Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 1(076)-160/2023 16.08.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X4 iclas katibliyi, Azərbaycan Respublikası Baş prokurorluğunun X3 üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində X3 üzrə şöbənin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.2002-ci ildə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı Dövlət Universitetində Coğrafiya fakultəsində 4-cü kurs tələbəsi, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Şəmkir şəhəri, Səttərxan küçəsi, ev 134-də qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam”qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs 28 mart 2022-ci il tarixdə saat 22 radələrində xx.xx.2021-ci il tarixli, ƏN V№ 585202 nömrəli nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında etibarnamə əsasında idarə etdiyi atası X6 məxsus Mercedes Benz 1-200 markalı **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Şəmkir şəhəri Həzi Aslanov küçəsi ilə hərəkətdə olan zaman həmin küçə ilə Hafiz Babaşov küçəsinin kəsişməsindən keçən hissədə saatda 70-80 kilometr surətlə avtomobili idarə edərək işıqforun qırmızı işığında yol ayrıcına daxil olaraq hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin tələblərini pozaraq nəqliyyat vasitəsini yaşayış məntəqələri daxilində saatda 50 km/saat surətdən çox olmayan surətlə idarə etməli olduğu halda, buna əməl etməyərək avtomobili yaşayış məntəqələri daxilində 70-80 km/saat sürətlə idarə etmiş və «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 60-ci maddəsinin 2-ci hissəsinin tələblərinə əsasən svetaforun qadağanedeci siqnalında idarə etdiyi avtomobili yolayrıcına daxil etməməli, svetaforun yaşıl işığında yolayrıcına daxil olan nəqliyyat vasitəsinin təhlükəsiz gəlib keçməsini təmin etməli və hərəkət üçün təhlükə şəraiti yaratmamalı olduğu halda Qanunun qeyd edilən tələblərinə əməl etməyərək idarə etdiyi avtomobillə Şəmkir şəhəri Həzi Aslanov küçəsi ilə hərəkətini davam etdirib svetaforun qadağanedici siqnalında qırmızı işıqda yol ayrıcına daxil olmuş, bu zaman Şəmkir şəhəri. Hafiz Babaşov küçəsi ilə hərəkətdə olub işıqforun yaşıl işığında yol ayrıcına daxil olmuş Zərərçəkmiş şəxs1 idarə etdiyi VAZ 21074 markalı. **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobillə yolayrıcında toqquşmuşması nəticəsində ehtiyatsızlıqdan həmin avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 sağlamlığına başın tüklü hissəsində ənsə nahiyəsinin əzilmiş yarası, sol alın gicgah nahiyəsinin dərialtı hematoması, sol gicgah sümüyünün pullu hissəsinin xətti sınığı, baş beyin toxumasının ağır dərəcəli hemorragik əzilməsi, subaraxnbidal qanama, döş qəfəsinin qapalı küt travması, sol İV-V-Vİ qabırğaların sınıqları, sol tərəfli onevmatooraks, sol bazu sümüyünün cərrahi boynunun qapalı yerini dəyişmiş sınığı, sol diz oynağının ön səthinin əzilmiş yaraları kimi insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər, həmçinin VAZ 21074 markalı ** BC *** nömrə nişanlı avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs2 sağlamlığına alın nahiyəsinin əzilmiş yarası, alın sümüyünün ön səhifəsinin, burun sümüyünün sol orbitanın divarının, sol və sağ əng sümüklərinin, sağ orbitanın aşağı divarının sınıqları kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurulmasına səbəb olan xəsarətlər yetirərək yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-niıı 263.1-1ci maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 28 mart 2022-ci il tarixdə saat 22 radələrində etibarnamə ilə idarə etdiyi atası X6 məxsus "‘Mercedes E 200” markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə dostu Sərxanla birlikdə Şəmkir şəhəri H.Aslanov küçəsi ilə hərəkətdə olarkən H.Babaşov küçəsi ilə H.Aslanov küçələrinin kəsişməsində işıqforun yaşıl işığında qırmızı işığın yanmasına 3-4 saniyə qalmış kəsişməyə daxil olarkən H.Babaşov küçəsi ilə hərəkətdə olan "VAZ 2107" markalı 21-BC- 848 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü idarə etdiyi avtomobil ilə işıqforun qırmızı işığında avtomobilin hərəkətini dayandırmayaraq hərəkətini davam etdirdiyi üçün toqquşma baş vermişdir. Onun idarə etdiyi Mercedes Beııx markalı avtomobilin qabaq sağ tərəfi "VAZ 2107" markalı avtomobilin sol qabaq yan tərəfi ilə toqquşduğu üçün avtomobilin idarə etməsini itirmişdir. O, idarə etdiyi avtomobil İİ.Aslanov küçəsində yolun sol tərəfində hərəkət hissəsinin qurtaracağında yerləşən səkiyə çıxaraq orada olan "Sultan Studio" mağazasının pilləkənlərinə dəyərək dayanmış, o, həmin vaxt hər hansı ciddi bir xəsarət almadığı üçün dərhal avtomobildən düşmüş və həmin vaxt sərnişin qismində idarə etdiyi avtomobilin sağ qabaq oturacağında əyləşmiş Sərxanda ciddi xəsarət almadığından o da onunla birlikdə avtomobildən düşmüşdür. O, digər avtomobilin H.Aslanov küçəsində yolun ortasında dayandığını görmüş, dərhal digər avtomobilə doğru qaçaraq sağ qabaq qapını açıb sərnişin sonradan adının Nicat olduğunu bildiyi şəxsdən necə olduğunu soruşmuşdur. Nicat ona yaxşı olduğunu demiş, o, Nicatın avtomobildən düşməsinə köməklik etmiş, daha sonra idarə etdiyi avtomobilin yanına gedərək mühərriki söndürmüşdür. Ətrafa çoxlu sayda vətəndaşlar toplaşmışdır. O, mobil telefonunu götürərək atasına zəng vurmuşdur. Sonradan hadisə yerinə təcili yardım avtomobili və polis əməkdaşları gəlmiş, digər avtomobilin sürücüsü və sərnişini təcili yardım avtomobilinə mindirilərək xəstəxanaya aparmışlar. Həmin vaxt idarə etdiyi avtomobildə sərnişin qismində əyləşmiş Sərxanda təcili yardım avtomobilinə əyləşərək həmin şəxslərlə birlikdə getmiş, daha sonra polis əməkdaşları hər iki avtomobili duracağa aparmışlar. O. Şəmkir şəhəri, M.Həşim küçəsində yaşayan bibisi Mehparə Muradovanın yaşadığı evə getmiş, bir qədər sonra dayısı Fizuli Allahverdiyev gəlmişdir. Onlar birlikdə polis əməkdaşlarının yanına getmişlər, polis əməkdaşları onu sərxoşluq müayinəsindən keçirtmişlər. Onun spirtli içki içmədiyi məlum olmuş, daha sonra yaşadığı evə getmişdir. Baş vermiş qəza sonradan adının Zərərçəkmiş şəxs1 olduğunu bilmişdir. "VAZ 2107" markalı avtomobilin sürücüsünün işıqforun qırmızı işığında yol ayrıcına daxil olduğu üçün baş vermişdir. Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində hər hansı ciddi bədən xəsarəti almamışdır. O, hadisədən əvvəl H.Aslanov küçəsi ilə H.Babaşov küçəsinin kəsişməsi istiqamətində hərəkətdə olmuş, o. avtomobili H.Aslanov küçəsi ilə idarə etmişdir. O, yol ayrıcına daxil olarkən işıqforun yaşıl işığının qurtarmasına 3-4 saniyə qalmışdır. O, hadisə baş verməzdən əvvəl avtomobili 70-80 km/saat sürətlə idarə etmişdir. Onun avtomobili idarə etmək üçün BC katiqoriyalı sürücülük vəsiqəsi olmuş, avtomobil atası Asim Muradova məxsusdur. O, həmin avtomobili etibarnamə əsasında idarə etmişdir. Hadisə vaxtı avtomaşında sərnişin qismində qabaq sağ oturacaqda Sərxan adlı dostu əyləşmişdir. Bundan başqa onun idarə etdiyi avtomobildə başqa heç kim olmamışdır. O, hadisə baş verən zaman “VAZ 2107” markalı avtomobili təxminən 3-4 metr məsafədən görmüş, hadisəsinin qarşısını almaq idarə etdiyi avtomobili sola doğru istiqamətlənmişdir. Lakin hadisənin qarşısını ala bilməmişdir. O, hadisə vaxtı heç bir spirtli içki qəbul etməmiş, o, sərxoş olmamış, O, hər hansı spirtli içki qəbul etməmişdir. O, yol ayrıcına daxil olarkən işıqforun yaşıl işığının qurtarmasına 3-4 saniyə qalmışdır. O, yol ayrıcına qırmızı işıqda daxil olmamış, “VAZ 2107” markalı avtomobilin sürücüsü qırmızı işıqda daxil olduğu üçün qəza baş vermişdir. Hadisə vaxtı digər avtomobilin sürücüsü içkili olmuşdur. Belə ki hadisə baş verdikdən sonra onun dostu Sərxan da təcili tibbi yardım avtomobili ilə digər avtomobilin sürücüsü və avtomobildə olmuş sərnişinlə birlikdə onlara köməklik etmək üçün xəstəxanaya getmişdir. Sərxan daha sonra ona həmin şəxslərin sərxoş olduqlarını demişdir. O, hadisə baş verdikdən sona idarə etdiyi avtomobildə düşmüş, O, VAZ2107 markalı avtomobilin sağ sərnişin oturacağında olan sərnişinə köməklik etmişdir. Həmin vaxt sürücü avtomobildə olmamış, onlara köməklik etdikdən sonra avtomobilinin yanına gedib avtomobilin mühərrikin söndürmüşdür. O, daha sonra atasına zəng edib məlumat vermiş, həmin yerdə olan zaman polis əməkdaşları hadisənin onun törətdiyini bildirmişlər. Daha sonra isə atası ilə birlikdə polis əməkdaşlarının yanına gedərək sərxoşluq müayinəsindən keçmişdir. Hazırda əməlindən səmimi peşimandır, zərərçəkmiş şəxslərlə barışıq əldə etmiş və onlara vurulmuş ziyanı tam ödəmiş, zərəçəkmiş şəxslər ona qarşı şikayət və tələblərinin olmadığına dair ərizələr vermişlər. Məhkəmədən qeyd edilənləri nəzərə alaraq onun cinayət məsuliyyətindən azad edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, o, xx.xx.2021-ci il tarixdən Şəmkir rayonlararası mühafizə şöbəsinin polis nəfəri vəzifəsində işləyir. 28 mart 2022-ci il tarixdə saat 22 radələrində etibarnamə ilə idarə etdiyi atası Azad Hüseynova məxsus “VAZ 2107" markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobillə dostu Zərərçəkmiş şəxs2 ilə birlikdə Şəmkir şəhəri, H.Babaşov küçəsi ilə hərəkətdə olarkən H.Babaşov küçəsi ilə Aslanov küçələrinin kəsişməsində işıqforun yaşıl işığının 22-ci saniyəsində kəsişməyə daxil olarkən H.Aslanov küçəsi ilə aşağı doğru hərəktdə olan “Mercedes-Benz E-200” markalı **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü, sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxs idarə etdiyi avtomobillə işıqforun qırmızı işığında dayanmadan avtomobillə hərəkətini davam etdirmiş və nəticədə toqquşma baş vermişdir. Təqsirləndirilən şəxs idarə etdiyi "Mercedes-Benz H-200" markalı avtomobilin qabaq tərəfi idarə etdiyi “VAZ 2107" markalı avtomobilin sol qabaq yan tərəfindən dəyərək idarə etdiyi avtomobili yerində fırlatmış və avtomobil H.Aslanov küçəsinə daxil olaraq yolun ortasında dayanmışdır. "Mercedes-Benz E-200" markalı avtomobil isə H.Aslanov küçəsində yolun sol tərəfində olan "Sultan Studio" mağazasının nərdivanlarına dəyərək dayanmışdır. O, qəza nəticəsində sol çiyin nayihəsindən və bədəninin digər nahiyələrindən xəsarət alaraq huşunu itirmişdir. Sonradan ətrafa toplaşmış şəxslər onu təcili yardım avtomobilinə qoyaraq Şəmkir rayon Mərkəzi Xəstəxanasına aparmışlar. Şəmkir rayon Mərkəzi Xəstəxanasında ona ilkin tibbi yardım göstərildikdən sonra onu Gəncə şəhərində yerləşən İstanbul NS klinikasına aparmışlar. Orada ona ilkin yardım göstərildikdən sonra onu Şəmkir rayonunda yerləşən Hərbi hospitala gətirmişlər. O, 4 gün sonra özünə gəlmiş, qəza nəticəsində həmin vaxt sərnişin qismində avtomobilin sağ qabaq oturacağında əyləşmiş Zərərçəkmiş şəxs2 də burnu sınmış və müxtəlif dərəcəli bədən xəsarətləri almışdır. Baş vermiş qəza "Mercedes-Benz E-200" markalı **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs avtomobili yüksək sürətlə idarə edərək işıqforun qırmızı işığında yol ayrıcına daxil olduğu üçün baş vermişdir. O, baş vermiş qəza nəticəsində müxtəlif bədən xəsarətləri almışdır. Bununla yanaşı idarə etdiyi "VAZ 2107" markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobil yararsız vəziyyətə düşmüşdür. O, hadisədən öncə H.Babaşov küçəsi ilə H.Aslanov küçəsinin kəsişməsi istiqaməti ilə hərəkətdə olmuş, idarə etdiyi avtomobillə yol ayrıcına daxil olarkən işıqforun yaşıl işığı yanmaqla 22-ci saniyədə olmuşdur. O, hadisədən öncə avtomobili 25-30 km/saat sürəti ilə idarə etmişdir. Hadisədən əvvəl Təqsirləndirilən şəxs avtomobili hansı sürətlə idarə etdiyini dəqiq bilmir. Onun fikilincə Təqsirləndirilən şəxs avtomobili yüksək sürətlə idarə etmişdir. Təqsirləndirilən şəxs avtomobili yüksək sürətlə idarə etməsə toqquşmadan sonra qüvvənin təsirindən onun avtomobilini H.Aslanov küçəsi ilə aşağı istiqamətləndirməzdi. Hadisə baş verməzdən əvvəl idarə etdiyi avtomobillə işıqforun yaşıl işığında yol ayrıcına daxil olduğu üçün qırmızı işıqda digər küçə ilə avtomobilin yol ayrıcına daxil olduğunu gözləməmiş, o, yol ayrıcının orta hissəsinə çatdıqda anidən sol yan tərəfdə yaxından təxminən 3-4 metr məsafədə avtomobilin hərəkət edərək üzərinə gəldiyini görmüşdür. Həmin vaxt anidən həmin, avtomobil onun idarə etdiyi avtomobilin sol yan nahiyəsi ilə toqquşduğu üçün hadisənin qarşısını almaq üçün heç bir hərəkət edə bilməmişdir. Onun BC kateqoriyalı sürücülük vəsiqəsi olmuş, avtomobil atası Azad Hüseynova məxsus olsa da onun avtomobili idarə etmək üçün etibarnaməsi olmuşdur. Hadisə zamanı avtomobildə sərnişin qismində sağ qabaq sərnişin oturacağında Zərərçəkmiş şəxs2 olmuşdur. Hadisə zamanı Nicatda xəsarət almışdır. O, hadisə baş verənədək Mercedes Benz E200 markalı avtomobili görməmiş, işıqforun yaşıl işığında yolayrıcına daxil olduğu üçün öz yolu ilə hərəkətdə olmuşdur. Həmin vaxt onun hərəkəti üçün yaşıl işıq yanılı olduğu üçün yuxardan avtomobil gəlməsini gözləməmişdir. Mercedes Benz markalı avtomobil yol ayrıcına qırmızı işıqda daxil olmuşdur. O, həmin avtomobilin onun üzərinə gəldiyini təxminən 3-4 metr məsafədə gur işıq üzünə düşdüyü üçün hiss etmişdir. O, həmin avtomobil sürətlə və yaxın məsafədə üzərinə gəldiyi üçün hadisənin qarşısını almaq üçün heç bir şey edəbilməmişdir. O, ümumiyyətlə spirtli içki, narkotik vasitə və sərxoşluq vəziyətinə gətirə biləcək hər hansı digər maddə istifadə etməmişdir və hadisə zamanı sərxoş olmamışdır. Hazırda Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan tam ödənilmiş, sonuncu ilə barışmaqla ona qarşı heç bir şikayət və ya tələbi yoxdur, bu barədə ərizə də vermişdir. Məhkəmədən qeyd edilənləri nəzərə alaraq Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadəsində göstərdir ki, o, 2013-cü ildən DİO-da, 2022-ci ilin yanvar ayından bu günə kimi xidmət edir. xx.xx.2022-ci il tarixdə saat 22 radələrində dostu Zərərçəkmiş şəxs1 idarə etdiyi “VAZ 2107" markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobillə Şəmkir şəhəri, H.Babaşov küçəsi ilə hərəkətdə olarkən H.Babaşov küçəsi ilə H.Aslanov küçələrinin kəsişməsində işıqforun yaşıl işığının 22-ci saniyəsində kəsişməyə daxil olarkən H.Aslanov küçəsi ilə aşağı doğru hərəkətdə olan "Mercedes-Benz E-200" markalı **-BP- *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü, sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxs idarə etdiyi avtomobillə işıqforun qırmızı işığında dayanmayaraq hərəkətini davam etdirərək yol ayrıcına daxil olduğu üçün toqquşma baş vermişdir. Təqsirləndirilən şəxs idarə etdiyi Mercedes Benz E-200 markalı avtomobilin qabaq tərəfi sərnişin qismində əyləşdiyi Zərərçəkmiş şəxs1 idarə etdiyi “VAZ 2107" markalı avtomobilin sol qabaq yan tərəfindən dəyərək avtomobili yerində fırlatmış və əyləşdiyi avtomobil H.Aslanov küçəsinə daxil olaraq yolun ortasında dayanmış, Mercedes Benz E-200 markalı avtomobil isə H.Aslanov küçəsində yolun sol tərəfində olan "Sultan Studio" mağazasının pilləkənlərinə dəyərək dayanmışdır. O, qəza nəticəsində alın nayihəsindən və burun nahiyəsindən xəsarətlər alaraq huşunu itirmişdir. Sərnişin qismində əyləşdiyi avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 isə sol çiyin nayihəsindən və bədəninin digər nayihələrindən xəsarətlər alaraq huşunu itirmişdir. Sonradan ətrafa toplaşmış şəxslər təcili yardım çağıraraq onları təcili tibbi yardım avtomobilinə qoyaraq Şəmkir rayon mərkəzi xəstəxanasına aparmışdır. Şəmkir rayon mərkəzi xəstəxanasında onlara ilkin tibbi yardım göstərildikdən sonra onu Gəncə şəhərində yerləşən "Beynəlxalq" xəstəxanaya aparmışlar. "Beynəlxalq" xəstəxanada onu bir sıra müayinələrdən keçirtdikdən sonra Şəmkir rayon mərkəzi xəstəxanasına gətirmişlər. O, bir gün həmin xəstəxanada qalaraq müalicə olunmuş, qəza nəticəsində onun burun sümüyü sınmış və alın nahiyəsi çapılmışdır. Yol nəqliyyat hadisəsi Mercedes markalı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs avtomobilini yüksək sürətlə idarə edərək işıqforun qırmızı işığında yol ayrıcına daxil olduğu üçün yol nəqliyyat hadisəsi baş vermişdir. O, baş vermiş qəza nəticəsində müxtəlif bədən xəsarətləri almışdır. Sürücü Təqsirləndirilən şəxs baş vermiş qəzadan sonra onunla maraqlanmamış və ona dəymiş maddi ziyanı ödəməmişdir. Hadisə baş verdikdə sonra Təqsirləndirilən şəxs onlara heç bir köməklik etmədən hadisə yerindən uzaqlaşmışdır. O, hadisədən öncə Zərərçəkmiş şəxs1 idarə etdiyi avtomobilin qabaq sağ sərnişin oturacağında sərnişin qismində əyləşmişdir. Zərərçəkmiş şəxs1 avtomobili Hafiz Babaşov küçəsi ilə H.Aslanov küçəsinin kəsişməsi istiqamətdə idarə edərək yol ayrıcına daxil olmuşdur. Onlar yol ayrıcına daxil olanda işıqforun yaşıl işığı təzə yanmışdır. Hadisədən öncə sərnişini olduğu avtomobili Zərərçəkmiş şəxs1 25-30 km/saat sürətlə idarə etmişdir. Hadisə vaxtı avtomobildə sərnişin qismində qabaq sağ oturacaqda oturmuş, Zərərçəkmiş şəxs1 sükan arxasında əyləşməklə avtomobili idarə etmişdir. Avtomobildə onlardan başqa hər hansı şəxs olmamışdır. O, hadisəyə qədər "Mercedes Benz” markalı avtomobili görməmiş, onlar işıqforun yaşıl işığında yol ayrıcına daxil olduqdan bir-iki saniyə keçməmiş anidən toqquşma baş vermişdir. Hadisədən əvvəl Təqsirləndirilən şəxs avtomobili hansı sürətlə idarə etdiyini dəqiq bilmir. Onun fikrincə Təqsirləndirilən şəxs avtomobili yüksək sürətlə idarə etmişdir. Avtomobili yüksək sürətlə idarə etməsi səbəbindən toqquşmadan sonra qüvvənin təsirindən onların olduğu avtomobil H.Aslanov küçəsi ilə aşağı istiqamətlənmişdir. Onlar hadisədən əvvəl narkotik vasitə və sərxoşluq vəziyyətinə gətirə biləcək hər hansı digər maddə istifadə etməmişlər. Zərərçəkmiş şəxs1 hadisə vaxtı sərxoş olmamışdır. Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan ödənilmiş, sonuncu ilə barışmaqla ona qarşı heç bir şikayət və ya tələbi yoxdur, bu barədə ərizə də vermişdir. Məhkəmədən qeyd edilənləri nəzərə alaraq Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, 28 mart 2022-ci il tarixdə Şəmkir şəhəri. Həzi Aslanov küçəsi ilə H.Babaşov küçəsinin kəsişməsində VAZ21074 markalı və Mercedes Benz markalı minik avtomobillərinin toqquşması nəticəsində baş vermiş yol nəqliyyat hadisəsini şəxsən görmüş, o, hadisə baş verən zaman həmin yerdə olmuş, onun həmin yol nəqliyyat hadisəsi baş verdikdən sonra şəxsiyyətləri barədə məlumatlı olduğu Mercedes Benz markalı minik avtomobilin sürücüsü Təqsirləndirilən şəxs və VAZ2107 markalı minik avtomobilinin sürücüsü Zərərçəkmiş şəxs1 Murad oğlu ilə hər hansı ədavəti və ya düşmənçiliyi olmamışdır. O, ünvan 1 ünvanında yaşayır, hadisənin baş verdiyi yer onun yaşadığı evin yaxınlığında yerləşir. O, 28 mart 2023-cü il tarixdə saat təxminən 19-20 radələrində iş yoldaşı Şahid1 onun yaşadığı evə qonaq gəlmişdir. O, Hikmətlə birlikdə təxminən iki saata yaxın yaşadığı evdə olmuş, onlar birlikdə çörək yeyib çay içmişlər. Daha sonra isə bir qədər nərdtaxta oynamışlar. Təxminən saat 22 radələrində artıq gec olduğu üçün Hikmət yaşadığı evə getmək istədiyini demiş, o, Hikmətlə birlikdə küçəyə çıxmışdır. Onlar Hikmətlə haxalarını dəyişib siqaret çəkərək bir qədər hərəkət etməyə başlamışlar. Onlar söhbət edərək svetafor istiqamətdə gedən zaman svetaforun işıqlarını görmüşdür. O, həmin vaxt "Anfıanfeld" restoranı istiqamətdən yuxardan bir qədər aralıdan təxminən 80-90 km/saat sürətlə avtomobil gəldiyini görmüşdür. O, həmin vaxt svetaforun işıqlarına baxan zaman sxctaforun işıqları Həzi Aslanov küçəsi ilə yuxardan aşağıya tərəf hərəkət edən avtomobillər üçün qırmızı işıq yanılı olmuş, H.Babaşov küçəsi ilə hərəkət edən avtomobillər üçün isə svetaforun yaşıl işığı yanılı olmaqla saniyələr 23, 22, 21 azalan sayda azalmağa davam etmişdir. Həmin vaxt H.Babaşov küçəsi ilə hərəkətdə olan VAZ2107 markalı avtomobilin yol ayrıcına daxil olduğunu görmüş. VAZ2107 markalı avtomobil yol ayrıcına yaşıl işıqda daxil olmuş, VAZ 2107 markalı avtomobil yol ayrıcının ortasına çatan zaman yuxardan H.Aslanov küçəsi ilə hərəkət edən Mercedes Benz markalı avtomobil yüksək sürətlə yol ayrıcına daxil olaraq yol ayrıcında VAZ2107 markalı minik avtomobili ilə toqquşmuşdur. Həmin vaxt toqquşmanın təsirindən VAZ2107 markalı minik avtomobil H.Aslanov küçəsi ilə üzü aşağı istiqamətdə istiqamətlənərək H.Aslanov küçəsində yolun ortasında dayanmışdır. Mercedes Benz markalı minik avtomobili isə H.Aslanov küçəsi istiqamətdə idarəetməni itirərək yolun hərəkət hissəsindən çıxıb Sultan studio adlı obyektin qabağında olan pilləkənlərə dəyərək dayanmışdır. Onlar dərhal ilkin olaraq VAZ21074 markalı avtomobil onlara yaxın olduğu üçün ona yaxınlaşaraq köməklik etmək istəmişlər. Onlar həmin avtomobilə yaxınlaşdıqda avtomobili idarə edən sürücünün toqquşmanın təsirindən axtomobildən kənara yolun kənar hissəsinə dəmirin üzərinə düşdüyünü görmüşlər. Həmin axtomobildə qabaq sərnişin oturacağında oturmuş tanımadığı digər şəxs isə özü avtomobildən düşmüşdür. Onlar yerdə olan şəxsə yaxınlaşan zaman avtomobili idarə edən şəxsin iş yoldaşı Zərərçəkmiş şəxs1-olduğunu görmüşlər. Onlar Arzuya köməklik etmək istəmişlər. O, həmin vaxt tamamilə pis vəziyyətdə olmuş, digər Mercedes Benz markalı avtomobili idarə edən şəxsin avtomobildən düşdüyün görmüşdür. Həmin şəxsin təxminən beş üç dəqiqə həmin yerdə olduğunu görmüşdür. Daha sonra isə hara getdiyini bilməmiş, daha sonra həmin yerə təcili tibbi yardım avtomobili gəlmiş, Zərərçəkmiş şəxs1 təcili tibbi yardım avtomobili ilə Şəmkir rayon Mərkəzi xəstəxanasına aparmışlar. O, Hikmətlə birlikdə öz avtomobilləri ilə onun ardı ilə getmişlər. Şəmkir rayon mərkəzi xəstəxanasında ilkin müayinə edildikdən sonra Arzunun vəziyyəti ağır olduğu üçün onu təcili yardım avtomobili ilə Gəncə şəhər 3 nömrəli şəhər xəstəxanasına aparmışlar. Həmin yerdən isə Gəncə şəhərində yerləşən Mərkəzi Klinikaya aparmışlar. Mərkəzi Klinikada dəqiq xatırlamasa da hansısa aparatın işləmədiyini dedikləri üçün Zərərçəkmiş şəxs1 avtomobil ilə Gəncə şəhərində yerləşən İstanbul klinikasına aparmışlar. Həmin klinikda Arzuya tibbi yardım göstərmişlər. Həmin vaxt Arzunun valideyinləri də həmin klinikada olmuşdur. Daha sonra həmin yerə əvvəllər tanımadıqları şəxslər gələrək Arzu barədə maraqlanmışlar, onlardan kim olduqlarını soruşduqda ona baş vermiş yol nəqliyyat hadisəsində iştirakçı olan digər avtomobilin sürücüsünün valideyini olduğunu demişdir. O, onlara Arzunun valideyinlərinin əsəbi olduğunu demiş, o, narahatçılıq olmasını istəmədiyi üçün onlardan digər sürücünün valideyinləri olduğunu bildirməmələrini istəmiş, həmin vaxt Arzunun atası onlara yaxınlaşdıqda ondan həmin şəxslərin kim olduğunu soruşmuş, O, Arzunun atasına tanış adamlar olduğunu həmin yerdə gördükdə nə üçün gəldiyini maraqlandıqlarını demişdir. Daha sonra həmin xəstəxanadan Arzunu Şəmkir rayonuna Hərbi İ Hospitala göndərmişlər. Bundan sonra yaşadığı evə getmiş, daha sonra isə baş verən hadisələr barədə məlumatı olmamışdır. Hadisə baş verən zaman Təqsirləndirilən şəxs idarə etdiyi Mercedes Benz E 200 markalı, ** BP *** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə H.Aslanov küçəsi ilə aşağı istiqamətdə hərəkətdə olmuş, Təqsirləndirilən şəxs işıqforun qırmızı işığında hərəkətini dayandırmadan yol ayrıcına daxil olmuş, Zərərçəkmiş şəxs1 idarə etdiyi VAZ21074 markalı, ** BC *** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə H.Babaşov küçəsi ilə hərəkətdə olmuş, Zərərçəkmiş şəxs1 işıqforun yaşıl işığında hərəkətini davam etdirərək yol ayrıcına daxil olmuşdur. Təqsirləndirilən şəxs yol ayrıcına işıqforun qırmızı işığında yüksək sürətlə daxil olduğu üçün toqquşma baş vermişdir. Hadisə baş verən zaman Zərərçəkmiş şəxs1 idarə etdiyi VAZ21074 markalı, ** BC *** dövlət qeydiyyat nişanlı minik avtomobilini təxminən 20-30 km/saat sürətlə idarə etmişdir. Təqsirləndirilən şəxs idarə etdiyi Mercedes Benz E 200 markalı, ** BP *** dövlət qeydiyyat nişanlı minik avtomobilini hadisə baş verən zaman təxminən 80-90 km/saat sürətlə idarə etmişdir. O, hadisə baş verdikdən sonra Mercedes Benz E 200 markalı, ** BP *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin sürücüsü Təqsirləndirilən şəxs yalnız uzaqdan görmüş, O, Nicatın onun sərxoş olub-olmadığını bilməmiş, VAZ21074 markalı, ** BC *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin sürücüsü Zərərçəkmiş şəxs1 isə hadisədən sonra avtomobildən çölə küçəyə düşmüşdür. Onlar Nicata tibbi yardım göstrəməyə çalışmışlar. O, həmin vaxt Zərərçəkmiş şəxs1 sərxoşluq hiss etməmiş, həmçinin spirtli içki qoxusu hiss etməmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid1 eyni məzmunlu ifadə verərək Şahid2 ifadəsində göstərdiyi xüsusatları tam təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin 42-48-ci vərəqələrində olan olan “Yol nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” protokolla müəyyən olunmuşdur ki, hadisə yeri Şəmkir şəhəri, Həzi Aslanov küçəsi ilə H.Babaşov küçəsinin kəsişməsində yol ayrıcında birləşir. Hadisə yerində yolun hərəkət hissəsi düz asfaltbeton yoldur və yolun vəziyyəti qurudur. Yol örtüyünün eni H.Aslanov küçəsində 9.8 metr, H.Babaşov küçəsində 6.7 metrdir. Hadisə yeri H.Aslanov küçəsi ilə H.Babaşov küçəsinin kəsişməsində yerləşir. Hər iki küçədə hərəkət zolaqlarının sayı bir hərəkət hissəsinin eni 9,8 və 6,7 metrdir. Hərəkət işıqfor vasitəsilə nizamlanır. Hadisə yeri yolun sağdan və soldan hərəkət hissəsi başa çatdıqdan sonra 1 metr enində yol çiyini ehtiyat hissə olmaqla həmin hissə bitdikdə yaşayış evləri vardır. Yol hərəkət hissəsi sııni işqılandırma vasitəsilə və kənar obyektlərin işıqları vasitəsilə işıqlanıdrılır. Toqquşan nəqliyat vasitələrinin sayı ikidir. VAZ2107 markalı avtomobil H.Aslanov küçəsi istiqamətdə. Mercedes Benz markalı avtomobil isə Heydər Əliyev prospekti istiqamətdə hərəkətdə olmuşdur. X5 idarə etdiyi "Mercedes Benz” E-200 markalı avtomobil digər avtomobil ilə toqquşmadan sonra yolun solunda yerləşən "Sultan Studio” adlı mağazaya dəyərək maddi ziyan vurmuşdur. 28 mart 2022-ci il tarixdə yol nəqliyyat hadisəsinin baş verdiyi yerə baxış zamanı götürülərək duracağa yerləşdirilmiş yol nəqliyyat hadisəsinin baş verməsində iştirak etmiş "VAZ2İ074" markalı ** BC *** dövlət qeydiyyat nişanlı minik avtomobili və "Mercedes Benz” E-200 markalı ** BP *** dövlət qeydiyyat nişanlı minik avtomobili iş üzrə sübut əhəmiyyəti kəsb etdiyinə görə maddi sübut hesab edilərək cinayət işinə əlavə edilmiş və Şəmkir rayon polis şöbəsinə saxlanca verilmişdir. Cinayət işinin 49-53-cü vərəqələrində olan 26 avqust 2022-ci il tarixli vatomobillərə baxış keçirilməsi haqqında protokolla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs hadisə vaxtı idarə etdiyi minik təyinatlı "Mercedes Benz E-200" markalı ** BP *** dövlət qeydiyyat nişanlı minik avtomobilinə və Zərərçəkmiş şəxs1 hadisə vaxtı idarə etdiyi minik təyinatlı "VAZ21074" markalı, ** BC *** dövlət qeydiyyat nişanlı minik avtomobilinə baxış keçirilmişdir. Avtomobilin zədə görmüş hissələri qeyd edilmişdir. Cinayət işinin 54-cü vərəqində olan Şəmkir rayon mərkəzi xəstəxanasının 28 mart 2022ci il tarixli 91 nömrəli sərxoşluq vəziyyətinin müayinə edilməsi haqqında aktla müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs1 oğlunun alkoqol sərxoşluğu olmamışdır. 55 saylı iş vərəqəsində olan Şəmkir rayon polis şöbəsinin DYPB-nin 28 mart 2022-ci il tarixli 05967 nömrəli protokollaşdırmasına əsasən ** BP *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin sürücüsü Təqsirləndirilən şəxs qəbul etdiyi alkoqol miqdarı 0.000 faiz təşkil etmişdir. Cinayət işinin 60-61-ci vərəqələrində olan Məhkəmə tibbi ekspertizasının 22 aprel 2022ci il tarixli, 365 saylı rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs1 bədən səthində aşkar edilmiş xəsarətlər-başın tüklü hissəsində ənsə nahiyəsinin əzilmiş yarası, sol alın-gicgah nahiyəsinin dərialtı hemaloması, sol gicgah sümüyünün pullu hissəsinin xətti sınığı, baş beyin toxumasının ağır dərəcəli hemorragik əzilməsi, subaraxnoidal qanama, döş qəfəsinin qapalı küt travması, sol İV-V-V1 qabırğaların sınıqları, sol tərəfli pnevmatoraks, sol bazu sümüyünün cərrah boynunun qapalı, yerini dəyişmiş sınığı, sol diz oynağının ön səthinin əzilmiş yaralan KÜT əşyaların təsirindən törənmişlər, yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər, əmələ gəlmə müddətləri 28 mart 2022-ci il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə bu xəsarətlər həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərər vurmaya aiddirlər. Cinayət işinin 71-72-ci vərəqələrində olan Məhkəmə tibbi ekspertizasının 14 iyun 2022-ci il tarixli, 651 saylı rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs2 bədən səthində aşkar edilmiş xəsarətlər alın nahiyəsinin əzilmiş yarası, alın sümüyünün ön səhifəsinin, burun sümüyünün, sol orbitanın divarlarının, sol və sağ əng sümüklərinin, sağ orbitanın aşağı divarının sınıqları KÜT əşyaların təsirindən törənmişlər, yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər, əmələ gəlmə müddətləri 28 mart 2022-ci il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə bu xəsarətlər sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. Cinayət işinin 145-146-ci vərəqələrində olan məhkəmə yol nəqliyyat hadisələri ekspertinin 31 oktyabr 2022-ci il tarixli, 8/2435 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, 1a.2a. İstintaq tərəfindən təqdim olunan məlumatlara əsasən Mercedes Benz E-200 markalı ** BP *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanunun 60-cı maddəsinin 2-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisəninin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsindən maksimum icazə verilən 60 km/saat sürətdən artıq, yəni 70-80 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. 1b. 2b. Rəyin tədqiqi hissəsində göstərilən səbəblərinə görə VAZ-21074 markalı. ** BC *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 hadisənin qarşısını alınması ilə əlaqədar olan hərəkətlərini tədqiq elmək mümkün deyildir. Cinayət işinin 213-214-cü vərəqələrində olan məhkəmə yol nəqliyyat hadisələri ekspertinin 29 mart 2023-cü il tarixli, 8/709 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, la.2a. İstintaq tərəfindən təqdim olunan məlumatlara əsasən Mercedes Benz E-200 markalı ** BP *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanunun 60-cı maddəsinin 2-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisəinin qarşısını almağa texniki imkanı olmuşdur. 1b. 2b. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən VAZ 21074 markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 hadisənin qarşısının alınması ilə əlaqədar olan hərəkətlərini texniki nöqteyi-nəzərdən tədqiq etməyə lüzum yoxdur. Cinayət işinin 210-cu vərəqində olan BDYPİ-nin Yovuz RQİ və TBŞ-nin xx.xx.2023-cü il tarixli 3-13-110/2-6824/2023 saylı sorğuya cavab məktubu ilə müəyyən olunur ki, “X1 Reyesterə” əsasən xx.xx.1998-ci il təvəllüdlü, Şəmkir şəhəri, Dostluq küçəsi, ev 32-də qeydiyyatda olan Zərərçəkmiş şəxs1 xx.xx.2018-ci il tarixdən xx.xx.2028-ci il tarixədək “BC” kateqoriyalı, AE- 336905 saylı sürücülük vəsiqəsi verilmiş, sürücülük hüququndan məhrum edilməmişdir. Cinayət işinin 210-cu vərəqində olan BDYPİ-nin Yovuz RQİ və TBŞ-nin xx.xx.2023-cü il tarixli 3-13-110/2-6824/2023 saylı sorğuya cavab məktubu ilə müəyyən olunur ki, “X1 Reyesterə” əsasən xx.xx.2002-ci il təvəllüdlü, Şəmkir şəhəri, Səttarxan küçəsi, ev 134-də qeydiyyatda olan Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən xx.xx.2031-ci il tarixədək “B1,B,C1C” kateqoriyalı, BD-301981 saylı sürücülük vəsiqəsi verilmiş, sürücülük hüququndan məhrum edilməmişdir. “Qətimkan tədbiri seçmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2023-cü il tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 138-ci vərəqində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2020-ci il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət iş materiallarına əlavə olunmuş Şəmkir Rayon İHB-nin Şəmkir şəhər İƏD üzrə nümayəndəliyinin 5-76-1/2-02D-116/23 saylı, xx.xx.2023-cü il tarixli xasiyyətnamədən görünür ki, xx.xx.2002-ci ildə anadan olmuş Təqsirləndirilən şəxs ünvan 2 ünvanda qeydiyyatda olmaqla yaşayır. Təqsirləndirilən şəxs barəsində Şəmkir şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyə heç bir yazılı və şifahi şikayət daxil olmamışdır. Zərərçəkmiş şəxs1 məhkəmə təqdim etdiyi notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi və mənəvi ziyan tam ödənilmiş, sonuncu ilə barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs2 məhkəmə təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi və mənəvi ziyan tam ödənilmiş, sonuncu ilə barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Cinayət işinin 107-ci vərəqində olan 26 avqust 2022-ci il tarixli, 101 nömrəli ziyan aktından görünür ki, **-BC-*** Dövlət qeydiyyat nişanlı avtomobilə 4516 manat ziyan dəymişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunmamışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin və şahidlərin ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, iş materiallarında olan maddi sübut, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin qeyd hissəsinin 2-ci bəndinə əsasən, bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Belə ki, Azərbaycan Respubikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə görə, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. İş materiallarından görünür ki, zərərçəkmiş şəxslər cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxslə barışmış, Təqsirləndirilən şəxs həmin əməli ilk dəfə törətmiş, məhkum olunmamış, əvvəllər cinayət məsuliyyətindən və cəzadan azad olunmamışdır. Beləliklə məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olmasını, zərərçəkmiş şəxslərlə barışmasını, onlara dəymiş ziyanı tam ödəməsini və zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələbin olmamasını (bu barədə notarial qaydada ərizə) nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə təqsirli bilinməli və cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməli və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir (CPM-132). Həmçinin məhkəmə hesab edir ki, iş üzrə aparılmış ekspertiza təhqiqatının dəyəri 256 (iki yüz əlli altı) manat Təqsirləndirilən şəxs tutulub X2, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına keçirilməli, cinayət işi üzrə maddi sübut kimi tanınmış yol nəqliyyat hadisəsinin baş verməsində iştirak etmiş “VAZ21074” markalı, ** BC *** dövlət qeydiyyat nişanlı minik avtomobil və “Mercedes Benz E200” markalı, ** BP *** dövlət qeydiyyat nişanlı minik avtomobil qərar qanuni qüvvəsini aldıqdan sonra qanuni sahiblərinə qaytarılmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 40.3, 43.1.2, 358 və 384-cü maddələrini rəhbər tutaraq qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, həmin maddənin qeyd hissəsinə əsasən zərərçəkmiş şəxslərlə barışması əsası ilə barəsində olan hazırki cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 256 (iki yüz əlli altı) manat Təqsirləndirilən şəxs oğlundan tutulub X2, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına keçirilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış, yol nəqliyyat hadisəsində iştirak etmiş “VAZ21074” markalı, ** BC *** dövlət qeydiyyat nişanlı minik avtomobil və “Mercedes Benz E200” markalı, ** BP *** dövlət qeydiyyat nişanlı minik avtomobil qərar qanuni qüvvəsini aldıqdan sonra qanuni sahiblərinə qaytarılsın. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Bu müddət ərzində apelyasiya protesti və ya şikayəti verilməzsə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün bu qərar qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №1(076)-160/2023
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №1(076)-160/2023
16.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver