Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-159/2023 18.09.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ X2 Məmmədovanın sədrliyi, Vəlizadə Rövşən Nazim oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1982-ci ildə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs rəsmi sənədlərlə onun sahibliyində olmayan, lakin faktiki özünə məxsus AA № 615902 nömrəli “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi” əsasında ünvan 2 ünvanında qeydiyyatda olan, X1 adına olan, 1994-cü il buraxılışlı, “AUDİ 80” markalı, **-NP-*** dövlət qeydiyyat nişanlı avtomobil üzərində sərəncam vermək hüququ yaradan, Şəmkir rayon 2 saylı dövlət notariat kontoru adından, ƏN-İİ № 280519 nömrəli, 15 yanvar 2007-ci il tarixli, 7E-01-102 saylı reyestrdə əks olunmuş kimi qeyd edilən saxta etibarnaməni 2021-ci ilin avqust ayında, istintaqa dəqiq məlum olmayan tarixdə yaşadığı ünvan 3 ünvanında istifadəsində olan kompüter vasitəsilə hazırlamaqla Gəncə şəhərində istintaqa məlum olmayan ünvanda printer vasitəsilə çap etdirərək rəsmi sənədi saxtalaşdırmaqla qanunsuz hazırlamış və Şəmkir rayonu, Posanlı yaşayış massivində qeyd olunan avtomobilə dair sənəd olduğunu bildirərək Şəmkir rayon sakini Zərərçəkmiş şəxs həmin avtomobil ilə birlikdə 1900 (min doqquz yüz) manata satmışdır. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CMin 320.1-ci maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilib öz müdafiəsi üçün heç bir dəlil gətirməyərək ifadəsində göstərmişdir ki, o, 2022-ci ilin təxminən iyun ayında sürücülük üçün olan etibarnamə ilə Tovuz rayonundan Yusif adlı şəxsdən “AUDİ” markalı, **-NP-*** qeydiyyat nömrə nişanlı avtomobili 1300 manat pulun qarşılığında almış, avtomobilin nasaz hissələrini düzəltdirib bir müddət idarə etmiş, sonradan avtomobili yenə də nasazladığı üçün o, həmin avtomobili qayınatasının “Posanlı” massivində yerləşən sexinin qarşısında saxlamış, o, tanıdığı şəxslərə də avtomobili satdığını, müştəri olduğu halda ona bu barədə məlumat vermələrini demiş, 2022-ci ilin təxminən avqust ayında o, qayınatası Əliyə məxsus avtomobillərin təmiri sexinin qarşısına getmiş, bu zaman ona bir nəfər şəxsin avtomobili almaq üçün onu axtardığı məlum olmuş, o, həmin şəxsin orada olduğunu görmüş, həmin şəxsə yaxınlaşıb bir qədər söhbət etmiş, həmin şəxs avtomobili ondan almaq istədiyini demiş, o, həmin şəxsə Göygöl rayonuna getdiyini, Göygöldən qayıtdıqdan sonra söhbət edəcəyini demiş, həmin şəxs də onunla birlikdə Göygölə gedibgəlmək istədiyi üçün adı ona sonradan məlum olan Qəzənfər adlı şəxs onunla birlikdə Göygöl rayonuna gedib-gəlmiş, onlar Şəmkir rayonuna qayıtdıqdan sonra avtomobilin yanına getmiş, orada olan zaman həmin Qəzənfər adlı şəxs ondan avtomobili hansı qiymətə satdığını soruşmuş, o, isə Qəzənfərə avtomobili 2500 manata satdığını demiş, həmin şəxs ona 1900 manat pulunun olduğunu, həmin qiymətə avtomobili ala biləcəyini demiş, o, da bir qədər düşündükdən sonra Qəzənfərlə razılaşmış, həmin gün səhərisi Qəzənfər Şəmkir rayonunda həmin sexin yanında ona 1900 manat pul vermiş, lakin onun həmin avtomobilə sürmək üçün etibarnaməsi olduğu üçün, həmin avtomobili sata bilməyəcəyi üçün avtomobilə etibarnamə almaq üçün yollar axtarmış, o, həmin avtomobilə etibarnamə almaq üçün bir neçə şəxslə əlaqə saxlasas da etibarnaməni necə alacağını bilmədiyi üçün özü həmin avtomobilə etibarnamə düzəltmək qərarına gəlmiş, yaşadığı evdə olan kompyuterdə avtomobil üçün etibarnaməni düzəltmiş, həmin etibarnaməni düzəltdikdən sonra isə Gəncə şəhərində tanımadığı bir yerdə yaddaş kartı vasitəsi ilə apardığı həmin etibarnaməni printerdən çıxartmış, o, həmin gün də Qəzənfər ilə əlaqə saxlamış, Qəzənfərə həmin etibarnaməni vermiş, onun həmin vaxt maddi problemləri olduğu üçün bu cür hərəkət etmişdir. Hazırda zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbi yoxdur. Odur ki, məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 2022-ci ilin avqust ayında bankdan 1500 manat kredit götürmüş, onun həmin krediti götürməkdə məqsədi özünə avtomobil almaq, həmin avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olub ailəsini saxlamaq olmuş, 2022-ci ilin avqust ayında nənəsinin yaşadığı Şəmkir rayonu Posanlı massivində olan avtomobil təmiri mağazasının qabağında olan zaman orada Audi markalı avtomobil olduğunu görmüş, avtomobilin kimə məxsus olmasını soruşmuş, mağazadan bir nəfər yaşlı kişi çıxmış, həmin şəxsdən avtomobili satıb-satmamasını soruşmuş, həmin şəxs avtomobilinin kürəkəninə məxsus olduğunu, kürəkəninə bu barədə məlumat verəcəyini, kürəkəni ilə avtomobillə bağlı danışmasını demiş, o, bir müddət gözlədikdən sonra adı ona sonradan məlum olan Təqsirləndirilən şəxs oraya gəlmiş, Samirlə Audi markalı, **-NP-*** nömrə nişanlı avtomobili 1900 manat pulun qarşılığında alacağı ilə bağlı razılaşmış, o, Samirə məxsus avtomobillə yaşadığı evə getmiş, evin qarşısında o, Samirə 1900 manat pul vermiş, Samirdən etibarnamə almaq üçün notariusa getmək istədiyini demiş, Samir ondan şəxsiyyət vəsiqəsini istəmiş, etibarnamə hazır olduqdan sonra ona məlumat verəcəyini demiş, bundan bir həftə sonra Samir ona etibarnamənin hazır olduğunu, etibarnaməni Gəncədən götürüb gətirəcəyini demiş, o, isə Samirə etibarnaməni verməsini, avtomobili bir müddət idarə edib satacağını demiş, o, etibarnaməni Samirdən götürmüş, lakin Samirin ona verdiyi etibarnamə ksero surət şəklində olduğundan o, Samirdən həmin etibarnamənin hansı səbəbdən bu cür olduğunu soruşmuş, Samir ona etibarnamənin sistemdə olduğunu, sistemə vuran zaman onun adına etibarnamə çıxacağını demiş, o, Samirin dediklərinə inanıb etibar etmiş, etibarnamənin düzgün olub-olmadığını heç bir yerdə yoxlatmamış, bir müddət o, həmin avtomobili idarə etmiş, lakin sonra avtomobili satmaq qərarına gəlmiş, o, avtomobilə müştəri tapmış, həmin müştəri ilə Şəmkir rayonunda yerləşən notariusa getmiş, notariusda yoxladıqdan sonra həmin şəxs onlara etibarnamənin saxta olduğunu demiş, onlarda şübhələr olduğu üçün Tovuz rayonunda yerləşən qeydiyyat imtahan mərkəzinə getmiş, orada da onlara etibarnamənin saxta olduğu deyilmiş, hadisə nəticəsində ona 1900 manat maddi ziyan dəymiş,o, etibarnamənin saxta olduğunu əvvəlcədən bilməmişdir. Hazırda təqsirləndirilən şəxsdən şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, təxminən 5-6 ay bundan əvvəl o, Şəmkir rayonu Posanlı yaşayış massivində adını bilmədiyi avtomobil ustasının yanında olan zaman usta ona “Audi” markalı, köhnə avtomobil olduğunu, istədiyi halda onu avtomobili satan şəxslə tanış edə biləcəyini demiş, o, da həmin avtomobilin qiymətini soruşmuş, həmin şəxs ona avtomobilin qiymətini bilmədiyini, lakin sahibi ilə onu tanış edə biləcəyini demiş, o, həmin usta ilə birlikdə Posanlı massivində yerləşən evə getmiş, evin qapısını döymüş, bu zaman qapını açan qadın oğlunun evdə olmadığını demiş, o, orada avtomobilə baxmış, həmin avtomobilin sahibinin nömrəsini orada olan qadından almış, o, bundan bir neçə gün sonra adını xatırlamadığı həmin şəxslə görüşmüş, 600 manat pulun qarşılığında Audi markalı, **-NP-*** qeydiyyat nişanlı avtomobili almağa razılaşmış, o, həmin şəxslə söhbət edən zaman ona həmin şəxsin avtomobili onun qaynının nəvəsi Zərərçəkmiş şəxs aldığı məlum olmuş, o, bu səbəbdən Qəzənfər ilə əlaqə saxlamış, məsələnin nə olduğunu soruşmuş, Qəzənfər ona həmin avtomobilin sənədində problem olduğunu, həmin şəxsə avtomobili satsa da sənədində problem olduğu üçün avtomobili alan şəxs geri qaytarmaq istədiyini demiş, o, Qəzənfərə avtomobili alacağını, problem olmadığını demiş, bundan bir neçə gün sonra o, həmin şəxsə əlaqə saxlayıb pulu düzəltdiyini, avtomobili almaq istədiyini demiş, həmin şəxs isə ona evdə olmadığını pulu anasına verib avtomobili götürə biləcəyini demiş, o, evakuator tapıb Qəzənfər ilə birlikdə həmin şəxsin qapısına getmiş, 500 manat pulu verib avtomobili oradan götürmüş, qalan 100 manat pulu isə avtomobilin akkumlyatoru və maqnitofonunu alan zaman verəcəyini demiş, o, avtomobili götürüb Şəmkir rayonu Dəllər qəsəbəsinə gətirmiş, o, Qəzənfərdən avtomobilin akkumlyatorunun və maqnitofonunun harada olmasını soruşmuş, Qəzənfər ona akkumlyatorun olmadığını, maqnitofonu isə gətirəcəyini, maqnitofonu gətirdikdən sonra qalan 100 manatı Qəzənfərə verməli olduğunu demiş, o, da Qəzənfərlə razılaşmış, sonradan Qəzənfər maqnitofonu gətirmədiyi üçün o, qalan 100 manat pulu Qəzənfərə verməmiş, lakin o, avtomobili alan zaman həmin şəxslər ona heç bir sənəd verməmiş, həmin avtomobilo o, hal-hazırda Dəllər qəsəbəsində saxlamış, avtomobili aldığım vaxtdan yararsız vəziyyətdə olduğundan, motoru işləmədiyindən avtomobili idarə edə bilməmişdir. Şahid2 məhkəməyə teleqram vuraraq, məhkəməyə üzürlü səbəbdən gələ bilmədiyini, ibtidai istintaq zamanı vermiş olduğu izahatın təsdiq etmiş və əlavə izahatının olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan və tədqiq edilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, fəhləlik edib gündəlik olaraq öz gəlirini bu yolla əldə edir. 05 mart 2022-ci il tarixdə o, “Lalafo” elan saytında gəzişən zaman Şəmkir rayonu, Qaracəmirli kəndində 1000 manata AUDİ 80 markalı, **-NP-*** qeydiyyat nömrə nişanlı avtomobil satıldığını görmüş, elanda olan nömrəyə zəng etmiş, adı mənə sonradan məlum olan Qəzənfər adlı şəxs avtomobilin sənədlərinin yerində olduğunu demiş, həmin gün o, Şəmkir rayonu Qaracəmirli kəndinə getmiş, həmin avtomobilə baxmış, o, Qəzənfərlə 900 manat pulun qarşılığında həmin avtomobili almağa razılaşmış, o, Qəzənfərə 600 manat pul vermiş, ona avtomobilə etibarnamə verdikdən sonra qalan 300 manatı da verəcəyini demiş, 09 mart 2022-ci il tarixdə o, Qəzənfərlə birlikdə Şəmkir rayonunda yerləşən Notariat kontoruna getmiş, orada olan zaman Qəzənfərin təqdim etdiyi etibarnamənin saxta olduğu, avtomobilin Qəzənfərlə heç bir əlaqəsinin olmadığı müəyyən edilmiş, bundan sonra o, Qəzənfərə ya avtomobilin etibarnaməsini düzəltməsini, ya da ki, pulumu geri qaytarmasını demiş, Qəzənfər ona pulu xərclədiyini, atasının əməliyyat olunduğunu demiş, o, Qəzənfərə 1 ay vaxt verdiyini, 1 ay müddətində pulunu geri qaytarmasını demiş, buna baxmayaraq Qəzənfər təxminən 4-5 ay müddətində onun pulunu geri qaytarmamış, çətinliklə də olsa təxminən 5 ay sonra Qəzənfər onun pulunu geri qaytarmış, əvvəlcədən avtomobilin sənədlərinin yerində olmamasından onun məlumatı olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -Cinayət işinin 47-48-ci vərəqlərində olan cinayət törətməkdə şöbhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 16 dekabr 2022-ci il tarixdə saat 16:50-də şübhəli şəxs qismində saxlanılmışdır. -Cinayət işinin 82-83-cü vərəqlərində olan başqa yerə getməmək barədə iltizam qətimkan tədbirinin seçilməsi və təqsirləndiirlən şəxsin MSY-dən azad edilməsi haqqında protokoldan görünür ki, 18 dekabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş və o MSY-dən azad edilmişdir. - Cinayət işi materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Bakı şəhər Xəzər Rayon Məhkəməsinin xx.xx.2000-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 207 M.2H-ci maddəsinə əsasən 01 il müddətinə məhkum olunmuş və cəzası təxirə salınmışdır. -Cinayət işində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat və notariat baş idarəsinin Şəmkir rayon 1 saylı notariat ofisi tərəfindən verilmiş 13 aprel 2022-ci il tarixli 345 nömrəli məktubdan görünür ki, Şəmkir rayonu 2 saylı dövlət notariat kontorunda 15 yanvar 2007-ci il tarixli, 7E-01-102 saylı reyestrdə əks olunan etibarnamə barədə məlumatlar notariat ofisinin arxiv materiallarında aşkar edilməmiş, həmin reyestr nömrə ilə 7E-01 saylı notariat hərəkətlərinin qeydiyyatı kitabında digər notariat hərəkəti qeyd olunmuşdur. -Cinayət işiz üzrə xx.xx.2022-ci il tarixi üzləşdirmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 2022-ci ilin təxminən iyun ayında sürücülük üçün olan etibarnamə ilə Tovuz rayonundan Yusif adlı şəxsdən “AUDİ” markalı, **-NP-*** qeydiyyat nömrə nişanlı avtomobili 1300 manat pulun qarşılığında almış, avtomobilin nasaz hissələrini düzəltdirib bir müddət idarə etmiş, sonradan avtomobili yenə də nasazladığı üçün o, həmin avtomobili qayınatasının “Posanlı” massivində yerləşən sexinin qarşısında saxlamış, o, tanıdığı şəxslərə də avtomobili satdığını, müştəri olduğu halda ona bu barədə məlumat vermələrini demiş, 2022-ci ilin təxminən avqust ayında o, qayınatası Əliyə məxsus avtomobillərin təmiri sexinin qarşısına getmiş, bu zaman ona bir nəfər şəxsin avtomobili almaq üçün onu axtardığı məlum olmuş, o, həmin şəxsin orada olduğunu görmüş, həmin şəxsə yaxınlaşıb bir qədər söhbət etmiş, həmin şəxs avtomobili ondan almaq istədiyini demiş, o, həmin şəxsə Göygöl rayonuna getdiyini, Göygöldən qayıtdıqdan sonra söhbət edəcəyini demiş, həmin şəxs də onunla birlikdə Göygölə gedib-gəlmək istədiyi üçün adı ona sonradan məlum olan Qəzənfər adlı şəxs onunla birlikdə Göygöl rayonuna gedib-gəlmiş, onlar Şəmkir rayonuna qayıtdıqdan sonra avtomobilin yanına getmiş, orada olan zaman həmin Qəzənfər adlı şəxs ondan avtomobili hansı qiymətə satdığını soruşmuş, o, isə Qəzənfərə avtomobili 2500 manata satdığını demiş, həmin şəxs ona 1900 manat pulunun olduğunu, həmin qiymətə avtomobili ala biləcəyini demiş, o, da bir qədər düşündükdən sonra Qəzənfərlə razılaşmış, həmin gün səhərisi Qəzənfər Şəmkir rayonunda həmin sexin yanında ona 1900 manat pul vermiş, lakin onun həmin avtomobilə sürmək üçün etibarnaməsi olduğu üçün, həmin avtomobili sata bilməyəcəyi üçün avtomobilə etibarnamə almaq üçün yollar axtarmış, o, həmin avtomobilə etibarnamə almaq üçün bir neçə şəxslə əlaqə saxlasas da etibarnaməni necə alacağını bilmədiyi üçün özü həmin avtomobilə etibarnamə düzəltmək qərarına gəlmiş, yaşadığı evdə olan kompyuterdə avtomobil üçün etibarnaməni düzəltmiş, həmin etibarnaməni düzəltdikdən sonra isə Gəncə şəhərində tanımadığı bir yerdə yaddaş kartı vasitəsi ilə apardığı həmin etibarnaməni printerdən çıxartmış, o, həmin gün də Qəzənfər ilə əlaqə saxlamış, Qəzənfərə həmin etibarnaməni vermiş, onun həmin vaxt maddi problemləri olduğu üçün bu cür hərəkət etmişdir. Əməlindən peşmandır, maddi ziyanı isə bacardığı qədər ödəməyə hazırdır. -Cinayət işi üzrə 28 dekabr 2022-ci il tarixdə təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs istintaqdan gizləndiyi üçün onun barəsində axtarış elan edilmiş və ********* saylı cinayət işinin icraatı dayandırılmışdır. -Cinayət işinin 102-103-cü vərəqlərində olan protokoldan və qərardan görünür ki, Təqsirləndirilən şəxs 21 aprel 2023-cü il tarixdə özü könüllü olaraq Şəmkir rayon polis şöbəsinə gəlmiş və ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnərək davam etdirilmişdir. -21 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.1 və 320.2-ci maddələri olan ********* nömrəli cinayət işi həmin Məcəllənin 320.1-ci maddəsinə tövsif edilmişdir. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri qüvvədə saxlanılmışdır. Beləliklə, məhkəmə hesab edir ki, məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahid ifadələri, istintaq hərəkətlərinin protokolları və digər sənədlərlə Təqsirləndirilən şəxs ünvan 2 ünvanında qeydiyyatda olan, X1 adına olan, 1994-cü il buraxılışlı, “AUDİ 80” markalı, **-NP-*** dövlət qeydiyyat nişanlı avtomobil üzərində sərəncam vermək hüququ yaradan, Şəmkir rayon 2 saylı dövlət notariat kontoru adından, ƏN-İİ № 280519 nömrəli, 15 yanvar 2007-ci il tarixli, 7E-01-102 saylı reyestrdə əks olunmuş kimi qeyd edilən saxta etibarnaməni 2021-ci ilin avqust ayında, istintaqa dəqiq məlum olmayan tarixdə yaşadığı ünvan 3 ünvanında istifadəsində olan kompüter vasitəsilə hazılamaqla Gəncə şəhərində istintaqa məlum olmayan ünvanda printer vasitəsilə çap etdirərək rəsmi sənədi saxtalaşdırmaqla qanunsuz hazırlamış və Şəmkir rayonu, Posanlı yaşayış massivində qeyd olunan avtomobilə dair sənəd olduğunu bildirərək Şəmkir rayon sakini Zərərçəkmiş şəxs aldadaraq həmin avtomobili 1900 (min doqquz yüz) manata sataraq pulunu ələ keçirməsi sübuta yetirilir. Təqsirləndirilən şəxs bu əməli ibtidai araşdırma orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə tövsif olunmuş və o, həmin maddə ilə təqsirli bilinərək cəzalanmalıdır. Təqsirləndirilən şəxs barəsində qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə barışması və zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsi onun məsuliyyətini yüngülləşdirən hallardır. Cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsinin sanksiyasında üç min manatdan altı min manatadək miqdarında cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə nəzərdə tutulmuşdur və məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanunauyğun hesab edir. Belə ki, ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin hazırki vəziyyətdə cəmiyyətdən təcrid edilmədən islah olunması inandırıcı görünmür və cəzanın məqsədləri, cəza təyin etmənin ümumi əsasları baxımından onun barəsində daha yüngül cəza növünün təyin edilməsini əsaslandırmaq mümkün deyildir. Onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, məsuliyyətini yüngülləşdirən halların olmasını və və ağırlaşdıran halların müəyyən edilməməsi nəzərə alınmaqla, barəsində yalnız azadlıqdan məhrum etmə növündə cəzanı təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddənin sanksiyası çərçivəsində ona azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tutulmuşdu və onun həbs yerində saxlanıldığı iki gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin ediləcək cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri dəyişdirilməli və hökm qanuni qüvvəyə minənədək onun barəsində həbs qətimkan tədbiri seçilməli və o məhkəmə iclas zalından həbsə alınmalıdır. Bundan başqa qeyd edilməlidir ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Şəmkir rayon vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 14 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Şəmkir rayon Vəkil Bürosunun hesabına 84 manat məbləğində pul köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia, xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tutulduğu iki gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmənin bir gününə bir gün hesabı ilə hesablanmaqla, cəmi iki gün müddət ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 07 (yeddi) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 18 sentyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilsin və barəsində həbs qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs məhkəmə iclas zalında dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Şəmkir rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə istintaqında iştirak etməyə görə sərf edilmiş 14 saata görə hər saat üçün 6 (altı) manat hesabı ilə cəmi 84 (səksən dörd) manat pul vəsaiti dövlət büdcəsi hesabına ödənilsin. Hökmdən elan edildiyi və ya həbsdə olan şəxsə isə təqdim olunduğu gündən 20 gün müddətində Şəmkir rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Şəfəq Məmmədova
Məhkəmə qərarları › İş №1(076)-159/2023
Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-159/2023
18.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver