Məhkəmə qərarları › İş №1(076)-165/2025

Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-165/2025

07.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-165/2025 07.10.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi– Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs– Təqsirləndirilən şəxs iştirakı ilə xx.xx.2003-cü ildə Goranboy rayonu Yeniyol kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Şəmkir rayonu Çinarlı qəsəbəsində qeydiyyatda olmaqla yaşayan, Azərbaycan Respublikası CMnin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən, barəsində “polisin nəzərəti altına vərmə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah məqsədi ilə qanunsuz və əvəzsiz olaraq özgənin əmlakını gizli talamaq niyyəti ilə ev sahiblərinin evdə olmadığını müəyyən etdikdən sonra 17 noyabr 2024-cü il tarixdə, saat 16 radələrində Şəmkir rayonu, Seyfəli kəndində yerləşən bibisi Şahid3 əri Zərərçəkmiş şəxs ilə birgə yaşadığı sonuncuya məxsus yaşayış sahəsi hesab edilən fərdi yaşayış evinin həyətyanı sahəsinə hasardan aşmaqla qanunsuz daxil olaraq, evin giriş qapısının qıfılını açar seçmə üsulu ilə açıb mənzilin qonaq otağına keçərək, oradan yataq otağına daxil olub oradakı çarpayının arxasında yerləşən sandığın qapağının üzərindəki qıfılı güc tətbiq edərək sındırma yolu ilə açıb, içərisində gizlədilmiş 11 887 (on bir min səkkiz yüz səksən yeddi) manat məbləğində kağız pulları, həmçinin sandığın yanında olan rəfin üzərində olan sellofan torbanın içərisindəki 113 (bir yüz on üç) manat dəyərində hər biri 50 qəpiklik olan dəmir pulları gizli olaraq talamaqla vahid niyyətlə Zərərçəkmiş şəxs xeyli miqdarda, yəni ümumilikdə 12 000 (on iki min) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs, öz müdafiəsi üçün heç bir dəlil gətirmədən törətmiş olduğu cinayət əməlini etiraf edərək ifadəsində göstərmişdir ki, o, rəsmi olaraq heç bir yerdə işləmir. Bir neçə gün əvvəl onun pula ehtiyacı olmuş, o, pulu necə və haradan pul əldə etməyi fikirləşmiş, o, bibisi Aygün və əri Zərərçəkmiş şəxsların hər həftənin bazar günləri Gədəbəy rayonuna meyvə-tərəvəz almağa getdiyini və azyaşlı uşaqlarını onun yanına qoyub getdiklərini və onlara gedəndən sonra o, onların evinə daxil olub evdən pul oğurlamağa qərar vermiş, 16 noyabr 2024-cü il tarixdə axşam saatlarında bibisi Şahid3 azyaşlı uşaqlarını onun nənəsi ilə birlikdə yaşadığı evə gətirmiş, əri Zərərçəkmiş şəxsla birlikdə Gədəbəy rayonuna gedəcəyini bildirmiş, X6 rayonuna getdiyini bildiyi üçün onların evindən oğurluq etmək qərarına gəlmiş, 17 noyabr 2024-cü il tarixdə, saat 16 radələrində onların evdə olmamağından istifadə edərək onların evlərinə yaxınlaşmış, növbədə evə daxil olmaq üçün evin həyətinin giriş darvazasına yaxınlaşmış və darvazanın bağlı olduğunu görmüş, o, evin həyətinə daxil olmaq üçün evin giriş hissəsindən hasara yaxınlaşmış, həmin vaxt həyətdə heç kimin olmadığını görmüş, evin həyət hissəsindən evin giriş qapısına yaxınlaşmış və taxtadan hazırlanmış darvazanın açıq olduğunu görmüş, kənara göz gəzdirdən zaman evin qapısını açmaq üçün açar axtarmış, həmin açarı digər qapının qapısından çıxararaq əsas evə daxil olan qapıya əlavə edib açan zaman qapının kilidi açılmış və o, qapını açıb evə daxil olmuş, onun evə daxil olandan sonra evin zal hissəsindən yataq otağına açıq qapı olduğu üçün yataq otağına daxil olmaqla orada sandığın üzərinə yaxınlaşmış, sandığın üzərində qıfıl olmuş və sandığın qapağı bağlı olmuş, onun digər otağında olan meyvə qabından açar götürmüş, həmin açarı qıfıla salaraq güc verib qıfılı sındırmış və sandığın qapağını açmış, qapağı açdıqdan sonra kağız pullar görmüş, kağız pulların alt hissəsinə baxan zaman həmin sellofana bükülü vəziyyətdə olan vəziyyətdə Azərbaycan manatından ibarət pul əskinasları görmüş, hamısını sellofana bükülü vəziyyətdə oradan pul götürüb cibinə qoymuş, otağı tərk edərkən sandığın yanında şkaf olduğunu və onun üzərində sellofan torbanın içərisində 50 qəpiklikdən ibarət dəmir pullar olduğunu görmüş, həmin sellofanda olan dəmir pulları da götürüb evdən çıxmış, o, gəldiyi yerdən kiməsə görünmədən çıxaraq evin pəncərəsindən həyətə düşmüş, oradan da yola çıxaraq öz evlərinə qayıtmışdır. O, hal-hazırda nənəsinin yaşadığı evdə, yəni anası ilə birlikdə yaşayır, evə gəlib pul saxladığı pul hissəsini ayırıb başqa sellofanlara yerləşdirib yataq otağında paltar sandığının alt hissəsində gizlətdiyini bildirmişdir. Həmin gün o, oğurladığı puldan 2700 manat pulu götürüb Qamallı kəndində yaşayan “VAZ 2106” markalı avtomobilin sahibi Yeni Həyat kəndində tanımadığı taksi sürücüsünə və Kamallı kəndində yaşayan tanımadığı şəxsə verib, Yeni Həyat kəndində fəaliyyətlə məşğul olan şəxsin sarı rəngli “VAZ 2101” markalı taksisinə əyləşərək Şəmkir şəhərinə gəlmiş, o, götürdüyü 2700 manatdan 1500 manat pulu Şəmkir şəhərində “Baku Elektronics” mağazasından “İPHONE 13” markalı mobil telefon almış, qalan 1200 manat pulu Mərkəzi bazarda ən tanımadığı valyuta dəyişimi ilə məşğul olan şəxslə dəyişərək həmin 1200 manatı puldan 5900 Rusiya rubluna dəyişmiş, sonra Mərkəzi bazardan çıxıb evə gəlmiş, 18 noyabr 2024-cü il tarixdə Şəmkir rayonu ərazisində yol-nəqliyyat hadisəsi ilə əlaqədar evinə gəlmiş, evdə olan zaman anası tərəfindən polisə hadisə barədə məlumat verildiyindən, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılmışdır. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməlindən səmimi peşmançılıq çəkdiyini, zərərçəkmiş şəxsə vurulmuş zərəri tam ödədiyini və sonuncunun ona qarşı şikayət və tələbinin olmadığını qeyd edərək barəsində mümkün qədər yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, rəsmi olaraq heç bir yerdə işləmir, meyvə alqı-satqısı ilə məşğul olaraq ailəsini dolandırır. Şəmkir rayonu Çaylı kəndində özünə məxsus fərdi yaşayış evi var. Yaşadığı evdə ailə üzvləri- arvadı Şahid3, 2 azyaşlı uşaqları ilə birlikdə yaşayır. 17 noyabr 2024-cü il tarixdə saat 05 radələrində o, arvadı Şahid3 ilə birlikdə meyvə satmaq üçün Gədəbəy rayonunda yerləşən "Mərkəzi bazar"-a getmişlər. Gədəbəy rayonuna getməmişdən əvvəl 2 azyaşlı uşaqlarını qayınanası Nüşabənin evinə qoymuşla. Həmin gün saat 18 radələrində Gədəbəy rayon "Mərkəzi bazar"-da o, arvadı Aygünlə meyvəsinin satdıqdan sonra birlikdə özlərinə məxsus avtomobillə evə qayıtmışlar. Avtomobili fərdi yaşayış vinin həyətinə doğru idarə edərək saxlamış və avtomobildən yerə düşən zaman arvadı Aygün ona dəhlizin pəncərəsinin açıq olduğunu demiş, belə ki, arvadı Şahid3 ondan əvvəl avtomobildən darvazasını açmaq üçün düşmüşdür. O arvadına ola bilsin külək açıb demiş, həmin vaxt Aygün ona məxsus şalvarının burada olduğunu demiş, o, yataq otağına bitişik olan otağın qapısının kilidini açıb içəri daxil olan zaman yataq otağında elektrikin yanılı vəziyyətdə olmasını görmüş, yataq otağına daxil olan zaman otaqda olan sandığın kilidinin sındırıldığını, sandığın dağınıq hala salınmasını görmüşlər. Sandığa baxan zaman 12.000 manat pulunun yerində olmadığını aşkar etmiş, fərdi yaşayış evinə naməlum şəxs və ya şəxslərin daxil olduğunu bilib bu barədə DİN-in 102 xidməti zəng edib məlumat vermiş, onun telefon zəngi əsasında polis əməkdaşları yaşadığı evə gəlmiş, yaşadığı evə gəlib baxış keçirilən zaman sandıqdan əlavə olaraq 400 manat pul, qızıl zinət əşyalarını tapmışlar. Sonra o, onlara yatağın altına qoyduğu 1300 manat pulunu göstərmiş, evdən oğurluq olduğu üçün o, bu barədə polisə müraciət etmək qərarına gəlmiş, gostərilənlərdən başqa, Zərərçəkmiş şəxs dindirmə zamanı verilmiş sullara cavab olaraq bildirmişdir ki, qızıl zinət əşyaları və 12.000 manat pulu evinin yataq otağında sandığa qoyaraq sandığı qıfilla bağlamış, arvadı Şahid3 evə naməlum şəxs və ya şəxslərin daxil olması barədə məlumat verən zaman 0, yataq otağına daxil olmuş və sandığın dağınıq vəziyyətdə olduğunu görüb elə zənn etmiş ki, sandıqda olan qızıl zinyət əşyalarını da naməlum şəxs və ya şəxslər qızlı yolla talamışdır. O, 102 zəng xidmətinə zəng etdikdən sonra baxan zaman əşyalarının yerində olduğunu görmüş, lakin 12.000 manat pulun olmadığını aşkar etmiş. o, evinin yataq otağına daxil olan zaman sandığın qıfılının sındırıldığını, sandığın içərisində olan kağız qutuların dağınıq olduğunu və yataq otağının pəncərəsinin açıq olduğunu görmüş, konkret olaraq ona məxsus evin yataq otağında yerləşən sandıqdan 12.000 manat pul oğurlanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, rəsmi olaraq heç bir yerdə işləmir, evdar qadındır. Şəmkir rayonu, Çaylı kəndində özlərinə məxsus fərdi yaşayış evi var. 17 noyabr 2024-cü il tarixdə, saat 05 radələrində o, əri Zərərçəkmiş şəxsla birlikdə meyvə satmaq üçün Gədəbəy rayonunda yerləşən Mərkəzi bazara getmiş, Gədəbəyə getməmişdən əvvəl 2 azyaşlı uşaqlarını anası Nüşabənin evinə qoymuş ki, uşaqlara hayan olsun və nəzarət etsin. Həmin gün saat 18 radələrində o, əri Raminlə birlikdə mandarin meyvəsini satdıqdan sonra birlikdə özlərinə məxsus avtomobillə evə qayıtmışlar. Əri Zərərçəkmiş şəxs avtomobili evin giriş darvazasının qarşısında saxlamış və o, darvazanı açmaq üçün maşından düşərək həyətə keçmiş və darvazanı açmışlar. Əri Ramin avtomobili idarə edib həyətə salmış, evin pilləkənləri ilə dəhlizə qalxmış və evin giriş qapısını açmaq istəyən zaman qapının açıq olduğunu görmüşdür. Həmin vaxt Ramin də evin həyətində olmuş, o, Raminə evin giriş qapısının açıq olduğunu deyən zaman o, pilləkənlərlə yuxarı qalxmış və evin qapısının açıq olduğunun şahidi olmuş, bu vaxt əri Ramin evin zal hissəsinə keçmiş ə oradanda evin yataq otağına keçmişlər. Həmin vaxt evin yataq otağındakı ağzı qıfılla bağlı olan sandığın açıq olduğunu görmüşlər. Sandığın içərisində 12.000 manat pul və qızıl zinət əşyalarının yerləşdirilmiş olduğunu görmüşlər. Sandığın içərisinə baxan zaman 12.000 manat pulun olmadığını görmüşlər. Həmin vaxt sandıq dağıdılmış vəziyyətdə olduğu üçün orada axtarış aparılmamışlar. Həmin vaxt yataq otaqlarının pəncərəsinin açıq olduğunu görmüşlər. Əri Zərərçəkmiş şəxs dərhal baş verən hadisə barədə Azərbaycan Respublikası DİN-in 102 zəng xidməti mərkəzinə zəng edib qızıl zinət əşyalarının və 12.000 manat pulunun gizli yolla talanması barədə məlumat vermişdir. Hazırda onlara dəymiş ziyan ödənilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, psixi cəhətdən özünü sağlam hesab edir. Rəsmi olaraq heç bir yerdə işləmir, taksi fəaliyyəti ilə məşğul olan şəxsi adamdır. Şəmkir rayonu, Seyfəli kəndində yaşayan Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onların aralarındakı münasibət təxminən 2–3 ay bundan əvvəl yaranmışdır. Özünə məxsus “VAZ 21015” markalı avtomobili var. Həmin avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. Onun dayanacaq yeri Şəmkir şəhəri, 20 yanvar küçəsində yerləşən Hərbi Hissənin qarşısıdır. Təxminən 2 ay bundan əvvəl Şəmkir şəhəri, 20 yanvar küçəsində dayanan zaman adını bildiyi Kənan adlı şəxs ona yaxınlaşaraq Şəmkir rayonu, Seyfəli kəndinə aparmasını bildirmiş, onu avtomobilinə əyləşmiş və onu Seyfəli kəndinə apararkən yolda onu Gəncə şəhərinə aparmasını və sonra oradan Seyfəli kəndinə aparmasını bildirmişdir. Təqsirləndirilən şəxs ona Gəncə şəhərində saxlayaraq aşağı düşüb geri qayıdacağını bildirmiş, Təqsirləndirilən şəxs düşərək getdikdən 15–20 dəqiqə sonra yenidən yanına qayıtmış, o, Təqsirləndirilən şəxs Gəncə şəhərindən Şəmkir rayonuna aparmış və həmin hadisə üçün Kənan ona 20 manat pul vermişdir. Üzərindən iki ay keçəndən sonra Şəmkir şəhəri, 20 yanvar küçəsində dayananda Təqsirləndirilən şəxs gördüyünü, onun yaxınlaşaraq Seyfəli kəndinə aparmasını bildirdiyini, Təqsirləndirilən şəxs həmin ünvana apararaq Şəmkir rayonu, Seyfəli kəndinə apardığını, Təqsirləndirilən şəxs ona 20 manat pul verdiyini və sonra geri qayıtdığını bildirmişdir. İş materiallarına əlavə edilmiş “Hadisə yerinə baxış keçirilməsi barədə” xx.xx.2024cü il tarixli protokoldan görünür ki, hadisə yeri Şəmkir rayon, Caylı kəndində yerləşən X1 evində baş vermişdir. İş materiallarına əlavə edilmiş “Cinayəti törətməkdə şübhəli edilən şəxsi tutmaq haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024cü il tarixində şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş “əşyanın götürülməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, 11 ədəd 5000, 01 ədəd 2000, 1 ədəd 1000 Rubl əskinaslarını, 15 ədəd 100, 1 ədəd 50 manatlıq pul əskinaslarını, ümumilikdə 113 manat 50 qəpiklərdən ibarət 01 ədəd sellofan torbanı, 30 ədəd 100 manatlıq pul əskinaslarını, 01 ədəd “İPHONE 13” markalı mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən Təqsirləndirilən şəxs götürülmüşdür. İş materiallarına əlavə edilmiş “hadisə yerin baxış keçirilməsi haqqında” xx.xx.2024cü protokoldan görünür ki, baxış keçirilən evin 3 ədəd zirzəmisi var. Təqsirləndirilən şəxs birinci zirzəmidə taxtanın altında olan bir ədəd bankanı, ikinci zirzəmidə olan qəpik pulları, üçüncü zirzəmidə olan sellofandakı pulları təqdim etdi. Banka açılan zaman sellofanın içərisində 11 ədəd 5000, 01 ədəd 2000, 1 ədəd 1000 rus rublu, 15 ədəd 100, 1 ədəd 50 manat əskinaslar aşkar edildi. Sellofanda olan 50 qəpikdən ibarət pulların sayılması sona saxlanıldı. Üçüncü otaqdan isə 30 ədəd 100 manat əskinaslar aşkar edildi. Bundan sonra mənzilə baxış keçirildi. Mənzil 3 otaqdan ibarətdir, köhnə təmirlidir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs divardan tüstü çıxmaq üçün nəzərdə tutulmuş yerə gizlətdiyi mobil telefonu təqdim etdi. Təqdim edilən mobil telefon iPhone 13 markalı mobil telefondur. Təqsirləndirilən şəxs mobil telefonu oğurladığı pula Baku Elektroniksdən 1500 manata almasını bildirdi. Bundan sonra Təqsirləndirilən şəxs digər otaqdan olan televizor altının altına gizlətdiyi sellofanı təqdim etdi. Sellofanda olan pul sayılan zaman 7 ədəd olması müəyyən edildi. Sellofanda olan 50 qəpik pullar sayılan zaman 113 manat təşkil etdi. Baxış zamanı aşkar edilmiş pul, mobil telefon iş üçün sübut əhəmiyyəti kəsb etdiyindən götürüldü. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli, AZ-İİ seriyalı 997780 nömrəli “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X5 xx.xx.2012-ci ildə Bakı şəhərində anadan olmuşdur, atası kimi Təqsirləndirilən şəxs, anası kimi X2 qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş Şəmkir Rayon Məhkəməsinin 4(076)-158/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay müddətinə, yəni 18 fevral 2025-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs Rafiq oğlu tərəfindən verilmiş xx.xx.2024-cü il notarial ərizədən görünür ki, o, X4 ilə barışmışdır. O, ona dəymiş tam olaraq zərəri ödəmişdir. X3 qarşı heç bir şikayəti və tələbi yoxdur. İş materiallarına əlavə edilmiş Şəmkir Rayon Məhkəməsinin 4(076)-170/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə seçilmiş 3 (üç) ay müddətinə “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad olunması; “ev dustaqlığı” qətimkan tədbirinin müddəti Təqsirləndirilən şəxs barəsində seçilmiş 3 (üç) ay müddətinə “həbs” qətimkan tədbirinin müddəti ilə məhdudlaşdırması barədə qərar qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadəsi, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanmasını (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir». Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr Azərbaycan Respublikası CM-nın 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair» 09 iyun 2011-ci il tarixli qərarında qeyd edilir ki, Cinayət Məcəlləsi ilə oğurluq cinayət əməlinin bir neçə tövsifedici əlamətləri müəyyən edilmişdir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi oğurluq cinayətinin tövsifedici əlamətlərindən biridir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. CM-in 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin saxlanması üçün xüsusi olaraq təchiz edilmiş binalar, qurğular, habelə xüsusi mühafizə vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir. Sözügedən qərarda həmçinin qeyd edilir ki, daxil olma yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə oğurluq, soyğunçuluq və ya quldurluq etmək məqsədi ilə qanunsuz olaraq girmə kimi qiymətləndirilməlidir. Girmə həm açıq, həm də gizli formada maneələri aradan qaldırmaqla, orada olan insanların, həmçinin mühafizəçilərin müqavimətini qırmaqla, yaxud onları aldatmaq yolu ilə və ya bu hərəkətləri etmədən həyata keçirilə bilər. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs təqsirini etiraf edərək əməlindən peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslə barışmasını, vurulmuş ziyanın tam ödənilməsini və sonuncunun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində onun cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək hesab edir ki, ona Azərbaycan Respublikası CM-in 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğundur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, istintaq zamanı tutma altında saxlanıldığı xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək həbsdə və ev dustaqlığında olduğu 03 (üç) ay müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması (həbsdə saxlamanın müddəti və ev dustaqlığında olduğu müddətdə azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə) cəzasından çıxılmaqla qəti cəza müəyyən edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “polisin nəzərəti altına vərmə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). İş üzrə maddi sübut olan - Təqsirləndirilən şəxs tərəfindən iki baş iribuynuzlu heyvanların oğurlanması görüntülərini əks etdirən 2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, həmçinin hesab edir ki Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 15 saat hüquqi yardıma görə 140 (bir yüz qırx) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Şəmkir Rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək həbsdə və ev dustaqlığında olduğu 03 (üç) ay müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü madəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, cəmi 06 (altı) ay müddət ona təyin edilmiş cəzadan çıxılaraq, üzərində qəti olaraq 02 (iki) il azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşayış yerini axşam saat 22:00-dan səhər saat 08:00-dək tərk etməsinə və yaşadığı Şəmkir şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 22:00-dan saat 08:00-dək və yaşadığı Şəmkir rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Şəmkir Rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxsə göstərdiyi 15 saat hüquqi yardıma görə 140 (bir yüz qırx) manat pul Müdafiəçi ödənilməsi üçün Şəmkir Rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar