Məhkəmə qərarları › İş №1(076)-165/2023

Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-165/2023

16.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-165/2023 16.08.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X2 iclas katibliyi, Azərbaycan Respublikası Baş prokurorluğunun X1 üzrə İdarəsinin Birinci İnstansiya Məhkəmələrində DİMÜŞ-nin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçi Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1978-ci ildə Gədəbəy rayonu, Sarıhasanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, işsiz, Gədəbəy rayonu, Sarıhasanlı kəndində qeydiyyatda olan, hazırda Şəmkir rayonu, Sarıtəpə kəndində yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyənetdi: 29 aprel 2023-cü il tarixdə saat 01 radələrində Şəmkir rayonu, Sarıtəpə kəndində yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətyani sahəsində aralarında şəxsi münasibətlər zəminində yaranmış münaqişə zamanı, keçmiş arvadı ilə qonşusu Zərərçəkmiş şəxs münasibətinin olmasını iddia edərək, qısqanclıq zəmnində əli və ayağı ilə sonuncunun bədəninin müxtəlif nahiyələrinə qəsdən vuraraq ona sol gözaltı nahiyyənin dərialtı hematoması, sol almacıq sümüyü qövsünün yerini az dəyişmiş sınığı, sol yanağın qançırı, bel nahiyənin və sağ əlin 1-ci barmağının dırnaq falqasının sıyrıqları ilə nəticələnən ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs, ona elan edilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə nəzərdə tutulan ittihamda özünü təqsirli bilərək göstərdi ki, barəsində şikayət edən X4 onun qonşudur. Xəyalə Gözəlova isə onun keçmiş arvadı olub, ondan 2020-ci ildə məhkəmə yolu ilə boşanmışlar. Evləri birbirinə yaxın yerləşir. Keçmiş arvadı Xəyalənin qonşusu Ramiqlə münasibətinin olmasında şübhələndiyi üçün ondan boşanmışdır. xx.xx.2023-cü il tarixdə saat 23 radələrində Ramiq ona zəng edib onu Şəmkir rayonu Dəllər qəsəbəsinə tanışına məxsus mobil ilə nömrəyə pul yükləmək üçün aparmağını bildirmiş, özünə məxsus olan Vaz 2106 markalı avtomobillə Ramiqi taksi kimi Şəmkir rayonu Dəllər qəbəsinə aparmışdır. Həmin qəsəbədə Ramiq avtomobildən düşüb marketə daxil olmuş, marketdən bir butulka piyvə alıb ona avtomobilə qoymağını bildirmiş, piyvəni avtomobilə qoyandan sonra Ramiqin keçmiş arvadına məxsus mobil nömrəyə pul yükləməsindən şübhələndiyi üçün marketin çölündə pəncərədən marketin içərisinə baxmış, həmin vaxt Ramiq 5 manat pulu yüklədiyi nömrəni arvadına məxsus nömrəyə bənzətmiş, bu zaman Ramiqin yanına gedib 5 manat pulu kimə yükləməsini deyən zaman Ramiq yeznəmə yükləyirdim demiş, Ramiqə heçnə deməmiş, onunla birlikdə onun evinə getmiş, Ramiqin evinə çatan zaman onun yaxasından tutub onu təhqir edərək nə üçün keçmiş arvadının nömrəsinə pul yüklədiyini deyən zaman Ramiq ona yaxşı etmişəm, sənin bütün nəslinə sataşacam demiş, Ramiq belə deyən zaman əli ayağı əsmiş, onu arxaya itələmiş, sonra Ramiqin evindən çölə çıxmış, çölə çıxandan sonra Ramiqə yenə söyüş söyüb evinə getmiş, evdə olan zaman qardaşı Məsdana zəng edib ona Ramiqin arvadına sataşdığını sübut etmiş, gəl bununla söhbət edək demiş, təxminən 40 dəqiqə keçəndən sonra Məsdan dayısı Məzahirlə birlikdə onun evinə gəlmiş, onlar onun evində olan zaman onlara nə baş verdiyini demiş, bu zaman dayısı Məzahir gedin Ramiqi çağırın aparaq polisə orda aydınlaşdıraq demiş, dayısı belə deyəndən sonra qardaşı Məsdan Ramiqə zəng edib çölə çağırmış, sonra Ramiqlə birlikdə onun evinin həyətinə gəlmiş, onun evinin həyətində Ramiq dayısı Məzahirlə və qardaşı ilə söhbət edən zaman Ramiqin üzərinə gedib iki dəfə yumruqla onun sifətinə vurmuş, Ramiq yerə yıxılandan sonra isə təpiklə bədənin müxtəli yerlərinə vurmuş, bu zaman qardaşı Məsdan və dayısı Məzahir onları aralamış, daha sonra dayısı Məzahir Ramiqə və ona gedək polis şöbəsinə nə baş verdiyi araşdırılsın demiş, sonra ona məxsus avtomobili dayısı Məzahir idarə etmiş, Ramiq və qardaşı ilə birlikdə Şəmkir RPŞ-nə getmişlər. Hazırda zərərçəkmiş şəxslə aralarında barışıq əldə olunmamışdır. Onun törətdiyi əməldən peşiman olmasının nəzərə alınaraq ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, barəsində şikayət etdiyi Təqsirləndirilən şəxs onun qonşusudur. Təqsirləndirilən şəxs təxminən 2000-ci ildən tanıyır. Bəhman özünə məxsus olan VAZ 2106 markalı avtomobillə taksi kimi fəaliyyət göstərir. Bəhman təxminən üç ildir ki, arvadı Xəyalədən boşanıb və arvadı Xəyalı Sumqayıt şəhərində yaşayır. xx.xx.2023-cü il tarixdə saat 21 radələrində biraz araq içmiş, həmin gün saat təxminən 23 radələrində Bəhmana bir nəfər şəxsin mobil nömrəsinə pul yükləmək üçün onu Şəmkir rayonu Dəllər qəsəbəsinə aparmasını demiş, sonra yaşadığı kənddə milli ön aparatı olmadığı üçün Bəhmanla birlikdə ona məxsus avtomobillə həmin qəsəbəyə getmiş, Şəmkir rayonu Dəllər qəsəbəsinə çatandan sonra marketlərdən birinə daxil olmuş, bir butulka piyvə alıb Bəhmana avtomobilə qoyması üçün vermiş, sonra Yevlax rayonunda yaşayan dostunun mobil nömrəsinə pul yükləmək üçün milli ön aparatının qarşısında dayanmış, həmin aparatdan 5 manat pul yükləyib qəbzi götürən zaman Bəhman onun yanına gəlib həmin pulu kimin mobil nömrəsinə yüklədiyini soruşmuş, Bəhmana pulu tanış adam var onun nömrəsinə yükləyirdim demiş, daha sonra Ramiqlə birlikdə yaşadığı kəndə qayıtmış, yaşadığı evə çatandan sonra Bəhman da onun evinə gəlmiş, evdə olan zaman Bəhman onun üzərinə gəlmiş, nə üçün onun arvadının nömrəsinə pul yüklədiyini deyib yaxasından tutmuş, onu arxaya itələyib təhqir etmiş, həmin vaxt Bəhmanın yaxasından tutub onun arvadının nömrəsinə pul yükləmədiyini deyən zaman Bəhman əlindən çıxıb sonra evindən çölə çıxmış, Bəhman həyətdə dayanıb sonra onu təhqir etmiş, təxminən 40 dəqiqə sonra Bəhmanın qardaşı Məsdan ona zəng edib evdən çölə çıxmasını bildirmiş, çölə çıxandan sonra Məsdan və dayısı Məzahirin həyətdə dayandığını görmüş, onların yanına gedən zaman Məsdan gəl gedək görək Bəhmanla aranızda olan nə məsələdir demiş, Bəhmanın həyətinə tərəf getmiş, həmin yerdə Bəhmanın dayısı Məzahir onunla söhbət edib nə baş verdiyini soruşan zaman Bəhman qəflətən yanına gəlib yumruqla iki dəfə onun sifətinə vurmuş, Bəhman onu yumruqla vurduğu üçün yerə yıxılmış, yerə yıxılandan sonra Bəhman yerdə təpiklə onun bədəninin müxtəlif yerlərinə vurmuş, bu zaman Məsdan və dayısı Məzahir onları aralamış, sonra Bəhmanın dayısı Məzahir onu tutub polis şöbəsinə gedək araşdıraq görək nə məsələdir demiş, sonra Bəhmanın avtomobilində əyləşmiş, Bəhman, Məzahir, Məsdanla birlikdə Şəmkir RPŞ-nə gəlmiş və polis şöbəsində olan zaman şikayət ərizəsi yazıb döyüldüyü üçün şikayət etmişdir. Hazırda onunla təqsirləndirilən şəxs arasında barışıq əldə olunmamışdır, təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, onun bacısı oğlu Təqsirləndirilən şəxs Şəmkir rayonu Sarıtəpə kəndində yaşayır. Təxminən üç il bundan əvvəl Bəhmanın arvadı Xəyalə onlarla qonşuluqda yaşayan Zərərçəkmiş şəxslə münasibəti olduğu üçün Bəhman onu boşamışdır. Bəhman arvadını boşamasına baxmayaraq mütəmadi olaraq onunla əlaqə saxlamışdır. xx.xx.2023-cü il tarixdə Şəmkir rayonunda yaşayan bacısı Əntiqənin evində olan zaman saat təxminən 23 radələrində bacısı oğlu Bəhman bacısı oğlu Məsdana zəng edib o vaxtdan Ramiqdən şübhələndiyini, arvadı ilə əlaqəsi olduğunu, bu gün də terminalda olan zaman Ramiqin arvadı Xəyaləyə məxsus mobil nömrəyə pul yükləməsini gördüyünü, onun evinə gəlməyini bildirmişdir. Bundan sonra bacısı oğlu Məsdanla birlikdə Şəmkir rayonu Sarıtəpə kəndinə Bəhmanın yaşadığı evə getmiş, Bəhmanın evində olan zaman Məsdana, Ramiqə zəng elə evindən çölə çağır söhbət edək görək nə məsələdir demiş, daha sonra Məsdan Ramiqə zəng edib evindən çölə çağırmış, Ramiq bacısı oğlu Bəhmanın evinin qarşısına gələndən sonra nə baş verdiyini ondan soruşmuş, bacısı oğlu Bəhmanın arvadı ilə əlaqəsinin olub-olmadığını ondan soruşan zaman Ramiq bacısı oğlu Bəhmanın arvadı ilə əlaqəsi olmadığını demiş, Ramiqə bacısı oğlu Bəhman özü görüb ki, sən onun keçmiş arvadı Xəyalənin mobil nömrəsinə pul göndərmisən demiş, belə deyəndə Ramiq səs-küy salıb onunla mübahisə etmiş, bu zaman bacısı oğlu Bəhman onların yanına gəlib yumruqla Ramiqin sifətinə vurub onu yerə yıxmış, Ramiq yerə yıxılandan sonra Bəhman təpiklə və yumruqla Ramiqin bədəninin müxtəlif yerlərinə vurmuş, bu zaman bacısı oğlu Məsdanla birlikdə onları aralamış, daha sonra Ramiqə və bacısı oğlu Bəhmana bu məsələ uzanacaq ona görə Şəmkir RPŞ-nə gedək şöbədə araşdıraq görək nə məsələdir demiş, bundan sonra Bəhmana məxsus avtomobili idarə etmiş, Ramiq, Bəhman və bacısı oğlu Məsdan da avtomobilə əyləşmiş və Şəmkir RPŞ-nə gələndən sonra Ramiq ərizə yazıb şikayət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, qardaşı Təqsirləndirilən şəxs Şəmkir rayonu Sarıtəpə kəndində yaşayır. Təxminən üç il bundan əvvəl Bəhmanın arvadı Xəyalə onlarla qonşuluqda yaşayan Zərərçəkmiş şəxslə münasibəti olduğu üçün Bəhman onu boşamışdır. Bəhman arvadını boşamasına baxmayaraq mütəmadi olaraq onunla əlaqə saxlayırdı. xx.xx.2023-cü il tarixdə saat təxminən 23 radələrində dayısı Məzahir onların evində olmuşdur. Həmin vaxt Bəhman ona zəng edərək, o vaxtdan Ramiqdən şübhələndiyini, arvadı ilə əlaqəsi olduğunu, bu gün də terminalda olan zaman Ramiqin arvadı Xəyaləyə məxsus mobil nömrəyə pul yükləməsini gördüyünü onun evinə gəlmələrini bildirmişdir. Bundan sonra dayısı Məzahirlə birlikdə Şəmkir rayonu Sarıtəpə kəndinə yerləşən Bəhmanın yaşadığı evə getmişlər. O, Bəhmanın evində olan zaman dayısı Məzahir demişdir ki, Ramiqə zəng elə evindən çölə çağır söhbət edək görək nə məsələdi. Daha sonra o, Ramiqə zəng edib evindən çölə çağırmışdır. Ramiq qardaşı Bəhmanın evinin qarşısına gələndən sonra nə baş verdiyini ondan soruşmuş və Bəhmanın arvadı ilə əlaqəsinin olub-olmadığını ondan soruşan zaman Ramiq qardaşı Bəhmanın arvadı ilə əlaqəsi olmadığını bildirmişdir. Bu zaman dayısı Ramiqə demişdir ki, bacısı oğlu Bəhman özü görüb ki, sən onun keçmiş arvadı Xəyalənin mobil nömrəsinə pul göndərmisən. Dayısı belə deyəndə Ramiq səs-küy salıb mübahisə etmişdir. Bu zaman qardaşı Bəhman onların yanına gələrək yumruqla Ramiqin sifətinə vurub onu yerə yıxmışdır. Ramiq yerə yıxılandan sonra Bəhman təpiklə və yumruqla Ramiqin bədəninin müxtəlif yerlərinə vurmuşdur. Bu zaman o, dayısı ilə birlikdə onları aralamışdır. Daha sonra dayısı Məzahir Ramiqə və Bəhmana demişdir ki, bu məsələ uzanacaq ona görə Şəmkir RPŞ- nə gedib şöbədə araşdıraq görək nə məsələdi. Bundan sonra dayısı Məzahir Bəhmana məxsus avtomobili idarə etmiş, o, Ramiq, Bəhman avtomobilə əyləşmişlər. Şəmkir RPŞ-nə gəldikdən sonra Ramiq ərizə yazıb şikayət etmişdir. Məhkəmə zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsi və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. İş materiallarında olan canlı şəxsin ekspertizasının 29 aprel 2023-cü il tarixli, 435 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər- sol gözaltı nahiyənin dərialtı hematoması, sol almacıq sümüyü qövsünün yerini az dəyişmiş sınığı, sol yanağın qançırı, bel nahiyyəsinin və sağ əlin 1-ci barmağının dırnaq falanqının sıyrıqları KÜT əşyaların təsirindən törənmişlər, törənmə müddətləri 29 aprel 2023-cü il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə sol gözaltı nahiyyənin dərialtı hematoması ilə müşayət olunan sol almacıq sümüyü qövsünün yerini az dəyişmiş sınığı sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aiddir, sol yanağın qançırı, bel nahiyəsinin və sağ əlin 1-ci barmağının dırnaq falanqaının sıyrıqları isə sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün ağırlıq dərəcəsi təyin edilmir. İş materiallarında olan fotogörüntüyə baxış keçirilməsi barədə 30 aprel 2023-cü il tarixli protokoldan görünür ki, 29 aprel 2023-cü il tarixdə saat 01 radələrində Şəmkir rayonu, Sarıtəpə kəndində yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətyani sahəsində aralarında şəxsi münasibətlər zəmnində yaranmış münaqişə zamanı, keçmiş arvadı ilə qonşusu Zərərçəkmiş şəxs münasibətinin olmasını iddia edərək, qısqanclıq zəmnində əli və ayağı ilə sonuncunun bədəninin müxtəlif nahiyələrinə qəsdən vuraraq ona sol gözaltı nahiyyənin dərialtı hematoması, sol almacıq sümüyü qövsünün yerini az dəyişmiş sınığı, sol yanağın qançırı, bel nahiyənin və sağ əlin 1-ci barmağının dırnaq falqasının sıyrıqları ilə nəticələnən ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmuşdur. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə olan cinayət işinə AR CPM-nin 40.3-cü maddəsinə xitam verilmişdir. İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yerdə müsbət xarakterizə olunur. Cinayət işində olan Şəmkir Rayon İHB-nın Sarıtəpə kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 120 nömrəli, 02 may 2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs pğlu Şəmkir rayonu, Sarıtəpə kəndində qeydiyyatda olmaqla həmin kəntdə yaşayır. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarının 5-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə törədilən qəsdən adam öldürmə, qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fərqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü biruzə verdiyi halda xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. Odur ki, xuliqanlıq niyyətilə qəsdən adam öldürmə, yaxud qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərini törətmiş şəxsin əməli müvafiq olaraq Cinayət Məcəlləsinin 120.2.2 yaxud 126.2.4 və ya 127.2.3-cü maddəsi ilə tövsif edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Həmçinin məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamda qeyd olunan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş özünün etirafedici ifadəsi ilə yanaşı, zərər çəkmiş şəxs və şahid ifadələri, istintaq hərəkətlərinin protokolları və işin digər materialları ilə tam sübuta yetirilir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə tövsif edilmişdir və həmin sübutlarla təqsirləndirilən şəxsin ona isnad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə ona isnad olunmuş maddənin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur və yekun nəticəyə gəlməyə tam imkan verir. Təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət- hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 59 və 61-ci maddələrinə əsasən cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsinin sanksiyasında islah işləri, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Göründüyü kimi, qeyd olunan normanın tələbinə əsasən Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəzalardan biri təyin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin cəzanın məqsədlərinin təsbit olunduğu 41-ci maddəsinə əsasən cəza sosial ədaləti bərqərar etmək, məhkumu islah etmək, məhkum tərəfindən və başqa şəxslər tərəfindən uyğun qəbildən olan cinayətlərin törədilməsinin qarşısını almaq məqsədlərini güdür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-ci maddələrinə müvafiq olaraq, ədalət prinsipini və sosial ədalətin bərpasını, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, daimi işi və qazancının olmamasını, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, zərər çəkmiş şəxslə barışıq əldə olunmamasını habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, eləcə də təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, hesab edir ki, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum edilməklə cəmiyyətdən tam təcrid edilməsinə əsaslar müəyyən edilmədiyinə görə təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. İş materiallarına əlavə olunmuş Şəmkir rayon İHB-nın Şəmkir rayon Sarıtəpə kənd İƏD üzrə nümayəndəliyinin vermiş olduğu məktubdan görünür ki, Təqsirləndirilən şəxs Şəmkir rayonu, Sarıtəpə kəndində yaşayır. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Gədəbəy rayonu, Sarıhasanlı kəndində qeydiyyatda olsa da, yaşayış yeri Şəmkir rayon Sarıtəpə kəndi ərazisidir. Ona azadlığın məhdudlaşdırılması cəzası təyin edilərkən digər vəzifələrlə yanaşı Şəmkir rayonu ərazi hüdudlarını tərk etməmə vəzifələri qoyulmalı, barəsində qətimkan tədbiri seçilməməsi nəzərə alınmalıdır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Şəmkir rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 11 saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 66 (altmış altı) manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (hesab: Azərbaycan Beynləxalq Bankının Şəmkir Filialı; Kod:805670; VÖEN:**********; Müxbir hesab: **********944; S.W.İ.F.T, İBAZAZ2X, hesab nömrəsi ********************, VÖEN: **********) köçürülməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin, 07 (yeddi) ay müddətinə azadlığın məhdudlаşdırılmаsı cəzаsınа məhkum edilsin. Təqsirləndirilən şəxs yaşayış yerini saat 22:00-dan saat 07:00-dək tərk etməsinə və yaşadığı Şəmkir rayonu ərazi hüdudlarını cəza çəkdiyi müddət ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşadığı Şəmkir rayonu ərazi hüdudlarını cəza çəkdiyi müddət ərzində tərk etməmək, elektrоn nəzаrət vаsitəsini gəzdirmək və həmin vаsitənin işlək vəziyyətdə sаxlаnılmаsı üçün оnа xidmət etmək, müvаfiq məhkəmə qərаrı оlmаdаn yаşаyış yerini dəyişdirməmək bаrədə əvvəlcədən məlumаtlаndırmаq vəzifələri qоyulsun. Hökmün icrası yaşayış yeri üzrə Şəmkir rayon İcra və Prоbаsiyа şöbəsinə həvаlə edilsin, cəzаçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyаtа аlındığı аndаn hesаblаnsın. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım görsətməsinə görə Müdafiəçi ödənilməsi üçü dövlət büdcəsinin hesabına 66 (altmış altı) manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı: Kod:805670: VÖEN:**********: Müxbir hesabı: **********944: S.W.İ.F.T, İBAZAZ2X, hesab nömrəsi ********************, VÖEN:**********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və yа protesti verilə bilər. Hökmdən bu müddət ərzində аpelyаsiyа prоtesti və yа şikаyəti verilməzsə, həmin müddətin bаşа çаtdığı vаxtdаn sоnrаkı gün bu hökm qаnuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar