Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-168/2023 05.09.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi, X12 qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1995-ci il tarixdə Tovuz rayonu Düz Qırıqlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Tovuz rayonu Düz Qırıqlı kəndində qeydiyyatında olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə təxminən saat 20:10 radələrində Bakı- Qazax-Gürcüstan sərhəddi yolunun Şəmkir rayonu Düyərli kəndi ərazisindən keçən 420-ci kilometrliyində “X15” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq yəni, sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli və bununla da hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunları etməyərək idarə etdiyi VAZ 21074 markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobili Bakı istiqamətində hərəkət etdirərkən avtomobilin ön sağ hissəsi ilə yolun sol tərəfindən sağ tərəfinə keçmək istəyən piyada Zərərçəkmiş şəxs vurması nəticəsində sonuncuya sağ təpə-gicgah nahiyəsinin əzilmiş yarası, sağ təpə sümüyünün qəlpəli sınığı, baş beyinin yumşaq qişasına qansızmalar, beyin toxumasının əzilməsi, sağ bud sümüyünün orta üçdə birinin və sağ diz qapağı sümüklərinin qapalı, yerini dəyişmiş sınıqları, sağ budun aşağı üçdə birinin ön səthinin qançırı, qarının ön divarının və sağ diz oynağının iç səthinin sıyırıqları ilə müşaiyət edilən xəsarətlər yetirməklə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına həyat üçün təhlükəli olan ağır zərər vurmaqla ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. İstintaq zamanı Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli aşağıdakı istintaq sübutları ilə tam sübuta yetirilmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, özünə məxsus “VAZ-21074” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. xx.xx.2023-cü il tarixdə təxminən saat 20:10 radələrində qeyd edilən avtomobili 50-60 km/saat sürətlə Bakı-Qazax yolu ilə Bakı şəhəri istiqamətində hərəkət etdirərkən həmin yolun Şəmkir rayonu Düyərli kəndi ərazisindən keçərkən yolun sol tərəfindən bir nəfər oğlan və bir nəfər qadının əl-ələ tutaraq adi qaçışla qaçaraq yolun sol tərəfindən sağ tərəfə keçmək istədiklərini görmüşdür. Həmin vaxt piyadaları vurmamaq üçün sükanı sola çevirmiş, lakin buna baxmayaraq avtomobilin ön sağ hissəsi ilə piyadalardan birini, yəni adını sonradan bildiyi Zərərçəkmiş şəxs vurmuşdur. Hadisədən sonra Zərərçəkmiş şəxs xəstəxanaya aparmış, lakin xəstəxanaya çatanda həkimlər piyadanın almış olduğu xəsarətlərdən öldüyünü bildirmişlər. Hadisədən sonra zərər çəkmiş şəxsin hüquqi varisi ilə barışmışdır. Zərərçəkmiş şəxsin hüquqi varisinin ondan heç bir şikayət və tələbi yoxdur. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X10 ifadəsində bildirdi ki, mərhum Zərərçəkmiş şəxs onun anasıdır, anasının sağlığında bir evdə yaşamışlar. xx.xx.2023-cü il tarixdə təxminən saat 19:30 radələrində ailəsi ilə birgə Ağstafa rayonuna getmək istəyərkən anası Pakizə onu yolüstü Şəmkir rayonu Düyərli kəndində yaşayan bacısı X4 evinə düşürməklərini xahiş etmişdir. Anası Pakizə, özünün azyaşlı nəvələri Şahid2, Şahid3 və qaynı Şahid1 ilə birgə özünə məxsus Mercedes-Benz markalı **-VD-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşib Şəmkir şəhərindən Bakı-Qazax yoluna çıxaraq Qazax istiqamətində hərəkətə başlamışlar. Hərəkətdə olarkən təxminən saat 20:10 radələrində həmin yolu Şəmkir rayonu Düyərli kəndi ərazisindən keçərkən Şahid1 avtomobili yol kənarında yerləşən, bacısı evinin paralel olaraq qarşısında, yəni yolun Qazax istiqamətindəki sol çiyinin üzərində saxlamışdır. Anası Pakizə avtomobildən düşəndə o, nəvəsi Əliyə avtomobildən düşüb Zərərçəkmiş şəxs əlindəın tutaraq yolu digər tərəfinə keçməsinə köməklik etməsini tapşırmışdır. Nəvəsi Əli avtomobildən düşəndən sonra anası Pakizənin sol əlindən tutub yolu keçməyə başlamışdır. O, avtomobilin içərisində oturan zaman əks istiqamətdən nəqliyyat vasitəsinin gəldiyini görmüş və bu zaman bərk tappıltı səsi eşitmişdir. Səsi eşidib avtomobildən düşərək yola baxanda anasının xəsarət almış vəziyyətdə yolda uzandığını görmüşdür. O, tez anasının yanına qaçaraq onun başını qaldıranda huşsuz olduğunu görmüşdür. Həmin vaxt hadisəni törədən “VAZ-21074” markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü, adını sonradan bildiyi Təqsirləndirilən şəxs anasını öz avtomobili ilə xəstəxanaya aparmışdır. Lakin xəstəxanaya çatanda həkimlər anasına baxıb öldüyünü bildirmişlər. O, mövcud hadisənin necə baş verdiyini görməmişdir. Nəvələri Şahid2 və Şahid3 deməsinə görə anası Pakizə, nəvəsi Əlinin əlindən tuturaraq adi qaçışla yolu keçən zaman Qazax istiqamətindən sürətlə gələn “VAZ-21074” markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobil yolun Bakı istiqamətindəki yol qurtaracağının üzərində ön sağ hissəsi ilə Pakizəni vurmuşdur. Həmin vaxt anası Pakizə təhlükəni hiss edərək Əlini kənara itələmiş, buna görə də avtomobil Əlini vurmamışdır. Hazırda təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. Məhkəmədən təqsirləndirilən şəxsin barəsində qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, mərhum Zərərçəkmiş şəxs yaxın qohumudur. xx.xx.2023-cü il tarixdə təxminən saat 19:30 radələrində Ağstafa rayonuna getmək istəyəndə qohumu Zərərçəkmiş şəxs onu da yolüstü Şəmkir rayonu Düyərli kəndində yaşayan qızı X4 evinə düşürməklərini xahiş etmişdir. Bundan sonra Zərərçəkmiş şəxs qardaşı övladları Şahid2, Şahid3 və qardaşı arvadı X10 ilə birgə Gülşənə məxsus “Mercedes-Benz” markalı **-VD-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşib Şəmkir şəhərindən Bakı-Qazax yoluna çıxaraq Qazax istiqamətində hərəkətə başlamışlar. Hərəkətdə olakən təxminən saat 20:10 radələrində həmin yolu Şəmkir rayonu Düyərli kəndi ərazisindən keçəndə avtomobili yol kənarında yerləşən qohumu Xalidənin evinə paralel olaraq qarşısında, yəni yolun Qazax istiqamətindəki yol çiyninin üzərində saxlamışdır. Zərərçəkmiş şəxs avtomobildən düşərkən Gülşən nəvəsi Əliyə avtomobildən düşüb Pakizənin əlindən tutaraq yolu digər tərəfə keçməsinə köməklik etməsini tapşırmışdır. Əli avtomobildən düşəndən sonra Zərərçəkmiş şəxs sol əlindən tutub yolu keçməyə başlamışdır. O, avtomobilin sükanı arxasinda oturub avtomobilin qəza işıqlarını yandıran zaman bir anda əks istiqamətdən nəqliyyat vasitəsinin gəldiyini görmüş və həmin vaxt bərk tappıltı səsi eşitmişdir. Səsi eşidib avtomobildən düşərək yola baxanda Zərərçəkmiş şəxs xəsarət almış vəziyyətdə yolda uzandığını görmüşdür. O tez Pakizənin yanına qaçaraq onun başını qaldıranda huşsuz olduğunu görmüşdür. Həmin vaxt Zərərçəkmiş şəxs vuran “VAZ-21074” markalı **- BL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü, adını sonradan bildiyi Hüseynov X9 öz avtomobili ilə xəstəxanaya aparmış, lakin xəstəxanaya çatanda həkimlər Zərərçəkmiş şəxs baxıb öldüyünü bildirmişlər. O, mövcud hadisənin necə baş verdiyini görməmişdir. Qardaşı övladları Şahid2 və Şahid3 deməsinə görə Zərərçəkmiş şəxs, Əlinin əlindən tuturaraq adi qaçışla yolu keçən zaman Qazax istiqamətindən sürətlə gələn “VAZ-21074” markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobil yolun Bakı istiqamətindəki yol qurtaracağının üzərində ön sağ hissəsi ilə Zərərçəkmiş şəxs vurmuşdur. Həmin vaxt Zərərçəkmiş şəxs təhlükəni hiss edəndə Əlini kənara itələmişdir. Ona görə də avtomobil Əlini vurmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X7 ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs qohumudur. xx.xx.2023-cü il tarixdə təxminən saat 20 radələrində Turan, özünə məxsus “VAZ-21074” markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə onun evinə qonaq gəlmiş və birgə olaraq kənddə keçirilən yas mərasiminə getmək qərarına gəldikləri üçün qeyd edilən avtomobilə əyləşmişlər. O, ön sağ oturacaqda əyləşəndən sonra Turan sükan arxasına keçib avtomobili işə salaraq kənd yolundan Bakı- Qazax yoluna çıxıb Bakı istiqamətində hərəkətə başlamışdır. Hərəkətdə olarkən telefonda oyun oynadığı üçün yola fikir verməmişdir. Bu zaman avtomobilin nəyəsə çırpıldığını hiss edəndə Turan avtomobili saxlamışdır. Onlar, avtomobildən düşəndə yolda xəsarət almış vəziyyətdə yerə uzanıqlı qadının olduğunu görmüşlər. Onlar qadına yaxınlaşmış və qadını avomobilə uzadıb Şəmkir rayon məkəzi xəstəxanasına aparmışlar. Lakin xəstəxanaya çatanda həkimlər piyadaya baxıb almış olduu xəsarətdən öldüyünü bildirmişlər. O, sərnişini olduğu avtomobillə hərəkətdə olarkən telefonla oynadığı üçün yola baxmadığımdan piyadanın haradan və necə qarşılarına çıxdığını görməmişdir. Sürücü Təqsirləndirilən şəxs deməsinə görə bir nəfər oğlan və bir nəfər qadın əl-ələ tutaraq adi qaçışla qaça-qaça yolun sol tərəfindən sağ tərəfinə keçmək istəyəndə Turan aradakı məsafə az olduğundan avtomobili saxlaya bilməyərək piyadalardan birini, yəni adını sonradan bildiyi X5 vurmuşdur. Məhkəmə istintaqı zamanı qanuni nümayəndəsi X3 iştirakı ilə şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirdi ki, mərhum Zərərçəkmiş şəxs anası Ayşən Abdullayevanın nənəsidir, xx.xx.2023-cü il tərixdə təxminən saat 19:30 radələrində onlar hamısı ailəsilə Ağstafa rayonuna getmək istəyərkən Pakizə nənəsi də onlarla getdi ki, yarıyolda o biri qızıgildə düşəcək. Bundan sonra anasının nənəsi Zərərçəkmiş şəxs, anasının anası-nənəsi Gülşən Əliyeva, kiçik qardaşı Şahid2 və əmisi Şahid1la birgə nənəsi Gülşənə məxsus avtomobilə əyləşib getdilər. Əmisi Namiq, avtomobili yol kənarında yerləşən xalası Xalidənin evinin yaxınlığında, yolun Qazax istiqamətindəki yol çiyninin üzərində saxlamışdır. Yolda harda ki Pakizə nənəsi düşdü, Gülşən nənəsi qardaşına və ona tapşırdı ki, Pakizə nənəni yolun digər tərəfinə keçirməyə kömək etsinlər. Qardaşı Əli avtomobildən düşəndən sonra sağ əli ilə Zərərçəkmiş şəxs sol əlindən tutub yeriyə-yeriyə yolu keçməyə başladı. Özü isə avtomobildən düşüb ayaqqabısının iplərini bağladığına görə Pakizə nənəsindən və qardaşı Əlidən geridə qaldı. Əli isə Pakizə nənəsi ilə yolu keçməyə başladılar. Bu zaman yolun sag qarşı tərəfindən sürətlə avtomobil gəldiyini görüb nənəsi Pakizəyə və qardaşına qışqıraraq avtomobil gəldiyi üçün yolu tez keçməklərini dedi. Sonra xatırladığı o oldur ki, Pakizə nənəsi yerə yıxılı idi, yəni surətlə gələn maşın onu vurmuşdur. Gülşən nənəsi və Namiq əmisi hamısı hadisə olan tərəfə qaçdılar. Vuran sürücü Pakizə nənəsini öz avtomobili ilə xəstəxanaya apardı. Sonra isə nənəsinin öldüyünü eşitdi. Məhkəmə istintaqı zamanı qanuni nümayəndəsi X3 iştirakı ilə şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirdi ki, mərhum Zərərçəkmiş şəxs anası Ayşən Abdullayevanın nənəsidir, xx.xx.2023-cü il tərixdə təxminən saat 19:30 radələrində onlar hamısı ailəsilə Ağstafa rayonuna getmək istəyərkən Pakizə nənəsi də onlarla getdi ki, yarıyolda o biri qızıgildə düşəcək. Bundan sonra anasının nənəsi Zərərçəkmiş şəxs, anasının anası-nənəsi Gülşən Əliyeva, qardaşı Şahid3 və əmisi Şahid1la birgə nənəsi Gülşənə məxsus avtomobilə əyləşib getdilər. Əmisi Namiq, avtomobili yol kənarında yerləşən xalası Xalidənin evinin yaxınlığında, yolun Qazax istiqamətindəki yol çiyninin üzərində saxlamışdır. Yolda harda ki Pakizə nənəsi düşdü, Gülşən nənəsi qardaşına və ona tapşırdı ki, Pakizə nənəni yolun digər tərəfinə keçirməyə kömək etsinlər. O düşəndən sonra sağ əli ilə Zərərçəkmiş şəxs sol əlindən tutub yeriyə-yeriyə yolu keçməyə başladılar. Qardaşı Rəvan isə avtomobildən düşüb ayaqqabısının iplərini bağladığına görə Pakizə nənəsindən və ondan geridə qaldı. Pakizə nənəsi ilə yolu keçməyə başladılar. Bu zaman yolun sag qarşı tərəfindən sürətlə avtomobil gəldiyini görüb nənəsi Pakizənin əlindən dartdı ki, tez keçsinlər, lakin nənəsi Pakizə onun əlini itələlədi. Bu zaman surətlə gələn maşın Pakizə nənəsini vurdu və nənəsi yerə yıxıldı. Sonra hamı ora gəldi, Bu isə qaçıb Xalidə nənəsini çağırdı, vuran sürücü Pakizə nənəsini öz avtomobili ilə xəstəxanaya apardı. Sonra isə nənəsinin öldüyünü eşitdi. Cinayət işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -Sərxoşluğun müayinəsinə dair 67 saylı, xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Təqsirləndirilən şəxs hadisə vaxtı ayıq vəziyyətdə olmuşdur. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş DYPİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli sorğuya cavab məktubundan və AE 315253 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polis İdarəsinin Tovuz RQİTBŞ tərəfindən xx.xx.2015-ci il tarixdə BC kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və həmin sənədin etibarlılıq tarixi xx.xx.2025-ci il tarixədək müəyyən edilmişdir. Təqsirləndirilən şəxs sürücülük hüququndan məhrum edilməmişdir. -AD 226303 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs hadisə vaxtı idarə etdiyi “VAZ-21074” minik markalı, **-BL-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil Mingəçevir şəhəri, 3-cü Naxçıvan döngəsi, ev-35 ünvanında qeydiyyatda olan X8 adına rəsmiləşdirilmişdir. -ƏN-Vİİİ 646441 nömrəli etibarnamədən görünür ki, ““VAZ-21074” minik markalı, **- BL-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil üzərində qanunvericilikdə nəzərdə tutulan müvafiq səlahiyyətlərə, yəni müvəqqəti istifadəyə, idarə etməyə, mülkiyyətçi adından icarə məqsədi ilə etibarnamələr verməyə dair xx.xx.2023-cü il tarixdə 3 ay müddətinə, yəni xx.xx.2023-cü il tarixədək mülkiyyətçi X13 tərəfindən Təqsirləndirilən şəxs etibarnamə verilmişdir. - “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 03 mart 2023-cü il tarixli protokoldan görünür ki, yol-nəqliyyat hadisəsi Bakı-Qazax-Gürcüstan sərhəddi yolunun 420-ci kilometrliyində baş vermişdir. Yolun hərəkət hissəsi düz, asfalt örtüklüdür. Hadisə zamanı yağış yağdığı üçün yol yaş vəziyyətdə olmuşdur. Yol örtüyünün eni 12 metrdir. Yolun hərəkət zolaqlarının sayı 2, hərəkət hissəsinin eni 12 metrdir. Zolaqları bütöv ox xətti ayırır. Sağdan yol çiyni 3 metr, soldan yol çiyni 3 metrdir. Sonra sağdan kənd tipli tikililər, soldan torpaq sahəsi vardır. Yol işıqlandırılmır. Piyada yolun Bakı istiqamətindəki hərəkət zolağının üzərində sağdan sola doğru 1.9 metr məsafədə vurulub. Şin izləri aşkar edilmədi. Tormozlama izləri aşkar edilmədi. “VAZ-21074” markalı 45 BL-522 dövlət qeydiyyat nişanlı avtomobilin ön sağ hissəsi əzilib, ön sağ fara və alın şüşəsinin sağ tərəfi sınmışdır. -Məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 15 saylı rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs meyiti üzərində müəyyən edilmiş xəsarətlər sağ təpə-gicgah nahiyəsinin əzilmiş yarası, sağ təpə sümüyünün qəlpəli sınığı, baş beyinin yumşaq qişasına qansızmalar, beyin toxumasının əzilməsi, sağ bud sümüyünün orta üçdə birinin və sağ diz qapağı sümüklərinin qapalı, yerini dəyişmiş sınıqları, sağ budun aşağı üçdə birinin ön səthinin qançırı, qarının ön divarının və sağ diz oynağının iç səthinin sıyırıqları küt əşyaların təsirindən törənmişlər, xx.xx.2023-cü il tarixdə avtomobilin piyadanı vurması nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb avtomobil qəzası zamanı aldığı ağır kəllə-beyin travması nəticəsində baş beyin yumşaq qişasına qansızmalar və beyin toxumasının əzilməsi olmuşdur. -Məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının xx.xx.2023-cü il tarixli, 8/993 saylı rəyindən görünür ki, VAZ-21074 markalı **-BL-*** dövlət qeydiyyat omobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində X15 Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. -Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən verilmiş tələbnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. -Tovuz RİHB-nin Düz Qırıqlı kənd İƏD üzrə nümayəndəlik tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunmuşdur. -**********388 saylı notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, X1 Turan Rafiq oğlundan heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası Cinayət Məcələsinin 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda — üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “X15” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsində qeyd edilir ki, sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şəraiti, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 nömrəli Qərarının 17-ci bəndində məhkəmələrə tövsiyyə olunmuşdur ki, konkret bir hadisədə yol-hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması həm CM-nin 263.1, 263.1-1, 263.2, 263.3, 263-1.1, 263- 1.2, 263-1.3, 263-1.4, 351.1, 351.2 və 351.3-cü maddələrində nəzərdə tutulmuş, həm də bu madələrdə nəzərdə tutulmamış (məsələn, şəxsin sağlamlığına yüngül zərər vurulması, yaxud da onun əmlakının zədələnməsi və ya məhv edilməsi) nəticələrdən bir neçəsinə səbəb olduqda, təqsirləndirilən şəxsə elan olunmuş ittihamda və ittiham hökmünün təsviri hissəsində baş vermiş nəticələrin hamısı göstərilməli, lakin onun əməli cinayət qanununun bu nəticələrdən daha ağırına görə məsuliyyət nəzərdə tutan maddəsi ilə tövsif edilməlidir. Məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə, iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin hüquqi varisinin ifadəsi, şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və işin digər materialları ilə tam sübuta yetirilir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, əməlindən peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini (CM-59.2) nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növü kimi azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməli, təyin ediləcək əsas cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.1) və cəza çəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, iş üzrə maddi sübut kimi tanınmış “VAZ-21074” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə ödənilməlidir (CPM-198.1.). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə maddi sübut, mülki iddia və müsadirə edilməli yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış “VAZ-21074” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (Adı: X2, Kodu: 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab № AZ34CTRE ********************, büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3) hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Şəfəq Məmmədova
Məhkəmə qərarları › İş №1(076)-168/2023
Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-168/2023
05.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver