Məhkəmə qərarları › İş №1(076)-162/2024

Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-162/2024

03.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-162/2024 03.12.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs, qanuni nümayəndəsi-Qanuni nümayəndə, təqsirləndirilən şəxsin müdafiəçisi– Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxs–Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.2002–ci il tarixdə Şəmkir rayonu, Keçili kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmayan, Şəmkir rayonu, Yeniabad kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbir seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 152.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə qapalı məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma cinayət əməlini törətmişdir. Belə ki, o, xx xxxxx 2002-ci il təvəllüdlü olmaqla, on altı yaşına çatmayan, xx xxxx 2006-cı il təvəllüdlü Zərərçəkmiş şəxs ailə qurmaq məqsədilə 26 noyabr 2021-ci il tarixdə yaşadığı Şəmkir rayonu, Yeniabad kəndində yerləşən evinə gətirmiş, 04 dekabr 2024-cü il tarixdə axşam saatlarında həmin evdə aralarındakı yaş fərqi iki ildən çox olan on altı yaşına çatmayan zərərçəkmiş Zərərçəkmiş şəxs ilə onun öz razılığı əsasında 12 iyun 2023-cü il tarixədək mütəmadi olaraq təbii yolla cinsi əlaqədə olmuşdur. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1–ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs keçmiş arvadıdır. Zərərçəkmiş şəxs özünün və valideyinlərinin razılığı ilə 26 noyabr 2021ci il tarixdə evlənmək məqsədilə Şəmkir rayonu, Xuluf kəndində yaşayan babası Alimin yaşadığı evə aparmış, bundan sonra isə toy üçün hazırlıqlara başlamışlar. 04 dekabr 2021-ci il tarixdə Şəmkir rayonu, Keçili kəndində yerləşən “Elmir” şadlıq sarayında valideyinləri ona toy məclisi təşkil etmiş və Validə ilə rəsmi nikah olmadan evlənmişlər. Həmin gün axşam saatlarında Validə ilə Şəmkir rayonu, Yenlabad kəndində yerləşən evində heç bir zor tətbiq etmədən öz razılığı əsasında təbii yolla cinsi əlaqədə olmuş, həmin vaxtdan etibarən Validə ilə ərarvad münasibətlərində olmaqla birgə yaşamış və mütamadi olaraq Validə ilə cinsi əlaqədə olmuşdur. Validə ilə evlilik müddətində normal ər-arvad münasibətləri olmuş, lakin 12 iyun 2023-cü il tarixdə maddi çətinlikləri olduğu üçün işləmək üçün Rusiya Federasiyasının Moskva şəhərinə getməyə qərar vermişdir. O, Rusiya Federasiyasına getdikdən sonra Validənin anası Rövşanə ona zəng etmiş və qızını qoyub getdiyi üçün mobil telefonda onunla mübahisə etməyə başlamışdır. Bundan sonra Validə ilə münasibətləri də pisləmişdir. 2023-cü ilin avqust ayında isə Validə atası evinə qayıtmış, sonra isə Validənin anası Rövşanə qızılları və digər əşyaların tələbi ilə bağlı Şəmkir Rayon Məhkəməsinə müraciət etmişdir. Zərərçəkmiş şəxs ilə evlənərkən onun 18 yaşında olmadığını bilmiş, lakin Validənin 16 yaşına çatmadığını bilməmişdir. Validə ilə evlənərkən pandemiya dövrü olduğu toy məclisini qısa müddət ərzində təşkil etmiş, qısa müddət ərzində evləndikləri üçün rəsmi nikaha daxil olmaq üçün vaxtları olmamışdır. Bununla belə hazırda Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə ilə razılıq əldə edərək barışmışdır. Onların ondan heç bir şikayət və tələbi yoxdur. Özü İİ Qarabağ müharbə iştirakçısı olmaqla müharibə veteranıdır. Müharibədən sonra Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Xocavəndin azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə tərtif edilmişdir. Odur ki, ifadəsində göstərdiyi halları nəzəra alaraq, məhkəmədən ona həbslə əlaqədar olmayan yüngül cəza verilməsini xahiş edir. Məhkəmə baxışı iclasında qanuni nümayəndəsinin iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun keçmiş əridir. Lakin hazırkı narazılıqlar səbəbindən Təqsirləndirilən şəxs və onun ailəsi arasında narazılıq yaranmışdır. Təqsirləndirilən şəxs təxminən toylarından üç il əvvəl olardı ki, tanımışdır. Belə ki, İlkinin xalası oğlu Tural bacısı Lamiyəylə nişanlanmışdır və aralarında qohumluq əlaqəsi vardır. Bundan sonrada İlkində onu bəyənmişdir. Həmin vaxtdan İlkinin anası Naibə onu oğluna istəmək üçün elçidə gəlmişdir. Lakin anası və atası onun yaşının az olduğuna görə evlənmələrinə razılıq verməmişdir. Onlar dəfələrlə istəsədə valideyinləri onların evlənmələrinə narazılıq etmişdir. 25 noyabr 2021-ci il tarixdə İlkinin bacısı Elnurə onlara gəlmiş, o, anasının ona yaxşı baxacağını, qardaşının da onu sevdiyini və sair vədlər verməklə qardaşı ilə qaçmağına razı salmışdır. 26 noyabr 2021-ci il tarixdə Elnurə ona zəng edib qardaşının onu qaçırmaq üçün gəldiyini, evdən qardaşı ilə birgə getməsini demişdir. O, da onunla razılaşmış, həmin gün heç bir zor tətbiq etmədən İlkinin idarə etdiyi avtomobilə əyləşib onunla birgə kəndlərində yaşayan babası Alimin evinə getmişlər. Bundan sonra ailə üzvilərinə özünün qaçdığını və evlənmək istədiyini bildirmişdir. 04 dekabr 2021-ci il tarixdə Şəmkir rayonu, Keçili kəndindəki “Elmir” şadlıq sarayında toy məclisləri təşkil olunmuş və İlkinlə rəsmi nikahları olmadan ailə qurub evlənmişlər. Təqsirləndirilən şəxs toydan əvvəl onun yaşını soruşmuş, o, İlkinə onun 15 yaşının olduğunu demişdir. Hətta İlkinin valideyinləri də onun 15 yaşının olduğunu bilmişlər. İlkinlə ilk dəfə toylarının axşımı, yəni 04 dekabr 2023-cü il tarixdə yaşadığı Şəmkir rayonu, Yeniabad kəndində yerləşın evində zor tətbiq etmədən könüllü olaraq təbii yolla cinsi əlaqədə olmuşdur. Həmin vaxtdan sonra 1 il 7 ay müddətində İlkinlə ər arvad münasibətlərində olmaqla birgə yaşamış, həmdə İlkin onunla mütamadi olaraq təbii yolla cinsi əlaqədə olmuşdur. Lakin xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs işləmək üçün Rusiya Federasiyasının Moskva şəhərinə getmiş, bundan sonra aralarında narazılıqlar yaranmağa başlamışdır. İlkin gedəndən sonra isə qaynanası Naibə ilə aralarında şəxsi münasibətlər zəminində narazılıqları yaranmış, Naibə onunla yersiz mübahisələr etməyə başlamışdır. Qeyd etdiyi səbəblərə görə İlkindən ayrılıb öz evlərinə getmiş və valideyinləri ilə yaşamağa başlamışdır. Ancaq toy günü ona hədiyyə olunmuş 1 ədəd boyunbağı, 01 ədəd sırqa üzük dəsti və 2 ədəd üzükləri Şahid ona verməmişdir. Sonra anası Qanuni nümayəndə həm qızılların geri alınması, həmdə Təqsirləndirilən şəxs onunla cinsi əlaqədə olması barədə Şəmkir Rayon Polis Şöbəsinin Kür PB-nə şikayət etmişdir.. Hazırda onun təqsirləndirilən şəxsdən şikayət və tələbi yoxdur. Odur ki, məhkəmədən, ifadəsində göstərdikləri halları nəzərə alaraq, təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş edir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Qanuni nümayəndə ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun qızıdır. Zərərçəkmiş şəxs xx.xx.2006-cı il təvəllüdlüdür. Təqsirləndirilən şəxs keçmiş kürəkənidir. Təqsirləndirilən şəxs və ailə üzvlərini əvvəlcədən tanıyır. İlkinin xalası oğlu Tural da onun kürəkənidir. Onların aralarında qohumluq əlaqəsi olduğundan İlkin də qızı Validəni tanıyır. 2021-ci ilin əvvəllərində İlkinin valideyinləri Validəni istəmək üçün elçi gəlmiş, Validənin yaşı az olduğu üçün onun evlənməsinə razılıq verməmişdir. Buna baxmayaraq İlkinin atası Elmidar və anası Naibə əl çəkməmiş, İlkin özü də həmin vaxtı əsgərlikdə olmuş, İlkin Validəni ona almadıqları halda özünü silahla vurub öldürəcəyini demiş, nəhayət o və atası Validənin İlkinlə evlənməsinə razılıq vermişlər. Validəni İlkinə sözləmişlər. 2021-ci ilin yay aylarında yəni dəqiq yadında qalmayan tarixdə Validəni Şəmkir rayonu, Keçili kəndində yaşayan Şamxal adlı şəxs evlənmək məqsədilə qaçırmış, lakin Validə azyaşlı olduğu üçün onu geri qaytarmışlar. 2021-ci ilin oktyabr ayında İlkin hərbi xidmətdən qayıtmış, ancaq aralarında narazılıq olmuş, Validə İlkinlə evlənmək istəməmiş, lakin sonradan İlkinin bacısı Elnurə Validə ilə danışıb, onu İlkinlə evlənməsinə razı salmışdır. Bundan sonra yəni 26 noyabr 2021-ci il tarixdə İlkin Validəni öz razılığı ilə zor tətbiq etmədən evlənmək məqsədilə qaçırmışdır. Validənin yaşı az olsa da artıq qaçırıldığı üçün evlənməsinə razılıq vermişlər. 04 dekabr 2021-ci il tarixdə Şəmkir rayonu, Keçili kəndində yerləşən “Elmir” şadlıq sarayında toy məclisi təşkil olunmuş, Validə ilə İlkin rəsmi nikah olmadan evlənmişlər. Həmin vaxtdan etibarən İlkin öz yaşadığı evdə 12 iyun 2023-cü il tarixə qədər Validə ilə ər-arvad münasibətlərində olmaqla birgə yaşamış, xx.xx.2023-cü il tarixdə isə İlkin işləmək üçün Rusiya Federasiyasına getmişdir. bundan sonra aralarında narazılıqlar başlamış, artıq Validə ilə İlkin boşanma həddinə çatmışdılar. 03 avqust 2023-cü il tarixdə isə Validəni öz evinə gətirmiş, ancaq İlkinin anası Validəyə məxsus qızılları verməmiş, bununla da ədavətləri yaranmışdır. O, da İlkinin 16 yaşına çatmayan qızı Validə ilə cinsi əlaqədə olmasına görə Şəmkir Rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. İkinin valideyinləri Validəni istəmək üçün elçi gələrkən yaşının az olmasına görə Validənin İlkinlə evlənməsinə razılıq verməmişdir. Validənin yaşının az olması səbəbindən onlar rəsmi nikaha daxil ola bilməmişlər. Hazırda onun Təqsirləndirilən şəxs şikayət və tələbi yoxdur. Odur ki, məhkəmədən, ifadəsində göstərdikləri halları nəzərə alaraq, təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş edir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, o və həyat yoldaşı Elmidar oğlu İlkinin toy günündən 4-5 ay sonra bilmişlər ki, gəlini Zərərçəkmiş şəxs 16 yaşına çatmamışdır. Onlar bu barədə Validənin atası Rizvana və anası Rövşanəyə bildirdikdə onlar şikayət edəcəklərini deyərək heç kim bilməz deyib onları yola vermişlər. Validənin başqa oğlan tərəfindən azyaşlı olaraq qaçırılmasında sonradan onlar bilmişlər. Onun oğlu Təqsirləndirilən şəxs Validənin qoşularaq qaçmaasın da gəlininin anası şərait yaratmışdır. Onun oğlu İlkində bilmişdir ki, qızları Validənin hələ 16 yaşı tamam olmayıb. xx.xx.2021-ci il tarixdə oğlu Təqsirləndirilən şəxs gəlini Zərərçəkmiş şəxs ilə evlənmiş və cinsi əlaqədə olmuşdur. Bununla yanaşı, məhkəmə cinayət–prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə–Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin Şəmkir Rayon şöbəsinin xx.xx.2023–cü il tarixli 994 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə–tibbi ekspertizasına əsasən aşağıdakı nəticəyə gəlirik:

1. Zərərçəkmiş şəxs bədən səthində hər hansı xəsarət və ya xəsarət izi aşkarlanmadı.

2. Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmuşdur, pozulma müddəti iki həftədən çoxdur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN–nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmayıb. Cinayət işinin materiallarında olan Şəmkir RİHB–nin Yeniabad kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Cinayət işinin materiallarında olan və Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə tərəfindən notarial qaydada yazılmış ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ondan şikayət və tələbi yoxdur. Cinayət işinin materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Zərərçəkmiş şəxs xx xxxx 2006-cı ildə anadan olmuşdur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik Hüquqi şəxsi tərəfindən verilmiş Ambulator Məhkəmə Psixiatkik Ekspertizasının xx.xx.2024-cü il tarixli 01 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) asan daxil olma kimi psixoloji əlamətlər müşahidə olunur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya tərəfindən verilmiş M/V 113292 nömrəli vəsiqədən görünür ki, Təqsirləndirilən şəxs müharibə veteranıdır və o, müharibə veteranı kimi Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. Cinayət işinin materiallarına əlavə edilmiş İ-13564 nömrəli Azərbaycan Respublikası Medalının vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2021-ci il tarixli 2712 nömrəli Sərəncamı ilə “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş İ-19980 nömrəli Azərbaycan Respublikası Medalının vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Prezidentinin 21 aprel 2022-ci il tarixli 250s nömrəli Sərəncamı ilə “Vətən Müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəyini, istintaq hərəkətlərinin protokollarını və sənədləri Azərbaycan Respublikasının Cinayət– Prosessual Məcəlləsinin 124–136–cı maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 143–145–ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir–biri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma cinayət əməlini törətmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1–ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası CM–in 152.1–ci maddəsində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1–ci maddəsində nəzərdə tutulmuş cinayət əməli “az ağır” cinayət olmaqla, şəxsiyyətin cinsi toxunulmazlığı və cinsi azadlığı əleyhinə olan, yəni on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olmanı və ya seksual xarakterli hərəkətlər etməni ifadə edən qəsdən törədilən cinayətdir. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini, həmin zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını, cinayət nəticəsində dəymiş ziyanı aradan qaldırmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1–ci maddəsinə, təqsirini etiraf edərək əməlindən səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, İİ Qarabağ müharibəsi iştirakçısı olmaqla müharibə veteranı olmasını, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Xocavəndin azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə tərtif edilməsini isə həmin Məcəllənin 59.2–ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61–ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəzanı ağırlaşdırılan halların olmaması və yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1–ci maddəsinin sanksiyası çərçivəsində minimum həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003–cü il tarixli 4 №li Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8–ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32–ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29–cu maddəsinin 4–cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999–cu il tarixli Qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003– cü il tarixli 4 №li Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8–ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021–ci il tarixli Qərarında göstərilmişdir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından aşıq– aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM–nin 58.3–cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, azadlıqdan məhrum etmə növündə cəzanın hansı cəzaçəkmə müəssisəsində çəkilməli olduğunu müəyyən edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2–ci maddəsinin tələblərini rəhbər tutmuşdur. Belə ki, həmin maddəyə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinin tələblərinə əsasən, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 15 yanvar 2024-cü il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin materiallarında olan “Axtarışda olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 15 yanvar 2024–cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Eləcə də, cinayət işinin materiallarında olan Şəmkir Rayon Məhkəməsinin 16 yanvar 2024–cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 25 gün müddətinə, yəni 10 fevral 2024-cü il tarixədək həbs qətimkan tədbiri seçilmiş, həbsə alınmanın əvvəli 15 yanvar 2024–cü il tarixdən hesablanmışdır. Həmçinin, cinayət işinin materiallarında olan Şəmkir Rayon Məhkəməsinin 09 fevral 2024–cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş və məhkəmə hazırlıq iclasının 02 may 2024–cü il tarixli qərarı ilə barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Odur ki, azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 15 yanvar 2024–cü il tarixdən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158.2–ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99–1.1.1 və 99–1.1.2–ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 132.1.1–ci və 131.1.2–ci maddələrinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki–hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir. (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir). Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. İttiham hökmü qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət– Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalından dərhal həbsə alınmalıdır. Məhkəmə, həmçinin hesab edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut, məhkəmə xərci və mülki iddia yoxdur. Bundan əlavə, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Müdafiəçinin məhkəməyə təqdim etdiyi hesabatdan görünür ki, Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 15 saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 193.2 və 193.4–cü maddələrinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001–ci il tarixli Qərarına (03 may 2018–ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 193.2, 193.4–cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 90 manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (Hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı; Kod: 8051630; Bankın VÖEN–i:**********; Müxbir hesab: AZ03NABZ**********000002944; S.W.İ.F.T İBAZAZ2X, hesab nömrəsi İBAN AZ03İBAZ********************, Müştəri VÖEN–i: **********) köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358 və 384–385–ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 01 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından həbsə alınsın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cəzaçəkmə müddətinin əvvəli 15 yanvar 2024-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 90 manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (Hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı; Kod: 8051630; Bankın VÖEN–:**********; Müxbir hesab: AZ03NABZ**********000002944; S.W.İ.F.T İBAZAZ2X, hesab nömrəsi İBAN AZ03İBAZ********************, Müştəri VÖEN–i: **********) köçürülsün. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar