Məhkəmə qərarları › İş №1(076)-158/2023

Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-158/2023

15.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-158/2023 15.08.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, İsmayılova Sənubər Nəcəf qızının katibliyi, dövlət ittihamçısı – Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi Şəmkir Rayon Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, xx xxxxxx 1989-cu ildə Şəmkir rayonu, Qasım İsmayılov kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Şəmkir rayonu, Ağlavaşlı kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs cavabdeh kimi ondan, xx.xx.2016-cı il tarixdən başlayaraq xx.xx.2012-ci il təvəllüdlü İlqar və xx.xx.2014-cü il təvəllüdlü Murad adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşaq üçün 100 manat, cəmi 200 manat məbləğində aliment alınıb Zərərçəkmiş şəxs verilməsinə dair Şəmkir Rayon Məhkəməsinin 2(076)-2073/2016 nömrəli, xx.xx.2016-cı il tarixli qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə barəsində Şəmkir Rayon Məhkəməsinin 3(076)-589/2016 saylı, xx.xx.2016-ci il tarixli və 3(076)-914/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarları ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək hər dəfə 10 gün olmaqla müvafiq olaraq 20 gün müddətinə inzibati qaydada həbs olunmasına, icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edilərək sonuncu dəfə xx.xx.2022-ci il tarixdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən xx.xx.2022-ci il tarixədək 15400 manat məbləğində aliment borcunu Zərərçəkmiş şəxs ödəməyərək sonuncuya maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ittiham olunduğu əməli törətməkdə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs ilə 2011-ci ildə faktiki olaraq evlənmiş, nikahları xx.xx.2013-cü il tarixdə rəsmiləşdirilmişdir. Nərminə ilə olan nikahlarından iki övladları dünyaya gəlmişdir. Əvvəllər Nərminə ilə münasibətləri yaxşı olsa da, sonradan pisləşmişdir. Bu səbəbdən Nərminə 2016-cı ildə aliment tələbi ilə məhkəməyə müraciət etdiyinə görə Şəmkir Rayon Məhkəməsinin 2(076)2073 nömrəli xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən ondan xx.xx.2016-cı il tarixdən başlamaqla xx.xx.2012-ci il təvəllüdlü İlqar və xx.xx.2014-cü il təvəllüdlü Murad adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşaq üçün 100 manat, cəmi 200 manat məbləğində aliment alınıb Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Şəmkir Rayon Məhkəməsinin 2(076)2073 nömrəli xx.xx.2016-cı il tarixli qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra yaşadığı yer üzrə Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilərək, ona tələbin dərhal icrası haqqında bildiriş göndərilmiş və dəfələrlə xəbərdarlıq edilmişdir. O, Şəmkir Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsini icra etmədiyi üçün Şəmkir Rayon Məhkəməsinin xx.xx.2016-cı il və xx.xx.2021-ci il tarixli qərarları ilə müvafiq olara 20 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Həmçinin icra məmurunun təqdimatına əsasən, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə onun ölkədən getmək hüququ məhdudlaşdırılmışdır. Lakin buna baxmayaraq, maddi imkanı olmadığına görə yaranmış aliment borcunu ödəyə bilməmişdir. Bundan sonra icra məmuru tərəfindən ona yeni müddətlər verilərək, cinayət məsuliyyəti barədə dəfələrlə xəbərdarlıqlar edilmişdir. Təqdimat verilən günə, yəni xx.xx.2022-ci il tarixədək 15400 manat aliment borcu yaranmışdır. Hazırda rəsmi iş yeri yoxdur. Həmin borcu hazırda ödəyə bilmir. Gələcəkdə maddi imkanı olarsa aliment borcundan ödənişlər edəcəkdir. Şəmkir rayonu ərazisində fərdi qaydada fəhlə kimi işləyir, orta hesabla aylıq gəliri 300-400 manat olur. Aylıq qazancını özünün zəruri tələbatları üçün xərcləyir. O, Nərminə ilə faktiki olaraq ayrılsa da xx.xx.2013cü il tarixli nikahları ləğv edilməmişdir. Onlar 2016-cı ildən 2022-ci ilədək birlikdə yaşayıblar və həmin müddət ərzində onun aliment borcu silinməyib və hesab edir ki, onun 2000 manat aliment borcu vardır. Hazırda Nərminə ilə barışıb bir yerdə yaşamaq istəyir. Odur ki, ona məhkəmədən yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs ilə faktiki olaraq evlənmiş, nikahları xx.xx.2013-cü il tarixdə rəsmiləşdirilmişdir. Təqsirləndirilən şəxs ilə olan nikahlarından iki uşaqları dünyaya gəlmişdir. Əvvəllər Təqsirləndirilən şəxslə münasibətləri yaxşı olsa da, sonradan pisləşmişdir. Bundan sonra Təqsirləndirilən şəxs ona və övladlarına baxmamışdır. Bu səbəbdən o, 2016-cı ildə məhkəməyə müraciət etmişdir. Şəmkir Rayon Məhkəməsinin 2(076)2073 nömrəli xx.xx.2016-cı il tarixli qətnaməsi üzrə verilmiş icra sənədinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2016-cı il tarixdən başlamaqla xx.xx.2012-ci il təvəllüdlü İlqar və xx.xx.2014-cü il təvəllüdlü Murad adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşaq üçün 100 manat, cəmi 200 manat məbləğində aliment alınıb ona verilməsi qət edilmişdir. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilərək, Təqsirləndirilən şəxsa tələbin dərhal icrası haqqında bildiriş göndərilmiş və dəfələrlə xəbərdarlıq edilmişdir. Təqsirləndirilən şəxs Şəmkir Rayon Məhkəməsi qanuni qüvvəyə minmiş qətnaməsini icra etmədiyi üçün Şəmkir Rayon Məhkəməsinin müvafiq qərarları ilə iki dəfə 10 gün müddətinə olmaqla ümumilikdə 20 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Həmçinin icra məmurunun təqdimatına əsasən, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə onun ölkədən getmək hüququ məhdudlaşdırılmışdır. Lakin buna baxmayaraq, öz qərəzli hərəkətlərini davam etdirərək, ona olan aliment borcunu ödəməmişdir. Bundan sonra icra məmuru tərəfindən ona yeni müddətlər verilərək, cinayət məsuliyyəti barədə dəfələrlə xəbərdarlıqlar edilsə də, təqdimat verilən günə, yəni xx.xx.2022-ci il tarixədək yaranmış olan 15400 manat borcunu ödəməmişdir. O, Təqsirləndirilən şəxslə faktiki olaraq ayrılsa da xx.xx.2013-cü il tarixli nikahları ləğv edilməmişdir. Buna baxmayaraq Təqsirləndirilən şəxs başqa qadınla qeyrirəsmi olaraq evlənmişdir. Təqsirləndirilən şəxs xx.xx.2016-cı il tarixdən cinayət təqiqbi üçün təqdimat verilən günə, yəni xx.xx.2022-ci il tarixə kimi ödəməli olduğu 15400 manat aliment borcundan istintaq dövründə cəmi 400 manat ödəniş etmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə 4000 manat ödəyərsə qalan məbləği istəməyəcək, əks halda yığılmış borcun tam ona ödənilməsini tələb edir. Qeyd olunanları nəzərə alaraq qanuna müvafiq qaydada ciddi cəza tədbirləri görülməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Şəmkir Rayon Məhkəməsinin 2(076)2073 nömrəli xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2016-cı il tarixdən başlamaqla xx.xx.2012-ci il təvəllüdlü İlqar və xx.xx.2014-cü il təvəllüdlü Murad adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşaq üçün 100 manat, cəmi 200 manat məbləğində aliment alınıb Zərərçəkmiş şəxs verilməlidir. İcra sənədi üzrə xx.xx.2016-cı il tarixdə Şəmkir Rayon İcra və Probasiya Şöbəsində başlanılmış, icraat zamanı borcluya dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq alimenti ödəməmişdir. Buna görə də, xx.xx.2016-cı il tarixdə borclu Təqsirləndirilən şəxs Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə dəvət olunaraq, izahatı alınmış və barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib olunaraq, Şəmkir Rayon Məhkəməsinə təqdim olunmuşdur. İcra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə borclu Təqsirləndirilən şəxs Şəmkir Rayon Məhkəməsinin 3(076)-589 saylı, xx.xx.2016-ci il tarixli qərarı ilə 10 (on) gün müddətində inzibati qaydada həbs edilmişdir. Şəmkir Rayon Məhkəməsinin 8(076) 271 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadı ilə Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. xx.xx.2022-ci il tarixdə borclu Təqsirləndirilən şəxs Firddin oğlu yenidən Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə dəvət olunaraq, izahatı alınmış və barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib olunaraq, Şəmkir Rayon Məhkəməsinə təqdim olunmuş və borclu Təqsirləndirilən şəxs Şəmkir Rayon Məhkəməsinin 3(076)-914 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə 10 (on) gün müddətində inzibati qaydada həbs edilmişdir. Bundan sonra borcluya yeni müddət təyin edilmiş, lakin həmin müddətdə də o, borcunu ödəməmişdir. Borclu Təqsirləndirilən şəxs Şəmkir Rayon Məhkəməsinin 2(076)2073 nömrəli xx.xx.2016-cı il tarixli qətnaməsi üzrə xx.xx.2016-cı il tarixdən başlayaraq cinayət təqibi üçün təqdimat verilən tarixə, yəni xx.xx.2022-ci il tarixə ödəməli olduğu 15800 manat aliment borcundan icra dövründə cəmi 400 manat ödəmiş, lakin ödənilməmiş 15400 manat aliment borcu qalmışdır. Borclu Təqsirləndirilən şəxs Şəmkir Rayon Məhkəməsinin 2(076)2073 nömrəli, xx.xx.2016-cı il tarixli qətnaməsində göstərilən tələbi icra etməkdən qərəzli olaraq boyun qaçırır, məhkəmə qərarını icra etmədiyinə görə inzibati qaydada həbs olunmasına baxmayaraq nəticə çıxarmamış, dəfələrlə cinayət məsuliyyətinə cəlb ediləcəyi və işlə təmin olunması üçün Məşğulluq Mərkəzinə müraciət etməsi barədə xəbərdarlıq edilsə də, aliment üzrə yaranmış borcun ödənilməsi üçün təşəbbüs göstərməmişdir. Bundan başqa tələbkar Zərərçəkmiş şəxs ərizə ilə müraciət edərək, borclu Təqsirləndirilən şəxs qətnamə üzrə ona olan 15400 manat aliment borcunu qərəzli olaraq ödəmədiyinə görə, borclunun cinayət məsuliyyətinə cəlb olunması üçün Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə təqdimat verilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları tam təsdiq etmişdir. Bununla yanaşı, məhkəmə cinayət-prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan Şəmkir Rayon Məhkəməsinin 07 aprel 2016-cı il tarixli, 2(076)-2073/2016 saylı qətnaməsindən görünür ki, 09 mart 2016-cı il tarixdən başlamaqla 12 mart 2012-ci il təvəllüdlü İlqar və 25 noyabr 2014-cü il təvəllüdlü Murad adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Təqsirləndirilən şəxs hər ay hər uşaq üçün 100 (bir yüz) manat sabit pul məbləğində aliment tutulub Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Cinayət işinin materiallarında olan 19 may 2016-cı il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(076)- 2073/2016 saylı icra sənədi xx.xx.2022-ci il tarixdə icraata daxil olmuşdur. Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. Cinayət işinin materiallarında olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 3(076)-589/2016 saylı inzibati xəta haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Cinayət işinin materiallarında olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 3(076)-914/2022 saylı, inzibati xəta haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Cinayət işinin materiallarında olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 8(076)-271/2022 saylı qərardadından görünür ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2016cı il tarixli 2(076)-2073/2016 saylı icra sənədi üzrə aliment borcunu tamamilə ödəyənədək borclu Təqsirləndirilən şəxs Azərbaycan Respublikasından getmək hüququ məhdudlaşdırılmışdır. Cinayət işinin materiallarında olan xx.xx.2016-cı il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli bildiriş və xəbərdarlıq məktublarından görünür ki, icra orqanı Təqsirləndirilən şəxs icra sənədində göstərilən tələbi icra etməyi tələb etmiş, əks halda məsuliyyət daşıyacağı barədə xəbərdar edilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası ƏƏSMN yanında X2 X1 filialının xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs mərkəzdə işaxtaran vətəndaş kimi qeydiyyata alınmışdır. Müraciətin araşdırılması məqsədilə vətəndaşla əlaqə saxlamaq mümkün olmamışdır. Bununla belə Təqsirləndirilən şəxs dəvət məktubu göndərilmişdir. Müraciət edəcəyi təqdirdə ona müvafiq köməklik göstəriləcəkdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Cinayət işinin materiallarında olan Şəmkir rayonu, Ağlavaşlı kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, istintaq hərəkətlərinin protokollarını və sənədləri Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-136-cı maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmiş və ya həmin məhkəmə aktının icrasına maneçilik törətmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. İcra haqqında Azərbaycan Respublikasının Qanununun 3.1 və 3.2-ci maddələrinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə - iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası ilə cəzalandırılır. Beləliklə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 306.1-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cinayət əməlini etiraf edib, əməlindən səmimi peşman olmasını, habelə yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Qeyd etmək lazımdır ki, Təqsirləndirilən şəxs törətdiyi cinayətin nəzərdə tutulduğu maddənin sanksiyasında cərimə, ictmai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs qətnamənin icrasına olan münasibəti, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin illərlə icra olunmaması və bunun nəticəsində zərərçəkmiş şəxsin kifayət qədər yüksək məbləğdə maddi zərərə məruz qalması, onun mənəvi və psixi iztirablar keçirməsinə səbəb olması Təqsirləndirilən şəxs əməlinin ictimai təhlükəliliyini artırır. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Cinayət Məcəlləsində cəza təyin etmənin ümumi əsaslarının təsbit olunduğu 8-ci, 41-ci, 58-ci maddələrinin tələbləri nəzərə alınmaqla təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzasından yüngül cəza növünün təyin olunması mümkün deyildir. Bu səbəbdən də, məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsə yalnız azadlıqdan məhrum etmə cəzası təyin edilə bilər və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə uyğun olaraq, o, həmin cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999cu il tarixli Qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 №li Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə həbsdə olduğu (tutulduğu) bir gün müddət bir günə bir gün hesabı ilə nəzərə alınmaqla ona təyin ediləcək azadlıqdan məhrumetmə cəzasından çıxılmalıdır. Belə ki, cinayət işinin materiallarında olan “axtarışda olmuş şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 22 mart 2023-cü il tarixdə tutularaq Şəmkir RPŞ-nin NH-nə təhvil verilmişdir. Eləcə də, cinayət işinin materiallarında olan 23 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və o, Yasamal RPİ-nin MSY-dən azad edilmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs həbsdə qaldığı 01 gün müddəti nəzərə alaraq hesab edir ki, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası həbsdə saxlamanın 1 günü azadlıqdan məhrum etmənin 1 gününə bərabər tutularaq təyin edilmiş cəzadan çıxılmalı və üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanmalıdır. Cəzaçəkmə müddətinin əvvəli 15 avqust 2023-cü il tarixdən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 132.0.3-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. İttiham hökmü qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət-Prosessual Məcəlləsinin 175.5 və 346.1.20-ci maddələrinin tələbləri baxımından məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalından dərhal həbsə alınmalıdır. Məhkəmə, həmçinin hesab edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Müdafiəçi X5 təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 15 saat vaxt sərf etmişdir. Buna görə də X6 məhkəmə zamanı göstərdiyi hüquqi yardıma görə ümumilikdə 90 manat pul dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi sübut, məhkəmə xərci və mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən ibtidai istintaq dövründə həbsdə olduğu (tutulduğu) 01 (bir) gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq Təqsirləndirilən şəxs üzərində qəti olaraq 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 15 avqust 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək “həbs” qətimkan tədbirinə dəyişdirilsin və Təqsirləndirilən şəxs dərhal məhkəmə iclası zalından həbs edilsin. Təqsirləndirilən şəxsə göstərdiyi 15 saat hüquqi yardıma görə 90 (doxsan) manat pul X6 ödənilməsi üçün Şəmkir Rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə münasibətdə isə surəti ona verildiyi andan 20 gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (təqsirləndirilən şəxs tərəfindən həmçinin həbsdə saxlama yerinin müdiriyyətinin vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddətlər ərzində apellyasiya protesti və ya apellyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar