Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-156/2025 12.08.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.2005-ci il tarixdə Şəmkir rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Qazax rayon, Barxudarlı kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və daşıma cinayət əməllərini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 2024-cü ilin noyabr ayında istintaqla müəyyən edilə bilməyən tarixdə Şəmkir rayonu, Yeni Həyat kəndi ərazisində yerləşən qəbirstanlığın yaxınlığında yabanı halda bitmiş çətənə kollarından toplayaraq əldə etdiyi “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr”in İ siyahısının İ bəndi, həmçinin “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş eyni adlı İ siyahısı ilə müəyyən edilən, narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamış, sonra isə Şəmkir rayonu ərazisində üzərində gəzdirərək daşımış, daxil olmuş əməliyyat məlumatı əsasında Şəmkir rayon Polis şöbəsinin Kür polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyindən, Təqsirləndirilən şəxs 02 yanvar 2025-ci il tarixdə, saat 22:00 radələrində Şəmkir şəhəri, 20 Yanvar küçəsində yerləşən Hərbi Şəhərciyin yaxınlığında saxlanılaraq Şəmkir rayon polis şöbəsinin Kür polis bölməsinin cinayətaxtarış üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid1 tərəfindən üstü yoxlanarkən əynində olan qara rəngli qış gödəkçəsinin sağ yan cibində saxladığı 1 (bir) ədəd kiçik ölçülü şəffaf polietilen paketdə ağ rəngli salfet bükümündə ümumi təmiz çəkisi 8,03 qram bitki mənşəli kütlə, xeyli miqdarda tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, habelə işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, Şəmkir şəhəri, M.Ə.Rəsulzadə küçəsi ev 93-də anası və babası ilə birlikdə yaşayır. Rəsmi iş yeri yoxdur, fərdi olaraq iş olduqda günəmuzd fəhləlik edərək ailəsini dolandırır. 2024-cü ilin oktyabr ayından narkotik vasitə istifadə edir, narkotik vasitənin marixuana növündən istifadə edir, başqa növündən istifadə etmir. 2024-cü ilin noyabr ayında Şəmkir rayonu Yeni Həyat kəndində yerləşən qəbirsanlığın yaxınlığında piyada hərəkətdə olarkən yabanı halda bitmiş çətənə kollarını görmüş, bitkinin qurumuş yarpaqlarını salfetkaya yığaraq şəffaf rəngli sellofan torbacığın içərisinə öz şəxsi istifadəsi üçün cibinə qoyub özündə saxlamış, bu barədə isə heç kimə deməmişdir. Həmin narkotik vasitədən bir necə də istifadə etmişdir. 02 yanvar 2025-ci il tarixdə Hərbi şəhərçiyinin ərazisində piyada hərəkətdə olan zaman 4 nəfər mülki geyimli şəxs ona yaxınlaşıb özlərini Şəmkir rayon Polis şöbəsinin Kür PB-nin polis əməkdaşları kimi təqdim edərək, narkotik vasitələrin istifadəsi və saxlanmasında şübhəli bilindiyim üçün onu saxlamışlar, bundan sonra videoçəkiliş ilə üzərində yoxlanış aparılacağını demişlər və o, da həmin vaxt üzərində olan narkotik vasitə olan marixuananın onsuz da aşkar olunacağını düşündüyü üçün əynində olan qara rəngli qış gödəkçəsinin sağ yan cibində saxladığı 1 (bir) ədəd kiçik ölçülü şəffaf polietilen paketdə ağ rəngli salfet bükümündə olan qurudulmuş marixuanaya bənzər yaşıl rəngli ot kütləsiniçıxararaq polislərə vermiş, həmin marixuana sellofan ilə birlikdə elektron tərəzidə çəkilmiş, marixuananın sellofan qablaşdırma ilə birlikdə çəkisinin 9,63 qram olması müəyyən edilmişdir. Marixuanadan başqa onun üzərindən bir ədəd mobil telefon aşkar edilmiş və həmin əşyalar özünə qaytarılmışdır. Bundan sonra həmin marixuana qablaşdırılaraq götürülmüş və polis əməkdaşları tərəfindən Şəmkir rayon polis şöbəsinə gətirilmişdir. Şəmkir rayon Polis şöbəsində olan zaman təhqiqatçı tərəfindən ona hüquqlarımın müdafiəsi üçün vəkil tutmaq hüququmun olması izah edilərkən, maddi imkanının olmadığını bildirmiş, həmin vaxt təhqiqatçı tərəfindən ona Şəmkir rayon ərazisində fəaliyyət göstərən vəkillərin siyahısı təqdim edilmişdir. Həmin vaxt ona təqdim edimiş siyahıdan Şəmkir rayon Vəkil Bürosunun vəkili X1, hüquqlarını müdafiə edilməsi üçün dəvət edilməsini xahiş etmişdir. Müdafiəçi X4 dəvət olunduqdan sonra müdafiəçinin iştirakı ilə fasiləsiz video çəkiliş aparmaqla şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı da ona üzərindən qanunla dövriyyəsi qadağan edilmiş narkotik vasitə, psixotrop maddə və sair qanunla dövriyyəsi qadağan edilmiş predmet olub-olmaması soruşulmuş, olduğu halda təqdim etməyi təklif edilmiş, lakin həmin vaxt üzərindən qanunla qadağan edilmiş heç bir şey aşkar edilməmişdir.Verilmiş sualların mahiyyəti üzrə bildirmişdir ki, üzərindən aşkar edilərək, götürülmüş 1 (bir) ədəd kiçik ölçülü şəffaf polietilen paketdə ağ rəngli salfet bükümündə təmiz çəkisi 8,03 qram narkotik vasitə olan marixuananı öz şəxsi istifadəsi üçün üzərində gəzdirməklə saxlamışdır. Üzərimdən aşkar edilərək, götürülmüş 1 (bir) ədəd kiçik ölçülü şəffaf polietilen paketdə ağ rəngli salfet bükümündə təmiz çəkisi 8,03 qram narkotik vasitə olan marixuananı heç kimə satmamış və yaxud hədiyyə etməmişdir. Həmçinin üzərində narkotik vasitə olan marixuananın olması ilə bağlı heç kimə bildirməmişdir. Üzərindən aşkar edilərək götürülmüş 1 (bir) ədəd kiçik ölçülü şəffaf polietilen paketdə ağ rəngli salfet bükümündə təmiz çəkisi 8,03 qram narkotik vasitə olan marixuananı 2024-cü ilin noyabr ayında Şəmkir rayonu Yeni Həyat kənd qəbirsanlığının yaxınlığında piyada hərəkətdə olan zaman yerdən tapmışdır, əgər lazım olarsa həmin yeri göstərə bilər. Törətdiyi əmələ görə çox peşman olduğunu bildirərək onun barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Şəmkir rayon Polis şöbəsinin Kür polis bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində polis kiçik leytenantı rütbəsi ilə xidmət edir. Şəmkir şəhəri, M.Ə.Rəsulzadə küçəsi ev 93-də yaşayan Təqsirləndirilən şəxs xidməti işi ilə əlaqədar olaraq tanımışdır. Belə ki, 02 yanvar 2025-ci il tarixdə Şəmkir şəhəri, M.Ə.Rəsulzadə küçəsi ev 93-də yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri daşıması, saxlaması və istifadəsi barədə etimad doğuran, məlum, qərəzsiz mənbədən ona məlumat daxil olmuşdur. Daxil olmuş məlumat barədə Şəmkir rayon polis şöbəsinin Kür polis bölməsinin rəisinə raportla müraciət etmişdir və rəisin razılığı ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş qərara əsasən onun rəhbərliyi ilə Şəmkir RPŞ-nin Kür PB-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid2, Şəmkir RPŞ-nin Kür PB-nin sahə polis nəfəri, polis baş serjantı Şahid3 və Şəmkir RPŞ-nin Kür PB-in sahə polis nəfəri, polis baş serjantı Şahid4 ibarət əməliyyat qrupu yaradılmışdır. Həmin tarixdə, saat 22 radələrində əməliyyat yolu ilə daxil olmuş məlumatı dəqiqləşdirmək üçün əməliyyat qrupunun üzvləri tərəfindən barəsində əməliyyat məlumatının daxil olduğu, Şəmkir şəhərində yaşayan Təqsirləndirilən şəxs Şəmkir şəhəri, 20 Yanvar küçəsində yerləşən Hərbi şəhərciyin yaxınlığında saxlanılmaqla ona narkotik vasitələr saxlamaqda şübhəli olduğunu və bunun üçün də üzərində yoxlama aparılacağını bildirmişlər, həmin vaxt sahə polis nəfəri, polis baş serjantı Şahid4 tərəfindən videogörüntü çəkilmişdir. Üzərində yoxlama aparılan Təqsirləndirilən şəxs üzərində narkotik vasitə, psixotrop maddə və ya qanunla dövriyyəsi qadağan edilmiş hər hansı əşya və predmət olub-olmaması soruşulmuş və olduğu halda təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən şəffaf rəngli sellofanın içərisində, ağ rəngli solfet bükümün içərisində, tünd rəngli, kəskin iyili marixuanaya bənzər kütləni təqdim etmişdir. Sonuncu iki aydır ki, narkotik vasitələrdən istifadə etdiyini və həmin marixuanaya bənzər kütləni Şəmkir rayonu, Yeni Həyat kəndi ərazisində olan qəbiristanlığın kənarında yabanı halda bitən çətənə bitkisindən yığdığını və şəxsi istifadəsi üçün saxladığını bildirmişdir. Həmin narkotik vasitə Şahid1 tərəfindən solfet və sellofan bükümlə birlikdə elektron tərəzidə çəkilmiş və bükümlərlə birlikdə çəkisinin 9,63 qram olması müəyyən edilmişdir, bundan sonra büküm zərfə qoyularaq DİN-in zərflər üçün olan 117 saylı möhürü ilə möhürlənmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində sahə polis nəfəri Şahid3 tərəfindən yoxlama aparılan zaman onun əynində olan tünd rəngli şalvarın sağ yan cibindən bir ədəd “HONOR” markalı mobil telefon aşkar edilmişdir və iş üçün əhəmiyyət kəsb etdiyindən Şahid1 tərəfindən zərfə qoyulub qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən digər narkotik vasitə, psixotrop maddə və qanunla dövriyyəsi qadağan edilmiş hər hansı əşya aşkar edilməmişdir. Üst yoxlama prosesi bitdikdən sonra Təqsirləndirilən şəxs Şəmkir rayon polis şöbəsinin Kür polis bölməsinə gətirilmiş və keçirilmiş əməliyyat tədbirinin nəticəsi barədə Şəmkir RPŞ-nin Kür PB-in rəisinə raportla məruzə edilmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəyə bənzər kütlənin qablaşdırıldığı bir ədəd zərf və ona məxsus bir ədəd “HONOR” markalı mobil telefon Şahid1 tərəfindən Şəmkir RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı Nurlan Əliquluyevə təqdim edilmişdir. Həmin zərf təhqiqatçı tərəfindən videogörüntü ilə ondan götürülmüşdür, eləcə də o, Təqsirləndirilən şəxs təhqiqatçı Nurlan Əliquluyevə təqdim etmişdir. Sonradan ona məlum olmuşdur ki, Şəmkir RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı Nurlan Əliquluyev tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, müdafiəçi ilə təmin edilmiş və müdafiəçisinin iştirakı ilə üzərində şəxsi axtarış aparılmış, lakin onun üzərindən iş üçün əhəmiyyət kəsb edən hər hansı əşya və predmət aşkar edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Şəmkir rayon Polis şöbəsinin Kür polis bölməsinin sahə polis nəfəri vəzifəsində polis baş serjantı rütbəsi ilə xidmət edir. Şəmkir şəhəri, M.Ə.Rəsulzadə küçəsi ev 93-də yaşayan Təqsirləndirilən şəxs xidməti işi ilə əlaqədar olaraq tanımışdır. Belə ki, 02 yanvar 2025-ci il tarixdə Şəmkir şəhəri, M.Ə.Rəsulzadə küçəsi ev 93-də yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri daşıması, saxlaması və istifadəsi barədə etimad doğuran, məlum, qərəzsiz mənbədən Şəmkir RPŞ-nin Kür PB-in cinayət-axtarış üzrə əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid1 məlumat daxil olmuşdur. Daxil olmuş məlumat barədə Şəmkir rayon Polis şöbəsinin Kür polis bölməsinin rəisinə raportla müraciət edildikdən sonra rəisin razılığı ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş qərara əsasən onun rəhbərliyi ilə Şəmkir RPŞ-nin Kür PB-nin sahə polis nəfəri, polis baş serjantı Şahid3, Şəmkir rayon Polis şöbəsinin Kür polis bölməsinin əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid2 və Şəmkir RPŞ-nin Kür PB-in sahə polis nəfəri, polis baş serjantı Şahid4 ibarət əməliyyat qrupu yaradılmışdır. Həmin tarixdə, saat 22 radələrində əməliyyat yolu ilə daxil olmuş məlumatı dəqiqləşdirmək üçün əməliyyat qrupunun üzvləri tərəfindən barəsində əməliyyat məlumatının daxil olduğu, Şəmkir şəhərində yaşayan Təqsirləndirilən şəxs Şəmkir şəhəri, 20 Yanvar küçəsində yerləşən Hərbi şəhərciyin yaxınlığında saxlanılmaqla ona narkotik vasitələr saxlamaqda şübhəli olduğunu və bunun üçün də üzərində yoxlama aparılacağını bildirmişlər, həmin vaxt sahə polis nəfəri, polis baş serjantı Şahid4 tərəfindən videogörüntü çəkilmişdir. Üzərində yoxlama aparılan Təqsirləndirilən şəxs üzərində narkotik vasitə, psixotrop maddə və ya qanunla dövriyyəsi qadağan edilmiş hər hansı əşya və predmət olub-olmaması soruşulmuş və olduğu halda təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən şəffaf rəngli sellofanın içərisində, ağ rəngli solfet bükümün içərisində, tünd rəngli, kəskin iyili marixuanaya bənzər kütləni təqdim etmişdir. Sonuncu iki aydır ki, narkotik vasitələrdən istifadə etdiyini və həmin marixuanaya bənzər kütləni Şəmkir rayonu, Yeni Həyat kəndi ərazisində olan qəbiristanlığın kənarında yabanı halda bitən çətənə bitkisindən yığdığını və şəxsi istifadəsi üçün saxladığını bildirmişdir. Həmin narkotik vasitə Şahid1 tərəfindən solfet və sellofan bükümlə birlikdə elektron tərəzidə çəkilmiş və bükümlərlə birlikdə çəkisinin 9,63 qram olması müəyyən edilmişdir, bundan sonra büküm zərfə qoyularaq DİN-in zərflər üçün olan 117 saylı möhürü ilə möhürlənmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində onun tərəfindən yoxlama aparılan zaman onun əynində olan tünd rəngli şalvarın sağ yan cibindən bir ədəd “HONOR” markalı mobil telefon aşkar edilmiş və iş üçün əhəmiyyət kəsb etdiyindən əməliyyat müvəkkili Şahid1 tərəfindən zərfə qoyulub qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən digər narkotik vasitə, psixotrop maddə və qanunla dövriyyəsi qadağan edilmiş hər hansı əşya aşkar edilməmişdir. Üst yoxlama prosesi bitdikdən sonra Təqsirləndirilən şəxs Şəmkir rayon polis şöbəsinin Kür polis bölməsinə gətirilmiş və keçirilmiş əməliyyat tədbirinin nəticəsi barədə Şəmkir RPŞ-nin Kür PB-in rəisinə raportla məruzə edilmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəyə bənzər kütlənin qablaşdırıldığı bir ədəd zərf və ona məxsus bir ədəd “HONOR” markalı mobil telefon Şahid1 tərəfindən Şəmkir RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı Nurlan Əliquluyevə təqdim edilmişdir. Həmin zərf təhqiqatçı tərəfindən videogörüntü ilə Şahid1 götürülmüşdür, eləcə də Təqsirləndirilən şəxs təhqiqatçı Nurlan Əliquluyevə təqdim etmişlər. Sonradan ona məlum olmuşdur ki, Şəmkir RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı Nurlan Əliquluyev tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, müdafiəçi ilə təmin edilmiş və müdafiəçisinin iştirakı ilə üzərində şəxsi axtarış aparılmış, lakin onun üzərindən iş üçün əhəmiyyət kəsb edən hər hansı əşya və predmət aşkar edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Şəmkir rayon Polis şöbəsinin Kür polis bölməsinin sahə polis nəfəri vəzifəsində polis baş serjantı rütbəsi ilə xidmət edir. Şəmkir şəhəri, M.Ə.Rəsulzadə küçəsi ev 93-də yaşayan Təqsirləndirilən şəxs xidməti işi ilə əlaqədar olaraq tanımışdır. Belə ki, 02 yanvar 2025-ci il tarixdə Şəmkir şəhəri, M.Ə.Rəsulzadə küçəsi ev 93-də yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri daşıması, saxlaması və istifadəsi barədə etimad doğuran, məlum, qərəzsiz mənbədən Şəmkir RPŞ-nin Kür PB-in cinayət-axtarış üzrə əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid1 məlumat daxil olmuşdur. Daxil olmuş məlumat barədə Şəmkir rayon Polis şöbəsinin Kür polis bölməsinin rəisinə raportla müraciət edildikdə sonra rəisin razılığı ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında Şahid1 tərəfindən qəbul edilmiş qərara əsasən onun rəhbərliyi ilə Şəmkir RPŞnin Kür PB-nin sahə polis nəfəri, polis baş serjantı Şahid4, Şəmkir rayon Polis şöbəsinin Kür polis bölməsinin əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid2, Şəmkir RPŞ-nin Kür PB-in sahə polis nəfəri, polis baş serjantı Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. Həmin tarixdə, saat 22 radələrində əməliyyat yolu ilə daxil olmuş məlumatı dəqiqləşdirmək üçün əməliyyat qrupunun üzvləri tərəfindən barəsində əməliyyat məlumatının daxil olduğu, Şəmkir şəhərində yaşayan Təqsirləndirilən şəxs Şəmkir şəhəri, 20 Yanvar küçəsində yerləşən Hərbi şəhərciyin yaxınlığında saxlanılmaqla sonuncuya narkotik vasitələr saxlamaqda şübhəli olduğunu və bunun üçün də üzərində yoxlama aparılacağını bildirmişlər, həmin vaxt onun tərəfindən videogörüntü çəkilmişdir. Üzərində yoxlama aparılan Təqsirləndirilən şəxs üzərində narkotik vasitə, psixotrop maddə və ya qanunla dövriyyəsi qadağan edilmiş hər hansı əşya və predmət olub-olmaması soruşulmuş və olduğu halda təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən şəffaf rəngli sellofanın içərisində, ağ rəngli solfet bükümün içərisində, tünd rəngli, kəskin iyili marixuanaya bənzər kütləni təqdim etmişdir. Sonuncu iki aydır ki, narkotik vasitələrdən istifadə etdiyini və həmin marixuanaya bənzər kütləni Şəmkir rayonu, Yeni Həyat kəndi ərazisində olan qəbiristanlığın kənarında yabanı halda bitən çətənə bitkisindən yığdığını və şəxsi istifadəsi üçün saxladığını bildirmişdir. Həmin narkotik vasitə Şahid1 tərəfindən solfet və sellofan bükümlə birlikdə elektron tərəzidə çəkilmiş və bükümlərlə birlikdə çəkisinin 9,63 qram olması müəyyən edilmişdir, bundan sonra büküm zərfə qoyularaq DİN-in zərflər üçün olan 117 saylı möhürü ilə möhürlənmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində Şahid3 tərəfindən yoxlama aparılan zaman onun əynində olan tünd rəngli şalvarın sağ yan cibindən bir ədəd “HONOR” markalı mobil telefon aşkar edilmişdir və iş üçün əhəmiyyət kəsb etdiyindən əməliyyat müvəkkili Şahid1 tərəfindən zərfə qoyulub qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən digər narkotik vasitə, psixotrop maddə və qanunla dövriyyəsi qadağan edilmiş hər hansı əşya aşkar edilməmişdir. Üst yoxlama prosesi bitdikdən sonra Təqsirləndirilən şəxs Şəmkir rayon polis şöbəsinin Kür polis bölməsinə gətirilmiş və keçirilmiş əməliyyat tədbirinin nəticəsi barədə Şəmkir RPŞ-nin Kür PB-in rəisinə raportla məruzə edilmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəyə bənzər kütlənin qablaşdırıldığı bir ədəd zərf və ona məxsus bir ədəd “HONOR” markalı mobil telefon Şahid1 tərəfindən Şəmkir RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı Nurlan Əliquluyevə təqdim edilmişdir. Həmin zərf təhqiqatçı tərəfindən videogörüntü ilə Şahid1 götürülmüşdür, eləcə də Təqsirləndirilən şəxs təhqiqatçı Nurlan Əliquluyevə təqdim etmişlər. Sonradan ona məlum olmuşdur ki, Şəmkir RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı Nurlan Əliquluyev tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, müdafiəçi ilə təmin edilmiş və müdafiəçisinin iştirakı ilə üzərində şəxsi axtarış aparılmış, lakin onun üzərindən iş üçün əhəmiyyət kəsb edən hər hansı əşya və predmət aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və saxlanılan şəxsin üstünün yoxlanılmasına dair” 02 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcəninin sağ yan cibindən şəffaf rəngli sellofanin içərisində, ağ rəngli solfet bükümün içərisində, tünd rəngli, kəskin iyli marixuanaya bənzər kütləni təqdim edərək, 2 aydır ki, narkotik vasitələrdən istifadə etdiyini və həmin marixunaya bənzər kütləni Şəmkir rayonu Yeni Həyat kəndi ərazisində olan qəbristanlığın kənarında yabanı halda bitən çətənə bitkisindən yığdığını və şəxsi istifadəsi üçün saxladığını bildirdi. Həmin şəffaf rəngli sellofanın içərisində, ağ rəngli solfet bükümün içərisində, tünd rəngli, kəskin iyli marixuanaya bənzər kütləni tərəfimdən bir ədəd zərfdə qablaşdırıldı və üzəri Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 117 nömrəli möhürü ilə möhürləndikdən sonra imzalanaraq götürüldü. Üzerine üst yoxlama aparılan zaman əlavə olaraq 1 eded özüne mexsus olan Honor markalı mobil telefon aşkar edildi. Həmin mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən bir ədəd zərfdə qablaşdırıldı və üzəri Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 117 nömrəli möhürü ilə möhürləndikdən sonra imzalanaraq götürüldü. Daha sonra üzerine üst yoxlama aparılan zaman əlavə olaraq narkotik vasitə və psixotrop maddə dövrüyyəsi qadağan olunmuş hər hansı bir əşya aşkar edilmədi. “Şübhəli şəxsi tutma haqqında” 02 yanvar 2025-ci il tarixli protokoldan, təqsirləndirilən şəxs qismində cəlb edilməklə ittiham elan edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında 04 yanvar 2025-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 02 yanvar 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və 04 yanvar 2025-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmiş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək X5 azad edilmişdir. “Cinayət işi başlanması və icraata qəbul edilməsi barədə” 03 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. Məhkəmə-bioloji ekspertizasının 03 yanvar 2025-ci il tarixli, 16/4 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş, üzərində «Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş narkotik maddə olan maixuanaya bənzər kütlə » yazı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd kçik ölçülü şəffaf polietilen paketdəki ağ rəngli salfet bükümündə təmiz çəkisi 8,03 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. (Qeyd: marixuana təmiz çəkisi 8,03 qram tədqiqata sərf edildi-0,02 qr, qalıq – 8,01 qram) Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhəri Narkoloji Dispanserinin ambulator məhkəmə–narkoloji ekspertizasının 13 yanvar 2025-ci il tarixli, 47 nömrəli rəyinin nəticə hissəsindən məlum olur ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmiş və məhkum olunmamışdır. Şəmkir rayon Çinarlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəli tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunmuşdur. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətinin protokolları və digər sənədlərlə təqsirləndirilən şəxsin satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan marixuananı (kannabis) əldə etməsi, daşıması və saxlaması tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, təqsirləndirilən şəxsin törətdiyi əməli etiraf edib, səmimi peşmançılıq hissi keçirməsini, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla belə məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması imkanları hələ tükənməmişdir, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cəzanın təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Digər tərəfdən qeyd edilməlidir ki, azadlıqdan məhrum etmə cəzası təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında daha yüngül cəza növü olan azadlığın məhdudlaşdırılması cəzasına alternativ olaraq nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzasını yüngülləşdirən halların olması və cəzasını ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növü kimi azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Həmin Məcəllənin 52-1.3.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək əlavə vəzifəsi müəyyən edə bilər. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Şəmkir rayon ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmalı, bundan başqa onun üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarəti edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, habelə narkomaniyadan müalicə kursu keçmək vəzifələri qoyulmalıdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu müddət CM-in 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün bərabər tutulmaqla ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti cəza saxlanılmalı, cəza çəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş polis yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəza çəkdiyi müddətdə Azərbaycan Respublikası CM-in 93.1.2 və 93-1.2-ci maddələrinə əsasən barəsində tibbi xarakterli məcburi müalicə tətbiq olunmalı, iş üzrə maddi sübut kimi tanınan – Şəmkir Rayon Polis Şöbəsində saxlanılan 8,01 qram marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri olan 30,40 manat pul təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, cəmi 4 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməsinə və yaşadığı Şəmkir rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Şəmkir rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, habelə narkomaniyadan müalicə kursu keçmək vəzifələri vəzifələri qoyulsun. Cəzanın icrası yaşadığı yer üzrə Probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93- 1.2-ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübutlar – Şəmkir Rayon Polis Şöbəsində saxlanılan çəkisi 8,01 qram olan marixuana məhv edilsin, 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 30,40 manat (otuz manat qırx qəpik) Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, hesab №2088501, X2, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №1(076)-156/2025
Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-156/2025
12.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver