Məhkəmə qərarları › İş №1(076)-16/2023

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №1(076)-16/2023

14.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 1(076)-16/2023 14.03.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi, Şərifova Səbinə Səvayuş qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində DİMÜŞ-nin prokuroru X1, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Şəmkir rayon vəkil bürosunun vəkili X2 iştirakları ilə, xx xxxxxxxx 1979-cu ildə Şəmkir rayonunda anadan olmuş, Azəbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binаsındа açıq məhkəmə iclasında bаxаrаq, müəyyənetdi: Təqsirləndirilən şəxs xx.xx.2011-ci il tarixdən başlayaraq xx.xx.2002-ci il təvəllüdlü Nigar və xx.xx.2006-cı il təvəllüdlü Aslan adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 40 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsi tələbinə dair Şəmkir Rayon Məhkəməsinin 2(076)- 1364/2011 saylı xx.xx.2011-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə Şəmkir Rayon Məhkəməsinin 313-1.1-ci maddəsi ilə, habelə xx.xx.2017-ci il, xx.xx.2018-ci il, xx.xx.2020ci il və xx.xx.2021-ci il tarixli qərarları ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək müvafiq olaraq 5 gün, 10 gün, 10 gün və 12 gün müddətinə inzibati qaydada həbs olunmasına və xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq ediləsinə baxmayaraq şəxsi maraq niyyətilə cinayət təqibi başlanması məsələsinə baxılması üçün təqdimat verilən xx.xx.2022-ci il tarixədək 7120 manat aliment borcunun tələbkara ödəməməklə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq qəsdən icra etməmiş, bununla da Zərərçəkmiş şəxs qeyd olunan məbləğdə maddi ziyan vurmaqla yanaşı ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir. Bununla da, Təqsirləndirilən şəxs öz hərəkətləri ilə Azərbaycan Respublikası CMnın 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CMnin 306.1-ci maddəsi ilə verilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, həqiqətən o, Zərərçəkmiş şəxs ilə Şəmkir şəhərində tanış olmuş, sonra el adəti ilə 2000-ci ildə ailə qurmuş, nikahları isə rəsmi olaraq xx.xx.2006-cı il tarixdə rəsmiləşdirilmişdir. Birgə nikahdan üç uşaqları olmuş, yəni xx.xx.2002-ci il təvəllüdlü X4, xx.xx.2006-cı il təvəllüdlü X6, xx.xx.2012-ci il təvəllüdlü X5 adlı uşaqları dünyaya gəlmişdir. Ailə qurduqdan sonra Şəmkir şəhərində kirayədə yaşamışlar, ailə qurduqları ilk vaxtlarda münasibətləri yaxşı olsa da, sonradan münasibətləri pozulmuşdur. Bu səbəbdən də 2011-ci ildə Zərərçəkmiş şəxs qeyri rəsmi ayrılmışdır. 2011-ci ildə rəsmi nikahda olmaqlarına baxmayaraq Zərərçəkmiş şəxs iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Şəmkir Rayon Məhkəməsinin 2(076)-1364/2011 saylı xx.xx.2011-ci il tarixli qətnaməsinə əsasən ondan xx.xx.2011-ci il tarixdən hesablanmaqla xx.xx.2002-ci il təvəllüdlü X4 və xx.xx.2006-cı il təvəllüdlü X6 adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılmaları çünü hər ay hər uşaq üçün 40 manat olmaqla cəmi 80 sabit pul məbləğində alimentin alınaraq Zərərçəkmiş şəxs verilməsi qət olunmuşdur. Qətnamə üzrə icra vərəqəsi Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Qətnamənin icrası icra məmurları tərəfindən dəfələrlə ondan tələb olunmuşdur. Həmçinin alimenti ödəmədiyinə görə bir neçə dəfə inzibati qaydada həbs edilmişdir. Lakin müəyyən edilmiş borcu ödəməyə maddi imkanı çatmamışdır. Hazırda zərəçəkmiş şəxsə olan aliment borcunu ödəmişdir. Məhkəmədən barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə Şəmkir şəhərində tanış olmuş, sonra el adəti ilə 2000-ci ildə ailə qurmuş, nikahları isə rəsmi olaraq xx.xx.2006-cı il tarixdə rəsmiləşdirilmişdir. Birgə nikahdan üç uşaqları olmuş, yəni xx.xx.2002-ci il təvəllüdlü X4, xx.xx.2006-cı il təvəllüdlü X6, xx.xx.2012-ci il təvəllüdlü X5 adlı uşaqları dünyaya gəlmişdir. Üçüncü uşaqları dünyaya gəldikdən sonra Təqsirləndirilən şəxs uşaqları ilə maraqlanmamış, uşaqların böyüdülməsi üçün heç bir maddi və mənəvi yardım göstərməmişdir. 2011-ci ildə Elmil Əliyevdən ayrılmış və uşaqları ilə öz hesabına kirayədə yaşamağa başlamışdır. Bu səbəbdən uşaqların saxlanıılması üçün alimentin alınmasından ötrü iddia ərizəsi ilə məhkəməyə müraciət etməyə məcbur olmuş, həmin vaxt Harun adlı uşaq doğulmadığından Şəmkir Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(076)-1364/2011 saylı qətnaməsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2011-ci il tarixdən hesablanmaqla xx.xx.2002-ci il təvəllüdlü X4 və xx.xx.2006-cı il təvəllüdlü X6 adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 40 manat olmaqla cəmi 80 manat sabit pul məbləğində alimentin alınaraq ona verilməsi qət edilmişdir. Qətnamə üzrə icra vərəqəsi Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Qətnamənin icrası icra məmurları tərəfindən dəfələrlə ondan tələb olunmuşdur. Həmçinin alimenti ödəmədiyinə görə bir neçə dəfə inzibati qaydada həbs edilmişdir. Həmin vaxtdan Təqsirləndirilən şəxs məhkəmə qətnaməsinə məhəl qoymamış və müəyyən olunmuş aliment məbləğini ödəməmişdir. Halbuki, Emil fərdi əmək fəaliyyəti ilə məşğuldur və onun alimenti ödəməyə maddi imkanı vardır. Buna baxmayaraq o, aralarında olan münasibətlərə görə müəyyən edilmiş aliment məbləğini ödəməmişdir. Buna görə də müəyyən edilmiş aliment məbləğinə ehtiyacı çoxdur. Alimenti ala bilmədiyinə görə dəfələrlə icra məmurlarına da müraciət etmişdir. Hazırda Təqsirləndirilən şəxs ona olan aliment borcunu ödəmişdir. Ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şəmkir rayon İcra və Probasiya şöbəsinin icra məmuru Şahid ifadəsində göstərmişdir ki, Şəmkir Rayon Məhkəməsinin 2(076)-1364/2011 saylı xx.xx.2011-ci il tarixli qətnaməsi əsasında verilmiş icra sənədi üzrə xx.xx.2011-ci il tarixdən başlayaraq Təqsirləndirilən şəxs iki uşağın yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 40 manat tutulub Zərərçəkmiş şəxs verilməlidir. Göstərilən icra vərəqəsi xx.xx.2012-ci il tarixdə Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi rəhbər tutularaq icraata başlamaq haqqında qərar və bildiriş qəbul edilərək tərəflərə göndərilmişdir. X7 Əliyev qərar və bildirişi qəbul etsə də, icra sənədinin icrasını təmin etməmişdir. Borcun məcburi icrası üçün görülən tədbirlər də nəticə verməmiş və borcun yönəldilə biləcəyi əmlak və gəlirlər aşkar olunmamışdır. Borcluya dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq borcunu ödəməmişdir. Bundan sonra borclu Təqsirləndirilən şəxs icra məmurunun qanuni tələblərinə əməl etmədiyindən onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib olunaraq, Şəmkir Rayon Məhkəməsinə təqdim olunmuşdur. İcra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə X7 Əliyev Şəmkir Rayon Məhkəməsinin 3(076)-618/2014 nömrəli xx.xx.2014-cü il tarixli qərarı ilə təqsirli bilinərək 5 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Sonradan borclu məlumat vermədən yaşayış yerini dəyişdiyinə və olduğu yeri müəyyən etmək mümkün olmadığına görə icra məmurunun xx.xx.2015-ci il tarixli qərarı ilə onun barəsində Şəmkir Rayon Polis Şöbəsində xx.xx.2015-ci il tarixdə 33974 nömrəli axtarış işi açılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs izahatı alınmış və icra məmurunun qanuni tələblərinə əməl etmədiyindən onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib olunaraq, Şəmkir Rayon Məhkəməsinə təqdim olunmuş və Şəmkir Rayon Məhkəməsinin 3(076)-719/2017 saylı xx.xx.2017-ci il tarixli qərarına əsasən 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Həmçinin Təqsirləndirilən şəxs ölkədən getmək hüququ icra məmurunun xx.xx.2018-ci il tarixli təqdimatına əsasən Şəmkir Rayon Məhkəməsinin 8(076)-211/2018 nömrəli xx.xx.2018-ci il tarixli qərardadı ilə məhdudlaşdırılmışdır. Bundan başqa icra məmurunun qanuni tələblərinə əməl etmədiyindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokollar tərtib olunaraq, Şəmkir Rayon Məhkəməsinə təqdim olunmuş və Şəmkir Rayon Məhkəməsinin 3(076)-689/2018 saylı xx.xx.2018-ci il tarixli qərarına əsasən 10 gün müddətinə, Şəmkir Rayon Məhkəməsinin 3(076)-113/2020 saylı xx.xx.2020-ci il tarixli qərarına əsasən 10 gün müddətinə və Şəmkir Rayon Məhkəməsinin 3(076)-654/2021 saylı xx.xx.2021-ci il tarixli qərarına əsasən 12 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan sonra “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən Təqsirləndirilən şəxs yeni müddət təyin edilmiş, lakin həmin müddətdə də o, borcunu ödəməmişdir. Qeyd olunur ki, icraat dövründə borclu tərəfindən aliment borcundan 2000 manat ödəniş etmiş, iş üzrə borc 2022-ci ilin aprel ayı daxil olmaqla cəmi 7120 (yeddi min yüz iyirmi) manat təşkil edir. İş materiallardan göründüyü kimi X7 Əliyev Şəmkir Rayon Məhkəməsinin 2(076)- 1364/2011 saylı xx.xx.2011-ci il tarixli qətnaməsində göstərilən tələbləri icra etməkdən qərəzli olaraq boyun qaçırır, məhkəmə qərarını icra etmədiyinə görə inzibati qaydada həbs olunmasına baxmayaraq nəticə çıxarmamış, dəfələrlə cinayət məsuliyyətinə cəlb ediləcəyi və işlə təmin olunması üçün Məşğulluq Mərkəzinə müraciət etməsi barədə xəbərdarlıq edilsə də, aliment üzrə yaranmış borcun ödənilməsi üçün təşəbbüs göstərməmişdir. Bundan başqa tələbkar Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə ərizə ilə müraciət edərək indiyədək Təqsirləndirilən şəxs ona olan 7120 (yeddi min yüz iyirmi) manat borcunu qərəzli olaraq ödəmədiyinə görə borclunun cinayət məsuliyyətinə cəlb olunması üçün Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə təqdimat verilməsini xahiş etmişdir. Göstərilənlərə əsasən və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82.3-cü maddəsinin tələblərini rəhbər tutaraq Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb edilməsi üçün Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə təqdimat göndərilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şəmkir rayon İcra və Probasiya şöbəsinin icra məmuru X8 ica məmuru Şahid ilə eyni məzmunlu ifadəsində verdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Şəmkir Rayon Məhkəməsinin 2(076)-1364/2011 saylı xx.xx.2011-ci il tarixli icra vərəqəsindən görünür ki, xx.xx.2011-ci il tarixdən hesablanmaqla xx.xx.2002-ci il təvəllüdlü X4 və xx.xx.2006-cı il təvəllüdlü X6 adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşaq üçün 40 manat olmaqla cəmi 80 sabit pul məbləğində alimentin alınaraq Zərərçəkmiş şəxs verilməsi qət olunmuşdur. Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən qəbul edilmiş xx.xx.2012-ci il tarixli qərardan görünür ki, Şəmkir Rayon Məhkəməsinin 2(076)-1364/2011 saylı xx.xx.2011-ci il tarixli icra vərəqəsi üzrə icraata başlanılmışdır. “Tələbin könüllü icrası haqqında” xx.xx.2012-ci il tarixli bildirişindən görünür ki, həmin bildiriş borclu Təqsirləndirilən şəxs təqdim edilməklə, ona Şəmkir Rayon Məhkəməsinin 2(076)-1364/2011 saylı xx.xx.2011-ci il tarixli icra sənədində göstərilən tələbi könüllü icra etməsi üçün 10 (on) gün vaxt verilmişdir. Şəmkir Rayon Məhkəməsinin 3(076)-618/2014 saylı xx.xx.2014-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-in 313-1.1-ci maddəsi ilə təqsirli bilinərək 08 gün müddətinə inzibati həbs edilmişdir. Şəmkir rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, xx.xx.2018-ci il tarixli, xx.xx.2020ci il tarixli və xx.xx.2021-ci il tarixli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinərək müvafiq olaraq müvafiq olaraq 10 gün, 10 gün, 10 gün və 12 gün müddətinə inzibati həbs edilmişdir. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 8(076)-211/2018 saylı qərarından görünür ki, həmin qərarla Şəmkir Rayon Məhkəməsinin 2(076)-1364/2011 saylı xx.xx.2011-ci il tarixli icra sənədi üzrə tələbkara olan borcunu tamamilə ödəyənədək borclu Təqsirləndirilən şəxs Azərbaycan Respublikasından getmək hüququ məhdudlaşdırılmışdır. xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixli xəbərdarlıqlardan görünür ki, Təqsirləndirilən şəxs məhkəmə qətnaməsinin icra edilmədiyi təqdirdə barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunması barədə xəbərdarlıq edilmişdir. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 30 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. “Qətimkan tədbiri seçmə haqqında” 30 avqust 2022-ci il tarixli qərardan və iltizamdan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmişdir. Şəmkir rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(076)-231/2022 saylı qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilmişdir. Şəmkir RPŞ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 190-39415-1222 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs 19 noyabr 2022-ci il tarixdə tutularaq Şəmkir RPŞ-nin MSY-nə təhvil verilmişdir. Şəmkir rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(076)-231/2022 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törədilməsinə görə cinayət məsuliyyəti müəyyən edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Bununla yanaşı qeyd edilməlidir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsinin qeyd hissəsində göstərilmişdir ki, bu Məcəllənin 306.1 və ya 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini həmin əməllərlə bağlı hökm qanuni qüvvəyə minənədək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə Təqsirləndirilən şəxs bаrəsində Аzərbаycаn Respublikаsı CM-nin 306.1-ci mаddəsinin qeyd hissəsinin tətbiq оlunmаsını istisnа edən hаl müəyyən etməmişdir. Belə ki, iş mаteriаllаrındа olan zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş ərizədən görünür ki, zərərçəkmiş şəxs təqsirləndirilən şəxsdən ona olan 7120 manat aliment borcunu tam şəkildə almış və ona dəymiş maddi ziyanı tam şəkildə ödənilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs dəymiş ziyanı ödəməsi nəzərə alınmalı və onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin qeyd hissəsi tətbiq olunmaqla, o, cinayət məsuliyyətindən azad edilməli və onun Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 321, 346, 347 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraalır: Аzərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 306.1-ci mаddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmiş Təqsirləndirilən şəxs barəsində həmin Məcəllənin 306.1-ci maddəsinin Qeyd hissəsi tətbiq edilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin icraatına xitam verilsin. Təqsirləndirilən şəxsə göstərdiyi 18 saat hüquqi yardıma görə 108 (bir yüz səkkiz) manat pul X3 ödənilməsi üçün Şəmkir rayon Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və yа protesti verilə bilər. Hakim: Şəfəq Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar