Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 1(076)-168/2025 03.03.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs: Təqsirləndirilən şəxs Müdafiəçi: Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1991–ci il tarixdə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində dörd nəfər azyaşlı uşağı olan, anası, əvvəllər məhkum olunmayan, fərdi əməklə məşğul olan, Şəmkir rayonu, Qasımalılar kəndində qeydiyyatda olmaq həmin kənddə yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 128–ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 16 fevral 2025-ci il tarixdə saat 19 radələrində Şəmkir rayonu, Qasımalılar kəndində yaşadıqları evdə əri Zərərçəkmiş şəxs ona X1 ilə birlikdə şərikli çörək sexində işləməsinə görə narazılıq etməsi səbəbindən aralarında şəxsi münasibətlər zəmnində yaranmış mübahisə zamanı sonuncunun qarın nahiyəsinə xəncərlə bir dəfə vuraraq ona qarın ön divarının daxilə keçməyən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa qəsdən yüngül zərər vurmuşdur. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cinayət qanunu ilə nəzərdə tutulan əməli törətməkdə özünü təqsirli bilib məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, 19 yanvar 2025-ci il tarixdə əvvəllər tanıdığı Gədəbəy rayon, Moruqlu kənd sakini Taleh Verdiyev ilə şərikli olaraq Gədəbəy rayonu, Zəhmət kəndində çörək sexi icarəyə götürərək işlətməyə başlamışlar. Əri Zərərçəkmiş şəxs əvvəldən onun Taleh adlı şəxslə şərikli çörək sexi açıb işlətməyinə razı olmamışdır. Çörək sexinin açılışından 3-4 gün sonra Namaz həmin çörək sexinə içkili halda gələrək orda onunla mübahisə etmiş, onu nalayiq ifadələrlə təhqir etmiş və onun orada işləməyinə imkan verməyəcəyini bildirmişdir. Həmçinin onun barəsində Gədəbəy rayon polis şöbəsinə şikayət ərizəsi vermiş, bunula bağlı olaraq o da Şəmkir Rayon Məhkəməsinə rəsmi qaydada boşanma ərizəsi ilə müraciət etmişdir. Bu mübahisədən bir gün sonra onlar Zəhmət kəndində yerləşən çörək sexini bağlayaraq Gədəbəy rayonu, Arıqdam kəndindəki “Ləzzət” adlı restoranın tərkibində olan çörək sexini Taleh adlı şəxslə şərikli olaraq icarəyə götürmüşlər. Əri Namaz dəfələrlə Taleh adlı şəxslə şərikli olaraq işlətdikləri “Ləzzət” adlı restoranın tərkibində olan çörək sexinə gələrək işlərində onlara köməklik etmişdir. Buna baxmayaraq Namaz hər dəfə içkili halda onun çörək sexində işləməyi ilə bağlı onunla mübahisə etmişdir. 16 fevral 2025-ci il tarixdə, təxminən saat 10 radələrində o, çörək sexində işləyən zaman Zərərçəkmiş şəxs ona mobil telefonla zəng edərək pulu olmadığını və evə gələrkən çörək almağını bildirmişdir. O, həmin gün saat 11 radələrində çörək alaraq Şəmkir rayonu, Qasımallar kəndinə yaşadıqları evə gəlmiş, süfrə arxasında əyləşib nahar edən zaman Namaz yenə spirtli içki qəbul etmişdir. Həmin gün saat 19 radələrində Namaz işə gedəcəyini bildirərək ondan 20 manat pul almış, o, qızı Mələk ilə birlikdə çörək sexinə iş yerinə getmək istəyəndə Namaz onun işə getməyinə imkan verməmişdir. Bundan sonra aralarında yenə mübahisə başlamış, Namaz onu nalayiq ifadələrlə təhqir edərək xəncəri yaşadıqları evdə stolun üstündən götürərək işə getməyəcəyi ilə bağlı onu hədələmiş, onu ərinin vurmasından ehtiyat etdiyi üçün xəncəri Namazın əlindən alaraq çıxıb getmək istəmiş, Namaz xəncəri onun əlindən almaq üçün qınından tutub çəkən zaman xəncər qınından çıxmış və Namaz qayıdıb onu vurmasın deyə arxaya çevrilən zaman əlindəki xəncərin uc hissəsi ilə Namazın qarın nahiyəsinə xəsarət yetirmiş, Namaz yerə diz çökərək xəncərin onun qarın nahiyəsinə girdiyini bildirmişdir. Həmin vaxt Namazın qarın nahiyəsindən qan axmağa başlamışdır. Bundan sonra o, Namazın paltarını çıxarıb spirtlə onun qarın nahiyəsindəki yarasını təmizləmişdir. Daha sonra Namazın əynindən çıxardığı qanlı paltarları sellofan pakete qoyaraq xəncərlə birlikdə yaşadıqları evdən çıxmış və həmin sellofan paketi xəncərlə birlikdə atmışdır. Lakin həmin vaxt həyacanlı olduğu üçün xəncəri atdığı yeri xatırlamır. Hazırda əməlindən peşmandır. Zərərçəkmiş şəxsdən üzrxahlıq etmiş, ona dəymiş ziyanı ödəmiş, əri Namaz da onunla barışmışdır. Zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbi yoxdur. Odur ki, məhkəmədən ifadəsində göstərilənləri nəzərə alaraq, cinayət məsuliyyətindən azad edilməsi haqda qərar qəbul edilməsini xahiş edir. Məhkəmə baxışı iclası zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, təxminən hadisədən 15-20 gün əvvəl yoldaşı Təqsirləndirilən şəxs yaşadıqları evdən 1700 manat pul götürərək Gədəbəy rayon sakini, Taleh adlı şəxslə birgə Gədəbəy rayonu, Zəhmət kəndində şərikli çörək sexi açmışlar. Daha sonra həmin çörək sexini Gədəbəy rayonunun Arıqdam kəndində yerləşən “Ləzzət” adlı restoranın ərazisinə köçürərək orda fəaliyyətlərini davam etdirmişlər. O, əvvəldən arvadı Aynurun Taleh adlı şəxslə şərikli çörək sexi açmalarına razı olmamış və dəfələrlə yoldaşı Aynura bu barədə öz narazılığını bildirmişdir. 16 fevral 2025-ci il tarixdə, təxminən günorta radələrində o, yaşadıqları evdə spirtli içki qəbul etmiş, Aynur da evdə olmuşdur. Həmin gün, saat 19 radələrində yenidən Aynur ilə onun arasında Taleh adlı şəxslə şərikli çörək sexi işlətməsi səbəbindən mübahisə yaranmışdır. O, dəfələrlə arvadına onun Talehlə çörək sexi işlətməyinə qarşı olduğunu bildirsə də sonuncu ona məhəl qoymayaraq işinə davam edəcəyini bildirmişdir. Arvadı Aynur mübahisə zamanı evi tərk edib çörək sexinə getmək istədiyini bildirdikdə o, Aynurun qolundan tutaraq getməsinə imkan verməmiş, Aynur ona məhəl qoymayaraq azyaşlı qızı Mələyi və babasından yadigar qalan xəncəri özü ilə aparıb getmək istəyəndə getməməsi üçün onu hədələmiş, mübahisə zamanı Aynur əlindəki xəncərin uc hissəsi ilə onun qarın nahiyəsinə 01 dəfə zərbə vurmuş və nəticədə o, qarın nahiyəsindən xəsarət almışdır. Bundan sonra Aynur əynində olan paltarları soyundurub qarın nahiyəsindəki yarasını evdə olan spirtlə təmizləmiş, daha sonra əynindən çıxardığı paltarları sellofan paketə qoyub, xəncəri də özü ilə apararaq qızı Mələk ilə birlikdə evdən çıxıb getmişdir. Sonradan Aynur ondan üzr istəmiş, ona dəymiş ziyanı tamamilə ödəmişdir, o da Aynurla barışmışdır, ondan şikayət və tələbi yoxdur, məhkəmədən Aynurun barəsində olan işə xitam verilməsini xahiş edir. Məhkəmə, ibtidai araşdırma mərhələsində iş üzrə şahid qismində dindirilmiş, lakin məhkəmə istintaqında iştirak etməmiş Şahid da məhkəmə istintaqında elan edilərək tədqiq olunmuş ifadəsini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. Belə ki, ibtidai araşdırma zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir və təqaütçüdür. Bildirmiş ki, Şəmkir rayonu, Qasımalılar kəndində oğlu Talehlə birlikdə yaşayr. Öz tikdirdiyi evi isə digər oğlu Zərərçəkmiş şəxs vermiş ki, ailəsi uşağı ilə birlikdə yaşasın. Oğlu Zərərçəkmiş şəxs ilə 16 ildir ki, gəlni Təqsirləndirilən şəxs ilə rəsmi olaraq ailə həyatı qurmuşlar dörd övladları olmuşdur. Aralarında heç bir ədavəti, düşmənçiliyi olmamışdır, münasibətləri normal olmuşdur. Lakin sonradan onun gəlni Aynurla münasibətləri normal olmadığından o, evi oğlu Namaza verib digər oğlu Talehlə hal-hazırda birlikdə yaşayırlar. xx.xx.2025-ci il tarixdə oğlu Zərərçəkmiş şəxs DİN-nin 102 xidmətinə və Şəmkir RPŞ-nə ərizə ilə etmiş olduğu müraciətlə tanış olmuşdur. Həmin müraciət əsasında bildirmiş ki, xx.xx.2025-ci il tarixdə o, evdə olan zaman eşitmiş ki, oğlu Namazı gəlni Aynur evdə olan xəncərlə qarın nahiyəsinə xəsarət yetirmişdir. O, həmin xəbəri eşidəndə halı pisləşmiş və ona tibbi yardı göstərilməsi üçün Şəmkir RMX-na aparmışlar. Daha sonra Aynurun anası Gülnaz gəlmiş və baş vermiş hadisə barədə ondan xəbər alanda o, hadisənin baş verməsini ertəsi günü bildiyini demişdir. Bundan əlavə bu mübahisələrin yaranmasına səbəb gəlni Aynur çörək bişirilən yeri öz başına açdığı və işlətdiyi üçün ailədə əri Namazla dava-dalaşları və mübahisələri olduğunu gəlni Aynurun anası Gülnaza bildirmişdir. Bundan əlavə o, gəlni Aynurdan imtina edir və onun evində yaşamağı barədə narazıdır. İş materiallarında olan 16 fevral 2025–ci il tarixli baxış keçirilməsi barədə protokoldan görünür ki, Zərərçəkmiş şəxs iştirakı ilə hadisə yerinə baxış keçirilmiş, bu barədə protokol tərtib edilərək fotoşəkillər çəkilmişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə–Tibbi Ekspertiza və Pataloji Anatomiya birliyinin Şəmkir rayon şöbəsinin 17 fevral 2025–ci il tarixli, 100 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər– qarının ön divarının daxilə keçməyən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası deşici-kəsici alətlə yetirilmişdir, törənmə müddəti 16 fevral 2025-ci il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə bu xəsarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikası DİN–nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Şəmkir RİHB–nın Qasımalılar kənd İƏD üzrə nümayəndəsi tərəfindən 19 fevral 2025-ci il tarixdə verilmiş xasiyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. İşə əlavə edilmiş Zərərçəkmiş şəxs tərəfindən yazılmış ərizədən görünür ki, Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tamamilə ödəmiş, onunla barışmış və sonuncudan heç bir şikayət və tələbi yoxdur. Beləliklə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlarla cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəmnində baş vermiş mübahisə zamanı sonuncunun Zərərçəkmiş şəxs qarın nahiyəsinə xəncərlə vuraraq qəsdən onun sağlamlığına yüngül zərər vurması tam sübuta yetirilmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Bununla belə Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxslə barışdığını, ona dəymiş ziyanın ödənildiyini və təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi olmadığını bildirib, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs da ərizə ilə məhkəməyə müraciət edərək zərərçəkmiş şəxslə barışdığını və əməlindən peşman olduğunu bildirib barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin və zərərçəkmiş şəxsin məhkəmə baxışı zamanı verdikləri ifadələrini, zərərçəkmiş şəxsin ərizəsində göstərilən halları və digər iş materiallarını nəzərə alaraq aşağıdakı əsaslara görə hesab edir ki, tərəflərin barışması ilə əlaqədar məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə işin icraatına xitam verilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilk dəfədir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsində nəzərdə tutulmuş əməli törətmişdir. Cinayəti törətdikdən sonra zərərçəkmiş şəxslə barışmış və ona vurulmuş zərəri aradan qaldırmışdır. Zərərçəkmiş şəxs onun barəsində işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmiş, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs isə barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə işin icraatına xitam verilməsinə etirazı olmadığını bildirib işə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxslə zərərçəkmiş şəxsin barışmasını əsas tutaraq, məhkəməyədək sadələşdirilmiş icraat materialına xitam verilməsini mümkün hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1–ci maddəsinə görə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2–ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1–ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73- 1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Məhkəmə qanunun qeyd olunan müddəalarına istinad edərək belə nəticəyə gəlir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığına və ona dəymiş ziyanı tamamilə ödədiyinə görə barəsində cinayət təqibinə xitam verilməsini və onun cinayət məsuliyyətindən azad edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. İş üzrə maddi sübut, mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Bundan əlavə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Müdafiəçinin məhkəməyə təqdim etdiyi hesabatdan görünür ki, Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 6 saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 193.2 və 193.4–cü maddələrinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001–ci il tarixli Qərarına (03 may 2018–ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 193.2, 193.4–cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 36 manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (Hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı; Kod: 8051630; Bankın VÖEN–i:**********; Müxbir hesab: AZ03NABZ**********000002944; S.W.İ.F.T İBAZAZ2X, hesab nömrəsi İBAN AZ03İBAZ********************, Müştəri VÖEN–i: **********) köçürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM–in 40.3, 321, 344–347, 356, 358 və 384.1.3-cü maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARAALDİ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmiş Təqsirləndirilən şəxs barəsində həmin Məcəllənin 73.2-ci maddəsi tətbiq edilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 36 (otuz altı) manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (Hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı; Kod: 8051630; Bankın VÖEN–:**********; Müxbir hesab: AZ03NABZ**********000002944; S.W.İ.F.T İBAZAZ2X, hesab nömrəsi İBAN AZ03İBAZ********************, Müştəri VÖEN–i: **********) köçürülsün. Qərardan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №1(076)-168/2025
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №1(076)-168/2025
03.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver