Məhkəmə qərarları › İş №1(076)-17/2024

Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-17/2024

14.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-17/2024 14.02.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Nəcəfli Rizvan Ramazan oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun X10 üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində X10 üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərər çəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs Əli oğlunun, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx.xx.1983-cü il tarixdə Ermənistanın Basarkeçər rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Şəmkir rayonu, Ələsgərli kəndində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri secilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Təqsirləndirilən şəxs 2021-ci ilin payız aylarından 2022-ci ilin payız aylarınadək olan müddət ərzində, istintaqa dəqiq məlum olmayan tarixdə və vaxtda Şəmkir rayonu, Ələsgərli Bələdiyyəsinin mülkiyyətində olan Şəmkir rayonu, Ələsgərli kəndində yerləşən bələdiyyə mülkiyyətinə aid 1,46 hektar (X=567804: Y=4515062) ərazisi olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsini qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və icarə hüququ olmadan özbaşına tutmuş və həmin torpaq sahəsi üzərində buğda əkibbecərərək özbaşına əkin işləri aparmaqla torpaq üzərində mülkiyyət hüququnu pozmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, rəsmi olaraq heç bir yerdə işləmir. Fərdi əməklə və kənd təsərrüfatı ilə məşğul olaraq ailəsinin dolanışığını təmin edir. 1988-ci il tarixdən ailə üzviləri ilə birlikdə Şəmkir rayonu, Ələsgərli kəndində yaşayır. 1998-ci ildə dəqiq xatırlamadığı tarixdə atası X7 ailə başçısı kimi qeyd olunmaqla o da ailə üzvi kimi atasının üzərində qeydiyyata alınaraq ümumilikdə onlara 9,15 hektar torpaq sahəsi pay torpağı kimi verilmişdir. Onlara pay torpağı verildiyi tarixdən yəni 1998-ci il tarixdən başlayaraq həmin torpaq sahəsinin yalnız təxminən yarısını istifadə edə bilmişlər. Lakin yerdə qalan təxminən beş hektar ərazini meşəlik olduğu üçün, həminin digər yaşıllıqlar olduğu üçün istifadə edə bilməmişlər. Onlar bu barədə dəfələrlə ayrı-ayrı qurumlara müarciət etsələr də onlara yaşıllıqların məhv edilməməsi barədə xəbərdarlıq edilmişdir. Bu səbəbdən onlar həmin torpaq sahəsini istifadə edə bilməmişlər. Bundan sonra onların ailələrinə verilmiş pay torpaq sahələrini hamısını 20 sentyabr 2019-cu il tarixdə atası X5 adına rəsmiləşdirmişlər. Bu barədə Daşınmaz Əmlakın Dövlət Reyestr xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsindən AN 428107, AN 428106 və AN 428108 saylı torpaq sahəsinin ölçüsünə və planına dair arayışlar əldə etmişlər. Həmin torpaq sahələri artıq atası Allahverdiyev Rəhimin mülkiyyətindədir. O, bundan sonra atası Rəhimin adına çıxarışları əldə etdikdən sonra həmin torpaq sahəsinin təxminən beş hektar sahəsini istifadə edə bilmədiyindən 2019-cu il tarixdə Ələsgərli Bələdiyyəsinin sədri olan Aydın Xələfova müraciət etdikdə o istifadə edə bilmədiyi torpaq sahəsinin əvəzində istifadə etmək üçün Şəmkir rayonu, Ələsgərli bələdiyyəsi ərazisində yerləşən X=567804: Y=45165062 koordinatlarında olan Daşınmaz əmlakın işçiləri tərəfindən baxış keçirilərək polis göndərilmiş həmin yeri göstərərək istifadə etməyini ona bildirmişdir. O, Bələdiyyə sədrinin şifahi razılığından sonra həmin torpaq sahəsini əkibbecərmişdir. Bundan sonra təxminən 2021-ci ilin əvvəllərində Zərərçəkmiş şəxs Şəmkir rayonu, Ələsgərli bələdiyyəsinə sədri təyin edilmiş, Zərərçəkmiş şəxs həmin torpaq sahəsindən istifadə etmələrinə razılıq verməmişdir. O, bu barədə bir neçə dəfə Daşınmaz əmlaka müraciət edərək həmin torpaq sahəsi ilə onların istifadə edilməyən torpaq sahələrinin dəyişilməsini xahiş etsələr də onlara həmin torpaq sahəsinin Bələdiyyə mülkiyyətində olduğu və yalnız Ələsgərli Bələdiyyəsinin razılıq kağızı olduqdan sonra torpaq sahəsinin dəyişdirilə bilməsi bildirilmişdir. O, bundan sonra dəfələrlə Zərərçəkmiş şəxs həmin torpaq sahələrinin dəyişdirilməsi haqqında şifahi müraciət etmiş, lakin Zərərçəkmiş şəxs bununla razılaşmamışdır. O, bundan sonra Zərərçəkmiş şəxslə əlavə heç bir söhbət etməmiş, Bələdiyyənin razılığı olmadan Şəmkir rayonu, Ələsgərli kəndi ərazisində olan 1,42 hektar torpaq sahəsini hazırkı bələdiyyə sədri Zərərçəkmiş şəxs razılığı olmadan əkib-becərmişdir. O, həmin ərazidə 2021-ci ilin payız aylarında buğda əkmiş, 2022-ci ilin yay aylarında həmin ərazidə biçin edərək 1,5 ton buğda əldə etmişdir. O, həmin məhsulu özü istifadə etmişdir. Bundan sonra isə 2022-ci ilin payız aylarında isə təkrar həmin sahədə buğda əkmiş, həmin sahədə əkdiyi buğdanı 2023-cü ilin yayında biçmək, məhsul əldə etmək üçün əkmişdir. O, dolanışığı çətin olduğu üçün həmin torpaq sahəsini qanunsuz olaraq əkib becərib ailəsinin dolanışığını təmin etməyə çalışmışdır. Onun həmin torpaq sahəsinə münasibətdə heç bir sənədi olmamışdır. O, həmin torpaq sahəsini 2019-cu il tarixdən hazırkı tarixədək istifadə edir. O, həmin torpaq sahəsinin onun mülkiyyətinə keçirilməsi ilə əlaqədar olaraq Şəmkir rayon, Ələsgərli Bələdiyyəsinin sədri Zərərçəkmiş şəxs dəfələrlə müraciət etmişdir. Lakin Zərərçəkmiş şəxs ona razılıq verməmişdir. O, bu səbəbdən hər hansı razılıq olmadan həmin torpaq sahəsində buğda əkərək öz ailəsinin dolanışığnı təmin etməyə məcbur olmuşdur. Hazırda zərərçəkmiş şəxsin nümayəndəsi ilə razılığa gəlmək üçün daşıqlar aparsa da lakin zərərçəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs onunla razılığa gəlmir. Bununla bağlı aidiyyatı üzrə dövlət qurumlarına da müraciət etmiş, lakin hələki ona hər hansı cavab verməyiblər. Odur ki, qeyd edilənləri nəzərə alaraq onun barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş zərər çəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs Əli oğlu ifadəsində göstərdi ki, o, 26 may 2022-ci il tarixdən etibarən Şəmkir rayonu, Ələsgərli Bələdiyyəsinin sədri işləyir. Şəmkir rayonu, Ələsgərli kəndinin bir qrup sakinləri tərəfindən Bələdiyyə mülkiyyətinə aid olan torpaq sahələri qanunsuz olaraq zəbt edilərək istifadə edilmişdir. O, bununla əlaqədar olaraq Şəmkir rayonu, Ələsgərli kənd sakinlərindən öz qanunsuz əməllərini dayandırmağı tələb etmişdir. Lakin heç kim ona qulaq asmamışdır. O, 31 avqust 2022-ci il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Qazax ərazi şöbəsinə müraciət edərək Şəmkir rayonu, Ələsgərli kənd sakinləri X6, X19, X20, X1, X21, X9, Təqsirləndirilən şəxs, X23, X8 və X15 tərəfindən bələdiyyə mülkiyyətində olan torpaq sahəsinin qanunsuz olaraq zəbt edildiyini bildirərək qanuni tədbir görülməsini xahiş etmişdir. 14 sentyabr 2022-ci il tarixdə onun iştirakı ilə Şəmkir rayonu, Ələsgərli bələdiyyəsinin mülkiyyətində olan torpaq sahələrində araşdırma aparılmışdır. Onun tərəfindən göstərilən qeyd etdiyi şəxslər tərəfindən zəbt edilən ərazilərə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Qazax ərazi şöbəsinin əmkdaşları Şahid1, Şahid2 və Ceyhun Əliyev onun iştirakı ilə baxış keçirmişlər. O, onlara bələdiyyə ərazisinin xəritəsini təqdim etmiş, həmin ərazilərdən götürülmüş döngə koordinatlarına əsasən Ələsgərli kəndinin kompleks yer quruluşu xəritəsinə və X11 Uçotu İnformasiya sisteminin məlumatlarına əsasən baxış zamanı Şəmkir rayonu Ələsgərli bələdiyyəsinə məxsus torpaq sahələrinin X21 və X9 birlikdə (şərikli) 2,73 (X=563820: Y = 4518111), X6 2,85 ha (X=565316: Y=4517721), X2 0,98 ha (X=565372: Y=4517748), X21 1.20 hektar (X=567669: Y=4515007), Təqsirləndirilən şəxs 1,46 hektar (X=567804: Y=4515062), X8 4,2 hektar (X=567624: Y=4518208), X23 0.75 hektar (X=566829: Y=4520211) və X15 1.61 hektar (X=566437: Y=4520871) ölçüdə kənd təsərrüfat təyinatlı torpaq sahələrində heç bir istifadə, icarə və mülkiyyət hüququ olmadan zəbt edilərək əkin işləri aparılması faktları aşkar edilmişdir. Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Daşınmaz Əməkdaşları tərəfindən hüquqlarının pozulması halları müvafiq qaydada sənədləşdirilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Qazax ərazi şöbəsinin əmkdaşları tərəfindən baxış keçirilən zaman X16 və Təqsirləndirilən şəxs həmin ərazidə əkin işləri aparmadıqları ərazi boş vəziyyətdə olduğu üçün həmin şəxslərin adları aktda qeyd edilməmişdir. Lakin həmin şəxslər torpaq sahələrini qanunsuz olaraq zəbt etməyə əkin işləri aparmağa davam edirlər. Həmin şəxslərin barələrində qanuni tədbir görülməsini xahiş etmişdir. X21 və X9 birlikdə(şərikli) 2,73 (X=563820: Y = 4518111), X6 2,85 ha (X=565316: Y=4517721), X1 0,98 ha (X=565372: Y=4517748), X17 1.20 hektar (X=567669: Y=4515007), Təqsirləndirilən şəxs 1,46 hektar (X=567804: Y=4515062), X8 4,2 hektar (X=567624: Y=4518208), X23 0.75 hektar (X=566829: Y=4520211) və X15 1.61 hektar (X=566437: Y=4520871) ölçüdə qanunsuz olaraq zəbt edilmiş torpaq sahələri Şəmkir rayonu, Ələsgərli bələdiyyəsinin mülkiyyətindədir. Həmin torpaq sahələri kənd təsərrüfat təyinatlı torpaq sahələri olmaqla örüş otlaq təyinatlı torpaq sahələridir. Hazırda Təqsirləndirilən şəxs bələdiyəninbalansında olan torpaq sahəsini zəbt edib. Həmin ərazi ümümi istifadədə olan örüş sahəsidir. Təqsirləndirilən şəxs şikayətçidir. Odur ki, məhkəmədən qeyd edilənləri nəzərə alaraq qanuni qərar qəbul etməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Əmlak Məsələləri Dövlət Xidmətinin Qazax ərazi şöbəsinin Torpaqların idarə edilməsi və istifadəsinə nəzarət sektorunun məsləhətçisi torpaq müfəttişi vəzifəsində işləyir. Onların işləri Şəmkir rayonu ərazisində qanunsuz tikililərə nəzarət etmək və bu barədə müvafiq hüquq mühafizə orqanlarına məlumat verməkdən ibarətdir. Şəmkir rayonu, Ələsgərli bələdiyyəsi 31 avqust 2022-ci il tarixli 22 nömrəli məktubla müraciət edərək Ələsgərli bələdiyyəsinin mülkiyyətində olan örüş otlaq sahəsinin X6, X19, Təqsirləndirilən şəxs, X1, X21, X9, Təqsirləndirilən şəxs, X23, X8 və X15 tərəfindən özbaşına və qeyri qanuni olaraq əkib zəbt edildiyini bildirərək qanuni tədbir görülməsini xahiş etmişdir. Həmin müraciət araşdırılaraq 14 sentyabr 2022-ci il tarixdə Ələsgərli bələdiyyəsi Zərərçəkmiş şəxs iştirakı ilə Şəmkir rayonu, Ələsgərli bələdiyyəsinin mülkiyyətində olan torpaq sahələrində araşdırma aparılmışdır. Ələsgərli bələdiyyəsi tərəfindən göstərilən ərazilərə baxış keçirilmiş və həmin ərazilərdən götürülmüş döngə koordinatlarına əsasən Ələsgərli kəndinin kompleks yer quruluşu xəritəsinə və X11 Uçotu İnformasiya sisteminin məlumatlarına əsasən baxış zamanı Şəmkir rayonu, Ələsgərli bələdiyyəsinə məxsus torpaq sahələri X21 və X9 birlikdə (şərikli) 2,73 (X=563820: Y = 4518111), X6 2,85 ha (X=565316: Y=4517721), X1 0,98 ha (X=565372: Y=4517748), X21 1.20 hektar (X=567669: Y=4515007), Təqsirləndirilən şəxs 1,46 hektar (X=567804: Y=4515062), X8 4,2 hektar (X=567624: Y=4518208), X23 0.75 hektar (X=566829: Y=4520211) və X15 1.61 hektar (X=566437: Y=4520871) ölçüdə kənd təsərrüfat təyinatlı torpaq sahələrində heç bir istifadə, icarə və mülkiyyət hüququ olmadan zəbt edilərək əkin işləri aparılması faktları aşkar edilmişdir. Onlar tərəfindən müvafiq yoxlama işi aparılarkən həmin torpaq sahələrində əkin işləri aparılan zaman heç bir sənədləşmə işinin aparılmadığı həmin sahələrin Şəmkir rayonu, Ələsgərli Bələdiyyəsinin mülkiyyətinə aid olması müəyyən olunmuşdur. Onlar həmin yerin müvafiq qaydada şəkillərini çəkərək akt tərtib etmişlər. Baxış keçirilən zaman X16 və Təqsirləndirilən şəxs həmin ərazidə əkin işləri aparmadıqları ərazi boş vəziyyətdə olduğu üçün həmin şəxslərin adları aktda qeyd edilməmişdir. Daha sonra isə onlar tərəfindən toplanmış material aidiyyatı üzrə göndərilməsi məsələsinə baxılması üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin rəhbərliyinə təqdim edilmiş, rəhbərlik vasitəsilə qanuni tədbir görülməsi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə göndərilmişdir. Adları yuxarıda qeyd edilən şəxslərin qanunsuz olaraq zəbt etdiyi və əkin işləri apardıqları torpaq sahələrinin mülkiyyət hüququ Şəmkir rayonu, Ələsgərli bələdiyyəsinə məxsusdur. Həmin torpaq sahələrinin üzərində nəzarətin həyata keçirilməsi, alqı-satqısı, həmçinin istifadəsinə icazə verilməsi Şəmkir rayonu, Ələsgərli bələdiyyəsinin nəzarətindədir. Məhkəmə iclasında dindirilmiş şahidlər X22 və Şahid1 eyni məzmunlu ifadə verərək Şahid2 ifadəsində göstərdiyi xüsusatları tam təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 27 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs və qeyrilərinin Şəmkir rayonu Ələsgərli kənd Bələdiyyəsinin mülkiyyətinə aid torpaq sahələrini zəbt etmələri barədə daxil olmuş müraciət əsasında toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmaqla istintaq aparılmışdır. “Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin materiallarından Şəmkir rayonu Ələsgərli Bələdiyyəsinə məxsus torpaq sahəsinin digər şəxslər tərəfindən zəbt edilməsi faktına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 29 sentyabr 2022-ci il tarixli **********45 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin işçiləri tərəfindən monitorinq keçirilmiş, monitorinq zamanı tərtib edilmiş aktda adları qeyd olunan 8 nəfər (aktda 5-ci sırada Təqsirləndirilən şəxs 1.46 ha kv.m ərazidə (koordinat x=567804; Y=4515062) əkin işləri aparılması qeyd edilmişdir) Ələsgərli kənd sakinləri tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada mülkiyyət, istifadə və ya icarə hüquqları olmadan göstərilən koordinatlarda (google, ortofoto) dövlət mülkiyyətinə aid torpaq sahələrində əkin işlərinin aparılması faktları müəyyən edilmişdir. İş materiallarında olan Ələsgərli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə cavabından müəyyən olunur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188-ci maddəsinin şərh edilməsinə dair» 2015-ci il 30 mart tarixli qərarında göstərilmişdir ki, cinayət hüququnda torpaq sahəsini özbaşına tutma dedikdə, torpağın mülkiyyətçisinin və ya digər sahibinin razılığı, yaxud dövlətin və ya bələdiyyə torpağının istifadəyə ayrılması haqqında qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirilmiş sərəncam olmadan torpaq sahəsini ələ keçirmə başa düşülür. Bu zaman əməli törətmiş şəxs qanunsuz ələ keçirdiyi torpaq sahəsinə faktiki sahiblik etməyə və ya ondan faktiki istifadə etməyə başlamış olur (torpaq sahəsinin hüdudlarını müəyyən edən hasar çəkir, orada tikinti, abadlaşdırma və s. təsərrüfat-məişət təyinatlı fəaliyyəti həyata keçirməyə başlayır). Belə ki, Cinayət Məcəlləsinin 188-ci maddəsində nəzərdə tutulan torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnun pozulmasına görə cinayət məsuliyyəti yaradan əməllər torpaq sahəsini özbaşına hasarlama, becərmə və ya dəyişdirmə, yaxud həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutma kimi ifadə edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, işə əlavə edilmiş sənədlər, istintaq hərəkətlərinin protokolları və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144- 146). İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxslər barışığa cəhd etməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Zərər çəkmiş şəxs məhkəmə iclasında təqsirləndirilən şəxs yüngül cəza verilməsini xahiş etməsini də nəzərə alıb, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini əsaslı və ədalətli hesab edir. Göstərilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3-cüi maddəsi ilə təqsirli bilinməli və həmin maddənin sanksiyası hüdudlarında, cəza təyin etmənin ümumi əsasları nəzərə alınmaqla cəzalandırılmalıdır. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxsin törədilən cinayət əməlinə görə cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona azadlığı məhdudlaşdırılması cəzasının təyin edilməsi ədalət və humanizm prinsiplərinə uyğun olardı. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növlərindən azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 52-1-ci maddəsinə əsasən аzadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yaşayış yerini axşam saat 23:00dan səhər saat 07:00-dək tərk etməsinə və yaşadığı Şəmkir rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmalı, bundan başqa elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə məhkəmə xərci, müdafiəçiyə ödənilməli olan haqdan ibarətdir. Məhkəmədə dövlət büdcəsinin vəsaiti hesabına təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmiş vəkil Müdafiəçi hüquqi yardımın göstərilməsi üçün 30 saat vaxt sərf etmişdir. Müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər saat üçün 6 manat olmaqla 180 manat vəsait dövlət büdcəsinin hesabına ödənilməlidir. İş üzrə maddi sübut, ekspertiza xərci, xüsusi müsadirə edilməli əmlak və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməsinə və yaşadığı Şəmkir rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs üzərinə Şəmkir rayonunun hüdudlarını tərk etməmək, Şəmkir rayonunda yerləşən yaşayış yerini saat 23:00-dan saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəzanın icrası Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxsə göstərdiyi 30 saat hüquqi yardıma görə 180 (bir yüz səksən) manat pul Müdafiəçi ödənilməsi üçün Şəmkir Rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar