Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-167/2023 23.06.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi-Şəmkir rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1958-ci ildə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, məhkumluğu olmayan, orta təhsilli, fərdi əməklə məşğul olan, X8 küçəsi ev 31-də qeydiyyatda olmaqla, Şəmkir şəhəri, Səttərxan küçəsi 170-də yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 2023-cü ilin mart ayının sonlarında istintaqa dəqiq məlum olmayan tarixdə həmin vaxt Rusiya Federasiyasında yaşayan qonşusu X4 məxsus və nəzarət olunması üçün ona etibar edilmiş ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin həyətyanı torpaq sahəsində qanunsuz olaraq tərkibində narkotik maddələr olan xeyli miqdarda, yəni 04 (dörd) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkilərinin toxumlarını torpaqda əkib aqrotexniki qaydada qulluq etməklə yetişdirərək kultivasiya etmiş, daxil olmuş əməliyyat məlumatı əsasında 28 aprel 2023-cü il tarixdə, saat 12 radələrində Şəmkir rayon polis şöbəsinin əməkdaşları tərəfindən baxış keçirilərkən həmin evin həyətyanı sahəsindən “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli 961-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilərin» İİİ siyahısı ilə müəyyən edilmiş tərkibində narkotik maddələr olan 04 (dörd) ədəd çətənə (kannabis) bitkisinin şitilləri aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olur. 1974-cü ildən narkotik vasitə olan marixuanadan istifadə etmişdir. Əsasən Rusiya Federasiyasında olduğu zamanlarda narkotik vasitə qəbul etmişdir. Rusiya Federasiyasından deportasiya olunduqdan sonra yaşadığı rayonda yabanı halda bitən çətənə bitkilərindən narkotik vasitə əldə edərək qəbul etmişdir. Təxminən həbs olunmazdan bir ay əvvəl, 2023-cü ilin mart ayının sonlarında Şəmkir rayonu “Qaryağdı” yaşayış massivində piyada gəzən zaman yerdən çətənə bitkisinin toxumlarını tapmışdır. Həmin toxumları götürərək gələcəkdə əkib özü qəbul etmək üçün narkotik vasitə əldə etməyi düşünmüşdür. Onun yaşadığı evin həyətyanı sahəsinə bitişik yerləşən, hazırda Rusiya Federasiyasında yaşayan Şükür Əliyevə məxsus 7 sot torpaq sahəsi olmuşdur. O, tapdığı çətənə bitkisinin toxumlarını həmin torpaq sahəsində, daş hasarın dibinə səpmiş və həmin yeri əkdiyi toxumların bitməsi üçün tez-tez sulamışdır. Şükür Əliyevə məxsus torpaq sahəsinə gəlib gedən şəxs olmadığından ora daha etibarlı yer olmuşdur. Bir müddət sonra həmin toxumlardan 4 ədəd çətənə bitkisinin bitməsini görmüşdür. Bundan sonra 4 ədəd bitkinin dibini boşaltmış, sulamış və inkişaf etməsi üçün qulluq etmişdir. Şükürün torpaq sahəsində artezian olduğu üçün hasarın üzərindən aşıb həmin torpaq sahəsinə daxil olmuş və çətənə bitkilərini sulamışdır. 28 aprel 2023-cü il tarixdə saat 12 radələrində ünvan 2 ünvanında yerləşən evində olan zaman polis əməkdaşlarının gəlməsini görmüşdür. Polis əməkdaşları ona narkotik tərkibli çətənə kolları əkib-becərməyi ilə əlaqədar yaşadığı evin həyətyanı sahəsinə baxış keçirəcəklərini bildirmişlər. O da polis əməkdaşlarına heç bir etiraz etməmişdir. Polis əməkdaşları ondan həyətində narkotik tərkibli bitki əkib-əkmədiyini soruşduqda o, polis əməkdaşlarına yaşadığı evin həyətyanı sahəsində çətənə kolları əkmədiyini, onun evinin həyətyanı sahəsinə bitişik yerləşən Şükür adlı qonşusunun torpaq sahəsinə çətənə kolları əkdiyini bildirmişdir. Bundan sonra yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilmiş, lakin yaşadığı evin həyətyanı sahəsində çətənə kolu, narkotik vasitə, psixotrop maddə, onların prekursorları, eləcədə dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya aşkar olunmamışdır. Daha sonra onun evinin həyətyanı sahəsinə bitişik yerləşən Şükür Əliyevə məxsus torpaq sahəsinə Şükür Əliyevin bacısı Şahid4, alim aqronomun və digər şəxslərin iştirakı ilə fasiləsiz video çəkiliş vasitəsi ilə baxış keçirilmişdir. Baxış zamanı həmin torpaq sahəsində əkdiyi çətənə kollarını polis əməkdaşlarına təqdim etmişdir. Həmin kollar torpaqdan çıxarılmış və boyları ölçülmüşdür. Çətənə kolları cəmi dörd ədəd olmuş və boyları 15 sm-dən 51 sm-dək olmuşdur. Baxışda iştirak edən aqronom mütəxəssis həmin bitkilərə qulluq olunduğunu bildirmişdir. Aşkar edilmiş çətənə kolları zərfə qoyularaq qablaşdırılmışdır. O da həmin zərfə imza etmişdir. Bundan sonra polis əməkdaşları ondan həmin torpaq sahəsində başqa çətənə bitkisi olubolmadığını soruşmuş, o isə həmin torpaq sahəsində başqa çətənə bitkisi əkmədiyini bildirmişdir. Daha sonra həmin torpaq sahəsinin digər hissələrinə baxış keçirilmiş, lakin həmin sahədən başqa çətənə bitkisi, narkotik vasitə, psixotrop maddə, onların prekursorları, eləcədə dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya aşkar olunmamışdır. Ondan polis əməkdaşları narkotik tərkibli bitkiləri hansı məqsədlə əkdiyini soruşduqda o, özü qəbul etmək üçün əkdiyini bildirmişdir. Bu barədə protokol tərtib edilmiş. O da tərtib edilmiş protokola imza etmişdir. Daha sonra onu Şəmkir rayon polis şöbəsinə gətirmişlər. Şəmkir rayon polis şöbəsində ona müdafiəçi tutmaq hüquqlarının olması izah edilmiş və müdafiəçilərin siyahısı verilmişdir. O, müdafiəçi tutmaq imkanının olmadığını bildirdikdən sonra dövlət hesabına Müdafiəçi dəvət olunmuşdur. O, həmin müdafiəçiyə heç bir etiraz etməmiş və hüquq və vəzifələri izah olunduqdan sonra üzərində müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı üzərindən heç bir narkotik vasitə, psixotrop maddə, onların prekursorları, eləcədə dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya aşkar olunmamışdır. Bu barədə protokol tərtib edilmiş, o da tərtib edilmiş protokola imza etmişdir. Təqsirləndirilən şəxs ifadəsində həmçinin bildirmişdir ki, o, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmamış, ailə üzvlərinin və başqa şəxslərin həmin narkotik tərkibli çətənə bitkilərini əkməsindən məlumatları olmamışdır. Onun əkmiş olduğu narkotik tərkibli çətənə kollarından heç kimin xəbəri olmamışdır. Hazırda əməlindən peşmandır. Ona görə də məhkəmədən göstərdiyi halları nəzərə alaraq, ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Şəmkir RPŞnin Cinayət Axtarış bölməsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 28 aprel 2023-cü il tarixdə ona Şəmkir şəhər Səttərxan küçəsi ev 170-də yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsində, eləcə də hasar qonşusu Rusiya Federasiyasında yaşayan X4 məxsus ünvan 1 ünvanında narkotik tərkibli bitkilər əkib becərməsi barədə məlumat daxil olmuşdur. Həmin tarixdə Şəmkir RPŞ-nin Cinayət Axtarış bölməsinin əməkdaşları əməliyyat müvəkkili Şahid2 və Şəmkir RPŞ-nin PPXB-nin polis nəfəri Şahid3 ilə birlikdə gedərək Təqsirləndirilən şəxs ünvan 3 ünvanında yerləşən X4 məxsus həyətyanı sahədə öz həyətyanı sahəsi ilə arada olan hasarın dibində narkotik tərkibli çətənə bitkiləri əkməsini aşkar etmişlər. O, bu barədə şöbə rəhbərliyinə raportla müraciət etdikdən sonra şöbə rəhbərliyinin göstərişi ilə həmin tarixdə saat təxminən 12 radələrində baş X5un iştirakı ilə baxış keçirmək üçün bir nəfər mütəxəssis aqronom dəvət etdikdən sonra ona hüquq və vəzifələrini izah edib Təqsirləndirilən şəxs həyətinə daxil olmuş, həmin vaxtı baxışda iştirak etmək üçün X2 bacısı Şahid4 da oraya dəvət etmişlər. Təqsirləndirilən şəxs və Şahid4 razılığı və iştirakıyla fasiləsiz videoçəkiliş vasitəsi ilə birinci Təqsirləndirilən şəxs həyətyanı sahəsinə baxış keçirməyə başlamışlar. Baxış zamanı Təqsirləndirilən şəxs həyətyanı sahəsindən hər hansı qanunsuz əkilmiş narkotik tərkibli bitkilər aşkar olunmamışdır. Baxışı Şahid4 iştirakı ilə qardaşı X4 məxsus həyətyanı sahədə davam etdirərərkən orada Təqsirləndirilən şəxs həyətyanı sahəsi ilə arada olan hasarın dibində narkotik tərkibli çətənə bitkisinə bənzər bitkilərin əkilməsi müəyyən olunmuşdur. Həmin yerdə hündürlüyü 15 santimetrdən 51 santimetrədək olan 04 ədəd bitki olmuşdur. Həmin bitkilərin diblərinin torpağı boşaldılmış, suvarılmış, alaq otlarından təmizlənmişdir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs həmin bitkiləri özünün gələcəkdə istifadə etmək üçün qurudulmuş marixuana əldə etmək üçün əkdiyini bildirmişdir. Baxışda iştirak edən aqronom həmin bitkilərə aqrotexniki qaydada qulluq edildiyini, diblərinin suvarıldığını və alaq otlarından təmizləndiyini bildirmişdir. Həmin sahənin digər hissələrinə baxış keçirilərkən şübhəli heç bir şey aşkar olunmamışdır. Həmin bitkilər kökündən çıxarılıb qablaşdırılmış, möhürlənmiş və maddi sübut kimi götürülmüşdür. X5 tərəfindən həyətyanı sahəyə baxış və onun nəticələrinə dair protokol yazılmış, o da həmin protokola imza etmişdir. Daha sonra Təqsirləndirilən şəxs Şəmkir RPŞ-yə gətirilərək üzərində müdafiəçisinin iştirakı ilə şəxsi axtarış aparılmış, lakin Təqsirləndirilən şəxs üzərindən qanunsuz heç nə aşkar olunmamışdır. Bu barədə tərtib olunmuş protokolla tanış olduqdan sonra imzalarla təsdiq etmişlər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şəmkir RPŞ–nin CAB-nin baş əməliyyat müvəkkili Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadələr verərək, onun göstərdiyi halları təsdiq etdilər. Şahid4 məhkəmə istintaqında tədqiq edilmiş ifadəsindən görünür ki, rəsmi olaraq heç bir yerdə işlmir, evdar qadındır. ünvan 4 ünvanında yerləşən torpaq sahəsi və ev qardaşı X4 məxsus olmuşdur. Qardaşı Şükür uzun illərdir ki, Azərbaycan Respublikasına gəlməmişdir. Rusiya Federasiyasında ailəsi ilə birlikdə yaşamışdır. Torpaq sahəsinə isə nəzarəti o və anası etmişdir. Son vaxtlar anasının səhhətində müəyyən problemlər olduğundan anası həmin torpaq sahəsinə gedə bilməmişdir. O, özü də hərdən qardaşına məxsus yerə baxmağa getmişdir. Lakin orada o, heç bir təmizlik işləri aparmamış, orada bitki əkməmişdir. Qardaşı Şükürlə hasar qonşusu olan Təqsirləndirilən şəxs da həmin yerə baxaraq nəzarət etmişdir. Son vaxtlar isə Əli ona həmin yerə gəlməməyi, özü hər şeyə nəzarət edəcəyini, təmizlik işləri aparacağını bildirmişdir. O, da ona görə torpaq sahəsinə gedib baxmamışdır. 28 aprel 2023-cü il tarixdə saat təxminən 12 radələrində polis əməkdaşları onu Əlinin evinə çağırmışlar. Polis əməkdaşları orada Əliyə narkotik tərkibli bitkilər əkməkdə şübhəli olduğunu, buna görə də həyətyanı sahəsinə baxış keçirəcəklərini bildirmişlər. Həmin vaxtı Əli öz həyətyanı sahəsində deyil onun qardaşı Şükürə məxsus hasarı bir olan torpaq sahəsində narkotik tərkibli bitkilər əkdiyini bildirmişdir. Əvvəl polis əməkdaşları Əlinin öz həyətyanı sahəsinə baxış keçrmişlər. Daha sonra isə onun iştirakı ilə qardaşına məxsus həyətyanı sahəyə baxış keçirəcəklərini bildirmişlər. O, buna görə hər hansı bir etiraz etməmişdir. Qardaşına məxsus həyətyanı sahənin yol qapısını o, qıfılla bağlamışdır. Özü gedib qıfılı açmış və polis əməkdaşları, Əli və polis əməkdaşlarının dəvət etdiyi tanımadığı aqronomla birlikdə baxış keçirməyə başlamışlar. Baxış zamanı Əli ilə qardaşının torpaq sahəsinin hasarının yaxınlığında dörd ədəd polis əməkdaşlarının deməsinə görə narkotik tərkibli çətənə bitkilər aşkar olunmuş və həmin bitkilər hər biri kökündən çıxarılaraq qablaşdırlaraq götürülmüşdür. Əli həmin vaxtı bitkiləri özü narkotik vasitə əldə etmək üçün əkdiyini bildirmişdir. Şahid4 ifadəsində həmçinin bildirmişdir ki, o, sonuncu dəfə 2023-cü ilin mart ayının sonlarına yaxın torpaq sahəsinə getmiş, həmin vaxtı da Əli ona əraziyə özü nəzarət edəcəyini, onun gəlməyinə etiyac olmadığını bildirmişdir. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan “baxış keçirilməsi haqqında” xx.xx.2023–cü il tarixli protokoldan görünür ki, ünvan 5 ünvanda yerləşən torpaq sahəsi ilə Təqsirləndirilən şəxs yaşadığı evin həytyanı sahəsini ayıran daş hasarın dibindən 04 (dörd) ədəd çətənə kollarına oxşar bitki kolları aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarında olan “şəxsi axtarış və götürmə haqqında” 28 aprel 2023–cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən qanunla əldə olunması, saxlanılması, gəzdirilməsi və daşınması qadağan olunan hər hansı bir əşya aşkar olunmamışdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X3 Bölməsinin 28 aprel 2023–cü il tarixli 16/456 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “ünvan 6 ünvanında yerləşən torpaq sahəsində aşkar edilmiş 4 ədəd kollar.” Adlar və imzalar olan kağız paketdəki, 4 ədəd ümumi təmiz çəkisi 25,85 qram bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronomun (mütəxəssisin) rəyinə əsasən təqdim edilmiş bitkilərə aqrotexniki qaydada qulluq edilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Səhiyyə İdarəsinin Rayonlararası Narkoloji Dispanserinin 04 may 2023-cü il tarixli 791 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui–istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan xeyli miqdarda, 4 ədəd çətənə (kannabis) tərkibli bitkiləri əkib aqrotexniki qaydada qulluq etməklə yetişdirərək kultivasiya etməklə ictimai təhlükəli əməli törətmiş və onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özünün etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs 2023-cü ilin mart ayının sonlarında istintaqa dəqiq məlum olmayan tarixdə həmin vaxt Rusiya Federasiyasında yaşayan qonşusu X4 məxsus və nəzarət olunması üçün ona etibar edilmiş ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin həyətyanı torpaq sahəsində qanunsuz olaraq tərkibində narkotik maddələr olan xeyli miqdarda, yəni 04 (dörd) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkilərinin toxumlarını torpaqda əkib aqrotexniki qaydada qulluq etməklə yetişdirərək kultivasiya etmiş, daxil olmuş əməliyyat məlumatı əsasında 28 aprel 2023-cü il tarixdə, saat 12 radələrində Şəmkir rayon polis şöbəsinin əməkdaşları tərəfindən baxış keçirilərkən həmin evin həyətyanı sahəsindən “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli 961-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilərin» İİİ siyahısı ilə müəyyən edilmiş tərkibində narkotik maddələr olan 04 (dörd) ədəd çətənə (kannabis) bitkisinin şitilləri aşkar edilərək götürülmüşdür. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM–nin məhz 237.1–ci maddəsi ilə tövsif olunmalıdır. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005–ci il tarixli Azərbaycan Respublikası Qanunun 1–ci maddəsinə əsasən, tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası– Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi, yetişdirilməsi və ya onların (onların hissələrinin) toplanması hesab edilir. Azərbaycan Respublikasının xx.xx.2005–ci il tarixli 961–İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları”nda dəyişiklik edilməsi haqqında 17 noyabr 2017–ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən “Qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin miqdarı” siyahısında 04 ədəd əkilib becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) kolları xeyli miqdar hesab edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1–ci maddəsində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM– in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, onun yaşını, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM–in 237.1–ci maddəsində nəzərdə tutulan cinayət əməli “az ağır” olmaqla, bilavasitə narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar olaraq qəsdən törədilən cinayətdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2–ci maddəsinə əsaslanaraq, təqsirini etiraf edərək səmimi peşmanlıq keçirməsini, habelə yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini onun barəsində cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Belə ki, cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN–nin BƏSİİ tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Cinayət işinin materiallarında olan Şəmkir RİHB–nin Şəmkir şəhər İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61–ci maddəsində göstərilən ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını, habelə təqsirləndirilən şəxsin şəxsiyyətinin təhlükəliliyini nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM–nin 237.1–ci maddəsinin sanksiyasında nəzərdə tutulan hədlərdə azadlığın məhdudlaşdırılması cəzasının təyin olunmasını qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə ünvan 7 ünvanında yerləşən yaşayış yerini saat 23:00-dan saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalı, azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Bununla yanaşı məhkəmə təqsirləndirilən şəxsin məhkəmə baxışınadək həbsdə saxlanması müddətinin azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi zamanı nəzərə alınmasını da zəruri hesab edir. Belə ki, cinayət işinin materiallarında olan tutma protokolundan və şübhəli şəxs qismində tutmaq haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 28 aprel 2023–cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Eləcə də, cinayət işinin materiallarında olan 30 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və həbsdən azad edilmişdir. Bununla da Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət 2 gün təşkil edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs həbsdə qaldığı 2 gün müddəti nəzərə alaraq hesab edir ki, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası həbsdə saxlamanın 1 günü azadlığın məhdudlaşdırılmasının 2 gününə bərabər tutularaq, cəmi 4 gün müddət təyin edilmiş cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu, həbsdə saxlanıldığı müddət və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Məhkəmə cəza təyin edərkən, məhkəmə-narkoloji ekspertinin tövsiyyəsini Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən məqsədlərə nail olunması istiqamətində görülməli olan zəruri tədbir hesab edərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 17.1-ci maddəsinə əsasən məhkuma məhkəmə tərəfindən alkoqolizmə və ya narkomaniyaya, həmçinin anlaqlılığı istisna etməyən psixi pozuntuya görə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərsə, bu tədbirlər cəza müddəti ərzində cəzanı icra edən müəssisə və ya orqan tərəfindən həyata keçirilir. Məhkəmə həmçinin, cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən məqsədlərə nail olunması istiqamətində görülməli olan zəruri tədbir hesab edərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının CMnin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.0.1-ci maddələrinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. İş üzrə maddi sübut olub Şəmkir RPŞ-də məsul saxlanca verilmiş, Təqsirləndirilən şəxs həyətyanı torpaq sahəsindən aşkar olunaraq götürülmüş 04 ədəd çətənə (kannabis) bitkisi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10-cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza ilə bağlı məhkəmə məsrəfləri ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 32,40 manat məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilməlidir. İttiham hökmü qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxsə tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20-ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 10 saat vaxt sərf etmişdir. Buna görə də Müdafiəçi ibtidai istintaq və məhkəmə zamanı göstərdiyi hüquqi yardıma görə ümumilikdə 60 manat pul dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384–385–ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona bir (bir) il, 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 28 aprel 2023-cü ildən 30 aprel 2023–cü ilədək şübhəli şəxs qismində həbsdə saxlanıldığı 2 gün CM-in 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırmasının iki gününə bərabər tutularaq təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə ünvan 7 ünvanında yerləşən yaşayış yerini saat 23:00-dan saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmün icrası Şəmkir rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut olub Şəmkir RPŞ-də məsul saxlanca verilmiş, Təqsirləndirilən şəxs həyətyanı torpaq sahəsindən aşkar olunaraq götürülmüş 04 ədəd çətənə (kannabis) bitkisi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 32,40 (otuz iki manat qırx qəpik) manat məbləğində məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilsin. Təqsirləndirilən şəxsə göstərdiyi 30 saat hüquqi yardıma görə 180 (bir yüz səksən) manat pul Müdafiəçi ödənilməsi üçün Şəmkir Rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim : Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №1(076)-167/2023
Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-167/2023
23.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver