Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-157/2024 19.08.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi– Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2, zərərçəkmiş şəxs– Zərərçəkmiş şəxs və təqsirləndirilən şəxs– Təqsirləndirilən şəxs iştirakları ilə xx xxx 1994–cü il tarixdə Şəmkir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Şəmkir Rayon Məhkəməsinin 01 noyabr 2023cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən qəti olaraq 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, hal-hazırda cəza çəkən, Şəmkir şəhəri, Hərbi şəhərcik, DOS-5, ev-30 ünvanında qeydiyyatda olmaqla, ünvan 2ndə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 127.2.3–cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs xuliqanlıq niyyətilə zərərçəkmiş şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurma cinayət əməlini törətmişdir. Belə ki, o, 19 noyabr 2023-cü il tarixdə, saat 23 radələrində Şəmkir şəhəri, Həzi Aslanov küçəsində Şəmkir şəhər sakini Zərərçəkmiş şəxs ona siqaret yandırmaq üçün alışqan verməməsini bəhanə edərək, heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə bir neçə dəfə əl və ayaq zərbələri ilə Zərərçəkmiş şəxs qəsdən vuraraq ona sağ gözaltı nahiyənin və sağ diz oynağının ön səthinin qançırları ilə müşayiət olunan sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən, sol gözətrafı yumşaq toxmaların dərialtı hematoması ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərər vurmaya aid və sağ mil sümüyünün qapalı yerini az dəyişmiş sınığı ilə müşayiət edilən, Zərərçəkmiş şəxs həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığına az ağır zərər vurmuşdur. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, Şahid, X4 və Zərərçəkmiş şəxs əvvəllər tanımamış və onlarla aralarında heç bir ədavəti olmamışdır. 19 noyabr 2023-cü il tarixdə, saat 23 radələrində yaşadığı evdən çıxıb Şəmkir şəhəri, Həzi Aslanov küçəsində yerləşən Annenfeld kafesinin yaxınlığında olan zaman bir nəfər tanımadığı, lakin sonradan adı ona Zərərçəkmiş şəxs kimi məlum olan şəxsi görüb ona tərəf yaxınlaşıb üzərində alışqan olub-olmadığını soruşmuşdur. Həmin vaxt Zərərçəkmiş şəxs ona üzərində alışqan olmadığını bildirmişdir. Ancaq o, Zərərçəkmiş şəxs əlində alışqan olmasını görüb təkrarən ondan alışqan istəmişdir. Lakin Zərərçəkmiş şəxs isə əlində olan alışqanı ona siqaret yandırmaq üçün verməməsi səbəbilə onunla aralarında mübahisələri baş vermişdir. Mübahisə zamanı o, sərxoş olduğu üçün əli ilə Zərərçəkmiş şəxs sol üz nahiyəsindən yumruqla vurmuşdur. Həmin vaxt Zərərçəkmiş şəxs onun tərəfindən aldığı yumruq zərbəsinin təsirindən yerə yıxılmışdır. O, da Zərərçəkmiş şəxs yerə yıxılmasını gördüyü üçün qorxaraq hadisə yerindən uzaqlaşaraq yaşadığı evə getmişdir. Həmin günün səhəri yəni, 20 noyabr 2023-cü il tarixdə, saat 16 radələrində Şəmkir rayon sakinlərindən maraqlanaraq Zərərçəkmiş şəxs yaşadığı ünvanı tapıb ondan üzür istəmək üçün onun yaşadığı ünvan 4 getmişdir. Həmin vaxt onu Zərərçəkmiş şəxs yaşadığı evdən çıxaraq qarşılamışdır. O, Zərərçəkmiş şəxs üzr istəmiş və tutduğu əməldən peşman olmağını bildirmişdir. Zərərçəkmiş şəxs isə onunla əl verib görüşərək onu bağışaldığını deyərək onunla barışmışdır. Hazırda etdiyi hərəkət görə əməlindən peşmandır. Hadisədən sonra zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmiş və onunla barışıq əldə etmişdir. Himayəsində xəstə anası var. Ona görə də, məhkəmədən, ifadəsində göstərdiyi halları nəzərə alaraq, ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Şahid və X7 onun qohumlarıdır, lakin Təqsirləndirilən şəxs əvvəllər tanımamış və onunla aralarında heç bir ədavəti olmamışdır. 19 noyabr 2023-cü il tarixdə, saat 22 radələrində yaşadığı evdən çıxıb Şəmkir şəhəri, Həzi Aslanov küçəsində yerləşən Annenfeld kafesinə gəlib orada pivə qəbul edib yaxınlıqda yerləşən mağazaya yaxınlaşıb özü üçün siqaret alıb mağazadan çıxıb yolla yaşadığı evə doğru piyada hərəkətdə olduğu zaman bir nəfər tanımadığı, lakin sonradan adı ona Təqsirləndirilən şəxs kimi məlum olan şəxs ona tərəf yaxınlaşıb üzərində alışqan olub-olmadığını soruşmuşdur. Həmin vaxt o, Təqsirləndirilən şəxs üzərində alışqan olmadığını demişdir. Ancaq Təqsirləndirilən şəxs təkrarən ondan alışqan istəmişdir. O, Təqsirləndirilən şəxs üzərində alışqan olmadığını təkrar olaraq demişdir. Həmin vaxt Təqsirləndirilən şəxs heç bir səbəb göstərmədən əli ilə yumruqla bir dəfə onun sol alın nahiyəsindən vurmuşdur. Nəticədə o, Təqsirləndirilən şəxs ona vurduğu yumruq zərbəsinin təsirindən yerə yıxılmışdır. Həmin vaxt o, alın nahiyəsindən və yerə yıxılarkən sağ əli cibində olduğu üçün sağ əlindən xəsarət almışdır. Təqsirləndirilən şəxs onu hadisə yerində qoyub oradan uzaqlaşıb getmişdir. O, özünə gəldikdən sora yaşadığı evə getmişdir. Həmin günün səhəri yəni 20 noyabr 2023-cü il tarixdə müayinə olunmaq üçün Şəmkir rayon Mərkəzi xəstəxanasına müraciət etmişdir. Həmçinin həmin tarixdə, saat 16 radələrində o, yaşadığı ünvanda olan zaman Təqsirləndirilən şəxs onun yaşadığı evin yaxınlığına gəlib onu vurmasından peşman olmasını bildirərək, ondan üzür istəmişdir. Bu səbəbdən də o, Təqsirləndirilən şəxs bağışlamışdır. Hadisədən sonra ona dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. Hazırda onun təqsirləndirilən şəxsdən şikayət və tələbi yoxdur. Odur ki, məhkəmədən, ifadəsində göstərdikləri halları nəzərə alaraq, təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş edir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs və X7 onun qohumlarıdır, lakin Təqsirləndirilən şəxs isə əvvəllər tanımamışdır. 26 noyabr 2023-cü il tarixdə, saat 23 radələrində qohumu X7 ilə birlikdə Şəmkir şəhər ərazisində yerləşən «Qızıl Gül» kafesində yemək yeyib spirtli içki qəbul etdikdən sonra sərxoş halda Şəmkir şəhəri, İsarfil Məmmədov küçəsi ilə Nizami Gəncəvi küçəsinin arasında yerləşən Abidələr istirahət parkına gəlmişlər. Orada pivə içib söhbət edərkən sonradan adı ona Təqsirləndirilən şəxs kimi məlum olan Şəmkir şəhər sakini ilə təsadüfən qarşılamışlar. X12 Kazımlıdan nə səbəbə Zərərçəkmiş şəxs döydüyünü soruşmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs sərxoş olduğu üçün Zərərçəkmiş şəxs vurmasını, lakin Zərərçəkmiş şəxs döyməsinə görə ondan üzür istədiyini demişdir. Həmin vaxtı Təqsirləndirilən şəxs ilə aralarında mübahisələri baş vermiş, mübahisə zamanı Etibar Məmmədov əynində olan gödəkcənin sağ yan cibində özü ilə gəzdirdiyi açılıb-bağlanan cib bıçağını çıxardıb Təqsirləndirilən şəxs ürək nahiyəsindən bir dəfə vurub ona xəsarət yetirmişdir. Təqsirləndirilən şəxs Etibar Məmmədov tərəfindən xəsarət aldığına görə qaçıb hadisə yerindən uzaqlaşmışdır. O, Etibar Məmmədov ilə birlikdə Təqsirləndirilən şəxs arxasınca getmişdir. Lakin yolun yarısından geri qayıtmışlar. Sonradan onlara məlum olmuşdur ki, Təqsirləndirilən şəxs Etibar Məmmədov tərəfindən xəsarət aldığına görə Şəmkir rayon Mərkəzi xəstəxanasına və Şəmkir rayon Polis şöbəsinə müraciət edərək, baş vermiş hadisə ilə bağlı bildirmişdir. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan 27 noyabr 2023-cü il tarixli “Baxış keçirilməsi barədə” protokoldan görünür ki, Şəmkir şəhəri, H.Aslanov küçəsində hadisə baş verən əraziyə Zərərçəkmiş şəxs iştirakı ilə baxış keçirilmiş, fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə–Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin Şəmkir Rayon şöbəsinin 27 noyabr 2023-cü il tarixli, 1383 nömrəli “canlı şəxsin ekspertizası barədə” ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı onun bədən səthində aşkar edilmiş xəsarətlər – sol gözətrafı yumşaq toxmaların dərialtı hematoması, sağ gözaltı nahiyənin və sağ diz oynağının ön səthinin qançırları, sağ mil sümüyünün qapalı yerini az dəyişmiş sınığı KÜT əşyaların təsirindən törənmişlər, törənmə müddətləri 19 noyabr 2023-cü il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə sağ mil sümüyünün qapalı yerini az dəyişmiş sınığı sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aiddir, sol gözətrafı yumşaq toxmaların dərialtı hematoması sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir, sağ gözaltı nahiyənin və sağ diz oynağının ön səthinin qançırları isə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün ağırlıq dərəcələri təyin edilmir. Cinayət işinin materiallarında olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023– cü tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN–nin BƏSİİ– dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət işinin materiallarında olan Şəmkir Rayon İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Şəmkir Rayon Məhkəməsinin 01 noyabr 2023-cü il tarixli 1(076)-251/2023 saylı hökmü əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, məhkum xx.xx.2023-cü il tarixdə şöbədə qeydiyyata alınaraq, ona elektron nəzarət vasitəsi tətbiq edilmişdir. Cinayət işinin materiallarında olan Şəmkir Rayon Poliklinikasının xx.xx.2024–cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Şəmkir Rayon Poliklinikasında psixiatrik kabinetdə qeydiyyatda dayanmır. xx.xx.2023-cü il tarixdən Stmiliyatorların qəbulundan yaranan psixi və davranış pozğuntusu diaqnozu ilə narkoloji kabinetdə qeydiyyatda dayanır. Cinayət işinin materiallarında olan 3 saylı Mənzil İstismar Sahəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. İşə əlavə edilmiş 3 saylı Mənzil İstismar Sahəsi tərəfindən verilmiş ailə tərkibi haqqında arayışdan görünür ki, anası X1 Elçin Natiq oğlunun himayəsində yaşayır. İşə əlavə edilmiş X3 tərəfindən verilmiş Epikrizdən görünür ki, Sevinc Hacıyeva sağ gözdən katarakt əməliyyatı olunub və hal-hazırda “Qocalıq nüvə kataraktası” xəstəliyindən əziyyət çəkir. Cinayət işinin materiallarında olan, Zərərçəkmiş şəxs tərəfindən notarial qaydada yazılmış ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ondan heç bir şikayət və tələbi yoxdur. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəyini, istintaq hərəkətlərinin protokollarını və sənədləri Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 124–136–cı maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 143–145–ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir–biri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs xuliqanlıq niyyətilə zərərçəkmiş şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş az ağır zərər vurmuşdur. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 127.2.3-cü maddəsi ilə tövsif olunmalıdır. Məhkəmə, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32–ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29–cu maddəsinin 4–cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999–cu il tarixli Qərarında göstərilir ki, cinayət qanun-vericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003– cü il tarixli 4 №li Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8–ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021–ci il tarixli Qərarında göstərilmişdir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq– aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM–nin 58.3–cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsini, onunla barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1–ci maddəsinə, əməlindən peşman olmasını, habelə yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini isə həmin Məcəllənin 59.2–ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə istintaqı zamanı həmçinin müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(076)-251/2023 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək o, 02 müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü madəsinə əsasən üzərində qət olaraq 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, hazırda cəzasından 08 ay 26 gününü çəkmiş, çəkilməmiş qalan hissəsi 01 il 03 ay təşkil edir. Belə olan halda məhkəmə cəzanı yüngülləşdirən halların mövcudluğunu, cəzanı ağırlaşdıran halların olmamasını, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsində müəyyən olunmuş hədlərdə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalı, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1–1–ci maddəsinə əsasən Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(076)-251/2023 saylı hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının 02 günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla, hazırkı cinayət əməli birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədildiyindən həmin Məcəllənin 66.5–ci maddəsində nəzərdə tutulmuş qaydada, yeni və əvvəlki hökmlə təyin edilmiş cəzalar qismən toplanmaqla ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5–ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə, azadlıqdan məhrum etmə növündə cəzanın hansı cəzaçəkmə müəssisəsində çəkilməli olduğunu müəyyən edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərini rəhbər tutmuşdur. Belə ki, həmin maddəyə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158–ci maddəsinin tələblərinə əsasən, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsə alındığı gündən, yəni 19 avqust 2024–cü il tarixdən hesablanmalıdır və Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməlidir və o, məhkəmə iclas zalından həbsə alınmalıdır. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99–1.1.1 və 99–1.1.2–ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 132.1.1–ci və 131.1.2–ci maddələrinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki–hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir. (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir). Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. Həmçinin məhkəmə, Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut, məhkəmə xərci və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 01 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1–1–ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Şəmkir Rayon Məhkəməsinin 01 noyabr 2023-cü il tarixli hökmü ilə təyin edilmiş 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 il 03 ay hissəsinin iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutularaq, 07 ay 15 gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilsin və həmin Məcəllənin 66.5–ci maddəsinə əsasən Təqsirləndirilən şəxs yeni hökm üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaqla cinayətlərin məcmusu üzrə ona qəti olaraq 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından həbsə alınsın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəza çəkmə müddətinin əvvəli həbsə alındığı gündən, yəni 19 avqust 2024cü il tarixdən hesablansın. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №1(076)-157/2024
Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-157/2024
19.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver