Məhkəmə qərarları › İş №1(076)-167/2024

Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-167/2024

17.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-167/2024 17.07.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxslərin müdafiəçiləri– Şəmkir Rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi2, Müdafiəçi3, Müdafiəçi1, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, təqsirləndirilən şəxslər– Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə xx xxxx 2003–cü il tarixdə Şəmkir rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, orta təhsilli, fərdi əməklə məşğul olan, subay, Şəmkir rayonu, Təzəkənd kəndində qeydiyyatda olmaqla, həmin kənddə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4–cü maddələri ilə, xx xxxxxx 2003–cü il tarixdə Şəmkir rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, orta təhsilli, fərdi əməklə məşğül olan, subay, Şəmkir rayonu, Təzəkənd kəndində qeydiyyatda olmaqla, həmin kənddə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4–cü maddələri ilə, xx xxxxxxx 2001–ci il tarixdə Şəmkir rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, orta təhsilli, fərdi əməklə məşğül olan, subay, Şəmkir rayonu, Təzəkənd kəndində qeydiyyatda olmaqla, həmin kənddə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4–cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs3 oğlu qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin xeyli miqdarda əmlakını gizli talayaraq oğurluq cinayət əməlini törətmişdir. Belə ki, o, tamah məqsədilə qanunsuz və əvəzsiz olaraq özgənin əmlakını gizli talamaq niyyəti ilə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan, bir qrup şəxs halında 21 avqust 2023-cü il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs1 məxsus Şəmkir rayonu, Təzəkənd kəndində yerləşən yaşayış evinə hasardan qanunsuz daxil olmaqla, vahid niyyətlə həmin evin yataq otağında olan dolabındakı paltarların arasında gizlədilmiş 1250 (bir min iki yüz əlli) manat məbləğində kağız pulu və 250 (iki yüz əlli) manat dəyərində hər biri 50 qəpiklik olan dəmir pulları gizli talayaraq Zərərçəkmiş şəxs1 ümumilikdə 1500 (bir min beş yüz) manat məbləğində zərər vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah məqsədilə qanunsuz və əvəzsiz olaraq özgənin əmlakını gizli talamaq niyyəti ilə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan, bir qrup şəxs halında 27 avqust 2023-cü il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs2 məxsus Şəmkir rayonu, Təzəkənd kəndində yerləşən evin həyətindəki ərzaq mağazasına qapını itələyib açmaqla qanunsuz daxil olaraq oradan müxtəlif növ 10 ədəd, hər birinin dəyəri 4,20 manat olmaqla ümumi qiyməti 42 manat, Azərbaycan Respublikası İstehsalı nazik “Sobrania” siqareti, 10 ədəd, hər birinin dəyəri 3 manat olmaqla ümumi qiyməti 30 manat, Azərbaycan Respublikası İstehsalı nazik “Palmall” siqareti, 10 ədəd, hər birinin dəyəri 3,3 manat olmaqla ümumi qiyməti 33 manat, Azərbaycan Respublikası İstehsalı kompakt “LD” siqareti,10 ədəd, hər birinin dəyəri 3 manat olmaqla ümumi qiyməti 30 manat, Azərbaycan Respublikası İstehsalı “Nazik LD” siqareti tütün məhsullarını və 1 ədəd dəyəri 5 manat olan, 2 ədəd dəyəni 2 manat olan, 1 ədəd dəyəri 1 manat olan, ümumi qiyməti 10 manat olan "xxxx" MMC-yə məxsus danışıq kartlarını, bundan sonra Zərərçəkmiş şəxs2 məxsus yaşayış sahəsinə pəncərənin şüşəsini sındırmaq yolu ilə qanunsuz daxil olaraq, evin yataq otağındakı dolabda gizlədilmiş 1972 (bir min doqquz yüz yetmiş iki) manat məbləğində kağız pulu və 1000 (bir min) manat dəyərində hər biri 50 qəpiklik olan dəmir pulları, həmçinin 1 ədəd Rusiya Federasiyasında istehsal olunmuş 888 əyyarlı, 4,3 qram çəkidə 559 (beş yüz əlli doqquz) manat dəyərində “beşlik” klonu, 1 ədəd Rusiya Federasiyasında istehsal olunmuş 585 əyyarlı 10 qram çəkidə 850 (səkkiz yüz əlli) manat dəyərində tros formalı boyunbağını, 1 ədəd Rusiya Federasiyasında istehsal olunmuş 585 əyyarlı 6 qram çəkidə 510 (beş yüz on) manat dəyərində setka formalı üzüyü, 1 ədəd Rusiya Federasiyasında istehsal olunmuş 585 əyyarlı, 4,5 qram çəkidə 382 (üç yüz səksən iki) manat 50 (əlli) qəpik dəyərində səkkiz rəqəmi formalı üzüyü, 1 ədəd Türkiyə Respublikası istehsalı 750 əyyarlı 3 qram çəkidə 330 (üç yüz otuz) manat dəyərində dairəvi formalı üzüyü, 1 ədəd Rusiya Federasiyasında istehsal olunmuş 585 əyyarlı 5 qram çəkidə 425 (dörd yüz iyirmi beş) manat dəyərində halqa formalı bir cüt sırğanı gizli talayaraq, ümumilkikdə Zərərçəkmiş şəxs2 6178,5 (altı min bir yüz yetmiş səkkiz manat əlli qəpik) manat məbləğində, xeyli miqdarda zərər vurmaqla oğurluq etmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4–cü maddələri ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin xeyli miqdarda əmlakını gizli talayaraq oğurluq cinayət əməlini törətmişdir. Belə ki, o, tamah məqsədilə qanunsuz və əvəzsiz olaraq özgənin əmlakını gizli talamaq niyyəti ilə tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan, bir qrup şəxs halında 21 avqust 2023-cü il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs1 məxsus Şəmkir rayonu, Təzəkənd kəndində yerləşən yaşayış evinə hasardan qanunsuz daxil olmaqla, vahid niyyətlə həmin evin yataq otağında olan dolabındakı paltarların arasında gizlədilmiş 1250 (bir min iki yüz əlli) manat məbləğində kağız pulu və 250 (iki yüz əlli) manat dəyərində hər biri 50 qəpiklik olan dəmir pulları gizli talayaraq Zərərçəkmiş şəxs1 ümumilikdə 1500 (bir min beş yüz) manat məbləğində zərər vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah məqsədilə qanunsuz və əvəzsiz olaraq özgənin əmlakını gizli talamaq niyyəti ilə tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan, bir qrup şəxs halında 27 avqust 2023-cü il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs2 məxsus Şəmkir rayonu, Təzəkənd kəndində yerləşən evin həyətindəki ərzaq mağazasına qapını itələyib açmaqla qanunsuz daxil olaraq oradan müxtəlif növ 10 ədəd, hər birinin dəyəri 4,20 manat olmaqla ümumi qiyməti 42 manat, Azərbaycan Respublikası İstehsalı nazik “Sobrania” siqareti, 10 ədəd, hər birinin dəyəri 3 manat olmaqla ümumi qiyməti 30 manat, Azərbaycan Respublikası İstehsalı nazik “Palmall” siqareti, 10 ədəd, hər birinin dəyəri 3,3 manat olmaqla ümumi qiyməti 33 manat, Azərbaycan Respublikası İstehsalı kompakt “LD” siqareti,10 ədəd, hər birinin dəyəri 3 manat olmaqla ümumi qiyməti 30 manat, Azərbaycan Respublikası İstehsalı “Nazik LD” siqareti tütün məhsullarını və 1 ədəd dəyəri 5 manat olan, 2 ədəd dəyəni 2 manat olan, 1 ədəd dəyəri 1 manat olan, ümumi qiyməti 10 manat olan "xxxx" MMC-yə məxsus danışıq kartlarını, bundan sonra Zərərçəkmiş şəxs2 məxsus yaşayış sahəsinə pəncərənin şüşəsini sındırmaq yolu ilə qanunsuz daxil olaraq, evin yataq otağındakı dolabda gizlədilmiş 1972 (bir min doqquz yüz yetmiş iki) manat məbləğində kağız pulu və 1000 (bir min) manat dəyərində hər biri 50 qəpiklik olan dəmir pulları, həmçinin 1 ədəd Rusiya Federasiyasında istehsal olunmuş 888 əyyarlı, 4,3 qram çəkidə 559 (beş yüz əlli doqquz) manat dəyərində “beşlik” klonu, 1 ədəd Rusiya Federasiyasında istehsal olunmuş 585 əyyarlı 10 qram çəkidə 850 (səkkiz yüz əlli) manat dəyərində tros formalı boyunbağını,1 ədəd Rusiya Federasiyasında istehsal olunmuş 585 əyyarlı 6 qram çəkidə 510 (beş yüz on) manat dəyərində setka formalı üzüyü, 1 ədəd Rusiya Federasiyasında istehsal olunmuş 585 əyyarlı, 4,5 qram çəkidə 382 (üç yüz səksən iki) manat 50 (əlli) qəpik dəyərində səkkiz rəqəmi formalı üzüyü, 1 ədəd Türkiyə Respublikası istehsalı 750 əyyarlı 3 qram çəkidə 330 (üç yüz otuz) manat dəyərində dairəvi formalı üzüyü, 1 ədəd Rusiya Federasiyasında istehsal olunmuş 585 əyyarlı 5 qram çəkidə 425 (dörd yüz iyirmi beş) manat dəyərində halqa formalı bir cüt sırqanıgizli talayaraq, ümumilkikdə Zərərçəkmiş şəxs2 6178,5 (altı min bir yüz yetmiş səkkiz manat əlli qəpik) manat məbləğində, xeyli miqdarda zərər vurmaqla oğurluq etmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4–cü maddələri ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin xeyli miqdarda əmlakını gizli talayaraq oğurluq cinayət əməlini törətmişdir. Belə ki, o, tamah məqsədilə qanunsuz və əvəzsiz olaraq özgənin əmlakını gizli talamaq niyyəti ilə tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan, bir qrup şəxs halında 21 avqust 2023-cü il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs1 məxsus Şəmkir rayonu, Təzəkənd kəndində yerləşən yaşayış evinə hasardan qanunsuz daxil olmaqla, vahid niyyətlə həmin evin yataq otağında olan dolabındakı paltarların arasında gizlədilmiş 1250 (bir min iki yüz əlli) manat məbləğində kağız pulu və 250 (iki yüz əlli) manat dəyərində hər biri 50 qəpiklik olan dəmir pulları gizli talayaraq Zərərçəkmiş şəxs1 ümumilikdə 1500 (bir min beş yüz) manat məbləğində zərər vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah məqsədilə qanunsuz və əvəzsiz olaraq özgənin əmlakını gizli talamaq niyyəti ilə tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan, bir qrup şəxs halında 27 avqust 2023-cü il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs2 məxsus Şəmkir rayonu, Təzəkənd kəndində yerləşən evin həyətindəki ərzaq mağazasına qapını itələyib açmaqla qanunsuz daxil olaraq oradan müxtəlif növ 10 ədəd, hər birinin dəyəri 4,20 manat olmaqla ümumi qiyməti 42 manat, Azərbaycan Respublikası İstehsalı nazik“Sobrania” siqareti, 10 ədəd, hər birinin dəyəri 3 manat olmaqla ümumi qiyməti 30 manat, Azərbaycan Respublikası İstehsalı nazik “Palmall” siqareti, 10 ədəd, hər birinin dəyəri 3,3 manat olmaqla ümumi qiyməti 33 manat, Azərbaycan Respublikası İstehsalı kompakt “LD” siqareti, 10 ədəd, hər birinin dəyəri 3 manat olmaqla ümumi qiyməti 30 manat, Azərbaycan Respublikası İstehsalı “Nazik LD” siqaretitütün məhsullarını və 1 ədəd dəyəri 5 manat olan, 2 ədəd dəyəni 2 manat olan, 1 ədəd dəyəri 1 manat olan, ümumi qiyməti 10 manat olan "xxxx" MMC-yə məxsus danışıq kartlarını, bundan sonra Zərərçəkmiş şəxs2 məxsus yaşayış sahəsinə pəncərənin şüşəsini sındırmaq yolu ilə qanunsuz daxil olaraq, evin yataq otağındakı dolabda gizlədilmiş 1972 (bir min doqquz yüz yetmiş iki) manat məbləğində kağız pulu və 1000 (bir min) manat dəyərində hər biri 50 qəpiklik olan dəmir pulları, həmçinin 1 ədəd Rusiya Federasiyasında istehsal olunmuş 888 əyyarlı, 4,3 qram çəkidə 559 (beş yüz əlli doqquz) manat dəyərində “beşlik” klonu, 1 ədəd Rusiya Federasiyasında istehsal olunmuş 585 əyyarlı 10 qram çəkidə 850 (səkkiz yüz əlli) manat dəyərində tros formalı boyunbağını,1 ədəd Rusiya Federasiyasında istehsal olunmuş 585 əyyarlı 6 qram çəkidə 510 (beş yüz on) manat dəyərində setka formalı üzüyü, 1 ədəd Rusiya Federasiyasında istehsal olunmuş 585 əyyarlı, 4,5 qram çəkidə 382 (üç yüz səksən iki) manat 50 (əlli) qəpik dəyərində səkkiz rəqəmi formalı üzüyü, 1 ədəd Türkiyə Respublikası istehsalı 750 əyyarlı 3 qram çəkidə 330 (üç yüz otuz) manat dəyərində dairəvi formalı üzüyü, 1 ədəd Rusiya Federasiyasında istehsal olunmuş 585 əyyarlı 5 qram çəkidə 425 (dörd yüz iyirmi beş) manat dəyərində halqa formalı bir cüt sırqanıgizli talayaraq, ümumilkikdə Zərərçəkmiş şəxs2 6178,5 (altı min bir yüz yetmiş səkkiz manat əlli qəpik) manat məbləğində, xeyli miqdarda zərər vurmaqla oğurluq etmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4–cü maddələri ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs3 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, 21 avqust 2023-cü il tarixdə saat 23 radələrində dostları Fərid və Samirlə birgə kəndlərində yerləşən “Ağaclıq” deyilən yerə getmişlər. Onlar həmkəndliləri Arifənin evinin qarşısından keçərkən mağazasının bağlı olduğunu, evində işıqlarının yanmadığını görmüşlər. Onlar piyada gedərək Ağaclıq deyilən yerdəki bulağın yanına çatmış, orada əyləşib söhbət edərkən Zərərçəkmiş şəxs1 evinin qarşısındakı mağazasından oğurluq etmək qərarına gəlmişlər. Nəsir ona kəndin giriş hissəsi olan Ağaclıqdakı bulağın yanında gözləməyi, Arifənin evinə gəldiyi halda onlara məlumat verməyi tapşırmışdır. Nəsir özü də Fəridlə birgə oğurluq etmək üçün getmişlər. O, həmin yerdə gözləyib, ətrafı müşahidə etmiş, təxminən 40 dəqiqə sonra onlar geri qayıtmışlar. Nəsir və Fərid mağazadan 500 manat pul oğurladıqlarını bildirmişlər. Nəsir əldə etdiyi pulun 100 manatını ona, 200 manatını isə Fəridə vermişdir. O, əldə etdiyi pulun 200 manatını isə özünə götürmüşdür. Söhbət zamanı məlum olmuşdur ki, Nəsir əvvəlcə Arifənin evinin plastik pəncərəsini aşaraq evə daxil olmuş, Fərid isə pəncərənin qarşısında gözləmiş, Nəsir oğurluq etdikdən sonra geri qayıtmışdır. Onlar bir qədər söhbət etdikdən sonra hərəsi öz evinə getmişdir. 27 avqust 2023-cü il tarixdə saat 23 radələrində Nəsirin yaşadığı evin qarşısında Nəsir və Fəridlə birgə söhbət edərkən, onlar yenidən kənddə yaşayan Zərərçəkmiş şəxs2 məxsus mağazadan oğurluq etmək qərarına gəlmişlər. Onlar razılaşıb, birlikdə Şəmkir rayonu, Barlıbağ kəndində İsrayil Həsənovun yaşadığı evə tərəf getmişlər. Onlar İsrayılın evinə çatmamış, evə gedən yolun üstündə məktəbin arxası kimi tanınan yerə çatdıqda yenə də Nəsir orada gözləyib ətrafı müşahidə etməyini bildirmişdir. O, plan üzrə həmin yerdə gözləmiş, Fərid də ondan aralıda dayanıb ətrafı müşahidə etmişdir. Nəsir isə oğurluq etmək üçün İsrayılın evinə tərəf getmişdir. Təxminən 10 dəqiqə sonra Nəsir 3 blok siqaretlə geri qayıtmış, mağazadan siqaret, 2 ədəd 2 manatlıq, 2 ədəd də 1 manatlıq kontur oğurladığını bildirmişdir. Bundan sonra Nəsir Fəridlə birgə yenidən İsrayılın evinə oğurluğa girmək üçün getmişdir. Təxminən 30-40 dəqiqə sonra onlar geri qayıtmışlar. Sonra isə birlikdə kəndə qayıtmışlar. Məlum olmuşdur ki, Nəsirlə Fərid oğurluq etmək üçün hasardan aşaraq İsrayılın evinin həyətinə daxil olmuş, Fərid orada gözləmiş, Nəsir isə mağazanın qapısını açaraq içəri daxil olmuş, oradan siqaret və kontur oğurlamış, ancaq mağazada pulu tapa bilmədiyi üçün oradan da evə daxil olmuşdur. Nəsir evdən 570 manat nəğd pul və 700 manat dəyərində 50 qəpiklik pulları oğurlamış, bundan sonra isə Fəridlə birgə evdən çıxıb uzaqlaşmışdır. Nəsir ona 250 manat dəyərində 50 qəpiklik pullar, 170 manat da nəğd pullar, həmçinin 3 qutu nazik LD və 2 qutu kompakt LD siqaretləri vermiş, qalan pulları və siqaretləri isə Fəridlə arasında bölmüşdür. Həmçinin Nəsir bildirmişdir ki, İsrayılın evindən qızıl götürmüşdür. O və Fərid Nəsirə bildirmişdir ki, onlara qızıl zinət əşyaları lazım deyil özü götürsün. Nəsir qızıl və payına düşən əşyaları götürüb yaşadığı evə getmişdir. Səhərisi gün Nəsir Bakı şəhərinə ordan da Rusiya Fedarasiyasına getdiyi məlum olmuşdur. Hazırda zərərçəkmiş şəxslərə dəymiş ziyanı tamamilə ödəmişdir, onlarla barışıq əldə etmişdir və zərərçəkmiş şəxslərin ondan heç bir şikayət və tələbi yoxdur. Əməlindən peşmandır. Ona görə də, məhkəmədən, ifadəsində göstərdiyi halları nəzərə alaraq, ona yüngül cəza verilməsini xahiş edir. Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, 21 avqust 2023-cü il tarixdə saat 23 radələrində dostları Nəsir və Samirlə birgə kəndlərinin girişində yerləşən “Ağaclıq” deyilən yerə asudə vaxt keçirmək üçün gedərkən həmkəndliləri Arifənin mağazasının bağlı olduğunu, evində işıqlarının yanmadığını görmüşlər. Onlar Ağaclıq deyilən yerə çatdıqdan sonra onlar qərara gəlmişdir ki, Arifənin evinin qarşısındakı mağazasından oğurluq etsinlər. Onlar razılaşaraq, X4 bulağın yanında gözləməyi, Arifənin evinə gəldiyi halda ona və Fəridə məlumat verməyi tapşırmışdır. Daha sonra Nəsirlə o, oğurluq etmək üçün Arifənin evinə tərəf getmişlər. Onlar Arifənin evinin ətrafında olan məftil torları aşaraq həyətə daxil olduqdan sonra Nəsir mağazaya daxil olmaq üçün Arifənin evinin həyətinə açılan plastik pəncərəni geriyə itələyib açmışdır. Nəsir ona pəncərənin qarşısında gözləməyini bildirmişdir. O, orada dayanıb Nəsiri gözləmiş, təxminən 15-20 dəqiqə sonra Nəsir pəncərədən keçməklə evdən çıxmışdır. Nəsir Arifənin evindən 50 qəpiklik və kağız pullar olmaqla 600 manat oğurlamışdır. Onlar evdən uzaqlaşıb, bulağın yanında onları gözləyən Samirin yanına getmişlər. Nəsir əldə etdiyi pulun 100 manatını Samirə vermiş, 200 manatını isə ona vermişdir. Nəsir pulun qalanını da özünə götürmüşdür. Onlar bir qədər söhbət etdikdən sonra hərəsi öz evlərinə getmişlər. 27 avqust 2023-cü il tarixdə saat 23 radələrində Samirlə birgə Təzəkənd kəndindən öz kəndlərinə qayıtmış, daha sonra Nəsirin yaşadığı evə gedib onunla görüşmüş və evinin qarşısında Nəsirlə söhbət edərkən, o, qonşu kənddə yaşayan Zərərçəkmiş şəxs2 məxsus mağazadan oğurluq etməyi təklif etmişdir. O və Samir də Nəsirlə razılaşıb, birlikdə Şəmkir rayonu, Barlıbağ kəndində İsrayil Həsənovun yaşadığı evə tərəf getmişlər. Onlar İsrayılın evinə yaxınlaşamağa təxminən 100 metr qalmış, həmin evə gedən yolun üstündə məktəbin arxası kimi tanınan yerdə Nəsir onları orada gözləyi ətrafı müşahidə etməklərini bildirmişdir. Onlar həmin yerdə dayanıb gözləmişlər, Nəsir özü hasardan aşıb, həyətə daxil olmuş, Nəsir evin həyətindəki mağazaya daxil olub, oradan 3 blok siqaret və konturlar götürüb gəlmişdir. Nəsir siqaretləri Samirə verib, daha sonra evə girmək üçün onunla birgə getməyini demişdir. Samir orada qalmış, o, isə Nəsirlə birgə yenidən İsrayılın evinə tərəf getmişlər. Onlar məftil torları aşaraq evin həyətinə daxil olmuş, Nəsir evin arxasındakı plastik pəncərənin şüşəsini sındırıb, daha sonra pəncərəni açaraq evə daxil olmuşdur. O, da pəncərədən keçərək evə daxil olmuşdur, ancaq pəncərənin qarşısında gözləmişdir. Nəsir evin otaqlarını axtarmaq üçün getmiş, O bir qədər sonra içərisində 50 qəpiklik pullar olan 3 litrlik balon gətirmiş, balonun içərisi tam dolu olmasa da çox hissəsi dolu olmuşdur. O biraz qorxduğu üçün balonu yerə qoyub evdən çıxmış, ancaq Nəsir yenidən otaqları axtarmışdır. O, evin həyətində gözləyərkən Nəsir balonu da götürüb gəlmişdir. Nəsir bildirmişdir ki, İsrayılın cibindən 570 manat pul tapmışdır. Nəsirlə birgə evdən uzaqlaşıb, Samirin yanına getmişdir. Nəsir Samirə 250 manat dəyərində 50 qəpiklik pullar, 170 manat da nəğd pullar, həmçinin 3 qutu nazik LD və 2 qutu kompakt LD siqaretləri vermişdir. Həmçinin Nəsir ona 1 qutu nazik LD siqareti, 200 manat kağız pul və 250 manat dəyərində 50 qəpiklik pullar vermişdir. Nəsir qalanını da özünə götürmüşdür. Həmçinin Nəsir bildirmişdir ki, İsrayılın evindən qızıl götürmüşdü. O və Fərid Nəsirə bildirmişlər ki, onlara qızıl zinət əşyaları lazım deyil özü götürsün. Nəsir qızıl və payına düşən əşyaları götürüb yaşadığı evə getmişdir. Səhərisi gün Nəsir Bakı şəhərinə ordan isə Rusiya Fedarasiyasına getdiyi məlum olmuşdur. Bununla belə hadisədən sonra zərərçəkmiş şəxslərə dəymiş ziyanı tam şəkildə ödəmiş və onlarla barışmışdır. Hazırda əməlindən peşmandır. Ona görə də, məhkəmədən, ifadəsində göstərdiyi halları nəzərə alaraq, ona yüngül cəza verilməsini xahiş edir. Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, 21 avqust 2023-cü il tarixdə saat 22 radələrində yaşadığı evin qarşısında əyləşib telefonda oyun oynadığı vaxt Fərid və Samir yanına gəlmişlər, Fərid ondan siqaret istəmişdir. O isə siqareti olmadığını demişdir. Bu zaman Fərid mağazası olan həmkəndliləri Arifə və ailə üzvlərinin toy məclisində olduğunu bildirərək onun evindən oğurluq edib siqaret götürməyi təklif etmişdir. Hər üçü Arifənin mağazasından oğurluq etməyə razılaşıb, kəndlərindəki “Ağaclıq” deyilən yerə gəlmişlər. Arifənin evi həmin yerə yaxınlıqda yerləşdiyi üçün orada əyləşib, oğurluq etməyi planlaşdırmışlar, həm də Arifənin evini müşahidə etmişlərdir. Həmin vaxtı Arifənin evində heç kəsin olmadığını müəyyən etmiş, Samirə Ağaclıqda gözləməyi, tapşırmışlar, o, da Fəridlə birgə Arifənin evinə tərəf getmişdir. Arifənin evinin arxa hissəsində plastik pəncərəyə yaxınlaşmış, Fərid pəncərəni açıb içəri daxil olmuş, sonra qapını açmış, o, da içəri daxil olmuşdur. Arifənin evinin həyətindəki mağazaya daxil olub, oradan yadında qalmayan sayda siqaret götürmüşdür. Daha sonra Arifənin evinə daxil olub, pul və qızıl axtarmağa başlamışlar. Hər ikisi evi axtararkən Fərid evin yataq otağındakı dolabdan 550 manat pul tapdığını bildirmişdir. Onlar pulu da ələ keçirəndən sonra gizlincə qapını və pəncərəni bağlayıb, pəncərədən keçməklə evdən çıxmışlar. Fəridlə birgə Samirin olduğu yerə gəlmişlər və əldə etdiyi 500 manat pulun 100 manatını Samirə, 200 manatını da Fəridə vermişdir. Həmçinin siqaretləri də aralarında bölüşmüşlər. Bundan başqa 27 avqust 2023-cü il tarixdə saat 23 radələrində yaşadığı evin qarşısında Samir və Fəridlə birgə söhbət edərkən, Fərid qonşu kənddə yaşayan Zərərçəkmiş şəxs2 məxsus mağazadan oğurluq etməyi təklif etmişdir. Onlar razılaşıb, birlikdə Şəmkir rayonu, Barlıbağ kəndində İsrayil Həsənovun yaşadığı evə tərəf getmişlər, İsrayıla məxsus mağaza da onun evinin qarşısında yerləşir. Onlar İsrayılın evinə çatmamış, evinə gedən yolun üstündə məktəbin arxası kimi tanınan yerə çatdıqda yenə də Samirə orada gözləyib ətrafı müşahidə etməsini bildirmişdir. Samir də həmin yerdə dayanıb ətrafı müşahidə etməyə başlamışdır. O, isə yenə də Fəridlə birgə oğurluq edəcəkləri evə tərəf getmişlər. Onlar evin həyətyanı sahəsindən daxil olub, evə yaxınlaşmış, o, evin həyətindən mağazaya keçən qapı ilə keçib mağazaya daxil olmuş, mağazadan 3 blok siqaret, yadında qalmayan məbləğdə konturlar, 570 manat nəğd pul və 700 manat dəyərində 50 qəpiklik pulları götürmüşlər. Evdə pulu Fərid tapmışdır, sonra isə dolabda qızıl-zinət əşyaları olduğunu demişdir. O, da evin yataq otağındakı dolabdan 1 ədəd boyunbağı, 3 ədəd üzük, 1 cüt sırqa da götürmüşdür. Sonra isə gizlin şəkildə evdən çıxaraq Samirin onları gözlədiyi yerə getmişlər. Onlar evdən oğurladıqları 570 manat pul 3 yerə bölmüşlər, həmçinin siqaretləri də öz aralarında bölmüşlər. Fərid isə qəpik pulları özlərinə götürməyi, qızılları onun götürməyini təklif etmişdir. O, isə payına düşən siqareti, pulu və qızılları götürüb evinə getmişdir. Ertəsi günü isə Bakı şəhərinə gedib, əldə etdikləri qızılları Bakı şəhəri Əhmədli və Nərimanov ərazilərində qızıl mağazalarında cəmi 2900 manata pul müqabilində tanımadığı şəxslərə satmışdır. Sonra isə əldə etdiyi pulları götürüb, təyyarə ilə Rusiya Federasiyasına getmişdir. Zərərçəkmiş şəxslərə dəymiş ziyanı tam şəkildə ödəmiş və onlarla barışmışdır. Hazırda əməlindən peşmandır. Ona görə də, məhkəmədən, ifadəsində göstərdiyi halları nəzərə alaraq, ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, özünə məxsus evin qarşısında yerləşən ərzaq mağazası vardır. 19 avqust 2023-cü il tarixdə saat 19 radələrində Təzəkənd kəndində yaşayan qızının ad günü məclisində iştirak etmək üçün getmişdir. Həmin vaxtı evləri sahibsiz qalmışdır. O, və oğlu həmin gün saat 23 radələrində evlərinə qayıtmışlar. Həmin gün səhər saatlarında evdə olduğu zaman yataq otağındakı dolabda paltarların arasında gizlətdiyi 1250 manat pulun üzərindən 50 manat pul götürmək istəyərkən pulunun oğurlanmasını, otağın pəncərəsinin isə güc göstərməklə açılmasını aşkar etmişdir. Daha sonra mağazada piştaxtanın altında gizlətdiyi 1 litrlik bankada olan 50 qəpiklik pulların da yarısının oğurlanmasını aşkar etmişdir. O, həmin bankada qalan pulları evə gətirib dolabda gizlətmişdir. Lakin bir müddət gözləməyi hələlik polisə məlumat verməməyi qərara almışdır. 21 avqust 2023-cü il tarixdə saat 19 radələrində oğlu Yusiflə birgə Təzəkənd kəndində yaşayan qızının övladının ad günü məclisində iştirak etmək üçün getmişdir. 22 avqust 2023-cü il tarixdə saat 01 radələrində evlərinə qayıtmışlar. Onun evə gələndə yenə də pəncərənin açıq olmasını görüb, dolabdakı bankada olan pulların yerində olub-olmadığına baxmışdır. Bu dəfə bankada olan pulların qalan hissəsi də oğurlanmışdır. O, yenə də hadisə barədə məlumat verməmişdir. 28 avqust 2023-cü il tarixdə qonşu kənddə yaşayan İsrayılın evindən və mağazasından oğurluq olduğunu eşidəndə o da hadisə barədə məlumat vermişdir. Bundan sonra polis əməkdaşları yaşadığı evə gəlmişlər. O isə pul, qızıl və sair əşyalarının oğurlanması barədə ərizə ilə müraciət etmişdir. Polis əməkdaşları evinə baxış da keçirmişlər. Hal hazırda ona məlum olmuşdur ki, Şəmkir rayonu, Barlıbağ kəndində yaşayan Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oğurluq hadisəsini törədiblər. Ona dəymiş ziyan təqsirləndirilən şəxslər tərəfindən tamamilə ödənilmiş, onunla barşıq əldə etmişlər və onun təqsirləndirilən şəxslərdən heç bir şikayət və tələbi yoxdur. Odur ki, məhkəmədən, ifadəsində göstərdikləri halları nəzərə alaraq, təqsirləndirilən şəxslərə yüngül cəza verilməsini xahiş edir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, özünə məxsus evin həyətində yerləşən ərzaq mağazası vardır. 28 avqust 2023-cü il tarixdə saat 09 radələrində evdə olduğu zaman yataq otağındakı qarderobda olan kostyum pencəyinin cibində olan 1970 manat pulunun yerində olmamasını aşkar edərək həmin vaxtı evdə olan arvadı Gülcöhrəyə məlumat vermişdir. Gülcöhrə isə pulunu götürmədiyini bildirmişdir. Daha sonra Gülcöhrə yataq otağında dolabın bağlı olan siyirməsindəki qızıl-zinət əşyalarının, həmçinin evin digər yataq otağında olan dolabda 3 litrlik bankada topladığı 50 qəpiklik pulların, həmçinin mağazadan sim konturlar və siqaretlərin də oğurlanmasını bildirmişdir. O, hadisə barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat vermiş, bundan sonra polis əməkdaşları yaşadığı evə gəlmişdir. O, isə pul, qızıl və sair əşyalarının oğurlanması barədə ərizə ilə müraciət etmişdir. Polis əməkdaşları evinə baxış keçirmişlər. Sonradan ona məlum olmuşdur ki, Şəmkir rayonu, Barlıbağ kəndində yaşayan Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oğurluq hadisəsini törətmişlər. Ona məxsus 1 ədəd Rusiya Federasiyasında istehsal olunmuş 888 əyyarlı, 4.3 qram çəkidə 5 lik klon, 1 ədəd Rusiya Federasiyasında istehsal olunmuş 585 əyyarlı, 40 qram çəkidə tros formalı boyunbağı, 1 ədəd Rusiya Federasiyasında istehsal olunmuş 585 əyyarlı, 6 qram çəkidə setkalı üzük, 1 ədəd Rusiya Federasiyasında istehsal olunmuş 585 əyyarlı, 4.5 qram çəkidə səkkiz rəqəmi formalı üzük, 1 ədəd Türkiyə istehsalı 750 əyyarlı, 3 qram çəkidə dairəvi formalı üzük, 1 ədəd Rusiya Federasiyasında istehsal olunmuş 585 əyyarlı, 5 qram çəkidə halqa formalı bir cüt sırqa, 1 blok yəni 10 ədəd nazik Sobranie, 1 blok 10 ədəd nazik Palmali, 1 blok 10 ədəd kompakt LD və 1 blok 10 ədəd nazik LD siqaretləri, 1 ədəd 5 manatlıq, 2 ədəd 2 manatlıq, 1 ədəd 1 manatlıq sim konturlar, həmçinin 1970 manat kağız pullar və 1 ədəd 3 litrlik balonda təxminən 1000 manat 50 qəpiklik pullar oğurlanmışdır. Ona məxsus qızıllar təxmini 2500 manat dəyərində olmuşdur. O, qızılların dəqiq dəyərini bilmir. Bununla belə hadisədən sonra ona dəymiş ziyan tam şəkildə ödənilmişdir. Hazırda onun təqsirləndirilən şəxslərdən heç bir şikayət və tələbi yoxdur. Odur ki, məhkəmədən, ifadəsində göstərdikləri halları nəzərə alaraq, təqsirləndirilən şəxslərə yüngül cəza verilməsini xahiş edir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid4 Zərərçəkmiş şəxs1 ilə eyni məzmunlu ifadə verərək, onun göstərdiyi halları təsdiq etdi. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 28 avqust 2023-cü il tarixdə evdə olarkən həyat yoldaşı ona bildirmişdir ki, penceyin cibində olan 1970 manat pulun olmadığını bildirirək həmin pulu onun götürüb götürmədiyini soruşmuş, o da Zərərçəkmiş şəxs2 pul götürmədiyini bildirmişdir. Daha sonra o, yataq otağında dolabın bağlı olan siyirməsindəki qızıl-zinət əşyalarının, həmçinin evin digər yataq otağında olan dolabda 3 litrlik bankada topladığı 50 qəpiklik pulların, həmçinin mağazadan sim konturlar və siqaretlərin də oğurlanmasını bildirmişdir. Sonra isə yeznəsi və qızı onlara gəldikdə hadisə ilə bağlı məlumatları olduqdan sonra yeznəsi Dəyanət onlara DİN-nin 102 xidmətinə zəng edib məlumat verməklərini bildirmişdir. Əri Zərərçəkmiş şəxs2 DİN-nin 102 xidmətinə zəng edib məlumat verdikdən sonra polis əməkdaşları hadisə yerinə gəlmiş, fərdi yaşayış evinə baxış keçirmişlər. Sonra isə onlara məlum olmuşdur ki, fərdi yaşayış evindən 1 ədəd Rusiya Federasiyasında istehsal olunmuş 888 əyyarlı, 4.3 qram çəkidə 5 lik klon, 1 ədəd Rusiya Federasiyasında istehsal olunmuş 585 əyyarlı, 40 qram çəkidə tros formalı boyunbağı, 1 ədəd Rusiya Federasiyasında istehsal olunmuş 585 əyyarlı, 6 qram çəkidə setkalı üzük, 1 ədəd Rusiya Federasiyasında istehsal olunmuş 585 əyyarlı, 4.5 qram çəkidə səkkiz rəqəmi formalı üzük, 1 ədəd Türkiyə istehsalı 750 əyyarlı, 3 qram çəkidə dairəvi formalı üzük, 1 ədəd Rusiya Federasiyasında istehsal olunmuş 585 əyyarlı, 5 qram çəkidə halqa formalı bir cüt sırqa, 1 blok yəni 10 ədəd nazik Sobranie, 1 blok 10 ədəd nazik Palmali, 1 blok 10 ədəd kompakt LD və 1 blok 10 ədəd nazik LD siqaretləri, 1 ədəd 5 manatlıq, 2 ədəd 2 manatlıq, 1 ədəd 1 manatlıq sim konturlar, həmçinin 1970 manat kağız pullar və 1 ədəd 3 litrlik balonda təxminən 1000 manat olan 50 qəpiklik pullar oğurlanmışdır. Bundan sonra polis şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törədən Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutularaq istintaq təqdim edilmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid2 və Şahid3 Şahid1 ilə eyni məzmunlu ifadə verərək, onun göstərdiyi halları təsdiq etdilər. Bununla yanaşı, məhkəmə cinayət–prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan xx.xx.2023–cü il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 məxsus, Şəmkir rayonu, Qarabağlılar kəndində yerləşən evinə baxış keçirilmiş və bu barədə protokol tərtib olunmaqla fotoşəkillər çəkilmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2023–cü il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 məxsus, Şəmkir rayonu, Təzəkənd kəndində yerləşən evinə baxış keçirilmiş və bu barədə protokol tərtib olunmaqla fotoşəkillər çəkilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza mərkəzinin 19 mart 2024-cü il tarixli 9/1383 nömrəli məhkəmə-əmtəşünaslıq ekspertizasının rəyindən görünür ki, 1 ədəd Rusiya Federasiyasında istehsal olunmuş 888 əyyarlı, 4.3 qram çəkidə 559 (beş yüz əlli doqquz) manat, “beşlik” klon, 1 ədəd Rusiya Federasiyasında istehsal olunmuş 585 əyyarlı 10 qram çəkidə 850 (səkkiz yüz əlli) manat, tros formalı boyunbağı, 1 ədəd Rusiya Federasiyasında istehsal olunmuş 585 əyyarlı 6 qram çəkidə 510 (beş yüz on) manat, setka formalı üzük, 1 ədəd Rusiya Federasiyasında istehsal olunmuş 585 əyyarlı, 4.5 qram çəkidə 382.5 (üç yüz səksən iki manat əlli qəpik) manat, səkkiz rəqəmi formalı üzük, 1 ədəd Türkiyə istehsalı 750 əyyarlı 3 qram çəkidə 330 (üç yüz otuz) manat, dairəvi formalı üzük, 1 cüt Rusiya Federasiyasında istehsal olunmuş 585 əyyarlı 5 qram çəkidə 425 (dörd yüz iyirmi beş) manat, halqa formalı sırqa, 1 blok yəni 10 ədəd Azərbaycan istehsalı 42 (qırx iki) manat, “Sobranie”, 1 blok 10 ədəd Azərbaycan istehsalı 30 ( otuz ) manat, “Pall mall”, 1 blok 10 ədəd Azərbaycan istehsalı 33 (otuz üç) manat, kompakt “LD”, 1 blok 10 ədəd Azərbaycan istehsalı 30 (otuz ) manat nazik “LD” siqaretləri, 1 ədəd 5 (beş) manatlıq, 2 ədəd 2 (iki) 4 (dört) manat, 1 ədəd 1 (bir) manat Azercell MMC-nin danışıq kartları, ümumi dəyəri 3206 (üç min iki yüz altı) manat 50 (əlli) qəpik müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN–nin BƏSİİ– dən alınmış tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışlar. Cinayət işinin materiallarında olan Şəmkir RİHB–nin Təzəkənd kəndi İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşlar. Cinayət işinin materiallarında olan Şəmkir RİHB–nin Təzəkənd kəndi İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Barlı-Bağ qəsəbəsində daimi qeydiyyatda olmaqla həmin qəsəbədə yaşayırlar. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş M/V 115107 nömrəli vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 müddətsiz müharibə veteranı vəsiqəsi verilmişdir. Cinayət işinin materiallarında olan İ-12353 nömrəli Azərbaycan Respublikası Medalının vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2021-ci il tarixli 2720 nömrəli Sərəncamı ilə “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Cinayət işinin materiallarında olan İ-55264 nömrəli Azərbaycan Respublikası Medalının vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Prezidentinin 21 aprel 2022-ci il tarixli 250s nömrəli Sərəncamı ilə “Vətən Müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. Cinayət işinin materiallarında olan, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və X3 tərəfindən notarial qaydada yazılmış ərizələrdən görünür ki, onlara dəymiş ziyan Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən tam şəkildə ödənilmiş və təqsirləndirilən şəxslərdən şikayət və tələbləri yoxdur. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəyini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 124–136–cı maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 143–145–ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir–biri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlində cinayət tərkibi vardır. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir Beləliklə, məhkəmə istintaqında tam sübuta yetirilmişdir ki, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq təkrarən saxlanc yerinə daxil olmaqla zərərçəkmiş şəxslərə məxsus xeyli miqdarda əmlakı gizli olaraq talayıb oğurluq cinayət əməlini törətmişlər. Ona görə də, məhkəmə tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM–in 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4–cü maddələri ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə, məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli bilindikləri cinayət əməlinə görə Azərbaycan Respublikası CM–nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4–cü maddələrində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Bununla yanaşı, məhkəmə təqsirləndirilən şəxslər barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onların törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4–cü maddələrində nəzərdə tutulmuş cinayət əməli “az ağır” olmaqla, qanunla qorunan mülkiyyət münasibətləri əleyhinə olan, özgənin əmlakını gizli olaraq talamada ifadə olunan qəsdən törədilən cinayətdir. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət nəticəsində zərərçəkmiş şəxslərə dəymiş ziyanı tam şəkildə könüllü ödəməsini, onların zərər çəkmiş şəxslərlə barışıq əldə etməsini, zərərçəkmiş şəxslərin onlardan heç bir şikayət və tələbinin olmamasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1–ci maddəsinə əsasən, təqsirləndirilən şəxslərin cinayət əməlini etiraf edib, əməlindən səmimi peşman olmalarını, eləcə də, yaşayış yeri üzrə müsbət xarakterizə olunmalarını, həmçinin Təqsirləndirilən şəxs1 İİ Qarabağ müharibəsi iştirakçısı olmaqla müharibə veteranı olmasını, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Suqovuşanın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə tərtif edilməsini həmin Məcəllənin 59.2–ci maddəsinə əsasən onların cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, təqsirləndirilən Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli bilindikləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4–cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003– ci il tarixli, 4 saylı Qərarının 3–cü bəndinin 2–ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatlar nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021–ci il tarixli Qərarında göstərilmişdir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından aşıq– aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM–nin 58.3–cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin şəraitinə təsirini nəzərə almalıdır. Qeyd olunanlara əsasən məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli bilindikləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4–cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmasını daha məqsədəuyğun hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52–1.1–ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51–2–ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52–1.2–ci maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə Şəmkir rayonu hüdudlarını tərk etməmək, Şəmkir rayonunda yerləşən yaşayış yerini saat 23:00–dan saat 07:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51–2–ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin edilmiş cəzaçəkmə müddətinin əvvəli onların cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Bununla yanaşı məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə baxışınadək həbsdə və ev dustaqlığında saxlanması müddətinin azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi zamanı nəzərə alınmasını da zəruri hesab edir. Belə ki, cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 06 sentyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 06 sentyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Eləcə də, cinayət işinin materiallarında olan 08 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və onlar, Şəmkir RPŞ-nin MSY-dən azad edilmişdir. Bununla da təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 həbsdə saxlanıldığı müddət 2 gün təşkil edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 həbsdə qaldığı 2 gün müddəti nəzərə alaraq hesab edir ki, onlara təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası həbsdə saxlamanın 1 günü azadlığın məhdudlaşdırılmasının 2 gününə bərabər tutularaq, cəmi 4 gün müddət təyin edilmiş cəzadan çıxılmalı və üzərlərində qəti cəza saxlanmalıdır. Bundan başqa, cinayət işinin materiallarında olan Şəmkir Rayon Məhkəməsinin 19 yanvar 2024–cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 25 gün müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsə alınmanın əvvəli 18 yanvar 2024–ci il tarixdən hesablanmışdır. Cinayət işinin materiallarında olan Şəmkir Rayon Məhkəməsinin 31 yanvar 2024–cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş və ev dustaqlığı qətimkan tədbirinin son müddəti 12 fevral 2024-cü il tarixədək müəyyən edilmişdir. Bundan başqa, cinayət işinin materiallarında olan ev dustaqlığı qətimkan tədbirinin müddətinin uzadılması haqqında Şəmkir Rayon Məhkəməsinin 09 fevral 2024–cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin müddət 02 ay uzadılmış, 12 aprel 2024–cü il tarixdə isə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Bununla da Təqsirləndirilən şəxs2 həbsdə və ev dustaqlığında saxlanıldığı müddət 02 ay 25 gün təşkil edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsinə əsasən müvafiq olaraq Təqsirləndirilən şəxs2 həbsdə və ev dustaqlığında saxlandığı 02 ay 25 gün müddəti nəzərə alaraq hesab edir ki, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası həbsdə saxlamanın 1 günü azadlığın məhdudlaşdırılmasının 2 gününə bərabər tutularaq, cəmi 05 ay 20 gün müddət təyin edilmiş cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158.2–ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99–1.1.1 və 99–1.1.2–ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 132.1.1–ci və 131.1.2–ci maddələrinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki–hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir. (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir). Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. Azərbaycan Respublikası CPM–nin 346.1.17–ci maddəsinə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub–olmamasıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10–cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada ekpertiza tədqiqatının dəyəri olan 50 manat məhkəmə məsrəfi tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE******************** Büdcə təsnifatının kodu 142595 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22). İttiham hökmü qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət– Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Bundan əlavə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsi üçün məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəmkir Rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi2, Müdafiəçi3 və Müdafiəçi1 həyata keçirmişdir. Müdafiəçilərin məhkəməyə təqdim etdiyi hesabatlardan görünür ki, Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsi üçün 20 (iyirmi) saat, Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsi üçün 17 (on yeddi) saat, Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi3 tərəfindən isə Təqsirləndirilən şəxs3 hüquqlarının müdafiəsi üçün 17 (on yeddi) saat vaxt sərf olunmuşdur.Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 193.2 və 193.4–cü maddələrinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001–ci il tarixli Qərarına (03 may 2018–ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 193.2, 193.4–cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs1 məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi2 ödənilməsi üçün dövlət büdcəsinin hesabına 120 manat, Təqsirləndirilən şəxs2 məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi1 ödənilməsi üçün dövlət büdcəsinin hesabına 102 manat və Təqsirləndirilən şəxs3 məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi3 ödənilməsi üçün dövlət büdcəsinin hesabına 102 manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (Hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı; Kod: 8051630; Bankın VÖEN–i:**********; Müxbir hesab: AZ03NABZ01351**********2944; S.W.İ.F.T İBAZAZ2X, hesab nömrəsi İBAN AZ03İBAZ********************, Müştəri VÖEN–i: **********) köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358 və 384–385–ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4–cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM–in 69.3–cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 06 sentyabr 2023–cü il tarixdən 08 sentyabr 2023–cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs3 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs3 üzərinə Şəmkir rayonunun hüdudlarını tərk etməmək, Şəmkir rayonunda yerləşən yaşayış yerini saat 23:00–dan saat 07:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4–cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM–in 69.3–cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 06 sentyabr 2023–cü il tarixdən 08 sentyabr 2023–cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə Şəmkir rayonunun hüdudlarını tərk etməmək, Şəmkir rayonunda yerləşən yaşayış yerini saat 23:00–dan saat 07:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4–cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 18 yanvar 2024–cü il tarixdən 31 yanvar 2024–cü il tarixədək həbsdə, 31 yanvar 2024–cü il tarixdən 12 aprel 2024–cü il tarixədək ev dustaqlığında saxlanıldığı 02 ay 25 gün müddət CM–in 69.3–cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırmasının iki gününə bərabər tutularaq təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 01 il 06 ay 10 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə Şəmkir rayonunun hüdudlarını tərk etməmək, Şəmkir rayonunda yerləşən yaşayış yerini saat 23:00–dan saat 07:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində məhkəmə məsrəfi tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE******************** Büdcə təsnifatının kodu 142595 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X2, KOD210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22). Hökmün icrası Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi2 ödənilməsi üçün dövlət büdcəsinin hesabına 120 manat, Təqsirləndirilən şəxs2 məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi1 ödənilməsi üçün dövlət büdcəsinin hesabına 102 manat və Təqsirləndirilən şəxs3 məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi3 ödənilməsi üçün dövlət büdcəsinin hesabına 102 manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (Hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı; Kod: 8051630; Bankın VÖEN–:**********; Müxbir hesab: AZ03NABZ01351**********2944; S.W.İ.F.T İBAZAZ2X, hesab nömrəsi İBAN AZ03İBAZ********************, Müştəri VÖEN–i: **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar