Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 1(076)-169/2023 31.05.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X3 iclas katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun X1 üzrə İdarənin rayon (şəhər) məhkəmələrində X1 üzrə şöbənin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs Yervant oğlunun və müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx.xx.1988-ci ildə Şəmkir şəhərində anadan olmuş, azərbaycanlı, AR vətəndaşı orta təhsilli, evli, məhkum olunmamış, işsiz, Şəmkir şəhər Səməd Vurğun küçəsi ev- 90 da qeydiyyatda olan və yaşayan, Təqsirləndirilən şəxs Yervant oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs Yervant oğlu zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs Yervant oğlu xx.xx.2023-cü il tarixdə saat 19:00 rauələrində yaşadığı Şəmkir şəhəri Səməd Vurğun küçəsi 90 nömrəli evdə arvadı Zərərçəkmiş şəxs hamamda çimərkən hamama gedən qazı bağladığından aralarında mübahisə yaranmış bu zaman Təqsirləndirilən şəxs arvadı Zərərçəkmiş şəxs dini yığıncaqlara getməyəcəyini bildirərək əsəbləşib əl zərbəsi ilə onun üz nahiyyəsinə qəsdən vuraraq təpik zərbələri ilə isə ayaq nahiyysinə vuraraq üst dodağı selikli hissəsinə qansızma, sol baldırın yuxarı üçdə birinin diz oynağına keçən hissəsinin yumşaq toxumalarının qançır və ağrı halında əzniyi ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs Yervant oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ona istinad olunan əməli törətməsində özünü təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 19:00 radələrində yaşadığı evdə arvadı Zərərçəkmiş şəxs “Yahova şahidləri” dini icmasının yığıncaqlarına getməməsi barədə sözlə xəbərdarlıq etmiş, bundan sonra aralarında mübahisə baş vermiş, mübahisə əsnasında əl zərbələri ilə Zərərçəkmiş şəxs üz nahiyyəsinə vuraraq ona xəsarətlər yetirmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs Yervant oğlu məhkəmə iclasında ərizə təqdim edərək, qeyd edilən cinayət qanununda nəzərdə tutulmuş əməl üzrə özünü təqsirli hesab etdiyini, zərərçəkmiş şəxslə barışdığını, dəymiş ziyanı tam ödədiyini, bununla əlaqədar olaraq cinayət işinin icraatına xitam verilməsini və bu əsasla cinayət işinə xitam verilməsinin bəraətverici əsas olmadığının ona aydın olduğunu qeyd etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 29 aprel 2023-cü il tarixdə saat 19:00 radələrində yaşadığı evin hamam otağında duş qəbul edərkən, əri Təqsirləndirilən şəxs Yervant oğlunun qaz krantını bağlaması nəticəsində, hamam otağından çıxmaq məcburiyyətində qalmış daha sonra əri Təqsirləndirilən şəxsla aralarında baş verən söz mübahisəsi vaxtı, Təqsirləndirilən şəxs əl zərbəsi ilə üz nahiyyəsinə təpik zərbələri ilə isə ayaq nahiyyələrinə vuraraq ona xəsarətlər yetirmişdir. Həmçinin Zərərçəkmiş şəxs notarial qaydada təsdiqlənmiş ərizəsini məhkəməyə təqdim edərək, Təqsirləndirilən şəxs Yervant oğlu ilə barışdığını, dəymiş ziyanı tam olaraq ödənildiyini, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirib, Təqsirləndirilən şəxs Yervant oğlunun barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İş üzrə tərəflərin xahişi ilə məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid ifadəsindən görünür ki, xx.xx.2023-cü il tarixdə saat 19:00 radələrində ünvan 1 ünvanda olarkən, gəlni Zərərçəkmiş şəxs qışqırıq səslərinə onun otağına getmiş, otağa daxil olarkən oğlu Təqsirləndirilən şəxsla gəlni Zərərçəkmiş şəxs dava dalaş etməsini görmüş. Təqsirləndirilən şəxs əl zərbəsi ilə Zərərçəkmiş şəxs vurduqdan sonra onları aralamış dava dalaş olmasına imkan verməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli baxış keçirilməsi barədə protokoldan görünür ki, hadisə yerinə Zərərçəkmiş şəxs iştirakı ilə baxış keçirilmiş, baxış keçirilən yer Şəmkir şəhər Səməd Vurğun küçəsi ev-90 da yerləşən fərdi yaşayış evinin olması müəyyən edilmişdir. Baxış zamanı Zərərçəkmiş şəxs əri Təqsirləndirilən şəxs tərəfindən döyüldüyü yeri əyani olaraq göstərmişdir. Şəmkir rayon məhkəmə tibbi ekspertiza və patoloji anatomiya birliyinin Şəmkir şöbəsinin məhkəmə-tibb ekspertinin 29 aprel 2023-cü il tarixli 435 saylı “canlı şəxsin ekspertizası” rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər- üst dodağın selikli hisəsinə qansızma, sol baldırın yuxarı iə birinin diz oynağına keçən hissəsinin yumşaq toxumalarının qançır və ağrı halında əzniyi küt əşyaların təsirindən törənmişlər, törənmə müddətləri 29 aprel 2023-cü il tarixə uyğun gəlir. Ağırlıq rəcəsinə görə sol baldırın yuxarı üçdə birinin diz oynağına keçən hissəsinin yumşaq toxumalarının qançır və ağrı halında əzniyi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir, üst dodağın selikli hisəsinə qansızma isə sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün ağırlıq dərəcəsi təyin edilmir. xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Yervant oğlu ona elan edilmiş ittihamda özünü təqsirli bilmiş və verdiyi ifadənin doğruluğunu imza edərək təsdiq etmişdir. xx.xx.2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs tərəflər arasında keçirilən üzləşmə zamanı əri Təqsirləndirilən şəxs Yervant oğlu tərəfindən döyülməsini Təqsirləndirilən şəxs üzünə demişdir. Şəmkir Rayon İHB-nın Şəmkir şəhər İnzabati Ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Yervant oğlunun barəsində nümayəndəliyə heç bir yazılı və şifahi şikayət daxil olmamışdır. Şəmkir Rayon İHB-nın Şəmkir şəhər İnzabati Ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş arayışdan görünür ki, Məmmədov X4 şəhəri, S.Vurğun küçəsi, 90 saylı ünvanda qeydiyyatdadır. DİN-nin BƏSİİ-dən daxil olmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Yervant oğlu əvvəllər məhkum olunmamışdır. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş ekspert rəyi, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələri, istintaq hərəkətinin protokolları və digər sənədlərlə müəyyən olunur ki, Təqsirləndirilən şəxs Yervant oğlunun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetirilmişdir ki, Məmmədov X2 Qədim Yervant oğlu xx.xx.2023-cü il tarixdə saat 19:00 rauələrində yaşadığı Şəmkir şəhəri Səməd Vurğun küçəsi 90 nömrəli evdə arvadı Zərərçəkmiş şəxs hamamda çimərkən hamama gedən qazı bağladığından aralarında mübahisə yaranmış bu zaman Təqsirləndirilən şəxs arvadı Zərərçəkmiş şəxs əsəbləşib əl zərbəsi ilə onun üz nahiyyəsinə qəsdən vuraraq təpik zərbələri ilə isə ayaq nahiyysinə vuraraq üst dodağı selikli hissəsinə qansızma, sol baldırın yuxarı üçdə birinin diz oynağına keçən hissəsinin yumşaq toxumalarının qançır və ağrı halında əzniyi ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmuşdur. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək, təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyanın tam olaraq ödənilməsini, onunla barışmasını, heç bir şikayət və tələbinin olmamasını, ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. Həmçinin, Təqsirləndirilən şəxs Yervant oğlu məhkəməyə müraciət edərək zərərçəkmiş şəxslə barışdığını, ona dəymiş ziyanın ödənildiyini bildirib, barəsində bəraətverici əsaslar olmadan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi olan cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin məhkəmə baxışı zamanı verdikləri ifadələrini, onların ərizələrində göstərilən halları və digər iş materiallarını nəzərə alaraq və aşağıdakı əsaslara görə hesab edir ki, Təqsirləndirilən şəxs Yervant oğlu əvvəllər həmin əmələ görə cinayət məsuliyyətindən və cəzadan azad olunmamışdır, cinayət işinin icraatına xitam verilməlidir. Məhkəmə aşağıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs Yervant oğlu cinayət məsuliyyətindən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, 01 dekabr 2017-ci il tarixdən qüvvəyə minmiş «Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının 20 oktyabr 2017-ci il tarixli Qanunu ilə Cinayət Məcəlləsinə aşağıdakı məzmunda 73.2-ci maddə əlavə edilmişdir: “Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir.” Göründüyü kimi iş materialları əsasında məhkəmə tərəfindən müəyyən olunmuş hallar sadalanan qanunvericilik aktlarında göstərilən əsasları ehtiva edir və bu əsasla işin icraatına xitam verilməsi, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi mümkün sayılır. Odur ki, zərərçəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxslə barışması qəbul edilməli, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxs cinayət məsuliyyətindən azad olunmalı və barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Məhkəmə hazırki iş üzrə Təqsirləndirilən şəxs Yervant oğlu barəsində cinayət təqibinə xitam verilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə qanunun qeyd olunan müddəalara istinad edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Yervant oğlu zərərçəkmiş şəxslə barışmış və ona dəymiş ziyanı tamamilə ödədiyi üçün Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə barəsində cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməli, barəsində qətimkan tədbirinin seçilməməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Yervant oğluna dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Şəmkir rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 06 saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi 36 manat məbləğində pul ödənilməsi üçün işlədiyi Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına köçürülməlidir. İş üzrə məhkəmə xərci, mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73cü, CPM-nin 37, 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs Yervant oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və onun barəsində cinayət təqibinə və hazırkı cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs Yervant oğluna məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 36 (otuz altı) manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (hesab: Azərbaycan Beynləxalq Bankının Şəmkir Filialı; Kod:805670; VÖEN:**********; Müxbir hesab: **********944; S.W.İ.F.T, İBAZAZ2X, hesab nömrəsi ********************, VÖEN: **********) köçürülsün. Qərardan elan olunduğu andan 20 gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Həmin müddət ərzində apelyasiya protesti və ya apelyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №1(076)-169/2023
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №1(076)-169/2023
31.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver