Məhkəmə qərarları › İş №1(076)-158/2025

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №1(076)-158/2025

03.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 1(076)-158/2025 03.03.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Nazlı Azər qızının sədrliyi Heydarov Cəmil Elxan oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs, Müdafiəçi: Müdafiəçi Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1994–cü il tarixdə Şəmkir rayonu, Abbaslı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmayan, işsiz, Şəmkir rayonu, Abbaslı kəndində qeydiyyatda olmaqla, həmin kənddə yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 128–ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 02 fevral 2025-ci il tarixdə saat 16 radələrində Şəmkir rayonu Abbaslı kəndində yaşadıqları evdə Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında ailə məişət zəmnində yəni Zərərçəkmiş şəxs kirayədə yaşadıqları evə getmək istəmədiyinə görə baş vermiş mübahisə zamanı Təqsirləndirilən şəxs yumruqla bir dəfə Zərərçəkmiş şəxs sifətinə, başına vuraraq ona başın tüklü hissəsində sağ gicgah nahiyyəsinin dərialtı hematoması ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmuşdur. Qeyd edilən əmələ görə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsi ilə məhkəməyədək sadələşdirilmiş icraat açılaraq məhkəməyə verilmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü ona qarşı irəli sürülmüş ittihamda tam təqsirli bilərək ifadəsində göstərdi ki, 02 fevral 2025-ci il tarixdə saat 16 radələrində Şəmkir rayonu Abbaslı kəndində yaşadığı evdə olan zaman arvadı Zərərçəkmiş şəxs kirayədə qaldıqları evə getmək üçün hazırlaşmasını deməsini, lakin Nərmin onunla getmək istəmədiyi üçün aralarında mübahisə baş vermişdir. Mübahisə zamanı o, əli ilə bir neçə dəfə Nərminin sifətinə, başına vurub ona xəsarət yetirmişdir. Hazırda əməlindən peşmandır. Zərərçəkmiş şəxs dəymiş ziyanı tamamilə ödəyərək onunla barışıq əldə etmişdir və Nərminin ondan heç bir şikayət və tələbi yoxdur. Odur ki, məhkəmədən ifadəsində göstərilənləri nəzərə alaraq, cinayət məsuliyyətindən azad edilməsi haqda qərar qəbul edilməsini xahiş edir. Məhkəmə baxışı iclası zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 02 fevral 2025-ci il tarixdə saat 16 radələrində Şəmkir rayonu Abbaslı kəndində yaşadığı evdə olan zaman əri Təqsirləndirilən şəxs ona kirayədə yaşadıqları evə getməsi üçün hazırlaşmasını bildirmiş, lakin o, getmək istəmədiyi üçün onların aralarında mübahisə baş vermişdir. Mübahisə zamanı Elgün bir neçə dəfə yumruqla onun sifətinə, başına vurub xəsarət yetirmişdir. Hazırda Təqsirləndirilən şəxs ona dəymiş ziyan tamamilə ödəmiş və onunla barışıq əldə etmişdir. Onun Asimandan heç bir şikayəti və tələbi yoxdur, məhkəmədən onun cinayət məsuliyyətindən azad edilməsini xahiş edir. İş materiallarında olan 04 fevral 2025–ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs iştirakı ilə hadisə yerinə baxış keçirilmiş, bu barədə protokol tərtib edilərək fotoşəkillər çəkilmişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə–Tibbi Ekspertiza və Pataloji Anatomiya birliyinin Şəmkir rayon şöbəsinin 04 fevral 2025–ci il tarixli, 67 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər– başın tüklü hissəsində sağ gicgah nahiyəsinin dərialtı hematoması KÜT əşyanın təsirindən törənmişdir, törənmə müddəti 02 fevral 2025-ci il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə bu xəsarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikası DİN–nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Şəmkir RİHB–nın Abbaslı kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. İşə əlavə edilmiş Zərərçəkmiş şəxs tərəfindən notarial qaydada yazılmış ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tamamilə ödəmiş, onunla barışmış və sonuncudan heç bir şikayət və tələbi yoxdur. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetirilmişdir ki, 02 fevral 2025-ci il tarixdə saat 16 radələrində Şəmkir rayonu Abbaslı kəndində yaşadıqları evdə Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında ailə məişət zəmnində yəni Zərərçəkmiş şəxs kirayədə yaşadıqları evə getmək istəmədiyinə görə baş vermiş mübahisə zamanı Təqsirləndirilən şəxs yumruqla bir dəfə Zərərçəkmiş şəxs sifətinə, başına vuraraq ona başın tüklü hissəsində sağ gicgah nahiyyəsinin dərialtı hematoması ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurması iş materialları ilə tam sübuta yetirilmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Bununla belə Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxslə barışdığını, ona dəymiş ziyanın ödənildiyini və təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi olmadığını bildirib, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin və zərərçəkmiş şəxsin məhkəmə baxışı zamanı verdikləri ifadələrini, zərərçəkmiş şəxsin ərizəsində göstərilən halları və digər iş materiallarını nəzərə alaraq aşağıdakı əsaslara görə hesab edir ki, tərəflərin barışması ilə əlaqədar məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə işin icraatına xitam verilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilk dəfədir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsində nəzərdə tutulmuş əməli törətmişdir. Cinayəti törətdikdən sonra zərərçəkmiş şəxslə barışmış və ona vurulmuş zərəri aradan qaldırmışdır. Zərərçəkmiş şəxs onun barəsində işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmiş, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs isə barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə işin icraatına xitam verilməsinə etirazı olmadığını bildirib işə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxslə zərərçəkmiş şəxsin barışmasını əsas tutaraq, məhkəməyədək sadələşdirilmiş icraat materialına xitam verilməsini mümkün hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1–ci maddəsinə görə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2–ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1–ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə qanunun qeyd olunan müddəalarına istinad edərək belə nəticəyə gəlir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığına və ona dəymiş ziyanı tamamilə ödədiyinə görə barəsində cinayət təqibinə xitam verilməsini və onun cinayət məsuliyyətindən azad edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Şəmkir rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 5 (beş) saata görə 30 (otuz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Şəmkir rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM–in 37.4, 321, 344–347, 356, 358 və 384.1.3–cü maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARAALDİ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin.Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 128–ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 30 (otuz) manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (Hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı; Kod: 8051630;BankınVÖEN–:**********;Müxbir hesab: AZ03NABZ**********000002944; S.W.İ.F.T İBAZAZ2X, hesab nömrəsi İBAN AZ03İBAZ********************, Müştəri VÖEN–i: **********) köçürülsün.Qərardan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Nazlı Heydərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar