4 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əmək kimi Şəmkir şəhəri, 20 Yanvar küçəsində yerləşən «Cell» lombardda kredit mütəxəssisi vəzifəsində işləyir. Şəmkir rayonu, Tatarlı kənd sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında heç bir ədavəti olmamışdır. 31 avqust 2023-cü il tarixdə, saat 09 radələrində iş yerinə gələrkən obyektin plastik qapısını açmaq istədikdə qapının açıq olduğunu görmüşdür. Həmin vaxtı obyektdən oğurluq edilməsini başa düşüb, dərhal nəyin oğurlanmasını müəyyən etmək üçün axtarış aparmağa başlamışdır. Həmin vaxtı əyləşdiyi stolun siyirməsindən ona məxsus 50 (əlli) manat pulun oğurlanmasını aşkar etmişdir. Daha sonra obyektin videomüşahidə kameralarına baxdıqda adı sonradan ona məlum olan Təqsirləndirilən şəxs obyektin plastik qapısını açma yolu ilə içəri daxil olduğunu, daha sonra nəisə axtarması, onun əyləşdiyi stolun siyirməsindən 50 (əlli) manat pulu götürüb, daha sonra gizlincə obyektdən çıxmasını müəyyən etmişdir. O, işlədiyi lombarda gündəlik olaraq pulları baş ofisə təhvil verir, bu səbəbdən obyektdə pul saxlanılmır. 30 avqust 2023-cü il tarixdə isə iş vaxtı özünə məxsus 50 (əlli) manat pulu əyləşdiyi masanın alt hissəsində yerləşən siyirməyə qoymuş, işdən gedərkən də pulu götürməyi unutmuşdur. O, həmin vaxt baş vermiş oğurluq hadisəsi ilə bağlı Şəmkir rayon Polis şöbəsinə ərizə ilə müraciət edərək bildirmişdir. Şahid3 verilən sualları cavablandırarkən, adı sonradan ona məlum olan Təqsirləndirilən şəxs digər əşyaları oğurlamasını aşkar etməməsini, «Cell» lombard şirkət kimi fəaliyyət göstərməsini, müxtəlif rayonlarda və yerlərdə filialları fəaliyyət göstərmsəini bildirmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, Şəmkir rayonu, Yuxarı Çaykənd kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əmək fəaliyyəti ilə məşğul olur. ünvan 5 ünvanında yerləşən Zərərçəkmiş şəxs2 məxsus «El market» adı ilə fəaliyyət göstərən ərzaq məhsulları mağazasında satıcı vəzifəsində işləyir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında heç bir ədavətləri olmamışdır. 31 avqust 2023-cü il tarixdə, saat 09 radələrində iş yerinə gələrək mağazanı qapısını açıb içəri daxil olmuş, lakin mağazaya daxil olduqda oradan oğurluq edilməsini əvvəlcə bilməmiş, çünki mağazada heç bir əşya dağılmamış, nə də qapı və pəncərə sındırılmamışdır. Bu səbəbdən də mağazada oğurluq olması bilinməmişdir. Ancaq mağazadakı kassanın arxasındakı vitrinə baxdıqda orada olan siqaretlərin yerində olmadığını görmüşdür. Əvvəlki gün mağazadan çıxarkən siqaretlər yerində olmuş, ertəsi günü də işə gələrkən siqaretlərin yerində olmadığına görə mağazada oğurluq baş verdiyini müəyyən etmişdir. O, əvvəlcə mağazanın videomüşahidə kameralarına baxmış, video görüntüləri izləyən zaman adı sonradan ona məlum olan Təqsirləndirilən şəxs 31 avqust 2023-cü il tarixdə, saat 01 radələrində plastik qapını zor tətbiq edərək açmaqla mağazaya daxil olmasını, daha sonra kassada pul axtarmasını, lakin kassada pul tapmadıqda vitrində olan 1034 (min otuz dörd) manat 50 (əlli) qəpik dəyərində siqaretləri torbaya yığmasını, daha sonra mağazadan gizli şəkildən çıxaraq uzaqlaşmasını müəyyən etmişdir. O, oğurluq hadisəsini aşkar etdikdə mağaza sahibi Zərərçəkmiş şəxs2 zəng edərək, baş vermiş hadisə barədə məlumat vermişdir. Lakin Zərərçəkmiş şəxs2 özü Şəmkir rayonu ərazisində olmadığı üçün hadisə barədə məlumat verməyini ona demişdir. O, isə oğurluq hadisəsinin baş verməsi barədə ərizə ilə Şəmkir rayon Polis şöbəsinə müraciət edərək bildirmişdir. Məhkəmə, ibtidai araşdırma mərhələsində iş üzrə şahid qismində dindirilmiş, lakin məhkəmə istintaqında iştirak etməmiş Şahid1 da məhkəmə istintaqında elan edilərək tədqiq olunmuş ifadəsini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. Belə ki, ibtidai araşdırma zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, ünvan 6 ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əmək kimi ünvan 2 ünvanda yerləşən «Araz» marketdə kassir işləyir. Həmin obyekt Zərərçəkmiş şəxs1 məxsusdur. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında heç bir ədavət olmamışdır. 13 avqust 2023-cü il tarixdə, saat 16 radələrində mağazada müştərilər az olduğu vaxtda kassadan çıxıb, mağazanın satış vitrinləri arasındakı tərəzidə yığdığı şirniyyat məhsulunu çəkirmiş, təxminən 2-3 dəqiqə ərzində kassa nəzarətsiz qalmış, həmin müddətdə mağazaya daxil olan və kassanın nəzarətsiz olmasından istifadə edən adı sonradan ona məlum olan Təqsirləndirilən şəxs əvvəlcə ətrafı müşahidə etmiş, sonra isə gizlin şəkildə həmin vaxtı kilidi açıq olan siyirmədən 1394 (min üç yüz doxsan dörd) manat pulu oğurlamışdır. O, axşam saatlarında mağazada hesabat apararkən 1394 (min üç yüz doxsan dörd) manat pulun siyirmədə olmadığını aşkar etmişdir. Həmin vaxtı pulun oğurlandığını başa düşüb, mağazanın video müşahidə kameralarına baxaraq pulu axtarmağa başlamış, mağazanın video müşahidə kameralarında bir nəfər təxminən 16-20 yaşlarında olan, əvvəllər görmədiyi və tanımadığı şəxsin onun vitrinlərin arasındakı tərəzidə mal çəkdiyi vaxt müştəri qismində içəri daxil olmuş, bu zaman kassanın nəzarətsiz olmasından və ətrafda heçkimin olmamasından istifadə edərək, açıq vəziyyətdə olan siyirmədən 1394 (min üç yüz doxsan dörd) manat pulu götürməsi və daha sonra gizlincə mağazadan uzaqlaşmasını müəyyən etmişdir. O, hadisə barədə mağazanın sahibi Zərərçəkmiş şəxs1 məlumat vermişdir. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəyini, ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan 13 avqust 2023-cü il tarixli “Baxış keçirilməsi barədə” protokoldan görünür ki, hadisənin baş verdiyi Şəmkir şəhəri, 20 Yanvar küçəsində yerləşən Zərərçəkmiş şəxs1 məxsus “Araz” marketə baxış keçirilmiş və bu barədə protokol tərtib olunmaqla fotoşəkillər çəkilmişdir. Cinayət işinin materiallarında olan 14 avqust 2023-cü il tarixli “Baxış keçirilməsi barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs iştirakı ilə Şəmkir şəhəri, 20 Yanvar küçəsində yerləşən Zərərçəkmiş şəxs1 məxsus “Araz” marketə oğurladığı pul əskinaslarına baxış keçirilmiş və bu barədə protokol tərtib olunmaqla fotoşəkillər çəkilmişdir. Cinayət işinin materiallarında olan 14 avqust 2023-cü il tarixli “Baxış keçirilməsi barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs aldığı Redmin Note 11 Pro markalı telefona və pul əskinaslarına baxış keçirilmiş və bu barədə protokol tərtib olunmaqla fotoşəkillər çəkilmişdir. Cinayət işinin materiallarında olan 31 avqust 2023-cü il tarixli “Baxış keçirilməsi barədə” protokoldan görünür ki, hadisənin baş verdiyi Şəmkir şəhəri, 20 Yanvar küçəsində yerləşən Zərərçəkmiş şəxs3 məxsus mobil telofon dükanına baxış keçirilmiş və bu barədə protokol tərtib olunmaqla fotoşəkillər çəkilmişdir. Cinayət işinin materiallarında olan 01 sentyabr 2023-cü il tarixli “Baxış keçirilməsi barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs “El Marketdən” oğurlayaraq gizlətdiyi əşyalara baxış keçirilmiş və bu barədə protokol tərtib olunmaqla fotoşəkillər çəkilmişdir. Cinayət işinin materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 21 dekabr 2023-cü il tarixli, 9/9737 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən 01 ədəd Çin istehsalı, qara rəngli, 3555xx/xx/174222/5 və 3595xx/xx/174222/5 imei kodlu, “SM-A025F/DS” (A02S) model, 64 GB daxili yaddaşlı, “Samsung” markalı mobil telefonun orta bazar qiyməti təxminən 130,00 manat, 8 adda malların 2023-cü ilin avqust ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 1228.00 manat müəyyən olunur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİdən alınmış tələbnamədən və Şəmkir Rayon Məhkəməsinin 20 sentyabr 2023-cü il tarixli 1(076)-138/2023 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirli bilinib 01 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət işinin materiallarında olan Şəmkir RİHB-nin Şəmkir şəhər İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Cinayət işinin materiallarında olan Şəmkir Rayon İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Şəmkir Rayon Məhkəməsinin 20 sentyabr 2023-cü il tarixli 1(076)-138/2023 saylı hökmü əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirli bilinib 01 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkum xx.xx.2023-cü il tarixdə şöbədə qeydiyyata alınaraq, ona elektron nəzarət vasitəsi tətbiq edilmişdir. Cinayət işinin materiallarında olan zərərçəkmiş şəxslər X4 və Zərərçəkmiş şəxs3 ərizələrindən görünür ki, onlara dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən tamamilə ödənilmişdir. Ona görə də, onların Təqsirləndirilən şəxs şikayət və tələbi yoxdur. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəyini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-136-cı maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs tamah məqsədi ilə qanunsuz və əvəzsiz olaraq özgənin əmlakını gizli talamaq niyyəti ilə Zərərçəkmiş şəxs1 məxsus Şəmkir şəhəri, 20 Yanvar küçəsində yerləşən «Araz» marketin saxlanc yeri hesab edilən kassadan 1394 (bir min üç yüz doxsan dörd) manat nəğd pulunu, Zərərçəkmiş şəxs2 məxsus ünvan 1 ünvanında yerləşən «El Market»in qapısını sındırmaq yolu ilə qanunsuz daxil olaraq ümumilikdə 1088 (bir min səksən səkkiz) manat məbləğində müxtəlif növ tütün məhsullarını, Zərərçəkmiş şəxs3 məxsus Şəmkir şəhəri, 20 Yanvar küçəsində yerləşən mobil telefonların satışı mağazasına qapısını sındırmaq yolu ilə qanunsuz daxil olaraq 280 (iki yüz yetmiş) manat dəyərində telefonları gizli olaraq talamaqla oğurluq cinayət əməllərini törətmişdir. Ona görə də məhkəmə tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməllərinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, zərərçəkmiş şəxslərin ondan heç bir şikayət və tələbinin olmamasını, cinayət nəticəsində dəymiş ziyanı aradan qaldırmasını, eləcə də, cinayətin yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədilməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsinə, cinayət əməlini etiraf edib, əməlindən səmimi peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını isə həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini, eyni zamanda cinayətin yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədilməsini nəzərə alır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 86.1-ci maddəsinə əsasən Yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. Həmin Məcəllənin 86.2-ci maddəsinə əsasən cəza təyin edilərkən yetkinlik yaşına çatmama yüngülləşdirici hal kimi, cəzanı yüngülləşdirən və ağırlaşdıran digər hallarla birlikdə nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi edilməsi məsələsini müzakirə etməlidir. Həmçinin, qərarda məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8–ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32–ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29–cu maddəsinin 4–cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999–cu il tarixli Qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməli “az ağır” olmaqla, qanunla qorunan mülkiyyət münasibətləri əleyhinə olan, özgənin əmlakını gizli olaraq talamada ifadə olunan qəsdən törədilən cinayətdir. Qeyd olunanlara əsasən məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyası daxilində azadlığın məhdudlaşdırılması növündə qəti cəza təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Bundan başqa, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs xx xxxxxxxx 2007-ci il təvəllüdlü olmaqla cinayət törədən zaman yetkinlik yaşına çatmamışdır. Bu səbəbdən təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edərkən, məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 85.4-1ci maddəsinin tələblərini rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 85.4-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması yetkinlik yaşına çatmayanlara iki aydan iki ilədək müddətə təyin edilir. Odur ki, məhkəmə, məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməllərinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində müəyyən olunmuş hədlərdə cəza təyin olunmalı, həmin Məcəllənin 66.5-ci maddəsində nəzərdə tutulmuş qaydada, yeni və əvvəlki hökmlə təyin edilmiş cəzalar qismən toplanmaqla ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Göründüyü kimi Təqsirləndirilən şəxs hazırkı iş üzrə törətmiş olduğu cinayət əməllərini Şəmkir Rayon Məhkəməsinin 20 sentyabr 2023-cü il tarixli hökmündən əvvəl törətdiyindən Şəmkir Rayon Məhkəməsinin 20 sentyabr 2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təyin edilmiş 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasını həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplamaqla ona qəti cəza təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli isə Şəmkir Rayon Məhkəməsinin 20 sentyabr 2023-cü il tarixli hökmü üzrə təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasını çəkməyə başladığı vaxtdan, yəni Şəmkir rayon İcra və Probasiya şöbəsində qeydiyyata alındığı 20 oktyabr 2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə Şəmkir rayonunun hüdudlarını tərk etməmək, Şəmkir rayonunda yerləşən yaşayış yerini saat 23:00-dan saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaçəkmə müddətinin əvvəli onun Şəmkir Rayon Məhkəməsinin hökmü əsasında cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.0.3-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10-cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 50 manat məhkəmə məsrəfi tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE******************** Büdcə təsnifatının kodu 142595 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22). Azərbaycan Respublikası CPM–nin 346.1.17–ci maddəsinə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub–olmamasıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə mülki iddia yoxdur. İttiham hökmü qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20-ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Şəmkir Rayon Məhkəməsinin 20 sentyabr 2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təyin edilmiş 01 il müddətə azadlığın məhdudlaşdırılması cəzasını həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplamaqla ona qəti olaraq 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə Şəmkir rayonunun hüdudlarını tərk etməmək, yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Şəmkir Rayon Məhkəməsinin 20 sentyabr 2023-cü il tarixli hökmü ilə təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasını çəkməyə başladığı vaxtdan, yəni Şəmkir Rayon İcra və Probasiya Şöbəsində qeydiyyata alındığı 20 oktyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində məhkəmə məsrəfi tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE******************** Büdcə təsnifatının kodu 142595 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22). Hökmün icrası Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №1(076)-156/2024
Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-156/2024
13.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver