Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-164/2024 17.07.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi–Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, zərərçəkmiş şəxsin hüquqi varisi X1 və təqsirləndirilən şəxs–Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxx 1973–cü il tarixdə Yevlax rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmayan, orta təhsilli, işləməyən, evli, ünvan 1 ünvanında qeydiyyatda olan, Qazax rayonu, Hərbi şəhərcikdə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4– cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs təkrarən saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin xeyli miqdarda əmlakını gizli talayaraq oğurluq cinayət əməllərini törətmişdir. Belə ki, o, tamah məqsədilə qanunsuz və əvəzsiz olaraq özgənin əmlakını gizli talamaq niyyəti ilə 18 mart 2023-cü il tarixdə, saat 13:00-15:00 radələri aralığında Qazax rayonu, Bala Çaylı kəndində yerləşən X6 məxsus fərdi yaşayış evinin açıq olan taxta qapısından evə qanunsuz daxil olub evin Zərərçəkmiş şəxs2 aid olan yataq otağında yerləşən güzgülü dolabın sağ alt siyirməsindəki qızıl qutusunun içərisindən vahid niyyətlə Zərərçəkmiş şəxs2 məxsus komplekt şəklində olan, cəmi 17,62 qram çəkidə, ümumi dəyəri 1762 (bir min yeddi yüz altmış iki) manat təşkil edən, 1 (bir) ədəd 750 əyar briliant qaşlı qızıl boyunbağını, 1 (bir) ədəd 750 əyar briliant qaşlı qızıl üzüyü, 1 (bir) ədəd 750 əyar briliant qaşlı qızıl qolbağı və 1 (bir) cüt 750 əyar briliant qaşlı qızıl sırğanı, bundan başqa dəyəri 495 (dörd yüz doxsan beş) manat olan 1 (bir) ədəd 750 əyar 1 karat 50 sot briliant qaşlı 4,5 qram çəkidə qızıl qadın nişan üzüyünü və dəyəri 451 (dörd yüz əlli bir) manat olan 1 (bir) ədəd 585 əyar 14 sot briliant qaşlı qızıl 4,1 qram çəkidə oğlan nişan üzüyünü, həmçinin həmin yerdən Qazax rayonunda yaşamış Zərərçəkmiş şəxs3 Tofiq qızının müvəqqəti olaraq saxlamaq üçün Zərərçəkmiş şəxs2 verdiyi dəyəri 765 (yeddi yüz altmış beş) manat olan 1 (bir) ədəd 585 əyar qaşsız 9 qram çəkidə qızıl nişan üzüyünü, dəyəri 510 (beş yüz on) manat olan 1 (bir) ədəd 585 əyar yanları platinlə işlənmiş uzunsov səbət formalı qırmızı adi qaşlı 6 qram çəkidə qızıl üzüyü, dəyəri 340 (üç yüz qırx) manat olan 1 (bir) cüt 585 əyar gilas formalı qaşsız 4 qram çəkidə qızıl sırğanı, dəyəri 85 (səksən beş) manat olan 1 (bir) tay 585 əyar asqısı olmayan qırmızı adi qaşlı 1 qram çəkidə qızıl uşaq sırğasını, eyni zamanda digər yataq otağındakı paltar dolabının üst rəfindən Zərərçəkmiş şəxs2 məxsus olan 1500 (bir min beş yüz) manat məbləğində nağd pulu gizli olaraq talayaraq, vahid niyyətlə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 4208 (dör min iki yüz səkkiz) manat, Zərərçəkmiş şəxs3 Tofiq qızına isə 1700 (bir min yeddi yüz) manat məbləğində zərər vurmaqla ümumüikdə vahid niyyətlə zərərçəkmiş şəxslərə məxsus 5908 (beş min doqquz yüz səkkiz) manat məbləğində zərər vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah məqsədilə qanunsuz və əvəzsiz olaraq özgənin əmlakını gizli talamaq niyyəti ilə 07 dekabr 2023-cü il tarixdə saat 15 radələrində Şəmkir rayonu, Əliyaqublu kəndində yerləşən Zərərçəkmiş şəxs1 yaşadığı fərdi yaşayış evinin həyətinə açıq olan qapısından daxil olmaqla həmin vaxt evdə heç kəsin olmamasını müəyyən edərək, oradan yaşayış binasının qapısını itələyib açaraq qanunsuz olaraq evin içərisinə daxil olub yataq otağındakı saxlanc yeri hesab edilən sandığın içərisindən Zərərçəkmiş şəxs1 məxsus 1 ədəd 638 (altı yüz otuz səkkiz) manat dəyərində 583/585 əyarlı qızıldan hazırlanmış, halqa formalı, üzərində 3 ədəd rəngsiz, şəffaf qaşlar olan, qırmızımtıl sarı rəngli üzüyü, 1 cüt 264 (iki yüz altmış dörd) manat dəyərində 583/585 əyarlı qızıldan hazırlanmış üzərində ümumilikdə 2 ədəd rəngiz, şəffaf qaşlar olan, sarı və gümüş rəngli üzüyü, 1 ədəd 2217 (iki min yüz iyirmi yeddi) manat dəyərində 583/585 əyarlı qızıldan hazırlanmış, qırmızımtıl sarı rəngli boyunbağını, 01 ədəd 850 (səkkiz yüz əlli) manat dəyərində Rusiya Federasiyası istehsalı olan, üzərində yaşıl və ağ rəngli qaşları olan 583 əyarlı qızıl üzüyü) 01 cüt 1275 (min iki yüz yetmiş beş) manat dəyərində, Rusiya Federasiyası istehsalı olan, üzərində yaşıl rəngli qaşı olan 583 əyarlı sırğanı və 200 manat məbləğində nəğd pulu götürməklə Zərərçəkmiş şəxs1 xeyli miqdarda, yəni ümumilikdə 5154,00 (beş min yüz əlli dör) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4–cü maddələri ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, 6-7 ildir ki, maddi imkansızlıq səbəbindən dilənçiliklə məşğul olur, dilənçilikdən əldə etdiyi maddi vəsaitlə ailəsinin dolanmasına köməklik edir. 07 dekabr 2023-cü il tarixdə Qazax şəhərindən dilənçilik etmək məqsədi ilə Şəmkir-Qazax marşurutu ilə Şəmkir rayonu Əliyaqublu kəndində gəlmiş, marşurutdan düşərək kənd ərazisində gəzməyə başlamış, kənd ərazisində gəzən zaman sonradan Zərərçəkmiş şəxs1 məxsus olduğunu bildiyi evin giriş darvazasının açıq olduğunu görmüş, o, evin giriş qapısına yaxınlaşıb qapını əli ilə açaraq içəri daxil olmuşdur. Evin həyətində ev sahibini səsləməyə başlamış, həmin vaxt heç kim onun səsinə cavab verməmişdir. Onun pula ehtiyacı olduğu üçün evdə heç kimin olmamasından istifadə edib evin içərisinə daxil olub pul və qiymətli əşya olarsa götürüb sakitcə evdən çıxmasını fikirləşmişdir. O, evin giriş qapısına yaxınlaşıb evin dəmir qapısının cəftəsinin açıq olub-olmadığını yoxlayan zaman qapının kilidinin açıq olduğunu görmüş, əli ilə qapını açıb evin içərisinə daxil olmuşdur. O, evin yataq otağında pul və qiymətli əşya axtarmağa başlamış, paltar rəfinə və dəmir çarpayının alt hissəsini axtarmış, lakin heç bir qiymətli əşya tapa bilməmiş, yataq otağında sandıq görüb həmin sandığa yaxınlaşmış, sandığın üst qapağı bağlı olmuş, o, sandığın üst qapağını qaldırıb açan zaman içərisində kiçik ölçülü göy rəngli qutudan başqa heç bir əşya olmadığını görmüşdür. O, qutunu götürmüş və qapağını açıb içərisinə baxan zaman qutunun içərisində 01 ədəd qızıl sepin, 01 ədəd qızıl üzüyün və 1 cüt sırğanın olduğunu görmüş və qızıl zinət əşyalarının olduğu qutunun qapağını bağlayıb əynində olan gödəkcənin cibinə yerləşdirib evin qapısını bağlayıb evdən çıxmışdır. Evdən çıxıb kənd ərazisi ilə Qazax-Gəncə magistral yolunun kənarına gəlmiş, yolun kənarında bir qədər gözlədikdən sonra Qazax rayonuna gedən marşuruta əyləşib evinə getmişdir. O, evə getdikdən sonra Aynurəyə məxsus evdən oğurladığı 01 ədəd qızıl sepin, 01 ədəd qızı üzyün və 1 cüt sırğanı Qazax şəhərində yerləşən Hərbi şəhərəcikdə tanımadığı şəxsə məxsus evin hasarının çöl hissəsində yerləşən su sayğacında gizlətmişdir. Bunda başaqa, 18 mart 2023-cü il tarixdə saat 13 radələrində dilənmək məqsədi ilə sərnişin avtobusu ilə yaşadığı Qazax şəhərindən Qazax rayonu, Bala Çaylı kəndinə getmiş, kəndə çatıb avtobusdan endikdən sonra bir neçə evə yaxınlaşaraq dilənçilik edərək ev sahiblərindən pul, çörək, şəkər və sair əldə etmiş, kəndin içərisində piyada şəkildə hərəkət edən zaman gələn səslərdən kənddə toy məclisinin təşkil edildiyini müəyyən etmiş, daha sonra evlərdən birinin bağ sahəsindəki tək taylı taxta materialından olan qapıdan ilk öncə evin bağ sahəsinə, oradan da həyətinə daxil olmuşdur. Dilənmək məqsədi ilə evin sakinlərini səsləmiş, lakin, bir neçə dəfə səsləsədə, evdən çölə hər hansi bir şəxs çıxmamış, bu vaxt o, evdə hər hansı bir şəxsin olmadığını müəyyən etmiş, evdə heç kəsin olmadığına əmin olduqdan sonra isə oğurluq etmək qərarına gəlmişdir. Bu niyyətlədə, evin həyətindən pilləkənlər vasitəsilə eyvana qalxmış və evin taxta qapısını əli ilə geriyə itələmiş və qapının kilidi olmadığını aşkar etmiş, qapını əli ilə açıb evin içərisinə daxil olmuş və vaxt itirmədən yataq otağına keçmişdir. Yataq otağında ilk öncə paltar dolabının qapısını açıb rəflərdəki paltarların alt həssəsində pul və ya dəyərli əşyalar axtarmağa başlamış, lakin, paltar dolabından hər hansı bir pul və ya qiymətli əşyaya olmadığını görüb yataq otağındakı güzgülü dolabın siyirmələrini tökərək açıb baxmağa başlamış, bu vaxt həmin dolabın sağ tərəfində qızıl qutusunun olduğunu görmüş və qutunu açdıqda içərisində qızıl-zınyət əşyalarının olduğunu müəyyən etmişdir. O, həmin qutunun içərisində olan komplekt şəkildə l (bir) ədəd qızıl boyunbağı, 1 (bir) ədəd qızıl üzük, 1 (bir) ədəd qızıl qolbağ və 1 (bir) cüt qızıl sırğanı, eyni zamanda 1 (bir) ədəd qızıl qadın nişan üzüyü, 1 (bir) ədəd qızıl oğlan nişan üzüyünü, bundan əlavə, 2 (iki) ədəd qızıl üzük, 1 (bir) cüt qızıl sırğa və 1 (bir) tay qızıl uşaq sırğasını götürmüş və əynindəki parça materialından olan qolsuz jiletin sağ yan cibinə qoymuş, və ev sakinlərinin qayıda biləcəklərindən ehtiyyat edərək evin digər hissələrini axtarmamış və gəldiyi qaydada evdən həyətə çıxmış, həyətdən isə bağ sahəsinə keçib daxil olduğu tək taylı taxta qapı vasitəsilə küçəyə çıxaraq oradan uzaqlaşmışdır. O, sərnişin avtobusu ilə evə qayıtmış, evə çatan kimi bu barədə ailə üzvlərinə hər hansı bir məlumət vermədən oğurladığı qızıl-zinət əşyalarını bir ədəd sellofan torbanın içərisinə qoymuş və heç kəs tapa bilməsin deyə evin içərisində lazım əşyalar üçün nəzərdə tutulmuş yerdə olan istifadəyə yararsız əşyaların arasında gizlətmiş, həmin vaxtdan təxminən 2 ay sonra o, həmin qızılzinət əşyalarını Bakı şəhərinə aparıb satmaq qərarına gəlmiş, bu məqsədlə təkbaşına Bakı şəhərinə getmiş, Bakı şəhərinə çatdıqdan sonra tanımadığı ərazidə yerləşən bazara daxil olmuş və əvvəlcədən tanımadığı, lakin, ər-ərvad olduqlarını ehtimal etdiyi bir nəfər kişi bir nəfər qadın olan şəxsə yaxınlaşaraq oğurladığı qızıl-zinət əşyalarını satmaq məqsədi ilə onlara təklif etmiş, onlar əvvəlcə qızıl-zinət əşyalarının oğurluq olub-olmadığını soruşmuşlar. O, isə həmin qızıl-zinət əşyalarının özünə məxsus olduğunu, sadəcə olaraq, övladı xəstə olduğundan müalicə etdirmək üçün təcili pula ehtiyacı olduğu üçün satdığını, bu səbəbdən də, ucuz qiymətə razılaşa biləcəyini demiş, həmin şəxslər də ona inanmışlar və oğurladığı həmin qızıl-zinət əşyalarına 2000 (iki min) manat verə biləcəklərini demişlər, oda razılaşmış və satmışdır. O, Zərərçəkmiş şəxs2 və zərərçəkmiş şəxsin hüquqi varisi Nərmin İsgəndərovaya dəymiş ziyanı tamamilə ödəmiş, onlarla barışıq əldə etmişdir və onların ondan şikayət və tələbi yoxdur. Digər Zərərçəkmiş şəxs1 dəymiş ziyanın bir qismini ödəmiş, maddi imkanı olmadığına görə ona dəymiş ziyanı tam olaraq ödəyə bilməmişdir. Bu səbəbdən də o, Aynurə Məmmədova ilə barışıq əldə etməyə cəhd etsədə onunla barışmamışdır. Hazırda əməlindən peşmandır. Ona görə də, məhkəmədən, ifadəsində göstərdiyi halları nəzərə alaraq, ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, Şəmkir rayonu, Əliyaqublu kəndində ailəsi ilə birlikdə yaşayır, yaşadığı ünvanda əvvəllər heç bir zaman oğurluq olmamışdır. Həmin ev 2 evin yanaşı olaraq birləşməsi nəticəsində tikilmişdir, 1 qonaq otağı, 3 yataq otağı və 1 mətbəxdən ibarətdir. Evin içərisində 2 giriş qapısı, 7 pəncərə vardır. Evin həyətyanı sahəsinin 27 sot ərazisi vardır və həyətin giriş daravazası və arxa qapı olmaqla 2 girişi vardır. O, evdə dəyərli əşyaları olan qızıl-zinət əşyaları və pulu yataq otağında olan özünə məxsus cehiz sandığında saxlayır. Bundan əlavə olaraq 270 manat pul və bank kartlarını şkafın içərisində saxlayır. xx.xx.2023-cü il tarixdə ailə üzvləri ilə birlikdə saat 13 radələrində evdən çıxmış, həmin gün saat 15 radələrində isə evə qayıtmışlar. Giriş darvazasına kənar müdaxilə edilməmiş, evə daxil olduqdan sonra yataq otağındakı stolun aşmasından şübhələnmiş, dərhal evi axtarmağa başlamış və sandığın qıfılının sındrılmasını görmüş, sandığı axtaran zaman içərisində olan qızıl əşyalarının və 200 manat pulunun oğurlanmasını görmüşdür. Lakin sandığın və şkafın içərisində olan bank kartları, şkafda olan 270 manat pul, mobil telefon və televizor kimi bahalı əşyaların oğurlanmadığını görmüşdür. O, dərhal bu barədə AR DİN-in 102 xidmətinə müraciət etmiş, onun düşüncəsinə görə həmin naməlum şəxs və ya şəxslər evin həyətindən girərək evin giriş qapılarının açıq olmasından istifadə edərək evə daxil olmuş, oğurlanmış qızıl-zinət əşyalarına 26 qram çəkidə, Rusiya istehsallı olan qızıl boyunbağı, 1 ədəd qızıl, kiçik qaşlı qızıl qadın üzüyü, 1 ədəd, fantazi üsullu, yaşıl qaşlı qızıl üzük, 1 cüt kiçik ölçülü, ağ qaşlı, gül formalı qızıl sırğa, 1 cüt uzunsov formalı, yaşıl qaşlı sırğa olmuşdur. O evində baş vermiş oğurluq hadisəsi ilə bağlı Şəmkir Rayon Polis Şöbəsinə müraciət etmiş, daha sonra polis əməkdaşları onlara gələrək hadisə yerinin fotoşəkillərini çəkmiş və sənədləşdirmə işlərini aparmış, 14 dekabr 2023-cü il tarixdə evdə olan zaman həyat yoldaşı Şahid2 istifadəsində olan mobil telefonuna zəng gələrək ona məxsus fərdi yaşayış evindən oğurluq edən şəxsin Qazax rayon sakini Təqsirləndirilən şəxs olması məlumat verilmişdir. Hazırda ona dəymiş ziyandan 1400 manatı ödənilməmişdir və onun təqsirləndirilən şəxsdən tələbi dəymiş maddi ziyanın tam olaraq ödənilməsidir. Odur ki, məhkəmədən, ifadəsində göstərdikləri halları nəzərə alaraq qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə səhər saatlarında işə getmiş, təxminən saat 15 radələrində Qazax şəhəri, Ə.Şıxlinski küçəsində yerləşən “İK” marketdə işini yerinə yetirən zaman atası Gəray Məmmədovla birlikdə Sumqayıt şəhərində baş tutan toy məclisində iştirak edib geriyə qayıdan anası Bahar Əhmədova mobil telefon vasitəsilə ona zəng edərək evdə özünə məxsus olan qızıl-zinət əşyalarının yerini dəyişib-dəyişmədiyini soruşmuşdur. O, isə qarşılığında qızılların yerini dəyişmədiyini, belə ki, həmişə olduğu kimi qızılların yataq otağında aynalı dolabın sağ alt siyirməsindəki qızıl qutusunun içərisində olduğunu bildirmişdir. Anası isə qarşılığında evdə olan bacısı Nargülün ona zəng edərək ona məxsus qızılların yerində olmaması barədə məlumat verdiyini demişdir. Bundan sonra o, dərhal Nargülə zəng edərək nə baş verdiyini soruşmuş, Nargül kənddə baş tutan toy məclisindən evə qayıtdıqda ona məxsus olan qızılları qoyduğu yerdə aşkar etmədiyini bildirmişdir. O, Nargüldən gedib anası və atasının otağındakı paltar dolabının üst rəfındəki saxlanc qabına baxmasını, həmin qabda onun anası saxlaması üçün verdiyi 1500 (bir min beş yüz) manat məbləğində nağd pulunun yerində olub-olmadığını müəyyən etmək üçün baxmasını istəmişdir. Nargül gedib həmin dolaba baxdıqdan sonra pulun da yerində olmadığını bildirmişdir. Bundan sonra onlar evdən oğurluq hadisəsinin baş verdiyini dəqiqləşdirmiş və Nargül DİN-in 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermiş, bundan sonra o, işlərini yekunlaşdırıb evə getmiş, evə çatıb qızılları qoyduğu yerə diqqət yetirdikdə ona məxsus olan qızılların yanında olan və xalası Zərərçəkmiş şəxs3 Şofıq qızının müalicə olunmaq məqsədi ilə Bakı şəhərinə getməmişdən qabaq müvəqqəti olaraq saxlamaq üçün anasına verdiyi qızılların da oğurlandığını aşkar etmişdir. Eyni zamanda, xx.xx.2023-cü il tarixdə yaşadıqları evdən ona məxsus olan 1 (bir) ədəd 750 əyar brilliant qaşlı qızıl boyunbağı, 1 (bir) ədəd 750 əyar biriliant qaşlı qızıl üzük, 1 (bir) ədəd 750 əyar brilliant qaşlı qızıl qolbağ, 1 (bir) cüt 750 əyar brilliant qaşlı qızıl sırğa, 1 (bir) ədəd 750 əyar brilliant qaşlı qızıl qadın nişan üzüyü, 1 (bir) ədəd 585 əyar brilliant qaşlı qızıl oğlan nişan üzüyü oğurlanmış, 1 ədəd boyunbağı, 1 ədəd qızıl üzük, 1 ədəd qolbağ və 1 cüt sırğa komplekt şəkildə 8500 (səkkiz min beş yüz) manat qarşılığında alınmışdır və komplektin ümumi çəkisi 17,62 qram təşkil etmiş, digər 1 ədəd qadın nişan üzüyünün çəkisi 4,5 qram və dəyəri 1500 (bir min beş yüz) manat, 1 ədəd oğlan nişan üzüyünün çəkisi 4,10 qram və dəyəri isə 560 manat olmuşdur. xx.xx.2023-cü il tarixdə yaşadıqları evdən xalası Zərərçəkmiş şəxs3 Şofıq qızına məxsus olan 2 (iki) ədəd qızıl üzük, 1 (bir) cüt qızıl sırğa və 1 (bir) ədəd tək qızıl uşaq sırğası oğurlanmışdır. O, xalasına məxsus olan qızıl-zinət əşyalarının əyarı, çəkisi və dəyəri barədə dəqiq heçnə deyə bilmir və oğurluq hadisəsi nəticəsində ona 12060 (on iki min altmış) manat məbləğində maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tamamilə ödəmişdir və onunla barışıq əldə etmişdir. Hazırda onun təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. Odur ki, məhkəmədən, ifadəsində göstərdikləri halları nəzərə alaraq, təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş edir. Məhkəmə istintaqında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X7 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs3 Şofıq qızı onun anasıdır. Anası uzun müddətli “bağırsaq xərçəngi” xəstəliyindən sonra 09 noyabr 2023-cü il tarixdə vəfat etmiş, anası vəfat etməzdən bir neçə ay əvvəl onlar onu xəstəliyi ilə əlaqədar müalicə etdirmək məqsədi ilə Bakı şəhərinə aparmaq qərarına gəlmişdir. Getməzdən qabaq isə anası özünə məxsus olan qızıl-zinət əşyalarını, yəni 1 (bir) ədəd 09 (doqquz) qram çəkidə qaşsız qızıl nişan üzüyünü, 01 (bir) ədəd 06 (altı) qram çəkidə yanları platinlə işlənmiş uzunsov səbət formalı qırmızı adi qaşlı qızıl üzüyünü, 01 (bir) cüt 04 (dörd) qram çəkidə gilas formalı qaşsız qızıl sırğanı, 01 (bir) tay 01 (bir) qram çəkidə asqısı olmayan qırmızı adi qaşlı qızıl uşaq sırğasını müvəqqət olaraq, yəni Bakı şəhərindən geriyə qayıdana qədər saxlaması üçün Qazax rayonu, Bala Çaylı kəndində yaşayan xalası X8 vermiş və geriyə qayıdan zaman ondan təhvil alacağını bildirmişdir. Daha sonra anası və o, birlikdə Bakı şəhərinə getmiş, 30 mart 2023-cü il tarixdə onlar anasının xəstəliyi ilə əlaqədar ona pensiya düzəltdirmək üçün Bakı şəhərindən yaşadıqları Qazax rayonu, Bala Çaylı kəndinə qayıtmışlar. Kəndə qayıtdıqda isə xalası Bahar Əhmədova 18 mart 2023-cü il tarixdə yaşadıqları evə daxil olan naməlum şəxs və ya şəxslərin xalasının qızı Zərərçəkmiş şəxs2 məxsus qızıl-zinət əşyalarını və 1500 (bir min beş yüz) manat məbləğində nağd pulu, eyni zamanda ansına saxlamaq üçün xalasının verdiyi qızıl-zinət əşyalarını oğurladığı barədə məlumat vermiş, daha sonra qeyd olunan fakt ilə əlaqədar olaraq Qazax rayon X13 bölməsində cinayət işi başlanaraq istintaq aparılmağa başlanmış, anası Zərərçəkmiş şəxs3 həmin cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş, anası vəfat etdikdən bir neçə gün sonra isə ona həmin oğurluq hadisəsini Qazax şəhər sakini Təqsirləndirilən şəxs törətdiyi məlum olmuş, belə ki, xalasıgilin evindən götürülmüş əl-barmaq izləri ilə Təqsirləndirilən şəxs məxsus əl-barmaq izləri eynilik təşkil etmiş, bu səbəbdən də, o, istintaqın gedişatında vəfat etmiş anası Zərərçəkmiş şəxs3 hüquqlarını həyata keçirmək üçün iş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmaq qərarına gəlmiş və 19 dekabr 2023-cü il tarixdə bu barədə ərizə ilə müraciət etmişdir. Təqsirləndirilən şəxs dəymiş ziyanı tamamilə ödəmişdir və onunla barışıq əldə etmişdir. Hazırda onun təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. Odur ki, qeyid edilənləri nəzərə alaraq məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid2 Zərərçəkmiş şəxs1, Şahid1 da zərərçəkmiş şəxsin hüquqi varisi X4 və Zərərçəkmiş şəxs2 ilə eyni məzmunlu ifadə verərək, onların göstərdiyi halları təsdiq etdilər. Bununla yanaşı, məhkəmə cinayət–prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan xx.xx.2023–cü il tarixli “Baxış keçirilməsi barədə” protokoldan görünür ki, X9 məxsus, Şəmkir rayonu, Əliyaqublu kəndində yerləşən fərdi yasayış evinə baxış keçirilmiş və bu barədə protokol tərtib olunmaqla fotoşəkillər çəkilmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2023–cü il tarixli “Baxış keçirilməsi barədə” protokoldan görünür ki, Qazax şəhəri, Ə.Seyidov küçəsində X2 iştirakı ilə qonumu Təqsirləndirilən şəxs oğurladığı maddi subutları gizlətdiyi yerə baxış keçirilmiş və bu barədə protokol tərtib olunmaqla fotoşəkillər çəkilmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2023–cü il tarixli “Hadisə yerinə baxış keçirilməsi hqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 yaşadığı Qazax rayonu, Çaylı kəndində yerləşən fərdi yasayış evinə baxış keçirilmiş və bu barədə protokol tərtib olunmaqla fotoşəkillər çəkilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023–cü il tarixli, 9/5761/2023 nömrəli məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda qeyd edilən zərgərlik məlumatlarının 2023cü ilin mart ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 4408,00 manat müəyyən edilir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024–cü il tarixli, 9/1969 nömrəli məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, tədiqiqata təqdim edilmiş 7,50 qram kütləli, halqa formalı, üzərində 3 ədəd rəngsiz, şəffaf qaşlar olan, qırmızımtıl sarı rəngli 1 ədəd üzük 583/585 əyarlı qızıldan hazırlanmışdır. Üzüyün üzərində olan qaşlar qiymətli qaşlara aid deyildir. 3,10 qram kütlə, üzərində ümumilikdə 2 ədəd rəngsiz, şəffaf qaşlar olan, sarı və gümüşü rəngli 1 cüt sırğa 583/585 əyarlı qızıldan hazırlanmışdır. Sırğa cütünün üzərində olan qaşlar qiymətli qaşlara aid deyildir. 25,02 qram kütlə, qırmışımıtıl sarı rəngli 1 ədəd böyunbağı 583/585 əyarlı qızıldan hazırlanmışdır. Tədqiqata təqdim edilən və qərarda göstərilən qızıl-zinət əşyalarının əyarı, kütləsi və digər göstəriciləri nəzərə alınmaqla 2023-cü ilin dekabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 5154,00 manat müəyyən edilir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN–nin BƏSİİ– dən alınmış tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan Qazax RİHB–nin şəhər İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Cinayət işinin materiallarında olan Qazax RİHB–nin şəhər İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş ailə tərkibi haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs əri və iki uşağı ilə birlikdə yaşayır. Cinayət işinin materiallarında olan, Zərərçəkmiş şəxs2 və zərərçəkmiş şəxsin hüquqi varisi X7 tərəfindən yazılmış ərizələrdən görünür ki, onlara dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən tam şəkildə ödənilmiş və təqsirləndirilən şəxsdən şikayət və tələbləri yoxdur. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəyini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 124–136–cı maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 143–145–ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir–biri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir Beləliklə, məhkəmə istintaqında tam sübuta yetirilmişdir ki, Təqsirləndirilən şəxs təkrarən saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin xeyli miqdarda əmlakını gizli talayaraq oğurluq cinayət əməllərini törətmişdir. Ona görə də, məhkəmə tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM–in 177.2.2, 177.2.3 və 177.2.4–cü maddələri ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə, məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası CM–nin 177.2.2, 177.2.3 və 177.2.4–cü maddələrində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Bununla yanaşı, məhkəmə təqsirləndirilən şəxsin barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4–cü maddələrində nəzərdə tutulmuş cinayət əməli “az ağır” olmaqla, qanunla qorunan mülkiyyət münasibətləri əleyhinə olan, özgənin əmlakını gizli olaraq talamada ifadə olunan qəsdən törədilən cinayətdir. Məhkəmə, təqsirləndirilən şəxsin cinayət nəticəsində Zərərçəkmiş şəxs2 və zərərçəkmiş şəxsin hüquqi varisi Nərmin İsgəndərovaya dəymiş ziyanı tam şəkildə könüllü ödəməsini, onlarla barışıq əldə etməsini, digər Zərərçəkmiş şəxs1 dəymiş ziyanın bir qismini ödəyərək barışıq əldə etməyə cəhd etməsini, həmin Zərərçəkmiş şəxs2 və zərərçəkmiş şəxsin hüquqi varisi Nərmin İsgəndərovanın ondan heç bir şikayət və tələbinin olmamasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1–ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət əməlini etiraf edib, əməlindən səmimi peşman olmasını, eləcə də, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini həmin Məcəllənin 59.2–ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, təqsirləndirilən Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4–cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003– ci il tarixli, 4 saylı Qərarının 3–cü bəndinin 2–ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatlar nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021–ci il tarixli Qərarında göstərilmişdir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından aşıq– aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM–nin 58.3–cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin şəraitinə təsirini nəzərə almalıdır. Qeyd olunanlara əsasən məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4–cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmasını daha məqsədəuyğun hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52–1.1–ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51–2–ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52–1.2–ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə Qazax rayonu hüdudlarını tərk etməmək, Qazax şəhərində yerləşən yaşayış yerini saat 23:00–dan saat 07:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51–2–ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Bununla yanaşı məhkəmə təqsirləndirilən şəxsin məhkəmə baxışınadək həbsdə saxlanması müddətinin azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi zamanı nəzərə alınmasını da zəruri hesab edir. Belə ki, cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 15 dekabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan Şəmkir Rayon Məhkəməsinin 15 dekabr 2023–cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmə iclas zalında dərhal həbsdən azad edilmişdir. Eləcə də, cinayət işinin materiallarında olan 15 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs həbsdə qaldığı 1 gün müddəti nəzərə alaraq hesab edir ki, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası həbsdə saxlamanın 1 günü azadlığın məhdudlaşdırılmasının 2 gününə bərabər tutularaq, cəmi 2 gün müddət təyin edilmiş cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99–1.1.1 və 99–1.1.2–ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 132.1.1–ci və 131.1.2–ci maddələrinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki–hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir. (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir). Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. İttiham hökmü qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət– Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10–cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ekpertiza tədqiqatının dəyəri olan 190 (bir yüz doxsan) manat məhkəmə məsrəfi tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE**********0002088501 Büdcə təsnifatının kodu 142595 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X5, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22). İş üzrə maddi sübut və mülki iddia yoxdur. Bundan əlavə, Təqsirləndirilən şəxsnun hüquqlarının müdafiəsi üçün məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Müdafiəçinin məhkəməyə təqdim etdiyi hesabatdan görünür ki, Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 21 saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 193.2 və 193.4–cü maddələrinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001–ci il tarixli Qərarına (03 may 2018–ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 193.2, 193.4–cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 126 manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (Hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı; Kod: 8051630; Bankın VÖEN–i:**********; Müxbir hesab: AZ03NABZ01351**********2944; S.W.İ.F.T İBAZAZ2X, hesab nömrəsi İBAN AZ03İBAZ********************, Müştəri VÖEN–i: **********) köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358 və 384–385–ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4–cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM–in 69.3–cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 15 dekabr 2023–cü il tarixdə şübhəli şəxs qismində saxlanıldığı 01 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Qazax rayonunun hüdudlarını tərk etməmək, Qazax şəhərində yerləşən yaşayış yerini saat 23:00–dan saat 07:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 190 (bir yüz doxsan) manat məbləğində məhkəmə məsrəfi tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE**********0002088501 Büdcə təsnifatının kodu 142595 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X5, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22). Hökmün icrası Qazax Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 126 manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (Hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı; Kod: 8051630; Bankın VÖEN–:**********; Müxbir hesab: AZ03NABZ01351**********2944; S.W.İ.F.T İBAZAZ2X, hesab nömrəsi İBAN AZ03İBAZ********************, Müştəri VÖEN–i: **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №1(076)-164/2024
Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-164/2024
17.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver