Məhkəmə qərarları › İş №1(076)-16/2024

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №1(076)-16/2024

22.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 1(076)-16/2024 22.04.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Nəcəfli Rizvan Ramazan oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində DİMÜŞ-nin prokuroru Dövlət ittihamçısı, zərər çəkmiş Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Şəmkir Rayon vəkil bürosunun vəkili X2 iştirakları ilə, xx.xx.1988-ci ildə Özbəkistan, Səmərqənd şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvəllər məhkum olunmamış, Şəmkir rayonu, Əliyaqublu kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binаsındа açıq məhkəmə iclasında bаxаrаq, müəyyənetdi: Təqsirləndirilən şəxs cavabdeh kimi ondan, Gəncə Apelyasiya Məhkəməsinin 2(104)- 1015/2017 saylı, xx.xx.2017-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən 1330,00 manat dəyərində bir ədəd qolbağı, 980,00 manat dəyərində bir ədəd ilan boyunbağı, 650,00 manat dəyərində bir ədəd brilyant qaşlı bir cüt sırğa, 860,00 manat dəyərində bir ədəd brilyant qaşlı nişan üzüyü, 520,00 manat dəyərində bir ədəd brilyant qaşlı üzük və 580,00 manat dəyərində bir ədəd brilyant qaşlı üzük naturada və ya onların dəyəri, bundan əlavə Şəmkir Rayon Məhkəməsinin 2(076)-5028/2016 saylı, xx.xx.2016-cı il tarixli qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən alimentin və müalicə xərcinin məbləği artırılaraq qətnamə qanuni qüvvəyə mindiyi gündən, yəni xx.xx.2017-ci il tarixdən başlayaraq, xx.xx.2013-cü il təvəllüdlü Elxan adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 117,00 manat sabit pul məbləğində aliment, 40,00 manat məbləğində isə müalicə xərci, Şəmkir Rayon Məhkəməsinin 2(076)-1648/2018 saylı, xx.xx.2018-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən müalicə xərcinin məbləği artırılaraq qətnamə qanuni qüvvəyə mindiyi gündən, yəni xx.xx.2018-ci il tarixdən başlayaraq, xx.xx.2013-cü il təvəllüdlü Elxan adlı uşağın yetkinlik yaşına çatanadək 70,00 manat məbləğində müalicə xərci, Şəmkir Rayon Məhkəməsinin 2(076)-2092/2018 saylı, xx.xx.2018-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən alimentin məbləği artırılaraq qətnamə qanuni qüvvəyə mindiyi gündən, yəni xx.xx.2019-cu il tarixdən başlayaraq, xx.xx.2013-cü il təvəllüdlü Elxan adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 160,00 manat sabit pul məbləğində alimentin və Şəmkir Rayon Məhkəməsinin 2(076)-146/2021 saylı, xx.xx.2021-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən alimentin məbləği artırılaraq qətnamə qanuni qüvvəyə mindiyi gündən, yəni xx.xx.2021-ci il tarixdən başlayaraq, xx.xx.2013-cü il təvəllüdlü Elxan adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170,00 manat sabit pul məbləğində alimentin tutularaq tələbkar Zərərçəkmiş şəxs ödənilməsinə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnamələrini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə barəsində Şəmkir Rayon Məhkəməsinin 3(076)-898/2021 saylı, xx.xx.2021-ci il və 3(076)-490/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarları ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək müvafiq olaraq 15-20 gün müddətinə inzibati qaydada həbs olunmasına, icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edilərək sonuncu dəfə xx.xx.2022-ci il tarixdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən xx.xx.2022-ci il tarixədək 18585,00 manat məbləğində aliment borcunu Zərərçəkmiş şəxs ödəməyərək sonuncuya maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs ilə faktiki olaraq 2012-ci ildə evlənmişlər, nikahları xx.xx.2013-cü il tarixdə rəsmiləşdirilmişdir. Birgə nikahlarından bir övladları dünyaya gəlmişdir. Əvvəllər Zərərçəkmiş şəxs ilə münasibətləri yaxşı olsa da, sonradan pisləşmişdir. Bu səbəbdən 2014-cü ildə ayrılmışlar və nikahları məhkəmə qərarı ilə ləğv edilmişdir. Bundan sonra Şəmkir Rayon Məhkəməsinin 2(076)-5028/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsinə əsasən alimentin və müalicə xərcinin məbləği artırılaraq qətnamə qanuni qüvvəyə mindiyi gündən, yəni xx.xx.2017-ci il tarixdən başlayaraq, xx.xx.2013-cü il təvəllüdlü Elxan adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 117,00 manat sabit pul məbləğində aliment, 40,00 manat məbləğində isə müalicə xərci ondan alınaraq tələbkar Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Habelə Şəmkir Rayon Məhkəməsinin 2(076)-1648/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən müalicə xərcinin məbləği artırılaraq qətnamə qanuni qüvvəyə mindiyi gündən, yəni xx.xx.2018-ci il tarixdən başlayaraq, xx.xx.2013-cü il təvəllüdlü Elxan adlı uşağın yetkinlik yaşına çatanadək 70,00 manat məbləğində müalicə xərci ondan alınaraq tələbkar Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Şəmkir Rayon Məhkəməsinin 2(076)-2092/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən alimentin məbləği artırılaraq qətnamə qanuni qüvvəyə mindiyi gündən, yəni xx.xx.2019-cu il tarixdən başlayaraq, xx.xx.2013-cü il təvəllüdlü Elxan adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 160,00 manat sabit pul məbləğində aliment ondan alınaraq tələbkar Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Şəmkir Rayon Məhkəməsinin 2(076)-146/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən alimentin məbləği artırılaraq qətnamə qanuni qüvvəyə mindiyi gündən, yəni xx.xx.2021-ci il tarixdən başlayaraq, xx.xx.2013-cü il təvəllüdlü Elxan adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170,00 manat sabit pul məbləğində aliment ondan alınaraq tələbkar Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Həmçinin Gəncə Apelyasiya Məhkəməsinin 2(104)-1015/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən 1330,00 manat dəyərində bir ədəd qolbağı, 980,00 manat dəyərində bir ədəd ilan boyunbağı, 650,00 manat dəyərində bir ədəd brilyant qaşlı bir cüt sırğa, 860,00 manat dəyərində bir ədəd brilyant qaşlı nişan üzüyü, 520,00 manat dəyərində bir ədəd brilyant qaşlı üzük və 580,00 manat dəyərində bir ədəd brilyant qaşlı üzük naturada və ya onların dəyəri ondan alınaraq tələbkar Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Yuxarıda qeyd olunan məhkəmə qətnamələrindən verdiyi apellyasiya və kasassiya şikayətləri rədd edilmişdir. Göstərilən qətnamələr qanuni qüvvəsini aldıqdan sonra Şəmkir rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş və müvafiq qaydada icraata başlanılaraq tələbin icra edilməsi barədə onun ünvanına bildirişlər göndərilmişdir. Bundan sonra ona dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq aliment borcunu ödəməmişdır. İcra məmurunun qanuni tələblərinə əməl etmədiyinə görə onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokollar tərtib olunaraq, Şəmkir Rayon Məhkəməsinə təqdim olunmuşdur. Şəmkir Rayon Məhkəməsinin 3(076)-898/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərarı ilə 15 gün, Şəmkir Rayon Məhkəməsinin 3(076)-490/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarı ilə isə 20 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Daha sonra ölkədən getmək hüququ icra məmurunun təqdimatına əsasən Şəmkir Rayon Məhkəməsinin 8(076)-2/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə məhdudlaşdırılmışdır. Bundan başqa inzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən ona yeni müddət təyin edilmişdir. Əvvələr aliment borcunu ödəmiş, lakin Zərərçəkmiş şəxs alimentin artırılması ilə bağlı mütəmadi olaraq məhkəməyə müraciət etdiyinə görə alimenti və qızıl-zinyət tələbi üzrə yaranmış borcu ödəməmişdir. Məhkəmə qətnaməsində qeyd olunan qızıl-zinyət əşyaları onda yoxdur. Həmin qızıl zinyət əşyaları Zərərçəkmiş şəxs özündədir. O, 2017-ci ildən 2021-ci ilə kimi Rusiya Federasiyasının Moskva şəhərində meyvə-tərəvəz alveri ilə məşğul olmuş, orta hesabla aylıq gəliri 300,00-350,00 ABŞ dolları olub. Hazırda rəsmi iş yeri yoxdur. Fərdi qaydada təsərrüfat işləri ilə məşğul olur, orta hesabla aylıq gəliri 300,00 manat təşkil edir. Məhkəmə qətnaməsini maddi imkanının kifayət qədər yaxşı olmadığından icra etməmişdir. Lakin, hal-hazırda zərər çəkmiş şəxs ilə barışmışdır, ona dəymiş zərəri tam şəkildə ödəmişdir, zərər çəkmiş şəxsin ona qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, hazırda Şəmkir rayon Mərkəzi xəstəxanasında tibb işçisi kimi işləyir. Təqsirləndirilən şəxs ilə faktiki olaraq 2012-ci ildə evlənmişlər, nikahları xx.xx.2013-cü il tarixdə rəsmiləşdirilmişdir. Birgə nikahlarından bir övladı dünyaya gəlmişdir. Əvvəllər Təqsirləndirilən şəxs ilə münasibətləri yaxşı olsa da, sonradan pisləşmişdir. Təqsirləndirilən şəxs tərəfindən döyülərək evdən qovulduğu üçün toy məclisi zamanı ona hədiyyə edilmiş qızıl-zinət əşyalarını götürə bilməmişdir. Bu səbəbdən ayrılmışlar və nikahları 2014-cü ildə məhkəmə qərarı ilə ləğv edilmişdir. Bundan sonra aliment və əmlak tələbi ilə məhkəməyə müraciət etmiş və Şəmkir Rayon Məhkəməsinin 2(076)-5028/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsinə əsasən alimentin və müalicə xərcinin məbləği artırılaraq qətnamə qanuni qüvvəyə mindiyi gündən, yəni xx.xx.2017-ci il tarixdən başlayaraq, xx.xx.2013-cü il təvəllüdlü Elxan adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 117,00 manat sabit pul məbləğində aliment, 40,00 manat məbləğində isə müalicə xərci borclu Təqsirləndirilən şəxs alınaraq ona verilməsi qət edilmişdir. Sonradan Şəmkir Rayon Məhkəməsinin 2(076)-1648/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən müalicə xərcinin məbləği artırılaraq qətnamə qanuni qüvvəyə mindiyi gündən, yəni xx.xx.2018-ci il tarixdən başlayaraq, xx.xx.2013-cü il təvəllüdlü Elxan adlı uşağın yetkinlik yaşına çatanadək 70,00 manat məbləğində müalicə xərci borclu Təqsirləndirilən şəxs alınaraq ona verilməsi qət edilmişdir. Şəmkir Rayon Məhkəməsinin 2(076)-2092/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən alimentin məbləği artırılaraq qətnamə qanuni qüvvəyə mindiyi gündən, yəni xx.xx.2019-cu il tarixdən başlayaraq, xx.xx.2013-cü il təvəllüdlü Elxan adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 160,00 manat sabit pul məbləğində aliment borclu Təqsirləndirilən şəxs alınaraq ona verilməsi qət edilmişdir. Şəmkir Rayon Məhkəməsinin 2(076)-146/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən alimentin məbləği artırılaraq qətnamə qanuni qüvvəyə mindiyi gündən, yəni xx.xx.2021-ci il tarixdən başlayaraq, xx.xx.2013-cü il təvəllüdlü Elxan adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170,00 manat sabit pul məbləğində aliment borclu Təqsirləndirilən şəxs alınaraq ona verilməsi qət edilmişdir. Həmçinin Gəncə Apelyasiya Məhkəməsinin 2(104)-1015/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən 1330,00 manat dəyərində bir ədəd qolbağı, 980,00 manat dəyərində bir ədəd ilan boyunbağı, 650,00 manat dəyərində bir ədəd brilyant qaşlı bir cüt sırğa, 860,00 manat dəyərində bir ədəd brilyant qaşlı nişan üzüyü, 520,00 manat dəyərində bir ədəd brilyant qaşlı üzük və 580,00 manat dəyərində bir ədəd brilyant qaşlı üzük naturada və ya onların dəyəri borclu Təqsirləndirilən şəxs alınaraq ona verilməsi qət edilmişdir. Yuxarıda qeyd olunan məhkəmə qətnamələrindən borclu Təqsirləndirilən şəxs verdiyi apellyasiya və kasassiya şikayətləri rədd edilmişdir. Göstərilən qətnamələr qanuni qüvvəsini aldıqdan sonra Şəmkir rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş və müvafiq qaydada icraata başlanılaraq tələbin icra edilməsi barədə Təqsirləndirilən şəxs ünvanına bildirişlər göndərilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq aliment və əmlak borcunu ödəməmişdir. İcra məmurunun qanuni tələblərinə əməl etmədiyinə görə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokollar tərtib olunaraq baxılması üçün Şəmkir Rayon Məhkəməsinə təqdim olunmuşdur. Borclu Təqsirləndirilən şəxs Şəmkir Rayon Məhkəməsinin 3(076)-898/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərarı ilə 15 və həmin məhkəmənin 3(076)-490/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarı ilə isə 20 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs ölkədən getmək hüququ icra məmurunun təqdimatına əsasən Şəmkir Rayon Məhkəməsinin 8(076)- 2/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə məhdudlaşdırılmışdır. Bundan başqa inzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən Təqsirləndirilən şəxs yeni müddət təyin edilmişdir. Buna baxmayaraq Təqsirləndirilən şəxs maddi imkanının olmamasını və guya qızıl-zinyət əşyalarının onda olmamasını əsas gətirərək iddia tələbini təmin etməkdən qərəzli olaraq imtina etmişdir. Cinayət təqibi üçün təqdimat verilən günə yəni, xx.xx.2022-ci il tarixədək Təqsirləndirilən şəxs ödənməmiş aliment və müalicə xərci üzrə borcu cəmi 13665,00 manat təşkil edir. Bundan əlavə borclu Təqsirləndirilən şəxs Gəncə Apelyasiya Məhkəməsinin 2(104)- 1015/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsində qeyd olunan ümumi dəyəri 4920,00 manat olan qızıl-zinət əşyalarının dəyərindən hazırkı tarixə kimi heç bir ödəniş etməmişdir. Borclu Təqsirləndirilən şəxs ümumilikdə borcu 18585,00 manat təşkil edir. Təqsirləndirilən şəxs 2017-ci ildən 2021-ci ilə kimi Rusiya Federasiyasının Moskva şəhərində meyvətərəvəz alveri ilə məşğul olurdu və yüksək gəlir əldə edirdi. Hazırda təqsirləndirilən şəxslə barışmışdır, ona dəymiş maddi zərər tam ödənilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şəmkir rayon icra və probasiya şöbəsinin böyük icra məmuru Şahid1 ifadəsində göstərmişdir ki, Şəmkir Rayon Məhkəməsinin 2(076)-1772/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2015-ci il tarixdən başlayaraq, xx.xx.2013-cü il təvəllüdlü Elxan adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 90,00 manat sabit pul məbləğində aliment və 20,00 manat məbləğində isə müalicə xərci borclu Təqsirləndirilən şəxs alınaraq tələbkar Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Sözügedən məhkəmə qətnaməsi üzrə yaranmış aliment borcu tələbkar Zərərçəkmiş şəxs xeyrimə tam şəkildə ödəmişdir. Sonradan Şəmkir Rayon Məhkəməsinin 2(076)-5028/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsinə əsasən alimentin və müalicə xərcinin məbləği artırılaraq qətnamə qanuni qüvvəyə mindiyi gündən, yəni xx.xx.2017-ci il tarixdən başlayaraq, xx.xx.2013-cü il təvəllüdlü Elxan adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 117,00 manat sabit pul məbləğində aliment, 40,00 manat məbləğində isə müalicə xərci borclu Təqsirləndirilən şəxs alınaraq tələbkar Zərərçəkmiş şəxs qızına verilməsi qət edilmişdir. Şəmkir Rayon Məhkəməsinin 2(076)-1648/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən müalicə xərcinin məbləği artırılaraq qətnamə qanuni qüvvəyə mindiyi gündən, yəni xx.xx.2018-ci il tarixdən başlayaraq, xx.xx.2013-cü il təvəllüdlü Elxan adlı uşağın yetkinlik yaşına çatanadək 70,00 manat məbləğində müalicə xərci borclu Təqsirləndirilən şəxs alınaraq tələbkar Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Şəmkir Rayon Məhkəməsinin 2(076)-2092/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən alimentin məbləği artırılaraq qətnamə qanuni qüvvəyə mindiyi gündən, yəni xx.xx.2019-cu il tarixdən başlayaraq, xx.xx.2013-cü il təvəllüdlü Elxan adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 160,00 manat sabit pul məbləğində aliment borclu Təqsirləndirilən şəxs alınaraq tələbkar Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Şəmkir Rayon Məhkəməsinin 2(076)-146/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən alimentin məbləği artırılaraq qətnamə qanuni qüvvəyə mindiyi gündən, yəni xx.xx.2021-ci il tarixdən başlayaraq, xx.xx.2013-cü il təvəllüdlü Elxan adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170,00 manat sabit pul məbləğində aliment borclu Təqsirləndirilən şəxs alınaraq tələbkar Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Həmçinin Gəncə Apelyasiya Məhkəməsinin 2(104)-1015/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən 1330,00 manat dəyərində bir ədəd qolbağı, 980,00 manat dəyərində bir ədəd ilan boyunbağı, 650,00 manat dəyərində bir ədəd brilyant qaşlı bir cüt sırğa, 860,00 manat dəyərində bir ədəd brilyant qaşlı nişan üzüyü, 520,00 manat dəyərində bir ədəd brilyant qaşlı üzük və 580,00 manat dəyərində bir ədəd brilyant qaşlı üzük naturada və ya onların dəyəri borclu Təqsirləndirilən şəxs alınaraq tələbkar Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Yuxarıda qeyd olunan məhkəmə qətnamələrindən borclu Təqsirləndirilən şəxs verdiyi apellyasiya və kasassiya şikayətləri rədd edilmişdir. Göstərilən qətnamələr qanuni qüvvəsini aldıqdan sonra Şəmkir rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş və müvafiq qaydada icraata başlanılaraq tələbin icra edilməsi barədə Təqsirləndirilən şəxs ünvanına bildirişlər göndərilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq aliment və əmlak borcunu ödəməmişdir. İcra məmurunun qanuni tələblərinə əməl etmədiyinə görə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokollar tərtib olunaraq baxılması üçün Şəmkir Rayon Məhkəməsinə təqdim olunmuşdur. Borclu Təqsirləndirilən şəxs Şəmkir Rayon Məhkəməsinin 3(076)-898/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərarı ilə 15 gün, həmin məhkəmənin 3(076)-490/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarı ilə isə 20 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs ölkədən getmək hüququ icra məmurunun təqdimatına əsasən Şəmkir Rayon Məhkəməsinin 8(076)-2/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə məhdudlaşdırılmışdır. Bundan başqa inzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən Təqsirləndirilən şəxs yeni müddət təyin edilmişdir. Maddi imkanının olmasına baxmayaraq Təqsirləndirilən şəxs maddi imkanının olmamasını əsas gətirərək iddia tələbini təmin etməkdən qərəzli olaraq imtina etmişdir. Onda olan məlumata görə Təqsirləndirilən şəxs 2017-ci ildən 2021-ci ilə kimi Rusiya Federasiyasının Moskva şəhərində meyvə-tərəvəz alveri ilə məşğul olub. Hazırda Təqsirləndirilən şəxs fərdi qaydada təsərrüfat işləri ilə məşğul olur və yüksək gəlir əldə edir. Təqsirləndirilən şəxs iddia tələbini qərəzli olaraq təmin etməkdən boyun qaçırır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şəmkir rayon icra və probasiya şöbəsinin icra məmuru Şahid2 ifadəsində Şahid1 göstərdikləri xüsusatları tam təsdiq edərək Təqsirləndirilən şəxs məhkəmə qətnamələrinin qərəzli olaraq icra etməməsini bir daha göstərmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Şəmkir rayon Məhkəməsinin 2(076)-5028/2016 saylı, xx.xx.2016-ci il tarixli qətnaməsindən görünür ki, qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq xx.xx.2013-cü təvəllüdlü Elxan adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün əvvəllər Şəmkir Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(076)-1772/2015 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı artırılaraq hər ay 117 (bir yüz on yeddi) manat sabit pul məbləği həddində, vəsaitin miqdarı artırılaraq hər ay 40 (qırx) manat həddində müəyyən edilməsi və cavabdeh Təqsirləndirilən şəxs alınıb iddiaçı Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Şəmkir şəhəri üzrə İcra İdarəsinin icra məmuru tərəfindən qəbul edilmiş xx.xx.2017-cı il tarixli qərardan görünür ki, Şəmkir Rayon Məhkəməsinin 2(076)-5028/2016 saylı, xx.xx.2016-ci il tarixli icra vərəqəsi üzrə icraata başlanılmışdır. “Tələbin könüllü icrası haqqında” xx.xx.2017-cı il tarixli bildirişindən görünür ki, həmin bildiriş borclu Təqsirləndirilən şəxs təqdim edilməklə, ona Şəmkir Rayon Məhkəməsinin 2(076)-5028/2016 saylı, xx.xx.2016-ci il tarixli icra sənədində göstərilən tələbi könüllü icra etməsi üçün 10 (on) gün vaxt verilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-1015/2017 saylı, 09 mart 2017-ci il tarixli, 2(104)-1015/2017 saylı qətnaməsinin təsdiq edilmiş surətindən görünür ki, iş üzrə Şəmkir Rayon Məhkəməsinin 08 noyabr 2016-cı il tarixli 2-5112 saylı qətnaməsi cavabdeh Təqsirləndirilən şəxs 1330 manat dəyərində bir ədəd qolbağı, 980 manat dəyərində bir ədəd ilan boyunbağı, 650 manat dəyərində bir ədəd brilyant qaşlı bir cüt sırğa, 860 manat dəyərində bir ədəd brilyant qaşlı nişan üzüyü, 520 manat dəyərində bir ədəd brilyant qaşlı üzük və 580 manat dəyərində bir ədəd brilyant qaşlı üzüyün alınaraq iddiaçıya verilməsi barədə iddianın təmin edilməməsi hissəsində ləğv edilməsi və iddia tələbinin həmin hissədə təmin edilərək, cavabdeh Təqsirləndirilən şəxs 1330 manat dəyərində bir ədəd qolbağı, 980 manat dəyərində bir ədəd ilan boyunbağı, 650 manat dəyərində bir ədəd brilyant qaşlı bir cüt sırğa, 860 manat dəyərində bir ədəd brilyant qaşlı nişan üzüyü, 520 manat dəyərində bir ədəd brilyant qaşlı üzük və 580 manat dəyərində bir ədəd brilyant qaşlı üzük naturada və ya onların dəyəri alınaraq iddiaçı Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Şəmkir şəhəri üzrə İcra İdarəsinin icra məmuru tərəfindən qəbul edilmiş xx.xx.2017-cı il tarixli qərardan görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)- 2015/2017 saylı, xx.xx.2017-ci il tarixli icra vərəqəsi üzrə icraata başlanılmışdır. “Tələbin könüllü icrası haqqında” xx.xx.2017-cı il tarixli bildirişindən görünür ki, həmin bildiriş borclu Təqsirləndirilən şəxs təqdim edilməklə, ona Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-1015/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədində göstərilən tələbi könüllü icra etməsi üçün 10 (on) gün vaxt verilmişdir. Şəmkir rayon Məhkəməsinin 2(076)-1648/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinin təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2013-cü il təvəllüdlü Elxan adlı uşağın yetkinlik yaşına çatanadək 70,00 manat həddində müəyyən edilsin və qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq xx.xx.2013-cü il təvəllüdlü Elxan adlı uşağın müalicəsi üçün cavabdeh Təqsirləndirilən şəxs hər ay 70 manat vəsait tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməsinə qət etmişdir. Şəmkir şəhəri üzrə İcra İdarəsinin icra məmuru tərəfindən qəbul edilmiş xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Şəmkir rayon Məhkəməsinin 2(076)-1648/2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsi üzrə icraata başlanılmışdır. “Tələbin könüllü icrası haqqında” xx.xx.2019-cu il tarixli bildirişindən görünür ki, həmin bildiriş borclu Təqsirləndirilən şəxs təqdim edilməklə, ona Şəmkir rayon Məhkəməsinin 2(076)-1648/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədində göstərilən tələbi könüllü icra etməsi üçün 10 (on) gün vaxt verilmişdir. Şəmkir Rayon Məhkəməsinin 2(076)-2092/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsindən görünür ki, hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq xx.xx.2013-cü il təvəllüdlü Elxan adlı uşağın yetkinik yaşına çatanadək saxlanması üçün əvvəllər Şəmkir Rayon Məhkəməsinin xx.xx.2016-ci il tarixli 2(076)-5028/2016 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarını artırılaraq hər ay 160 manat sabit pul məbləği həddində müəyyən edilsin və cavabdeh Təqsirləndirilən şəxs alınıb iddiaçı X1 verilməsi qət edilmişdir. Şəmkir şəhəri üzrə İcra İdarəsinin icra məmuru tərəfindən qəbul edilmiş xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Şəmkir rayon Məhkəməsinin 2(076)-2092/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsi üzrə icraata başlanılmışdır. “Tələbin könüllü icrası haqqında” xx.xx.2019-cu il tarixli bildirişindən görünür ki, həmin bildiriş borclu Təqsirləndirilən şəxs təqdim edilməklə, ona Şəmkir rayon Məhkəməsinin 2(076)-2092/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədində göstərilən tələbi könüllü icra etməsi üçün 10 (on) gün vaxt verilmişdir. Şəmkir Rayon Məhkəməsinin 2(076)-146/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, xx.xx.2013-cü ildə andan olmuş X3 adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün Şəmkir Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə hər ay bir uşaq üçün müəyyən edilmiş 160 manat sabit pul məbləğində alimentin məbləği artırılaraq hər ay bir uşağa görə 170 manat məbləğində müəyyən edilməsi qət edilmişdir. Şəmkir şəhəri üzrə İcra İdarəsinin icra məmuru tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Şəmkir rayon Məhkəməsinin 2(076)-146/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsi üzrə icraata başlanılmışdır. “Tələbin könüllü icrası haqqında” xx.xx.2021-ci il tarixli bildirişindən görünür ki, həmin bildiriş borclu Təqsirləndirilən şəxs təqdim edilməklə, ona Şəmkir rayon Məhkəməsinin 2(076)-146/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədində göstərilən tələbi könüllü icra etməsi üçün 10 (on) gün vaxt verilmişdir. “İcra sənədlərinin ümumi icraatda birləşdirilməsi haqqında” xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-1015/2017 saylı xx.xx.2017ci il tarixli, Şəmkir Rayon Məhkəməsinin 2(076)-5028/2016 saylı xx.xx.2016-cı il tarixli, 2(076)-1648/2018 xx.xx.2018-ci tarixli, 2(076)-2092/2018 saylı xx.xx.2018-ci il tarixli, 2(076)-146/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədləri ümumi icraatda birləşdirilməsinə qərara almışdır. Şəmkir rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 3(076)-898/2021 qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinərək 15 gün müddətinə inzibati həbs edilmişdir. Şəmkir Rayon Məhkəməsinin 8(076)-2/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-1015/2017 saylı xx.xx.2017-ci il tarixli, Şəmkir Rayon Məhkəməsinin 2(076)-5028/2016 saylı xx.xx.2016-cı il tarixli, 2(076)-1648/2018 xx.xx.2018-ci tarixli və 2(076)-2092/2018 saylı xx.xx.2018-ci il tarixli saylı icra sənədləri üzrə borclu Təqsirləndirilən şəxs Azərbaycan Respublikasından getmək hüququ tələbkara olan borcunu ödəyənədək müvəqqəti məhdudlaşdırılmasına qərara alınmışdır. Şəmkir rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 3(076)-490/2020 qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinərək 20 gün müddətinə inzibati həbs edilmişdir. xx.xx.2022-ci il tarixli xəbərdarlıqdan görünür ki, Təqsirləndirilən şəxs məhkəmə qətnaməsinin icra edilmədiyi təqdirdə barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunması barədə xəbərdarlıq edilmişdir. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 07 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. “Qətimkan tədbiri seçmə haqqında” 07 iyun 2023-cü il tarixli qərardan və iltizamdan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmişdir. Şəmkir Rayon İcra və Probasiya şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 2753/2023 nömrəli məktubundan görünür ki, Şəmkir Rayon Məhkəməsinin 2(076)- 5028/2016 saylı xx.xx.2016-cı il tarixli, 2(076)-1648/2018 xx.xx.2018-ci tarixli və 2(076)- 2092/2018 saylı xx.xx.2018-ci il tarixli və 2(076)-146/2021 xx.xx.2021-ci il tarixli qətnamələri üzrə cinayət təqibi üçün təqdimat verilən günə yəni, xx.xx.2022-ci il tarixə yaranmış aliment borcu 13665 manat təşkil edir. X6 Məhkəməsinin 2(104)-1015/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsində göstərilən qızıl-zinət əşyaları tələbkara qaytarılmamış və qızıl-zinət əşyalarının cəmi dəyəri 4920 manat puldan isə heç bir ödəniş edilməmişdir. Ümumilikdə bütün qətnamələr üzrə cəmi borc məbləği 18960 manat təşkil edir. İş materiallarında olan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, Təqsirləndirilən şəxs ona vurulmuş zərəri ödəmişdir və hazırda onunla barışıbdır. Ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Bu səbəbdən onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törədilməsinə görə cinayət məsuliyyəti müəyyən edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Bununla yanaşı qeyd edilməlidir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsinin qeyd hissəsində göstərilmişdir ki, bu Məcəllənin 306.1 və ya 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini həmin əməllərlə bağlı hökm qanuni qüvvəyə minənədək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə Təqsirləndirilən şəxs оğlu bаrəsində Аzərbаycаn Respublikаsı CM-nin 306.1-ci mаddəsinin qeyd hissəsinin tətbiq оlunmаsını istisnа edən hаl müəyyən etməmişdir. Belə ki, iş mаteriаllаrındа olan zərər çəkmiş şəxs tərəfindən təqdim edilmiş ərizədən görünür ki, zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə bаrışmış, sonuncu zərərçəkmişə dəymiş ziyаnı tam ödəmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs dəymiş ziyanı ödəməsi nəzərə alınmalı və onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin qeyd hissəsi tətbiq olunmaqla, o, cinayət məsuliyyətindən azad edilməli və onun Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut, xüsusi müsadirə olunmalı əmlak və mülki iddia yoxdur. İş üzrə məhkəmə xərci – dövlət büdcəsi hesabına təyin edilmiş vəkilin ibtidai istintaqda təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə sərf etdiyi 15 saat iş vaxtı üçün 90 manat pul vəkil X5 ödənilməsi üçün Şəmkir Rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 321, 346, 347 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraalır: Аzərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 306.1-ci mаddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmiş Təqsirləndirilən şəxs barəsində həmin Məcəllənin 306.1-ci maddəsinin Qeyd hissəsi tətbiq edilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Göstərdiyi 15 saat hüquqi yardıma görə 90 (doxsan) manat pul dövlət büdcəsinin vəsaiti hesabına Şəmkir Rayon Vəkil Bürosunun vəkili X5 ödənilməsi üçün Şəmkir Rayon Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və yа protesti verilə bilər. Qərardan bu müddətdə şikayət və ya protest verilmədikdə qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar