Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 1(076)-160/2025 11.03.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Müdafiəçi və Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1975-ci il tarixdə Gədəbəy rayonu, Çaldaş kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binаsındа açıq məhkəmə iclasında bаxаrаq, müəyyənetdi: Təqsirləndirilən şəxs tamah məqsədilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək niyyəti ilə Zərərçəkmiş şəxs etibarından sui-istifadə edib aldadaraq mərhum X1 tərəfindən vəsiyyətnamə əsasında Şahid2 etibar edilmiş və lakin faktiki olaraq Zərərçəkmiş şəxs məxsus ünvan 2 ünvanında yerləşən daşınmaz əmlaka dair mülkiyyəti təsdiq edən sənədlərin (çıxarışın) alınıb əldə olunmasına və həmin torpağın üzərindən keçən 35 KV-luq elektrik xəttinin çıxarılıb başqa əraziyə köçürülməsinə köməklik göstərəcəyinə dair yalan vədlər verərək 2023-cü il tarixdə istintaqa dəqiq məlum olmayan tarixlərdə vahid niyyətlə ünvan 2 ünvanında Zərərçəkmiş şəxs 2000 (iki min) manat, Şəmkir rayonunda, Gədəbəy rayonu istiqamətində, avtomobil yolunun kənarında yerləşən istintaqla adı müəyyən olunmayan çayçıda, ümumi tanışları Şahid3 vasitəsilə əlavə olaraq 500 (beş yüz) manat məbləğində pulunu ələ keçirmiş, sonradan vədinə əməl etməyib aldadaraq ümumilikdə Zərərçəkmiş şəxs 2500 (iki min beş yüz) manat məbləğində ziyan vurmaqla dələduzluq cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Аzərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək törətdiyi cinayət əməllərini tam etiraf etmiş ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə ünvan 4 ünvanında yaşayır. Zərərçəkmiş şəxs təxminən 3 ildir ki, tanıyır və onların normal münasibətləri olmuşdur. Qəribə yataq xəstəsi olduğuna görə Günayə qulluq etmişdir. Sonradan bildiyinə görə Qəribə yaşadığı evi Şahid2 satmış və ev pulunun bir hissəsini Nazirdən almışdır. Lakin Qəribənin evinin çıxarışı olmadığına görə yerdə qalan pulu evə çıxarış aldıqdan sonra veriləcəyǝi ilə razılaşmışlar. Sonra Qəribə evinin çıxarışının alınması üçün Günayəyə vəsiyyətnamə vermişdir. Daha sonra Günayə evin çıxarış sənədinin alınması üçün onun tanımadığı şəxslərə 6000 manat pul vermişdir. Lakin həmin şəxslər onu aldatmışlar və Günayə də, onlardan polisə şikayət etmişdir. Sonra isə Günayənin bacısı qızı Nazilə ondan xalası Günayəyə kömək etməsini xahiş etmişdir. O da, həmin 6000 manat pulun 3000 manatının geri qaytarılmasında Günayəyə kömək etmişdir. Onun köməyi Günayəyə ərizə yazmaqda, onu RPŞ-nə aparmaqda və s. hərəkətləri etməkdə olmuşdur. Daha sonra Günayə ondan Qəribənin evi üçün çıxarış almaqda ona kömək etməsini xahiş etmişdir. O da, Günayəyə kömək etmək üçün ondan 2000 manat pul verməsini istəmişdir. Təxminən 2023-cü ilin yay aylarında Günayə ona yaşadığı evdə 2000 manat pul vermişdir. Həmin vaxt orada onlardan başqa Günayənin bacısı qızı İradə də, olmuşdur. Sonradan həmçinin Qəribənin evinin üzərindən yüksək gərginlikli elektrik xəttləri keçdiyi üçün o, Günayədən əlavə 500 manat pul almışdır. Həmin pulu ona Nazirin atası Zəfər təxminən 2023-cü ilin yay aylarında Şəmkir rayonunda yerləşən, Gədəbəy yolunda olan çayxanaların birində vermişdir. Daha sonra o, Qəribənin evi ilə maraqlanmış və evin çıxarışının alınması üçün lazımı sənədləri Şəmkir rayonu 11 saylı Daşınmaz Əmlak İdarəsinə təqdim etmişdir. Bundan sonra Əmlak idarəsindən müxtəlif vaxtlarda təxminən 7-8 nəfər ayrı- ayrı mühəndis gəlib Qəribənin Şəmkir şəhəri, Həsən Alməmmədov küçəsi ünvanında yerləşən fərdi yaşayış evinə baxış keçirmişlər. Belə olub Qəribənin evinə çıxarış alma işi uzanmışdır. Daha sonra əmlak idarəsində Qəribənin evinin üstündən yüksək gərginlikli elektrik xəttləri keçməsinə görə onun evinə çıxarış verilməsindən imtina edilmişdir. Bundan sonra Günayə ona verdiyi 2500 manat pulu geri istəmişdir. Lakin o, artıq həmin pulları özü üçün xərcləmişdir və ona görə də, Günayǝyǝ pul tapan kimi qaytaracağını bildirmişdir. Daha sonra isə maddi imkanı olmadığına görə Günayənin 2500 manat pulunu qaytara bilməmişdir. Günayə də, ona görə ondan şikayət etmişdir. Lakin o, sonradan 2024-cü ilin dekabr ayında Günayənin 2450 manat pulunu geri qaytarmışdır. Həmçinin Təqsirləndirilən şəxs ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs ona Qəribə Məmmədhəsənovanın evinin çıxarışını düzəltməsi üçün 2500 manat pul vermişdir. O, həmin pulları özü üçün xərcləmişdir. O, əməlindən peşmandır və artıq Günayənin pulunu qaytarmışdır. O, Yaşar Məsmalıyeva heç bir pul verməmişdir. O, yalnız Yaşar Məsmalıyevdan onun əvvəllər Daşınmaz Əmlak İdarəsində işlədiyinə görə Qəribənin çıxarışının alınması üçün hansı sənədlərin toplanması ilə bağlı məsləhət almışdır. Hal-hazırda Zərərçəkmiş şəxs ilə barışmışdır, ona dəymiş ziyanı ödəmişdir, zərərçəkmiş şəxsin ona qarşı şikayətləri və tələbi yoxdur. Odur ki, barəsində olan cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında ifadəsi elan edilən Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, ünvan 5 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs tanıyır. X3 onun qonşusu olmuşdur və Qəribə sağ ikən onun himayəsində olmuşdur. Qəribə sağ olan zaman yaşadığı evin alqı-satqısı üçün digər qonşusu Şahid3 ilə şifahi qaydada razılaşmışdı. Lakin evin çıxarışı olmadığı üçün Qəribə evi vəsiyyatnamə ilə Zəfərin oğlu Şahid2 vermişdi və qarşılığında 30 000 manat pul almışdır. Qalan 5000 manat pulu isə evin çıxarışı düzəldikdən sonra alacaqdı. Lakin Qəribə 2023-cü ilin 30 iyun tarixində vəfat etdiyinə görə evin çıxarışını düzəltmək üçün o, cəhdlər etmişdir. Təqsirləndirilən şəxs onun evində Vüqar adlı şəxslə fəhlə kimi işləmişdir. O, belə olub Bəyləri tanımışdır. Bəylər ona evin çıxarışını düzəldə biləcəyini demiş və Bəylərə inandığı üçün Qəribənin sağlığında evində Təqsirləndirilən şəxs 2000 manat pul və evə dair plan və ölçü, arxivarayış, lisenziya və plan-lahiyə sənədlərini vermişdir. Həmin andan qısa müddət sonra isə Bəylər evin üzərindən keçən işıq xəttinə görə ondan əlavə 500 manat pul istədikdə isə Şahid3 həmin pulu onun əvəzinə Bəylərə vermişdir. Həmin zamandan bəri Təqsirləndirilən şəxs müxtəlif bəhanələrlə pulu verməkdən imtina etmiş və çıxarışın yaxın zamanlarda veriləcəyini söyləmişdir. Lakin Bələr öz vədinə əməl etməmiş və onun işini düzəltməmişdir. Təqsirləndirilən şəxs yalan vədlərinə görə o, xx.xx.2024-cü il tarixdə AR DİN-nin 102 xidmətinə və ərizə ilə Şəmkir RPŞ-nə müraciət edərək məlumat vermişəm. Həmçinin Əliyeva Günayǝ İsgəndər qızı ifadəsində bildirmişdir ki, o, Təqsirləndirilən şəxs 2000 manat pulu təxminən 2023- cü ilin yay aylarında yaşadığı evdə vermişdir. O, Bəylərə həmin pulu mərhum Qəribə Məmmədhəsənovanın evinin çıxarışını düzəltməsi üçün vermişdir və həmin vaxt onun yanında bacısı qızı Şahid1 olmuşdur. Həmçinin aradan təxminən 3-4 gün keçəndən sonra o, qonşusu Zəfər vasitəsi ilə Bəylərə işini düzəltməsi üçün əlavə 500 manat pul vermişdir. Bununla da o ümumilikdə Bəylərə 2500 manat pul vermişdir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək hal-hazırda Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tamamilə ödəməsini, onunla barışmasını və ona qarşı şikayəti və tələbi olmamamışdır. Məhkəmə iclasında ifadəsi elan edilən Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, Əliyeva Günayǝ İsgəndər qızını tanıyır. Günayə onun qonşusudur. Günayə əvvəllər qonşusu X2 ilə bilrikdə yaşamışdır. Qəribə Məmmədhəsənova sağ olan zaman onunla yaşadığı evi ona satması ilə bağlı razılaşmışdırlar. Lakin evin çıxarışı olmadığı üçün bu mümkün olmamışdır. Ona görə də, Qəribə Məmmədhəsənova sağ olan zaman ona vəsiyyatnamə vermişdir. Bunun müqabilində onunla razılşadıqları 35 000 manat pulun 30 000 manatını ona vermişdir. Lakin qalan məbləği isə evin çıxarışı düzəldikdən sonra verəcəyini bildirmişdir. Zərərçəkmiş şəxs evin sənədlərini düzəltməsi üçün Bəylər adlı şəxslə razılaşmışdır. Zərərçəkmiş şəxs Bəylərin onun qohumu olmasını söylədiyi üçün ona inanmışdır. Sonra isə Zərərçəkmiş şəxs ona Bəylərə 2000 manat pul verməsini və qarşılığında evin çıxarışının düzələcəyini demiçdir. Hətta Bəylər bir il bundan əvvəl onun atası Şahid3 guya evin üzərindən keçən elektrik xətlərinin işləməsi üçün 500 manat pul almışdır. Atası həmin pulu Bəylərə Günayənin yerinə vermişdir. Lakin həmin zamandan bəri evin çıxarışı düzəlməmişdir və buna görə də, Günayǝ AR DİN-nin 102 xidmətinə müraciət etmişdir. İbdtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 və Şahid3 Zərərçəkmiş şəxs ifadəsi ilə eyni məzmunlu ifadə verməklə onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİdən daxil olmuş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Gəncə Apellyasiya məhkəməsinin qərarı ilə xx.xx.2023-cü il tarixli hökm ləğv edilib. Məhkəmə qətnaməsini tam icra etdiyinə görə barəsində cinayət təqibinə xitam verilib və cinayət məsuliyyətindən azad edilmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyanı tamamilə ödənmiş, ondan heç bir şikayət və tələbləri yoxdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsinə əsasən cinayət işinin icraatına xitam verilməsi üçün əsaslar mövcuddur. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayət törətmiş, cinayət əməli törətdikdən sonra zərərçəkmiş şəxsə barışıb ona vurduğu zərəri tamamilə ödəmişdir. İşin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını, zərərçəkmiş şəxsə dəymiş ziyanın tamamilə ödənilməsi və onların barışmasını əsas tutaraq cinayət işinə Azərbaycan Respublikası CM–nin 73-1.1-ci maddəsinə əsasən xitam verilməsini mümkün hesab edir. İşin icraatına xitam verilməsi təqsirləndirilən şəxsin, zərərçəkmişin manafeyinə uyğundur və üçüncü şəxslərin qanuni mənafelərini və hüquqlarını pozmur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə görə məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə həmin Məcəllənin 40.2-ci maddəsinə əsasən məhkəmənin qərarı ilə xitam verilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2–ci maddəsində əsasən başqa növ cinayət törətmiş şəxs, bu Məcəllənin 72.1–ci maddəsində nəzərdə tutulmuş şərtlər mövcud olduqda, yalnız bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində bilavasitə müəyyən edilmiş hallarda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Göründüyü kimi məhkəmə iclasında cinayət işinin məhkəmə tərəfindən müəyyən olunmuş halları yuxarıda sadalanan qanunvericilik aktlarında göstərilən əsasları özündə ehtiva edir və bu əsasla Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi mümkün sayılır. Məhkəmə həmçinin, hesab edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verildiyindən onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmədə təqsirləndirilən şəxsə göstərdiyi 06 saat hüquqi yardıma görə hər iş saatı üçün 6 manat olmaqla 36 (otuz altı) manat pul dövlət büdcəsinin vəsaiti hesabına Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməlidir. Cinayət işi mülki iddia və məhkəmə xərcləri yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 37.4, 321, 344–347, 356, 358 və 384.1.3–cü maddələrini rəhbər tutaraq məhkəmə, qəraraalır: Аzərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 178.1-ci mаddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmiş Təqsirləndirilən şəxs barəsində həmin Məcəllənin 73-1.1ci maddəsi tətbiq edilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Məhkəmədə təqsirləndirilən şəxsə göstərdiyi 06 saat hüquqi yardıma görə hər iş saatı üçün 6 manat olmaqla 36 (otuz altı) manat pul dövlət büdcəsinin vəsaiti hesabına Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Qərardan apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №1(076)-160/2025
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №1(076)-160/2025
11.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver