Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-16/2025 22.01.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi–Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və təqsirləndirilən şəxs–Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1976–cı il tarixdə Şəmkir rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Şəmkir Rayon Məhkəməsinin 29 mart 2021ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 03 il sınaq müddəti tətbiq edilməklə 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, qanunla müəyyən edilmiş qaydada məhkumluğu ödənilməmiş və götürülməmiş, Şəmkir rayonu, Sabirkənd kəndində qeydiyyatda olmaqla, həmin kənddə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah, onun komplekt hissəsini və döyüş sursatlarını əldə etmiş, daşımış, saxlamış və gəzdirmişdir. Belə ki, o, qanunsuz olaraq 01 ədəd çərçivəsində BT-1198 nömrəsi olan zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1978-ci ildə istehsal olunmuş, texniki cəhətdən saz və atəş üçün yararlı, 9 mm kalibrli, yivli odlu silah hesab edilən Makarov konstruksiyalı tapançanı, 01 ədəd zavod üsulu ilə istehsal olunmuş, texniki cəhətdən saz və istifadə üçün yararlı, 08 ədəd 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Makarov konstruksiyalı tapançaların komplekt hissəsi hesab edilən darağı və 07 ədəd zavod üsulu ilə Rusiya dövlətində istehsal olunmuş, döyüş sursatı hesab olunan və atəş üçün yararlı, 9x18 mm kalibrli olmaqla, həmin kalibrli Makarov (PM) və Steçkin (APS) konstruksiyalı tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş ştat patronlarını əldə edib, üzərində daşıyaraq saxlamış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin və Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən birgə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 04 mart 2024-cü il tarixdə saat 12:15-də Şəmkir rayonu, Sabirkənd kəndində olduğu zaman saxlanılaraq Şəmkir Rayon Polis Şöbəsinin inzibati binasına gətirilmiş, orada həmin gün saat 13:57-dən etibarən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman onun bel nahiyəsinin sol hissəsində qanunsuz olaraq əldə edib daşıyaraq gəzdirməklə saxladığı 01 ədəd çərçivəsində BT-1198 nömrəsi olan zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1978-ci ildə istehsal olunmuş, texniki cəhətdən saz və atəş üçün yararlı, 9 mm kalibrli, yivli odlu silah hesab edilən Makarov konstruksiyalı tapança, 01 ədəd zavod üsulu ilə istehsal olunmuş, texniki cəhətdən saz və istifadə üçün yararlı, 08 ədəd 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Makarov konstruksiyalı tapançaların komplekt hissəsi hesab edilən daraq və 07 ədəd zavod üsulu ilə Rusiya dövlətində istehsal olunmuş, döyüş sursatı hesab olunan və atəş üçün yararlı, 9x18 mm kalibrli olmaqla, həmin kalibrli Makarov (PM) və Steçkin (APS) konstruksiyalı tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş ştat patronları aşkar edilərək götürülmüşdür. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, 04 mart 2024-cü il tarixdə səhər saat 6-7 radələrində yaşadığı evdə yatdığı zaman təxminən 10-15 nəfər maskalı şəxslər evə daxil olaraq onu məcburi şəkildə Şəmkir Rayon Polis Şəbəsinə gətirmişlər. Şöbədə onun üzərinə baxış keçirilmiş və baxış zamanı üzərindən heç bir əşya aşkar edilməmişdir. Bundan sonra polis əməkdaşları ona hədə-qorxu gələrək üzərinə narkotik vasitəni və ya silah götürməsini bildirmişlər. O, isə razılaşmadığından polis əməkdaşları ona qarşı zor tətbiq edərək onu döymüşlər. Həmin vaxt o, baş və bel nahiyələrindən xəsarətlər almışdır. Bundan sonra polis əməkdaşları tərəfindən onun üzərinə silah yerləşdirilmiş və o, isə məcbur olub qəbul etmişdir. Polis əməkdaşları tərəfindən ona fiziki zor tətbiq olduğundan ilkin ifadəsində aşkar edilərək götürülmüş silahı 03 mart 2024-cü il tarixdə Şəmkir rayonu, Düyərli kəndi ərazisində gəzərkən yerdə bir ədəd tapançanın olmasını görmüş, tapança onun marağına səbəb olduğu üçün götürərək üzərində saxladığını bildirmişdir. Əslində onun üzərindən aşkar olunmuş silah ona aid olmamış və həmin silah Şəmkir Rayon Polis X10 Bölməsinin rəis müavini Şahid2 və digər polis əməkdaşları tərəfindən onun üzərinə qoyulmuşdur. Sonra polis əməkdaşları ona təqdim olunmuş silahı qəbul edərək ona aid olduğunu bildirməsini, əks təqdirdə yaşadığı evdən külli miqdarda narkotik vasitə çıxacağını bildirmişlər. O, həmin vaxt məcbur olub silahı qəbul etmişdir. Ona görə də, məhkəmədən, ifadəsində göstərdiyi halları, özünün xəstə olmasını və ailə vəziyyətini nəzərə alaraq, ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin XMİÜ baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 03 mart 2024-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah və döyüş sursatlarını əldə edib saxlaması və daşımaqla üzərində gəzdirməsi barədə məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədi ilə raportla baş idarənin rəisinə məruzə etmişdir. Baş idarə rəisi tərəfindən icazə verildikdən sonra qərar qəbul edilmiş, qərar baş idarə rəisi tərəfindən təsdiqlənmişdir. Daha sonra isə əməliyyat-axtarış tədbirləri keçirilmişdir. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Şəmkir rayonu, Sabirkənd kəndində olmasını öyrəndikləri üçün həmin ünvana gəlmişlər. 04 mart 2024-cü il tarixdə saat 12:15 radələrində Təqsirləndirilən şəxs yaşadığı ünvanda olduğunu görüb yaxınlaşıb özlərini təqdim etmişlər və ondan anket məlumatlarını bildirməsini xahiş etmişlər. Həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Bundan sonra həmin şəxsə qanunsuz olaraq odlu silah və döyüş sursatlarını əldə edib saxlaması və daşımaqla üzərində gəzdirməsi barədə məlumat daxil olduğunu, bu məqsədlə Şəmkir Rayon Polis Şöbəsinə gedib üzərində şəxsi axtarış aparılacağını bildirmişlər. Təqsirləndirilən şəxs etiraz etmədən razılaşıb onlarla birlikdə Şəmkir Rayon Polis Şöbəsinə gəlmişdir. X11 Sadıqova müdafiəçi təyin edilmişdir. Müdafiəçi gəldikdən sonra isə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Onun üzərində videoçəkilişlə şəxsi axtarış başlamışdır. Şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən odlu silah və döyüş sursatları, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs şalvarının bel hissəsində tapança olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üstündə olan tapançanı onun bel hissəsinin sol nahiyəsindən götürüb darağı tapançadan ayıraraq masanın üstünə qoymuşdur. Daha sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli gödəkçənin sağ yan cibindən Samsung markalı mobil telefonu, əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 20 manat pulu masanın üstünə qoymaqla təqdim etmişdir. Bundan sonra həmin əşyalara baxış keçirilməyə başlanmışdır. Təqsirləndirilən şəxs üstündən aşkar olunmuş 01 ədəd odlu silah tapançaya oxşar dəmir predmetə baxış keçirilmişdir. Baxış zamanı həmin predmetin üzərində hərf və rəqəmlərin olması müəyyən edilmişdir. Daha sonra 01 ədəd daraq tipli dəmir predmetə baxış keçirilmiş və baxış zamanı daraqda 07 ədəd patronun olması müəyyən olunmuşdur. Bundan sonra həmin 01 ədəd odlu silah tapança tipli dəmir predmet, 01 ədəd daraq tipli dəmir predmet və 07 ədəd patron 01 ədəd ağ kağız zərfdə qablaşdırılıb möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmış və götürülmüşdür. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən digər əşyalar aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş Samsung markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən təhqiqatçı tərəfindən götürülmüşdür. 20 manat pul Təqsirləndirilən şəxs qaytarılmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd odlu silah tapança tipli dəmir predmet, 01 ədəd daraq tipli dəmir predmet və 07 ədəd patronu Şəmkir rayonu, Düyərli kəndi ərazisində yerdən tapdığını və həmin silahdan istifadə etmədiyini, silahın onda olmasından hər hansı bir şəxsin məlumatının olmadığını bildirmişdir. Həmçinin şifahi sorğu zamanı Təqsirləndirilən şəxs yaşadığı ünvanda qanunsuz hər hansı əşya saxlamadığını və həmin ünvana baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Daha sonra şəxsi axtarış qurtarmış, videoçəkiliş dayandırılmış, protokol tərtib edilmiş, ucadan oxunmuş, protokol iştirakçılar tərəfindən imza edilmişdir. Bundan başqa Şahid1 sualları cavablandırarkən qeyd etdi ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılarkən, eləcə də Şəmkir Rayon Polis Şöbəsində ona qarşı heç bir işgəncə, fiziki və ya psixi zorakılıq göstərilməmişdir. Məhkəmə baxışı iclasında müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Şəmkir Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Təqsirləndirilən şəxs Şəmkir rayonu, Sabirkənd kənd sakini kimi tanıyır, onunla ədavəti və düşmənçiliyi yoxdur. 03 mart 2024-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah və döyüş sursatlarını əldə edib saxlaması və daşımaqla üzərində gəzdirməsi barədə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə məlumat daxil olduğundan həmin şəxsin ətrafında əməliyyataxtarış tədbirləri keçirilməsindən ötrü əməliyyat qrupu yaradılmış və həmin tədbirlərdə iştirak etməyi bildirilmişdir. Buna görə də BMCMİ-nin əmədaşları ilə birlikdə əməliyyat-axtarış tədbirləri keçirmişlər. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Şəmkir rayonu, Sabirkənd kəndində olmasını öyrəndikləri üçün həmin ünvana gəlmişlər. 04 mart 2024-cü il tarixdə saat 12:15 radələrində Təqsirləndirilən şəxs qeyd edilən ünvanda olduğunu görüb yaxınlaşıb özlərini təqdim edərək və ondan anket məlumatlarını bildirməsini xahiş etmişlər. Həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Bundan sonra həmin şəxsə qanunsuz olaraq odlu silah və döyüş sursatlarını əldə edib saxlaması və daşımaqla üzərində gəzdirməsi barədə məlumat daxil olduğunu, bu məqsədlə Şəmkir Rayon Polis Şöbəsinə gedib üzərində şəxsi axtarış aparılacağını bildirmişlər. Təqsirləndirilən şəxs etiraz etmədən razılaşıb onlarla birlikdə Şəmkir Rayon Polis Şöbəsinə gəlmişdir. X11 Sadıqova müdafiəçi təyin edilmişdir. Müdafiəçi gəldikdən sonra isə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Onun üzərində videoçəkilişlə şəxsi axtarış başlamışdır. Şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən odlu silah və döyüş sursatları, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs şalvarının bel hissəsində tapança olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üstündə olan tapança onun bel hissəsinin sol nahiyəsindən götürülmüş, darağı tapançadan ayıraraq masanın üstünə qoyulmuşdur. Daha sonra Təqsirləndirilən şəxs üstündən aşkar olunmuş 01 ədəd odlu silah tapançaya oxşar dəmir predmetə baxış keçirilmişdir. Baxış zamanı həmin predmetin üzərində hərf və rəqəmlərin olması müəyyən edilmişdir. Daha sonra 01 ədəd daraq tipli dəmir predmetə baxış keçirilmiş və baxış zamanı daraqda 07 ədəd patronun olması müəyyən olunmuşdur. Bundan sonra həmin 01 ədəd odlu silah tapança tipli dəmir predmet, 01 ədəd daraq tipli dəmir predmet və 07 ədəd patron 01 ədəd ağ kağız zərfdə qablaşdırılıb möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmış və götürülmüşdür. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən digər əşyalar aşkar edilməmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd odlu silah tapança tipli dəmir predmet, 01 ədəd daraq tipli dəmir predmet və 07 ədəd patronu Şəmkir rayonu, Düyərli kəndi ərazisində yerdən tapdığını və həmin silahdan istifadə etmədiyini, silahın onda olmasından hər hansı bir şəxsin məlumatının olmadığını bildirmişdir. Həmçinin şifahi sorğu zamanı Təqsirləndirilən şəxs yaşadığı ünvanda qanunsuz hər hansı əşya saxlamadığını və həmin ünvana baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Daha sonra şəxsi axtarışın aparılması barədə protokol tərtib edilmiş, protokol ucadan oxunmuş və iştirakçılar tərəfindən imza edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı Şəmkir rayonu, Sabirkənd kəndində yerləşən həyət evinə baxış keçirilmişdir. Baxış prosesi videoçəkiliş ilə aparılmışdır. Baxış zamanı evdən qanunsuz hər hansı bir əşya aşkar edilməmişdir. Bundan sonra protokol tərtib edilmiş, ucadan oxunmuş və həmin protokol iştirakçılar tərəfindən imzalanmışdır. Bundan başqa Şahid2 sualları cavablandırarkən qeyd etdi ki, Təqsirləndirilən şəxs qarşı hər hansı formada qanunsuz hərəkətlərin olunmasının, ona işgəncə, fiziki və ya psixi zorakılıq göstərilməsinin şahidi olmadığını göstərmişdir. Məhkəmə baxışı iclasında müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, Şəmkir rayonu, Sabirkənd kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs onun qonşusudur. Onunla aralarında düşmənçilik və heç bir ədavət olmamışdır. Onun istifadə etdiyi torpaq sahəsi ilə Təqsirləndirilən şəxs yaşayış evi yanaşıdır. 04 mart 2024-cü il tarixdə təxminən səhər saat 6 radələrində istixanada kartof çıxaran zaman təxminən 10-15 nəfər qara maskalı polis əməkdaşlarının 5-6 ədəd Fiat markalı və 1 ədəd polis avtomobili ilə Təqsirləndirilən şəxs yaşadığı evə daxil olub Mahiri əlləri bağlı şəkildə avtomobilə mindirib aparmalarını görmüşdür. Sonradan o, ailə üzvlərindən nə baş verməsini maraqlansada, heç bir məlumat əldə edə bilməmişdir. Məhkəmə baxışı iclasında müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, Şəmkir rayonu, Sabirkənd kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs onun qonşusudur. Təqsirləndirilən şəxs onun qonşusudur. Onunla aralarında düşmənçilik və heç bir ədavət olmamışdır. 04 mart 2024-cü il tarixdə səhər saat 7 radələrində işə gedən zaman Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin qabağında təxminən 7- 8 nəfər qara maskalı polis əməkdaşları olduğunu görmüşdür. Polis əməkdaşları onu həmin yerdən keçməsinə icazə verməmişlər. Həmin vaxt polis əməkdaşlarının Təqsirləndirilən şəxs Fiat markalı avtomobillə mindirərək apardıqlarını görmüşdür. Sonra o, həmin yerdən uzaqlaşıb getmiş və əlavə heç nədən məlumatı olmamışdır. Bundan başqa, X1 cavablandırarkən qeyd etdi ki, Sonradan Təqsirləndirilən şəxs ailə üzvlərindən Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən döyülməsini eşitmişdir. Məhkəmə baxışı iclasında müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X8 ifadəsində göstərdi ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 03 mart 2024-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah və döyüş sursatlarını əldə edib saxlaması və daşımaqla üzərində gəzdirməsi barədə məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədi ilə əməliyyat-axtarış tədbirləri keçirilmişdir. Əməliyyat tədbirində o və Şahid1 ibarət qrup yaradılsa da, əlavə olaraq əməliyyat tədbirlərində iştirak etməsindən ötrü Şəmkir Rayon Polis Şöbəsindən əməkdaş ayrılmışdır. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Şəmkir rayonu, Sabirkənd kəndində olmasını öyrəndikləri üçün həmin ünvana gəlmişlər. 04 mart 2024-cü il tarixdə saat 12:15 radələrində Təqsirləndirilən şəxs qeyd edilən ünvanın qarşısında olduğunu görüb həmin şəxsə yaxınlaşıb özlərini təqdim etmişlər və ondan anket məlumatlarını bildirməsini xahiş etmişdilər. Həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Bundan sonra həmin şəxsə qanunsuz olaraq odlu silah və döyüş sursatlarını əldə edib saxlaması və daşımaqla üzərində gəzdirməsi barədə məlumat daxil olduğunu, bu məqsədlə Şəmkir Rayon Polis Şöbəsinə gedib üzərində şəxsi axtarış aparılacağını bildirmişlər. Təqsirləndirilən şəxs etiraz etmədən razılaşıb onlarla birlikdə Şəmkir Rayon Polis Şöbəsinə gəlmişdir. X11 Sadıqova müdafiəçi təyin edilmişdir. Müdafiəçi gəldikdən sonra isə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Onun üzərində videoçəkilişlə şəxsi axtarış başlamışdır. Şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən odlu silah və döyüş sursatları, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs şalvarının bel hissəsində tapança olduğunu bildirmişdir. Bundan sonra Şahid1 tərəfindən Təqsirləndirilən şəxs üstündə olan tapança onun bel hissəsinin sol nahiyəsindən götürüb darağı tapançadan ayıraraq masanın üstünə qoymuşdur. Daha sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli gödəkçənin sağ yan cibindən Samsung markalı mobil telefonu, əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 20 manat pulu masanın üstünə qoymaqla təqdim etmişdir. Bundan sonra həmin əşyalara baxış keçirilməyə başlanmışdır. Baxış zamanı müəyyən olundu ki, mobil telefon Samsung markalıdır, sorğu zamanı Təqsirləndirilən şəxs həmin mobil telefonun içərisində iki ədəd mobil nömrənin olmasını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üstündən aşkar olunmuş 01 ədəd odlu silah tapançaya oxşar dəmir predmetə baxış keçirilmişdir. Baxış zamanı həmin predmetin üzərində hərf və rəqəmlərin olması müəyyən edilmişdir. Daha sonra 01 ədəd daraq tipli dəmir predmetə baxış keçirilmiş və baxış zamanı daraqda 07 ədəd patronun olması müəyyən olunmuşdur. Bundan sonra həmin 01 ədəd odlu silah tapança tipli dəmir predmet, 01 ədəd daraq tipli dəmir predmet və 07 ədəd patron 01 ədəd ağ kağız zərfdə qablaşdırılıb möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmış və götürülmüşdür. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən digər əşyalar aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş Samsung markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən təhqiqatçı tərəfindən götürülmüşdür. 20 manat pul Təqsirləndirilən şəxs qaytarılmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd odlu silah tapança tipli dəmir predmet, 01 ədəd daraq tipli dəmir predmet və 07 ədəd patronu Şəmkir rayonu, Düyərli kəndi ərazisində yerdən tapdığını və həmin silahdan istifadə etmədiyini, silahın onda olmasından hər hansı bir şəxsin məlumatının olmadığını bildirmişdir. Həmçinin şifahi sorğu zamanı Təqsirləndirilən şəxs yaşadığı ünvanda qanunsuz hər hansı əşya saxlamadığını və həmin ünvana baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Daha sonra şəxsi axtarış qurtarmış, videoçəkiliş dayandırılmış, protokol tərtib edilmiş, ucadan oxunmuş, protokol onun və iştirakçılar tərəfindən imza edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı Şəmkir rayonu, Sabirkənd kəndində yerləşən həyət evinə baxış keçirilmişdir. Baxış prosesi videoçəkiliş ilə aparılmışdır. Baxış zamanı evdən qanunsuz hər hansı bir əşya aşkar edilməmişdir. Bundan sonra protokol tərtib edilmiş, ucadan oxunmuş və həmin protokol iştirakçılar tərəfindən imzalanmışdır. Bundan başqa şahid X2 cavablandırarkən qeyd etdi ki, Təqsirləndirilən şəxs qarşı hər hansı formada qanunsuz hərəkətlərin olunmasının, ona işgəncə, fiziki və ya psixi zorakılıq göstərilməsinin şahidi olmadığını göstərmişdir. Bununla yanaşı, məhkəmə cinayət–prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan “şəxsi axtarış və götürmə aparılması haqqında” 04 mart 2024–cü il tarixdə tərtib edilmiş protokoldan görünür ki, Şəmkir RPŞ–nin inzibati binasında Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhmiyyətinə malik ola biləcək əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, Təqsirləndirilən şəxs şalvarının bel hissəsində tapança olduğunu bildirmiş, bundan sonra Şahid1 Təqsirləndirilən şəxs üstündə olan tapançanı onun bel hissəsindən götürmüş, Təqsirləndirilən şəxs üzərindən 01 ədəd odlu silah tapança tipli dəmir predmet, 01 ədəd daraq tipli dəmir predmet və 07 ədəd patron olması aşkar edilmişdir. Bu barədə protokol tərtib edilməklə videokamera ilə çəkilmiş görüntülər DVD diskə köçürülmüş və protokola əlavə olunmuşdur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin məhkəmə-ballistik ekspertizası üzrə 04 mart 2024-cü il tarixli, 24/507 nömrəli rəyində görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd çərçivəsində BT-1198 nömrəsi olan silah zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1978-ci ildə istehsal olunmuş 9 mm kalibrli, Makarov konstruksiyalı, tapançadır, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın təyinatı hər hansı bir dəyişiklərə məruz qalmamışdır. Tədqiqata təqdim edilmiş 01 ədəd daraq zavod üsulu ilə istehsal olunmuş 08 ədəd 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Makarov konstruksiyalı tapançaların komplekt hissəsidir darağıdır, texniki cəhətdən sazdır və istifadə üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 07 ədəd patronlar zavod üsulu ilə Rusiya dövlətində istehsal olunmuş, 9x18 mm kalibrli olmaqla, həmin kalibrli Makarov (PM) və Steçkin (APS) konstruksiyalı tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş ştat patronlarıdır, döyüş sursatı hesab olunur və atəş üçün yararlıdırlar. Təqdim edilmiş 07 ədəd 9x18 mm kalibrli patronlardan 03 ədədi eksperimental atəş zamanı istifadə olunmuşdur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 09 mart 2024-cü il tarixli məktubdan görünür ki, Makarov markalı 9 kalibirli, 1978-ci il istehsallı BT-1198 nömrəli və AK-74 markalı 5,45 kalbirli, 1979-cu il istehsallı, 419266 nömrəli silahların mərkəzləşdirilmiş axtarış uçotlarında olması barədə DİN BƏSİİ-də məlumat yoxdur. İşdə olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 5(076)- 55/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs ifşa edilməsi məqsədilə qəbul edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, polis polkonnikleytenantı Şahid1 03 mart 2024-cü il tarixli qərarı qanuni hrsab edilmişdir. Cinayət işinin materiallarında olan Şəmkir Rayon Məhkəməsinin 29 mart 2021-ci il tarixli 1(076)-67/2021 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 03 il sınaq müddəti nüəyyən edilməklə təyin olunmuş cəza şərti hesab olunmuşdur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 03 il sınaq müddəti nüəyyən edilməklə təyin olunmuş cəza şərti hesab olunmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin 24 sentyabr 2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 19 aprel 2021-ci il tarixdə Şəmkir Rayon İcra və Probasiya Şöbəsində qeydiyyata alınmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş 25 iyul 2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın surətindən görünür ki, təqdirləndirilən şəxs Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülməsi və işgəncələrə məruz qalması barədə X4 müraciəti əsasında Azərbaycan Respublikası Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsində araşdırma aparılmış və material üzrə cinayət işinin başlanması rədd edilmiş, eyni zamanda Təqsirləndirilən şəxs məhkəmə-tibbi ekspertiza müayinəsi keçirilməsinə dair rəyində göstərilən xəsarətin törənmə şəraiti xüsusatının araşdırılması üçün toplanmış material həmin hissədə Baş Prokurorluğun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinə göndərilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Şəmkir Rayon Prokurorluğunun 12 avqust 2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, 126-C-24 nömrəli material üzrə cinayət hadisəsi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəyini, istintaq hərəkətlərinin protokollarını və sənədləri Azərbaycan Respublikasının Cinayət– Prosessual Məcəlləsinin 124–136–cı maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 143–145–ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir–biri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməyərək, hazırki cinayəti törətməməsini və Şəmkir Rayon Polis Şöbəsində polis əməkdaşları tərəfindən ona fiziki zor tətbiq olunduğunu bildirsədə, təqdirləndirilən şəxs Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülməsi və işgəncələrə məruz qalması barədə X4 müraciəti əsasında Azərbaycan Respublikası Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsində araşdırma aparılmış və material üzrə cinayət işinin başlanması rədd edilmiş, eyni zamanda Təqsirləndirilən şəxs məhkəmətibbi ekspertiza müayinəsi keçirilməsinə dair rəyində göstərilən xəsarətin törənmə şəraiti xüsusatının araşdırılması üçün toplanmış material həmin hissədə Baş Prokurorluğun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinə göndərilmişdir. Şəmkir Rayon Prokurorluğunda qeyd olunan xüsusatla bağlı araşdırma aparılmış və 12 avqust 2024-cü il tarixli qərarla cinayət hadisəsi olmadığından cinayət işinin başlanması rədd edilmişdir Məhkəmə yuxarıda qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı və təqsirləndirilən şəxs qismində dindirilərkən təzyiq altında ifadə verdiyini, Şəmkir Rayon Polis Şöbəsində polis əməkdaşları tərəfindən ona fiziki zor tətbiq olunduğunu bildirsədə, məhkəməyə həmin halları təsdiq edən heç bir mötəbər sübut təqdim edə bilməmiş, qeyd olunan hallarla bağlı araşdırma aparılmış və həmin xüsusatlar təsdiqini tapmadığı üçün cinayət işinin başlanması rədd edilmişdir. Həmçinin təqsirləndirilən şəxs videoçəkiliş vasitəsilə vəkilin iştirakı ilə üzərində axtarış aparılan zaman törətdiyi cinayət əməlini etiraf etmiş, bununla bağlı tərtib edilmiş protokolu imzalamış, habelə ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilərkən elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş və istintaq hərəkətlərinin protokollarını imzalayarkən təqsirləndirilən şəxs, eləcədə müdafiəçisi tərəfindən təsir və təzyiq altında olmasına dair hər hansı qeyd aparılmamışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi ifadəsi özünümüdafiə xarakteri daşıdığından və başqa heç bir sübutla öz təsdiqini tapmadığından mötəbər sübut kimi qəbul edilməməli, iş üzrə məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları və ekspert rəyləri isə mötəbər sübut kimi qəbul edilməklə, ona elan olunmuş ittihamın və hökmün əsasına məhz həmin sübutlar qoyulmalıdır. Beləliklə, məhkəmə, tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi məhkəmə istintaqı nəticəsində tamamilə sübut olunur və Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə, məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası CM–nin 228.1-ci maddəsində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2–ci maddəsinə əsaslanaraq Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Bununla yanaşı, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Şəmkir Rayon Məhkəməsinin 29 mart 2021-ci il tarixli, 1(076)-67/2021 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 03 il sınaq müddəti tətbiq edilməklə 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə baxmayaraq, sınaq müddəti başa çatmamış yenidən qəsdən cinayət törətdiyinə görə o, Azərbaycan Respublikası CM-in 83-cü maddəsinə əsasən hazırda da məhkum olunmuş hesab olunur və onun əməli həmin Məcəllənin 18.1-ci maddəsinin tələbinə görə cinayətin residivini yaradır. Ona görə də məhkəmə, bu halı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsinə əsasən ağırlaşdırıcı hal kimi qiymətləndirir və nəzərə alır. Məhkəmə cəzanı yüngülləşdirən və ağırlaşdıran halların mövcudluğunu, habelə təqsirləndirilən şəxsin şəxsiyyətini, əməlin ictimai təhlükəliliyini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin sanksiyası çərçivəsində azadlıqdan məhrum etmə cəzası təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003– cü il tarixli 4 №li Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8–ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32–ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29–cu maddəsinin 4–cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999–cu il tarixli Qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021–ci il tarixli Qərarında göstərilmişdir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından aşıq– aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM–nin 58.3–cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməsini, həmçinin Təqsirləndirilən şəxs sınaq müddəti başa çatmamış yenidən qəsdən az ağır cinayət törətməsini nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən onun barəsində tətbiq edilmiş şərti məhkum etmənin ləğv edilməsini və həmin Məcəllənin 67.1-ci maddəsində nəzərdə tutulmuş qaydada, hökmlərin məcmusu üzrə, yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanı qismən birləşdirməklə ona azadlıqdan məhrum etmə növündə qəti cəza təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 65.2-ci maddəsinin tələbinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Həmin Məcəllənin 71.5-ci maddəsinin tələbinə görə şərti məhkum edilmiş şəxs sınaq müddətində qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə şərti məhkum etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökmlə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Məhkəmə, azadlıqdan məhrum etmə növündə cəzanın hansı cəzaçəkmə müəssisəsində çəkilməli olduğunu müəyyən edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərini rəhbər tutmuşdur. Belə ki, həmin maddəyə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əvvəllər Şəmkir Rayon Məhkəməsinin 29 mart 021-ci il tarixli, 1(076)-67/2021 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 03 il sınaq müddəti tətbiq edilməklə 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə baxmayaraq, o, təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını real olaraq çəkməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə əsasən isə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinin tələblərinə əsasən, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 04 mart 2024-cü il tarixdən hesablanmalıdır. Belə ki, Təqsirləndirilən şəxs barəsində “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, o, 04 mart 2024-cü il tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Həmçinin, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin həbs qətimkan tədbiri seçilməsinə dair xx.xx.2024-cü il tarixli qərarı ilə onun həbsdə saxlanılma müddətinin əvvəli 04 mart 2024-cü il tarixdən hesablanmışdır. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99–1.1.1 və 99–1.1.2–ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 132.1.1–ci və 131.1.2–ci maddələrinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki–hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir. (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir). Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi Hissəainin maddi subutların saxlanma kamerasına verilmiş Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 ədəd çərçivəsində BT-1198 nömrəsi olan zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1978-ci ildə istehsal olunmuş, texniki cəhətdən saz və atəş üçün yararlı, 9 mm kalibrli, yivli odlu silah hesab edilən Makarov konstruksiyalı tapança, 01 ədəd zavod üsulu ilə istehsal olunmuş, texniki cəhətdən saz və istifadə üçün yararlı, 08 ədəd 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibirli Makarov konsturksiyalı tapançaların komplekt hissəsi hesab edilən daraq və 04 ədəd zavod üsulu ilə Rusiya dövlətində istehsal olunmuş, döyüş sürsatı hesab olunan və atəş üçün yararlı, 9x18 mm kalibrli olmaqla, həmin kalibrli Makarov (PM) və Steçkin (APS) konstuksyalı tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş ştat patronları dövlət nəfinə müsadirə olunmalı və hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinə təhvil verilməlidir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman videokamera ilə çəkilmiş görüntülərin köçürüldüyü 01 ədəd DVD disk iş üzrə əhəmiyyət kəsb etdiyinə görə cinayət işində saxlansın. İttiham hökmü qanuni qüvvəyə minənədək təsirləndirilən şəxsə tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət–Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə məhkəmə xərci və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358 və 384–385–ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən Şəmkir Rayon Məhkəməsinin 29 mart 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 03 il sınaq müddəti müəyyən edilməklə təyin edilmiş 02 il 06 ay müddətə azadlıqdan məhrum edilməsinə dair şərti məhkum etmə ləğv edilsin və Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs yeni hökm üzrə təyin edilmiş 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Şəmkir Rayon Məhkəməsinin 29 mart 2021-ci il tarixli hökmü ilə təyin edilmiş 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası qismən birləşdirilməklə ona hökmlərin məcmusu üzrə qəti olaraq 03 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 04 mart 2024–cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi Hissəainin maddi subutların saxlanma kamerasına verilmiş Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 ədəd çərçivəsində BT-1198 nömrəsi olan zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1978-ci ildə istehsal olunmuş, texniki cəhətdən saz və atəş üçün yararlı, 9 mm kalibrli, yivli odlu silah hesab edilən Makarov konstruksiyalı tapança, 01 ədəd zavod üsulu ilə istehsal olunmuş, texniki cəhətdən saz və istifadə üçün yararlı, 08 ədəd 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibirli Makarov konsturksiyalı tapançaların komplekt hissəsi hesab edilən daraq və 04 ədəd zavod üsulu ilə Rusiya dövlətində istehsal olunmuş, döyüş sürsatı hesab olunan və atəş üçün yararlı, 9x18 mm kalibrli olmaqla, həmin kalibrli Makarov (PM) və Steçkin (APS) konstuksyalı tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş ştat patronları dövlət nəfinə müsadirə olunsun, hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinə təhvil verilsin. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman videokamera ilə çəkilmiş görüntülərin köçürüldüyü 01 ədəd DVD disk iş üzrə əhəmiyyət kəsb etdiyinə görə cinayət işində saxlanılsın. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №1(076)-16/2025
Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-16/2025
22.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver