Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 1(076)-161/2024 16.07.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İsmayılova Sənubər Nəcəf qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Zərərçəkmiş şəxsin nümayəndəsi: X1 Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs Müdafiəçi: Müdafiəçi iştirakı ilə xx xxxxxx 1995-ci il tarixdə Şəmkir rayonu, Çənlibel kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Şəmkir rayonu, Çənlibel kəndində qeydiyyatda olmaqla, həmin kənddə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 188.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti işləri aparmışdır. Belə ki, o, 2023-ci ilin yanvar-fevral aylarında, dəqiq məlum olmayan tarixdə və vaxtda Şəmkir rayonu, Çənlibel kəndində yerləşən Sayad Vəliyev adına Çənlibel kənd tam orta məktəbin balasında olan torpaq sahəsində 15 kvadrat metr torpaq sahəsini qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və icarə hüququ olmadan özbaşına tutmuş və həmin torpaq sahəsi üzərində mişar daşından tikinti işləri aparmaqla torpaq sahəsi üzərində mülkiyyət hüququnu pozmuşdur. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.2-ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü ona qarşı irəli sürülmüş ittihamda təqsirli bilərək ifadəsində göstərdi ki, Onun hazırda yaşadığı yer Elm və təhsil nazirliyinin balansında olan əvvəlki məktəb binasıdır. Onlara orada yaşamaq üçün Bələdiyyə tərəfindən yer verilmişdir. O, orada dam hissəsini təmir etdirmiş, tavan və döşəməsini dəyişmiş, pəncərələri təmir etdirmişdir. Bundan başqa evin əvvəlki qapısının qarşısında olan təxminən 1 və ya 2 sot sahəni mişar daşı ilə hasara alaraq 5x3 metr ölçüdə toyuq hini tikmiş, heç kimdən icazə almamış və ya rəsmi sənədi yoxdur. Ona bir dəfə məktəbin direktor müavini Amin şifahi olaraq xəbərdarlıq etmişdir. Lakin onun tikinti aparmağı ilə bağlı məktəb tərəfindən rəsmi heç yerə müraciət olunmamışdır. O, tövlənin kənarından kanalizasiya quyusu qazdırmış, sonradan Fərhad şikayət etdiyinə görə yenidən doldurmuşdur. Göstərilən hərəkətlərin cinayət olmasını dərk etməmiş və qanunsuz olaraq 15 kvadrat torpaq sahəsini zəbt edərək tikinti işləri aparmışdır. Hazırda onun tərəfindən tikilmiş tikinti sökülmüş və zəbt edilmiş 15 kvadırat metr torpaq sahəsi Çənlibel kənd Sayad Vəliyev adına tam orta məktəbinə qaytarılmışdır. Hazırda əməlindən peşmandır və məhkəmədən ifadəsində göstərilənlərin nəzərə alınmasını xahiş edir. Məhkəmə baxışı iclası zamanı zərərçəkmiş şəxsin nümayəndəsi qismində dindirilmiş X2 izahatında göstərdi ki, Şəmkir rayonu, Çənlibel kənd Sayad Vəliyev adına tam orta məktəbin direktor müavini vəzifəsində işləyir. Təqsirləndirilən şəxs tanıyır, onun işlədiyi məktəbin balasında olan binada məskunlaşıb. Həmin bina təyinatı üzrə istifadə olunmur. Eltun binada çoxdan məcburi köçkün kimi məskunlaşıb yaşayır. Ona dəfələrlə məlumat verilməsinə baxmayaraq qanunsuz tikinti işləri aparmışdır. Belə ki, 01 may 2023-cü il tarixdə Şahid1 polisə ərizə ilə müraciət edərək Eltundan şikayət etmişdir. Bununla bağlı polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs tərəfindən zəbt olunmuş tikinti işləri apardığı əraziyə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs binanın həyətində tikinti işləri aparmışdır. İnşa etdiyi tikinti 3x5 ölçüdə olmuşdur. Məktəbin balansında olan binanın ətrafında torpaq zəbti və qanunsuz tikinti ilə bağlı Təhsil sektoruna müraciət etmişlər. X3 Çənlibel kənd Sayad Vəliyev adına tam orta məktəbin balansında olan 15 kvadrat metr torpaq sahəsini boşaldaraq məktəbin balansına təhvil vermişdir. Bu səbəbdən təqsirləndirilən şəxsdən şikayəti və tələbi yoxdur, məhkəmədən onun cinayət məsuliyyətindən azad edilməsini xahiş edir. Məhkəmə baxışı iclası zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, yaşadığı ərazi Elm və təhsil nazirliyinin balansında olan əvvəlki məktəb binasıdır. Təxminən 2009-2010-cu illərdə yaşamaq üçün ona yer verilməsi məqsədilə sabiq icra başçısı Aslan Aslanovun qəbulunda olduqdan sonra həmin vaxtı maarif şöbəsinin sabiq müdiri Maqsud Hacıyevin və ondan sonra işləmiş Məcid Şıxlinskinin qəbulunda olmuş, həmin məktəbin binasından otaq verilmişdir. Həmin vaxtı orada əvvəllər məskunlaşmış şəxslər gedəndə onların otaqlarını da özləri ilə danışıb razılaşmaqla hissə-hissə 2 nəfərə, Vaqif və Nüşabə adlı şəxslərə ümumilikdə 4000 manat pul vermişdir. Həmin vaxtı o, Məcid müəllimə də bu barədə razılıq almışdır. Həmin binada ondan başqa hazırda Təqsirləndirilən şəxs yaşayır, anası orada işlədiyinə görə həmin binadan yer verilmişdir. Eltun özbaşına binada tikinti işləri aparmışdır. Belə ki, bınanın başqa tərəfindən qapı açmış, tikinti işləri görmüşdür. Qapı acıdığı yerin qarşısında olan təxminən 20 sot sahəni mişar daşı ilə hasara alaraq mal tövləsi və toyuq hini tikmişdir. Həmin torpaq sahəsi məktəbin balasındadır və Eltun həmin ərazini özbaşına zəbt etmişdir. Heç kimdən icazə almamış və ya rəsmi sənədi yoxdur. Məhkəmə baxışı iclası zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə Şəmkir rayonu, Çənlibel kəndində yaşayır. O, əvvəllər Goranboy rayonunda yaşamış, ailə qurduqdan sonra Şəmkir rayonuna gəlmişdir. O, Şəmkir rayonuna gələndə yer olmadığına görə əvvəllər lager olmuş, hazırda Çənlibel kənd orta məktəbin binasının kömür damında yaşamağa başlamışdır. Oranı həmin vaxtlarda Sovet sədri işləyən Vaqif Rüstəmov ona müraciəti ilə bağlı vermişdir. Təqsirləndirilən şəxs onun qonşusudur. Eltun qaldığı binanın kənarında mal saxlamaq üçün tövlə tikmişdir. Buna görə Fərhad narazılıq etmiş və pəncərəsinin qarşısı olduğunu demişdir. Sonra Fərhad şikayət ərizəsi ilə Şəmkir Rayon Polis Şöbəsinə müraciət etmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Baxış keçirilməsi barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq zəbt edərək üzərində tikinti apardığı torpaq sahəsinə baxış keçirilməklə protokol tərtib edilmiş və foto şəkillər çəkilmişdir. Baxış zamanı Elton Məmmədovun tərəfindən zəbt olunan torpaq sahəsinin dövlət mülkiyyətinə aid torpaq sahəsi olması müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan Şəmkir RİHB-nin Çənlibel kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Cinayət işinin materiallarında olan 11 saylı Şəmkir Ərazi İdarəsinin İnventarlaşdırıcı mühəndisi tərəfindən verilmiş arayışdan görünür ki, mübahisələndirilən torpaq sahəsi Şəmkir rayonu, Çənlibel kəndində yerləşən Sayad Vəliyev adına Çənlibel tam orta məktəbin torpaq sahəsi yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olmaqla Dövlət mülkiyyətinə məxsus torpaq sahəsidir. Cinayət işinin materiallarında olan Qazax-Tovuz Regional Təhsil İdarəsi Şəmkir rayonu Çənlibel kənd S.Vəliyev adına tam orta məktəbin xx.xx.2024–cü il tarixli məktubundan görünür ki, Çənlibel kənd S.Vəliyev adına tam orta məktəbin mülkiyyətinə aid olan və Təqsirləndirilən şəxs tərəfindən zəbt edilmiş 15 kvadrat metr torpaq sahəsi məktəbə qaytarılmışdır. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetirilmişdir ki, Təqsirləndirilən şəxs 2023-ci ilin yanvar-fevral aylarında, istintaqa dəqiq məlum olmayan tarixdə və vaxtda Şəmkir rayonu, Çənlibel kəndində yerləşən Sayad Vəliyev adına Çənlibel kənd tam orta məktəbin balasında olan torpaq sahəsində 15 kvadrat metr torpaq sahəsini qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və icarə hüququ olmadan özbaşına tutmuş və həmin torpaq sahəsi üzərində mişar daşından tikinti işləri aparmaqla torpaq sahəsi üzərində mülkiyyət hüququnu pozmuşdur. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası CM-nin 74-cü maddəsinə əsasən, şəraitin dəyişməsi nəticəsində törədilmiş əməlin və ya bu əməli törətmiş şəxsin ictimai təhlükəli olmadığı müəyyən edildikdə, böyük ictimai təhlükə törətməyən cinayət və ya az ağır cinayət törətmiş şəxs cinayət məsuliyyətindən azad edilə bilər. Azərbaycan Respublikası CPM-nin 39.1.11-ci maddəsinə əsasən, cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası CPM-nin 43.1.2-ci maddəsinə əsasən, bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikası CPM-nin 43.1.2-ci maddəsində qeyd olunan əsaslarla cinayət məsuliyyətindən azad etmək səlahiyyəti məhkəmə baxışının gedişində məhkəməyə verilmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti işləri aparmaqla torpaq üzərində mülkiyyət hüququnu pozma cinayət əməlini törətsə də, hazırda qeyd olunan tikintini sökərək, həmin torpaq sahəsini Çənlibel kənd S.Vəliyev adına tam orta məktəbinə geri qaytarmışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şəraitin dəyişməsi nəticəsində törədilmiş əməlin və bu əməli törətmiş şəxsin ictimai təhlükəli olmadığı müəyyən edilməsi ilə cinayət məsuliyyətindən azad edilməlidir. Belə ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 74-cü maddəsinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 40 və 305.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 sentyabr 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, cinayət hüquq nəzəriyyəsində şəraitin dəyişməsi dedikdə, cinayət törədilən ana qədər mövcud olan vəziyyətlə müqayisədə şəxsin həyatında şəraitin ciddi surətdə dəyişməsi başa düşülür. Belə hallarda şəraitin dəyişməsi şəxsin həyatı ilə bağlı olur. Bu, cinayət törədən şəxsin yaşayış yerini dəyişməsində, ali məktəbə daxil olmasında, həqiqi hərbi xidmətə getməsində və s. ifadə oluna bilər. Bundan başqa, şəraitin dəyişməsi siyasi, iqtisadi və sosial sahələrdə baş verən dəyişikliklərlə də bağlı ola bilər. Belə dəyişiklik ölkə miqyasında və ya müəyyən regionda, şəhərdə və s. ərazidə baş verə bilər. Şəraitin dəyişməsinin nisbətən geniş miqyasda baş verməsi ictimai münasibətlər sistemində elə dəyişikliyi nəzərdə tutur ki, bunun təsiri ilə cinayət əməli öz maddi əlamətini - ictimai təhlükəliliyini itirir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs ona verilmiş ittiham üzrə nəzərdə tutulmuş cinayət əməlini törədərkən mübahisəli torpaq sahəsinin Çənlibel kənd S.Vəliyev adına tam orta məktəbin mülkiyyətində olması, hazırda isə həmin torpaq sahəsini Çənlibel kənd S.Vəliyev adına tam orta məktəbinə geri qaytarmasını onun cinayət törədilən ana qədər mövcud olan vəziyyətlə müqayisədə hazırki vəziyyətdə şəraitin ciddi surətdə dəyişməsi kimi qiymətləndirilməlidir. Bu baxımdan məhkəmə qeyd edilənlərin fonunda hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət az ağır cinayətlər kateqoriyasına aid olduğundan və ona münasibətdə hazırki vəziyyətdə şərait dəyişdiyindən o, cinayət məsuliyyətindən azad edilməli və barəsində olan cinayət təqibinə xitam verilməlidir. Odur ki, məhkəmə hazırki iş üzrə Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə həmçinin, hesab edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verildiyindən onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut, məhkəmə xərci və mülki iddia yoxdur. Bundan əlavə, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Müdafiəçinin məhkəməyə təqdim etdiyi hesabatdan görünür ki, Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 10 saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 193.2 və 193.4–cü maddələrinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001–ci il tarixli Qərarına (03 may 2018–ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 193.2, 193.4–cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 60 manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (Hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı; Kod: 8051630; Bankın VÖEN–i:**********; Müxbir hesab: AZ03NABZ**********000002944; S.W.İ.F.T İBAZAZ2X, hesab nömrəsi İBAN AZ03İBAZ********************, Müştəri VÖEN–i: **********) köçürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37.4, 321, 344-347, 356, 358 və 384.1.3-cü maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARAALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 188.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə barəsində cinayət təqibinə xitam verilsin və o, şəraitin dəyişməsi əsası ilə cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 60 manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (Hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı; Kod: 8051630; Bankın VÖEN–:**********; Müxbir hesab: AZ03NABZ**********000002944; S.W.İ.F.T İBAZAZ2X, hesab nömrəsi İBAN AZ03İBAZ********************, Müştəri VÖEN–i: **********) köçürülsün. Qərardan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №1(076)-161/2024
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №1(076)-161/2024
16.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver