Məhkəmə qərarları › İş №1(076)-157/2025

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №1(076)-157/2025

26.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 1(076)-157/2025 26.02.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi atası: Qanuni nümayəndə Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs Müdafiəçi: Müdafiəçi iştirakları ilə xx.xx.2004-cü ildə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Şəmkir ayonu, Sabirkənd kəndində qeydiyyatda olmaqla, Şəmkir şəhəri, E.Allahverdiyev küçəsində yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 128–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma cinayət əməlini törətmişdir. Belə ki, o, 07 noyabr 2024-cü il tarixdə saat 23 radələrində Şəmkir şəhəri, Heydər Əliyev prospektində yerləşən əyləncə parkında tanışı Zərərçəkmiş şəxs ona münasibətdə olduğu şəxsiyyəti istintaqla müəyyən edilməyən Şəfiqə adlı qızla əlaqələrini kəsməsinə dair iradını bildirməklə, onun şəxsiyyətini həmin vaxt orada olan digər tanışının yanında təhqir edərək alçaltması səbəbindən aralarında şəxsi münasibətlər zəmnində yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs qisas almaq niyyətilə üzərində gəzdirdiyi bıçaqla qəsdən sonuncunun bədəninin sol hissəsinə iki dəfə zərbə endirərək, ona sol bud nahiyəsinin yuxarı üçdə birinin bayır səthinin və sol sarğı nahiyəsinin deşilmişkəsilmiş yaraları ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü ona qarşı irəli sürülmüş ittihamda tam təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs tanıyır, onunla aralarında dostluq münasibətləri olmuşdur. Əvvəllər onunla aralarında heç bir narazılıqları və ədavəti olmamış, münasibətləri yaxşı olmuşdur. Hadisədən bir ay öncə Şəmkir şəhəri, H.Əliyev parkında Zərərçəkmiş şəxslə görüşən zaman Cəsur ona nə üçün onun danışdığı Şəfiqə adlı qızla sosial şəbəkədə yazışdığını bildirmiş, Zərərçəkmiş şəxs istədiyi qız olması barədə əvvəlcədən məlumatının olmadığını demiş, həmin vaxt aralarında narazılıq olmuş, sonra ayrılıb getmişlər. Təxminən bir ay sonra, yəni xx.xx.2024-cü il tarixdə saat 23 radələlərində Şəmkir şəhəri, H.Əliyev prospektində dostu Namiqlə gəzən zaman dostluq etdiyi Zərərçəkmiş şəxs və Şahid1lə rastlaşmışlar. Onlarla salamlaşıb söhbət etməyə başlamışdır. Söhbət əsnasında Zərərçəkmiş şəxs ona “sən nə üçün onun barəsində gedib tanışlarının yanında danışmısan demiş, ona elə bir halın baş vermədiyni bildirmişdir. Bu vaxt Zərərçəkmiş şəxs ona nalayiq ifadələr işlətməyə başlayan zaman içkili olduğu üçün əsəbləşmiş və cibində olan bıçağı çıxarıb onun sol bud nahiyəsinə iki bıçaq zərbəsi vurmuşdur. Zərərçəkmiş şəxs bıçaqla vuran zaman dostları Şahid1 və Namiq tutub kənara çəkərək bıçağı onun əlindən almağa çalışmış və o, bıçağı onlara verməmişdir. Həmin vaxt Şahid1 polis əməkdaşlarının gəldiyini deyən zaman qaçıb hadisə yerindən getmiş, yolda isə bıçağı Şəmkir TTY binasına tərəf tullamışdır, həmin bıçaq meyvə bıçağı olmaqla dır. Parkdan çıxaraq Şəmkir rayonu, Posanlı qəsəbəsində yerləşən evlərinə getmişdir. Sonradan Zərərçəkmiş şəxs onun barəsində Şəmkir Rayon Polis Söbəsinə şikayət ərizəsi ilə müraciət etdiyini eşitmişdir. Zərərçəkmiş şəxslə onların mübahisələri təxminən 1-2 dəqiqə davam etmişdir. Sonradan əməlindən peşman olaraq zərərçəkmiş şəxsdən üzrxahlıq etmiş, ona dəymiş ziyanı tamamilə ödəmiş, zərərçəkmiş şəxs onunla barışmışdır. Odur ki, məhkəmədən ifadəsində göstərilənləri nəzərə alaraq, cinayət məsuliyyətindən azad edilməsi haqda qərar qəbul edilməsini xahiş edir. Məhkəmə baxışı iclası zamanı qanuni nümayəndəsinin Qanuni nümayəndə iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Şahid1, Namiq və Təqsirləndirilən şəxs tanıyır. Onlarla arasında dostluq münasibətləri olmuşdur. O, evlənmək məqsədi ilə Şəmkir şəhəri, 5-ci küçədə yaşayan Şəfiqə adlı qadınla telefonla danışmış və Təqsirləndirilən şəxs Şəfiqə ilə sosial şəbəkədə mesajlaşdığını öyrənmişdir. Təqsirləndirilən şəxs ilə aralarında Şəfiqə adlı qızla telefonda mesajlaşması barədə hadisədən bir ay əvvəl sözlə mübahisələri baş vermiş və Ramal öz səhvini etiraf edərək ondan üzr istəmiş və həmin məsələni öz aralarında həll etmişlər. Sonradan Təqsirləndirilən şəxs yoldaşlıq etdikləri uşaqların yanında onun barəsində guya ondan qorxduğunu və onu döydüyünü danışmasını eşitmişdir. xx.xx.2024-cü il tarixdə saat 23 radələrində Şəmkir şəhəri, H.Əliyev əyləncə parkında dostu Şahid1 ilə gəzən zaman dostluq etdiyi Təqsirləndirilən şəxs və Şahid2 görmüş, onların yanına yaxınlaşaraq onlarla görüşərək hal əhval etməyə başlamışdır. Onlarla söhbət edən zaman Təqsirləndirilən şəxs onun barəsində gedib yoldaşlıq etdikləri uşaqların yanında nə üçün danışdığını soruşmuş, Təqsirləndirilən şəxs ona yaxşı etdiyini bildirdiyi üçün əsəbləşmiş, Ramala söhbətin onların aralarında olduğunu və həmin söhbətin qurtarıb getdiyini bildirib “kişi deyilsənmi, bu söhbəti gedib başqa şəxslərin yanında danışırsan” deyən zaman Təqsirləndirilən şəxs ona “kişiliyim sənəmi qalıb” deyərək cibindən bıçaq çıxarıb üzərinə gəlib sol yan nahiyəsinə iki bıçaq zərbəsi vuraraq ona xəsarət yetirmişdir. Təqsirləndirilən şəxs onu bıçaqla vuran zaman o, yerə yıxılmış, həmin vaxt dostu Şahid1 onların arasına daxil olaraq onları aralamışlar. Namiq də Ramalın əlində bıçaq olduğu üçün onu tutub sakitləşdirməyə çalışmışdır. Təqsirləndirilən şəxs onu bıçaqla vurandan bir qədər sonra polis əməkdaşlarının kənardan gəldiyini görmüş və həmin vaxt Təqsirləndirilən şəxs hadisə yerindən qaçıb getmiş, polis əməkdaşları onun bıçaqla xəsarət aldığını görüb Şəmkir RMX-na aparmışlar. Hazırda Təqsirləndirilən şəxs ondan üzrxahlıq etmiş, ona dəymiş ziyanı tamamilə ödəmişdir, o, Ramalla barışmışdır, sonuncudan şikayəti və tələbi yoxdur, məhkəmədən onun cinayət məsuliyyətindən azad edilməsini xahiş edir. Məhkəmə baxışı iclası zamanı şahid qismində dindirilmiş X1 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs, Şahid2, Təqsirləndirilən şəxs tanıyır. Adlarını çəkdiyi şəxslərlə aralarında dostluq münasibətləri olmuşdur. Şəmkir şəhəri, H.Əliyev parkında Zərərçəkmiş şəxslə Təqsirləndirilən şəxs görüşən zaman Cəsur Ramala nə üçün onun danışdığı Şəfiqə adlı qızla sosial şəbəkədə yazışdığını bildirmiş, Təqsirləndirilən şəxs dostu Cəsura onun istədiyi qız olması barədə əvvəlcədən heç bir məlumatının olmadığını demiş və bu səbəbdən aralarında narazılıq yaranmışdır. Həmin vaxtdan təxminən bir ay sonra, yəni xx.xx.2024-cü il tarixdə Şəmkir şəhəri, H.Əliyev prospektində yerləşən parkda dostu Zərərçəkmiş şəxslə gəzən zaman Təqsirləndirilən şəxs ilə Şahid2 parkın ərazisində olmasını görmüş, onlara yaxınlaşaraq görüşərək hal əhval etməyə başlamış, söhbət əsnasında Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs “sən nə üçün onun barəsində tanışlarının yanında danışdığını” bildirmiş, Təqsirləndirilən şəxs ona nə danışmışam deyən zaman Zərərçəkmiş şəxs Ramala onun istədiyi Şəfiqə adlı qızla sosial şəbəkədə yazışdığını, onlar arasında bu səbəbdən narazılıq baş verdiyini, aralarında olan söhbəti başqa şəxslərə deməsini irad bildirmiş, Təqsirləndirilən şəxs həmin vaxt yaxşı etdiyini bildirmişdir. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs “Kişi deyilsənmi? Nə üçün aramızda olan söhbəti kiməsə deyirsən?” deyən zaman Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs “Kişilik sənəmi qalıb” deyərək arxa cibindən qara rəngli, qatlanan bıçaq çıxarıb, Cəsurun üzərinə gedərək onun sol ayaq nahiyəsindən iki bıçaq zərbəsi vuraraq xəsarət yetirmişdir. Həmin vaxt o və Şahid2 Təqsirləndirilən şəxs tutub Zərərçəkmiş şəxs kənarlaşdırmışdır. Bir qədər sonra hadisəni kənardan görən polis əməkdaşları hadisə yerinə gəlmişlər və Zərərçəkmiş şəxs özləri ilə Şəmkir rayon Mərkəzi xəstəxanasına aparmışlar. Məhkəmə baxışı iclası zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs, Şahid1, Təqsirləndirilən şəxs tanıyır. Onlarla aralarında dostluq münasibətləri var. Tanışlarından almış olduğu məlumata görə, hadisədən bir ay öncə Şəmkir şəhəri, H.Əliyev parkında Zərərçəkmiş şəxslə Təqsirləndirilən şəxs görüşən zaman Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs onun danışdığı Şəfiqə adlı qızla sosial şəbəkədə nəz üçün yazışdığını soruşmuş, Təqsirləndirilən şəxs dostu Cəsura onun istədiyi qız olması barədə əvvəlcədən heç bir məlumatının olmadığını demiş, onların arasında narazılıq olmuş, nəticədə barışaraq ayrılmışlar. xx.xx.2024-cü il tarixdə saat 22-23 radələrində Şəmkir şəhəri, H.Əliyev prospektində yerləşən parkda dostu Təqsirləndirilən şəxs ilə gəzən zaman Şahid1lə Təqsirləndirilən şəxs parkda olduğunu görmüş, onlar yaxınlaşaraq görüşüb hal əhval etməyə başlamışdır. Söhbət edən zaman Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs onun barəsində tanışlarının yanında danışmasını irad tutmuş, Təqsirləndirilən şəxs həmin vaxt yaxşı etdiyini bildirmişdir. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs irad tutduqdan sonra Təqsirləndirilən şəxs əsəbləşərək arxa cibindən qara rəngli, qatlanan bıçaq çıxarmış və Cəsurun üzərinə gedərək onun sol ayaq nahiyəsindən iki bıçaq zərbəsi vuraraq xəsarət yetirmişdir. Həmin vaxt o və dostu Şahid1 Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs kənarlaşdırmışdır. Bir qədər sonra polis əməkdaşları hadisə yerinə gələrək Zərərçəkmiş şəxs Şəmkir rayon Mərkəzi xəstəxanasına aparmışlar. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə–Tibbi Ekspertiza və Pataloji Anatomiya birliyinin Şəmkir rayon şöbəsinin 09 noyabr 2024-cü il tarixli, 1122 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər– sol bud nahiyəsinin yuxarı üçdə birinin bayır səthinin və sol sarğı nahiyəsinin deşilmiş-kəsilmiş yaraları deşici - kəsici alətlə, ola bilsin ki, bıçaqla yetirilmişdir, yetirilmə müddətləri 07 noyabr 2024-cü il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə bu xəsarətlər həm ayrılıqda, həm birlikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN–nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan Şəmkir RİHB–nın Şəmkir şəhər İƏD üzrə nümayəndəsi tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş xasiyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Cinayət işinin materiallarında olan və Zərərçəkmiş şəxs və qanuni nümayəndəsi Qanuni nümayəndə tərəfindən notarial qaydada yazılmış ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış və sonuncudan heç bir şikayət və tələbi yoxdur. Beləliklə, məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona istinad edilən əməli törətməsi, həmin əməldə onun təqsirli olması sübut olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Bununla belə Zərərçəkmiş şəxs və qanuni nümayəndəsi Qanuni nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxslə barışdıqlarını, onlara dəymiş ziyanın ödənildiyini və təqsirləndirilən şəxsdən heç bir şikayət və tələblərinin olmadığını bildirib, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişlər. Təqsirləndirilən şəxs da ərizə ilə məhkəməyə müraciət edərək zərərçəkmiş şəxslə barışdığını və əməlindən peşman olduğunu bildirib barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin məhkəmə baxışı zamanı verdikləri ifadələrini, onların ərizələrində göstərilən halları və digər iş materiallarını nəzərə alaraq və aşağıdakı əsaslara görə hesab edir ki, tərəflərin barışması ilə əlaqədar cinayət işin icraatına xitam verilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs ilk dəfədir ki, böyük ictimai təhlükə törətməyən cinayət törətmiş, cinayəti törətdikdən sonra zərərçəkmiş şəxslə barışmış və ona vurduğu zərəri tam şəkildə aradan qaldırmışdır. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığını göstərərək işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin, zərərçəkmiş şəxs də Təqsirləndirilən şəxs şikayət və tələbinin olmadığını göstərmiş və onunla barışaraq işin icraatına xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1–ci maddəsinə görə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2–ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1–ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Məhkəmə qanunun qeyd olunan müddəalarına istinad edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığına və ona dəymiş ziyanı tamamilə ödədiyinə görə Azərbaycan Respublikası CM–in 128–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə barəsində cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Odur ki, məhkəmə hazırki iş üzrə Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə həmçinin, hesab edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verildiyindən onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut, məhkəmə xərci və mülki iddia yoxdur. Bundan əlavə, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Müdafiəçinin məhkəməyə təqdim etdiyi hesabatdan görünür ki, Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 10 saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 193.2 və 193.4–cü maddələrinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001–ci il tarixli Qərarına (03 may 2018–ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 193.2, 193.4–cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 60 manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (Hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı; Kod: 8051630; Bankın VÖEN–i:**********; Müxbir hesab: AZ03NABZ**********000002944; S.W.İ.F.T İBAZAZ2X, hesab nömrəsi İBAN AZ03İBAZ********************, Müştəri VÖEN–i: **********) köçürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 40.3, 321, 344–347, 356, 358 və 384.1.3–cü maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARAALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 128–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə barəsində cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 128–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 60 manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (Hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı; Kod: 8051630; Bankın VÖEN–:**********; Müxbir hesab: AZ03NABZ**********000002944; S.W.İ.F.T İBAZAZ2X, hesab nömrəsi İBAN AZ03İBAZ********************, Müştəri VÖEN–i: **********) köçürülsün. Qərardan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar